Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Bakı Meqapolis Deyil, Metropolis Olmalıdır”


Blok

Recommended Posts

“Bakı meqapolis deyil, metropolis olmalıdır” - MÜSAHİBƏ

Arxitektor Novruz Eldarlı “Böyük Bakının Regional İnkişaf Planı”nı açıqlayıb

“Böyük Bakının Regional İnkişaf Planı” Layihəsini İdarəetmə Qrupunun

rəhbəri, arxitektor Novruz Eldarlının Lent.az-a müsahibəsi.

- Kifayət qədər geniş ərazini əhatə edən “Böyük Bakının Regional İnkişaf Planı”nın işlənib hazırlanması, eyni zamanda bura Bakı ilə bərabər Sumqayıt və Xırdalanın da daxil edilməsi nə ilə əlaqədardır? Çünki məlumdur ki, indiyə qədər qəbul edilmiş baş planlar yalnız paytaxtın inkişafını əhatə edib.

- Bu gün Bakı 100-200 il deyil, 30-50 il əvvəlkindən də tamamilə fərqlidir.

Kommunikasiyanın, yol şəbəkəsinin inkişafı, sürətlərin artması böyük əraziyə vahid orqanizm qismində baxmağa imkan verir. Məsələn, bu gün Ələt qəsəbəsi Bakının inzibati ərazisinə daxildir, baxmayaraq ki, mərkəzdən 65 km uzaqda yerləşir. Bakı özü şəhər kimi 19-cu əsrin ortalarında formalaşmağa başlayıb, 1864-cü ilə kimi faktiki İçəri Şəhər çərçivəsində mövcud olub. Neft tapılması və emalına başlanılması ilə Bakı sürətlə inkişaf etməyə və böyüməyə başlayıb və ilk dəfə 1900-cü ildə şəhəri planlaşdırmaq zərurəti ortaya çıxıb. İlk baş plan hazırlanıb və qəbul edilib. Həmin vaxtdan 4 baş plan hazırlanıb, sonuncusu 1987-ci ildə qəbul edilib. Hazırda sözün əsl mənasında Bakı dedikdə sahəsi 23 min hektar olan amfiteatr ərazisi başa düşülür. İnzibati Bakıya ümumi sahəsi 213 min hektar olan 11 inzibati rayon daxildir, Böyük Bakı isə əlavə olaraq, Sumqayıt və Xırdalan ərazilərini, 260 min hektarı əhatə edir. Belə böyük ərazi üçün detallı baş plan hazırlamaq mümkün deyil, bu, lazım da deyil. İnkişaf çox sürətlə gedir, bazar konyunkturası (vəziyyət) dəyişir. “Böyük Bakının Regional İnkişaf Planı” regionun əsas strateji inkişaf konsepsiyasını müəyyənləşdirəcək.

- Bakı növbəti 10 illikdən sonra necə olacaq? Böyük, geniş və sıx? İnkişaf dedikdə məhz bu nəzərdə tutulur?

- Tezliklə əksinə olacaq. Bu gün Böyük Bakı ərazisi Azərbaycanın ümumi ərazisinin 4 faizini təşkil edir. Burada 3-3,5 milyon nəfər, yəni ölkə əhalisinin 32-37 faizi yaşayır. Ümumdaxili məhsulun (YDM) 85 faizini Böyük Bakı verir. Bu uyğunsuzluq konsepsiyanın istiqamətini müəyyənləşdirib, desentralizasiya əsas istiqamət götürülüb. Biz bir neçə

inkişaf mərkəzi olan metropolis yolu ilə getmək istəyirik. Bakı meqapolis deyil, metropolis olmalıdır. Bakının mərkəzi bilavasitə 1000 hektar ərazini əhatə edir. Bu torpaq parçasında şəhərin əsas mərkəzləri – inzibati, tibbi, ticarət, universitet, tarix və mədəniyyət mərkəzləri cəmləşib. Konsepsiyamız belədir ki, Böyük Bakı üzrə bu mərkəzlər paylansın, mümkün olanları isə ölkənin regionlarında yerləşsin. Konsepsiyada paytaxtın şimal sahil zonaları istirahət və kurort zonası, Qaradağ rayonu ərazisində Ələt limanı istiqamətində ağır sənayenin yerləşəcəyi “çirkli zona” yerləşir. Hal-hazırda lokal desentralizasiya gedir, şəhərin mərkəzi hissəsində yerləşən dövlət strukturlarının binaları şəhərin daxilindən köçürülüb, yaxud köçürülür. Bu, düzgün yoldur və prosesi davam etdirmək lazımdır.

- Bəs siz ali məktəblərin paytaxtda cəmləşməsinə necə baxırsınız?

- Azərbaycanda 51 ali məktəbdən 41-i Bakıda, bunların da 35-i az əvvəl qeyd etdiyimiz 1000 hektarlıq ərazidə yerləşir. Bu gün Azərbaycan Dövlət Neft Akademiyası kimi ali məktəblərlə bağlı problem daha aktualdır. Belə ali məktəbin normal fəaliyyət göstərməsi üçün 70 hektardan çox ərazi lazımdır. Şəhərin ərazisində bu qədər boş ərazi tapmaq çətindir. Nəyə görəsə çoxlarını ali məktəbləri şəhər mərkəzindən uzaqda yerləşdirmək ideyası narahat edir. Bütün dünyada kampus praktikası mövcuddur, ali məktəblərin yanında yataqxana, idman şəhərciyi və digər vacib obyektlər yerləşir və hər gün yol ölçmək lazım gəlmir. Analoji problem Dövlət İqtisad Universiteti ilə bağlı da var. Bu universitet mahiyyətcə, ali məktəb yeri olmayan şəhərin tarixi mərkəzində yerləşir.

- Bakının mərkəzindən uzaqdakı torpaqlarda tikinti işləri necə aparılacaq?

- Şəhərin əsas mərkəzi hissəsindən kənardakı torpaqlarda şəxsi tikililərə üstünlük verilməsi yolu ilə də getmək olar. Tikinti şirkətlərinin inşa edib satdığı evlər heç də həmişə iqtisadi baxımdan məqsədəuyğun deyil. Bu halda həmin torpaqlarda tikinti prosesinin qayda və nizamla aparılmasına yerli icra hakimiyyəti məsuliyyət daşımalıdır. Yerli icra hakimiyyətləri tikinti üçün torpaq ayırmazdan əvvəl ərazinin baş planının hazırlanmasını sifariş verməli və bu planları mərkəzi hakimiyyət orqanlarında təsdiqlətməlidir.

Daha sonra yerli icra hakimiyyət orqanları təsdiqlənmiş baş plan çərçivəsində tikinti prosesinə nəzarəti həyata keçirməlidir. Bu mexanizm bu ilin sentyabrında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş yeni Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb. Təəssüf ki, son 20 ildə Abşeron ərazisində tikinti işləri xaotik aparılıb, çoxlu sayda plansız, mütəşəkkil olmayan qəsəbə yaranıb. Bu qəsəbələrdə sistemli kommunikasiya, sosial təyinatlı obyektlər, normal yol-küçə şəbəkəsi də yoxdur.

- Böyük Bakının inkişafı böyük dərəcədə sərnişin nəqliyyatı sistemindən asılıdır. İnsanlar işdən evə gəlmək çətinliyindən can qurtarmaq üçün iş yerlərinin yaxınlığında ev tapmağa üstünlük verirlər.

- Bu məsələ də Böyük Bakının inkişaf konsepsiyasında öz əksini tapıb. Bu gün ictimai nəqliyyat qismində yalnız avtobuslar işləyir, metropoliten yalnız şəhərin mərkəzi hissəsini əhatə edir. Metropoliten stansiyaları tikintisinin tempini artırmaq vacibdir, hazırda bu, reallaşmaqdadır. Eyni zamanda müasir sürətli nəqliyyatın digər növlərindən, məsələn, metrobus, sürətli tramvaydan istifadə etmək lazımdır. Bütün bunlar paytaxtdan uzaq sahələrin effektiv inkişafına imkan verəcək. Hazırda şəhərdaxili məkanda vəziyyətin yaxşılaşdırılması, yol tikintisi sahəsində böyük işlər görülür. Bu işlər kompleks şəkildə görülməlidir. Yol tikintisi, kommunikasiyaların salınması, ev tikintisi, yeni sənaye mərkəzlərinin təşkili və qalan digər məsələlər koordinasiyalı, əlaqələndirilmiş vahid plan üzrə həyata keçirilməlidir. Biz öz tərəfimizdən qısa müddətdə bu sənəd üzərində işi başa çatdırmağa çalışırıq. Bəzi problemlər, tutaq ki, avtomobil nəqliyyatında yolların yüklənməsi şəhərsalma ilə yox, daha çox təşkilatçılıqla bağlıdır. Azərbaycan bu problemlə son 10 ildə qarşılaşır və buna tamamilə hazır olmayıb. Düşünürəm ki, əvvəllər bu problemlərlə üzləşmiş Avropa dövlətlərinin təcrübəsini tətbiq edərək bu problemi həll etmək olacaq. Əsasən şəhərin tarixi mərkəzlərinə avtomobillərin daxil olmasını məhdudlaşdırmaq, işlək yollarda avtomobillərin saxlanmasının qadağan edilməsi çıxış yoludur. Hazırda yeraltı avtomobil dayanacaqları tikilir, bu, yaxşıdır. Amma düşünürəm ki, yalnız yeraltı avtomobil dayanacaqları bu problemi həll etməyəcək, inzibati tədbirlər zerurodir

Lent az

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 18 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 22 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 83 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 691 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...