Jump to content
gapgara

Sevgi Tükənirmi?

Recommended Posts

Deyirlər sevgi tükənir - bu belədirmi? Hər halda eşitməmiş bilməmiş olmazsınız. Dəlilər kimi bir-birlərini sevən cütlüklər bir də görürsən zaman keçır 10 il, 15 il sonra soyuyurlar bir-birlərindən, görmək istəmirlər. Bir başqasının eşqınə düşürlər, indi də başlayır buna qarşı dəli sevgı. Nə baş verir, bilən var?

Share this post

Link to post
Share on other sites

Kimin nə dediyi vacib deyil. Ola bilər ki, onlarda zamanla tükənir, çünki, qoruya bilmirlər, boş yerə səfr edirlər, sui-istifadə edirlər, qəlb qırırlar, can yandırırlar... Təbiətin universal qanunudur, heç nə itmir, sevgi də o cümlədən - o, itmir, sadəcə bir şəkildən başqa şəklə keçir. 10 il keçəndən sonra ola bilsin ki, sevgi əvvəlki kimi ehtiraslı və coşğun olmur, amma bu - onun tükəndiyi anlamına gəlmir.

Sevgi hər şeyə çox həssasdır, onu qorumaq üçün çox çalışmaq lazımdır.

Share this post

Link to post
Share on other sites

Caledoniya xanim dediyi kimi, sevgi itmir sadece muddetle formasini deyishir..Ilk tanishliqda , nishanli olan vaxt ve evlilikden sonra sevgi muxtelif cur olur..

Eger ailede biri od ve biri sudursa orada sevgi hemishe olacaq..Cunki zaman kecdikce sevgi hormetle elaqedar olur..

Edited by Гулливер

Share this post

Link to post
Share on other sites

Evlilik bölümləri var,məsələn ailə qurduqdan sonra hər iki tərəf bir-birinə sevgilərinin soyumasini düşünürlər,amma bəlkə də o elə deyil,yəni uşaq dünyaya gəlir , ana vaxtini uşaqla keçirir, kişi də həyat yoldaşinin onu unutduğunu düşünür..Bir dəfə gözümlə bir ailədə olan söz-söhbətin şahidi olmuşam,iş oyerə gətirib çixardi ki, qadin deyirdi ki, mən öləndə də torpağimi görməyə gəlməzsən,kişi də elə deyirdi,deyirdi o tərəfə gəlsən qəbrimdən 10 metr məsafədən yaxinlaşma belə..)))))) Yəni ki bir misal var "döyülməyən düyüdən aş olmaz".. Yəni deyilənlərə görə belə müharibələrdən sonra mehribanlaşirdilar,heç olmasa müəyyən müddət..diablotin.gif ara-sira belə mübahisələri olsa da amma sevgilərinə təsir etmirdi..

Amma biri də var ki, yaş dövrü ilə əlaqələndirirəm,ola bilsin 30 illikdə tərəflərdən biri sakitçilik axtarir, birinin maşin sürməyə meyli olur,digər tərəf ancaq gəzmək sevdasina düşür, başqa yaş dövründə nəvə oynatmaq istəyir,belə istəyə düşən əks tərəfdə öz-özünə yəqin ki, mənə qarşi sevgisinin öldüyündən başqa şeyləri arzuladiğini düşünür..)Təbii ki, hər iki tərəfin xarakterlərinin eyni olmaq məcburiyyətində deyillər. Məsələn biri daha şən və xaricə dönükdü, o isə daha sakit və utancaq, bu vəziyyət bir problem yaratmaz. Lakin həyata və dünyaya baxışlar, gözləmələr, zövqlər və planlar uyuşmazsa iş xeyləm çətinləşir... Beləliklə münaqişələr başlayir.. Bunun üçün, yoldaşların evlənmədən əvvəl bir-birlərinə göstərdikləri marağı, evləndikdən sonra artıraraq davam etdirməsi lazımdır.Əgər evlilik həyatını sıravi bir iş kimi yaşamağa başlanilsa, evlilik də çox sonuna hər an bir nöqtə qoya bilər, cütlərin buna icazə etməməsi lazımdır..Ailənin gedişatinin sarsilmamasi üçün ən yaxşisi ailədə , "ailə terapiyasi" aparmaq lazimdi..Yəqin ki onun da yollari var..

Share this post

Link to post
Share on other sites

İnsanlar bir-birinə olan sevgisini ilahiləşdirsələr əlbət ki, heç zaman tükənməz sevgiləri..Çünki, ən uzun ömürlü və şirin sevgi İlahi sevgidir.."Təhminə" filmində deyildiyi kimi: "Əgər qadınla kişini ehtirasdan başqa bir hiss bağlamırsa, deməli bunun axırı yoxdur!" Çünki hər şey tükənəndir...Sonu olmayan bir hiss, bir yaradılış yoxdur, təbii ki ilahiləşdirməsən...

Edited by L_xan

Share this post

Link to post
Share on other sites

Eger ailede biri od ve biri sudursa orada sevgi hemishe olacaq..Cunki zaman kecdikce sevgi hormetle elaqedar olur..

Əla olar, kişi su olsun qadin od..görək nətər olur.biggrin.png ))

Share this post

Link to post
Share on other sites

Əla olar, kişi su olsun qadin od..görək nətər olur.biggrin.png ))

Bizdə mən suyam, kişi oddur... hərdən susub otururam, hərdən yox... amma o, heç vaxt susmur. Cəmiyyətimiz patriarxaldır, kişi öz üstünlüyünü hər addımda hiss edir, tem bolee ailədə. Ona görə də düşünür ki, əşşi hara gedəcək e? Sakitləşib oturacaq yerində. Amma qadın kişini bir dəfə əsəbləşdirən kimi bir həftə gecə yata bilmir ki, birdən məndən soyuyar, birdən bezər məndən, başqasını tapar... kişi isə heç vaxt belə şeylər düşünmür

Bu cür düşünən qadınları alqışlayıran, əsil qadın - ailənin sütunudurlar.

Share this post

Link to post
Share on other sites

İnsanlar bir-birinə olan sevgisini ilahiləşdirsələr əlbət ki, heç zaman tükənməz sevgiləri..Çünki, ən uzun ömürlü və şirin sevgi İlahi sevgidir.."Təhminə" filmində deyildiyi kimi: "Əgər qadınla kişini ehtirasdan başqa bir hiss bağlamırsa, deməli bunun axırı yoxdur!" Çünki hər şey tükənəndir...Sonu olmayan bir hiss, bir yaradılış yoxdur, təbii ki ilahiləşdirməsən...

Sevgi özü elə ilahi hisslərdir, axı bunu zorla aşılamaq olmur...

Bunun əksi də var, əgər qadınla kişını (sevgililəri) ehtiras baglamırsa da axırı yoxdur.

Share this post

Link to post
Share on other sites

Sevgi varsa tukenmez , eger sevgi yoxdursa demeli hec tukenecek bir seyde yoxdu ..

Share this post

Link to post
Share on other sites

Evlilik bölümləri var,məsələn ailə qurduqdan sonra hər iki tərəf bir-birinə sevgilərinin soyumasini düşünürlər,amma bəlkə də o elə deyil,yəni uşaq dünyaya gəlir , ana vaxtini uşaqla keçirir, kişi də həyat yoldaşinin onu unutduğunu düşünür..Bir dəfə gözümlə bir ailədə olan söz-söhbətin şahidi olmuşam,iş oyerə gətirib çixardi ki, qadin deyirdi ki, mən öləndə də torpağimi görməyə gəlməzsən,kişi də elə deyirdi,deyirdi o tərəfə gəlsən qəbrimdən 10 metr məsafədən yaxinlaşma belə..)))))) Yəni ki bir misal var "döyülməyən düyüdən aş olmaz".. Yəni deyilənlərə görə belə müharibələrdən sonra mehribanlaşirdilar,heç olmasa müəyyən müddət..diablotin.gif ara-sira belə mübahisələri olsa da amma sevgilərinə təsir etmirdi..

Amma biri də var ki, yaş dövrü ilə əlaqələndirirəm,ola bilsin 30 illikdə tərəflərdən biri sakitçilik axtarir, birinin maşin sürməyə meyli olur,digər tərəf ancaq gəzmək sevdasina düşür, başqa yaş dövründə nəvə oynatmaq istəyir,belə istəyə düşən əks tərəfdə öz-özünə yəqin ki, mənə qarşi sevgisinin öldüyündən başqa şeyləri arzuladiğini düşünür..)Təbii ki, hər iki tərəfin xarakterlərinin eyni olmaq məcburiyyətində deyillər. Məsələn biri daha şən və xaricə dönükdü, o isə daha sakit və utancaq, bu vəziyyət bir problem yaratmaz. Lakin həyata və dünyaya baxışlar, gözləmələr, zövqlər və planlar uyuşmazsa iş xeyləm çətinləşir... Beləliklə münaqişələr başlayir.. Bunun üçün, yoldaşların evlənmədən əvvəl bir-birlərinə göstərdikləri marağı, evləndikdən sonra artıraraq davam etdirməsi lazımdır.Əgər evlilik həyatını sıravi bir iş kimi yaşamağa başlanilsa, evlilik də çox sonuna hər an bir nöqtə qoya bilər, cütlərin buna icazə etməməsi lazımdır..Ailənin gedişatinin sarsilmamasi üçün ən yaxşisi ailədə , "ailə terapiyasi" aparmaq lazimdi..Yəqin ki onun da yollari var..

Maraq həvəs nəyə olursa olsun, bu təbiidir, axı bunun sevgiyə nə dəxli var? Əgər insan sevirsə güzəştə gedəcək, lazım gələndə gözünü də yumacaq.

Siz dediyiniz kimi ananin ev ishləri ilə, uşaqla başının qarışmağının təsiri olur ailə daxili münasıbətərdə. Ancaq buna əksər kişilər dözür :) həm də bu çox çəkmir, üşaq bir az böyüyəndən sonra yoluna düşür bu.

Share this post

Link to post
Share on other sites

Məsafə və zaman tükədər məncə.

Bir qədər açıqlaya bilərsiniz fikirlərinizi?

Share this post

Link to post
Share on other sites

Kimin nə dediyi vacib deyil. Ola bilər ki, onlarda zamanla tükənir, çünki, qoruya bilmirlər, boş yerə səfr edirlər, sui-istifadə edirlər, qəlb qırırlar, can yandırırlar... Təbiətin universal qanunudur, heç nə itmir, sevgi də o cümlədən - o, itmir, sadəcə bir şəkildən başqa şəklə keçir. 10 il keçəndən sonra ola bilsin ki, sevgi əvvəlki kimi ehtiraslı və coşğun olmur, amma bu - onun tükəndiyi anlamına gəlmir.

Sevgi hər şeyə çox həssasdır, onu qorumaq üçün çox çalışmaq lazımdır.

Bax, siz fərqli fikir yazmısız, Birinci deyirsiz ki, sevgi tükənə bilməz, ailədə şəklini dəyişir - razıyam bu fikrinizlə. Sonda isə yazırsız ki, həssasdır qorumaq lazımdır. Onda belə çıxır kı, qorunmasa sona çatmalıdır?

Share this post

Link to post
Share on other sites

Maraq həvəs nəyə olursa olsun, bu təbiidir, axı bunun sevgiyə nə dəxli var? Əgər insan sevirsə güzəştə gedəcək, lazım gələndə gözünü də yumacaq.

Siz dediyiniz kimi ananin ev ishləri ilə, uşaqla başının qarışmağının təsiri olur ailə daxili münasıbətərdə. Ancaq buna əksər kişilər dözür smile.png həm də bu çox çəkmir, üşaq bir az böyüyəndən sonra yoluna düşür bu.

Sevgi bilirsiz nə zaman olur.? Subay insanlarda , qeyri-mümkün ikən eşq olur, müəyyən vaxta qədər , yəni evlilik həyatina kimi hər an sevdiyini fikirləşirsən , amma evləndikdən sonra müəyyən səbəblərdən sevgi unudulur , ikinci plana keçir..Siz görmüsüz ki , artiq ailə qurmuş kişilər və ya qadinlar gündə həyat yoldaşlarina onu sevdiklərini desinlər.? ola bilər o da baxir necə , təsadüfən.. Yəni evləndikdən sonra məqsəd başqa olur, amma o dönəmə kimi cici aşklar yaşanir,daha sonra isə heç üzünə də baxan olmur , ailə , iş , uşaq , qaynana və. s. ilaxir problemlər vəssəlam.Hər kəs sevgisini fərqli şəkildə göstərməyi sevər. Qadın və kişi ümumiyyətlə eyni sevgi dilini danışmazlar yəni sevgilərini eyni şəkildə ifadə etməzlər. Eyni şəkildə ifadə ədəbilənlər də onsuz da xoşbəxt bir birliyi yaşayan insanlardir.. Marağa gəldikdə isə, insan nə qədər ailəsinə deyəre mən sevirəm.? ) Kim nə deyir desin insan ondan da bezir, ola bilər ki , bəzən sakitçilik axtarsan,bəzən də daha əyləncəli həyat axtararsan.. Bir də onu da deyim ki , bəzən , məsələn , bir kişi yoldaşini çox sevir , çünki o çox gözəl yemək hazirlayir.Yəni burada birbaşa yoldaşını deyil onun bəzi xüsusiyyətlərini, ona xas bəzi xüsusiyyətləri sevir , indi o qadin yoldaşina yemək bişirməsə görün evdə münaqişə yaranir ya yox.? Belə sevgilərdən , ailələrdən nifrət etsəm də belə bu yazdiqlarim real həyatda yaşayan bir çox ailələrin təsviridi...

Caledoniya xanimin fikirləri ilə raziyam , od - su məsələsində..yəni kişi evləndikdən sonra deyir ki , "onsuz da mənimdi" , yəni fikri daha yönəlir başqa istiqamətlərə , qadin da təlaşa düşür , öz ailəsini nəyin bahasina olursa olsun qorumağa çalişir , amma qadinlarin ən arzuladiği , həyat yoldaşlarindan gözlədikləri mən dediyim , mən bildiyim sevgi geridə qalir.. Əks təqdirdə bir çox qadınlar da "köhnədən nə gözəl kinolara gedirdik" deyə nostalji etmək məcburiyyətində qalmazdilar..

Share this post

Link to post
Share on other sites

Azda xanim, sizinlə həm razılaşmaq olar, həm də yox. Fikirləriniz aydindır, gözəl izah edirsiniz. Amma deməzdim ki, sevgi ancaq subaylıqda olur. Subaylıqda daha güclü olur desək yanılmaram. Çünki o uzaqdır səndən, əlin çatmır, ürəyin arzuladıqca yanında ola bilmirsən, maneələr çoxdur. Adəm övladlarında belə bir xarakter var, bəlkə də təbiətin qanunudur - o şey ki, səndən uzaqdır əlin çatmır şirin olacaq seninçün, daim ona doğru can atacaqsan, yetişmək istəyəcəksən – elə ki, çatdın, əldə etdin – bir növ toxtayırsan, sakitləşirsən, arxayınçılıq yaranır səndə. Sevgi evləndikdən sonra şəklini dəyişib əks istiqamətə yönəlməməlidir. Düzdür ailə daxili problemlər bir çox şeylərə təsir edir, o cümlədən bu hisslərə də. Ona görə də birgə yaşayanlar arxayınlaşıb özlərinə qapanmamalıdırlar. Bir növ işlə əlaqədar, uşaqla əlaqədar yükü bəhanə edib soyumamalıdırlar. O incə hissləri hər şeydən üstün saxlamalıdırlar. “ailə qurmuş kişilər və ya qadinlar gündə həyat yoldaşlarina onu sevdiklərini desinlər?” - bunu kənara hiss elətdirənlər çox nadir olar. Ancaq kişilər yaddan çıxarmamalıdır ki, “səni sevirəm” sözünü sevdiyinin qulağına nə qədər pıçıldasan yenə də azlıq edəcək. Qadınların daha çox ehtiyacı olur bu sözə. Öz növbəsində qadınlar da gərək kişiyə diqqət qayğını əskik etməsinlər. Bir gün köynək gec ütülənib verilər, yemək vaxtında hazır olmaz, səhər işə yola salmaq üçün dumaz, kişi evə gələndə bilməz ki, evdəki qulluqçudur yoxsa evin xanımı, və sair və ilaxır saymadıqlarım çoxdur. Bunlar hamısı xırdalıqlardır, zərrə zərrə yığılan kiçik problemlərdir. Sonda nə olur – dama dama göl olur...

Niyə fikir başqa istiqamətə yönəlməlidir? Başqasının səndən nə üstünlüyü var axı? Niyə çalışmırsan ki, diqqət mərkəzində elə sən özün olasan? Niyə, niyə, bax bu niyələri gərək qadınlar özü-özünə versin, və düşünsün. Mənim bu fikrim burdakı xanimların bəlkə də xoşuna gəlməyəcək. Amma bu belədir. Normal ailələrdə ailənin möhkəmliyi, saglamlığı, uzun ömürlülüyü qadından asılıdır – sohbət normal ailədən gedir.

Share this post

Link to post
Share on other sites

sevginin ömrü yataq destine qederdir...

Share this post

Link to post
Share on other sites

Cox uzr isteyirem) muzakirenizi balnan kesim- amma buna benzer movzu var mence- "esl sevgilerin omru az olur"...)

Belke movzular birlewsin muzakire yene davam etsin..?

Muellife hormetle...)

Düşünürəm problem olmaz, Moderatorlara əziyyət olmasa iştirakçıların təklifini nəzərə alar inshallah.

Share this post

Link to post
Share on other sites

Sevgi özü elə ilahi hisslərdir, axı bunu zorla aşılamaq olmur...

Bunun əksi də var, əgər qadınla kişını (sevgililəri) ehtiras baglamırsa da axırı yoxdur.

Qadınla kişini sevgi bağlasın..Bu elə buketdir ki, içində ehtirası da var...

Share this post

Link to post
Share on other sites

Azda xanim, sizinlə həm razılaşmaq olar, həm də yox. Fikirləriniz aydindır, gözəl izah edirsiniz. Amma deməzdim ki, sevgi ancaq subaylıqda olur. Subaylıqda daha güclü olur desək yanılmaram. Çünki o uzaqdır səndən, əlin çatmır, ürəyin arzuladıqca yanında ola bilmirsən, maneələr çoxdur. Adəm övladlarında belə bir xarakter var, bəlkə də təbiətin qanunudur - o şey ki, səndən uzaqdır əlin çatmır şirin olacaq seninçün, daim ona doğru can atacaqsan, yetişmək istəyəcəksən – elə ki, çatdın, əldə etdin – bir növ toxtayırsan, sakitləşirsən, arxayınçılıq yaranır səndə. Sevgi evləndikdən sonra şəklini dəyişib əks istiqamətə yönəlməməlidir. Düzdür ailə daxili problemlər bir çox şeylərə təsir edir, o cümlədən bu hisslərə də. Ona görə də birgə yaşayanlar arxayınlaşıb özlərinə qapanmamalıdırlar. Bir növ işlə əlaqədar, uşaqla əlaqədar yükü bəhanə edib soyumamalıdırlar. O incə hissləri hər şeydən üstün saxlamalıdırlar. “ailə qurmuş kişilər və ya qadinlar gündə həyat yoldaşlarina onu sevdiklərini desinlər?” - bunu kənara hiss elətdirənlər çox nadir olar. Ancaq kişilər yaddan çıxarmamalıdır ki, “səni sevirəm” sözünü sevdiyinin qulağına nə qədər pıçıldasan yenə də azlıq edəcək. Qadınların daha çox ehtiyacı olur bu sözə. Öz növbəsində qadınlar da gərək kişiyə diqqət qayğını əskik etməsinlər. Bir gün köynək gec ütülənib verilər, yemək vaxtında hazır olmaz, səhər işə yola salmaq üçün dumaz, kişi evə gələndə bilməz ki, evdəki qulluqçudur yoxsa evin xanımı, və sair və ilaxır saymadıqlarım çoxdur. Bunlar hamısı xırdalıqlardır, zərrə zərrə yığılan kiçik problemlərdir. Sonda nə olur – dama dama göl olur...

Niyə fikir başqa istiqamətə yönəlməlidir? Başqasının səndən nə üstünlüyü var axı? Niyə çalışmırsan ki, diqqət mərkəzində elə sən özün olasan? Niyə, niyə, bax bu niyələri gərək qadınlar özü-özünə versin, və düşünsün. Mənim bu fikrim burdakı xanimların bəlkə də xoşuna gəlməyəcək. Amma bu belədir. Normal ailələrdə ailənin möhkəmliyi, saglamlığı, uzun ömürlülüyü qadından asılıdır – sohbət normal ailədən gedir.

Haqlisiniz,amma yenə də biz deyənə gəldiniz,yəni sevginin daima olmasini tənzimləyən qadindir..Tək tərəfin fədakarlığı üzərinə xoşbəxt evlilik qurulmur,çox zaman fədakarliq edən tərəf qadinlar olur.. ))Evlilik hər nə qədər iki adam üzərinə qurulu bir birlik olsa da, hər kəsin bildiyi bir gerçək var ki, "yuvanı dişi quş qurar." Bu müqəddəs münasibətlərində əsl əhəmiyyətli olan faktor qadın faktorudur. Azərbaycanda olan ailələrin çoxusu belədir,məsələn deyir ki,filankəs mənim köynəyim hardadi.?Deyir ütüləməmişəm unutmuşam,kişi də deyir ki,mən bu evdə bir dəfə də olsa ütülü köynək tapa bilməyəcəm.?Qadin da deyir ki,Allah lənət eləsin sənə,sənin indiyə kimi köynəklərini kim ütüləyib verib.? )))))))) Yəni əksər kişilərin xəsiyyəti belədir,ona görə də qadin fədakarliq etməli,məsələn əsəblərinə yiyə çixaraq normal cavab verməli idi,bir səbəblə,kişinin kobudluğunu görməməzlikdən gələrək yəni,köynək ki,bir dəfə ütülənmədi,vəssəlam,qadinin bütün keçdiyi əziyyətləri dəyərsizləşir..Amma haqsizliq..)

Çütlüklər, bir-birlərinə nə qədər çox məhəbbət duyarsa duysun, bu yaxınlığa güvənərək hörmət sahəsini pozuntu etməkdən uzaqlaşmasi lazımdır ..

Share this post

Link to post
Share on other sites

Sevgi ele bir şeydir ki , daima diqqet ve hessaslıq teleb edir. Sevginin düşmenleri var : Yalan ve xeyanet. (Ən acı heqiqet bele yalandan yaxşıdır.) Yalan danışmaq ise bezi insanlarda xroniki xestelikdir. Elə bilirlər ki, yalan danışmağla qarşı terefi daha çox özlerine bağlayacaqlar, daha çox özlerini sevdirecekler. Amma tebii ki , gec-tez bütün yalanların üstü açılır ve o insana qarşı sevgi ölür, yerini nifret alır. Əgər sevginin tükənməsinə səbəb yalandırsa , burada günah yalan deyendedir. Bezi insanlar : ,,ağlı olaydı inanmayaydı ,,ve.s kimi fikirler yürüdürler, aldanan terefi günahlandırırlar amma bu düzgün deyil.. Çünki, hal-hazırda cemiyyetimizde ele alçaq, şerefsiz insanlar var ki, yüksek aktyorluq qabiliyyeti ile qarşı terefi öz yalanlarına inandırıb, onun hissleriyle oynayırlar. Ve gec-tez hemin yalanlar ortaya çıxır. Neticede sevgi ölür. Diger sebeblerden biri ise Xeyanetdir.

Eger sebeb xeyanet olarsa burada her iki teref günahkardır. Yuxarıda dediyim kimi sevgi diqqet, hessaslıq, nevaziş teleb edir. Qarşı teref bunları görmedikde ve ya bir müddet görüb daha sonra görmeyende bütün bunları kenarda axtarmağa başlayır. Bütün bu diqqeti kenarda axtarmağa başladığı an ilk sehvi etmiş olur ki, qarşı terefden diqqetsizliyinin sebebini öyrenmir, onunla danışmağa cehd etmir ve ilk ağlına gelen kenarda axtarış olur. Bu böyük sehvdir. Ümumiyyetle xeyanet zeif insanlara xas bir xarakterdir. Bir de var ki sevdiyi insanla yetinmir, gözü doymur başqalarında da daima fikiri qalır. Bele insanları ise deyişdirmek mümkün deyil ve ya çox çetin bir şeydir. Eger bu onun qanındadır, deyişmeyecek.. Yalan ve xeyanet sevginin esas qatilleridir.. Amma tebii ki başqa sebebler de ola biler. Heqiqi sevgiler de var ve onlar heç vaxt bitmir. Bu o zaman olur ki heyatında doğru insanı tapdığında, oxşar xarakterler olanda sevgi tükenmez.. Ümumiyyetle insan deyişken xarakterli olmamalıdır. Bir addım atmazdan evvel çox düşünmelidir. Birine ümid vermezden evvel yaxşıca düşünmek lazımdır...

Share this post

Link to post
Share on other sites

Sevgi əbədidir........

Məsələ ondadir ki, bunun əksi olur. Bir - birlərinə əsil sevgi hissləri yaşayan insanlar zaman-zaman soyuyurlar, dəyişirlər, sevgi hisslərini bir başqasında tapirlar.

Axı var belə şeylər, məgər heç kəs eşitməyib - rastlaşmayıb belə hadisələrlə? Nəzəriyyəni qoyaq qırağa, həyatda baş verənlərə hamı göz yumur?

Demeli onlar heç vaxt sevmeyib..! sadece özleri özlerini aldadıblar ve ya bir birilerini doğru tanımayıblar.. Ferqli xarakterli insanlar olduglarını anlayıblar... Bir insanı bezen illerle de tanımaq olmur..

Fikirlərinizlə razı deyiləm. Bura Azərbaycandir, Avropa deyil. Xalqın, elin adət-ənənəsi var. İnsanların elə xarakterləri olur ki, bunu illərlə, 10 illərlə bir yerdə yaşamasan kəşf edə bilməzsən. Bir-birlərini tanımaq üçün kifayət qədər bir yerdə ola bilməyiblərsə neyləməlidirlər? Sevməsinlər bir-birlərini? O bir çox xarici dövlətlərdədir ki, birinci birgə yaşayirlar sevirlər bir-birlərini, əgər hərtərəfli tuturlarsa evlənməyə qərar verirlər.

Sevginin ne ölçü vahidi var, ne də ki tərəziyə qoyulur. Necə deyə bilərsiz ki, sevməyiblər?

Mən real olan hadisələrdən misal gətirmişəm. Uzun illər davam edən sevgi - və uzun illərdən sonra tükənmiş sevgi. Hətta o sevdiyin insanı görmək belə istəməmək...

Fikrinize hörmetle yanaşıram. Sadece sizinle menim düşünce terzim ferqlidir. Menim fikrimce eger her iki teref dogurdan da sevirse hec vaxt tukene bilmez. Yene de fikrinize hörmetle yanaşıram. Her kesin öz subyektiv fikri var.

Edited by _nil_

Share this post

Link to post
Share on other sites

Bu haqda Frederik Beqbederin "Любовь живет три года" kitabi var. Amma sevgiden sevgiye de ferq var. Elesi var 30 il yashayir, elesi de var hech 3 ay yashamir.

Share this post

Link to post
Share on other sites

O qədər bir- birini sevib,sevgiləri uğrunda fədakarliq edib,min əziyyətdən sonra ailə quran cütlüklər var.Sonradan ailədə qarşilaşdiqlari xirda problemə görə bir-birinə güzəşt etmirlər.Yada xəyanətlə qarşilaşib,sonu boşanmaqla nəticəlinir.Sual meydana çixir.Hani o böyük sevgi?Budurmu o çilğin sevgi?

Heç də sevib  ailə quran ailələrin hamisi xoşbəxt olmur.

Share this post

Link to post
Share on other sites

Tebii ki,aile qurduqdan sonra sevgi formasını deyişerek,hörmete,sedaqete,qarşılıqlı anlaşmaya çevrilir.İlk dönemdeki ehtiras qalmır.Alışmaq sevmekden daha zor.

Share this post

Link to post
Share on other sites

Sevgi hissdir ( hesab edək ki, amerika açdım )) ) .  Hiss isə  bütün digər hisslər kimi  zaman mənasında daimi , fasiləsiz , durmadan və intensivlik mənasında həmişə eyni dərəcədə parlaq , güclü , dərin ,  ehtiraslı  ola bilməz .  Hisslər  həm zaman , həm də intensivlik mənasında dəyişkəndir.  Bu səbəbdən də , sevgini  hiss etmədiyimiz anlara sevgisizlik kimi yox , daha çox ,  sevginin " müvəqqəti dincəlməsi"  kimi baxmaq olar.  Aydındır ki, "müvəqqəti dincəlmə"  daha "davamlı müvəqqəti dincəlmələrə"  gətirirsə  , bu başqa məsələ , burada sevginin artıq itməsindən də danışmaq olar. Amma, qalan hallarda "sevgi tükəndi"  demək  düz olmazdı.    5 dəqiqə əvvəl "sevgi yox idi"  , amma 6 -cı dəqiqədə yenidən baş qaldıra bilər .  Sabah  yenidən mürgüləyə bilər , birisigün isə  əvvəlcə görnməmiş bir ehtirasla baş qaldıra bilər .

Beləliklə , cütlük  bir birindən fasiləsiz və ehtiraslı sevgi tələbi etməsələr , sevgi  tükənməz ))  Bu da mənim fikrim ...

Edited by Sunyata

Bu mövzu haqda ele yalnız illerin tecrübesini gördükden sonra doğru fikir bildirmek olar.

Share this post

Link to post
Share on other sites

Tükənir.

Niye sizce? Daha etraflı fikir bildire bilersiz?

Share this post

Link to post
Share on other sites

Hiss Tükənmir.

Sevgi Hissin bir tərkib hissəsi olub estafeti təhvil verir digər hissə (hörmət,bağlılıq,nifrət)

Sevgi məmbə deyil...tərkibdir

Hiss tərkibi

Share this post

Link to post
Share on other sites

O qədər bir- birini sevib,sevgiləri uğrunda fədakarliq edib,min əziyyətdən sonra ailə quran cütlüklər var.Sonradan ailədə qarşilaşdiqlari xirda problemə görə bir-birinə güzəşt etmirlər.Yada xəyanətlə qarşilaşib,sonu boşanmaqla nəticəlinir.Sual meydana çixir.Hani o böyük sevgi?Budurmu o çilğin sevgi?

Heç də sevib  ailə quran ailələrin hamisi xoşbəxt olmur.

Təəsüflər olsun ki, bu belədir.

Ümumiyyətlə sevənlər arasında müəyyən məsafə olanda sevgini gücü daha çox və uzun sürən olur. Məsafə azalıb sevənlər bir-birinə qovuşandan sonra sevgi zamanla tükənir - formasını dəyişir.

Share this post

Link to post
Share on other sites

Bu haqda Frederik Beqbederin "Любовь живет три года" kitabi var. Amma sevgiden sevgiye de ferq var. Elesi var 30 il yashayir, elesi de var hech 3 ay yashamir.

30 il yaşayan sevgiyə heykəl qoymaq olar. Amma 3 aydan danışmağa belə dəymir. 3 ay nə müddətdir ki, 3 aya nəyinki sevmək heç insanlar bir-birlərini tanıya bilmirlər.

Share this post

Link to post
Share on other sites

Heçneyin sonsuz olmadığını nezere alsaq, sevgi de tükene biler. Amma burda bir amma var ki, sevginin tükenmeyi bir çox amillerden asılıdır, çalışmaq lazımdır ki, hemin amiller meydana çıxmasın ya da ki, ilkin merhelede onların qarşısı alınsın.

Share this post

Link to post
Share on other sites

Təəsüflər olsun ki, bu belədir.

Ümumiyyətlə sevənlər arasında müəyyən məsafə olanda sevgini gücü daha çox və uzun sürən olur. Məsafə azalıb sevənlər bir-birinə qovuşandan sonra sevgi zamanla tükənir - formasını dəyişir.

İcazə verin azaciq sizə etiraz edim.

Bəzi sevgilər var,nə qədər qovuşmayiblar hər şey gözəldir.Bu yuxari da qeyd etdiyim variantdir.Ailə qurulandan sonra sevgi bir cəhənnəmə çevrilir.

Burda daha çox birgə yaşama uyqunlaşmamaq,güzəştə getməmək ,eqoistlik və s.amillər ola bilər.

Bir də var ailə qurulur.İlk illər çilqin sevgi.Sonra illər keçdikcə sevgi formasini dəyişir hörmətə,diqqətə,nəvaziş və s. gözəl hisslərə parçalanir.

İlk illər nə qədər çilğin sevgi olursa,illər keçdikcə isə daha ağilli sevgiyə çevrilir.Amma yenə itmir.Bir baxiş kifayət edir ki,sevgini sözsüz hiss edəsən.

Edited by Kenul2012

Share this post

Link to post
Share on other sites

Sevgi tükənir və ya tükənmir sualı quruluşca biraz düz deyil.

Burada cavab tolko i lakin şəxsi həyatdan gotürüləcək.

Və heç kim heç kimə nəsə isbat edə bilməyəcək.

Nəticə kimi yox, ümumiyyətlə baxsaq, belə demək olar - sevgi tükənə BİLƏR.

Share this post

Link to post
Share on other sites

Hiss Tükənmir.

Sevgi Hissin bir tərkib hissəsi olub estafeti təhvil verir digər hissə (hörmət,bağlılıq,nifrət)

Sevgi məmbə deyil...tərkibdir

Hiss tərkibi

tam raziyam.+.zamanla bu hiss hormete.ve ya nifrete cevrilir.

Sent from my GT-I9003 using Disput.Az mobile app

Sualın qoyuluşu düz deyilsə bəs necə cavab yazırsız?

Share this post

Link to post
Share on other sites

sevgi bitmir, sevgililer deyishir. 

Bu cümlənizi necə başa düşək? Xahiş edirəm bir balaca aydınlıq gətirəsiniz fikrinizə.

Share this post

Link to post
Share on other sites

Hiss Tükənmir.

Sevgi Hissin bir tərkib hissəsi olub estafeti təhvil verir digər hissə (hörmət,bağlılıq,nifrət)

Sevgi məmbə deyil...tərkibdir

Hiss tərkibi

tam raziyam.+.zamanla bu hiss hormete.ve ya nifrete cevrilir.

Sent from my GT-I9003 using Disput.Az mobile app

Əgər bu  (sevgi) hiss formasını dəyişirsə bir haşqa hisslə əvəz olunursa,  istər adını hörmət qoyaq istərsə də nifrət fərqi nədir ki, bu hiss yoxdur, yoxa çıxıb. Nifrət sevginin tam əksidir. Sevgidən danışmağa dəyməz. Olmayan bir şey deməli qurtarib/tükənib...

Share this post

Link to post
Share on other sites

Bu cümlənizi necə başa düşək? Xahiş edirəm bir balaca aydınlıq gətirəsiniz fikrinizə.

yeni insan daim sevir sevgi bitmir sevdiyi insanlar, obyekt deyishir. 

ve yaxud sevmeyine sevirsen amma sevdiyin insan deyishilib deye artiq munasibet bitir amma yene de sevirsen.

(bu cumle hansisa eserden sitatdir, mende razilashiram bu cumleyle, menasini ise 2 cur anlayiram ikisinide yazdim ))

Share this post

Link to post
Share on other sites

yeni insan daim sevir sevgi bitmir sevdiyi insanlar, obyekt deyishir. 

ve yaxud sevmeyine sevirsen amma sevdiyin insan deyishilib deye artiq munasibet bitir amma yene de sevirsen.

(bu cumle hansisa eserden sitatdir, mende razilashiram bu cumleyle, menasini ise 2 cur anlayiram ikisinide yazdim ))

+1

Siz nə danışırsız, elə sevgi olur? Onda ailə quran sevgililər bir müddət sonra munasibətləri pozulub ayrılıqda hərəsi bir başqasını sevəcək və deyəcəklər ki, xoşbəxtik? 

"Obyekt" sözü sevgil sözüi əvəzinə işlədilmiş ən kobud sözdür. İnsan eyni vaxtda 2 nəfəri sevə bilirmi? Əgər sevdiyin insan dəyişirsə deməli hər şey dəyişib, eləcə də sevgi.

yazdigim menim fikrimdi. razilashmirsizsa tebiidi :) ve menim ucun hecneyi deyishmir bu )

Share this post

Link to post
Share on other sites

Sevgi ümumiyyetle nedi?Hardan bilirik ki,bu sevgidi?İller sonra olur ki,ayrılıq olur ve bir başqası ile yola davam edir insan,ona da seni sevirem deyir..Neçe neferi sevmek olur heyatda?Yoxsa esl sevgi bir defe olur deyimi doğrudurmu?

Sevginin nə olduğunu sevməyən insan bilməz. Həyatın qəribəlikləri çoxdur. Burda da müyən standartlar dəyişib. Düzdür deyirlər əsil sevgi insana bir dəfə nəsib olur. Ancaq nədəndir bilmirəm. İndi insanlar birini sevir, illər ötür, bu insana qarşı sevgisi bitir, tükənir, sonra eyni cür hətta daha güclü şəkildə bir başqasını da sevir... Qəribədir...

Demek esl sevgi bir defe olmur?.

Sevmeyen insan bilmez deyirsiz.Kime soruşsan deyecek sevmişem ne olduğunu bilirem.bezileri sevir bezileri sevdiyini sanır.

Share this post

Link to post
Share on other sites

yeni insan daim sevir sevgi bitmir sevdiyi insanlar, obyekt deyishir. 

ve yaxud sevmeyine sevirsen amma sevdiyin insan deyishilib deye artiq munasibet bitir amma yene de sevirsen.

(bu cumle hansisa eserden sitatdir, mende razilashiram bu cumleyle, menasini ise 2 cur anlayiram ikisinide yazdim ))

Sevdiyin insanın dəyişdiyinə görə münasıbət bitirsə sevgi bundan qabaq bitib tükənir.Həm də bu hiss elə bir şey deyil ki, bir insandan qopardıb necə var eləcə bir başqasına calayaraq həyatını davam edəsən.  Başqa birinə qarşı sevginin baş qaldırmasına da zaman lazımdır.

Share this post

Link to post
Share on other sites

Sevginin nə olduğunu sevməyən insan bilməz. Həyatın qəribəlikləri çoxdur. Burda da müyən standartlar dəyişib. Düzdür deyirlər əsil sevgi insana bir dəfə nəsib olur. Ancaq nədəndir bilmirəm. İndi insanlar birini sevir, illər ötür, bu insana qarşı sevgisi bitir, tükənir, sonra eyni cür hətta daha güclü şəkildə bir başqasını da sevir... Qəribədir...

Əgər həqiqi sevgidirsə niyə bitir?Bəlkə əvvəl başdan sevgi yalanmiş?

Share this post

Link to post
Share on other sites

Demek esl sevgi bir defe olmur?.

Bu fikrimə görə güllə-baran etməyin məni. İnsan hesab etdiyi əsil sevgi təkrarlana bilir...

Share this post

Link to post
Share on other sites

Sevginin nədən başladığı çox önəmlidi. Bir də İgolka xanımın dediyi kimi, münasibətlərinin sevgi olduğunu sananlar var.

Özümdə də bir nəfərlə münasibət olub ki, indiyə qədər sevgi olub-olmadığını dəqiq bilmirəm. Hərdən bir insana o qədər öyrəşirsən ki, elə bilirsən həqiqətən aşiq olmusan.

Share this post

Link to post
Share on other sites

Sevgi ümumiyyetle nedi?Hardan bilirik ki,bu sevgidi?İller sonra olur ki,ayrılıq olur ve bir başqası ile yola davam edir insan,ona da seni sevirem deyir..Neçe neferi sevmek olur heyatda?Yoxsa esl sevgi bir defe olur deyimi doğrudurmu?

Neçə dəfə sevsəndə fərqi yoxdur.Ürəyin daim biri üçün sizildayacaq.Dilin sevmirəm desədə.Qəlbin daim onu axtaracaq.

Share this post

Link to post
Share on other sites

Neçə dəfə sevsəndə fərqi yoxdur.Ürəyin daim biri üçün sizildayacaq.Dilin sevmirəm desədə.Qəlbin daim onu axtaracaq.

Qalanlarında insan özünü aldadmış olur o zaman.

Share this post

Link to post
Share on other sites

Hele ilk baxışdan sevgi var deyenler de var.Bu nece olur? Bu mene heç vaxt çatmayıb. :)

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79