Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

  • 1 year later...

sufizm haqqinda bilen her kes oz fikrlerini boluwsun

 

Yusif , mən öz köhnə forumumda belə bir mövzu açmışdım .  Təəssüf ki,  orada da çox irəliləmədik  bu  mövzuda ... Amma ,  öz postlarımı , yerləşdirdiyim  sitatları , məlumat və rolikləri   sizin mövzuya  daxil  etmək istəyirəm . Bəlkə  də , mövzuya burada və indi   daha çox maraq oldu  .  Beləliklə, ümidvaram ki,  mövzuya yenidən qayıtmağın əleyhinə deyilsiniz ))

Link to comment
Share on other sites

Sufi həqiqət axtaran , sonda Allahdan başqa həqiqətin olmadığına inanan və ona qovuşmağı özünə məqsəd seçən insandır. Sufizm bu həqiqət axtarışında bir yoldur. Sufi də həmin yolun yolçusudur. Bu yolda əsas olan Allaha məhəbbət və ona bilavasitə qovyşmaq ideyasıdır. Sufizmdə bu yol müxtəlif olsa da ümumi qəbul olunmuş elementlər var.

Bax bu ümumi olan elementlər barədə ( Akademik Bertelsin kitabından və digər mənbələrdən istifadə edərək ) danışmaq istəyirəm. Vaxtaşırı bu mövzuda başqa mənbədən olan məlumatları da gələcək müzakirələr və suallar üçün informasiya bazası kimi yerləşdirmək planlaşdırıram . ( Aydındır ki, lakonik formada )

Sufizmdə mistik yolu 3-4 mərhələyə bölürlər . Bertels 3 , digər mənbələr 4 mərhələyə bölür.
Bertelsə görə :
1. Şəriət - Dinin qayda qanunları və davranış qanunlarına, ehkamlara və s . əməl etmək .
2. Təriqət (suluk) – Özünütəkmilləşmə və Allah axtarışında ən qısa və optimal yolun seçilməsi. Buna yol və yolçu anlayışları ilə həmahəöng olan “süluk” (səyahətçi ) də deyirlər.
3. Həqiqət – Tam olaraq həqiqətə ( Allaha ) çatmaq .

Digər mənbələrdə təriqətdən sonra mərifət də var .
4. Mərifət - Allahı ağılla deyil ürəklə dərk etmək .

Bu proses yolla müqayisə olunduğu üçün , bun yolda müəyyən “dayanacaqlar” - məqamlar var. Bu məqamların hər biri müəyyən psixoloji halı təmsil və ifadə edir. Məqamlar da müxtəlif sufi təriqətlərində fərqli olsalar da , ümumi qəbul olunmuşlar aşağıdakılardır :

1.Tövbə- şəritə olan formal münasibətə son qoyaraq özünütəkmilləşmə qərarı. Sufi üçün tövbə adi mənada- günahları dərk edib, onlara son qoymaq deyil. Bu daha dərin ruhi addımdır . Günahlarhaqqında düşünmək bir növ şəxsiyyətin reallığını qəbul etməkdir – SUFİLƏR isə Allahdan başqa reallıq tanımır.
2.Vara- “ehtiyatlılıq” . Burada xarakterik əlamətlər “halal” və “haram” haqqında zahidlərin seçimlərindəki dəqiqlik mərhəlsi.
3.Zöhd- ehtiyatlılıq öz növbəsində pəhrizkarlığa , çəkinmələrə keçir, günahdan çəkinmə,artıqlıqdan , bir sözlə Allahdan uzaqlaşdıran hər şeydən çəkinmək mərhələsi. Bəzi dövrlərdə qidadan, qadından və ümumuiyyətlə istəklərdən çəkinməyə qədər uzanır.
4.Fəkr – “yoxsulluq “,”dilənçilik”. Zöhd – yəni maddı nemətlərdən imtina , material nemətlərə ehtiyac hissi olan fəkr tədricən ruhi aləmdəki fəqrə , yəni Allah hüzurunda onun iştirakı olmadan heç bir şeyə malik olmamağımız - o cümlədən psixi hallar da daxil olmaqala - qənaətinə gəlmək.
5.Səbr- dözüm, təmkin .İtaətkarlıqla bütün əzab əziyyətləri yaşamaq, narazılıq hissindən azad olmaq mərhələsi. Bütün nemət və sınqlara soyuqqanlı münasibət, laqeydlik.
6.Təvəkkül- Allaha ümid , sabah haqqında düşünməmək , bu gün ilə yaşamaq. Daha kəskin formalarda şəxsi iradədən tam imtina etmək mərhələsi.
7.Rida – itaət. Sufi bu mərhələdə nəinki taleyin zərbələrini dözümlülüklə yaşayır, hətta kədər və qəm, məyusluq hisslərini tərk edir. Əsas məqsəd o qədər dərinləşir ki, insan ətraf aləmi real olaraq qəbul etmir , etinasızlıq yaranır.

Məqamlar davamlı psixoloji haldır . Bundan sufi – yolçuda əlavə qısa müddətli – ani olan hallar da müşahidə olunur. “Məqam” müəyyən psixo –fiziki təcrübədən gələn davamlı psixoloji haldırsa , “hal” – isə təlim və təcrübənin nəticəsi kimi yox , Allah tərəfindən verilən nemət və təvəccöhdür, onlar ani olaraq yaranıb tez qeyb olan hissdir. Halların da ümumi qəbul olunmuş formaları aşağıdakılardır :

1.Qürb-(Yaxınlıq) , Allaha birbaşa yaxınlıq hissi.
2.Məhəbbət- Allaha olan atəşli məhəbbət.
3.Xof- (qorxu)- Günah sahibi olmağını və Allahın qarşısındakı vəzifələrin yerinə yetirilə bilməməsi dəhşəti.
4.Radja-(ümid)- Allahın mərhəmətli və rəhmli olmasına ümid , təsəlli işığı.
5.Şövq- ehtiras.
6.Üns-(dostluq)- məhəbbətə oxşar hal , lakin xaraktercə və intensivliyinə görə fərqli psixi hal.
7.İtmanina-(ruhi rahatlıq) – Allahın mərhəmətinə olan əminlik hissi.
8.Müşahidə – (seyr etmə) . İnsan Allahın yaxınlığını nəinki hiss edir, hətta onu bir növ “görür”.
9.Yəqin-(əminlik) . Ruhi aləmin reallığı haqqında sarsıdılmaz əminlik halı.
Bəzən Fəna- (annihilyasıya- yox olma ) Absolyutun daxilində əriyib yox olma . (nirvana ) və Baka da hallara aid edilir.
Son mərhələ Həqiqət , əsl Həqiqəti intuitiv dərk etməkdir. Ona görə də, sufilər özlərinə əhl əl həqiqət deyirlər , əhli sünnə isə əhl əl həqq deyir.

Sufilikdə keçilən bu 3 mərhələ aşağıdakı kimi ilyustrasiya olunur :
1. Şəriət – mənə deyirlər, oxuyuram və s. ki, alov yandırır.
2. Təriqət – Mən alovun yandırdığını görmüşəm.
3. Həqiqət- Mən özüm yanıb əmin oldum ki, alov yandırır. Bu halda müşahidə olunanla müşahidə edənin vəhdəti yaranır...
 

Link to comment
Share on other sites

Sufizmdə digər anlayışlar haqqında .

Zikr – Allahın adını çoxsaylı yad etmək və təkrarlamaq . ( bu Buddizmdə və Hinduizmdə də var ) .
təfəkkür – morakəba -Səssiz meditasiya ,
möhasiba - özünüanalız ,
səma- ekstatik ayinlər , firlanaraq rəqs etmək,
Təvil – Quranın alleqorik mənada oxunuşu ,
kəşf - birdən ayılma ,
Arif - həqiqəti dərk etmiş ,
Vücud və movcud - varlıq və varolan ( təzahür ) və s. kimi mürəkkəb anlayışlar mövcuddur.

Təriqət - həm də Sufi təşkilat \ ordenlər\ məktəblərinin adıdır. Yol fərqli olduğundan bir çox təriqət mövcuddur. Bu təşkilata qəbul olunmaq və təlim keçməyin müəyyən şərtləri var. Bu yolda olan tələbələrə mürid ( dərviş, fəqir ) , müəllimlərə isə Şeyx , Mürşid deyirlər. Şeyxlərin xüsusi imkanları ( hipnoz , telepatiya kimi) olması haqqında məlumatlar var . Şeyx öz müridinə təlimdən başqa həm də bərəkə ötürür.
 

Link to comment
Share on other sites


inayyat_han.jpg

 

XX - ci əsrin əvvəllərində Rusiyada və Qərbdə Sufizm haqqında təlim yayan böyük Hind musiqişünas , filosof və sufu İnayət Xan sufizm haqqında "Azad Ruh haqqında Sufizmin müraciəti" kitabında belə demişdir :

 

Sufizm - məhəbbət , gözəllik və harmoniya haqqında olan dini fəlsəfədir...
... Bu nə dindir , nə fəlsəfə ... Onların arasında olan bir şey... Dindarlar sufizmi azad fikirlilikdə ittiham edirlər , soyuqqanlı filosoflar isə onu din adlandırırlar...

 

 

İnayət Xanın çox maraqlı fikirləri var , bu barədə imkan olsa onun Varlıq , Allah , Ətraf aləm, İnsan , Ruh haqqındakı fikirləri ilə bağlı mövzu açmaq planlaşdırıram...

Edited by Sunyata
Link to comment
Share on other sites

Məlum sufi təriqətləri :

Qadirilik - Əbdülqədir Geylani (1077–1166 ),

Mövləvilik -Mövlana Cəlaləddin Rumi (1207 – 1273) ,

Nəqşibəndilik - Bəhaəddin Nəqşibənd (...- 1389),

Yəsəvilik -Əhməd Yəsəvi (... - 1166),

Bəktaşilik -Hacı Bəktaş Vəli - Xorasanlı ,(...- 1270),

Rifailik - Əhməd Rifai xıı - ci əsr ,

Kübrəvilik - Nəcməddin Kübra (1145–1221 ) ,

Sührəvərdilik - Şihabəddin Ömər Sührəverdi (1144 -1234) Əl Qəzalının tələbəsi olub.

Bayramilik - Hacı Bayram Vəli (1352- 1436),

Hürufilik - Nəimi Təbrizi (1339 -1394) ,

Səfəvilik -Şeyx Səfiəddin Ərdəbili (1252 - ...) ,

Xəlvətilik -Ömər Xəlvəti (1340 - 1397) ,

Çişti - Suriyalı Əbu İshaq (1141–1230), tərəfindən Əfqanıstanda Çeşt şəhərində yaradılıb , Hindistanda geniş yayılıb.

Şazilik - Əbul-Həsən əş-Şazili tərəfindən 13 -cü əsrdə təməli qoyulub. Rene Qenon onun adepti olub.

Nemətullahiyyə-Təriqətin adı Şah Nemətullah Vəli (1330-1431) ilə bağlıdır.

Ticaniyyə - Əhməd Tidcan , Əlcəzairli 1781.

Link to comment
Share on other sites

17-1949.jpg

 

 

"Can konağını aramadaysan, cansın; bir lokma ekmek arıyorsan ekmeksin, bir damla su arıyorsan susun, zulmün peşindeysen zalimsin, aşkı arıyorsan âşıksın, gönlün neye kapılmışsa O’sun sen. Şu nükteyi biliyorsan, işi biliyorsun demektir."

 

 

"Yanımda kimse olmadığından değil yalnızlığım, yalnız olduğumu söyleyeceğim kimse olmadığından yalnızım ben."

 

Mövlana Cəlaləddin Rumi

Link to comment
Share on other sites

İslamın batini , amma tək islamın yox ...
Sufilərin özləri də öz bilik və texnikalaraının daha qədimdən - gizli ezoterik məktəblərdən gəlməsini deyirlər. Bu biliklər hər bir dövrdə , şəraitdən və mövcud dinlərdən asılı olaraq qismən formasını dəyişdirə bilər , hakim dinə "uyğunlaşamaq" cəhdi göstərə bilər .

Bizim dövrümüzün böyük sufisi , yazıçı , filosof İdris Şahın "sufizm" kitabında bu barədə çox maraqlı məqamlar var .

idries_shah-2.jpg

O yazır ki, Məhəmməddən əvvəl də həmin ərazilərdə mistik - gizli biliklərin daşıyıcaları olub . Bu biliklər Misirdə - Aleksandriyda , karfogendə - Avqustinin ezoterik və xristianlığa qədər dövrdəki ezoterik bilikləri öyrəndiyi yer, Fələstin və Suriyada, Mərkəzi Asiyada - buddizm , Hindistanda -mistisizmin geniş yayıldığı yerdə artıq movcud idi . Ərəb mistikləri - Mukaaribun ( "yaxınlar" ) oralara səyahətlər edib , həmin məktəblərin nümayəndələri ilə əlaqə saxlayırlarmış. Onlar da İohann ( Yəhya ) kimi yun geyim geyinirdilər. Məsələn, 7-ci əsrdə yaşamış , lakin Məhəmmədlə qarşılaşmamış bir sufi usatsı - Üvays Əl Karni haqqında yazır.
Sonralar , sufilər İslamın- onların öz biliklərinə zidd olmadığını , həm də , Məhəmməd peyğəmbərin də özünün İslamı mistik yolla ( vəhy) qəbul edib, özündən əvvəlki dinləri də inkar etməməsi faktlarını - sufizmin İslam daxilində yayaılması üçün mümbit şərait hesab etdilər.

İdris Şahın da çox maraqlı fikirləri var . O da , İnayət Xan kimi , sufizmin daha çox ezoterik bilik olduğuna meylli olub . ...
 

Edited by Sunyata
Link to comment
Share on other sites

Şamanizmlə Sufizm arasında çox zəif də olsa oxşar bəzi məqamlar hiss olunur. Məsələn, musiqi və "rəqslər" vasitəsilə "trans" . Amma , bu bir zahiri tərəf olaraq qalır . Sufizm daha geniş və dərin fəlsəfəyə əsaslanır .

 

Xalq müxtəlif dinlərin daşıyıcısı ola bilər . Ona görə də dinlərdən keçən adət və ənənələr , düşüncə tərzi tam itmir - haradasa kollektiv yaddaşda hifz olunur. Beləliklə , xalq bir növ dinlərin "mix"- inin daşıyıcısı olur. Bu adi xalq haqqında.

Amma , bir qrup insanları bu qane etmir , intuitiv olaraq nə isə daha gizli , daha dərin bir şey axtarırılar . Bu zaman ilk rastlaşdıqları elə öz dinlərindəki yarımgizli , daxili hissə olur. Bu hissənin də mənbəyini , yazılana görə ümumi olan bir yerdə olduğunu deyirlər.

Edited by Sunyata
Link to comment
Share on other sites

sufizm haqqinda bilen her kes oz fikrlerini boluwsun

 

Bir də  soruşmaq istəyirdim ki, mövzunun adı  haradan götürülüb ?   İnetdə axtarış  etdim ,  "Əhl - Əl Suffa" , "Əshab əl suffa"  kimi ifadələr var.  Amma, Ən Əl Suffa tapa bilmədim  . 

 

Adətən sufizm , sufilik və ya təsəvvüf  variantları  istifadə olunur .

Link to comment
Share on other sites

Ortodoksal  İslamla sufilik arasında olan münaqişə və mübahisələri  yumşaltmağa cəh edənlər  olub.   Bunlardan ən görkəmlisi   11 - ci əsrdə yaşamış filosof /  sufi  Əbu Həmid  Əl Qəzzalı   olub. 

 

Müasir dövrdə  də  buna cəhd edənlər var .  Məsələn , kimliyini dəqiq bilmirəm , amma ,söhbətindən məhz  ortodoksiya ilə sufizm  arasında barışdırıcı mövqe tutduğunu  anladım.   Buyurun :

 

https://www.youtube.com/watch?v=76wylytPUpw

Edited by Sunyata
Link to comment
Share on other sites

Beləliklə , öz fikrimi bir də daha konkret olaraq  yazıram.   Sufizm  İslam örtüyü ilə  əhatə olunmuş  ruhi texnikadır .  Yəni , əslində  bu  yarıgizli ordenlər , məktəblər üzvlərinin  sırf ruhu texnikalarla  Allaha / kainata  qovuşmaq , qarışmaq  məqsədinə xidmət edir.  Məqsədə çatmaq üçün də  islamı zahiri  örtük  kimi qəbul edirlər.  Əslində isə  onların fəlsəfəsinə   daha çox  Panteizm ideyaları uyğun gəlir.  Bu özü də ortodoksal İslamla olan konfliktin  əsas səbəbidir.   

Edited by Sunyata
Link to comment
Share on other sites

Beləliklə , öz fikrimi bir də daha konkret olaraq yazıram. Sufizm İslam örtüyü ilə əhatə olunmuş ruhi texnikadır . Yəni , əslində bu yarıgizli ordenlər , məktəblər üzvlərinin sırf ruhu texnikalarla Allaha / kainata qovuşmaq , qarışmaq məqsədinə xidmət edir. Məqsədə çatmaq üçün də islamı zahiri örtük kimi qəbul edirlər. Əslində isə onların fəlsəfəsinə daha çox Panteizm ideyaları uyğun gəlir. Bu özü də ortodoksal İslamla olan konfliktin əsas səbəbidir.

Sufiliyi bir chox teriqet delilik kimi qebul edir.Nesiminide bu soze gore derisini soymadilarmi ? haqq menem mendedi haqq cahil teriqetciler ne anlasin ki bunun menasi nedir.
Link to comment
Share on other sites

Gözəl zikr səhnələri ...

Bu zikr səhnələrinə baxdıqca özlüyümdə bir daha aşkar edirəm ki, Sufizm daha çox ruhi texnikadır . islam , onun zahiri tərəfidir. Əsl məqsəd isə şüurun dəyişilib \ genişlənməsi vasitəsilə həqiqəti görməkdir...

http://www.youtube.com/watch?feature=player_embedded&v=5tTcSkjypaU

bu tek sufizmde bele deyil bir chox psixoloqlarda tesdiq edib ki eyni sozun tekrarlamaq beynin ishlemeyen yerlerini ishledir bir sozle beynin dushunme qabiliyyetini artirir ve bezende mocuzelere sebeb olur.Menim turkiyede bir dostum var beyin emeliyyati olub hekimlerde buna emeliyyatdan sonra bol zikr etmesini tovsiyye ediblerki beyin evvelki kimi inkishaf etsin.meselen hormetli dost men bir defe o qeder chox zikr etdimki tesbehle tesbehin dashlarini parildadigini gordum ve dayandim sence bu ne ile izah oluna biler?
Link to comment
Share on other sites

Haydar Haydar

Ben melamet hırkasını

Kendim giydim eğnime

Ar-u namus şişesini

Taşa çaldım kime ne

Gah çıkarım gökyüzüne

Seyrederim alemi

Gah inerim yeryüzüne

Seyreder alem beni

Haydar Haydar, seyreder alem beni

Sofular haram demişler

Bu aşkın badesine

Ben buldum, ben içerim

Günah benim, kime ne

Haydar Haydar, günah benim kime ne

Nesimi'ye sordularda

O yar ilen hoşmusun

Hoş olayım, olmayayım

O yar benim kime ne

Haydar Haydar, O yar benim kime

Link to comment
Share on other sites

bu tek sufizmde bele deyil bir chox psixoloqlarda tesdiq edib ki eyni sozun tekrarlamaq beynin ishlemeyen yerlerini ishledir bir sozle beynin dushunme qabiliyyetini artirir ve bezende mocuzelere sebeb olur.Menim turkiyede bir dostum var beyin emeliyyati olub hekimlerde buna emeliyyatdan sonra bol zikr etmesini tovsiyye ediblerki beyin evvelki kimi inkishaf etsin.meselen hormetli dost men bir defe o qeder chox zikr etdimki tesbehle tesbehin dashlarini parildadigini gordum ve dayandim sence bu ne ile izah oluna biler?

 

Bu da yəqin ki, sufilikdəki  "hal"  deyilən   bir psixofizeoloji  hadisədir.    Yuxarıda sadaladığım hallara uyğun gəlməsə də , hər halda müəyyən bir psixofizeoloji  dəyişiklik  baş verib dostunuzda.  Amma,   sufilik haqqında kitablarda yazırlar ki,  bu hal və  məqamlar aldadıcı da ola bilər.  Yəni ,  əsl hal və məqamla  , yanlışları seçə bilmək lazımdır .

Edited by Sunyata
Link to comment
Share on other sites

Bu da yəqin ki, sufilikdəki  "hal"  deyilən   bir psixofizeoloji  hadisədir.    Yuxarıda sadaladığım hallara uyğun gəlməsə də , hər halda müəyyən bir psixofizeoloji  dəyişiklik  baş verib dostunuzda.  Amma,   sufilik haqqında kitablarda yazırlar ki,  bu hal və  məqamlar aldadıcı da ola bilər.  Yəni ,  əsl hal və məqamla  , yanlışları seçə bilmək lazımdır .

Buddistlərdə də mantrayla meditasiya var.Zikr eləmək yəni müəyyən sözləri təkrar-təkrar söyləmək də buna bənzəyir.Sizin fikirlərinizə qüvvət sufilikdə  də müəyyən qədər buddizmin praktikaları isifadə olunur

Link to comment
Share on other sites

bu tek sufizmde bele deyil bir chox psixoloqlarda tesdiq edib ki eyni sozun tekrarlamaq beynin ishlemeyen yerlerini ishledir bir sozle beynin dushunme qabiliyyetini artirir ve bezende mocuzelere sebeb olur.Menim turkiyede bir dostum var beyin emeliyyati olub hekimlerde buna emeliyyatdan sonra bol zikr etmesini tovsiyye ediblerki beyin evvelki kimi inkishaf etsin.meselen hormetli dost men bir defe o qeder chox zikr etdimki tesbehle tesbehin dashlarini parildadigini gordum ve dayandim sence bu ne ile izah oluna biler?

Meditasiyada belə hal məlumdu (Расширение сознание)-dəqiq tərcüməsi  bilmirəm.Hər kəs bir əşya üzərində (gül, ağac və s.) diqqətini  toplayıb belə bir hala düşə bilər.O zaman o əşya adi haldakından fərqli təsir bağışlayır.

Link to comment
Share on other sites

Buddistlərdə də mantrayla meditasiya var.Zikr eləmək yəni müəyyən sözləri təkrar-təkrar söyləmək də buna bənzəyir.Sizin fikirlərinizə qüvvət sufilikdə  də müəyyən qədər buddizmin praktikaları isifadə olunur

 

Buddistlərdə  mantralar ,  koanlar , nebutsu deyilən  Amida Buddanın zikri  ,  vizualizasiayal və s .  mövcuddur.  Nəticə etibarilə   bunlar və sufizmdəki zikr dərin və  davmlı  konsentrasiyaya ,  o da öz növbəsində həmin hala (  hər texnikada buna bir ad qoyurlar ...  Məs.   Buddizmdə satori , niravana  ,  sufizmdə  fəna , baka  )  gətirir.  

 

Yəni,  texnikalar öz aralarında oxşayır .  Amma bu texnikaların zahiri örtüyü olan  ideya və dinlər fərqli  görünür, fərqli oxunur və fərqli qavralınır ...    Məqsədin məğzi isə birdir .

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 5 months later...

Ortodoksal  İslamla sufilik arasında olan münaqişə və mübahisələri  yumşaltmağa cəh edənlər  olub.   Bunlardan ən görkəmlisi   11 - ci əsrdə yaşamış filosof /  sufi  Əbu Həmid  Əl Qəzzalı   olub. 

 

Müasir dövrdə  də  buna cəhd edənlər var .  Məsələn , kimliyini dəqiq bilmirəm , amma ,söhbətindən məhz  ortodoksiya ilə sufizm  arasında barışdırıcı mövqe tutduğunu  anladım.   Buyurun :

 

https://www.youtube.com/watch?v=76wylytPUpw

 

 

selefidir.

Link to comment
Share on other sites

selefidir.

 

Sələfilərdən belə  mülayim və orijinal izah gözləməzdim .  Onlar ki,   sırf ortodoksal düşüncə sahibidirlər , hər şeydə  bidət axtarırlar. Amma bu  insanın danışığı  çox xoşuma gəlmişid və gəlir .  O , islamdakı  gözəl  şeyləri  inkar etməyərək  -  birlik arzusundadır.  Yəni ,  təriqətlərə  düşmən kəsilməyib . 

 

 

Maraqlıdır , Azərbaycanda hürufil  ardıcılları  var ?   Varsa , onlara qoşulardım ))

Link to comment
Share on other sites

Sələfilərdən belə  mülayim və orijinal izah gözləməzdim .  Onlar ki,   sırf ortodoksal düşüncə sahibidirlər , hər şeydə  bidət axtarırlar. Amma bu  insanın danışığı  çox xoşuma gəlmişid və gəlir .  O , islamdakı  gözəl  şeyləri  inkar etməyərək  -  birlik arzusundadır.  Yəni ,  təriqətlərə  düşmən kəsilməyib . 

 

 

Maraqlıdır , Azərbaycanda hürufil  ardıcılları  var ?   Varsa , onlara qoşulardım ))

 

 

Hetta Ibn Teymiyya bezi sufi sheyxlerini medh edib, meselen Gilanini ya Bagdadini

Alparslan Kuytul 100% selefidir

Link to comment
Share on other sites

Hetta Ibn Teymiyya bezi sufi sheyxlerini medh edib, meselen Gilanini ya Bagdadini

Alparslan Kuytul 100% selefidir

 

O , özünü əhli sünnə  hesab edir  .  Verilən  "sələfi vı vəhhabilər əhli sünnədirmi ?"  sualına görün necə cavab verir   -  

 

https://www.youtube.com/watch?v=pGVyog78k68

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 3 weeks later...

Gözəl zikr səhnələri ...

Bu zikr səhnələrinə baxdıqca özlüyümdə bir daha aşkar edirəm ki, Sufizm daha çox ruhi texnikadır . islam , onun zahiri tərəfidir. Əsl məqsəd isə şüurun dəyişilib \ genişlənməsi vasitəsilə həqiqəti görməkdir...

http://www.youtube.com/watch?feature=player_embedded&v=5tTcSkjypaU

Hansı həqiqəti görmək? Bu sufilər özlərini osobenniy sayırlar. Peyğəmbər öyrədən kimi yox öz bildikləri kimi ibadət edirlər, hətta Allahı gördüklərini iddia edirlər. İslama ziddir bunlar.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Sad
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Like
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Upvote
      • 114 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Haha
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Upvote
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...