Jump to content
Togrul-Lupus

Ты Тоже Скажи...(Сборник Мыслей Простого Народа).

Recommended Posts

Прочитал пост юзерши как она радуется поражению Армении (проиграли финнам 0-2) и родился афоризм.

 

---------------

За неимением собственных побед, радуемся поражениям врагов...

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Gündəlik dəyişən gecə gündüz rutini səni aldatmasın, sən bu rutində çox tez itirilənlərdənsən.Sən hazırlıqlara çox vaxt ayıransan.Köynəyinin ucunu güzgü önündə çox həssas düzəldənsən.Bığının qırağını saatlarla düzəldənsən,əyinin rənglərini gözlərin önündə itirənsən.Sən qayda qanuna riayət edənsən.Bütün bunlara əhəmiyyət verincə gedişata kaş ki, diqqət etsəydin...İnsanlar hər daim yarımçıq qalan məsələlərdə razılıq tapıbdır.Müəllim tələbədə tapıb bu razılığı.Varlı kasıbda, Evlər çöllərdə, böyük balacada, bütün düzgün dəvətlərə ramən! Ey insan sən bu getişatı xeyirinə çevirə bilməzsən! Sən ən yaxşı halda müəyyən məqamlarda həyatın sənə ayırdığı kiçik paylara şükür edə bilərsən.

Uzun uzadı hazırlıqlar kiçik sözlər sevir!

Böyük təqdimatlar sadə görünüşə uyar!

Əlvan təxəyyülə ağ-qara xasiyyət ortaqdır! Sənin ütülənmiş köynəyin, hesabına oturacaq məvacib , gəldiyin arxa dönəmin kiməsə gərək deyildir!

Dərinə getdikcə adam uymaq istəyir...

Dəyişiklik sevir həyat və ona aid məsələlər.Heç nəyi sevir həyat! Sıfırdır ölçü vahidi.Təxəyyül.Sənin özün.Sən kiməsə yaxşılıq edib məmnun qalanı gördünmü?! Sən borc verib geri alanı gördünmü?! Sən yaxşı deyilən vəziyyətə davam gördünmü?! Sən nə edirsən et, özünü hər daim yolun tam ortasında tapacaqsan-))))) bu sonu olmayan bir yoldur.Bu oyundur, dairədir, ədədi silsilədir...

 

Edited by Rufat_714

Share this post


Link to post
Share on other sites

İnsanın fikirini cəmləməyə mane olan məsələlər onun natamamlığından irəli gəlir.Bu ruhi natamamlıqdır əziz yoldaşlar.İnsan fiziki cəhətdən məhsuldarlıq əmsalının tam 100 faizinə uyğundur.Daxilində isə çatışmazlıqlar çoxdur sıravi hamımızda.Bu əslində bizimlə bağlı olan məsələ deyildir.Bizlər özümüzü ucaldaraq aldadırıq.Üzərimizə üstünlük libası geyindirib böyük boşluqlarda libassız qalarıq.Bizlər bu xırda təsəlliyə çox möhtacıq.Mən gəzib dolanıb insan üstünlüyü axtarmaqda israrlı biriyəm.Kaş ki tapaydım.Məni bu işləri düşünməyə vadar edən fiziki və maddi “özünü təsdiq” -dir. Hər nə qədər bu məmnunluğu tapsam , o qədər özümə inanmıram! Ey insanlar, bu həyat kef üçün nəzərdə tutlmamışdır.İnsan bu həyatdan həzz ala bilməz.İnsan özünü və yaşayış istiqamətini itirə bilər.Tam ayrı məsələlər və ünvanlarda tapıla bilər.Zamanını xərcləyə də bilər.Dönüb yenə harada olduğundan şübhə edər.Bu ən uğurlu haldır.Sənə böyük masa təklif edirlər, həmin masa min bir nemət ilə üzlənir.Sən isə bunca çeşidə və rənglərə ramən dənə ilə ölçülən vahidlərlə kifayətlənməlisən! Biz deyən deyil ey dost! Uzun uzadı yaşamdan sonra nə üçün şükür etməli olduğum indi indi çatır mənə, gör nə qədər geri qalmışam mən-(

İnsan ölçü vahidinə möhtacdır. Kəmiyyət ölçü vahidinə! Keyfiyyət ölçü vahidinə!

Hər daim çəkindiyimiz, utandığımız məmbə olmalıdır.Hər daim arxasınca getdiyimiz dəqiq ünvan! Ətrafınızda gördüyünüz hər nə varsa bunu çatdırmaqdadır bizə.Hər daim kökləndiyimiz istinad olmalıdır.Bunu axtarıb dəqiq təyin etmək həyatımız qədər önəmlidir.Sənin ünvanın sənə həm evdir həm çöl.Köynək həm əyininədir həm deyil.Məsələ sənin yanaşmandadır.

Məsələ özünü burada qonaq hiss etməkdir.Məsələ bizim üzərimizə düşən öhdəliyi anlamaqdır.Məsələ bizim idarəçiliyimizə uymayan işlərdədir.Məsələ bizim cavabını verə bilmədiyimiz suallardır.Məsələ bizim sadəliyimizdir.Başımızı aşağı salıb addımlamağımız, danışarkən sakit səs tonumuz, dönüb nədən və haradan gəlməyimizi anlamaqdır.Məsələ duada deyil.Ona hansı sözlərin daxil olması da deyil.Həmin duaya vadar edən sabit vəziyyətdədir! 

Share this post


Link to post
Share on other sites

İnsanı formalaşdıran qəti üslub və ya vasitə yoxdur.İnsan tam formalaşa bilmir, O, bu təkamül gedişatında müəyyən pilləyə gəlir.Bunun üçün bir çox keçməli olduğu öyrətmə vasitələri və maariflənmə dəzgahları vardır.Ki, bu vasitələr və dəzgahlar bütün Adəm bəşəri üçün eyni tələbləri tətbiq edər! Bütün sıravilər eyni prosedurları keçib, eyni maneələri aşıb, eyni məmnunluqla razılıq tapar.Bu zaman onun simasında məmnunluq təbəssümü də sezilər.Ey insanlar , həyatın sizə ləzzət etməsi üçün bəzən “çirkaba” batmaq gərəkdir.Bu sizin üçün bir tədris vəsaitidir.Bizlər hər daim digər birində olan nəyəsə qibtə etmişik.Bunun olmaması üçün özümüzün müəyyən məqamlarda köynəyimizin qollarını çırmalamaq lazım gəlib.Biz isə “ayıbdır” deyib çəkilmişik o yoldan...gözümüz və qəlbimiz həmin yolda qala-qala.Hər birimizin həyatında çirkab vardır! Hər birimizin! Bu bizi çox dəqiq xarakterizə edir.Təsdiq edir-) İnsanlığımızı! 

Dost məclisində özümüzü ideal təsvir edərik, edə-edə onların saxta gülüşündə və ifadəsində özümüzə nifrət edərik! 

Arxayın arxayın danışıb , qabaqcıl olduğumuzu bəyan edərik, danışa danışa yalanımıza ramən gözlərimizi qırparıq! 

Geriyə qalmaqda pis nəsə yoxdur əslində, təklikdə də, uğursuzluqda da.Nə qədər ki varlığımızın əsl mənasını dərk etməyəcəyik, biz hər daim nədənsə narazı qalacağıq.Bu hər hansı sosial şəbəkədə yığılan qeyri-dəqiq parola bənzəyir! İnsanı nəyəsə dəvət etmək ən çətin məsələdir! Mən real xırda bər bəzəkdən çox çox uzaq düşmüşəm! Xirtdəyə qədər duz-çörək ilə .Bütün bunlara ramən insan üçün çizilmiş yolu itirmədim.Biz hər daim istək vəziyyətindəyik.Bu sənin çətin vəziyyətində qurulan məhkəməyə bənzər.

Hakim səni təmizə çıxarmaq istər, o səni istər, sənə rəğbət bəslər! Səndən sehirli sözlər gözlər! Sən isə qüruruna ramən özünü bu məhəbbətdən məhrum edərsən!

 

 

Share this post


Link to post
Share on other sites

Sənin ən dəyərli arzun ən bahalı pul əskinazına bənzərdir.Yaşayışına sadiq olsan bəsit qaydalar tam səni təsvir edir.Müəddəs mənbə bizə gen deyilən sabit sərhədlər təqdim edər.Həmin sərhədlər özünü min kərə təsdiq edər.Eyni çizgilər, hərəkət və davranışlar, oxşarlıq və bənzərliklər, qanunauyğunluqlar mövcud edər.Zamanla oxşadarsan kimi sə kimə.

Kaş ki, hamı valideynlərinə oxşayardı!

Mən maddiyyat haqqında yazmağı vaxt öldürmək sayaram..kiminlə sə zarafatı mövqesizlik, gülməyi zəiflik, sevinməyi uğursuzluq bilərəm!  Hər daim ağılımın ən uzaq yerində nə üçün var olduğumu düşünürəm.Bu mənə tam ayrı mənzərəni təqdim edər.Eyni zamanda asanlığı.Sən demə insan deyilən mürəkkəb məxluqa sadə şərait bəs edirmiş.Vahidlərlə ölçülən qida.Eyni vahiddə libas.Bizim istəklərimiz sən demə sadəcə yaşayışdan dəfələrlə uzaq gedərmiş! 

Müqayisə zamanı üstün tutulan nədir görəsən? Sənin min bir ləkə ilə əldə etdiyin “qəbul” ya başı uca inkar? 

Mən ancaq bir halda insana bəraət qazandırardım, O ömrünü uzada bilsəydi.

Təsəvvür edin, insana müəyyən anda-valideynlik borcunu bir gün daha artıq yerinə yetirməli olduğu , yoldaşlıq etdiyi birini murada çatdırmalı olduğu, ovladl ilə daha bir riyaziyyat məsələsini həll etdiyi olduğu, Növbəti xeyiriyyə aksiyasına qatıldığı olduğu məqamlarda daha bir neçə vahid ömür əldə edəydi!!!!  İnsan bu ömür payını əmr etməli halda onu əldə etməcəyini bilir və dua edir yenə də -(((((

Orta həddi gözləmək bizlərə əmr edilmişdir! Hər nə varsa həmin orta həddə bəxş edilmişdir.Ruzi də, hörmət də, sülh də, təbəssüm də həmin orta həddədir! Orta həddi gözləmək mədəniyyətdir! Rahatlıqdır. Bunun üçün artıq səy deyil də, artıqdan imtina etmək gərəkdir.Zərər deyil də zərərdən uzaq olmaq gərəkdir.

 

Share this post


Link to post
Share on other sites

Rahat həyat heç zaman maraq doğurmayıb.Bu açıq aşgardır.Sənin həyat dediyin gündəlik yaşam buna şahiddir.Bizə maraqlı olan məsələlər hər daim müəyyən cəhbələrdə çətinlik çəkən və bizim üçün məqbul olmayan nitqlərdən doğar.Rahat və təşkil olunmuş həyatda nə maraqlı ola bilər axı?! Hamı rahat yataqda narahatlığa qibtə edər.Hamı isti evdə soyuq məskən üçün arzu edər.Hamı maddi əminamanlıqda kasıbçılıq çək-çevirində iştrak etmək istər.Özünü təsdiq və maddi cəhətdən müəyyən pilləni əldə etmək sənin nəfsinə tam uyğundur amma rahatlığına dəlalət etməz, ey İnsan rahatlıq əyində deyil, ürəkdə ünvan tutar.Mən hər daim düşünürəm, bunu istəmədən edirəm, ki bəlkə bu hiss dayanar.Hər bir hissi dadmayınca nəyin yaxşı nəyin pis olduğunu anlaya bilməzsən.Bizlərə yaş...bizlərə ulduz....bizlərə rütbə....Hörmət...sayma...qəbul...ünsiyyətbu ikili məsələdir.Önündə dayanan səni hiss edirsə, o səni başa düşər.Anlar...Yoxdursa bu hiss, yəni sənin haqq etdiyin keçmiş, hünər, dəyər və hörmət!! Nə fayda?! Bu şirinliyi arxayınlıqda axtaranlar yazıq adamlardır! 

Çətinlik və imtahanlar sizə Allahın lütfüdür! Kaş ki başa düşərdiz!!! 

Məhz bu məqamlardır sizə rəng verən, sizi təsdiq edən-(( səngərdə böldüyünüz çörəkdir dəyər..oynadığınız yeddi şüşədir dəyər...Daşıdığınız kömək yüküdür dəyər...Verdiyiniz sədəqə, əyildiyiniz ünvan, etdiyiniz tərbiyə, sürdüyünüz köhnə maşın, verdiyiniz qəti cavab, susduğunuz validen.Həyat bu məqamlar arasında çox dəqiq dövr edər.Çünki Allah insanları məşəqqətdə yaradıb! (Bələd, 4)

Siz tam asudə və rahat bəndə görə bilməzsiz! Bu bizim qəbul etdiyimiz adətə taraz gəlmir.Gəl mən deyim.Sən hər daim ortada qalacaqsan, sən hər daim kiməsə borclu qalacaqsan, sən hər daim bəyənilib-bəyənilməyəcəksən, sən axtarıb həm tapacaqsan həm yox, sən qəti ünvana heç vaxt çatmayacaqsan, orta mövqedir təyinat! Bəzən heç kəsə danışa bilmədiyin aqibətdir, bəzən kiçik davamlar, bəzən tam boşluq.Uzun yolda hamımızın nail oıduğumuz sadəcə iştirakdır!

Share this post


Link to post
Share on other sites

Sevgili yoldaşlar,

 

həmı qətilik xoşlayır.Qısa sözlərdə rahalıq axtarır.Qəti hərəkətlərdə nəticə.Heç kəsə uzun uzadı nitqlər gərək deyildir.Bu əzəldən belədir.Hamı seçilmişlərə rəğbət bəslər.Hamı həmin o vəziyyəti və tərəfdarı arzu edər! Əvəzində nə desən görər və tərbiyyələnər-( hamımız bir nəfərə qədər tərbiyyə olunuruq.

Ağlım yenə qarışıb...

İnandırıcı nəsə demək üçün təcrübə gərəkdir.Özünü ən elit həmkarla imtahana atmaqdan tutmuş ən aşağı vəziyyətə qurban etməyə qədər.Ki , söz deməyə vəsait əldə edəsən.

Hər birimiz bir əyani vəsaitik, hər birimiz haqqında söhbətlər gedər, yaxşı ya pis! 

Sən nə qədər yaxşı olmağa çalışsan da əsas instinkt səndən qorunmaq namimə səni məhv etməyə çalışar! Ən sağlam biriləri sadə qaydalar üzərində yaşağamağı məqbul sayar-bundan qorxmaz! Mən nə qədər düşündüm, bu müstəvidə əminamanlıq üçün zəmin görmədim, bu yaşam sənin üçün daim narahatlıq məmbəyi olacaq.Sakitlik axtaranlar -üzgünəm-( 

Lotuluq axtaranlar-üzgünəm-(

orta mövqedə aramla hərəkət edənlər, sizə qibtə edirəm, sizədir yönəm, sizədir ruzi, ağırlıq, məsuliyyət, ayət!

Orta həddi gözləməyə şəxsiyyət olmaq gərəkdir.Özünü kimdənsə üstün görməkdən imtinadır, kiməsə rişxənd etməyi əksiklik sanmaqdır, danışanda sakit tondur,vuruşanda qətilikdir, dəyərlərə baş əyməkdir, pulu rədd etməkdir, saymamaqdır-(((

əbədi biri yoxdur, nə pis, ibrət alardıq ondan!!!! -( 

Hamımıza gözəl verilir, ki ona əl vurmayaq, yalnız tükətə biləcək ruzi, yalnız gedə biləcək yol haqqı, sevəcək övlad, hörmət edəcək valideyn! Qalanı yarımçıq, qırıq, fraqmentlə, qapına döyünən şeytan tək, hər gün döyür qapını, içəri daxil olmaq niyyəti ilə.

Share this post


Link to post
Share on other sites

Siz heç insan yaşamına qıraqdan baxdınızmı? Onun irs üzrə valideynlərinə oxşarlıq qanunauyğunluğundan tutmuş istəklərinə qədər.İnsanın da sonu olarmış...həmin bu məqamdır hər şeyə məna gətirən.Bu sadəcə məhdud zaman deyildir-)) məhdud aidiyyat..məhdud diqqət...məhdud öhdəlik...məhdud mənəm-mənəmlik-((((

ən gözəl görüş və vaxt sərfi uzun uzadı avaralıq və aşağılıqdan sonra tapdığın layiqli həmkar və onunla içdiyin bir fincan qəhvədir.Ən böyük qurban valideynin üçün etdiyindir.Ən düzgün məsləhət özünə verdiyin, ən qəbul olunan dua günahlarının bağışlanmağı.

Baxırsız?? Bütün bunlar maddiyyat və mənəm-mənəmlikdən uzaqdır.Sən qələt edirsən mənəm-mənəmlik edirsən!!!!

Mən müəyyən tip insanlar gördüm,,onlar özlərini oda-közə vurdular.Bəzilərini cəbhə xəttində gördüm, bəzilərini küçədə dava edən, bəzilərini uşaqlarını böyüdən, bəzilərini möhkəm sürən, söhbət çürüdən, ədəbazlıq edən, hamı eyni aqibət ilə cəmləndi.Böyük miqyasda kiçildi, Ağanın dediyi yolla ya murada çatdı ya tükəndi.

Ey insanlar, sizi daha artığına təhrik edən hiss sizin ziyanınıza işləyir, bu məsələ sizin nail olub olmamaq gücünüzlə əlaqəli deyil, siz zorsuz , əlasız, bir dənəsiz-((( məsələ sizin içinizdə bitib tükənməyən özünü təsdiq hissindədir! 

Məqamlardır bizi yaşadan! Övladınızla həll etdiyiniz növbəti rizayiyyat misalıdır...karaokedə ifa etdiyiniz növbəti parçadır...uğurunda sözləşdiyiniz mövqe, qapısına qədər rəfaqət etdiyiniz xanım!

Məqamlardır! Onsuz da hər gün yatıb -oyanırsız, ya da yox.

Share this post


Link to post
Share on other sites

Mən gözəl xanımları qarşımıza gələn gördüm.Onları mədəniyyət çərçivəsində sözləri seçən, xitab edərkən danışıq qaydalarına riayət edən gördüm.Mənə xoş olsada ağlımı ayıqlıqda saxlayan

hissi bütün bu sehrlərə üstün gələn gördüm.

Bu dəb, bu düzüm, incəlik və yanaşma kaş ki nəsə həll edəydi, ağılımı alaydı, unutdurardı, inandırardı.Ünvanı tərk etdiyim zaman bütün bu davranışlar həmin ünvanda qalarmış! Yaşadıqca özümü aldatmaqla təhrik olunan bu sehr əvəzinə iki kəlmə və iki yüz məna istərəm.Üzümə gülüş əvəzi qəti söz, süni çək-çevir və gəliş-gediş əvəzinə doğru yanaşma istərəm.Əlbəttə bu geyim və düzən əla idi.Hiss olunurdu ki bu məsələ üzərində zəhmət vardır.İstənilən vəziyyətdə müəyyən fikirlər vardır ki o səni tərk etmir.Sən harada olursan ol, onlar sıravi standart ayarlar kimi düşünülüb həkk olunar.İntinad nöqtəsi kimi.Mən bu gün həmin istinad nöqtəsindən çıxış edərkən həmin xanımın barmağında daşıdığı о üzüyə şübhə etdim.Bu şübhəni onun danışdıqça qaçırdığı gözlərdə tutdum.Onun azadə ruhunda hiss etdim.Kiməsə  bağlanmış xanım azadə ola bilməz! Həqiqətən bizim sayıb hesablaya bilmədiyimiz çox şeylər vardır.Getdiyimiz ünvanda daha artığına tələb qoyarıq, bir mövzu ilə müraciət edib digərinə iddialı olarıq, yazılan resept və düzənə şübhə edərik, insanın düz gözlərinin içinə baxarıq.Müəyyən sözlər seçib uğurlu nəticə ilə dönmək istərik.Səhvi də ən əvvəlində edərik.Olmaz bunlar.Sənin edə biləcəyin ən düzgün çıxış bütün hisslərdən azadə, heç bir alt məna olmadan yerində dediyin sözdür.Özünü hər kim sansan da! Bizi nəyəsə görə sevmirlər, ya sevirlər ya yox.

Bizə sadəcə rəğbət bəslərlər.Bizlər özümüz miflərə yönümlüyük.

Share this post


Link to post
Share on other sites

Sən hər şeyi dəqiq ölçü biçimdə istərsən.İllah da bu sənin vacib prinsipial məsələlərini əhatə edirsə.Sən hazırlıqlar edib səhnələr tutarsan.Sən özünü ağıllı libasa bürüyüb təmkinli məmbədən çıxış edərsən.Sən qələt edərsən!!! Sən nə vaxt qələt etmirsən ki?! Əvəzində yaşadığın yuxusuz , hazırlıqsız , küləkli, ala-babat vəziyyətdir.Baxırsan ki , etdiyin hazırlıqlar uzlaşmır axı-( onlara bir qədər sonraya söz vermisən, onlar da bu vaxta arxayın olub səni sonraya saxlayıblar! -(

Qalırsan tən ortada pis vəziyyətdə! Bu sənin təyinatındır ey bəni adəm! Mən sənə sənin digər təyinatlarını da saya bilərəm, sənə sərf etməyəcək məmbədən çıxış edib, zəni zəif qılan ünvanlardan bəhs edib, sənin heç kəs olmanı isbat edən əhvalatları misal gətirərəm! Sağlığa içən bəndə-((( sağlığa da adam içər?! 

Sənin hünərin yoxdur sağlığına zəmanət verməyə, sabahını “bu ” kimi təyin etməyə, sənin hünərin özünü təsdiq etmir ey bəni adəm-( Həyat sənin bahalı xidmətdən istifadə etməyin deyil, böyük məclisdə hesab verməyin deyil, otelə qız aparmağın deyil...Özünü bir kimsə sayırsan hə? Bax həmin kimsə müəyyən həqiqətlər qarşısında aciz qalanda görürsən ki sən ən zərif sabun köpüyüsən! Sənin köməyinə müqəddəs məmbənin əsgərləri yetişir, onlar sənin kimi görkəmdə sadəcə həmin məqamda sənin işini həll edəndə, özünü onlarla xoş rəftar edən görərsən.Onların danışıq tərzinə baxıb, istifadə etdiyi aksessuarlarda maraq görərsən! Həyatda yaşadığınız çətinliklər sizə Allahın lütfüdür ey insanlar.Siz bu çətinliklərdə insana xeyir gətirməyən məsrəflərdən kütləvi şəkildə canınızı qurtarırsız, siz bu məsrəflərdən qurtarmaqla özünüzü tərbiyyə edirsiz! Pul xərcləmək özünü tərbiyyə vasitələrindən ən ümdəsidir! 

Özünüzü tərbiyyə edə edə vacib məqamlarda Allahın adını çəkməklə nə qədər aciz biri olduğunuzu alırsız boyununuza.Hünəriniz nədir belə olmasın!!! 

Share this post


Link to post
Share on other sites

İnsanın insana kömək olması onun şəxsi idarəçiliyində deyildir.İnsana qalarsa o özünə oxşar birinə düşmən kəsilər.Bu olmasın deyə, müqəddəs məmbə tərzlər yaratdı, fərdlər, fərqlər, ki biz hamımız eyni olmayaq.Ki içimizdə bəzilərinə dua edək, bəzilərinə təriflər yağdıraq, ki bəzilərini bəzilərinə tövsiyyə edək, onlara hörmət bəsləyək! Müqəddəs məmbənin əsgərləri! Əl-ələ verən, müəyyən işlənmiş qanunauyğunluq və anlaşma çərçivəsində müştərək iş göstəricisi, bu işin əvvəli, gedişatı, və savadla evlərinə ruzi aparanların inam və rəğbət zəminində əllərini ətəklərinə cəmləyib müqəddəs məmbəyə şükür etmələri! 

Bu ən böyük səhnədir! Çirkin məsrəflər zəminində yaşadığın o yüksək hisslər! 

Sənin yaxşı əllərdə olmağın, yaxşı insanlarla əhatə olunmağın, hörmət görməyin özünü əsas və mükəmməl kökləməyindən asılı deyil! Sən özünü gönü qalın göstərdikcə( bəlkədə içində gözəl şəxsiyyətsən) zəif sandığın tərzdə zərbələr alırsan, dua etməyi özünə ayıb saydıqca “oyundan” kənar qalırsan! Oyundan kənar qalmaq heç də yaxşı şey deyil ey insan.

Dua etməyi özünə sığışdırmadıqda “oyundan” kənar qalırsan!

Share this post


Link to post
Share on other sites

Mən ziyalı olmağa çalışıram.Müəyyən budaq üzrə həyat qayda qanunlarını dərindən öyrənib bu məsələdə özümə rəqibləri aciz qılmağa çalışıram.Ən sonunda ən böyük rəqibimin kəndi nəfsimin və böyüyüyüm Allah olduğunu unuduram! Ey bəni adəm, danışdığınız sözlərdə belə eyhiyyatlı olun.Müqəddəs məmbə sizi hər daim söz verdiyiniz ünvanlarda tək buraxar! Bu onun sizi inkar etməyindən deyildir, bu onun qurduğu mürəkkəb get-gəldən doğar.O xoşluqla bizi tənbeh edir.Gülə gülə həyatı başa salır bizə.Qeyri əminliklə haqqımızda qərar çəxarıb, əminliklə onu həyata keçirər, qəti olaraq əmr verər və onu icra edər! Zavallı əhli insan, arxayınlıq verilmiş biri, telini sola darayan, darda çaba edən, əlləri yuxarı, dua edən! Əksik!!

Dua edin Allah sevsin sizi! Dua edin onun sizə yazığı gəlsin! Dua edin ağılınızı almasın! Dua edin bu günü sizə çox görməsin! Dua edin dərmana gedməyəsiz! Dua edin çarəsiz qalmayasız! Bilin və dərk edin , bu həyat kef üçün deyildir! “Biz insanı məşəqqətdə yaratdıq” -((( üzgünəm bu xəbərə görə! 

Sevincli günlər sizə ildə bir dəfə keçirdiyiniz ad gününə bərabərdir.Sevincli günlə Allahın sizə lütfüdür.O hər gün fırladır bu həyatı, siz yatırsız o fırladır, siz günah edirsiz o fırladılr, siz boş çıxırsız o fırladır, siz sadə olursuz o yenə də fırladır!

Siz? Siz nə edirsiz?! Pul itirdikçə müqəddəs mənbədə təşəkkül tapanlara eşq olsun! Döyüldükcə güclənənlərə eşq olsun! Satdıqca kasıblayanlara eşq olsun!

Valideynlərini Allah bilənlərə eşq olsun!

Cındıra yerini göstərənə eşq olsun!

Allah həqiqətən də insanları fərqli yaratdı, onlara tərz verib istiqamətlər göstərdi.Mən dua edə edə sakit sakit şüşə arxasında dua etməyənləri özümdən artıq saydım! Mən özümdən daha az iddialıları özümdən daha düz gördüm! Özümə şükür etdim!

“Уладь свои дела с Аллахом сперва”

Sağ ol Nata!!!!!

Share this post


Link to post
Share on other sites

Özgə adamı tanımaq sənə həmişə dərs olub.O sənin üçün bir əyani vəsait tək başqa səhifəni açıb və başqa hekayəni oxuyub, başqa həqiqətləri nağıl edib! 

Sən hər gün, özünə aid olmayan ünvanlarda eyni simaları görüb onların üzlərini əzbərləmisən! Mürəkkəb ağılının içində onları yadda qalan görmüsən.Demişdim sənə, sən sıravi birisən.Sən yalnız kiçik olduğunu anladığın zaman böyük ola bilərsən, sadə olduğunu isbat edərkən hörmətli olarsan, bahalı geyinməklə sən boğazından əksikslik şüarını asarsan! O bahalıq sənin davranışında gərəkdir, qaş-gözündə.

Layiq olana haqq olduğunu verməkdir.Sevinclə danışana gülməkdir.

Bu ibadətdir! Bu qayda qanunu gözləməkdir.Şəxsiyyət olmaq heç vaxt gec deyil!

 

Share this post


Link to post
Share on other sites

Mən insanı heç vaxt anlamamışam.

Onun haqqında düşünmüşəm amma.Onun tərəfində olub, tərəfinə haqq qazandırmaq istəmişəm.İzləyib onu gördüklərim məni heyrətə gətiribdir.

Ey zavallı insan, nə yaxşı bu həyat sənin ixtiyarına verilməmişdir! Yoxsa sən bizə nələr qıyardın?! Siz heç ətrafınıza dönüb baxdınızmı? Baş verənlərin fərqinə vardınızmı? İnsan düşündüyən daha zəifdir, valideynini itirəndir, övladının başı üzərində fatihə surəsini oxuyandır, axşam başını yerə qoyub istirahət adı ilə ölüb dirilər.Axı bu qədər özündən razılıq bizlərdə haradandır?!  Siz hər çalarda insan gördüz deyilmi? Mən də, valideyninə etinasız yanaşıb fahişə rəfiqəsi qarşısında hesabat verən kimdir? 

Arxamızca danışıb üzümüzə saxta gülüşlə imtahan olunan kimdir? Yol istəyib işıqforda bizimlə yan yana tələsən təlxək kimdir? Övladına qəpik qıymayıb eyş-işrətə xərcləyən bəs? Bizim daha hansı simamız qalıb ki? Şükürlər olsun ki ağlım məni tərk etməyib hələ, qaynayıb qarışmaq padlodur mənə! Sizi saymayan birinə girmək üçün axtardığınız üsullara ekvivalent valideynə təbəssüm jesti vardır! Ey insanlar, bu həyat kef üçün deyildir, bu bir zaman ərəfəsidir, ki biz ilk öncə özümüzü özümüzə isbat edək, salam verək, ağır zəmbilləri dikə qaldıraq, piyada keçidində səbr edək, daim yaşıl işığı gözləyək, liftə axırıncı minək, üzüyünüzün qaşı düşməz, ünsiyyətdə olarkən ağır maşınınıza ramən yüngül mənəviyyatınız göz çıxarır! Ey insanlar, sadə əyin varlı olmaqdır, sakit səs tonu can sağlığıdır, dinləməkdir müqayisə üçün zəmin, başı aşağı əymək əbədi səadətdir! Sizdən daha artıqları məğlub oldu.Əziz yoldaşlar, Allaha ibadət üçün hünər gərəkdir.Bu qayda qanunlara riayət üçün xasiyyət gərəkdir.Bəhanə deyilən məsələ insan övladının zəiflik nişanəsidir.

Müqəddəs məmbə bizim tərəfimizdədir, bizi haqqa çıxarmağa kiçik məqamları toplamaq üçün iddialıdır, əzəldən qoyduğu qayda qanunun keşiyindədir, ki bu məmbəyə inamın özü uğurun hamısıdır.Sizin qəflətfə olmağınız bu qaydaları dəyişməz, kəmhövsələ olmaqdan pis nəsə yox imiş.

Haqqı hesab çəkib dua etmək qəribədir! 

Əminliklə verdiyin cavabın doğru olmamağı qəribə! Hamı tərəfdən hörmət olunarkən aciz qalmaq qəribə! Sevilərək xəyanətə uğramaq qəribə! Sirri suya danışarkən düşmən kəsdən eşitmək qəribə! Saxtayıq biz.İçimizdə ən xətirliləri tez gedənlərdir.Bu şeyləri düşünməyə-xasiyyət verəydi bizə müqəddəs Əfəndi!

Amin.

  • Like 1

Share this post


Link to post
Share on other sites

“Xərcləyib” sizin haqqınızı verənləri heç zəmanə adamı olmaması ilə ittiham edərsiz....... içinizə qoymayıb axı, kaş ki atardı  sizə, aldadardı, ki onun haqqında ən axırıncı dost-tanışınıza giley güzar edərdiz.Bu əsl milli ruhda bir davranış olardı.İtirdiklərimə yeganə təsəlli itirdiklərimdən saha dəyərli müstəvidə ölçülən itirdiyim zamandır.Bu sadəcə saniyə vahidləri deyiıdir.Bu məhdud davranışdır, məhdud  hərəkət, məhdud sevgi.Zamana bağlı həyatımız bizim.

Ey insanlar, sizin keçirdiyiniz  bütün sevinc və kədərləri mən də hiss edirəm.

Hamının tükətdiyi bir qab qidanı mən də ikram edirəm, sadəcə ağlım daim müəyyən məsələlərlə təntənə edər.İnsanlardan qaçıb köhnə parkda sadə gəzintidə tapıram yaşamı.

Sadə bir az çirkli stəkandan içdiyim su nuş olur mənə, malik olduğum rahat evə ramən qonaq oıduğum ünvanda yatdığım nimdaş yataqda rahatlıq tapıram, sürdüyüm maşına ramən, taksi maşınınına diqqətlə baxaram.

Qarışırsız hər gün, qarışacaqsız da! 

Share this post


Link to post
Share on other sites

Bu həyata maraq verən onun aldadıcı zaman vahididir! İnsan öz yaşam zamanını azca sürətləndirə biləydi kaş ki..o,  böyük ehtimalla məyusluq içərisində tapılardı.Şübhəsiz bu məyusluq onun bu sürətlənmiş və daha aydın nəzərə çarpan  kiçikliyindən dolayı olmazdı...insan onsuz da kiçikdir və məqamlar bunu çox dəqiq ərz edir! 

Yerimizi göstərir! Məsələ onun qoxrduğu müqayisə müstəvisində məruz qaldığı uğursuluğundan dolayı olardı! 

İnsan oğlu bu həyata qədəm qoyduğu gündən sadəcə bir məqsədə qulluq edib, əslində bu heç “məqsəd də deyil”-( 

Sağ qalmaq.Yaşamaq!  “İnsan da öz məskənində....öz evində  bu fikirlərə önəm verərmiş”.

Mənəm-mənəmlik etdiyin məkanda sağ qalmaq məşəqqəti həqiqətən də alçaldıcıdır-((( .Bizlər dua edib , müəyyən xırda məsələlərə nail olmaq istərik, bu istək həmin məsələnin bizə faydasından dolayı deyil, bizim acizanə özümüzü təsdiq “ehtiyyacından” irəli gələr.Tərifə layiq insanlar axtarırsız? Böyük məsrəflər edib , bu məsrəfləri “itmiş” sayıb , müqəddəs məmbəyə dua edənlərdir onlar, qazandıqca özünü hər gün tənbeh edənlərdi, artdıqca qorxanlar, danışdıqca sakitləyənlər, gözlərinə baxıb ixtiyarsız və ikili yanaşmadan uzaq olanlardır, bərabərliyə inananlardır, müqəddəs məmbəyə pənah gətirib yatanda belə gözlərini ehmalla yumanlardır.Qalan şeylər insanın inanmaq istədiyi xülyadır ey dost! “Понты наше всё ” !  Bizim bütün ömrümüz özümüzü digər özümüz qarşısında göstərməkdir.Hamımızı içinə gömən böyük miqyas...

Share this post


Link to post
Share on other sites

Хуже продавцов Орифлейм могут быть только продавцы icbari sığorta!

Share this post


Link to post
Share on other sites

Хуже продавцов иджбари могут быть только тупые гайцы.

Share this post


Link to post
Share on other sites
19 минут назад, Portugaletc сказал:

Хуже продавцов иджбари могут быть только тупые гайцы.

 

но они хотя бы не названивают по 100500 раз в день))

  • Haha 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...