Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Feminizm

Recommended Posts

İlk öncə qeyd edim ki,bu mövzunu forumumuzun gözəl xanımlarına həsr edirəmrroza.gif

Feminizm-qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır.Qadınların tarix boyu əzilməsi,hüquqlarının tapdalanması,cəmiyyətdə cinslər arasında hüquq bərabərsizlikləri bu hərəkatın başlanmasına səbəb olmuşdur.İlk öncə bu məlumatı verdikdən sonra,öz fikirlərimidə yazım.

Cəmiyyətdə qadınların rolu sözsüz ki,çox böyükdür.Tarix boyu işə yaramaz,sadəcə yemək bişirməyi bacaran bir cins kimi cəmiyyətdə rol almağa məcbur edilmiş,neçə illər boyu səs vermə hüququ belə olmayan,cəmiyyətdə bir fərd kimi yox sadəcə mənsub olduğu kişinin bir parçası kimi yaşamağ məcburiyyətində buraxılan qadınlar,bu hərəkatın başladılması,cəmiyyətdə öz mövqelərini tutmasıyla hərkəsə cəmiyyətdə necə xüsusi rol oynadıqlarını,əslində biz kişilər qədər,lap yeri gəlsə bizdəndə yaxşı müvəffəqiyyətlər qazana biləcəklərini sübut etdilər.Feminizm hərəkatını dəstəkləyən qadınlar arasında inqilabçı sosyalist alman siyasətçisi Clara Zetkin,fransız yazıçı və filosof Simone de Beauvoir,fransız psixanalist,filosof Julia Kristeva,Nobel mükafatı luareatı çilili şair Gabriela Mistralda var.Qadınların kişilərlə bərabər hüquqlara sahib olduğu fikrini(gerçəkliyini) müdafiə edən,qadınların cəmiyyətdə əzilməsinə qarşı çıxan,həmçinin ailədə istər həyat yoldaşı,istərsədə valideynləri tərəfindən qadınların əzilməsinə qarşı çıxan feministlər tarixdə həm sosyal,həm cinsi,həmdə seksual inqilabın baş verməsində sözsüz ki,böyük rol oynamışlar.Mənimdə bu mövzunu açmağımda məqsəd qadınların hüquqlarının qorunması məsələlərinə insanların diqqətini cəlb etmək,yeri gəlsə bu yolda sözün əsl mənasında çiyin-çiyinə vuruşmağın vacibliyini ortaya qoymağdır.Gəlin qadınlarımıza lazımi dəyər verək və heçbir zaman unutmayaq ki,onlarda biz kişilərlə eyni hüquqlara sahibdirlər.

Edited by Heyat_Gozeldir
Link to comment
Share on other sites

Yox mən gözəl xanım dedikdə xarici görünüşü nəzərdə tutmurdum.Sadəcə xanımları gözəl bir varlıq hesab etdiyim üçün gözəl xanımlar ifadəsini işlətdim smile.png

Yoo yaxshi burmusan bir de acilmaz romashka.gif . Neyse gelek feminizme, Tarixe fikir verseniz goreceksiniz ki insanligin butun felsefik cereyanlarini quranlar,dagidanlar,sokenler,yiganlar kisiler olub. Kisileri teriflemek ucun demirem amma fikirlesmek kisilerin isidir. Ona gore hec bir qadin filosof yoxdu baxin !!! Cunki fikirlesmek makeup deyil smoking.gif. Kisilerle qadinlari muqyise etmek mene absurd gelir. Alma ile pomidoru muqayise etmek kimidir ferqli keyfiyyetleri bir defeye "ikisi eynidir" , "yoo bu ustundur" deye muqayise etmek duzgun deyil. Ele bu eyni oldugumuz fikrini de 100% qadinlar cixardib sora bezi kisiler de yoldan cixib onlara uyub. Yoxsa kisilerden bele fikir cixmazdi rolleyes.gif

Qadınlardan filosof çıxmayıb?Doğrudur filosoflar arasında sayca kişilər daha çoxdur amma qadınlar arasındada var.Birinin adını yuxarıda çəkmişəm-Simone de Beauvoir.Burada söhbət sosyal bərabərlikdən gedir.Mən xaraktercə və keyfiyyətcə bərabərlikdən söhbət açmıram.Sırf hüquq bərabərliyi.

Niyə elə düşünürsünüz ki,qadınlar arasında ağıllılar.ideologiya qurucuları yoxdur?Feminizmin qurucuları elə sırf qadınlardır,yəni bu fəlsəfi cərəyanı möhkəmləndirən,belə deyərdik sütunlarını bərkidən sırf qadınlardır.Məncə mütləq "Libertarias" filmini izləyin,bu məsələdə münasibətiniz tamam dəyişəcək.Film sırf real həyatda yaşanmış hadisələr üzərinə çəkilib smile.png

P.S.Burmaq filan məsələsini anlamadım.Mən yuxarıda o sözü niyə yazdığımı izah etdim.

Edited by Heyat_Gozeldir
Link to comment
Share on other sites

Mənimdə bu mövzunu açmağımda məqsəd qadınların hüquqlarının qorunması məsələlərinə insanların diqqətini cəlb etmək,yeri gəlsə bu yolda sözün əsl mənasında çiyin-çiyinə vuruşmağın vacibliyini ortaya qoymağdır.Gəlin qadınlarımıza lazımi dəyər verək və heçbir zaman unutmayaq ki,onlarda biz kişilərlə eyni hüquqlara sahibdirlər.

çox sağ olun ki, imtiyazlı cinsin nümayəndələri olduğumuzu bir daha yadımıza saldınız. Amma məncə, bu istiqamətdə vuruşmağa ehtiyac yoxdur.

Qadın həmrəyliyi və qadın feminizmi... əvvəla deyim ki, qadın həmrəyliyinin mövcudluğuna inanmıram. Qadınlara kollektivçilik ruhu yaddır, onlar individualistdirlər. Rəy şərikliyi (həmrəyliyi ) bəzən olsa da, fəaliyyət həmrəyliyi olmur. ümumi bir rəyə gələ bilsələr də, qrup işi planlaşdırarkən yaxşı nəticələr əldə edə bilmirlər. ümumi və yekun nəticə uğrunda öz ambisiyalarından çətinliklə imtina edirlər. Amma bu da maraqlıdır ki, kişilərə qarşı ittifaqda həmrəylik nümayiş etdirirlər, bunu bacarırlar. Kişilərlə bərabər hüquqa malik olsalar belə, imkan bərabərsizliyi bu hüquqlardan tam yararlanmağı mümkünsüz edir. çünki, bu hüquqlardan , qadın öz təbiətinə uyğun istifadə edir. İfrat feminizmin əleyhinəyəm, məncə bu həyatda "öz yerini" tapa bilməyən bir iddiadır.

Link to comment
Share on other sites

İlk öncə qeyd edim ki,bu mövzunu forumumuzun gözəl xanımlarına həsr edirəmrroza.gif

Feminizm-qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır.Qadınların tarix boyu əzilməsi,hüquqlarının tapdalanması,cəmiyyətdə cinslər arasında hüquq bərabərsizlikləri bu hərəkatın başlanmasına səbəb olmuşdur.İlk öncə bu məlumatı verdikdən sonra,öz fikirlərimidə yazım.

Cəmiyyətdə qadınların rolu sözsüz ki,çox böyükdür.Tarix boyu işə yaramaz,sadəcə yemək bişirməyi bacaran bir cins kimi cəmiyyətdə rol almağa məcbur edilmiş,neçə illər boyu səs vermə hüququ belə olmayan,cəmiyyətdə bir fərd kimi yox sadəcə mənsub olduğu kişinin bir parçası kimi yaşamağ məcburiyyətində buraxılan qadınlar,bu hərəkatın başladılması,cəmiyyətdə öz mövqelərini tutmasıyla hərkəsə cəmiyyətdə necə xüsusi rol oynadıqlarını,əslində biz kişilər qədər,lap yeri gəlsə bizdəndə yaxşı müvəffəqiyyətlər qazana biləcəklərini sübut etdilər.Feminizm hərəkatını dəstəkləyən qadınlar arasında inqilabçı sosyalist alman siyasətçisi Clara Zetkin,fransız yazıçı və filosof Simone de Beauvoir,fransız psixanalist,filosof Julia Kristeva,Nobel mükafatı luareatı çilili şair Gabriela Mistralda var.Qadınların kişilərlə bərabər hüquqlara sahib olduğu fikrini(gerçəkliyini) müdafiə edən,qadınların cəmiyyətdə əzilməsinə qarşı çıxan,həmçinin ailədə istər həyat yoldaşı,istərsədə valideynləri tərəfindən qadınların əzilməsinə qarşı çıxan feministlər tarixdə həm sosyal,həm cinsi,həmdə seksual inqilabın baş verməsində sözsüz ki,böyük rol oynamışlar.Mənimdə bu mövzunu açmağımda məqsəd qadınların hüquqlarının qorunması məsələlərinə insanların diqqətini cəlb etmək,yeri gəlsə bu yolda sözün əsl mənasında çiyin-çiyinə vuruşmağın vacibliyini ortaya qoymağdır.Gəlin qadınlarımıza lazımi dəyər verək və heçbir zaman unutmayaq ki,onlarda biz kişilərlə eyni hüquqlara sahibdirlər.

appl.gif Sizin kimi fikirlesen ne insan var goresen?))))

Link to comment
Share on other sites

kishiyle qadina beraber huquq verilmesini isteyirsiz? eger verilse qadinlar kishilerin gorduyu ishleti gorecekler yoxsa siz centlensiz deyib qachacaqlar? qadina chox huquq verilse dunya tersine firlanar

Eger beraber huquqluluq olsaydi kisiler razi olardi isden gelib yemek bisirmeye,ev isleri ile mesgul olmaga????biz qadinlarda gedib dash dashimayacayiqki)))))))))))

Link to comment
Share on other sites

Fikir verseniz danisan ancag kisilardi feminizmdan,yagin yarali yerleridi)) lamiya88 inanin ki ele kisilerde var ki razidilar galsunlar yemek bisirsanlar gadin ishlasin )))) ama hamiya aid deyil elbette ki.

Gadinin gadin yeri var feminizm ele desteklemirem en yaxsisi esl gadin olmagdi!

Link to comment
Share on other sites

Heyatda gadinlar ne geder agilli olsalar bir o geder de mustegil olarlar.Teessuf ki,bezi xanimlar teshebbusu hemishe konullu olarag kishilere verirler.Yegin onlara zeif cins statusu daha serfelidir.Elbette men umumi gadinlari nezerde tuturam,amma ayri-ayri guclu ferdler olur ki,ozlerini hec de kishilerden zeif hiss etmirler.Mene ele gelir ki,feminizm hagginda en cox kishiler danishirlar.

Cunki indi cox kishilere de serf edir gadin feminist olsun guclu olsun .

uzde deyinirler ama ureklerinde serf edir onlara (hamini demirem))

Link to comment
Share on other sites

Fikir verseniz danisan ancag kisilardi feminizmdan,yagin yarali yerleridi)) lamiya88 inanin ki ele kisilerde var ki razidilar galsunlar yemek bisirsanlar gadin ishlasin )))) ama hamiya aid deyil elbette ki.

Gadinin gadin yeri var feminizm ele desteklemirem en yaxsisi esl gadin olmagdi!

Men de feminizmi desteklemirem qadin qadindi kiside kisi,ama bu o demek deyilki qadin guclu ola bilmez,beraber huquqluluq yox,destek ve komek lazimdi her iki terefe

Link to comment
Share on other sites

kishiyle qadina beraber huquq verilmesini isteyirsiz? eger verilse qadinlar kishilerin gorduyu ishleti gorecekler yoxsa siz centlensiz deyib qachacaqlar? qadina chox huquq verilse dunya tersine firlanar

Belə çıxır ki, qadın hüquqları tapdalanmalıdır? ))

Link to comment
Share on other sites

tapdanmalidi demirem, sadece olaraq kishi qadinnan ustun olsa yaxwidi duzenimizi deyiwmeyin))

Kişinin qadından üstün olmağı onun öz əlindədir. Sadəcə bunun üçün kişi, əsl kişiliyin nədən ibarət olduğunu anlamalıdır. Dolayısıyla, kişilik qadın hüququnu pozmaq, onu özündən aşağı bilmək deyil, xanımını, həmçinin ailəsini qoruyub, əzizləmək, onların sakit və qayğısız həyat tərzi sürməsini təmin etməyə ən az çalışmaqdır. Bir düşünün, qadın nə zaman güclü olmağa çalışır? O zaman ki, yanındakı kişinin zəifliyini, bacarıqsızlığını, kobudluğunu, ağılsızlığını, hörmətsizliyini görür. Hər bir qadın zəif olmaq, yanında güclü bir kişi (fiziki baxımdan nəzərdə tutulmur, məhz mənəvi baxımdan) görmək istər... Sadəcə bəzən elə olur ki, qadın, yalnız özünə güvənməli olduğunu anlayır. Bəzi hallarda bu feminizmə gətirib çıxarır... təəssüf...

yani sizde razisizki feminizm pis sheydi?) qadinin namusu ele onun gucudu

Namusun gücə nə dəxli var ki? )) Feminizm acınacaqlı bir haldır...

Edited by Businka
Link to comment
Share on other sites

Feminizm acınacaqlı bir haldır...

Feminizm acınacaqlı haldır? mellow.png Niyə?

Kişilərin feminizmə qarşı olduğunu hardasa anlamaq olar,amma qadınlar?! Buna nə ad vermək olar? Mazoxism,kamikadzelik yoxsa bəlkə ən doğrusu feminizm və onun tarixindən bixəbərlik?

Bugün qadınlar evdən belə bayıra çıxa bilmək hüququna malikdirsə bunu tarixboyu feministlərə borcludur,hələ oxumaq,işləmək,səs verməkdən danışmıram.

Əvvəl feminizmə bir az soyuq yanaşırdim amma indi əksinə olub, başa düşdümki cəmiyyətdə qadınların problemlərini yalnız qadınlar həll edə bilər. Kişilər heç vaxt bunu edən deyil, onlar həmişə qadınları "kölə" statusunda saxlamağa maraqlıdırlar. Ona görə də tarixboyu feminizmi,feministləri daim gözdən salmağa çalışırlar. Nəyisə dəyişmək istəyirsizsə onu dəyişmək hakimiyyətini özünüz əldə etməyə çalışın,heç vaxt kimdənsə nəsə gözləmək,asılı olmaq lazım deyil.

Feminizmin qələbəsinə ən yaxşı nümunə kimi skandinaviya ölkələrini əsasəndə İslandiyanı göstərmək olar.Yeganə ölkələrdirki kişi qadın bərabərliyinə tam da olmasa amma artıq çox yaxındır: http://en.wikipedia.org/wiki/Global_Gender_Gap_Report

Və nəticəsi artıq özünü çox gözlətmir:

Həmin ölkələr siyasət,ekonomik sahədə iştirak edən qadınların sayına görə ən yüksəkdədir.

Parlamentin demək olarkı yarısı qadınlardır.

Islandiyada hal hazırda baş nazir qadındır.

Məhz skandinaviya ölkələrində seks alınması qadağan edilib,yaxın günlərdə bu qanun artıq İngiltərə və Fransada da olacaq.

Islandiya yeganə ölkədirki son illər ölkədəki bütün strip klubları ,seks industriyasını, qadınların bədəninin kommersial,reklam məqsədiylə eksplotasiya olunmasını qadağan edən qanunlar qəbul edib. çox gümankı digər skandivaiya ölkələri də ardıcıllıqla bunları qəbul edəcək.

Amma bunlarla bitmir:

Bu ölkələr həyat səviyyəsinə görə hamısı ilk 5-liyi bölüşdürür.

"Analar üçün ən yaxşı ölkə" reytinqində hamısı ilk 5-liyi bölüşdürürlər.

"Uşaqlar üçün ən yaxşı ölkə" reytinqində hamısı ilk 5-liyi bölüşdürürlər.

Həyatından məmnun insanların sayına görə ilk 7-likdədirlər.

Ekologiya performansına görə ilk 10-luqdadırlar.

Ən sülhsevər ölkə siyahısında ilk 5-likdədirlər.

Təhsilin səviyyəsinə görə ilk 10-luqdadırlar.

Korrupsiyanın azlığına görə ilk 6-lıqdadırlar.

Mətbuat azadlığı indeksində ilk 6-lıqdadırlar.

Demokrasiya indeksində ilk 5-likdədirlər.

Əmlak hüququ indeksində ilk 10-luqdadırlar.

Elektronik idarəçilikdə ilk 10-luqdadırlar. və s.

Bu siyahını çox uzatmaq olar. Gördüyünüz kimi 5 Skandinavıya ölkəsi varsa dünya reytinqlərində bu 5 ölkənin 5-i də 200 ölkə içərisində azı ilk 10-luqda var. Və bütün bunlar olmasında feminist hərəkatlarının və qadınların rolu əvəzsizdir.

İndi doğurdan düşünürsüzki feminizim acınacaqlı haldır?rolleyes.gif

Edited by AxxMaG
Link to comment
Share on other sites

Bu mövzunu açdığım üçün hər kəsdən üzr istəyirəm.Fiziki və əqli fərqlə hüquq bərabərliyinin fərqini başa düşməyən insanların olduğu yerdə bu mövzunu açmağ yersiz idi.Yenədə bağışlayın bu mövzu üçün.

üzrə ehtiyac yoxdur.Mövzu gözəl mövzudur.

İnsanlar müxtəlifdir,buna görə incimək lazım deyil.

Link to comment
Share on other sites

sence namuslu qadin guclu sayilmir?

Deyəsən "sən"ə keçməmişik axı? )) Namuslu qadın hər zaman güclü olmur, güclü qadınsa namuslu. Təbii namuslu və güclü qadınlarımız çoxdur, ancaq bunun əksi də var.

Link to comment
Share on other sites

Feminizm acınacaqlı haldır? mellow.png Niyə?

Kişilərin feminizmə qarşı olduğunu hardasa anlamaq olar,amma qadınlar?! Buna nə ad vermək olar? Mazoxism,kamikadzelik yoxsa bəlkə ən doğrusu feminizm və onun tarixindən bixəbərlik?

Bugün qadınlar evdən belə bayıra çıxa bilmək hüququna malikdirsə bunu tarixboyu feministlərə borcludur,hələ oxumaq,işləmək,səs verməkdən danışmıram.

Əvvəl feminizmə bir az soyuq yanaşırdim amma indi əksinə olub, başa düşdümki cəmiyyətdə qadınların problemlərini yalnız qadınlar həll edə bilər. Kişilər heç vaxt bunu edən deyil, onlar həmişə qadınları "kölə" statusunda saxlamağa maraqlıdırlar. Ona görə də tarixboyu feminizmi,feministləri daim gözdən salmağa çalışırlar. Nəyisə dəyişmək istəyirsizsə onu dəyişmək hakimiyyətini özünüz əldə etməyə çalışın,heç vaxt kimdənsə nəsə gözləmək,asılı olmaq lazım deyil.

Feminizmin qələbəsinə ən yaxşı nümunə kimi skandinaviya ölkələrini əsasəndə İslandiyanı göstərmək olar.Yeganə ölkələrdirki kişi qadın bərabərliyinə tam da olmasa amma artıq çox yaxındır: http://en.wikipedia....nder_Gap_Report

Və nəticəsi artıq özünü çox gözlətmir:

Həmin ölkələr siyasət,ekonomik sahədə iştirak edən qadınların sayına görə ən yüksəkdədir.

Parlamentin demək olarkı yarısı qadınlardır.

Islandiyada hal hazırda baş nazir qadındır.

Məhz skandinaviya ölkələrində seks alınması qadağan edilib,yaxın günlərdə bu qanun artıq İngiltərə və Fransada da olacaq.

Islandiya yeganə ölkədirki son illər ölkədəki bütün strip klubları ,seks industriyasını, qadınların bədəninin kommersial,reklam məqsədiylə eksplotasiya olunmasını qadağan edən qanunlar qəbul edib. çox gümankı digər skandivaiya ölkələri də ardıcıllıqla bunları qəbul edəcək.

Amma bunlarla bitmir:

Bu ölkələr həyat səviyyəsinə görə hamısı ilk 5-liyi bölüşdürür.

"Analar üçün ən yaxşı ölkə" reytinqində hamısı ilk 5-liyi bölüşdürürlər.

"Uşaqlar üçün ən yaxşı ölkə" reytinqində hamısı ilk 5-liyi bölüşdürürlər.

Həyatından məmnun insanların sayına görə ilk 7-likdədirlər.

Ekologiya performansına görə ilk 10-luqdadırlar.

Ən sülhsevər ölkə siyahısında ilk 5-likdədirlər.

Təhsilin səviyyəsinə görə ilk 10-luqdadırlar.

Korrupsiyanın azlığına görə ilk 6-lıqdadırlar.

Mətbuat azadlığı indeksində ilk 6-lıqdadırlar.

Demokrasiya indeksində ilk 5-likdədirlər.

Əmlak hüququ indeksində ilk 10-luqdadırlar.

Elektronik idarəçilikdə ilk 10-luqdadırlar. və s.

Bu siyahını çox uzatmaq olar. Gördüyünüz kimi 5 Skandinavıya ölkəsi varsa dünya reytinqlərində bu 5 ölkənin 5-i də 200 ölkə içərisində azı ilk 10-luqda var. Və bütün bunlar olmasında feminist hərəkatlarının və qadınların rolu əvəzsizdir.

İndi doğurdan düşünürsüzki feminizim acınacaqlı haldır?rolleyes.gif

Siz gəlin hələ bir matriarxatı da yada salın ))) Skandinaviya ölkələri yüksək həyat tərzi ilə bərabər, intihar hadisələri ilə də tanınır statistik baxımdan. Səbəb, depressiya, sınmış tale və s. Daniyada ümumiyyətlə həmcins evliliklər qanuniləşdirilib. Məgər belə demokratik öıkədə qadın hüququ pozula bilər? smile.png İndi gəlin bir düşünək.. Bunumu istəyirdi qadınlar? Əminəm ki yox..çünki hər bir xanım güclü bir insana (kişiyə) arxalanmaq istər, nə qədər mən özüm deyə bağırsada. Əzizlənmək istər, qayğısına qalınmasını istər... Feminizmi əldə edən qadınlar, sonra bu "zəif" və "zərif" statuslarını itirdikdən sonra nə ələ edirlər? Yalnız depressiya... Qadın güclü olmalıdır, ancaq bu güc kişini sındırmağa çalışmağa yönlənməməlidir. Qadın, ilk növbədə qadın olaraq qalmalıdır, özünə zülm etməyə, hüquqlarını tapdalamağa yol vermədən. Əlində içki, damağında siqaret olan qadına qadın kimi baxa bilmirəm, üzürlü hesab edin.

Matriarxal cəmiyyət məgər pisdirki?smile.png çində belə bir etnik qrup var,hansı ki matriarxaldır. Bizim patriarxal cəmiyyət onlara yalnız həsəd apara bilər. Amma onların da öz minusları var ona görə en yaxşısı ikisinin müsbət sintezidir.

Problem buduki siz feminizm əsl mahiyyətini səhv anlayırsız. Feminizmin mahiyyəti qadınların tapdalanmasının,haqsızlığının,hüquq pozuntularının qarşısını almaq və bərabər hüquqların verilməsidir. Misalçun hətta Skandinaviyada qadınlar eyni saat işləşə belə kişidən az maaş alır.Bu haqqsızlıqdır.Demək hələ bu ölkələrdə feministlər çox işlər görməlidir.

Feminizim kişiləri əzmək demək deyil. Əgər mən bu forumda uzer kimi sizinlə eyni hüquqa malikəmsə deməli mən sizi əzirəm?)) Qadın həmişə zərif qalacaq,fiziki cəhətdən də zəif qalacaq.Eyniylədə həmişə kişi qayğısına da ehtiyacı olacaq. Başa düşə bilmirəm niyə görə siz fikirləşirsizki sevgi, qayğı və qadının fizikən zərif olması onun savadına,işləməsinə,siyasətçi olmasına mane olmalıdır? Və yaxud da əgər qadın prezidentdirsə demək onun sevgiyə ehtiyacı yoxdur? Başa düşmürəm siz istəyirsiz sizin hüququnuz olmasın.Feministlər olmasaydı sizi taliban qadınlarının taleyi gözləyəcəkdi. Siz bunu istəyirsiz? Məncə özünə düşmən ancaq bunu özünə istəyə bilər.

Bəli skandinaviya ölkələri intiharda öndədirlər amma eyni zamanda da həyatından məmnun insanların sayına görə də ən yüksəkdədirlərbuba.gif Hamını qane etmək olmur.Həmişə narazı azlıq var.

Birdə aşağıdakı intihar siyahısınaa baxsaz görərsizki ən öndə olan ölkələr heç də skandinaviya ölkələri deyil və skandinaviya ölkələri intiharların sayına görə Türkmənistan kimi ölkələrdən çox az fərqlənir.http://en.wikipedia....by_suicide_rate

Skandinaviya ölkələrinin intihar ölkələri kimi tanınmasına əsas səbəb dindarların apardığı propaqandadır ona görəki skandinaviya ölkələri ateistlərin ən çox olduğu ölkədir,hardasa 80%-i. Dindarlar da həmişə arqument kimi intihar məsələsini gətirirlər.

Bir də yadda saxlayınkı bu tip say üzərində qurulan statistikaların deqiqliyi də şüphə altındadır. Bunlar polisdən qeydiyyatdan keçən rəqəmlərdir.

Yəni deməyim odurki intiharın səbəbi feminizm deyil.Baxın İslandiya və İsveçin 1955-2008 ci ilə qədər intihar statistikasına:

http://www.who.int/m.../media/icel.pdf

http://www.who.int/m.../media/swed.pdf

Demək olarkı 50 il ərzində rəqəmlər stabil qalıb. Amma bu 50 il ərzində qadınların hüquqları qat qat yüksəlib.

Birdə bu reytinqə baxsaz görərsizki hətta 5 illik(2006-2011 arası) rəqəmlərdə nə qədər artım var, indi təsəvvür edin 50 ili: http://en.wikipedia....nder_Gap_Report

Deməkki feminizmin heç bir təsiri yoxdur.Səbəbi başqa şeylərdə axtarmaq lazımdır. Bunun

- mental səbəbləri ola bilər

- Havadan ola bilər. Günəşin azlığı stress yaradır. Skandinaviyada yaşayan biri kimi sizə əminliklə deyə bilərəmki stress keçirdirəmsə onun azı 60%-ı havanın payına düşür=) Günəşin azlığı da bu ölkənin insanlarını daha soyuq edirki bu soyuqluq özüdə intihara müəyyən katalizatorluq edə bilər.

- alkoqol çox gümanki səbəbdir-alkohol istifadəsi yüksək olan ölkələrdə adətən intihar sayı yüksəkdir,çünki alkohol stress yaradır.

- Iş təzyiqi,təhsil təzyiqi,rəqabət təzyiqi ola bilər.Bunlar böyük stressli mühit yaradır.Kefkom,məsuliyyətsiz insanın intihar şansı əlbəttəki işlək,çox düşünən insanlardan qat-qat az olacaq.Amma bu o demək deyilki kefkomluq yaxşı şeydir. İkinci dunya müharibəsindən sonra tamamiylə dağılmış ölkələrini 20 il ərzində dünyanın ən böyük iqtisadiyyatına çevirən "hard-working",ağıllı yapon cəmiyyətində təbiiki intihar sayı kefkom,laqeyd Azərbaycan cəmiyyətindən yüksək olacaq.

Demək intihar sayınıın azlığı heç də həmişə yaxşı göstərici,nə də çoxluğu heç də həmişə pis göstərici demək deyil.

- ateism səbəb ola bilər - intihar etmək istəyən insan dində intihara olan qadağa üzündən bu addımdan üz döndərə bilər.Lakin bu səbəb varsa da cüzidir çünki 50 il bundan qabaq da intihar sayının eyni qalması bunu deyir.

Və s. səbəblər çox ola bilər. Amma bu feminizm deyil 100%.

Əlində içki, damağında siqaret olan qadına qadın kimi baxa bilmirəm, üzürlü hesab edin.

Bu sizin artıq şəxsi yanaşmanızdır.Qadınlara qadın kimi baxmırsız amma kişilərə baxırsız - məntiqsiz yanaşma deyərdim.Kişiyə hər şey olar qadına heç nə olmaz yanaşması. Siqarət və alkoholun ziyanı hər iki cinsə də eynidir,hər ikisi də uzaq olmalıdır.Qadınlara qadın kimi baxmadığınız kimi kişilərə də kişi kimi baxmasaydız bugün siqaret çəkənlərin sayı ölkəmizdə qat qat az olardı. Skandinaviya ölkələrində toplam siqaret çəkən kişi və qadınların sayını hesablasan heç Azərbaycandakı siqaret çəkən kişilərin sayı qədər eləmir. Hamısı da bu məsuliyyətsiz yanaşma ucbatından - kişiyə hər şey olar bizə heçnə olmaz. Bu yanaşma eyni anda həm qadına,həm kişiyə qarşı məsuliyyətsizlik yaradır.

Edited by AxxMaG
Link to comment
Share on other sites

O ki qaldı eynicinsli evliliklərə ))Bu hüquqi məsələdir. Belə cütlüklər var istəyir evlilik qanuniləşdirilsin ya qanuniləşdirilməsin yenədə olacaq. Homoseksualizm insanların özlərindən asılı bir şey deyil. Belə cütlüklər varsa onlarında digər insanlar kimi eyni hüquqa malik olmamasında bir səbəb görmürəm. ölkədəki heç bir insandan əksik və ya artıq deyillər.

Bir sualım var, mənim kişiyə hər şey olar, qadına yox sözümü hansı postumda oxudunuz? )) Siz bir balaca diqqətsiz oxuyursunuz postu. Mən heç də qadın hüquqlarının pozulmasının tərəfdarı deyiləm. Mən qadının kişiləşməsinin əleyhinəyəm :) Siqaret və içki iləmi sübüt edilir azad olmaq? Bəli, qadının siqaret çəkməsinə pis baxıram, çünki qadın anadır, və onun siqaret çəkib içki içməyi heç də gələcək övladının xeyrinə deyil. Bu artıq onun azadlığı deyil, bivecliyi anlamına gəlir və heç də məntiqli bir hərəkətə bənzəmir. İMXO təbii ki... Kişi, qadından fərqli olaraq bətnində övlad daşımır. Fərqi hiss edirsiniz?

Bir sual verim... Tikintidə, ailəsini yaxşı tanıdığınız qum və daş daşıyan xanımı görüb nə düşünəcəksiniz? Hələ bilə bilə ki, yoldaşı var və o da tikintidə işləyir.

Link to comment
Share on other sites

yayin bu istisinde hec henanin yeridir...??? bu cur ciddi ve qeti fikirlerimi soyleye bileceyim bir movzu etrafinda cox daniwmaliyam....amma teessuf ki butun duwunme qabiliyetimi sentyabra saxlamiwam....))

onu deye bilerem ki, Muncuq xanim menim evezime de fikirlerini ifade etmiw oldu))

maraqli muzakireler..))

P.S. qadin aciz deyil...zadin zeif deyil...qadin zerifdir, zerif oldugu qeder de menevi yuku cekecek qeder gucludur...

Link to comment
Share on other sites

  • 2 months later...

Feminizm acınacaqlı haldır? mellow.png Niyə?

Kişilərin feminizmə qarşı olduğunu hardasa anlamaq olar,amma qadınlar?! Buna nə ad vermək olar? Mazoxism,kamikadzelik yoxsa bəlkə ən doğrusu feminizm və onun tarixindən bixəbərlik?

Bugün qadınlar evdən belə bayıra çıxa bilmək hüququna malikdirsə bunu tarixboyu feministlərə borcludur,hələ oxumaq,işləmək,səs verməkdən danışmıram.

Əvvəl feminizmə bir az soyuq yanaşırdim amma indi əksinə olub, başa düşdümki cəmiyyətdə qadınların problemlərini yalnız qadınlar həll edə bilər. Kişilər heç vaxt bunu edən deyil, onlar həmişə qadınları "kölə" statusunda saxlamağa maraqlıdırlar. Ona görə də tarixboyu feminizmi,feministləri daim gözdən salmağa çalışırlar. Nəyisə dəyişmək istəyirsizsə onu dəyişmək hakimiyyətini özünüz əldə etməyə çalışın,heç vaxt kimdənsə nəsə gözləmək,asılı olmaq lazım deyil.

Feminizmin qələbəsinə ən yaxşı nümunə kimi skandinaviya ölkələrini əsasəndə İslandiyanı göstərmək olar.Yeganə ölkələrdirki kişi qadın bərabərliyinə tam da olmasa amma artıq çox yaxındır: http://en.wikipedia....nder_Gap_Report

Və nəticəsi artıq özünü çox gözlətmir:

Həmin ölkələr siyasət,ekonomik sahədə iştirak edən qadınların sayına görə ən yüksəkdədir.

Parlamentin demək olarkı yarısı qadınlardır.

Islandiyada hal hazırda baş nazir qadındır.

Məhz skandinaviya ölkələrində seks alınması qadağan edilib,yaxın günlərdə bu qanun artıq İngiltərə və Fransada da olacaq.

Islandiya yeganə ölkədirki son illər ölkədəki bütün strip klubları ,seks industriyasını, qadınların bədəninin kommersial,reklam məqsədiylə eksplotasiya olunmasını qadağan edən qanunlar qəbul edib. çox gümankı digər skandivaiya ölkələri də ardıcıllıqla bunları qəbul edəcək.

Amma bunlarla bitmir:

Bu ölkələr həyat səviyyəsinə görə hamısı ilk 5-liyi bölüşdürür.

"Analar üçün ən yaxşı ölkə" reytinqində hamısı ilk 5-liyi bölüşdürürlər.

"Uşaqlar üçün ən yaxşı ölkə" reytinqində hamısı ilk 5-liyi bölüşdürürlər.

Həyatından məmnun insanların sayına görə ilk 7-likdədirlər.

Ekologiya performansına görə ilk 10-luqdadırlar.

Ən sülhsevər ölkə siyahısında ilk 5-likdədirlər.

Təhsilin səviyyəsinə görə ilk 10-luqdadırlar.

Korrupsiyanın azlığına görə ilk 6-lıqdadırlar.

Mətbuat azadlığı indeksində ilk 6-lıqdadırlar.

Demokrasiya indeksində ilk 5-likdədirlər.

Əmlak hüququ indeksində ilk 10-luqdadırlar.

Elektronik idarəçilikdə ilk 10-luqdadırlar. və s.

Bu siyahını çox uzatmaq olar. Gördüyünüz kimi 5 Skandinavıya ölkəsi varsa dünya reytinqlərində bu 5 ölkənin 5-i də 200 ölkə içərisində azı ilk 10-luqda var. Və bütün bunlar olmasında feminist hərəkatlarının və qadınların rolu əvəzsizdir.

İndi doğurdan düşünürsüzki feminizim acınacaqlı haldır?rolleyes.gif

Bu məsələyə bu qədər həssas yanaşmağınız və feminizmin əsl anlamının nə olduğunu anlatmağa cəhd etdiyiniz üçün təşəkkür edirəm.

Mən araşdırmamın mövzusu olduğu üçün bizdə vəziyyətin nə yerdə olduğunu bilmək istədim və bu diskusiyaya rast gəldim, həqiqətən vəziyyət ağırdır :)

Link to comment
Share on other sites

Siz gəlin hələ bir matriarxatı da yada salın ))) Skandinaviya ölkələri yüksək həyat tərzi ilə bərabər, intihar hadisələri ilə də tanınır statistik baxımdan. Səbəb, depressiya, sınmış tale və s. Daniyada ümumiyyətlə həmcins evliliklər qanuniləşdirilib. Məgər belə demokratik öıkədə qadın hüququ pozula bilər? smile.png İndi gəlin bir düşünək.. Bunumu istəyirdi qadınlar? Əminəm ki yox..çünki hər bir xanım güclü bir insana (kişiyə) arxalanmaq istər, nə qədər mən özüm deyə bağırsada. Əzizlənmək istər, qayğısına qalınmasını istər... Feminizmi əldə edən qadınlar, sonra bu "zəif" və "zərif" statuslarını itirdikdən sonra nə ələ edirlər? Yalnız depressiya... Qadın güclü olmalıdır, ancaq bu güc kişini sındırmağa çalışmağa yönlənməməlidir. Qadın, ilk növbədə qadın olaraq qalmalıdır, özünə zülm etməyə, hüquqlarını tapdalamağa yol vermədən. Əlində içki, damağında siqaret olan qadına qadın kimi baxa bilmirəm, üzürlü hesab edin.

Qeyd etmek istəyirəm ki, feminizm iqtidar davası deyil, və feministlər kişilərlə eyni bioloji və hormonal quruluşa malik olduqlarını da iddia etmirlər. Feministlər tarix boyu qadın və kişinin insan olduğuna, eyni sosial hüquqa malik olduqlarını cəmiyyətə aşılamağa çalışıblar. Tarix boyu yaradılmış streotip hele de saat kimi dəqiq işləyir. Uşaqlıdan qadına ikinci növ olduğu təlqin edilir və nəticədə qul psixologiyası yaradılır, təəssüf ki.

O ki qaldı intihar hadisələrinə, bunun səbəbi psixoloji və iqlim faktorlarına görə izah olunur. Həm də sizin mülahizəniz o zaman doğru olardı ki, Skand. ölkələrində intihar edənlər yalnız qadılar olardı (onlara verilmiş hüquqdan bezərək). Qadın dayanışmasını alçaltmayaq. Bir userin də qeyd etdiyi kimi, onlar olmasa idi biz indi heç bir siyasi, sosyal, ictimai sferada təmsil oluna bilməzdik və primitiv təhsil hüququmuz belə olmazdı. Bu ideologiyanin alçaltmasının ticari səbəbləri də güclüdür: qadın alveri, ucuz (bəzən də pulsuz) işçi qüvvəsi və s. Mülahizələrdən belə çıxır ki, iddialı olmayan bütün qadınlar sevilir, əzizlənir, baş üstündə gəzdirilir))) Neft milyonçularımızın 2ci xanımlar, Sevil əsərindəki hadisələr bunun tam əksini sübut edir.

Link to comment
Share on other sites

Angela Dorothea Merkel is the Chancellor of Germany and party leader of the Christian Democratic Union. Merkel is the first woman to have become Chancellor of Germany.

Bu qadin dunyada aparici rol oynayan siyasetcilerden biridir ..

Hillary Rodham Clinton.. Yeqin ki bu xanimida hami taniyir ve onun siyasetinden , siyaset arenasinda gorduyu islerden xeberdardir ..

Link to comment
Share on other sites

Qeyd etmek istəyirəm ki, feminizm iqtidar davası deyil, və feministlər kişilərlə eyni bioloji və hormonal quruluşa malik olduqlarını da iddia etmirlər. Feministlər tarix boyu qadın və kişinin insan olduğuna, eyni sosial hüquqa malik olduqlarını cəmiyyətə aşılamağa çalışıblar. Tarix boyu yaradılmış streotip hele de saat kimi dəqiq işləyir. Uşaqlıdan qadına ikinci növ olduğu təlqin edilir və nəticədə qul psixologiyası yaradılır, təəssüf ki.

O ki qaldı intihar hadisələrinə, bunun səbəbi psixoloji və iqlim faktorlarına görə izah olunur. Həm də sizin mülahizəniz o zaman doğru olardı ki, Skand. ölkələrində intihar edənlər yalnız qadılar olardı (onlara verilmiş hüquqdan bezərək). Qadın dayanışmasını alçaltmayaq. Bir userin də qeyd etdiyi kimi, onlar olmasa idi biz indi heç bir siyasi, sosyal, ictimai sferada təmsil oluna bilməzdik və primitiv təhsil hüququmuz belə olmazdı. Bu ideologiyanin alçaltmasının ticari səbəbləri də güclüdür: qadın alveri, ucuz (bəzən də pulsuz) işçi qüvvəsi və s. Mülahizələrdən belə çıxır ki, iddialı olmayan bütün qadınlar sevilir, əzizlənir, baş üstündə gəzdirilir))) Neft milyonçularımızın 2ci xanımlar, Sevil əsərindəki hadisələr bunun tam əksini sübut edir.

Xəyalə xanım, indi qadınlar dediyiniz hüquq mübarizəsini apararaq, milyonerlərə məşuqə olmurlar? )) Valeri Trierveyler də siyasətlə məşğul olan, hüquqlarını müdafiə edə bilən biridir. Buna baxmayaraq eyni zamanda, ərindən başqa iki nəfərin məşuqəsi idi :) Siz həyatı əsərlərdən deyil, real faktlardan izləyin )) Misalçun, bir çox qərb ölkələrində, feminist qadınlara çaşıb yol verən, və ya digər bu kimi diqqət göstərən kişilər təhqirlə üzləşirlər. Həmin xanımlar, bu kimi jestləri özlərinə təhqir hesab edirlər. Siz hələ də feminizmin iqtidar davası olmadığınımı düşünürsünüz? Hüquqlarını qorumaq və tələb etmək başqadır, qeyd etmişdim, əgər postlarımı oxumusunuzsa, mənəm mənəmlik başqa. Qadın iddialı ola bilər, yalnız bu iddia, kişini daban altına salmağa çalışmağa yönəlməyibsə.

Link to comment
Share on other sites

Bizde feministik var ki ) men rastlamamisham .. Bizde eksine qadinlar bir-birine tele qururlar kishi ustunde )) meselen qaynana gelin sobetleri ... Bir birilerini az qalir diri diri yesinler ;)

Yoxsa bunun feministlikle elaqesi yoxdu )) o qeder maraqlanmamisham bu movzuyla , amma texmini bilirem ki qadinlar bir birilerini teref tuturlar, kishilere menfi munasibet besleyirler.... Belke sehvim var ..

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 26 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Sad
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Like
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       
      Media.az
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...