Jump to content
Togrul-Lupus

Ты Тоже Скажи...(Сборник Мыслей Простого Народа).

Recommended Posts

Прочитал пост юзерши как она радуется поражению Армении (проиграли финнам 0-2) и родился афоризм.

 

---------------

За неимением собственных побед, радуемся поражениям врагов...

  • Haha 1

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Gündəlik dəyişən gecə gündüz rutini səni aldatmasın, sən bu rutində çox tez itirilənlərdənsən.Sən hazırlıqlara çox vaxt ayıransan.Köynəyinin ucunu güzgü önündə çox həssas düzəldənsən.Bığının qırağını saatlarla düzəldənsən,əyinin rənglərini gözlərin önündə itirənsən.Sən qayda qanuna riayət edənsən.Bütün bunlara əhəmiyyət verincə gedişata kaş ki, diqqət etsəydin...İnsanlar hər daim yarımçıq qalan məsələlərdə razılıq tapıbdır.Müəllim tələbədə tapıb bu razılığı.Varlı kasıbda, Evlər çöllərdə, böyük balacada, bütün düzgün dəvətlərə ramən! Ey insan sən bu getişatı xeyirinə çevirə bilməzsən! Sən ən yaxşı halda müəyyən məqamlarda həyatın sənə ayırdığı kiçik paylara şükür edə bilərsən.

Uzun uzadı hazırlıqlar kiçik sözlər sevir!

Böyük təqdimatlar sadə görünüşə uyar!

Əlvan təxəyyülə ağ-qara xasiyyət ortaqdır! Sənin ütülənmiş köynəyin, hesabına oturacaq məvacib , gəldiyin arxa dönəmin kiməsə gərək deyildir!

Dərinə getdikcə adam uymaq istəyir...

Dəyişiklik sevir həyat və ona aid məsələlər.Heç nəyi sevir həyat! Sıfırdır ölçü vahidi.Təxəyyül.Sənin özün.Sən kiməsə yaxşılıq edib məmnun qalanı gördünmü?! Sən borc verib geri alanı gördünmü?! Sən yaxşı deyilən vəziyyətə davam gördünmü?! Sən nə edirsən et, özünü hər daim yolun tam ortasında tapacaqsan-))))) bu sonu olmayan bir yoldur.Bu oyundur, dairədir, ədədi silsilədir...

 

Edited by Rufat_714

Share this post


Link to post
Share on other sites

İnsanın fikirini cəmləməyə mane olan məsələlər onun natamamlığından irəli gəlir.Bu ruhi natamamlıqdır əziz yoldaşlar.İnsan fiziki cəhətdən məhsuldarlıq əmsalının tam 100 faizinə uyğundur.Daxilində isə çatışmazlıqlar çoxdur sıravi hamımızda.Bu əslində bizimlə bağlı olan məsələ deyildir.Bizlər özümüzü ucaldaraq aldadırıq.Üzərimizə üstünlük libası geyindirib böyük boşluqlarda libassız qalarıq.Bizlər bu xırda təsəlliyə çox möhtacıq.Mən gəzib dolanıb insan üstünlüyü axtarmaqda israrlı biriyəm.Kaş ki tapaydım.Məni bu işləri düşünməyə vadar edən fiziki və maddi “özünü təsdiq” -dir. Hər nə qədər bu məmnunluğu tapsam , o qədər özümə inanmıram! Ey insanlar, bu həyat kef üçün nəzərdə tutlmamışdır.İnsan bu həyatdan həzz ala bilməz.İnsan özünü və yaşayış istiqamətini itirə bilər.Tam ayrı məsələlər və ünvanlarda tapıla bilər.Zamanını xərcləyə də bilər.Dönüb yenə harada olduğundan şübhə edər.Bu ən uğurlu haldır.Sənə böyük masa təklif edirlər, həmin masa min bir nemət ilə üzlənir.Sən isə bunca çeşidə və rənglərə ramən dənə ilə ölçülən vahidlərlə kifayətlənməlisən! Biz deyən deyil ey dost! Uzun uzadı yaşamdan sonra nə üçün şükür etməli olduğum indi indi çatır mənə, gör nə qədər geri qalmışam mən-(

İnsan ölçü vahidinə möhtacdır. Kəmiyyət ölçü vahidinə! Keyfiyyət ölçü vahidinə!

Hər daim çəkindiyimiz, utandığımız məmbə olmalıdır.Hər daim arxasınca getdiyimiz dəqiq ünvan! Ətrafınızda gördüyünüz hər nə varsa bunu çatdırmaqdadır bizə.Hər daim kökləndiyimiz istinad olmalıdır.Bunu axtarıb dəqiq təyin etmək həyatımız qədər önəmlidir.Sənin ünvanın sənə həm evdir həm çöl.Köynək həm əyininədir həm deyil.Məsələ sənin yanaşmandadır.

Məsələ özünü burada qonaq hiss etməkdir.Məsələ bizim üzərimizə düşən öhdəliyi anlamaqdır.Məsələ bizim idarəçiliyimizə uymayan işlərdədir.Məsələ bizim cavabını verə bilmədiyimiz suallardır.Məsələ bizim sadəliyimizdir.Başımızı aşağı salıb addımlamağımız, danışarkən sakit səs tonumuz, dönüb nədən və haradan gəlməyimizi anlamaqdır.Məsələ duada deyil.Ona hansı sözlərin daxil olması da deyil.Həmin duaya vadar edən sabit vəziyyətdədir! 

Share this post


Link to post
Share on other sites

İnsanı formalaşdıran qəti üslub və ya vasitə yoxdur.İnsan tam formalaşa bilmir, O, bu təkamül gedişatında müəyyən pilləyə gəlir.Bunun üçün bir çox keçməli olduğu öyrətmə vasitələri və maariflənmə dəzgahları vardır.Ki, bu vasitələr və dəzgahlar bütün Adəm bəşəri üçün eyni tələbləri tətbiq edər! Bütün sıravilər eyni prosedurları keçib, eyni maneələri aşıb, eyni məmnunluqla razılıq tapar.Bu zaman onun simasında məmnunluq təbəssümü də sezilər.Ey insanlar , həyatın sizə ləzzət etməsi üçün bəzən “çirkaba” batmaq gərəkdir.Bu sizin üçün bir tədris vəsaitidir.Bizlər hər daim digər birində olan nəyəsə qibtə etmişik.Bunun olmaması üçün özümüzün müəyyən məqamlarda köynəyimizin qollarını çırmalamaq lazım gəlib.Biz isə “ayıbdır” deyib çəkilmişik o yoldan...gözümüz və qəlbimiz həmin yolda qala-qala.Hər birimizin həyatında çirkab vardır! Hər birimizin! Bu bizi çox dəqiq xarakterizə edir.Təsdiq edir-) İnsanlığımızı! 

Dost məclisində özümüzü ideal təsvir edərik, edə-edə onların saxta gülüşündə və ifadəsində özümüzə nifrət edərik! 

Arxayın arxayın danışıb , qabaqcıl olduğumuzu bəyan edərik, danışa danışa yalanımıza ramən gözlərimizi qırparıq! 

Geriyə qalmaqda pis nəsə yoxdur əslində, təklikdə də, uğursuzluqda da.Nə qədər ki varlığımızın əsl mənasını dərk etməyəcəyik, biz hər daim nədənsə narazı qalacağıq.Bu hər hansı sosial şəbəkədə yığılan qeyri-dəqiq parola bənzəyir! İnsanı nəyəsə dəvət etmək ən çətin məsələdir! Mən real xırda bər bəzəkdən çox çox uzaq düşmüşəm! Xirtdəyə qədər duz-çörək ilə .Bütün bunlara ramən insan üçün çizilmiş yolu itirmədim.Biz hər daim istək vəziyyətindəyik.Bu sənin çətin vəziyyətində qurulan məhkəməyə bənzər.

Hakim səni təmizə çıxarmaq istər, o səni istər, sənə rəğbət bəslər! Səndən sehirli sözlər gözlər! Sən isə qüruruna ramən özünü bu məhəbbətdən məhrum edərsən!

 

 

Share this post


Link to post
Share on other sites

Sənin ən dəyərli arzun ən bahalı pul əskinazına bənzərdir.Yaşayışına sadiq olsan bəsit qaydalar tam səni təsvir edir.Müəddəs mənbə bizə gen deyilən sabit sərhədlər təqdim edər.Həmin sərhədlər özünü min kərə təsdiq edər.Eyni çizgilər, hərəkət və davranışlar, oxşarlıq və bənzərliklər, qanunauyğunluqlar mövcud edər.Zamanla oxşadarsan kimi sə kimə.

Kaş ki, hamı valideynlərinə oxşayardı!

Mən maddiyyat haqqında yazmağı vaxt öldürmək sayaram..kiminlə sə zarafatı mövqesizlik, gülməyi zəiflik, sevinməyi uğursuzluq bilərəm!  Hər daim ağılımın ən uzaq yerində nə üçün var olduğumu düşünürəm.Bu mənə tam ayrı mənzərəni təqdim edər.Eyni zamanda asanlığı.Sən demə insan deyilən mürəkkəb məxluqa sadə şərait bəs edirmiş.Vahidlərlə ölçülən qida.Eyni vahiddə libas.Bizim istəklərimiz sən demə sadəcə yaşayışdan dəfələrlə uzaq gedərmiş! 

Müqayisə zamanı üstün tutulan nədir görəsən? Sənin min bir ləkə ilə əldə etdiyin “qəbul” ya başı uca inkar? 

Mən ancaq bir halda insana bəraət qazandırardım, O ömrünü uzada bilsəydi.

Təsəvvür edin, insana müəyyən anda-valideynlik borcunu bir gün daha artıq yerinə yetirməli olduğu , yoldaşlıq etdiyi birini murada çatdırmalı olduğu, ovladl ilə daha bir riyaziyyat məsələsini həll etdiyi olduğu, Növbəti xeyiriyyə aksiyasına qatıldığı olduğu məqamlarda daha bir neçə vahid ömür əldə edəydi!!!!  İnsan bu ömür payını əmr etməli halda onu əldə etməcəyini bilir və dua edir yenə də -(((((

Orta həddi gözləmək bizlərə əmr edilmişdir! Hər nə varsa həmin orta həddə bəxş edilmişdir.Ruzi də, hörmət də, sülh də, təbəssüm də həmin orta həddədir! Orta həddi gözləmək mədəniyyətdir! Rahatlıqdır. Bunun üçün artıq səy deyil də, artıqdan imtina etmək gərəkdir.Zərər deyil də zərərdən uzaq olmaq gərəkdir.

 

Share this post


Link to post
Share on other sites

Rahat həyat heç zaman maraq doğurmayıb.Bu açıq aşgardır.Sənin həyat dediyin gündəlik yaşam buna şahiddir.Bizə maraqlı olan məsələlər hər daim müəyyən cəhbələrdə çətinlik çəkən və bizim üçün məqbul olmayan nitqlərdən doğar.Rahat və təşkil olunmuş həyatda nə maraqlı ola bilər axı?! Hamı rahat yataqda narahatlığa qibtə edər.Hamı isti evdə soyuq məskən üçün arzu edər.Hamı maddi əminamanlıqda kasıbçılıq çək-çevirində iştrak etmək istər.Özünü təsdiq və maddi cəhətdən müəyyən pilləni əldə etmək sənin nəfsinə tam uyğundur amma rahatlığına dəlalət etməz, ey İnsan rahatlıq əyində deyil, ürəkdə ünvan tutar.Mən hər daim düşünürəm, bunu istəmədən edirəm, ki bəlkə bu hiss dayanar.Hər bir hissi dadmayınca nəyin yaxşı nəyin pis olduğunu anlaya bilməzsən.Bizlərə yaş...bizlərə ulduz....bizlərə rütbə....Hörmət...sayma...qəbul...ünsiyyətbu ikili məsələdir.Önündə dayanan səni hiss edirsə, o səni başa düşər.Anlar...Yoxdursa bu hiss, yəni sənin haqq etdiyin keçmiş, hünər, dəyər və hörmət!! Nə fayda?! Bu şirinliyi arxayınlıqda axtaranlar yazıq adamlardır! 

Çətinlik və imtahanlar sizə Allahın lütfüdür! Kaş ki başa düşərdiz!!! 

Məhz bu məqamlardır sizə rəng verən, sizi təsdiq edən-(( səngərdə böldüyünüz çörəkdir dəyər..oynadığınız yeddi şüşədir dəyər...Daşıdığınız kömək yüküdür dəyər...Verdiyiniz sədəqə, əyildiyiniz ünvan, etdiyiniz tərbiyə, sürdüyünüz köhnə maşın, verdiyiniz qəti cavab, susduğunuz validen.Həyat bu məqamlar arasında çox dəqiq dövr edər.Çünki Allah insanları məşəqqətdə yaradıb! (Bələd, 4)

Siz tam asudə və rahat bəndə görə bilməzsiz! Bu bizim qəbul etdiyimiz adətə taraz gəlmir.Gəl mən deyim.Sən hər daim ortada qalacaqsan, sən hər daim kiməsə borclu qalacaqsan, sən hər daim bəyənilib-bəyənilməyəcəksən, sən axtarıb həm tapacaqsan həm yox, sən qəti ünvana heç vaxt çatmayacaqsan, orta mövqedir təyinat! Bəzən heç kəsə danışa bilmədiyin aqibətdir, bəzən kiçik davamlar, bəzən tam boşluq.Uzun yolda hamımızın nail oıduğumuz sadəcə iştirakdır!

Share this post


Link to post
Share on other sites

Sevgili yoldaşlar,

 

həmı qətilik xoşlayır.Qısa sözlərdə rahalıq axtarır.Qəti hərəkətlərdə nəticə.Heç kəsə uzun uzadı nitqlər gərək deyildir.Bu əzəldən belədir.Hamı seçilmişlərə rəğbət bəslər.Hamı həmin o vəziyyəti və tərəfdarı arzu edər! Əvəzində nə desən görər və tərbiyyələnər-( hamımız bir nəfərə qədər tərbiyyə olunuruq.

Ağlım yenə qarışıb...

İnandırıcı nəsə demək üçün təcrübə gərəkdir.Özünü ən elit həmkarla imtahana atmaqdan tutmuş ən aşağı vəziyyətə qurban etməyə qədər.Ki , söz deməyə vəsait əldə edəsən.

Hər birimiz bir əyani vəsaitik, hər birimiz haqqında söhbətlər gedər, yaxşı ya pis! 

Sən nə qədər yaxşı olmağa çalışsan da əsas instinkt səndən qorunmaq namimə səni məhv etməyə çalışar! Ən sağlam biriləri sadə qaydalar üzərində yaşağamağı məqbul sayar-bundan qorxmaz! Mən nə qədər düşündüm, bu müstəvidə əminamanlıq üçün zəmin görmədim, bu yaşam sənin üçün daim narahatlıq məmbəyi olacaq.Sakitlik axtaranlar -üzgünəm-( 

Lotuluq axtaranlar-üzgünəm-(

orta mövqedə aramla hərəkət edənlər, sizə qibtə edirəm, sizədir yönəm, sizədir ruzi, ağırlıq, məsuliyyət, ayət!

Orta həddi gözləməyə şəxsiyyət olmaq gərəkdir.Özünü kimdənsə üstün görməkdən imtinadır, kiməsə rişxənd etməyi əksiklik sanmaqdır, danışanda sakit tondur,vuruşanda qətilikdir, dəyərlərə baş əyməkdir, pulu rədd etməkdir, saymamaqdır-(((

əbədi biri yoxdur, nə pis, ibrət alardıq ondan!!!! -( 

Hamımıza gözəl verilir, ki ona əl vurmayaq, yalnız tükətə biləcək ruzi, yalnız gedə biləcək yol haqqı, sevəcək övlad, hörmət edəcək valideyn! Qalanı yarımçıq, qırıq, fraqmentlə, qapına döyünən şeytan tək, hər gün döyür qapını, içəri daxil olmaq niyyəti ilə.

Share this post


Link to post
Share on other sites

Siz heç insan yaşamına qıraqdan baxdınızmı? Onun irs üzrə valideynlərinə oxşarlıq qanunauyğunluğundan tutmuş istəklərinə qədər.İnsanın da sonu olarmış...həmin bu məqamdır hər şeyə məna gətirən.Bu sadəcə məhdud zaman deyildir-)) məhdud aidiyyat..məhdud diqqət...məhdud öhdəlik...məhdud mənəm-mənəmlik-((((

ən gözəl görüş və vaxt sərfi uzun uzadı avaralıq və aşağılıqdan sonra tapdığın layiqli həmkar və onunla içdiyin bir fincan qəhvədir.Ən böyük qurban valideynin üçün etdiyindir.Ən düzgün məsləhət özünə verdiyin, ən qəbul olunan dua günahlarının bağışlanmağı.

Baxırsız?? Bütün bunlar maddiyyat və mənəm-mənəmlikdən uzaqdır.Sən qələt edirsən mənəm-mənəmlik edirsən!!!!

Mən müəyyən tip insanlar gördüm,,onlar özlərini oda-közə vurdular.Bəzilərini cəbhə xəttində gördüm, bəzilərini küçədə dava edən, bəzilərini uşaqlarını böyüdən, bəzilərini möhkəm sürən, söhbət çürüdən, ədəbazlıq edən, hamı eyni aqibət ilə cəmləndi.Böyük miqyasda kiçildi, Ağanın dediyi yolla ya murada çatdı ya tükəndi.

Ey insanlar, sizi daha artığına təhrik edən hiss sizin ziyanınıza işləyir, bu məsələ sizin nail olub olmamaq gücünüzlə əlaqəli deyil, siz zorsuz , əlasız, bir dənəsiz-((( məsələ sizin içinizdə bitib tükənməyən özünü təsdiq hissindədir! 

Məqamlardır bizi yaşadan! Övladınızla həll etdiyiniz növbəti rizayiyyat misalıdır...karaokedə ifa etdiyiniz növbəti parçadır...uğurunda sözləşdiyiniz mövqe, qapısına qədər rəfaqət etdiyiniz xanım!

Məqamlardır! Onsuz da hər gün yatıb -oyanırsız, ya da yox.

Share this post


Link to post
Share on other sites

Mən gözəl xanımları qarşımıza gələn gördüm.Onları mədəniyyət çərçivəsində sözləri seçən, xitab edərkən danışıq qaydalarına riayət edən gördüm.Mənə xoş olsada ağlımı ayıqlıqda saxlayan

hissi bütün bu sehrlərə üstün gələn gördüm.

Bu dəb, bu düzüm, incəlik və yanaşma kaş ki nəsə həll edəydi, ağılımı alaydı, unutdurardı, inandırardı.Ünvanı tərk etdiyim zaman bütün bu davranışlar həmin ünvanda qalarmış! Yaşadıqca özümü aldatmaqla təhrik olunan bu sehr əvəzinə iki kəlmə və iki yüz məna istərəm.Üzümə gülüş əvəzi qəti söz, süni çək-çevir və gəliş-gediş əvəzinə doğru yanaşma istərəm.Əlbəttə bu geyim və düzən əla idi.Hiss olunurdu ki bu məsələ üzərində zəhmət vardır.İstənilən vəziyyətdə müəyyən fikirlər vardır ki o səni tərk etmir.Sən harada olursan ol, onlar sıravi standart ayarlar kimi düşünülüb həkk olunar.İntinad nöqtəsi kimi.Mən bu gün həmin istinad nöqtəsindən çıxış edərkən həmin xanımın barmağında daşıdığı о üzüyə şübhə etdim.Bu şübhəni onun danışdıqça qaçırdığı gözlərdə tutdum.Onun azadə ruhunda hiss etdim.Kiməsə  bağlanmış xanım azadə ola bilməz! Həqiqətən bizim sayıb hesablaya bilmədiyimiz çox şeylər vardır.Getdiyimiz ünvanda daha artığına tələb qoyarıq, bir mövzu ilə müraciət edib digərinə iddialı olarıq, yazılan resept və düzənə şübhə edərik, insanın düz gözlərinin içinə baxarıq.Müəyyən sözlər seçib uğurlu nəticə ilə dönmək istərik.Səhvi də ən əvvəlində edərik.Olmaz bunlar.Sənin edə biləcəyin ən düzgün çıxış bütün hisslərdən azadə, heç bir alt məna olmadan yerində dediyin sözdür.Özünü hər kim sansan da! Bizi nəyəsə görə sevmirlər, ya sevirlər ya yox.

Bizə sadəcə rəğbət bəslərlər.Bizlər özümüz miflərə yönümlüyük.

Share this post


Link to post
Share on other sites

Sən hər şeyi dəqiq ölçü biçimdə istərsən.İllah da bu sənin vacib prinsipial məsələlərini əhatə edirsə.Sən hazırlıqlar edib səhnələr tutarsan.Sən özünü ağıllı libasa bürüyüb təmkinli məmbədən çıxış edərsən.Sən qələt edərsən!!! Sən nə vaxt qələt etmirsən ki?! Əvəzində yaşadığın yuxusuz , hazırlıqsız , küləkli, ala-babat vəziyyətdir.Baxırsan ki , etdiyin hazırlıqlar uzlaşmır axı-( onlara bir qədər sonraya söz vermisən, onlar da bu vaxta arxayın olub səni sonraya saxlayıblar! -(

Qalırsan tən ortada pis vəziyyətdə! Bu sənin təyinatındır ey bəni adəm! Mən sənə sənin digər təyinatlarını da saya bilərəm, sənə sərf etməyəcək məmbədən çıxış edib, zəni zəif qılan ünvanlardan bəhs edib, sənin heç kəs olmanı isbat edən əhvalatları misal gətirərəm! Sağlığa içən bəndə-((( sağlığa da adam içər?! 

Sənin hünərin yoxdur sağlığına zəmanət verməyə, sabahını “bu ” kimi təyin etməyə, sənin hünərin özünü təsdiq etmir ey bəni adəm-( Həyat sənin bahalı xidmətdən istifadə etməyin deyil, böyük məclisdə hesab verməyin deyil, otelə qız aparmağın deyil...Özünü bir kimsə sayırsan hə? Bax həmin kimsə müəyyən həqiqətlər qarşısında aciz qalanda görürsən ki sən ən zərif sabun köpüyüsən! Sənin köməyinə müqəddəs məmbənin əsgərləri yetişir, onlar sənin kimi görkəmdə sadəcə həmin məqamda sənin işini həll edəndə, özünü onlarla xoş rəftar edən görərsən.Onların danışıq tərzinə baxıb, istifadə etdiyi aksessuarlarda maraq görərsən! Həyatda yaşadığınız çətinliklər sizə Allahın lütfüdür ey insanlar.Siz bu çətinliklərdə insana xeyir gətirməyən məsrəflərdən kütləvi şəkildə canınızı qurtarırsız, siz bu məsrəflərdən qurtarmaqla özünüzü tərbiyyə edirsiz! Pul xərcləmək özünü tərbiyyə vasitələrindən ən ümdəsidir! 

Özünüzü tərbiyyə edə edə vacib məqamlarda Allahın adını çəkməklə nə qədər aciz biri olduğunuzu alırsız boyununuza.Hünəriniz nədir belə olmasın!!! 

Share this post


Link to post
Share on other sites

İnsanın insana kömək olması onun şəxsi idarəçiliyində deyildir.İnsana qalarsa o özünə oxşar birinə düşmən kəsilər.Bu olmasın deyə, müqəddəs məmbə tərzlər yaratdı, fərdlər, fərqlər, ki biz hamımız eyni olmayaq.Ki içimizdə bəzilərinə dua edək, bəzilərinə təriflər yağdıraq, ki bəzilərini bəzilərinə tövsiyyə edək, onlara hörmət bəsləyək! Müqəddəs məmbənin əsgərləri! Əl-ələ verən, müəyyən işlənmiş qanunauyğunluq və anlaşma çərçivəsində müştərək iş göstəricisi, bu işin əvvəli, gedişatı, və savadla evlərinə ruzi aparanların inam və rəğbət zəminində əllərini ətəklərinə cəmləyib müqəddəs məmbəyə şükür etmələri! 

Bu ən böyük səhnədir! Çirkin məsrəflər zəminində yaşadığın o yüksək hisslər! 

Sənin yaxşı əllərdə olmağın, yaxşı insanlarla əhatə olunmağın, hörmət görməyin özünü əsas və mükəmməl kökləməyindən asılı deyil! Sən özünü gönü qalın göstərdikcə( bəlkədə içində gözəl şəxsiyyətsən) zəif sandığın tərzdə zərbələr alırsan, dua etməyi özünə ayıb saydıqca “oyundan” kənar qalırsan! Oyundan kənar qalmaq heç də yaxşı şey deyil ey insan.

Dua etməyi özünə sığışdırmadıqda “oyundan” kənar qalırsan!

Share this post


Link to post
Share on other sites

Mən ziyalı olmağa çalışıram.Müəyyən budaq üzrə həyat qayda qanunlarını dərindən öyrənib bu məsələdə özümə rəqibləri aciz qılmağa çalışıram.Ən sonunda ən böyük rəqibimin kəndi nəfsimin və böyüyüyüm Allah olduğunu unuduram! Ey bəni adəm, danışdığınız sözlərdə belə eyhiyyatlı olun.Müqəddəs məmbə sizi hər daim söz verdiyiniz ünvanlarda tək buraxar! Bu onun sizi inkar etməyindən deyildir, bu onun qurduğu mürəkkəb get-gəldən doğar.O xoşluqla bizi tənbeh edir.Gülə gülə həyatı başa salır bizə.Qeyri əminliklə haqqımızda qərar çəxarıb, əminliklə onu həyata keçirər, qəti olaraq əmr verər və onu icra edər! Zavallı əhli insan, arxayınlıq verilmiş biri, telini sola darayan, darda çaba edən, əlləri yuxarı, dua edən! Əksik!!

Dua edin Allah sevsin sizi! Dua edin onun sizə yazığı gəlsin! Dua edin ağılınızı almasın! Dua edin bu günü sizə çox görməsin! Dua edin dərmana gedməyəsiz! Dua edin çarəsiz qalmayasız! Bilin və dərk edin , bu həyat kef üçün deyildir! “Biz insanı məşəqqətdə yaratdıq” -((( üzgünəm bu xəbərə görə! 

Sevincli günlər sizə ildə bir dəfə keçirdiyiniz ad gününə bərabərdir.Sevincli günlə Allahın sizə lütfüdür.O hər gün fırladır bu həyatı, siz yatırsız o fırladır, siz günah edirsiz o fırladılr, siz boş çıxırsız o fırladır, siz sadə olursuz o yenə də fırladır!

Siz? Siz nə edirsiz?! Pul itirdikçə müqəddəs mənbədə təşəkkül tapanlara eşq olsun! Döyüldükcə güclənənlərə eşq olsun! Satdıqca kasıblayanlara eşq olsun!

Valideynlərini Allah bilənlərə eşq olsun!

Cındıra yerini göstərənə eşq olsun!

Allah həqiqətən də insanları fərqli yaratdı, onlara tərz verib istiqamətlər göstərdi.Mən dua edə edə sakit sakit şüşə arxasında dua etməyənləri özümdən artıq saydım! Mən özümdən daha az iddialıları özümdən daha düz gördüm! Özümə şükür etdim!

“Уладь свои дела с Аллахом сперва”

Sağ ol Nata!!!!!

Share this post


Link to post
Share on other sites

Özgə adamı tanımaq sənə həmişə dərs olub.O sənin üçün bir əyani vəsait tək başqa səhifəni açıb və başqa hekayəni oxuyub, başqa həqiqətləri nağıl edib! 

Sən hər gün, özünə aid olmayan ünvanlarda eyni simaları görüb onların üzlərini əzbərləmisən! Mürəkkəb ağılının içində onları yadda qalan görmüsən.Demişdim sənə, sən sıravi birisən.Sən yalnız kiçik olduğunu anladığın zaman böyük ola bilərsən, sadə olduğunu isbat edərkən hörmətli olarsan, bahalı geyinməklə sən boğazından əksikslik şüarını asarsan! O bahalıq sənin davranışında gərəkdir, qaş-gözündə.

Layiq olana haqq olduğunu verməkdir.Sevinclə danışana gülməkdir.

Bu ibadətdir! Bu qayda qanunu gözləməkdir.Şəxsiyyət olmaq heç vaxt gec deyil!

 

Share this post


Link to post
Share on other sites

Mən insanı heç vaxt anlamamışam.

Onun haqqında düşünmüşəm amma.Onun tərəfində olub, tərəfinə haqq qazandırmaq istəmişəm.İzləyib onu gördüklərim məni heyrətə gətiribdir.

Ey zavallı insan, nə yaxşı bu həyat sənin ixtiyarına verilməmişdir! Yoxsa sən bizə nələr qıyardın?! Siz heç ətrafınıza dönüb baxdınızmı? Baş verənlərin fərqinə vardınızmı? İnsan düşündüyən daha zəifdir, valideynini itirəndir, övladının başı üzərində fatihə surəsini oxuyandır, axşam başını yerə qoyub istirahət adı ilə ölüb dirilər.Axı bu qədər özündən razılıq bizlərdə haradandır?!  Siz hər çalarda insan gördüz deyilmi? Mən də, valideyninə etinasız yanaşıb fahişə rəfiqəsi qarşısında hesabat verən kimdir? 

Arxamızca danışıb üzümüzə saxta gülüşlə imtahan olunan kimdir? Yol istəyib işıqforda bizimlə yan yana tələsən təlxək kimdir? Övladına qəpik qıymayıb eyş-işrətə xərcləyən bəs? Bizim daha hansı simamız qalıb ki? Şükürlər olsun ki ağlım məni tərk etməyib hələ, qaynayıb qarışmaq padlodur mənə! Sizi saymayan birinə girmək üçün axtardığınız üsullara ekvivalent valideynə təbəssüm jesti vardır! Ey insanlar, bu həyat kef üçün deyildir, bu bir zaman ərəfəsidir, ki biz ilk öncə özümüzü özümüzə isbat edək, salam verək, ağır zəmbilləri dikə qaldıraq, piyada keçidində səbr edək, daim yaşıl işığı gözləyək, liftə axırıncı minək, üzüyünüzün qaşı düşməz, ünsiyyətdə olarkən ağır maşınınıza ramən yüngül mənəviyyatınız göz çıxarır! Ey insanlar, sadə əyin varlı olmaqdır, sakit səs tonu can sağlığıdır, dinləməkdir müqayisə üçün zəmin, başı aşağı əymək əbədi səadətdir! Sizdən daha artıqları məğlub oldu.Əziz yoldaşlar, Allaha ibadət üçün hünər gərəkdir.Bu qayda qanunlara riayət üçün xasiyyət gərəkdir.Bəhanə deyilən məsələ insan övladının zəiflik nişanəsidir.

Müqəddəs məmbə bizim tərəfimizdədir, bizi haqqa çıxarmağa kiçik məqamları toplamaq üçün iddialıdır, əzəldən qoyduğu qayda qanunun keşiyindədir, ki bu məmbəyə inamın özü uğurun hamısıdır.Sizin qəflətfə olmağınız bu qaydaları dəyişməz, kəmhövsələ olmaqdan pis nəsə yox imiş.

Haqqı hesab çəkib dua etmək qəribədir! 

Əminliklə verdiyin cavabın doğru olmamağı qəribə! Hamı tərəfdən hörmət olunarkən aciz qalmaq qəribə! Sevilərək xəyanətə uğramaq qəribə! Sirri suya danışarkən düşmən kəsdən eşitmək qəribə! Saxtayıq biz.İçimizdə ən xətirliləri tez gedənlərdir.Bu şeyləri düşünməyə-xasiyyət verəydi bizə müqəddəs Əfəndi!

Amin.

  • Like 1

Share this post


Link to post
Share on other sites

“Xərcləyib” sizin haqqınızı verənləri heç zəmanə adamı olmaması ilə ittiham edərsiz....... içinizə qoymayıb axı, kaş ki atardı  sizə, aldadardı, ki onun haqqında ən axırıncı dost-tanışınıza giley güzar edərdiz.Bu əsl milli ruhda bir davranış olardı.İtirdiklərimə yeganə təsəlli itirdiklərimdən saha dəyərli müstəvidə ölçülən itirdiyim zamandır.Bu sadəcə saniyə vahidləri deyiıdir.Bu məhdud davranışdır, məhdud  hərəkət, məhdud sevgi.Zamana bağlı həyatımız bizim.

Ey insanlar, sizin keçirdiyiniz  bütün sevinc və kədərləri mən də hiss edirəm.

Hamının tükətdiyi bir qab qidanı mən də ikram edirəm, sadəcə ağlım daim müəyyən məsələlərlə təntənə edər.İnsanlardan qaçıb köhnə parkda sadə gəzintidə tapıram yaşamı.

Sadə bir az çirkli stəkandan içdiyim su nuş olur mənə, malik olduğum rahat evə ramən qonaq oıduğum ünvanda yatdığım nimdaş yataqda rahatlıq tapıram, sürdüyüm maşına ramən, taksi maşınınına diqqətlə baxaram.

Qarışırsız hər gün, qarışacaqsız da! 

Share this post


Link to post
Share on other sites

Bu həyata maraq verən onun aldadıcı zaman vahididir! İnsan öz yaşam zamanını azca sürətləndirə biləydi kaş ki..o,  böyük ehtimalla məyusluq içərisində tapılardı.Şübhəsiz bu məyusluq onun bu sürətlənmiş və daha aydın nəzərə çarpan  kiçikliyindən dolayı olmazdı...insan onsuz da kiçikdir və məqamlar bunu çox dəqiq ərz edir! 

Yerimizi göstərir! Məsələ onun qoxrduğu müqayisə müstəvisində məruz qaldığı uğursuluğundan dolayı olardı! 

İnsan oğlu bu həyata qədəm qoyduğu gündən sadəcə bir məqsədə qulluq edib, əslində bu heç “məqsəd də deyil”-( 

Sağ qalmaq.Yaşamaq!  “İnsan da öz məskənində....öz evində  bu fikirlərə önəm verərmiş”.

Mənəm-mənəmlik etdiyin məkanda sağ qalmaq məşəqqəti həqiqətən də alçaldıcıdır-((( .Bizlər dua edib , müəyyən xırda məsələlərə nail olmaq istərik, bu istək həmin məsələnin bizə faydasından dolayı deyil, bizim acizanə özümüzü təsdiq “ehtiyyacından” irəli gələr.Tərifə layiq insanlar axtarırsız? Böyük məsrəflər edib , bu məsrəfləri “itmiş” sayıb , müqəddəs məmbəyə dua edənlərdir onlar, qazandıqca özünü hər gün tənbeh edənlərdi, artdıqca qorxanlar, danışdıqca sakitləyənlər, gözlərinə baxıb ixtiyarsız və ikili yanaşmadan uzaq olanlardır, bərabərliyə inananlardır, müqəddəs məmbəyə pənah gətirib yatanda belə gözlərini ehmalla yumanlardır.Qalan şeylər insanın inanmaq istədiyi xülyadır ey dost! “Понты наше всё ” !  Bizim bütün ömrümüz özümüzü digər özümüz qarşısında göstərməkdir.Hamımızı içinə gömən böyük miqyas...

Share this post


Link to post
Share on other sites

Хуже продавцов Орифлейм могут быть только продавцы icbari sığorta!

Share this post


Link to post
Share on other sites

Хуже продавцов иджбари могут быть только тупые гайцы.

Share this post


Link to post
Share on other sites

Beyinimin qurdları tərbənib yenə!

Gia demiş, beyində qurdların olması heç də xoş əlamət deyildir, amma yenə də, özünü ağ vərəqə köçürmək bir adət halını almşdır! 

Ey insanlar , sizin hörmət bəslədiyiniz biriləri özlərinə hörmət qoyanlardır.Siz bu və ya digər dərəcədə hətta onlardan çəkinərsiz də.Amma sevirsiz onları, düşünürsüz ki bu adam həyatını düz yaşayır axı! Mən yaxıram, o düz yaşayır, mən aldadıram o düz yaşayır, mən xod gediəm o düz yaşayır, mən predelemi bilmirəm o düz yaşayır, mən adamı tavana qoyuram o evinə ruzi aparır, mən tapança gəzdirirəm o ruzi aparır, mən bərk sürürəm o evinə tələsir, mən söyüş söyürəm o salam verir, mən də xanımla danışıram, o da, mən kimlə , o kimlə,mən yiyəsizlə, o öz doğması ilə, kimdir lotu?! 

Mən ya o?! Ey insanlar , siz alçaldıqca müqəddəs və saf birilərinə rəğbət bəsləyəcəksiz! Hər daim özünüzün əldə eymədiyinizə təəcccüb edəcəksiz, aşağılıqda həyat axtarıb doğruluqda tapcaqsız, özünüzü satıb düzgünlərdə qəbul ediləcəksiz, dünyanı gəzib evinizdə qalacaqsız, sevəcəksiz amma sevilməyəcəksiz, siz çox məşəqqət görəcəksiz-(((( 

Heç kəs insanlığını axıra qədər itirmir , əks halda həyat dəyərli olmazı bu qədər, mən yaşayıb insan həyatını məqamlarda gördüm! Müəyyən ünvanlar vardır ki bu ünvanlar bizlərə şəfadır! Onlar sanki istinad nöqtəsidir, onlar nümunədir.

Var mənim də həyatımda bu cür biriləri.

Mən onların özlərinə, yaşamlarına diqqət edib onların nə cür yaşam tərzlərinə malik oıduğunu saf-çürük edərəm.Bu hansısa əskiyin topladığı puldan daha önəmlidir! İnsan səsi puldan önəmlidir! Kişi rəfrarı!! İstər evdə istər əskik məclislərdə! 

Ey insanlar bizlər məqsədlərlə yaşamağa məhkumuq, yaxud biz yaşamırıq! 

 

Share this post


Link to post
Share on other sites

Mən çox istərdim sizə təsəlli verim, fikirimi qəti formalaşdırıb sizə zəmin verim.Gözləyənlər yığını!!!! 

Məsələ sizin gözləmək tərzinizdə yaxud ərzinizdə deyildir.Kaş ki, gözləyib də əldə edərdiz! Bizim hamımızın yaşamı unikal alqoritm üzərində qurulmuşdur.Bu quruluş eyni zamanda iki cəbhədə öz “öz dəyərləri haqqında ” çıxışlar edər.

Cəbhənin bu tayı sənə birincilik ərz edər.Sən bu birincilikdə həqiqətən uğurlu nümanyəndə olub, tərəfdarlı aldadıb rəğbət yiyəsi olrsan-) sən heç zırt da deyilsən! 

Cəbhənin digər tayı daha biraz keçməkeçlidir.Bu cəbhədə sən özün heç kəsi aldatmaq istəməzsən-)))))))))

aldadacaqların kəslər sənin boyunundan asılı qalan şərəf -ləyaqət yükü imiş!

İkinci cəbhədə söhbət edənlərə qulaq asın siz ən çox! Onlar lotu deyillər! Ola bilməzlər! Onlar qalmaqallı biridirlər, məsləhətə ehtiyyaclı biriləri, bir az natamam , amma qəti, əmin lotular...ailə sahibləri və doğmalara bağlılar! 

Utanmayın özünüzdən ey dostlar! 

Deməyim odur bizi lotu qılanlar biz yox , düşdüyümüz vəziyyətlırdir-) 

Hər daim özümdən razı olmaq istədiyimdə Loğman surəsi düşər yadıma.

Nə yaxşı ki “əl attında” ürəklərdə vardır hər şey.Nə yaxşı ki bizdən böyüklər vardır.

Nə yaxşı ki bənzətmə məmbəyi vardır!

Nə yaxşı ki kiçik və sadəyik! 

 

Share this post


Link to post
Share on other sites

Həyat çox nazik cığırda siraətlənərmiş.Nazik cığırda önümüzə fərqli həcmdə maneələr gələr, hərəsi bir tərəfdən zamanımızı alar bizdən.Təsəvvür edin, siz bir kəsə nəzir verərsiz, sonra onu hissə hissə geri alarsız.Sizin həyatınız həmin nəzirin hissələrindən daha kiçikdir əziz yoldaşlar.

Mən sizin yaşamınızdan xəbərdaram.Sizin gündəlik get-gəl öhdəliyindən tutmuş ortaya çıxarmaq istədiyiniz o qeyri adi xülyaya qədər xəbərdaram.Sizin piştaxtalar qarşısında saatlarla dayanıb aksessuarlarda rəng ahəngi axtarış məşəqqətindən xəbərdaram! Sizin alış verişdə baha satıb ucuz almaq naminə içdiyiniz andlar mənim xirtdəyimə yığılmışdır! Növbə gözləməmək üçün zəng edib tapşırdığınız ünvanlar çox xarab ünvanlardır! Smartfonlarda like edə edə böyütdüyünüz övladlar mənim fəxrimdir! 

Mövcud olduğunuz reallıqda yaşamaq istədiyiniz o “mundar” həyat eyni zamanda həm günahdır həm cəzadır! 

İnsandan nə desən gözləmək olar.

Bunları mən sonradan gör götür etmədim.Sanki bir hədiyyə qutusu tək bunları özümlə daşıyırdım.Bilirmiş kimi insan xidmətlərindən uzaq olmağa çalışırdım.Bunca mühafizə və çəpərlərə ramən içəri keçməyə müyəssər olanlar da ilk öncə gözlədiyim xüsusiyyətlər cəmindən çıxış etdilər.Mən çox insidentlər görmüşəm, gözləmə zalında cavan birinin digər birini həyata növbəti birini gətirməzdən daha önəmli onun tərbiyyəsini təşgil etməkdən tutmuş, müqəddəs məmbənin öz Rəsuluna tutduğu irada qədər! Dərin və mürəkkəbdir hər şey əslində, bunu anlamağa düşüncə olaydı Kaş Ki..... !! 

Bu bədbinlik deyil, buna əsas yoxdur.

Bu hər şeyi dadandan sonra istədiyin bir libas sadə geyimdir.Qarşındakı həyəcanlı kəsi sakit dinləməkdir.Mənəvi rahatlıq naminə növbəti qazancdan keçməkdir.

Aramla yeriyib həddini bilməkdir, düzlənməkdir, sıraya gəlməkdir.

Yaşlaşdıqca sıraya gəlmək öz istyimizə çevrilir, daha çox yaşadıqca naz edib hoqqa çıxarmaq əvəzinə sıraya gəlirik.

 

 

Share this post


Link to post
Share on other sites

"Только музыка никогда и никому не изменяла...."

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Bu biri var biri yox var aaa ay Yekəbaş...

bu tam əzəldən sənin ürəyincə olmayıb.

Əvəllər sən buna qəzəblənmisən.Cavan olmusan, gücün qüvvətin, təzə həvəsin, iddian...bu sonra məchul cavablar və sənin qətilikdən bəlkəyə doğru meyil etməyin...daha bir az yaşlaşdıqca axırıncı bəndə tək birmənalı qəbul etdiyin həqiqətdir.Sənin həyatında daim biri olacaq biri yox.Çünki , sən zavallısan, səni yaxşı tərbiyyə ediblər, üzərində əsib, artıq tikəni verməyiblər, qapı ağzına belə şübhə ilə yanaşıblar, gor qonşularına belə inam göstərməyiblər,səni qoruyublar.

Mən də heç nə olmamış kimi bu şeylərə tamaşa edib biz dediyimiz birilərimizdən nəyinsə asılı olub olmadığını anlamağa çalışdım.İzləyib gördüm ki, nəinki səhər və axşamın get gəli -))) böyük səslərin, zərbələrin, məsafələrin məmbəyi birdir.

Bu məmbə zəifi qaldırb ona taqət verər, on deyər ki ey dost, yurd yuvana yiyə duracaqsan.Ünvanındır səni şəxsiyyət tək təmsil edən, üçdə-beşdə görmə məna, onu ixtira edən mənə dua edir, onun üzərində yatmaq istəyən həsrətdir yuxuya, sənin əyilməyin üçün həqiqətən səbəb yox imiş.Bəni insanın əyilməsi üçün səbəb yox imiş.İnsan hər daim ona buyurulmuş üslubda çıxış edər.

Əziz dostlar, hər şey əslində başqa cürə olmalı idi... nə cür?! Bunca illərdən sonra nəhayət sevgili ananızın ömürünü daha bir neçə il uzatmalı idiz...Dost qardaş vəsait üçün üstünüzə gələndə həmən vəsaitin on misli sizdə olmalı idi...İllərlə yaşlaşmaq əvəzinə kef çəkməli idiz...Karlı biri olub çərəkə fırlatmalı idiz, dirilik suyundan faydalanmalı idiz-(((

Hər daim yarımçıq dostlarım mənim-)))

Bütün bunların əvəzinə həyat bizə qulaq burması verib zəruri müəyyənn şeylər yaşadır.Yaşada yaşada qocaldır, arzulrımızı puç edib, xasiyyətimizi qırır.

Və ən nəhayət bu məqamlarda ibadətlə ömürünü keçirənləri anlamağa başlayıram.Bu sadəcə müqəddəs məmbəyə pənah gətirmək deyil, bu həm də həyat tərzi imiş.Qara maşından səliqəli təraş edilmiş, dama dama köynəkdə düşən gülərüz vətəndaşa bənzəyər bu əhvalat!! Hamızın hörmət bəslədiyimiz səhnə kimi yəni...əskinazların rəng ahənginə uymayıb gününü ibadətlə keçirənlər qabaqcllardır! Onlardır üzləri ağ! Ağ! 

 

Edited by Rufat_714

Share this post


Link to post
Share on other sites

Növbəti cild, növbəti fəsil, növbəti bənd...

ey mən deyən, səni bura dəvət edən yoxdur.Mən bu yazıları kiminsə oxumağı üçün yazmıram, məni məcbur etmə özümdən çıxım, hörmətsizlik edim.

Bura unudulmuş yerdir mənim üçün, ağ vərəq.Kimə sə qəribə, mənə ağ vərəq, kiməsə boşluq mənə ağ vərəq.

Bu zamandan etibarən mövzuya girib artıq əksik yazan adamın zatına söyəcəm.Nəsil və nəcabətinə!  Kim özünə hörmət etmirsə, mən də etməyəcəm. Mənim də çox şey xoşuma gəlmir.Odur ki ilk əvvəl hərə özünə hörmət edəcək! 

 

 

Əziz yoldaşlar, bu yazılar bir hal durumdur.Bunlar əsla kiçik oğlanın arzuları deyil, bu özündən razı birinin kaprizləri də deyil.Bu yazılar insan durumudur.Bunca nailiyyətlərə və uğurlara ramən “oyanmayan” insan ruhudur.Bəzən yaxınlarımla ünsiyyətdə olarkən belə bu haldan oyana bilmirəm.Sadəcə “hə” “yox ” cavabları ilə söhbəti qısaltdığımı görürəm.Fikirlər və nəticələr.Bir tərəfdə insana rəğbət , digərində hər kəsə nəsib olmayan rəhmət.Bir tərəfdə güclü qüvvətli insan planları digərində ratlaşdığı həqiqət.Bir tərəfdə çox sayda övladlar və onlarla fəxr, digərində onların natamam gələcəyi.Bir tərəfində qazandığın axşam uğuru digərində səhər hər şeyi yenidən başlamaq! Əziz dostlar, biz hər səhər , həyatımızı yenidən başlayırıq!!!

İnsana olan bunca rəğbət və hörmət hissindən sonra, onun hələ də haradasa təcili iş başında olmağı sizə təəccüblü gəlirmi? Özünə arxayın birinin bütün gücünü həyata ortaq etməsi bəs? 

Sizə elə gəlməsin ki əyininə zaman geyinmək yaşamaqdır.Siz elə bilirsiz zamanı səmərəli keçirmək asandır? 

Elə bilirsiz necə varsız eləsiz? 

Bizlər səhvlərə aludəyik.Bəzən onlara adi siqaret kötüyündən daha çox bağlı oluruq.Daha çox bəzən bilə bilə qələtlər edirik.Şüuraltı bunun səhv olduğunu anlayıb yorğun uğur gözləyirik, amma hər nə ediriksə edək?! Bizlər bunu gizlətməyə çalışırıq.Bütün bu məsələlərdə kömək nuru haradan gəlir? Yorğun zamanında ehtiyyacın olduğun bir qədəh sudan artıq həqiqət yoludur.

 

Mənim ən çox darıxdığım illər namaz qıldığım illərdir(c) 

 

Bu sadəcə uşaq etirafı deyil, dibdə bir udum hava üçün çarpışan birinin həqiqətən istədiyi məqamdır.Sən ola bilər ki səkidə yeriyərsən, amma sənə yol verərlər, olar ki, kölgədə qalarsan, amma axrararlar, nimdaş geyinərsən, sənə məsləhətə gələrlər.Elə məqamlar vardır ki bütün insanlar bərabərləşir! Onları taraz edən qanunlar insanın başını aşır.

 

Share this post


Link to post
Share on other sites

Siz heç insan yaşamına diqqət etmisiz? Mən insanın xarici görkəmində edilən estetik dəyişiklikdən danışmıram, müəyyən əzalarını forma baxımından dəyişsən də ağzını açanda həmən zibilsən.Mən insanın bu və ya digər şəraitə sürətli adaptasiya xüsusiyyətini nəzərdə tuturam.Ola bilər ki sən maddi tamamlıqda olarsan, ola bilər yox, böyük imarətdə soyuq divarlarda yaşarsan, yaxud bir otağa bütün oğul-övladlarını yığarsan.Bu hər ikisi mümkündür və mövcuddursa, kimdir varlı?! Əziz dostlar, sizin rəğbət bəslədiyiniz biriləri təbii qanunauyğunluq üzrə yaşayanlar deyil, eyni adət və ənənə üzrə yaşan biriləri, nəvələrini baxçalara apan ağsaqqallar və köhnə maşınlar sürən möhkəm kişilərdir.

Siz onlara baxanda onların maddi çatışmazlığını görürsüz, amma bunun o qədər də əhəmiyyət kəsb etmədiyini kiçik zaman kəsiyində çox aydın başa düşürsüz! Daha bir az möhkəm nümayəndələrimiz bu ağsaqqalları varlı arvadı fahişələrdən daha üstün sayırlar! 

Bunca geniş yaşam imkanlarına ramən, çayı eyni stəkandan içənlərə eşq olsun!

Kişi olmasına baxmayaraq müəyyən vacib məqamlarda qadın məsələlərinə qol qoyanlara eşq olsun! Böyük həcmli mühərriklə piyada keçidində səliqəli davrananlara eşq olsun! Özünü övladlarına sevdirməyi bacaranlara eşq olsun! Yaşlı qadın olaraq özünü döyməli birinə döydürmək yaxşı deyil! Oğlu yaşında biri ilə yatmaq ondan daha pisdir.

Özünü öz gözündən salıb alçaq bilmək daha pisdir.Satmaq daha pis.Böyük düşünsək biz heç nə qazanmırıq, sadəcə müqəddəs məmbənin planı üzrə hərəkət edirik.Daim hərəkət və öhdəliklər, daim get-gəl! Siz heç adət etdiyiniz əşyalar, otaqlar, küçələr haqqında düşündünüz mü? Mən asfalt küçələrin əlehinə olmuşam, onlar mənim uşaqlığımın izini itiriblər, onlar keçmiş olaylarların tozunu alıblar.Gələcəyə doğru can atan, dönüb geridə buraxdığımız məqamlarda toxluq tapanlarıq biz.Müassir vasitələrlə danışıb keçmişə pənah aparanlarıq.Yaddan yeyib, yeyərkən valideyni yada salan, ona zəng etməyə tələsənik.

Əziz dostlar, bundan əvvəlki postumda vaxtın səmərəli istifadəsi haqqında elə -belə danışmadım mən.Vaxtı səmərəli istifadə etmək həqiqətən elə də asan deyil, amma hər şey buradan başlar.

Share this post


Link to post
Share on other sites

Daima əsən küləklər kimi

daima yellənənən dalğalar kimi 

daim nəsə vacib kimi

səhər məsələn işə getmək hissi

axşam ondan daha arzuolunmaz

müəyyən hisslər vardır ki onlar insanı tərk etməz.

Ey insanlar, ciddi məsələlər ciddi sifətlərdə cəmləşmişdir! Yüngül yığlncaqlardan ürəyinizcə nəticə gözləməyin! İnsan ətrafında bir çox məsələlər cəmlənmişdir.Ona xeyli təkan və ümidlər bəslənmişdir.Saysız qurbanlar verilmiş, hesabsız bəhslər olmuşdur.

İnsan müqəddəs məmbə tərəfindən də dəyərləndirilən varlıqdır əslində.Ta bu günə kimi O bizdən nəsə gözləyir.

Məndən, səndən.Nəyimiz var axı bizim?! 

Uzun zaman yaşayan biri üçün “salam” vermək ən dəyərli kəlamdırsa bizlər nə axtarırıq?! 

Əvvəllər cavan idim, əslində heç vaxt cavan olmamışam, insan cavan olmur, özünü cavanlığa qoyur, həqiqəti qulaq ardına vurub ağ vərəq üzərində nəsə çəkməyə cəhd edir.İnsan həqiqəti ta əvvəl günündən bilir, ömür boyu onu bilə bilə yaşayır, sonuna qədər bəlkə nəsə başqa olacağı niyyəti ilə çırpınır.

Müəyyən anlarda nə üçün hələdə də nəfəs aldığımı düşünəndə lap məətdəl qalıram.İnsan hesablamalarına görə insan istəyi və imkanı çox fərqlidir.Amma mən nəfəs alıram.Demək o limit dediyiniz hədd həmin müqəddəs məmbənin istədiyi qədərdir.O sənin dözüm imkanını istədiyi qədər çəkə bilirmiş.Bu bəzən sənin xeyirinə deyil, kimə gərəkdir sonsuz imtahan?!  Amma baxırsan ki dözə bilirsən, təəccüb edə edə-)))))))))))))

Amandır, kimə sə söz vermə, nəyə sə boyun olma, yaxşı olmaq uğurunda cəhd etmə, bil ki insanlarla sənin aranda olanlarla müqəddəs məmbə ilə aranda olanlar tam fərqlidir.İnsanlar istər, müqəddəs məmbə verər, insanlar qınayar, müqəddəs məmbə anlayar, insanlar qıyar, o yox, insanlar fərqlidir, o bir, insanlar yoxdur o var! 

.........

İnanın, sadəcə inanın! 

Share this post


Link to post
Share on other sites

Sərhədlər ...

 

 

müəyyən həddlər vardır ki , onlara and içsən belə azdır.

müəyyən hadisələr vardır ki, onları nə qədər gizləsən yenə azdır.

müəyyən münasibətlər vardır ki, onları saxlayasan gərək!

Masa dediyin sənin ətrafına adət etdiyin qurumdur, bu qurum axırıncı dəfə sırf sənin uğurunda nə vaxt qurulub axırıncı dəfə?! 

Həyatına xoşbəxtlik cəftəsi vurmağa çalışan bəni insan, sən xasiyyəttinə uyğun şərait tərtib etdinmi?! 

Müqəddəs məmbə pıçıldayar ki , mən mərhəmətliyəm.İyirmi birinci əsrdə yaşayan xiyara əksər hallarda bu mərhəmət alçaqlıq kimi gələr.Müassir yüksək mühərriklə çalıaşan avtolar fonunda neynir insan Quran ayəsini?! 

Bu sənin vaxtında əyləc pedalını sıxmağın üçündür! Dədənin qabağından yeməyin üçün, evin zibilin atmağın üçün, həddini bilməyin üçün, dönüb geriyə baxmağın üçün! İnsan buna çox möhtacdır-)

İnsan beyinin imlanları insan üçün “xeyirli” mövqedən bəhs etmir.Sonunda insan özünü daim itirmiş sayır-) 

yaşadıqca itirən.

Share this post


Link to post
Share on other sites

 

 

Ey mədəni biriləri-)) 

elə ünsürlər vardır ki onlar sizin tam əksinizdir! Siz mədəni olduqca, formlaşdıqca, həmin kəslərdə öz insanlıq nifrətinizin son həddini görüsüz.

Onlar sizə alçaq görünər.Onların qırmızı qara rəngləri ahəngləşdirib ləçər səslə danışmaqıarı sizə qəribə gələr.Siz onlara min bir adlar düşünərsiz, ürəyinizin dərinliyində onlardan çəkinərək!

Siz onlarda nəsə vəhşi hiss kimi işlər kəşf edərsiz, dərin düşüncələrinizdə onların min bir şəraitdə baş çıxarmalarına pərəstiş edərsiz! 

Özünüzü zəif bilməyin dostlar, onların gücü arsızlıqlarındadır-)) 

pox yeyirlər! 

Siz mədəni olun, amma bilin ki müəyyən məqamlar sizdən vəhşilik tələb edər!

Hər məqam sizdən vəhşilik tələb edər, nə qədər ki yaşayırsız bu belə də olacaq.

Həyat yaşamaq növbədə kiminlə sə çiyin çiyinə mübarizə aparmağa identikdir.

Ölənə qədər çiyinlərin qabar bağlayacaq.

Bu sənin dünyaya gəlməyinin təcəssümüdür.Hər daim fərqlər axtarışımda olan bəni insan, mədəni və ləçər biri, salam olsun sənə!

 

Share this post


Link to post
Share on other sites

Sənin hər gün dövr etdiyin sadəcə zaman qısaldılması deyildir.Sən zamanını çox xırda məsələlərə məsrəf edənlərdənsən.

Sənə verilmiş yaşayış şansını adi işlərə həsr edirsən.Ətrafında özünü xoş hiss etdiyin birilərini bir gün sadəcə xatirə kimi yad edəcəksən.Sən kriminal avtoritet olsan belə həyat qanunlarına daim tabesən.Adi insanlardan daha çox hətta.

Ətrafında bir sıra xoş insanlar vardır.Onlar sənin əhvalını xoş edir, sənə ortaq olur, ucuz şənliyini adlı sanlı edir,gəlir, iştrak edir, səni özünə inamlı edir, hörmətə mindirir.Sən nə edirsən bəs?! 

Özünə yalan sata sata yaşayan insan.

Əziz dostlar, müqəddəs məmbə bizə rahatlıq təklif edir, bu rahatlıq bizim özümüzdən razılığımıza əks cəbhədən çıxış edir.Bizlər əslində çox kəmhövsələyik, hər şeyi tam və yerində istərik, əvəzində zırt əldə edirik! Hamımız!

Bizlər əksər həyatımızı bir birimiz önündə özümüzü göstərməklə məşğuluq.

Zamanımızı beləcə boşuna sərf edib həqiqətə möhtac yaşayırıq! Bizi yaradan belə yaradıb, deyib ki, “Biz sizi məşəqqətdə yaratdıq” -( 

Mən çox istərdim sizə qoşulum, gəlim , gedim, bunları çox sadə məsələlər kimi qəbul etdikcə, çətin məsələdir, sıraya yazılıb sırada oturmaq-( 

 

 

Share this post


Link to post
Share on other sites
Posted (edited)

And olsun nuru nur üzərində yaradana, elmin əsaslarını bundan çox çox əvvələr izah edənə, hər şeyə rəng və biçim verənə ki, bizlərdən heç kəs ona verilmiş imkandan artıq yaşaya bilməz! Bu maddi imkan deyildir ay sarsaq! Bu , səni sən edən, səni şəxsiyyət qılan, səni seçən , sənə rəğbət bəsləyən haldır! Bu hal vardır və mövcuddur.

Əziz dostlar, bu həyatın geniş və çeşidli olması əslində elə bizim özümüzün xeyirinə yaradılmışdır.Yazıq birinin digəri üzərində acizanə üstünlüyünə sevinən biri, buna öyünən, doğmasına hayan dura bilməyən, dil açıb, dildə tutulan, bunun hamısı bizik də! İkili həyat yaşaya yaşaya, birində özümü yatırıb yorğana basdıran, dərin yuxu arzusu ilə pəncərəmin ta o tərəfində qarlı qışı arzu edə edə, yuxuda sakitləşmək əvəzinə , saxta gülə gülə başımda olan əsas fikiri yaşadıram.

Daimi müqayisələr və hamımızın gündəlik küçülməsi.Azalması.Üzərimizə düşən funksiyaları belə hər gün daha az cəhdlə edirik.

Əziz dostlar mən pessimist deyiləm.

Əslində çox həvəsli biriyəm.Məni təəccüb içində saxlayan və simamıza oturan zaman qəlibidir.Saçlarımız, gözlərimiz, yerişimiz belə buna şahiddir.

Adi yaşayışı sevənlər, mən üzgünəm, sizin indi arzuladıqlarınızı bəzi nümayəndələr bitirib artıq.Amma hətta o yekəbaşlar belə , rahatlığı ancaq arzu edirlər.Yaşayıb istifadə vasitələrini vahidə azaldanlara eşq olsun! Təklə kifayətlənənlərə! Bunu anlayanlara!

Özünü sevənlərə.Bunu toxgözlüklə edənlərə.Sadələrə.Sizlər daim rəğbət məmbəyi olacaqsız.

Sizlər öz zövqünüzü və həqiqətinizi üstün tutun və təslim olmayın.Zaman hamımızın öhdəsindən gəlir.

Edited by Rufat_714

Share this post


Link to post
Share on other sites

Müxtəlif istiqamətlərə və gedişatlara and içənlərə indi indi rəğbət bəsləyirəm mən.

Oxuyub oxuyub indi indi başa düşürəm mən.Qaçan atlara, axşama , sabaha, ziyana da and içərlərmiş... bu müəyyən gedişatda narazılıq bildirişidir.

Əziz dostlar, bilin ki yer üzərində yaşayan kəslər qədər rənglər, xasiyyətlər və həqiqətlər vardır.Bizlər doğmalarımızı belə yola vermirik.Evin qayğılarını çəkə bilmirik.Acı rəftar edirik.Yetimi yedirtməyə ruhlandırmırıq-(( amma O bizi, hamımızı saxlayır! Nəzərə alır, hikmət verir, lazer ixtira edir, zeytunu bizə halal edir, müvazinəti saxlayır, Balansı təmin edir.Əziz dostlar, and olsun sübhə ki, biz ikili həyat yaşayırıq.Hamımız.

Əyinimizə geyinirik birini, gözümüzə taxırıq, başımıza çəkirik, dostumuza danışırıq, park edirik, şəhvətə boşlayırıq , amma bütün bunun arxasında bizi minən digər həyat vardır.Daim bizi tətikdə oyaq saxlayan həqiqətlərin həqiqəti! 

Harada ki biz haqqı hesab edirik, kiməsə dediyimiz sözün şiddətini ağılımızda çək çevir edərik, süfrədən götürdüyümüz artıq tikənin həqiqətən bizə halal olmasını ayırd edərik, hər səhərə and içib yaxşı insan olduğumuza şahid edərik, pəs edərik, sözümüzü tutmarıq, səhər param parça oyanarıq-( 

Bir insan üçün həddən çoxdur deyilmi, biz nə vaxt yorğana görə ayaq uzatdıq, nə vaxt gücümüzə görə hərəkət etdik, nə vaxt sadə gəzdik?! Mən qaçırmışam o məqamı, sən də qaçırmısan.Mən də sən də insansan.

Share this post


Link to post
Share on other sites

Hara gedirəm hamı mənə öz keçdiyi müəyyən epizodlardan danışır.Onlar bunu həvəslə edir.Belə qərara gəlirəm ki, bu epizodlar həmin insanları xarakterizə edir.Bu epizodları yığmaqdan başım ağrıyır artıq.Mən yaşadıqca özündən razı intelegentləri anlamıram.Mən kasıbın həyat eşqinə tamaşa etdikcə varlılara şübhə ilə yanaşmağa başlayıram.

Kasıb hər daim həddi sıxır, predeli yorur, sərhəddə qaçır, varlı dayanacaqdan parkingə olan haqqı verməmək üçün şüşəni aşağı salmır.Həyatda ən zəhləm getdiyi biriləri çayı belə üfürə üfürə içənlərdir. Cibində kifayət qədər vəsait ola ola yaxınına nəyisə qıymayan eynəkli inteligentdir.Daim kiçik mühərrik arxasınca qaçan, hər litri sayan, yığan, mənasız dağıdan və sıraya duran ünsür.

Əziz dostlar, mən artıq inanıram ki biz hər daim bərabər olacağıq.Çünki bizi biz edən məqamlardır.İnanın, hər daim sizdən daha yaxşı yaşayan biri var, nə bilirsiz o kimdir, nəçidir? İndividual hədlərdir bizi mühakimə edən, özümüzün özümüzə qoyduğumuz qadağalardır.

Ən böyük hakim də bizik.

 

Share this post


Link to post
Share on other sites

Жить на чужбине это как ребенком попасть в приемную семью.

  • Like 2
  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Tarixdə heç zaman sizin nə yeyib içdiyiniz qalmayıb, sizin nə geyindiyiniz də! 

Hansı sözü kimə və hansı tərzdə deməyiniz haqqında isə əfsanələr qurarlar! Yaxşı övladın olması üçün gen gərəkdir, irs yəni.Əziz dost irs dediyin nədirsə çox möhkəm zaddır.Sən ona nəzarət etmirsən, illər sonrası gəlib görürsən ki hər şey sənə uyğun və razı şəkildə cərəyan edir.Bu irsdir! İrs dediyin ciddi məsələdir, sənin boy və cinsi üstünlüklərindən də üstündür.İrs dediyin məsələ ilə zarafat edə bilmirsən.Dostunun ayağına verə bilmirsən! Demək, sənin üçün də ülvi nəsə var imiş, demək hələ də sağlam nəsə var imiş! Sən bütün bu sətrləri oxuyarkən maddi nəsə düşündünmü? 

Mən cavabdan tam arxayınam.

Danışdığım haqq insanın var və nüfuz məmbəyi seçimində böyük səhvlərindən gedir! O hər daim “böyük” məclislərə tələsib.”Nüfuzlu” boyunu yoğunlara güzəştlər edib.Bir çox bu kimi qələtlər edib görüb ki, qocalıb, yenə hörmət sahibi olmayıb.Şəxsiyyətsiz götə girənin nə hörməti ola bilər axı?! 

Ey insanlar, yaşayış və davranış şəraitini bizə həyat özü diqtə edir, bu hər daim bizim xeyirimizə deyildir, amma hər daim bizə məxsus məsələlər ki vardır!!! 

Mən bilsəydim ki, özündən vaz keçmək, özünü itirmək və girmək insan həyatını 1 saniyə artırır, mən ən bacarıqlı girən olardım.Həqiqət anında bənizin saralanda, həqiqəti anlayanda, öz zəifliyini ani boyununa alıb başa düşəndə, atanı istədikdə , uşaqlığını xatırlayıb adlar sayaqladıqda sənin kim olmağın ortaya çıxar.Sən həkim yox, insansan, müəllim yox, insan, sənin buradakı itkilərin çox vahidsiz görünəcək.Bəyənmədiyin biri isə həyatına davam edəcək.

Odur ki, böyük işıqlara baxma, böyük adlara məyus olma, böyük məsələsi elə də asan anlam deyildir.Böyük anlam yoxdur, o bizə yazılmamışdır, böyüklük hara biz hara.Hər daim, böyük olan bizim hamımızın pənah yeridir, nə yaxşı ki O vardır! 

 

Share this post


Link to post
Share on other sites

Bizlərin həyatla bağlı gözləntilərimizin olması nadir hallarda anlaşılandır.Biz öz nəfsimizə ramən nə istəmirik ki, bu həyatdan?! Bu gözləmə mövqeyinin özü insan imkanlarını şübhə altına alır.Hamı istəyir, müxtəlif yaş qruplarına mənsub nümayəndələrdən tutmuş kilsədə şam yandıran “fanatlara” qədər.Di gəl ki bu arzu və ruzi deyilən tərəzi öz qaydalarına uyğun əyilir.Əcəba etdiyimiz arzunun bizə xeyir olub olmaması haqqında düşünürükmü? Bu arzular tək özümüzü əhatə etsəydi nə dərdimiz olardı, bizlər bunca qısa saniyələrə digərimizin bəd əhvalını ortaq edərik! Təsəvvür edirsiz, girirsiz nüfuzlu birinin yanına, öz yüksəlişinizi istəmək əvəzinə digərinin tənəzzülünə saxta dəlillər gətirərsiz.

Əziz dostlar bahalı evdə yaşamaq arzu ola bilməz, maşın və digər xırda məsələlər də.Bu ünvanlar kardır laldır kordur! Doğmana pislik arzusu da , uğursuzluğunu ört basdır etmək də işləmir.Ömürdə 6-8 il olur ki, bu zaman ONLAR sizin ürəklərinizi hər işə qadir edər, siz bütün yaşayışınızı məhz bu 6-8 ildə ya həll edirsiz ya yox.Qalan ömür bu və ya digər birinə yaxud nəyəsə xidmətlə keçir.Nə qədər ki quru nəfəs ən uzaq adamına çatır, yaşayırsan.

Hər açar sözün altından bunlar çıxarsa, sən özünə nə arzu edərdin? -))))

Arzuya gərək qalmır, doğrudur.

Share this post


Link to post
Share on other sites

Güclü olmaq həyatda qısa üstünlük verir.

İnsanlar səndə bu təhlükəni hiss edib ehtiyyatla davranırlar.Ola bilər sən əclafsan amma güclüsən, paskudasan amma güclüsən, min dənə gizli günahların var amma sən güclüsən.

Bu sənə bir çox imtiyazlar bəxş edər.5 ci nöqtənə girənlərdən tutmuş səndən çəkinən tanımadıqlarına qədər.

Amma bil , həmişə

sənin kimi qanını qaşığına qoyanlar vardır.Bu çox təhlükəli görüşdür.Bu görüşdə sənin bəlkədə etdiyin səhvlərin əks sədası üzərinə gələ bilər.Odur ki saxla ağzını , danışma dalca, dağıdarlar səni.İnan bunu edərlər.Bəlkədə zərbə ilə bəlkə quru sözlə, həmin məqamda sən heç nəyə hazır olmayacaqsan.

Ey insanlar həyat orta həddi gözləyənləri sevir.Ən maraqsızları, vaxtında dayananları.Həyata macəra gərək deyildir.Macəra sizin evinə qədər rəfaqət etdiyiniz xanımlara gərəkdir.Ey dost, sonuncu dəfə xanıma evinə qədər nə vaxt  rəfaqət etdin?! Həyat üçün bu sıravi zaman məsrəfidir.Hə, həyat çox mürəkkəbdir.Əziz dost-) pul əslində vasitədir.Ona don geyindirən və önəmli edən insandır.O bu donu məcburdur etməyə çünki həyatda var olduğu yalnız puldur! Sənin yaraşığın onun pulu, sənin təbin onun pulu, sənin hisslərin onun pulu.Sən Azəri filmlərindən fraqmentləri əzbər deyirsən onun isə sadəcə pulu var! 

Kimdir varlı?! Dairə içində 100 rəqəm olar, onlar hər dəfə təkrarlanar yaxud yox, baxır hansı mövqedən baxsan.

 

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Qaynayan həyata and olsun, hərəkətdə olan hər şeyə and olsun, gecənin gündüzü əvəz etməsi kimi, tam əminəm ki insan bu və ya digər ümumi getgəlin bir tərkib hissəsidir.Cəbhə xəttində təsadüfi güllədən tutmuş evində oturduğu halda mərdi-məzara ilişməyinə qədər bütün hadisələr insana nədənsə bəhs edir.

Bu həyatda insanın ən üstün və şərəfli missiyası özünü sınaqlara nümunə etməkdir.İstənilən şəraitə və vəziyyətə olduğu kimi yanaşma və davranma-hünər istər yəni.Boyunu yoğuna şillə atmaq məsələn.Onu  üç nöqtəyə göndərmək məsələn, hünər tələb edir.Sən həmin məqamda atmosferə tez düşənlərdənsən, yeyənsən, içinə soxansan! Bu keçir, sabah tez açılınca vaxtında söyləmədiyin kəlmə sökər ürəyini.Sən de sözünü, adın oralardan hallansın, səni sevməyənlər kimi rəğbət bəsləyənlər də olacaqdır.

Ey insanlar and içirəm, siz ən yaxşılardan belə olsanız arxanızca qələt edənlər tapılacaqdır! Burada çox incə məqamlar vardır.Yığıb-yığıb üstündə otura bilməyəcəksiz, bu yanlış açar sözdür, əslində yaşam başqa qayda qanunlar üzərindədir.O ürəyi əməliyyatlı boyunu yoğunlulara dərs keçir.Onlar ürəklərinə qoyulan stenddən bixəbərdirlər.

Çiyinləri parıldayan şərəfsizlər siz də karsız, korsuz , sonunda hamımız göz gözə gəlirik.Hər kəsin həyatı onun daxilində cərəyan edir.O nə yaşarsa içində yaşar.Bax burada bir kimsə kimsəyə kömək edə bilmir.Bu ölüyə oxunan rəhmət kimidir.

Edited by Rufat_714

Share this post


Link to post
Share on other sites

Məsafələr ,

 

ki bu insanlar arasında dəqiq çizilmiş mövqelərdir.Tanışlar və dostlar bir yana, doğmalar və ailə üzvləri arasında mövcud olan məsafələr.Göz gözə gəlincə müəyyən məqamlar və xatirələr, tərəzinin o biri gözündə şərəf və ləyaqət bəndlərində əksini tapan məsuliyyət haqqı.Əziz dotlar məhsuldar iş sizin dilinizi qısaltmasın gərək.Qazancınız da.Miqdar hər daim kifayət edir.İşlədiyim ilk gündən indiyə qədər aldığım müxtəlif məvaciblərə ramən süfrəm sabit olubdur! Necə?! Qalanı mənim göt-baş atmağıma qurban gedib!!!! İnsan həqiqətən kəmhövsələ yaradılmışdır.Bu Allahdandır.

Ki biz səhvlər edək, ki biz borclu qalaq, çətin vəziyyətlərə düşək, əl ataq, kömək axtaraq, tapaq, tapmayaq və sonunda haqq müstəvisində müqəddəs məmbənin şəninə təriflər yağdıraq! Ki bunun hamısı bir ömürdür, ki ömür buna həsr olunsun.

Mən bunu ədalətsiz bilirdim.Bunu xüsusi hazırlanmış qayda alqoritmi sayırdım.

Yaşayıb tanıdıqlarıma baxdım, onları özümdən daha silkələnmiş görüncə , nə qədər nankor olduğum qərarıma gəldim! 

Mənim ürəyimi sökən ən çətin mənzərə tanıdığım insanların yerində addımlamağıdır.Mən onun səsini göylərdən gözləyirəm, əvəzində eyni parkda üzləşirik, onun haqqında mühüm fikirlərdə olduğuma ramən onu müdrikləşmiş görürəm, onu qeyri adi bilirəm, o isə qızı ilə axşam gəzintisinə çıxır.Sadə ev geyimində! 

Nəyimizə güvənirik axı?!!!!

Tirdə növbəyə düzülmüş hədəf yığını! 

Oturub indi indi nədən İbadətin vacib olduğunu düşünürəm, bu bizim özümüzdən başqa kiməsə gərək deyildir.

Bu qədər şəraitin və yaxşılığın qarşılığında baş əyməyən and içən biri.

 

 

Share this post


Link to post
Share on other sites

İnsana verilən düşünmə qabiliyyəti əslində onun rifah halının yaxşı olması üçün müəyyən yolların sayıb-hesablanması üçün nəzərdə tutulmamışdır.Qazancdan daha üstün məsələlər var imiş bəni insan üçün.

Mənim də dəyər verdiyim biriləri var.Onlar bir-bir həyatımdan çıxırlar.Müəyyən xatirələr və əhvalatlar.Səhnələr, həkk olur insan beyininə, hissələrlə qopmuş asfalt, kölgədə masa, yığılan adamlar, edilən söhbətlər , verilən dəyərlər.Bu mənzərəni zaman çox gözlənilməz şəkildə dəyişirmiş.Amansızlıqla! Bu sonradan çox izlər buraxır, yaşayış və gedişatı hər hansı şəkilə salır, amma insan ürəyində ən dərin haqqı-hesablar həmin xatirələri əsas götürərək çəkilir.Dürüst biriləri üçün də var nəticə, biveclər üçün də.Sonradan həmin kəslərə adi salamı belə verdikdə baxışlarda sezərsən mənzərəni, ürəklərdə gizlənəni, bunca illər yaşananı, sən demə susmaqla çox söz demək mümkündür, danışmaqla insan balıq tək torda canının hayında olurmuş! Kim düşməyib ki bu vəziyyətlərə?! Qərtmək bağlayıb , sağalırsan, sağaldıqca yanında dəyərli birini axtarırsan, ki buna möhtacsan.

Ey insanlar , müqayisə edərkən pis yaxşı axtarmayın, bütün məmləkərlər və insanlar öz adətləri ilə yaşar, bunu dəyişmək mümkün deyil.

Share this post


Link to post
Share on other sites

İnsan olaraq digər nümayəndələrə bağlılıq təbii haldır, nəyəhayət bir ünvana qarışmaq, vaxt keçirmək , haqqı salam etmək insan adətinə çox uyğundur.

Həmin ünvanlarla yaşayıb müəyyən nəticələrə gəlmək eynən həmin qədər təbii məsələdir.

Ey insanlar, Allah insanları çox fərqli biçimdə yaratmışdır.Onlara müxtəlif üstünlüklər və xasiyyətlər vermişdir.

Ehtiyyacı olmayana maddiyyat, ehtiyyacı olana mənəviyyat vermişdir.Kiməsə qazanc, kimə sə onun yollarını, kiməsə hər şey, kimə sə heç nə.Əslində nəyin hər şey nəyin heçnə olmasını ayırd etmək gərəkdir.Dostlar, bilin ki bizi biz edən şəraitdir.Tələbdir.Fırlanın fırlanıb yaradılmış hər şeyə möhtac oluruq biz!

Hər xırda hissənin belə öz yeri görünür.

Gördüyümüz səhnənin, geyindiyimiz paltarın sadəcə səhnə olmasını elə bir məqamda anlayırıq ki , bir ayağımız burada olur biri orada.

Müqəddəs məmbədən verilən üstünlükləri bir birimizin gözünə soxa-soxa yaşarıq bu həyatı.Gözəlliyi yalnız yetkinlikdə görən insandır.Biçilən paydan fəxr mi olar? Möcüzə ilə öyünmək mi olar? Başımızı qayğılardan çəkməyib də öyünən məxluq, valideyninə qayıdan, “yaxşı oğlandan” yeyən, hər daim öyünən biri.

Sənin din dediyin eyni köynəyi iki kərə geyinməyindir.Doğma məclisində incikliklərə ramən üzündə təbəssüm gəzdirməyindir.Tanımadığın ağsaqqal kaprizini yeməyindir.Qazandıqca həssas olmağındır.Hər daim güclü olmağın fonunu zaman saniyə tətikləri ilə pərişan edir.O səs ki var, o səs səndən belə güclüdür.Sənin yalnız doğmaların var.Sənin xatirələrin var.Sənin bağlı olduğun ünvan.Qalanı sənin deyil.

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Ən çox nə üçün darıxırsınız, mən bundan xəbərdaram ey əhli camaat.Nəyə möhtacsız onu bilirəm.Nədən giley edərsiz onu da.Bizim hər birimiz fərqli əl izləri ilə dünyaya gəlsək də eyni hisslər keçirib eyni amala qulluq edib eyni ünvana doğru gedirik.Əziz dostlar sizə gələn ruzi və imkanlar sizin kimliyinizə bağlı ola bilməz.Ədədi silsilə əsasında taktlarla əskinazlar çap edən dəzgahlar sizin həyatınızı yönəldə bilməz.Mən minlərlə insanlar görmüşəm ki onlar pulu bəhanə ilə xərclər-(( o insana kim qibtə edər?! Bəhanə ilə sürülən maşın, bəhanə ilə baş çəkilən valideyn, bəhanə ilə açılan bağ qapısı... özündən qaçmaq, rahatlıq axtarışı, bəhanə ilə qucaqlanan qohum, bəhanə ilə dəmlənən çay, dəvətli qonşu, siz kimi aldadırsız ey əhli camaat?! 

Qınamasın məni kimsə, deməsin yenə nə olub axı?! İnsan həyatını qıraqdan izləyib əsas səhnəni göz önümdə saxlamaq artıq müdafiə səddi həddini aşmışdır.

Dövr edən zəmaməyə şərik iddiası ilə alışan insanın çatışmayan cəhətləri həddən artıqdır.Siz heç dəyərli ailə albomunu vərəqlədinizmi?! Orada min bir xatirələr basdırılmış rəsmlər vərəqləyərsiz.Albomun sonuna çatdıqda çox soyuqqanlı şəkildə albomun son qabığını örtərsiz.O albom isə sizin ən dəyərli xatirələrinizdir.Fikir ver ey bəni adəm mən heç qazancdan danışmadım, çünki insan vacibiyyatı vahidlə ölçülür.

Sənin varlı omçağın üçün bir ovuc ruzi kifayətdir, nadanlığın isə saysız hesabsızdır! Ən çox nə üçün darıxırsınız? 

Valideyn qucağı üçün? Əvvəlki o həyət üçün? Çopur çatlı asfalt qatı üçün? 

Sonunda biz hamımız bir ünvana bağlıyıq.İnsan payızdır, üstü xəzəl bağlamış, içi nəm torpaqdır, əlvandır...

İnsan qışdır, üşüyür, bürünür, dörd divar axtarır, yuxu istəyir...İnsan yazdır, həssasdır, təravətlidir, çiçəklənəndir, diriləndir, yaşamağa mübarizə aparandır....insan yaydır, yaşıldır, oynaqdır, ağdır....ey dost, burax qazancı, o saylar sənə aid deyildir, tələs get o həyətə, salam ver, o həyətə bir də get, oranı bir də gör, sən harasa bağlı olmalısan sonunda.

Edited by Rufat_714
  • Like 1

Share this post


Link to post
Share on other sites

Hər bəndə üçün özünü tənqid tərtibatı vardır.Bu tərtibat bir ölçü meyarı tək hər daim insanla yan-yana olurmuş.O sanki kargüzarlıqla məşğul olan yuxusuz birinə bənzəyir.İşi-peşəsi sənin davranışına öz xüsusi yanaşmasını tətbiq etməkdir.Ürəyini tərpədib, beyinini dəng etməkdir.Özünü tənqid tərtibatı sənin özünün özünlə qaldığın o həssas zaman kəsiyi imiş.Bəzən haqqında bəhs etdiyim bu səhnədə özümü suçlayıram! Deyirəm ay zalım, sən bu xasiyyətlə nə qədər gedəcəksən? Hara gedəcəksən? Bu qədər təkəbbürlə bir mənzilə çata bilməzsən.Bu fikirlərlə beyin hüceyrələrimdə alternativ tərzlər sadalanır, yollar axtarılır, baxıram ki bu eqo sadəcə uşaq kaprizi deyilmiş! Bu mövcud duruma qarşı təsadüfi labüdlükdür.Baxıram ki bu özündən asılı olan məsələ deyil də, sənin hərəkətlərinə ağıldan savayı çox güclü məmbələr təsir edir.Gen dediyin ata-baba nişanəsindən tutmuş bələyində sənə anılan dəyərlərə qədər.Ey bəni adəm səni yetişdirmək asan iş deyil.Sənə tərbiyyə verilir, səni tərbiyyə ocaqlarına verirlər, sənə vəsait yatırırlar, səni kimsə edirlər, buna illər sərf edirlər.Bu əməkdir, valideyn sevincidir, sənin boyuna buxununa görə, istirabıdır, sənin gələcək bəxtinə görə.Qayıdıb baxırsan ki, axtardığın digər yollar mövcud olsa da sənə aid deyil.Özünə aid olmayanı ən tez duyur insan.Onun hissiyat vasitələri bu yolda heç səhvə yol vermir!!! Dönüb, nə yaxşı özünə xəyanət etmədiyinə qürur duyanlara eşq olsun! Öz dəyərlərini bu və ya digər üsulla təsdiq edənlərə rəğbət olsun! Nə qədər də çətin olsa da , hər şeylərini itirənlərdən daha irəlidəsiz siz.Bunca çeşid içində birlə kifayətlənən , işıqlar içində itən, yollarda nizamı anlayan insan.Çeşid yalnız bir halda aktualdır, əgər sən öz istəyini bilərsənsə, əks halda bu həddini aşmaqdır! 

  • Like 1

Share this post


Link to post
Share on other sites

Elə hisslər vardır ki , onları fikirlərə və uyğun ifadələrə çevirə bilmirsən.Bunu dəqiq hiss edirsən, amma istədiyin ölçü həddinə gətirə bilmirsən.Bu lalın hərəkət ifadələrinə bənzəyir.Kim bilir bəlkə Allah ona danışıq imkanı versəydi o bizdən daha mükəmməl danışardı.

Ey insanlar, əslində hansı şəraitin sizə uyğun olub olmaması, sərf edib etməməsi məchuldur.Biz insanlar hər şeyi yerində bu dəqiqə bu yerdə istəyib də nəyin xeyir nəyin ziyan olmasını hisslərimiz kütləşəndən sonra anlayırıq.Ən yaxşı halda...insan deyilən məxluqun intellekt inqilabı onun bu həyatda bəzi məqamlardan başqa heç nəyə varis olmadığını anlamasıdır.Həqiqət hər daim quru , maraqsız və azlıq içərisində tapılıbdır.Bu yola qulluq edənlər də cəmiyyətin görünməzləri olubdur.

Yalanlardır bizləri hoqqa çıxarmağa məcbur edən.Həqiqəti maraqsız görüb yalanla şənlənən zavallı.

Əziz dostlar, dini və həyatı cərəyanın istiqamətindən asılı olmayaraq insan dəyərli nəyə sə bağlı olmalıdır.Bu ən ümdə onun özünə gərəkdir.Dostdan bezəndə həmin məmbəyə qaçsın ki, şərabdan bezəndə, əks çinsin günah doğuran cazibəsinə biganə qaldıqda, Allahdan qorxduqda pənah aparsın O məmbəyə.Bu insanın özü üçündür.Biz hər daim harasa aid olmalıyıq.

  • Like 1

Share this post


Link to post
Share on other sites

Gülən üzlər, susan dillər, ifadələr, düzən və tərtiblər, baxış və mənalar, hisslər, həssaslıq və iradə, özümüzdən bixəbər biriləriyik yəni, müqəddəs məmbənin əslində üzərimizə qoyduğu vəzifədən qafil olanlarıq, həyat yolumuzu nəzərdə tutulan sərhəddən kənar yaşayanlarıq, ancaq zamanla anlayıb ipə-sapa yatanlarıq, valideyn işini sonraya qoyan,rəisin alçaq oyununa şərik olanlarıq, şəkil dəyişənik, nə bilim nə zibilik biz!!! Addımladıqca qəbul etdiyim məlumat toplusundan başım şişir mənim.Əziz dostlar, biz yaşadıqca əsas məsələni itiririk.Onu yaxşı yaşasaqda, pis yaşasaqda.Hər şeyə qənaət etdiyimiz təqdirdə həyatımıza qənaət edə bilmirik axı! Əslində kasıb biri olmaq daha üstün mövqedir.Kasıblıq sənə qamət verər, sənə bir az hirs, bir az özünə dəyər, bir az düşüncə , bir az ehtiyyat yəni! Önündə səpələnmiş məqsədlər , arzular silsiləsi, sən varlandıqca kütləşirsən, dəyişən sənin həssaslığın və səni sən edən o hirsin azalır.Başlayırsan xətalar etməyə.

Gün bə gün ipək süfrə tək əldən çıxan bizim süni əldə etdiklərimiz deyil, bizim əldən verdiyimiz əslində özümüzün də deyildir.Bizə qalsa qarışardı diyar, növbə pozulardı, maraqlar çərçivəsində yönələrdi hər şey, cizgi filmində olduğu kimi, hər növbəti ay Aprel olardı.

Yeganə pənah yeridir gedişat ki , insan ona kurs ola bilmir.Ki bunun sayəsində istənilən çeşiddə mövcud hər şey öz yerindədir.

  • Like 1

Share this post


Link to post
Share on other sites

Cəmiyyət dediyimiz bu qurum ki var , bir yuvadır hamı üçün, sığınacaqdır.Bəli zamanla acımasızdır, ikiüzlüdür , şərlə-böhtanla doludur.İtidir, sürətlidir, təkliklə təhdid olunandır, amma bunun şanlı şöhrətli məqamları yuxarıda sadaladığım o mövcud məqamlara taraz gəlir! 

Mən rastlaşdığım insanlara heç zaman barmaq arası baxmadım, onların bu və ya digər üstün xüsusiyyətlərini qulaq ardına vurmadım.Çünki bizlər bir birimizdən asılı olanlarıq.Allah bizləri bir birimizə düşmən edər, dost edər, gərgin münasibətlər çərçivəsində kömək, ideal dostluq müstəvisində yalanlar satar, başımızı daşdan daşa döyüb verdiyi ömrü çox düzgün səpələyər, əslində potensial olaraq mövcud hər dəyərli saniyələrə özü hökm oxuyar.Biz , bizlər axşam yuxuya gedənlərik, saatlarla  özümüzdən bixəbər olanlarıq, bizlər övladımıza istədiyimiz gen xüsusiyyətlərini dəqiq sayıb ötürə bilmirik, uzun illər sonrası həyatda qoyduğumuz o yadigarın nəsildə kimə çəkdiyindən belə giley güzar edən zavallı biriləriyik.İnsan zəifdir! Çeşid çeşid köynək geyinib, qədəh-qədəh şərab dadıb, say-say insan gördükdən sonra eyni nəticəyə gəlmək yuxarıda yazdıqlarımdan daha ağırdır.Bunları oxuyub insan tərəfinə üstün nəsə axtaranlar.... Sizin bu həyatda bir üstünlüyünüz ola bilər, tamamlanmış gözü toxluğunuz, nəfsi istəkdən azadə durumunuz, sizə qarşı olan mənfi və ya müsbət hisslərdən kənar dayanmağınız, üzə gülüb arxada tənə etməməyiniz, bir də ... bir də göyə baxıb ONU axtarmağınız. Bir ağıllı dostum var, o mənə yaxşı bir söz demişdi: “уладь свои дела с Аллахом сперва” . 

Bu əslində iki dost arasında təsadüfi deyilsə də , ağıl sahibi üçün böyük bir arzdudur.Bu iki nəfərdən ibarət olsa belə kiçik cəmiyyətdir.Yuvadır.Bu bizlərin həqiqətən ehtiyyac duyduğu məqamlardır.

Ən israrlı, ən hirsli vaxtında, ən arzulu, ən başlanğıcda nə qədər cəmiyyətdən qaçsanda, zamanla əldə edib darıxan, nail olub sakitləşən, əldə edib oturan və ehtiyyaclı biriyik biz.Nə qədər ehtiyyaclıyıq.Özümüzdən razı ehtiyyaclı, özümüzlə öyünən ehtiyyaclılar, arzulu kimlər sə, israrlı köməksizlər.Hamısı bizik.

  • Downvote 1

Share this post


Link to post
Share on other sites

Əziz dostlar-)) 

 

bu yaşayış çox keçməkeçlidir.

Olmaz qayda qanunsuz yaşamaq.Buna bəraət verən olmaz.Hamı harasa bağlanmaq istəyir.Həyatı da gərək nizam intizamla yaşayasan.Siz əksik birinə pərəstiş etdinizmi? Siz onun hər hansı hərəkətinə diqqət etdinizmi? Halbuki o da sizin kimi bir bədən və bir qəlb daşıyıcısıdır.Bu həyatda nə qədər fəqrli mövqelər və vəziyyətlər var imiş.

Bu mövqelərin və fərqlərin ən son mənzili sadə insanın varlı olub olmaması ilə haqqı hesab edilər! Etiraf edirm ki varlılıq pul əskinazlıarı ilə ölçülmür.Danışmaq üçün dil verəydi bizə cənabi Haqq, hərəkət üçün hünər, gələcək üçün iki göz! 

Ayıqlıq verəydi bizə, gözü toxluq, rahatlıq.

Bu gün nəyinsə peşinə düşən zavallı , sən 25 ildən sonra kim olacağın, bu illər üzünü sərf etdiyin əməyin ilə fəxr edə biləcəyin haqqında düşündünmü?  

Əslində insan üçün bəsit şeylər nəzərdə tutlumuşdur.Bu bəsit ləvazimat və vacibiyyatlar heç bir köməksiz hər daim insan vacibiyyatı üzrə öz ciddi nizamında mövcud olur.Qalan məsələlərdir, hansılar ki insan nəfsinə sayılıb hesablanmışdır.

İnsanın bu nəfsi zəiflikləri əsasında xüsusi proqramlar və gəlir məmbələri təsis olunur.İçinə girib özünə lazım olanı həmən ünvanın ən sonunda tapırsan, amma o sona qədər nə qədər lazımsız məsrəfləri edirsən?! 

İnsan üçün ən üst hiss onun sağlam durumda keçirdikləridir.Sağlam ikən qurduğu toy mərasimi xoşbəxtliklə təltif olunar, sağlam ikən qucağına aldığı öz canından biri ilə fəxr edər, sağlam olmaq artıq bir nemətdir.Sağlam olmaq artıq bir nemətdir.

 

Share this post


Link to post
Share on other sites

Hər birinizi bu və ya digər ünvanlara bağlayan səbəblər vardır.Həmin ünvanlar bizə fiziki rahatlığı doğma ünvanımız qədər verməsə də, aciz qaldığımız təxəyyülümüzdə evimizdən bəzən daha əziz olurmuş.Həmin ünvanlar sıravi vətəndaşın normalara uyğun rahatlıq dərəcəsi kimi qəbul etdiyi o vəziyyətdən daha nimdaş olur bəzən.Həmin ünvanlar özlərindən bixəbər vətəndaşların təxəyyül obrazından daha dərinə siraət edərmiş.Əslində soyuq olub, əyinimizi üşüdüb də canımızı qızdıran ünvanlardır-(

gözümüzə sadə görünüb ürəyimizə toxluq verən ünvanlar..Bütün çatışmazlıqları ilə cani dildən sevdiyim şərəf məsçidləri, ləyaqət daxmaları! 

Yaşadıqca ruhən bağlı olduğun yerlər, müəyyən müddətdən bir görüşünə tələsdiyin məsafələr, çopur çığırlar, qalaqlanmış kötüklər, say say doğma biriləri və əbədi xatirələr-( 

Uğurunda yaşamalı olduğumuz dəyərlər yəni!!! 

Ey insanlar, sizin ikram etdiyiniz ən dadlı ruzi ən çətin vaxtlarınızda sabaha etibarsız şəkildə əldə etdiyiniz həmin ruzidir! Həmin ruzi həyatınız boyu əldə etdiyiniz ən halal qidadır! Bu qidanı tükətdikdə belə Allahın adını çağırmasaz da sizə günah yoxdur, zatən çətin şəraitlər özlərində yalnız tənbeh gətirər, suallara cavab , kasıba möhkəmlik, xasiyyət verər, kişiyə qamət! Övladlarını , qardaş balalarını yığar bir yerə, bunu bir dəfəlik anlayın, başlanğıcda arzularla alışıb yanmaq, sonuçda var halda ölməkdən daha yaxşıdır! Çətinlikdə yaxınları bir araya gətirmək varlı ikən qardaşla danışmamaqdan daha yaxşıdır! 

Kasıb qapısını ürəklə açmaq varlı kandarından çəkinməkdən daha yaxşıdır! 

Eşq olsun ailə qaydalarını saxlaya bilənlərə! Eşq olsun kasıblıqla fəxr edənlərə! Qamətini düz saxlayıb özünə doğru qalanlara! Dadıb -doyub qane olmayanlara! Axtaranlara, qəflətdə qalmayanlara! Tapanlara və tapmayanlara! 

 

  • Like 1

Share this post


Link to post
Share on other sites

у меня есть...как-то в голову пришло...в далеком 11 году...

 

надо быть водой чтобы тебя жаждали,
надо быть огнем чтобы тобой грелись,
надо быть воздухом чтобы тобою дышали,
надо быть камнем чтобы о тебя опирались,
надо быть вечностью чтобы к тебе стремились
надо быть человечнее чтобы тебя любили

Share this post


Link to post
Share on other sites

İnsan bunca illər inkişaf mərhələlərindən keçdikdən sonra niyə Allaha dua edir? 

Müassir texnologiyalar dönəmimdə elmin sirrinə vaqif olanda şükür etdiyi ünvan niyə Allahdır? Bu söz sanki onun dilinə möhürlənmişdir! Bunca maddi təminata ramən yenə ilahi qüvvədən imdad diləməyin mənası nədir? Axı tam olmalısan, tamamlanmalısan, qazandığın səni adam eləməlidir axı sonunda! Etmir demək...səni bu həyatda heç nə adam eləmir.Nə o maddi məvacib, nə sürdüyün, nə istifadə etdiyin! Səni adam edən məsələlər pulsuz piştaxtada unudulmuş rəfdədir ey bivec məxluq! 

İnsan həyatı çox qəribə bərqərar olunmuşdur.Üzərinə gedib də əldə etməyə cəhd etdiyimiz , təxəyyüldə bizə çox dəyərli gələn şeylərin dəyəri məhz əldə olunana qədər imiş.Oturub, o hissi hamımız keçiriririk.Əslində isə dünya içində dünya var imiş.Əslində çeşid var, rənglər və tərzlər, müxtəlif istiqamətlər var imiş.Müqayisə oturmayan bəndlər var.Bu gün sənə uzaq görünən o əlvan bağ baxçalar, o nizamlı geyimlər, qaydalar sabah sənə təzim edə bilər, çünki sənin pərəstiş etdiyin o alçaq qayda qanun və nizam imtizam hər daim bir kimsəyə xidmət göstərməyə möhtacdır. Bunu anlamağa cəsarət olaydı sən də kaş ki.... 

Şalvara toqqda bağlayıb müəyyən müddətə qədər gəzə bilirsən ancaq, özünü önəmli göstərmə zamanı yuxarıdakından daha qısa, əlindən bir şey gəlməməyin daha tez biruzə olur.

İnsan bilirsiz niyə özünü doğrulda bilmir?? Bilirsiz niyə 100% məhsuldarlıq əmsalını əldə edə bilmir? Niyə əbədi yaşamır?! Çünki o ümumi gedişatda qurucu deyil də , asılı tərəfdir! Hamımız qanunu pozuruq.Hamımız! 

  • Like 1

Share this post


Link to post
Share on other sites

Əslində bərqərar olmuş qaydalarsız yaşamaq çətindir.İnsan həyatının müəyyən məqamlarında sabit məmbələrə pənah aparmağa möhtacdır.İnsan o məmbələrdə özünü səfərbər edər, etdiyi hərəkətləri, danışdığı sözləri yenidən saf-çürük edər, nəticə çıxarar və bu ona bir növbəti məntəqəyə qədər kifayət edər. Bizlər cəmiyyətdə yaşamağa məhkumuq.Bizlər kimi bu möhtəşəm mənzərəni seyr etmək , verilmiş imkanı reallaşdırmaq , adi hava kütləsini içinə  çəkmək istəyən saysız hesabsız biriləri vardır.Rəqabət qaçılmazdır.Yaşayış və seçim üzrə ən zəif bəndlər bu məsələlərdə mənəvi ədalət axtaranlardır! Həyat ən çox onlarln ürəyini didər, onlara başa salar, onları qovar, təqib edər, həyat onlar üzərində min bir oyundan çıxar...səbrlərini yoxlayar, onlara artıq-əksik dedirdər,həvəslərini sakitlədər.Qorxu hissi həmişə vicdanla yanaşı olur.Böyük kütlə içində şaşqın olanlar evdə ailə tərbiyyəsi görənlər olur.Zibilə düşənlər də, tənbeh olunanlar da.Nümunəvi insanların vicdanları əksər hallarda digərləri üçün isrifadə məmbəyinə çevrilir.Onlara şeş-beş gəlirlər, köynəyi ütülənmiş nümunəvi vətəndaş isə qaşlarını qaldırıb nəyin nə olduğunu anlamağa çalışdıqca həqiqət onun təxəyyülündə yayılmağa başlayır-(

İsraf dediymiz şey tək maddiyyatla əhatələnmir, sevgidə, rəğbətdə , tərifdə və dində belə israf xoş qarşılanmır.Bu həyatda yanağında daşıdığın sifətindən başqa heç nəyin yoxdur sənin ey bəni Adəm! Sən onsuz itirə-itirə gəlirsən.

Sevgi və rəğbət sifarişlə mümkün deyildir və sizi nəyə sə görə istəmirlər.Ya istəyirlər ya yox.Buna insan qol qoya bilmir.Odur ki hörmət tələb edib alçalmayın! 

  • Like 1

Share this post


Link to post
Share on other sites

Tikdiyiniz evlərə ramən fəsillər dəyişir.

Qurduğunuz imarətlərə ramən, döşədiyiniz həyətlərə ramən, aldığınız və satdığınız maşınlara ramən,dəyişir bu zibil ! Vəfa etmir heç birimizə, xırdalanan zaman deyil bizik! Siz yay və payız küləyini eyni düşünə bilərsizmi?! Yayda doğmadır hər şey.Yayda bolluqdur, yayda arxayınlıqdır, yayda hamı sükut içindədir.

Əslində insan əhvalı ilin fəsillərində öz əksini çox dəqiq tapır, bu ta məktəb illərindən belədir! Payızda əsən külək insanın ürəyini üşüdür! Onun bədənini zədələyir, ruhunu sıxır! Hamı yayı geri istər, onun istisini, dənizini, qumunu, ailəsini, o yaşıl rəngləri......əvəzinə vidalaşar o mənzərə ilə.O yollar ilə, o tərz və adət ilə, quyudan çıxardığı su üçün darıxar, övladına verdəcəyi cavab üçün darıxar zavallı, suya baş vurmaq üçün, qumun istisini duymaq üçün! 

Ey əhli camaat, niyə yay sonrası yay gəlmir?! Niyə bunu tapşıran vətəndaş yaşamır?! Niyə hər gün o qum yoxdur, niyə hər gün uşaqlar qaçmır?! Yayı itirmək bir faciə imiş qəlblər üçün.Ey dostlar bu yay bir də gələn il olacaq, əfsuslar olsun, mən çox israr etdim-(((

İnsan bacardığından daha üstün sözlər verməyə adət etmişdir,insan istər yaxşılıq zəminində yaşasın, sonunda o da payızın küləyində üşüyür, payızın küləyində kim üşümür ki?! Payızda bir başqa rənglər mövcuddur, bu rənglər hər gün bizə xəyanət edər, qohumluq əlaqəlirini qırar və sevinər.Hər kəsi evinə yığar, qayğı çəkər başına, vaxtını alar əlindən, payız belə payızdır-(

Amma bilin ki, nakam qaldığınız ünvanlarda da yarpaqlar saralır, düşür, əyinlər geyimə bürünür, kimsə boyununa almasa da sizin üçün darıxır! Sizi istəyir! O sizə zəng edir, şərt deyil zəngi açasız, olar ki keçirdiyiniz hiddət buna yol verməz, zəngə cavab vermədən də kiməsə sevgi hiss edə bilirsiz. Yay bir ümiddir, gəlir, isidir, güldürür, sonra günlər elə sürətlə qısalır ki-(( 

İnsan ömürünün qısalığına görə zəif deyildir.O öz vaxtını səmərəli keçirə bilmir, qurur və bunu nə üçün etdiyini anlamır.Kimə gərəkdir sizin bəzəkli divarlarınız?! 

Payız küləyi üşüdür! Payız küləyi üşüdür! 

Share this post


Link to post
Share on other sites

Bu həyatı ardıcıl təsəvvür etsək insan sonda sürünür kimi.Dəyişkən təsəvvür etsək insan çatdırmaz dondan dona girməyə...ki, insanın girməli o qədər ünvanları var ki! Nə cür təsəvvür edəsən axı ki insana müəyyən qədər bəraət qazandırasan?! Bizlər bir bizirimizə özümüzü göstərməkdə çox həvəsliyik, bunu şəxsi zəmində belə etməkdən çəkinmirik.Yazıq o ömrə ki özünü kiməsə göstərməklə keçər -( cavansan , yazıqsan etmə belə, göstərmə özünü bizə, biz səni səndən daha artıq tanıyırıq, postların qaçaq qəhrəmanı, troyka geyinən , boylu buxunlu nümayəndəm mənim! -)))

Sən zəifsən , çünki bizlərdənsən, cümlə insan əhlindənsən, bizi təmsil edib eyni zəiflikləri nümayiş edərsən, otağında parıldayan o içki qutusuna quzu kəsərəm, qıyma canına amandır-( 

durum sənin xeyirinə işləyə bilər, qəddinə qamətinə şuxluq verər, sənin üçün min bir pəsdahdan çıxarlar, amma bunlar ürəyinə bir qism rahatlıq gətirəydi kaş ki! 

Təcrübə deyilən məsələ vacibdir, bu sənin nəzəri uğursuzlunu ört-basdır etməyə çalışar, amma zatən bu! 

Allah ömürü istedadlılar üçün tərtib edib, bunu onlara borc edib , boyunlarından asıb, hər cəbhədə boyunu zınqırovlular əlləşər vuruşar..Nə hikmət sə sən bu həzzdən kənar qalmısan, kasıb balası olaraq bir kimsəyə əmr etmədin, tək ikən ardınca gələnləri bilmədin, elmə söykənib uğur əldə etmədin, amma parıldayan içki qutusunu dikdin masana-) 

ürəyində rəğbət bəsləməyi Allah əmr edib sənə! Bu sənin mövqenə bağlı əlamət olmadı sonunda, hər daim sənə aid olmayan ünvanlar vardır.Demək sənin məhsuldarlıq əmsalın 100 faiz ola bilməz! Sənə keçirlər, mənə rəğbət bəsləyirlər, səni bilirlər, məni sevirlər, sən də mövqedəsən, mən də ! Sən nə ilə mən nə ilə ?! Sənin də qayğını çəkirlər mənim də !!!!! 

 

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...