Jump to content
Sign in to follow this  
Blok

Yap-Dan “Facebook”A Axın Başladı )(

Recommended Posts

“YAP Gəncləri Birliyi olaraq daim sosial şəbəkələrdə fəal olmağa çalışırıq. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Onlar müəyyən qruplar yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini yaymağa çalışırlar. Təbii ki, biz bu prosesdə seyrçi ola bilmərik. Ona görə də, elə onların yaratdığı qruplarda qarşı tərəfə tutarlı cavab veririk”.

“Qafqazinfo” xəbər verir ki, bunu yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. O, bildirib ki, partiyanın gəncləri sosial şəbəkələrdə, xüsusilə facebook-da qruplar yaradıblar. Onların sırasında «Azərbaycan 2013: QƏLƏBƏ» qrupu artıq böyük rəğbətlə qarşılanır. Belə ki, bu qrupda ən müxtəlif məsələlər haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. “Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır”.

Share this post


Link to post
Share on other sites

Seymurun özünün 3-4 akkauntu var axı :D Ceyhunun da, Gülselin və Daşqının da, hələ universitet vaxtlarından.

gör indi nə qədərdir :D

hamısı registrasiya eləyir, sonra da balıq kimi səssizliyi qoruyurlar :D

Share this post


Link to post
Share on other sites

Ozlerini boshuna yorurlar. Qatiga qara demekle qatiq donub qara olasi deyil. Her shey goz onundedir. Bunlar hansi inkishafi teblig etmeye calishirlar? Gorunen yola ne beledchi. Ancaq yene de teessuflenirem ki gencler arasinda da yaltaqlig, girenlik xesteliyi suretle yayilmaqdadir.

Share this post


Link to post
Share on other sites

Yap helə Yap-tıda. Yapın nə olduğunu hamı bilir.

Share this post


Link to post
Share on other sites

Ölümdə inkişaf var axı.Day güzaranımız,yaşayışımız fontan vurure,xarici qüvvələrdə buna paxıllıq edir.Camaatı ələ salmaq çox asan iş imiş.Çox sağolsun Azərbaycan iqtidarı,bunun əyani sübutunu bizə göstərdi.Təşəkkür edirəm hamısına))

Share this post


Link to post
Share on other sites

Yap helə Yap-tıda. Yapın nə olduğunu hamı bilir.

Hami bilmeyine bilir eee amma bu sherefsizlerin ozleri ne zibil olduqlarini anlamirlar.

Share this post


Link to post
Share on other sites

Reklam - bundan başqa nə ad vermək olar? Siyaset yüdürlər, kürsünü əldə saxlamaq üşün hər vasitəyə əl atırlar. İnsanları şirnikləndirib hansı yola desən istiqamətləndirə bilirlər. Gənclər daha çox meyilli olurlar belə şeyə. Nə varki burda, ac tələbəyə bir laptop pulsuz internet versinlər istədiklərini edəcəklər onlarçün. Analoqu olmayan dövlətin iyrənc siyasətidir - amma təəccüblü deyil...

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this  

×
×
  • Create New...