Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sevgi Tükənirmi?

gapgara

Recommended Posts

Deyirlər sevgi tükənir - bu belədirmi? Hər halda eşitməmiş bilməmiş olmazsınız. Dəlilər kimi bir-birlərini sevən cütlüklər bir də görürsən zaman keçır 10 il, 15 il sonra soyuyurlar bir-birlərindən, görmək istəmirlər. Bir başqasının eşqınə düşürlər, indi də başlayır buna qarşı dəli sevgı. Nə baş verir, bilən var?

Link to comment
Share on other sites

  • Replies 80
  • Created
  • Last Reply

Top Posters In This Topic

Kimin nə dediyi vacib deyil. Ola bilər ki, onlarda zamanla tükənir, çünki, qoruya bilmirlər, boş yerə səfr edirlər, sui-istifadə edirlər, qəlb qırırlar, can yandırırlar... Təbiətin universal qanunudur, heç nə itmir, sevgi də o cümlədən - o, itmir, sadəcə bir şəkildən başqa şəklə keçir. 10 il keçəndən sonra ola bilsin ki, sevgi əvvəlki kimi ehtiraslı və coşğun olmur, amma bu - onun tükəndiyi anlamına gəlmir.

Sevgi hər şeyə çox həssasdır, onu qorumaq üçün çox çalışmaq lazımdır.

Link to comment
Share on other sites

Caledoniya xanim dediyi kimi, sevgi itmir sadece muddetle formasini deyishir..Ilk tanishliqda , nishanli olan vaxt ve evlilikden sonra sevgi muxtelif cur olur..

Eger ailede biri od ve biri sudursa orada sevgi hemishe olacaq..Cunki zaman kecdikce sevgi hormetle elaqedar olur..

Edited by Гулливер
Link to comment
Share on other sites

Evlilik bölümləri var,məsələn ailə qurduqdan sonra hər iki tərəf bir-birinə sevgilərinin soyumasini düşünürlər,amma bəlkə də o elə deyil,yəni uşaq dünyaya gəlir , ana vaxtini uşaqla keçirir, kişi də həyat yoldaşinin onu unutduğunu düşünür..Bir dəfə gözümlə bir ailədə olan söz-söhbətin şahidi olmuşam,iş oyerə gətirib çixardi ki, qadin deyirdi ki, mən öləndə də torpağimi görməyə gəlməzsən,kişi də elə deyirdi,deyirdi o tərəfə gəlsən qəbrimdən 10 metr məsafədən yaxinlaşma belə..)))))) Yəni ki bir misal var "döyülməyən düyüdən aş olmaz".. Yəni deyilənlərə görə belə müharibələrdən sonra mehribanlaşirdilar,heç olmasa müəyyən müddət..diablotin.gif ara-sira belə mübahisələri olsa da amma sevgilərinə təsir etmirdi..

Amma biri də var ki, yaş dövrü ilə əlaqələndirirəm,ola bilsin 30 illikdə tərəflərdən biri sakitçilik axtarir, birinin maşin sürməyə meyli olur,digər tərəf ancaq gəzmək sevdasina düşür, başqa yaş dövründə nəvə oynatmaq istəyir,belə istəyə düşən əks tərəfdə öz-özünə yəqin ki, mənə qarşi sevgisinin öldüyündən başqa şeyləri arzuladiğini düşünür..)Təbii ki, hər iki tərəfin xarakterlərinin eyni olmaq məcburiyyətində deyillər. Məsələn biri daha şən və xaricə dönükdü, o isə daha sakit və utancaq, bu vəziyyət bir problem yaratmaz. Lakin həyata və dünyaya baxışlar, gözləmələr, zövqlər və planlar uyuşmazsa iş xeyləm çətinləşir... Beləliklə münaqişələr başlayir.. Bunun üçün, yoldaşların evlənmədən əvvəl bir-birlərinə göstərdikləri marağı, evləndikdən sonra artıraraq davam etdirməsi lazımdır.Əgər evlilik həyatını sıravi bir iş kimi yaşamağa başlanilsa, evlilik də çox sonuna hər an bir nöqtə qoya bilər, cütlərin buna icazə etməməsi lazımdır..Ailənin gedişatinin sarsilmamasi üçün ən yaxşisi ailədə , "ailə terapiyasi" aparmaq lazimdi..Yəqin ki onun da yollari var..

Link to comment
Share on other sites

İnsanlar bir-birinə olan sevgisini ilahiləşdirsələr əlbət ki, heç zaman tükənməz sevgiləri..Çünki, ən uzun ömürlü və şirin sevgi İlahi sevgidir.."Təhminə" filmində deyildiyi kimi: "Əgər qadınla kişini ehtirasdan başqa bir hiss bağlamırsa, deməli bunun axırı yoxdur!" Çünki hər şey tükənəndir...Sonu olmayan bir hiss, bir yaradılış yoxdur, təbii ki ilahiləşdirməsən...

Edited by L_xan
Link to comment
Share on other sites

Eger ailede biri od ve biri sudursa orada sevgi hemishe olacaq..Cunki zaman kecdikce sevgi hormetle elaqedar olur..

Əla olar, kişi su olsun qadin od..görək nətər olur.biggrin.png ))

Link to comment
Share on other sites

Əla olar, kişi su olsun qadin od..görək nətər olur.biggrin.png ))

Bizdə mən suyam, kişi oddur... hərdən susub otururam, hərdən yox... amma o, heç vaxt susmur. Cəmiyyətimiz patriarxaldır, kişi öz üstünlüyünü hər addımda hiss edir, tem bolee ailədə. Ona görə də düşünür ki, əşşi hara gedəcək e? Sakitləşib oturacaq yerində. Amma qadın kişini bir dəfə əsəbləşdirən kimi bir həftə gecə yata bilmir ki, birdən məndən soyuyar, birdən bezər məndən, başqasını tapar... kişi isə heç vaxt belə şeylər düşünmür

Bu cür düşünən qadınları alqışlayıran, əsil qadın - ailənin sütunudurlar.

Link to comment
Share on other sites

İnsanlar bir-birinə olan sevgisini ilahiləşdirsələr əlbət ki, heç zaman tükənməz sevgiləri..Çünki, ən uzun ömürlü və şirin sevgi İlahi sevgidir.."Təhminə" filmində deyildiyi kimi: "Əgər qadınla kişini ehtirasdan başqa bir hiss bağlamırsa, deməli bunun axırı yoxdur!" Çünki hər şey tükənəndir...Sonu olmayan bir hiss, bir yaradılış yoxdur, təbii ki ilahiləşdirməsən...

Sevgi özü elə ilahi hisslərdir, axı bunu zorla aşılamaq olmur...

Bunun əksi də var, əgər qadınla kişını (sevgililəri) ehtiras baglamırsa da axırı yoxdur.

Link to comment
Share on other sites

Evlilik bölümləri var,məsələn ailə qurduqdan sonra hər iki tərəf bir-birinə sevgilərinin soyumasini düşünürlər,amma bəlkə də o elə deyil,yəni uşaq dünyaya gəlir , ana vaxtini uşaqla keçirir, kişi də həyat yoldaşinin onu unutduğunu düşünür..Bir dəfə gözümlə bir ailədə olan söz-söhbətin şahidi olmuşam,iş oyerə gətirib çixardi ki, qadin deyirdi ki, mən öləndə də torpağimi görməyə gəlməzsən,kişi də elə deyirdi,deyirdi o tərəfə gəlsən qəbrimdən 10 metr məsafədən yaxinlaşma belə..)))))) Yəni ki bir misal var "döyülməyən düyüdən aş olmaz".. Yəni deyilənlərə görə belə müharibələrdən sonra mehribanlaşirdilar,heç olmasa müəyyən müddət..diablotin.gif ara-sira belə mübahisələri olsa da amma sevgilərinə təsir etmirdi..

Amma biri də var ki, yaş dövrü ilə əlaqələndirirəm,ola bilsin 30 illikdə tərəflərdən biri sakitçilik axtarir, birinin maşin sürməyə meyli olur,digər tərəf ancaq gəzmək sevdasina düşür, başqa yaş dövründə nəvə oynatmaq istəyir,belə istəyə düşən əks tərəfdə öz-özünə yəqin ki, mənə qarşi sevgisinin öldüyündən başqa şeyləri arzuladiğini düşünür..)Təbii ki, hər iki tərəfin xarakterlərinin eyni olmaq məcburiyyətində deyillər. Məsələn biri daha şən və xaricə dönükdü, o isə daha sakit və utancaq, bu vəziyyət bir problem yaratmaz. Lakin həyata və dünyaya baxışlar, gözləmələr, zövqlər və planlar uyuşmazsa iş xeyləm çətinləşir... Beləliklə münaqişələr başlayir.. Bunun üçün, yoldaşların evlənmədən əvvəl bir-birlərinə göstərdikləri marağı, evləndikdən sonra artıraraq davam etdirməsi lazımdır.Əgər evlilik həyatını sıravi bir iş kimi yaşamağa başlanilsa, evlilik də çox sonuna hər an bir nöqtə qoya bilər, cütlərin buna icazə etməməsi lazımdır..Ailənin gedişatinin sarsilmamasi üçün ən yaxşisi ailədə , "ailə terapiyasi" aparmaq lazimdi..Yəqin ki onun da yollari var..

Maraq həvəs nəyə olursa olsun, bu təbiidir, axı bunun sevgiyə nə dəxli var? Əgər insan sevirsə güzəştə gedəcək, lazım gələndə gözünü də yumacaq.

Siz dediyiniz kimi ananin ev ishləri ilə, uşaqla başının qarışmağının təsiri olur ailə daxili münasıbətərdə. Ancaq buna əksər kişilər dözür :) həm də bu çox çəkmir, üşaq bir az böyüyəndən sonra yoluna düşür bu.

Link to comment
Share on other sites

Kimin nə dediyi vacib deyil. Ola bilər ki, onlarda zamanla tükənir, çünki, qoruya bilmirlər, boş yerə səfr edirlər, sui-istifadə edirlər, qəlb qırırlar, can yandırırlar... Təbiətin universal qanunudur, heç nə itmir, sevgi də o cümlədən - o, itmir, sadəcə bir şəkildən başqa şəklə keçir. 10 il keçəndən sonra ola bilsin ki, sevgi əvvəlki kimi ehtiraslı və coşğun olmur, amma bu - onun tükəndiyi anlamına gəlmir.

Sevgi hər şeyə çox həssasdır, onu qorumaq üçün çox çalışmaq lazımdır.

Bax, siz fərqli fikir yazmısız, Birinci deyirsiz ki, sevgi tükənə bilməz, ailədə şəklini dəyişir - razıyam bu fikrinizlə. Sonda isə yazırsız ki, həssasdır qorumaq lazımdır. Onda belə çıxır kı, qorunmasa sona çatmalıdır?

Link to comment
Share on other sites

Maraq həvəs nəyə olursa olsun, bu təbiidir, axı bunun sevgiyə nə dəxli var? Əgər insan sevirsə güzəştə gedəcək, lazım gələndə gözünü də yumacaq.

Siz dediyiniz kimi ananin ev ishləri ilə, uşaqla başının qarışmağının təsiri olur ailə daxili münasıbətərdə. Ancaq buna əksər kişilər dözür smile.png həm də bu çox çəkmir, üşaq bir az böyüyəndən sonra yoluna düşür bu.

Sevgi bilirsiz nə zaman olur.? Subay insanlarda , qeyri-mümkün ikən eşq olur, müəyyən vaxta qədər , yəni evlilik həyatina kimi hər an sevdiyini fikirləşirsən , amma evləndikdən sonra müəyyən səbəblərdən sevgi unudulur , ikinci plana keçir..Siz görmüsüz ki , artiq ailə qurmuş kişilər və ya qadinlar gündə həyat yoldaşlarina onu sevdiklərini desinlər.? ola bilər o da baxir necə , təsadüfən.. Yəni evləndikdən sonra məqsəd başqa olur, amma o dönəmə kimi cici aşklar yaşanir,daha sonra isə heç üzünə də baxan olmur , ailə , iş , uşaq , qaynana və. s. ilaxir problemlər vəssəlam.Hər kəs sevgisini fərqli şəkildə göstərməyi sevər. Qadın və kişi ümumiyyətlə eyni sevgi dilini danışmazlar yəni sevgilərini eyni şəkildə ifadə etməzlər. Eyni şəkildə ifadə ədəbilənlər də onsuz da xoşbəxt bir birliyi yaşayan insanlardir.. Marağa gəldikdə isə, insan nə qədər ailəsinə deyəre mən sevirəm.? ) Kim nə deyir desin insan ondan da bezir, ola bilər ki , bəzən sakitçilik axtarsan,bəzən də daha əyləncəli həyat axtararsan.. Bir də onu da deyim ki , bəzən , məsələn , bir kişi yoldaşini çox sevir , çünki o çox gözəl yemək hazirlayir.Yəni burada birbaşa yoldaşını deyil onun bəzi xüsusiyyətlərini, ona xas bəzi xüsusiyyətləri sevir , indi o qadin yoldaşina yemək bişirməsə görün evdə münaqişə yaranir ya yox.? Belə sevgilərdən , ailələrdən nifrət etsəm də belə bu yazdiqlarim real həyatda yaşayan bir çox ailələrin təsviridi...

Caledoniya xanimin fikirləri ilə raziyam , od - su məsələsində..yəni kişi evləndikdən sonra deyir ki , "onsuz da mənimdi" , yəni fikri daha yönəlir başqa istiqamətlərə , qadin da təlaşa düşür , öz ailəsini nəyin bahasina olursa olsun qorumağa çalişir , amma qadinlarin ən arzuladiği , həyat yoldaşlarindan gözlədikləri mən dediyim , mən bildiyim sevgi geridə qalir.. Əks təqdirdə bir çox qadınlar da "köhnədən nə gözəl kinolara gedirdik" deyə nostalji etmək məcburiyyətində qalmazdilar..

Link to comment
Share on other sites

Azda xanim, sizinlə həm razılaşmaq olar, həm də yox. Fikirləriniz aydindır, gözəl izah edirsiniz. Amma deməzdim ki, sevgi ancaq subaylıqda olur. Subaylıqda daha güclü olur desək yanılmaram. Çünki o uzaqdır səndən, əlin çatmır, ürəyin arzuladıqca yanında ola bilmirsən, maneələr çoxdur. Adəm övladlarında belə bir xarakter var, bəlkə də təbiətin qanunudur - o şey ki, səndən uzaqdır əlin çatmır şirin olacaq seninçün, daim ona doğru can atacaqsan, yetişmək istəyəcəksən – elə ki, çatdın, əldə etdin – bir növ toxtayırsan, sakitləşirsən, arxayınçılıq yaranır səndə. Sevgi evləndikdən sonra şəklini dəyişib əks istiqamətə yönəlməməlidir. Düzdür ailə daxili problemlər bir çox şeylərə təsir edir, o cümlədən bu hisslərə də. Ona görə də birgə yaşayanlar arxayınlaşıb özlərinə qapanmamalıdırlar. Bir növ işlə əlaqədar, uşaqla əlaqədar yükü bəhanə edib soyumamalıdırlar. O incə hissləri hər şeydən üstün saxlamalıdırlar. “ailə qurmuş kişilər və ya qadinlar gündə həyat yoldaşlarina onu sevdiklərini desinlər?” - bunu kənara hiss elətdirənlər çox nadir olar. Ancaq kişilər yaddan çıxarmamalıdır ki, “səni sevirəm” sözünü sevdiyinin qulağına nə qədər pıçıldasan yenə də azlıq edəcək. Qadınların daha çox ehtiyacı olur bu sözə. Öz növbəsində qadınlar da gərək kişiyə diqqət qayğını əskik etməsinlər. Bir gün köynək gec ütülənib verilər, yemək vaxtında hazır olmaz, səhər işə yola salmaq üçün dumaz, kişi evə gələndə bilməz ki, evdəki qulluqçudur yoxsa evin xanımı, və sair və ilaxır saymadıqlarım çoxdur. Bunlar hamısı xırdalıqlardır, zərrə zərrə yığılan kiçik problemlərdir. Sonda nə olur – dama dama göl olur...

Niyə fikir başqa istiqamətə yönəlməlidir? Başqasının səndən nə üstünlüyü var axı? Niyə çalışmırsan ki, diqqət mərkəzində elə sən özün olasan? Niyə, niyə, bax bu niyələri gərək qadınlar özü-özünə versin, və düşünsün. Mənim bu fikrim burdakı xanimların bəlkə də xoşuna gəlməyəcək. Amma bu belədir. Normal ailələrdə ailənin möhkəmliyi, saglamlığı, uzun ömürlülüyü qadından asılıdır – sohbət normal ailədən gedir.

Link to comment
Share on other sites

Cox uzr isteyirem) muzakirenizi balnan kesim- amma buna benzer movzu var mence- "esl sevgilerin omru az olur"...)

Belke movzular birlewsin muzakire yene davam etsin..?

Muellife hormetle...)

Düşünürəm problem olmaz, Moderatorlara əziyyət olmasa iştirakçıların təklifini nəzərə alar inshallah.

Link to comment
Share on other sites

Sevgi özü elə ilahi hisslərdir, axı bunu zorla aşılamaq olmur...

Bunun əksi də var, əgər qadınla kişını (sevgililəri) ehtiras baglamırsa da axırı yoxdur.

Qadınla kişini sevgi bağlasın..Bu elə buketdir ki, içində ehtirası da var...

Link to comment
Share on other sites

Azda xanim, sizinlə həm razılaşmaq olar, həm də yox. Fikirləriniz aydindır, gözəl izah edirsiniz. Amma deməzdim ki, sevgi ancaq subaylıqda olur. Subaylıqda daha güclü olur desək yanılmaram. Çünki o uzaqdır səndən, əlin çatmır, ürəyin arzuladıqca yanında ola bilmirsən, maneələr çoxdur. Adəm övladlarında belə bir xarakter var, bəlkə də təbiətin qanunudur - o şey ki, səndən uzaqdır əlin çatmır şirin olacaq seninçün, daim ona doğru can atacaqsan, yetişmək istəyəcəksən – elə ki, çatdın, əldə etdin – bir növ toxtayırsan, sakitləşirsən, arxayınçılıq yaranır səndə. Sevgi evləndikdən sonra şəklini dəyişib əks istiqamətə yönəlməməlidir. Düzdür ailə daxili problemlər bir çox şeylərə təsir edir, o cümlədən bu hisslərə də. Ona görə də birgə yaşayanlar arxayınlaşıb özlərinə qapanmamalıdırlar. Bir növ işlə əlaqədar, uşaqla əlaqədar yükü bəhanə edib soyumamalıdırlar. O incə hissləri hər şeydən üstün saxlamalıdırlar. “ailə qurmuş kişilər və ya qadinlar gündə həyat yoldaşlarina onu sevdiklərini desinlər?” - bunu kənara hiss elətdirənlər çox nadir olar. Ancaq kişilər yaddan çıxarmamalıdır ki, “səni sevirəm” sözünü sevdiyinin qulağına nə qədər pıçıldasan yenə də azlıq edəcək. Qadınların daha çox ehtiyacı olur bu sözə. Öz növbəsində qadınlar da gərək kişiyə diqqət qayğını əskik etməsinlər. Bir gün köynək gec ütülənib verilər, yemək vaxtında hazır olmaz, səhər işə yola salmaq üçün dumaz, kişi evə gələndə bilməz ki, evdəki qulluqçudur yoxsa evin xanımı, və sair və ilaxır saymadıqlarım çoxdur. Bunlar hamısı xırdalıqlardır, zərrə zərrə yığılan kiçik problemlərdir. Sonda nə olur – dama dama göl olur...

Niyə fikir başqa istiqamətə yönəlməlidir? Başqasının səndən nə üstünlüyü var axı? Niyə çalışmırsan ki, diqqət mərkəzində elə sən özün olasan? Niyə, niyə, bax bu niyələri gərək qadınlar özü-özünə versin, və düşünsün. Mənim bu fikrim burdakı xanimların bəlkə də xoşuna gəlməyəcək. Amma bu belədir. Normal ailələrdə ailənin möhkəmliyi, saglamlığı, uzun ömürlülüyü qadından asılıdır – sohbət normal ailədən gedir.

Haqlisiniz,amma yenə də biz deyənə gəldiniz,yəni sevginin daima olmasini tənzimləyən qadindir..Tək tərəfin fədakarlığı üzərinə xoşbəxt evlilik qurulmur,çox zaman fədakarliq edən tərəf qadinlar olur.. ))Evlilik hər nə qədər iki adam üzərinə qurulu bir birlik olsa da, hər kəsin bildiyi bir gerçək var ki, "yuvanı dişi quş qurar." Bu müqəddəs münasibətlərində əsl əhəmiyyətli olan faktor qadın faktorudur. Azərbaycanda olan ailələrin çoxusu belədir,məsələn deyir ki,filankəs mənim köynəyim hardadi.?Deyir ütüləməmişəm unutmuşam,kişi də deyir ki,mən bu evdə bir dəfə də olsa ütülü köynək tapa bilməyəcəm.?Qadin da deyir ki,Allah lənət eləsin sənə,sənin indiyə kimi köynəklərini kim ütüləyib verib.? )))))))) Yəni əksər kişilərin xəsiyyəti belədir,ona görə də qadin fədakarliq etməli,məsələn əsəblərinə yiyə çixaraq normal cavab verməli idi,bir səbəblə,kişinin kobudluğunu görməməzlikdən gələrək yəni,köynək ki,bir dəfə ütülənmədi,vəssəlam,qadinin bütün keçdiyi əziyyətləri dəyərsizləşir..Amma haqsizliq..)

Çütlüklər, bir-birlərinə nə qədər çox məhəbbət duyarsa duysun, bu yaxınlığa güvənərək hörmət sahəsini pozuntu etməkdən uzaqlaşmasi lazımdır ..

Link to comment
Share on other sites

Sevgi ele bir şeydir ki , daima diqqet ve hessaslıq teleb edir. Sevginin düşmenleri var : Yalan ve xeyanet. (Ən acı heqiqet bele yalandan yaxşıdır.) Yalan danışmaq ise bezi insanlarda xroniki xestelikdir. Elə bilirlər ki, yalan danışmağla qarşı terefi daha çox özlerine bağlayacaqlar, daha çox özlerini sevdirecekler. Amma tebii ki , gec-tez bütün yalanların üstü açılır ve o insana qarşı sevgi ölür, yerini nifret alır. Əgər sevginin tükənməsinə səbəb yalandırsa , burada günah yalan deyendedir. Bezi insanlar : ,,ağlı olaydı inanmayaydı ,,ve.s kimi fikirler yürüdürler, aldanan terefi günahlandırırlar amma bu düzgün deyil.. Çünki, hal-hazırda cemiyyetimizde ele alçaq, şerefsiz insanlar var ki, yüksek aktyorluq qabiliyyeti ile qarşı terefi öz yalanlarına inandırıb, onun hissleriyle oynayırlar. Ve gec-tez hemin yalanlar ortaya çıxır. Neticede sevgi ölür. Diger sebeblerden biri ise Xeyanetdir.

Eger sebeb xeyanet olarsa burada her iki teref günahkardır. Yuxarıda dediyim kimi sevgi diqqet, hessaslıq, nevaziş teleb edir. Qarşı teref bunları görmedikde ve ya bir müddet görüb daha sonra görmeyende bütün bunları kenarda axtarmağa başlayır. Bütün bu diqqeti kenarda axtarmağa başladığı an ilk sehvi etmiş olur ki, qarşı terefden diqqetsizliyinin sebebini öyrenmir, onunla danışmağa cehd etmir ve ilk ağlına gelen kenarda axtarış olur. Bu böyük sehvdir. Ümumiyyetle xeyanet zeif insanlara xas bir xarakterdir. Bir de var ki sevdiyi insanla yetinmir, gözü doymur başqalarında da daima fikiri qalır. Bele insanları ise deyişdirmek mümkün deyil ve ya çox çetin bir şeydir. Eger bu onun qanındadır, deyişmeyecek.. Yalan ve xeyanet sevginin esas qatilleridir.. Amma tebii ki başqa sebebler de ola biler. Heqiqi sevgiler de var ve onlar heç vaxt bitmir. Bu o zaman olur ki heyatında doğru insanı tapdığında, oxşar xarakterler olanda sevgi tükenmez.. Ümumiyyetle insan deyişken xarakterli olmamalıdır. Bir addım atmazdan evvel çox düşünmelidir. Birine ümid vermezden evvel yaxşıca düşünmek lazımdır...

Məsələ ondadir ki, bunun əksi olur. Bir - birlərinə əsil sevgi hissləri yaşayan insanlar zaman-zaman soyuyurlar, dəyişirlər, sevgi hisslərini bir başqasında tapirlar.

Axı var belə şeylər, məgər heç kəs eşitməyib - rastlaşmayıb belə hadisələrlə? Nəzəriyyəni qoyaq qırağa, həyatda baş verənlərə hamı göz yumur?

Demeli onlar heç vaxt sevmeyib..! sadece özleri özlerini aldadıblar ve ya bir birilerini doğru tanımayıblar.. Ferqli xarakterli insanlar olduglarını anlayıblar... Bir insanı bezen illerle de tanımaq olmur..

Fikirlərinizlə razı deyiləm. Bura Azərbaycandir, Avropa deyil. Xalqın, elin adət-ənənəsi var. İnsanların elə xarakterləri olur ki, bunu illərlə, 10 illərlə bir yerdə yaşamasan kəşf edə bilməzsən. Bir-birlərini tanımaq üçün kifayət qədər bir yerdə ola bilməyiblərsə neyləməlidirlər? Sevməsinlər bir-birlərini? O bir çox xarici dövlətlərdədir ki, birinci birgə yaşayirlar sevirlər bir-birlərini, əgər hərtərəfli tuturlarsa evlənməyə qərar verirlər.

Sevginin ne ölçü vahidi var, ne də ki tərəziyə qoyulur. Necə deyə bilərsiz ki, sevməyiblər?

Mən real olan hadisələrdən misal gətirmişəm. Uzun illər davam edən sevgi - və uzun illərdən sonra tükənmiş sevgi. Hətta o sevdiyin insanı görmək belə istəməmək...

Fikrinize hörmetle yanaşıram. Sadece sizinle menim düşünce terzim ferqlidir. Menim fikrimce eger her iki teref dogurdan da sevirse hec vaxt tukene bilmez. Yene de fikrinize hörmetle yanaşıram. Her kesin öz subyektiv fikri var.

Edited by _nil_
Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 year later...

O qədər bir- birini sevib,sevgiləri uğrunda fədakarliq edib,min əziyyətdən sonra ailə quran cütlüklər var.Sonradan ailədə qarşilaşdiqlari xirda problemə görə bir-birinə güzəşt etmirlər.Yada xəyanətlə qarşilaşib,sonu boşanmaqla nəticəlinir.Sual meydana çixir.Hani o böyük sevgi?Budurmu o çilğin sevgi?

Heç də sevib  ailə quran ailələrin hamisi xoşbəxt olmur.

Link to comment
Share on other sites

Sevgi hissdir ( hesab edək ki, amerika açdım )) ) .  Hiss isə  bütün digər hisslər kimi  zaman mənasında daimi , fasiləsiz , durmadan və intensivlik mənasında həmişə eyni dərəcədə parlaq , güclü , dərin ,  ehtiraslı  ola bilməz .  Hisslər  həm zaman , həm də intensivlik mənasında dəyişkəndir.  Bu səbəbdən də , sevgini  hiss etmədiyimiz anlara sevgisizlik kimi yox , daha çox ,  sevginin " müvəqqəti dincəlməsi"  kimi baxmaq olar.  Aydındır ki, "müvəqqəti dincəlmə"  daha "davamlı müvəqqəti dincəlmələrə"  gətirirsə  , bu başqa məsələ , burada sevginin artıq itməsindən də danışmaq olar. Amma, qalan hallarda "sevgi tükəndi"  demək  düz olmazdı.    5 dəqiqə əvvəl "sevgi yox idi"  , amma 6 -cı dəqiqədə yenidən baş qaldıra bilər .  Sabah  yenidən mürgüləyə bilər , birisigün isə  əvvəlcə görnməmiş bir ehtirasla baş qaldıra bilər .

Beləliklə , cütlük  bir birindən fasiləsiz və ehtiraslı sevgi tələbi etməsələr , sevgi  tükənməz ))  Bu da mənim fikrim ...

Edited by Sunyata

Bu mövzu haqda ele yalnız illerin tecrübesini gördükden sonra doğru fikir bildirmek olar.
Link to comment
Share on other sites

O qədər bir- birini sevib,sevgiləri uğrunda fədakarliq edib,min əziyyətdən sonra ailə quran cütlüklər var.Sonradan ailədə qarşilaşdiqlari xirda problemə görə bir-birinə güzəşt etmirlər.Yada xəyanətlə qarşilaşib,sonu boşanmaqla nəticəlinir.Sual meydana çixir.Hani o böyük sevgi?Budurmu o çilğin sevgi?

Heç də sevib  ailə quran ailələrin hamisi xoşbəxt olmur.

Təəsüflər olsun ki, bu belədir.

Ümumiyyətlə sevənlər arasında müəyyən məsafə olanda sevgini gücü daha çox və uzun sürən olur. Məsafə azalıb sevənlər bir-birinə qovuşandan sonra sevgi zamanla tükənir - formasını dəyişir.

Link to comment
Share on other sites

Bu haqda Frederik Beqbederin "Любовь живет три года" kitabi var. Amma sevgiden sevgiye de ferq var. Elesi var 30 il yashayir, elesi de var hech 3 ay yashamir.

30 il yaşayan sevgiyə heykəl qoymaq olar. Amma 3 aydan danışmağa belə dəymir. 3 ay nə müddətdir ki, 3 aya nəyinki sevmək heç insanlar bir-birlərini tanıya bilmirlər.

Link to comment
Share on other sites

Heçneyin sonsuz olmadığını nezere alsaq, sevgi de tükene biler. Amma burda bir amma var ki, sevginin tükenmeyi bir çox amillerden asılıdır, çalışmaq lazımdır ki, hemin amiller meydana çıxmasın ya da ki, ilkin merhelede onların qarşısı alınsın.

Link to comment
Share on other sites

Təəsüflər olsun ki, bu belədir.

Ümumiyyətlə sevənlər arasında müəyyən məsafə olanda sevgini gücü daha çox və uzun sürən olur. Məsafə azalıb sevənlər bir-birinə qovuşandan sonra sevgi zamanla tükənir - formasını dəyişir.

İcazə verin azaciq sizə etiraz edim.

Bəzi sevgilər var,nə qədər qovuşmayiblar hər şey gözəldir.Bu yuxari da qeyd etdiyim variantdir.Ailə qurulandan sonra sevgi bir cəhənnəmə çevrilir.

Burda daha çox birgə yaşama uyqunlaşmamaq,güzəştə getməmək ,eqoistlik və s.amillər ola bilər.

Bir də var ailə qurulur.İlk illər çilqin sevgi.Sonra illər keçdikcə sevgi formasini dəyişir hörmətə,diqqətə,nəvaziş və s. gözəl hisslərə parçalanir.

İlk illər nə qədər çilğin sevgi olursa,illər keçdikcə isə daha ağilli sevgiyə çevrilir.Amma yenə itmir.Bir baxiş kifayət edir ki,sevgini sözsüz hiss edəsən.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Sevgi tükənir və ya tükənmir sualı quruluşca biraz düz deyil.

Burada cavab tolko i lakin şəxsi həyatdan gotürüləcək.

Və heç kim heç kimə nəsə isbat edə bilməyəcək.

Nəticə kimi yox, ümumiyyətlə baxsaq, belə demək olar - sevgi tükənə BİLƏR.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
      • 19 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
      • 57 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 275 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Upvote
        • Sad
        • Confused
      • 279 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Milli
        • Haha
        • Like
      • 185 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Like
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...