Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Unudulmayanlar


Recommended Posts

Bu rubrikada Azərbaycanın görkəmli kino, teatr aktiyorları və aktrisaları, sənət adamları barədə bilgilər, onların oynadığı rollar, oxuduqları mahnılar (əgər müğənnidirsə) və indiki vəziyyətləri ilə bağlı yerləşdirmək xahiş olunur.

Daha sonra moderatorlar bu mövzunu müvafiq kateqoriyaya keçirə bilərlər.

İcazənizlə mövzuya bir aktrisa ilə bağlı məlumatla başlamaq istəyirəm. Bu aktrisa Azərbaycan teatr və kino sənətində özünəməxsus izi olan, yadda qalan obrazları ilə tamaşaçıların rəğbətini qazanan, lakin son vaxtlar daha az-az görünən aktrisa Zərnigar Atakişiyevadır.

Zərnigar Fəti qızı Atakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Uşaq yaşlarından ailəsi Qubaya köçüb və o, burada 3 saylı rus məktəbinin səkkizinci sinfini bitirib. İki il fasilə verəndən sonra 1963-cü ildə Bakıya gəlir və Kooperativ Texnikumunun sənaye malları üzrə əmtəəşünaslıq fakultəsinə daxil olur. 1966-cı ildə oranı bitirərək Moskvaya gedir və Kooperativ Texnikumunun nəzdində bir illik ticarət reklamı üzrə xüsusi kursu bitirir. Bir il Bakıda bu ixtisas üzrə işləyir və 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinin musiqili komediya aktyorluğu şöbəsinə daxil olur.

İnstitutun Tədris teatrında Cəfər Cabbarlının “Aydın” faciəsində Susanna rolunu məharətlə oynadığına görə ikinci semestrdə onu rektorun əmri ilə dram və kino aktyorluğu fakültəsinin gündüz şöbəsinə keçiriblər. Eyni zamanda Tədris teartına aktrisa götürülüb və burada müxtəlif rollarda oynayıb. İnstitut təhsilini tamamlayandan sonra da bir müddət Tədris teartında aktrisa kimi çalışan Zərnigar Atakişiyevanın rejissor Əşrəf Quliyevin dəvətilə Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən Aleksandr Ostrovskinin “Müdriklər” dramında Mamayeva roludur. Həmin ilin 23 dekabrında yenə Əşrəf Quliyevin quruluşunda Nazim Hikmətin “Şöhrət və ya unudulan adam” dramında “Qadın” obrazını yaradır. Qazandığı uğurlara görə Zərnigar Atakişiyeva 2 sentyabr 1974-cü ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunur.

O, 15 iyun 1992-ci ildə teatrdan uzaqlaşır və özəl milli kamera truppası toplayaraq fərdi fəaliyyətə başlayır. Bəxtiyar Vahabzadənin poetik nümunələri əsasında “Könüldən qalan səslər” kompozisiyasını, Oruc Qurbanovun “Yorğan-döşək”, “Qan” musiqili estrada tamaşalarını hazırlayıb. Paralel olaraq fılmlərə çəkilir, televiziya tamaşalarında rollar oynayıb. Zərnigar Atakişiyeva 2 sentyabr 1999-cu ildən yenə Akademik teatrın yaradıcı heyətində fəaliyyət göstərir. İstedadlı aktrisa müəyyən fasilələrlə Milli Dram Teatrının səhnəsində xeyli rol oynayıb.Amma hal- hazırda Zərnigar xanım səhnədən uzaqlaşıb. Səbəbini isə aktrisa onunla telefon bağlantısı qurduğumuz zaman belə açıqladı:

Zərnigar Atakişiyeva - aktrisa: “Əvvəla diqqətinizə görə təşəkkür edirəm. Teatrdan getməyimin səbəbi səhhətimlə bağlıdır. Səhhətimdə nasazlıq var bundan əlavə yaş vaxtı artıq gəlib çatıb. 40 il dramatik rolları oynamaq,əsəb, bütün bu bizim həyatımızdan keçən anlardı. Gözəl, mənalı anlardı ki, onlar mənim həyatımda mühüm rol oynadı, həmdə həyatımın mənasıdır. Həm səhhətimə görə, ikincisi isə gənc nəsil gəlir onlara yol vermək lazımdır.Onlar da əziyyət çəkəcəklər, işləyəcəklər indi onlara yer lazımdır”.

Azərbaycan Dövlət Televiziyasının hazırladığı çoxlu teletamaşalarda, ədəbi-bədii kompozisiyalarda çıxış edib. Onların arasında “Pəncərədən daş gəlir”, İlyas Əfəndiyevin “Atayevlər ailəsində”, “Sarıköynəklə Valehin nağılı”, Anarın “ötən ilin son gecəsi” əsərlərinin teletamaşalarında oynadığı rollar daha uğurludur.

Teatrda və televiziyada məşhur olan sənətkar “Azərbaycanfilm”kinostudiyasında “Yol əhvalatı”, “Dantenin yubileyi” , “özgə həyat”, “Fransız” “Yaramaz, “Təhminə və Zaur”, “Yuxu” filmlərində əsas, ikinci dərəcəli və epizodik rollara çəkilib. Söhbət əsnasında Zərnigar Atakişiyeva səhnə fəaliyyəti ilə yanaşı, Gəncə şəhərinə olan sevgisindən də yan keçmədi.

Zərnigar Atakişiyeva - aktrisa: “Deyirlər ki, könüldən -könülə yol var. 3-4 gündür ümumən payız başlayandan mən Gəncəni xatırlayıram. Gəncənin o gözəlliyini, füsünkarlığını, təbiətini... Gəncəylə mənim çox gözəl duyğularım, qəlb bağlılığım var . Gəncəlilərin mənə qarşı diqqəti, səmimiliyi və mənim sənətimə qiymət verməklərini mən heç vaxt unutmuram. Onlar mənim həmişə qəlbimdə yaşayır və mən onları sevirəm”.

Zərnigar Fəti qızı Atakişiyeva sənətindəki xidmətlərinə, çoxşaxəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 28 oktyabr 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

(http://www.kepeztv.az/xebeler)

Link to comment
Share on other sites

Rasim Balayev

Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatıçısı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Bir sıra orden və medallarla təltif olunmuşdur.

Allah can sağlığı versin!

Rasim_Balayev.jpg

P.S.maraqlı movzudur.

Link to comment
Share on other sites

Hesen%20Memmedov%20260711-2.jpgHəsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.

Sentyabr ayının 10-da bu qədim sənət ocağının aktyor truppasına üzv olub. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxıb və yenə kollektivə qayıdıb.

İldən ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevral ayının 2-də köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. O, 1989-cu il may ayının 27-də dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il noyabr ayının 21-dən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb.

Həsən (Əbdülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il noyabr ayının 18-də Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olub.

2003-cü ilin 26 avqustunda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Link to comment
Share on other sites

459px-Lutfeli_Abdullayev.jpg

Lütfəli Abdullayev

Abdullayev Lütfəli Əmir oğlu — Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor.

Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır. Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzun ömürlü tamaşalarında çıxış edib. Onun yaradıcılığını üç bölümə ayırmaq olar: klassik operettalarda oynadığı rollar; tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri; çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

Klassik operettalardakı rollar siyahısına üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.

Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlar: Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şoto Milorava), Avo ("Şirin arzular"), çako ("Keto və Kote", Vladimir Dolidze).

Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Şakir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", Qulamrıza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Murtuzov və Alanzadə, Eynəkii ("özümüz bilərik", "O1madı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrıza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Ələsgər ("Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Mahmudov (Sabitoğlu) obrazlarıdır.

Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) filmlərinə çəkilib.

öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu istiqamətdə əsasən şarjla qroteskə əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.

Allah rəhmət etsin rroza.gifrroza.gif

Link to comment
Share on other sites

Rasim Balayev

Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatıçısı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Bir sıra orden və medallarla təltif olunmuşdur.

Allah can sağlığı versin!

Rasim_Balayev.jpg

P.S.maraqlı movzudur.

Menden soruwsalar sevdiyin aktyor? Rasi Balayev deyerem. Cox sevirem bu aktyoru. Pari saq olrroza.gif
Link to comment
Share on other sites

Fazil Salayev. Kiçik rolların böyük və usta ifaçısı.

Fazil Salayev

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar FAZİL SALAYEV Fazil_Salayev.gif Doğum tarixi: 1931 Vəfatı: 1986 Peşəsi: Aktyor

Aktyor. Film səsləndirən. Arxiv kadrlar. "Azərbaycanfilm"də çəkilən bir neçə filmdə yaddaqalan obrazlar yaradıb.

[redaktə / تحریر] Həyatı

Kiçik rolların böyük ifaçısı. Əslində Fazilin arzuları böyük idi, o, səhnədə də, ekranda da oynamadığı, arzusunda olduğu çox rollar qoyub getdi. Fazili görənlər, onunla yaxınlıq edənlər yaxşı bilirlər ki, o, həqiqətən, çox istedadlı, sənətə ürəkdən bağlı bir aktyor idi. Deyillər ki, Fazil Salayev heç özü də baş rollar istəmirdi. Deyirdi ki, mənə kiçik rollar verin, mən onları böyük rollar səviyyəsinə qaldıra bilərəm. Doğrudan da, elə filmlər var ki, Fazillə yadda qalır, onun rolları tamaşaçıda əsl mənada filmə maraq oyadır.

Fazil Salayevin rolları kiçik olsa da, bütövdür. Onun "kiçik" qəhrəmanlarında bir böyüklük duyulur. çox vaxt rejissorlar bunu qiymətləndirə bilmirdilər. Yoxsa, bu illər ərzində onu bu qədər az filmə çəkməzdilər. Rejissorlar həqiqətən "xəsislik" göstərirdilər. O, hər gün kinostudiyada idi. Hətta işi olmayanda belə studiyanı gəzib dolaşır, sənət dostları ilə söhbətləşərdi.

Fazil studiyanın həyətinə ayaq basanda burada əsl mənada bayram olardı. Nədənsə, ona elə rollar həvalə edilirdi ki, hamısı onun öz taleyinə bənzəyirdi. "Şərikli çörək" filmində qırçı Məhəmmədin rolunu rejissor Şamil Mahmudbəyov ona həvalə edəndə bir az sevinc, bir az da tərəddüd keçirmişdi. Qırçı Məhəmmədlə bağlı bu filmin səhnələri əslində ayrıca bir kino mövzusudur. Mən həmişə bu fikirdəyəm ki, Şamil müəllim kino içərisində kino yarada bilirdi. Fazil bu rolu o qədər səmimi, o qədər istedadla yarada bilmişdi ki, onu filmin baş qəhrəmanlarından biri kimi də xarakterizə etmək olar.

Fazil Salayevin Məhəmmədi bizim hər gün Bakı küçələrində qarşılaşdığımız qırçılardan biridir. Amma aktyor onu o qədər səmimi yaradıb ki, biz onu təkcə qırçı kimi təsəvvür etmirik. O, həm də vətənpərvər bir insandır. Heç onun gözlərinə fikir vermisinizmi? Cəbhədə kontuziya alıb, sonra bacardığı bir işin qulpundan yapışmaqla öz vətəndaşlıq borcunu yerinə yetirir. Onun gözlərində həmişə çox kədərli bir düşüncə duyursan. Tamaşaçı onun qəhrəmanını sevir, hətta onun sözlərini uzun müddət yaddaşında saxlayır.

Həyatda da onun gözlərində çox qəribə bir kədər olardı. danışanda da, güləndə də heç vaxt gözlərində sevinc hiss olunmazdı.

"ömrün səhifələri" kinoalmanaxındakı "Rəqiblər" novellasında elə Fazili oynayır. Fazil də özüdür ki, durub. Yenə öz zarafatlarından qalmır, ətrafındakılar Fazili sevdiyi kimi tamaşaçı da onu sevir. Fazil Salayev Azərbaycan kinosunun unikal istedada malik aktyorlarından idi. O, kiçik bir süjetdə o qədər güclü mətləbləri aça bilirdi ki, tamaşaçı həqiqətən onun istedadına heyran olurdu. "Mozalan"ın süjetlərini xatırlayın. Bu satirik kinojurnalın bədii süjetlərində onun 5-6 dəqiqəlik epizodları bəzən bir filmdən belə güclü təsir bağışlayırdı. Yəqin ki, metro səhnəsini xatırlayırsınız. Necə ustalıqla qurulmuş və ifa olunmuş səhnədir. Bu filmdə o, mərhum aktyor Bahadur Əliyevlə tərəf müqabildir. Onun içki düşgünü olan qəhrəmanı metroya hələ də düşməyib. Polis ona deyəndə ki, heç metroya minməmisən? Cavabı çox konkret olur: "Qoyursunuz ki..." Belə süjetlər çoxdur. Məhlədəki səs-küydən cana doymuş Fazil Salayevin qəhrəmanı axırda dəli olur, dəlixanaya düşür.

Elə "Axırıncı aşırım" filmində də Fazilə kiçik bir rol tapşırılıb. Ancaq burada da o dilini dinc qoymur. Kərbəlayı İsmayıl "dilini boğazından çıxardaram" deyəndə onun sifətinə diqqətlə baxsanız hansı hala düşdüyünün və bu anları aktyorun necə məharətlə ifa etdiyinin şahidi olarsınız. Bizim klassik aktyor məktəbi ənənələrindən çox məharətlə bəhrələnən aktyor, öz ifa tərzində bunu çox aydın büruzə verirdi. Onun obrazın daxili dünyasına çox asanlıqla sirayət etmək bacarığı bir daha təsdiq edirdi ki, Fazil professional sənətkardır.

Fazili tamaşaçıya sevdirən bir cəhət də onun özünəməxsus komizmi idi. O, tamaşaçını güldürmək üçün dəridən-qabıqdan çıxmazdı. üzünün mimikası və yaxud ifşaedici nəzərləri ilə həmişə tamaşaçıya şən əhval-ruhiyyə bağışlayardı. Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə oynayardı. Burada da əsasən komik rolları məharətlə yaradardı.

Fazil Salayev "ürək...ürək...", "Alma almaya bənzər", "Var olun, qızlar", "Ulduz" və s. filmlərdə də epizodik rollar oynayıb. "Ulduz"da fotoqraf onun kinoda ilk rolu idi. çox kiçik bir epizodda oynayır. Ancaq tamaşaçı onu unutmur.

O, ömrünü çox vaxtsız başa vurdu. Həmişə sağlamlığından şikayət edərdi. Doğrudan da xəstə idi. Amansız ölüm onu aramızdan çox tez apardı. Deyirdi: "O qədər oynamalı rollarım qaldı ki"...

Fazil Salayevin sənəti bizim kinoda əvəzi olmayan ifaçılıq nümunəsidir. O, öz qəhrəmanlarını sevirdi. Xalq da onun qəhrəmanlarını. Əslində elə bu xalq Fazilin özünü, sənətini sevirdi. Və bu gün də onu böyük məmnunluqla xatırlayır və ruhuna dualar oxuyur.

[redaktə / تحریر] Filmoqrafiya

  1. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
  2. Axırıncı aşırım (film, 1971)
  3. Alma almaya bənzər (film, 1975)
  4. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  5. Arzu (film, 1972)
  6. Azərbaycan naminə (film, 2005)
  7. Baldızoğlu (film, 1977)
  8. Bir cənub şəhərində (film, 1969)
  9. Bizim Cəbiş müəllim (film, 1969)
  10. Dərviş Parisi partladır (film, 1976)
  11. Fəallıq (film, 1975)
  12. Gecəniz xeyrə qalsın (film, 1977)
  13. Günlərin bir günü (kinoalmanax, 1976)
  14. Heyif siqnalından (film, 1978)
  15. İcazə (film, 1972)
  16. İki dəfə iki (film, 1973)
  17. İyirmialtılar (film, 1966)
  18. Kimdir Məmməd Məmmədov? (film, 1973)
  19. Qanun naminə (film, 1968)
  20. Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
  21. Möcüzələr adası (film, 1963)
  22. ögey ana (film, 1958)
  23. ömrün səhifələri (film, 1974)
  24. Poliqlotlar (film, 1974)
  25. Rənglərdə yaşayan kino (veriliş, 2009)
  26. Səhər (veriliş, 1995)
  27. Sən niyə susursan? (film, 1966)
  28. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  29. Sürpriz (film, 1977)
  30. Şərikli çörək (film, 1969)
  31. Şir evdən getdi (film, 1977)
  32. Toya dəvətnamə (film, 1973)
  33. Ulduz (film, 1964)
  34. Ulduzlar sönmür (film, 1971)
  35. ürək... ürək... (film, 1976)
  36. Var olun, qızlar... (film, 1972)
  37. Vulkana doğru (film, 1977)
  38. Yanğın (film, 1975)
  39. Yeddi oğul istərəm... (film, 1970)
  40. Yoxlanılmış, inanılmış... (film, 1971)

Link to comment
Share on other sites

Muxtar Maniyev

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar MUXTAR MANİYEV Muxtar_Maniyev.JPG Doğum tarixi: 1935-ci il Doğum yeri: Bakı Peşəsi: Aktyor

Aktyor. Arxiv kadrlar.

[redaktə / تحریر] Həyatı

Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayıb və İncəsənət İnstitutuna, ikinci təhsil ardınca gedib.

Muxtar Maniyevin kinoya gəlişi "Koroğlu" filmi ilə başlayıb. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gÖzü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu mÖhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir sÖyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla Özünü təsdiq edib.

"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az gÖrünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur. Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olmuşdur. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanmışdır ki, indi onlar Məcidin yerində başqasını gÖrə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi gÖrünən obrazı çox şeylər danışır və M.Maniyev Öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.

Bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gÖzlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir. Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın bÖyük bir dÖvrü ilə bağlıdır. Onun 60-70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də inamla davam edir.

Aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dÖvründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda Özünəməxsus yeri olan sənət nümunələridir.

Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər gÖstərmişdir. Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki zırpı rolunu xatırlayırsınızmı? Yaxud, "Ölsəm...bağışla" filmindəki Seyidrza rolunu gÖzləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gÖrdü. Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi gÖrürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gÖzəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dÖvrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir.

Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilirdi. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.

Ömrünün kamillik dÖvründə o yenə də filmlərə çəkilir, tədbirlərdə iştirak edir, xatirələrini yazır və s. Deyir ki, imkanı olsa bir saat belə çəkiliş meydançasından aralı dayanmaz. çünki insandan yalnız onun əməlləri yadigar qalır.

[redaktə / تحریر] Filmoqrafiya

  1. 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
  2. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
  3. 777 №-li sexdə (film, 1979)(qısametrajlı bədii süjet-Mozalan № 47)
  4. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: briqadir
  5. Adi əhvalat (film, 1991)(qısametrajlı bədii süjet-Mozalan № 161)-rol: idarə rəisi
  6. Ağ dünya (film, 1995)
  7. Axırıncı maqın sonu (film, 1974)
  8. Alman klinikasına şəxsi səfər (film, 1988)
  9. Anlamaq istəyirəm (film, 1980)
  10. Babək (film, 1979)
  11. Bakıda küləklər əsir (film, 1974)
  12. Bala-başa bəla! (film, 1995)
  13. Bəxt üzüyü (film, 1991)
  14. Bəyin oğurlanması (film, 1986)
  15. Bir Ailəlik Bağ Evi (1978)
  16. Bir nÖmrəli... (film, 1980)
  17. Birisigün, gecəyarısı... (film, 1981)
  18. Bizim Cəbiş müəllim (film, 1969)
  19. Bomba (film, 2005)
  20. Bu da bir naxışdır (film, 1987)
  21. Bumeranq (film, 1982)
  22. Cin mikrorayonda (film, 1985)
  23. çarvadarların izi ilə (film, 1974)
  24. çətirimiz buludlardır (film, 1976)
  25. Daha bir fənd (film, 1978)
  26. Dairə (film, 1989)
  27. Diplom işi (film, 1979)
  28. Diplomlu mütəxəssis (film, 1974)
  29. Doğma sahillər (film, 1989)
  30. DÖrd bazar günü (film, 1975)
  31. Durnalar qayıtdı (film, 2003)
  32. Etiraf (film, 1992)
  33. Əgər bir yerdəyiksə (film, 1975)
  34. Əla kəsici (film, 1975)
  35. Əlavə İz (1981)
  36. Əlvida, cənub şəhəri (film, 2006)
  37. Fəallıq (film, 1975)
  38. Firəngiz (film, 1975)
  39. Fransız (1995)
  40. Gecə qatarında qətl (film, 1990)
  41. Gedərgəlməz (film, 1984)
  42. Gedərsən bizə... (film, 1990)
  43. Gethagetdə (film, 1983)
  44. GÖzbağlıcı (film, 1986)
  45. GÖzlə məni (film, 1980)
  46. Gümüşü furqon (film, 1982)
  47. Günlərin bir günü (kinoalmanax, 1976)
  48. Günlərin bir günü... (film, 1981)
  49. Həm ziyarət, həm ticarət... (film, 1995)
  50. Hər şey yaxşılığa doğru (film, 1997)
  51. Heydər Əliyev (film)
  52. HÖkm (film, 1994)
  53. Hücum (film, 1989)
  54. Xəbərdarlıq (film, 1985)
  55. Xoşbəxtlik qayğıları (film, 1976)
  56. Xüsusi vəziyyət (film, 1986)
  57. İnsan məskən salır (film, 1967)
  58. İntizam (film, 1983)
  59. İşarəni dənizdən gÖzləyin (film, 1986)
  60. İşgüzar Adamlar (1977)
  61. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
  62. Kontor (film, 1978)
  63. Koroğlu (film, 1960)
  64. KÖhnə bərə (film, 1984)
  65. Qanlı zəmi (film, 1985)
  66. Qanun naminə (film, 1968)
  67. Qara "Volqa" (film, 1994)
  68. Qara GÖlün Cəngavərləri (1984)
  69. Qatır Məmməd (film, 1974)
  70. Qərib cinlər diyarında (film, 1977)
  71. Qəzəlxan (film, 1991)
  72. Qızıl uçurum (film, 1980)
  73. Qorxma, Mən Səninləyəm (1981)
  74. Lətifə (film, 1989)
  75. Maqarıç (film, 1973)
  76. Məşədi İbad-80, yaxud kÖhnə tanışlar (film, 1980)
  77. Mühazirə (film, 1986)
  78. Müqavilə (film, 1978)
  79. Nə gÖzəldir bu dünya... (film, 1999)
  80. Nəsimi (film, 1973)
  81. Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
  82. Nizami (film, 1982)
  83. O qızı tapın (film, 1970)
  84. Od içində (film, 1978)
  85. Onu bağışlamaq olarmı? (film, 1959)
  86. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  87. Otel otağı (film, 1998)
  88. Ölsəm... bağışla (film, 1989)
  89. Ömrün İlk Saatı (1973)
  90. Ömrün səhifələri (film, 1974)
  91. Özgə Ömür (film, 1987)
  92. Papaq (film, 2007)
  93. Park (film, 1984)
  94. Sahilsiz gecə (film, 1989)
  95. Salur Qazanın evi talandığı boy (film, 2001)
  96. Sarı gəlin (film, 1998)
  97. Sevinc buxtası (film, 1977)
  98. Səhər (veriliş, 1995)
  99. Səmt küləyi (film, 1973)
  100. Sən həmişə mənimləsən (film, 1987)
  101. Sizi dünyalar qədər sevirdim (film, 1985)
  102. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  103. Skripkanın sərgüzəşti (film, 1972)
  104. Son dÖyüş (film, 1996)
  105. Su bulandıranlar (film, 1991)
  106. Sürəyya (film, 1987)
  107. Sürpriz (film, 1977)
  108. Şahid qız (film, 1990)
  109. Şeytan GÖz Qabağında (1987)
  110. Təxribat (film, 1990)
  111. Tələ (film, 1990)
  112. Təşəkkür (film, 1978)
  113. Toya dəvətnamə (film, 1973)
  114. Uşaqlığın son gecəsi (film, 1968)
  115. ümid (film, 2002)
  116. üzü küləyə (film, 1977)
  117. Var olun, qızlar... (film, 1972)
  118. Vulkana doğru (film, 1977)
  119. Yanlış da bir naxışdır (film, 1984)
  120. Yanmış kÖrpülər (film, 2003)
  121. Yaramaz (film, 1988)
  122. Yarımçıq qalmış mahnı (film, 1979)
  123. Yaxşı qurtardıq (film, 1985)
  124. Yay Gününün Xəzan Yarpaqları (1986)
  125. Yeddi qoyun nağılı (film, 1983)
  126. Yeganə çıxış yolu (film, 1980)
  127. Yol əhvalatı (film, 1980)
  128. Yoxlama (2006)

Link to comment
Share on other sites

Həsən Əbluc

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar HƏSƏN ƏBLUC H%C9%99s%C9%99n_%C6%8Fbluc.jpg Doğum tarixi: 22 aprel 1942-ci il Doğum yeri: Təbriz Vəfatı: 13 mart 1994-cü il (51 yaşında) Vəfat yeri: Bakı Peşəsi: Aktyor

Aktyor. Film səsləndirən. Mətn oxuyan. Rejissor. Arxiv kadrlar.

Mündəricat

[gizlə]

[redaktə] Həyatı

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib. Ənvər Əbluc оnun haqqında "Həsən Əbluc" filmini lentə alıb.

[redaktə] Filmoqrafiya

  1. Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(mətni oxuyan)
  2. Ağ atlı oğlan (film, 1995)
  3. Alman klinikasına şəxsi səfər (film, 1988)
  4. Babək (film, 1979)
  5. Bakıda küləklər əsir (film, 1974)
  6. Bircəciyim (film, 1986)
  7. Birisigün, gecəyarısı... (film, 1981)
  8. Bizim küçənin oğlanları (film, 1973)
  9. Dantenin yubileyi (film, 1978)
  10. Dəli Kür (film, 1969)
  11. Dənizə çıxmaq qorxuludur (film, 1973)
  12. Doğma sahillər (film, 1989)
  13. Ən vacib müsahibə (film, 1971)
  14. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  15. Həsən Əbluc (film, 1999)
  16. İstintaq (film, 1979)
  17. İstintaq davam edir (film, 1966)
  18. İyirmialtılar (film, 1966)
  19. Qanlı zəmi (film, 1985)
  20. Qara gölün cəngavərləri (film, 1984)
  21. Qaraca qız (film, 1966)
  22. Qatarda (film, 1981)
  23. Mikayıl Müşfiq (film, 1978)
  24. Od içində (film, 1978)
  25. ölsəm... bağışla (film, 1989)
  26. ömrün İlk Saatı (1973)
  27. özgə ömür (film, 1987)
  28. Pəncərə (film, 1991)
  29. Sən niyə susursan? (film, 1966)
  30. Şeytan göz qabağında (film, 1987)
  31. Tənha narın nağılı (film, 1984)
  32. Torpaq dəniz od səma (film, 1967)
  33. Uşaqlığın son gecəsi (film, 1968)
  34. ümid (film, 1992)
  35. ürək Yaman Şeydir... (????)
  36. ürək... ürək... (film, 1976)
  37. Yaramaz (film, 1988)
  38. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
  39. Yenilməz batalyon (film, 1965)

Link to comment
Share on other sites

<h1 class="firstHeading" id="firstHeading">

Səməndər Rzayev</h1>

<div id="siteSub">Vikipediya, açıq ensiklopediya</div>

<div id="jump-to-nav">Keçid et: <a href="http://az.wikipedia.org/wiki/S%C9%99m%C9%99nd%C9%99r_Rzayev#mw-head">naviqasiya</a>, <a href="http://az.wikipedia.org/wiki/S%C9%99m%C9%99nd%C9%99r_Rzayev#p-search">axtar</a></div>

<table class="metadata plainlinks ambox ambox-style" style="">

<tbody>

<tr>

<td class="mbox-image">

<div style="width: 52px;"><a class="image" href="http://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Ambox_wikify.svg"><img alt="Ambox wikify.svg" height="42" src="http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e1/Ambox_wikify.svg/42px-Ambox_wikify.svg.png" width="42" /></a></div>

</td>

<td class="mbox-text" style="">

<b>Bu məqaləni <a href="http://az.wikipedia.org/wiki/Vikipediya:Vikil%C9%99%C5%9Fdirm%C9%99" title="Vikipediya:Vikiləşdirmə">vikiləşdirmək</a> lazımdır</b></td>

</tr>

</tbody>

</table>

<table cellspacing="1" class="infobox" style="width: 22em; text-align: left; font-size: 88%; line-height: 1.5em;">

<tbody>

<tr>

<td colspan="2" style="text-align:center; font-size: 125%; font-weight: bold; background:#eee;">

SƏMƏNDƏR RZAYEV</td>

</tr>

<tr>

<td colspan="2" style="text-align:center; font-style: didone;">

Səməndər Mənsim oğlu Rzayev</td>

</tr>

<tr>

<td colspan="2" style="text-align:center;">

<a class="image" href="http://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:S%C9%99m%C9%99nd%C9%99r_Rzayev.JPG"><img alt="Səməndər Rzayev.JPG" height="187" src="http://upload.wikimedia.org/wikipedia/az/e/eb/S%C9%99m%C9%99nd%C9%99r_Rzayev.JPG" width="200" /></a></td>

</tr>

<tr>

<th style="width:6.7em; text-align:right; background:#eee;">

Doğum tarixi:</th>

<td style="">

<a href="http://az.wikipedia.org/wiki/2_yanvar" title="2 yanvar">2 yanvar</a> <a href="http://az.wikipedia.org/wiki/1945" title="1945">1945-ci il</a></td>

</tr>

<tr>

<th style="width:6.7em; text-align:right; background:#eee;">

Vəfatı:</th>

<td style="">

<a href="http://az.wikipedia.org/wiki/27_mart" title="27 mart">27 mart</a> <a href="http://az.wikipedia.org/wiki/1986" title="1986">1986-cı il</a> (41 yaşında)</td>

</tr>

<tr>

<th style="width:6.7em; text-align:right; background:#eee;">

Peşəsi:</th>

<td class="note" style="">

<a href="http://az.wikipedia.org/wiki/Aktyor" title="Aktyor">Aktyor</a></td>

</tr>

<tr>

<th style="width:6.7em; text-align:right; background:#eee;">

<a class="mw-redirect" href="http://az.wikipedia.org/wiki/Internet_Movie_Database" title="Internet Movie Database">IMDb</a>:</th>

<td style="">

<a class="extiw" href="http://www.imdb.com/name/nm0753529/" title="imdbname:0753529">ID 0753529</a></td>

</tr>

</tbody>

</table>

<p><b>Rzayev Səməndər Mənsim oğlu</b> (<a href="http://az.wikipedia.org/wiki/2_yanvar" title="2 yanvar">2 yanvar</a> <a href="http://az.wikipedia.org/wiki/1945" title="1945">1945</a>, <a href="http://az.wikipedia.org/wiki/A%C4%9Fsu" title="Ağsu">Ağsu</a> — <a href="http://az.wikipedia.org/wiki/27_mart" title="27 mart">27 mart</a> <a href="http://az.wikipedia.org/wiki/1986" title="1986">1986</a>, <a href="http://az.wikipedia.org/wiki/Bak%C4%B1" title="Bakı">Bakı</a>) — Azərbaycan teatr və kino aktyoru.</p>

<h2>

<span class="editsection">[<a href="http://az.wikipedia.org/w/index.php?title=S%C9%99m%C9%99nd%C9%99r_Rzayev&action=edit&section=1" title="Bölməsini redaktə: Həyatı">redaktə / تحریر</a>]</span> <span class="mw-headline" id="H.C9.99yat.C4.B1">Həyatı</span></h2>

<p>Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.</p>

<p>Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.</p>

<p>Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.</p>

<p>"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.</p>

<p>Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.</p>

<p>Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.</p>

<p>Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.</p>

<p>Və günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyor son oyunu idi...</p>

<h2>

<span class="editsection">[<a href="http://az.wikipedia.org/w/index.php?title=S%C9%99m%C9%99nd%C9%99r_Rzayev&action=edit&section=2" title="Bölməsini redaktə: Filmoqrafiya">redaktə / تحریر</a>]</span> <span class="mw-headline" id="Filmoqrafiya">Filmoqrafiya</span></h2>

<ol>

<li><a href="http://az.wikipedia.org/wiki/777_%E2%84%96-li_i%C5%9F_%28film,_1992%29" title="777 №-li iş (film, 1992)">777 №-li iş (film, 1992)</a>(tammetrajlı bədii film)</li>

<li><a href="http://az.wikipedia.org/wiki/Ad_g%C3%BCn%C3%BC_%28film,_1977%29" title="Ad günü (film, 1977)">Ad günü (film, 1977)</a>(tammetrajlı bədii film)-rol: Faiq</li>

<li><a href="http://az.wikipedia.org/wiki/Alma_almaya_b%C9%99nz%C9%99r_%28film,_1975%29" title="Alma almaya bənzər (film, 1975)">Alma almaya bənzər (film, 1975)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Arxadan_vurulan_z%C9%99rb%C9%99_%28film,_1977%29" title="Arxadan vurulan zərbə (film, 1977)">Arxadan vurulan zərbə (film, 1977)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Ar%C5%9F%C4%B1nmal%C3%A7%C4%B1_%28film,_1985%29" title="Arşınmalçı (film, 1985)">Arşınmalçı (film, 1985)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/A%C5%9F%C4%B1q_%C6%8Fl%C9%99sg%C9%99r_%28film,_1972%29" title="Aşıq Ələsgər (film, 1972)">Aşıq Ələsgər (film, 1972)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Babam%C4%B1z%C4%B1n_babas%C4%B1n%C4%B1n_babas%C4%B1_%28film,_1981%29" title="Babamızın babasının babası (film, 1981)">Babamızın babasının babası (film, 1981)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Bab%C9%99k_%28film,_1979%29" title="Babək (film, 1979)">Babək (film, 1979)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Ba%C4%9F_m%C3%B6vs%C3%BCm%C3%BC_%28film,_1985%29" title="Bağ mövsümü (film, 1985)">Bağ mövsümü (film, 1985)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Bak%C4%B1da_k%C3%BCl%C9%99kl%C9%99r_%C9%99sir_%28film,_1974%29" title="Bakıda küləklər əsir (film, 1974)">Bakıda küləklər əsir (film, 1974)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Bald%C4%B1zo%C4%9Flu_%28film,_1977%29" title="Baldızoğlu (film, 1977)">Baldızoğlu (film, 1977)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Bayqu%C5%9F_g%C9%99l%C9%99nd%C9%99_%28film,_1978%29" title="Bayquş gələndə (film, 1978)">Bayquş gələndə (film, 1978)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Bel%C9%99_laz%C4%B1md%C4%B1r_%28film,_1982%29" title="Belə lazımdır (film, 1982)">Belə lazımdır (film, 1982)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/B%C9%99yin_o%C4%9Furlanmas%C4%B1_%28film,_1986%29" title="Bəyin oğurlanması (film, 1986)">Bəyin oğurlanması (film, 1986)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Birisig%C3%BCn,_gec%C9%99yar%C4%B1s%C4%B1..._%28film,_1981%29" title="Birisigün, gecəyarısı... (film, 1981)">Birisigün, gecəyarısı... (film, 1981)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Bizim_k%C3%BC%C3%A7%C9%99nin_o%C4%9Flanlar%C4%B1_%28film,_1973%29" title="Bizim küçənin oğlanları (film, 1973)">Bizim küçənin oğlanları (film, 1973)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C3%87arvadarlar%C4%B1n_izi_il%C9%99_%28film,_1974%29" title="Çarvadarların izi ilə (film, 1974)">çarvadarların izi ilə (film, 1974)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/De_ki,_m%C9%99ni_sevirs%C9%99n%21_%28film,_1977%29" title="De ki, məni sevirsən! (film, 1977)">De ki, məni sevirsən! (film, 1977)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/D%C9%99d%C9%99_Qorqud_%28film,_1975%29" title="Dədə Qorqud (film, 1975)">Dədə Qorqud (film, 1975)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/D%C9%99li_K%C3%BCr_%28film,_1969%29" title="Dəli Kür (film, 1969)">Dəli Kür (film, 1969)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Evl%C9%99nm%C9%99k_ist%C9%99yir%C9%99m_%28film,_1983%29" title="Evlənmək istəyirəm (film, 1983)">Evlənmək istəyirəm (film, 1983)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Evl%C9%99ri_k%C3%B6nd%C9%99l%C9%99n_yar_%28film,_1982%29" title="Evləri köndələn yar (film, 1982)">Evləri köndələn yar (film, 1982)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C6%8Fn_vacib_m%C3%BCsahib%C9%99_%28film,_1971%29" title="Ən vacib müsahibə (film, 1971)">Ən vacib müsahibə (film, 1971)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C6%8Fzabl%C4%B1_yollar_%28film,_1982%29" title="Əzablı yollar (film, 1982)">Əzablı yollar (film, 1982)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/G%C9%99nclik_Mac%C9%99ras%C4%B1_%28teletama%C5%9Fa%29" title="Gənclik Macərası (teletamaşa)">Gənclik Macərası (teletamaşa)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/G%C3%B6z%C9%99llik_ondur..._%28film,_1984%29" title="Gözəllik ondur... (film, 1984)">Gözəllik ondur... (film, 1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Xatir%C9%99l%C9%99r_sahili_%28film,_1972%29" title="Xatirələr sahili (film, 1972)">Xatirələr sahili (film, 1972)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/X%C3%BCsusi_v%C9%99ziyy%C9%99t_%28film,_1986%29" title="Xüsusi vəziyyət (film, 1986)">Xüsusi vəziyyət (film, 1986)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C4%B0mtahan_%28film,_1982%29" title="İmtahan (film, 1982)">İmtahan (film, 1982)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C4%B0ntizam_%28film,_1983%29" title="İntizam (film, 1983)">İntizam (film, 1983)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C4%B0stintaq_%28film,_1979%29" title="İstintaq (film, 1979)">İstintaq (film, 1979)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/K%C3%B6hn%C9%99_b%C9%99r%C9%99_%28film,_1984%29" title="Köhnə bərə (film, 1984)">Köhnə bərə (film, 1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Qanl%C4%B1_z%C9%99mi_%28film,_1985%29" title="Qanlı zəmi (film, 1985)">Qanlı zəmi (film, 1985)</a></li>

<li><a class="mw-redirect" href="http://az.wikipedia.org/wiki/Qara_G%C3%B6l%C3%BCn_C%C9%99ngav%C9%99rl%C9%99ri_%281984%29" title="Qara Gölün Cəngavərləri (1984)">Qara Gölün Cəngavərləri (1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Qat%C4%B1r_M%C9%99mm%C9%99d_%28film,_1974%29" title="Qatır Məmməd (film, 1974)">Qatır Məmməd (film, 1974)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Q%C9%99rib_cinl%C9%99r_diyar%C4%B1nda_%28film,_1977%29" title="Qərib cinlər diyarında (film, 1977)">Qərib cinlər diyarında (film, 1977)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Q%C4%B1z_Qalas%C4%B1_%C9%99fsan%C9%99si_%28film,_1978%29" title="Qız Qalası əfsanəsi (film, 1978)">Qız Qalası əfsanəsi (film, 1978)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Q%C4%B1z%C4%B1l_qaz_%28film,_1972%29" title="Qızıl qaz (film, 1972)">Qızıl qaz (film, 1972)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Layiqli_namiz%C9%99d_%28film,_1984%29" title="Layiqli namizəd (film, 1984)">Layiqli namizəd (film, 1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%22M%C9%99d%C9%99niyy%C9%99t%22_%E2%84%96_1_%28film,_1975%29" title=""Mədəniyyət" № 1 (film, 1975)">"Mədəniyyət" № 1 (film, 1975)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Musiqili_xa%C5%9F_%28film,_1984%29" title="Musiqili xaş (film, 1984)">Musiqili xaş (film, 1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/M%C3%BCbadil%C9%99_%28film,_1983%29" title="Mübadilə (film, 1983)">Mübadilə (film, 1983)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/M%C3%BCq%C9%99dd%C9%99s_and_%28film,_1983%29" title="Müqəddəs and (film, 1983)">Müqəddəs and (film, 1983)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/N%C9%99simi_%28film,_1973%29" title="Nəsimi (film, 1973)">Nəsimi (film, 1973)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Nizami_%28film,_1982%29" title="Nizami (film, 1982)">Nizami (film, 1982)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/O_q%C4%B1z%C4%B1_tap%C4%B1n_%28film,_1970%29" title="O qızı tapın (film, 1970)">O qızı tapın (film, 1970)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Od_i%C3%A7ind%C9%99_%28film,_1978%29" title="Od içində (film, 1978)">Od içində (film, 1978)</a></li>

<li><a class="mw-redirect" href="http://az.wikipedia.org/wiki/%C3%96mr%C3%BCn_%C4%B0lk_Saat%C4%B1_%281973%29" title="Ömrün İlk Saatı (1973)">ömrün İlk Saatı (1973)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C3%96mr%C3%BCn_s%C9%99hif%C9%99l%C9%99ri_%28film,_1974%29" title="Ömrün səhifələri (film, 1974)">ömrün səhifələri (film, 1974)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C3%96rt%C3%BCl%C3%BC_bazar_%28film,_1984%29" title="Örtülü bazar (film, 1984)">örtülü bazar (film, 1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Park_%28film,_1984%29" title="Park (film, 1984)">Park (film, 1984)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Sar%C4%B1k%C3%B6yn%C9%99kl%C9%99_Valehin_Na%C4%9F%C4%B1l%C4%B1_%28%3F%3F%3F%3F%29" title="Sarıköynəklə Valehin Nağılı (????)">Sarıköynəklə Valehin Nağılı (????)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Skripkan%C4%B1n_s%C9%99rg%C3%BCz%C9%99%C5%9Fti_%28film,_1972%29" title="Skripkanın sərgüzəşti (film, 1972)">Skripkanın sərgüzəşti (film, 1972)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/S%C3%B6km%C9%99k_asand%C4%B1r..._%28film,_1985%29" title="Sökmək asandır... (film, 1985)">Sökmək asandır... (film, 1985)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/%C5%9E%C9%99h%C9%99rli_bi%C3%A7in%C3%A7il%C9%99r_%28film,_1986%29" title="Şəhərli biçinçilər (film, 1986)">Şəhərli biçinçilər (film, 1986)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Tikdim_ki,_izim_qala._III_film_%28film,_1998%29" title="Tikdim ki, izim qala. III film (film, 1998)">Tikdim ki, izim qala. III film (film, 1998)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/T%C3%BCt%C9%99k_s%C9%99si_%28film,_1975%29" title="Tütək səsi (film, 1975)">Tütək səsi (film, 1975)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/U%C5%9Faql%C4%B1%C4%9F%C4%B1n_son_gec%C9%99si_%28film,_1968%29" title="Uşaqlığın son gecəsi (film, 1968)">Uşaqlığın son gecəsi (film, 1968)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Vulkana_do%C4%9Fru_%28film,_1977%29" title="Vulkana doğru (film, 1977)">Vulkana doğru (film, 1977)</a></li>

<li><a href="http://az.wikipedia.org/wiki/Yollar_g%C3%B6r%C3%BC%C5%9F%C9%99nd%C9%99..._%28film,_1979%29" title="Yollar görüşəndə... (film, 1979)">Yollar görüşəndə... (film, 1979)</a></li>

</ol>

Link to comment
Share on other sites

Səməndər Rzayev

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar

Ambox wikify.svg

Bu məqaləni vikiləşdirmək lazımdır

SƏMƏNDƏR RZAYEV

Səməndər Mənsim oğlu Rzayev

Səməndər Rzayev.JPG

Doğum tarixi: 2 yanvar 1945-ci il

Vəfatı: 27 mart 1986-cı il (41 yaşında)

Peşəsi: Aktyor

IMDb: ID 0753529

Rzayev Səməndər Mənsim oğlu (2 yanvar 1945, Ağsu — 27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru.

[redaktə / تحریر] Həyatı

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.

Səməndərin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev bizim kinoda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. Səməndər millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.

"Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar Səməndərin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.

Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" Filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.

Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

Və günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu soyuq səhnədə xəstə aktyor son oyunu idi...

[redaktə / تحریر] Filmoqrafiya

777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)

Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Faiq

Alma almaya bənzər (film, 1975)

Arxadan vurulan zərbə (film, 1977)

Arşınmalçı (film, 1985)

Aşıq Ələsgər (film, 1972)

Babamızın babasının babası (film, 1981)

Babək (film, 1979)

Bağ mövsümü (film, 1985)

Bakıda küləklər əsir (film, 1974)

Baldızoğlu (film, 1977)

Bayquş gələndə (film, 1978)

Belə lazımdır (film, 1982)

Bəyin oğurlanması (film, 1986)

Birisigün, gecəyarısı... (film, 1981)

Bizim küçənin oğlanları (film, 1973)

Çarvadarların izi ilə (film, 1974)

De ki, məni sevirsən! (film, 1977)

Dədə Qorqud (film, 1975)

Dəli Kür (film, 1969)

Evlənmək istəyirəm (film, 1983)

Evləri köndələn yar (film, 1982)

Ən vacib müsahibə (film, 1971)

Əzablı yollar (film, 1982)

Gənclik Macərası (teletamaşa)

Gözəllik ondur... (film, 1984)

Xatirələr sahili (film, 1972)

Xüsusi vəziyyət (film, 1986)

İmtahan (film, 1982)

İntizam (film, 1983)

İstintaq (film, 1979)

Köhnə bərə (film, 1984)

Qanlı zəmi (film, 1985)

Qara Gölün Cəngavərləri (1984)

Qatır Məmməd (film, 1974)

Qərib cinlər diyarında (film, 1977)

Qız Qalası əfsanəsi (film, 1978)

Qızıl qaz (film, 1972)

Layiqli namizəd (film, 1984)

"Mədəniyyət" № 1 (film, 1975)

Musiqili xaş (film, 1984)

Mübadilə (film, 1983)

Müqəddəs and (film, 1983)

Nəsimi (film, 1973)

Nizami (film, 1982)

O qızı tapın (film, 1970)

Od içində (film, 1978)

Ömrün İlk Saatı (1973)

Ömrün səhifələri (film, 1974)

Örtülü bazar (film, 1984)

Park (film, 1984)

Sarıköynəklə Valehin Nağılı (????)

Skripkanın sərgüzəşti (film, 1972)

Sökmək asandır... (film, 1985)

Şəhərli biçinçilər (film, 1986)

Tikdim ki, izim qala. III film (film, 1998)

Tütək səsi (film, 1975)

Uşaqlığın son gecəsi (film, 1968)

Vulkana doğru (film, 1977)

Yollar görüşəndə... (film, 1979)

Link to comment
Share on other sites

Hamisini oxudum.Her kese tesehekkur.Ancaq en cox sevdiklerim Rasim Balayev, Həsən Məmmədov və Səməndər Rzayevdir..

Komik rolların mahir ifaçıları Səyavuş Aslan, Nəsibə Zeynalova və Yaşar Nuriyevin də qəlbimdə xüsusi yeri var..

Allah sağ olanlar can sağlığı versin ölənlərə rəhmət eləsin..

Bu sağ qalanlar bir gün olmayacaqlar, onları kim əvəz edəcək?

Link to comment
Share on other sites

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:

  • Bayram ("Kəndimizin mahnısı", K. Kərimov),
  • İbişov ("özümüz bilərik", Ş. Qurbanov),
  • Fürzuzbala ("Altı qızın biri Pəri", M. Əlizadə),
  • Şubay ("Ulduz"),
  • Dadaşbala ("Hicran", S. Rəhman),
  • Qəmzəli ("Qaçırılmış qız", C. Məmmədov),
  • Misir Nəsir ("Lənət sənə, kor şeytan", F. Aşurov),
  • Orduxan bəy ("Əlli yaşında cavan", Z. Hacıbəyov)

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır:

  • Mindilli ("Nişanlı qız", S. Rəhman),
  • Luka ("Həyatın dibində", M. Qorki),
  • Ağaəli ("Günah", R. Əlizadə),
  • Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
  • Oddamdı ("Od gəlini", C. Cabbarlı),
  • Fəriş ("Bizim qəribə taleymiz", İ. Əfəndiyev),
  • Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
  • Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
  • Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev),
  • Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri),
  • Əsdulla ("Ah, Paris…Paris!..", Elçin),
  • Kişi ("Mənim ərim dəlidir", Elçin),
  • Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
  • Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
  • Poloni ("Hamlet", U. Şekspir),
  • Sarı ("Varlı qadın", Ə. Əmirli),
  • Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

[redaktə] Filmoqrafiya

  1. 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
  2. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
  3. Adam ol! (film, 2005)(tammetrajlı bədii film)-rol: Səyavuş
  4. Adam ol! 3 (film, 2007)(tammetrajlı bədii film)(Lider tv)
  5. Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv)
  6. Aktrisanın təbəssümü (film, 1974)
  7. Bankir adaxlı (film, 2008)
  8. Belə lazımdır (film, 1982)
  9. Bəyin oğurlanması (film, 1986)
  10. Bizim qəribə taleyimiz (film, 2005)
  11. Cin mikrorayonda (film, 1985)
  12. Dəvətnamə (film, 2003)
  13. Evlənmək istəyirəm (film, 1983)
  14. Evləri köndələn yar (film, 1982)
  15. Əhməd haradadır? (film, 1963)
  16. Əzablı yollar (film, 1982)
  17. Fırıldaqçı (film, 1983)
  18. Girişmə, öldürər! (film, 1990)
  19. Hacı Qara (film, 2002)
  20. Xüsusi vəziyyət (film, 1986)
  21. Köç (film, 1986)
  22. "Qayınana" əməliyyatı (film, 1999)
  23. Qəm pəncərəsi (film, 1986)
  24. Qırmızı qatar (film, 1993)
  25. Mən sənin dayınam (film, 2001)
  26. Mənim ağ şəhərim (film, 1994)
  27. Musiqi müəllimi (film, 1983)
  28. Nakəs (film, 1991)
  29. O dünyadan salam (film, 1992)
  30. Romeo mənim qonşumdur (film, 1963)
  31. Sabiqlər (film, 1999)
  32. Sabiqlərin yeni sərgüzəştləri (film, 2000)
  33. Səhər (veriliş, 1995)
  34. Sehrli çıraq (film, 1987)
  35. Ulduz (film, 1964)
  36. ünvansız eşq (2011)
  37. üzr istəyirəm (film, 1985)
  38. Yaşıl eynəkli adam (film, 1987)
  39. Yaşıl eynəkli adam-2 (film, 1999)
  40. Yaxşı qurtardıq (film, 1985)
  41. Yay Gününün Xəzan Yarpaqları (1986)
  42. Yeganə çıxış yolu (film, 1980)
  43. Yol əhvalatı (film, 1980)
  44. Yuxu (film, 2001)
  45. Zəncirbənd (film-tamaşa)

Link to comment
Share on other sites

Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda təhsil alarkən Eldar Quliyevin “Bir Cənub şəhərində” filmində baş rollardan birinə çəkilmişdir.

Əmək fəaliyyətinə Akademik Milli Dram Teatrında başlayan E.Zeynalov tеatr və kinо sahəsində, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yaddaqalan оbrazlar yaradıb.

Yeddi oğul istərəm","Əhməd haradadır?","Bir cənub şəhərində" və s. bir çox Azərbaycan filmlərində iştirak etmişdir.

Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.

Link to comment
Share on other sites

Leyla_B%C9%99dirb%C9%99yli.JPG

Leyla Bədirbəyli

Leyla Bədirbəyli — Azərbaycan SSR xalq artisti (1959). SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. 1937- 1942illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942- 1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkir də Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1937-ci ildə 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü cəmi 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları-Bikə olur.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır[1].

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli vəfat edir.

[redaktə]Yaradıcılıq fəaliyyəti

O, səhnəyə çox gənc ikən çıxıb. 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər səhnələşdirilirdi. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olur.

1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayir. Leyla üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.

[redaktə]Teatr sahəsində rolları

Link to comment
Share on other sites

Bu gün doğum günüdür. Allah rəhmət etsin!

200px-B%C9%99%C5%9Fir_S%C9%99f%C9%99ro%C4%9Flu.jpg

Bəşir Səfəroğlu

Həyatı

Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu - 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə hərbdən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. O, tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu üzeyirZülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və çiko ("Keto və Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman RüstəmSəid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit RəhmanSüleyman Ələsgərov), Səlyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara ("Xəsis", Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek ("Kəndimizin mahnısı", dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən SeyidbəyliTofiq Quliyev), Baləmi ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin məişət səhnələri", Soltan DadaşovVasif Adıgözəlov), Nadir və Azay ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Murtuzov, Dayandur, Polis rəisi ("özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli QurbanovSüleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qasiyane ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa KürçaylıArif Məlikov).

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?""Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.

Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Respublikasının əməkdar artisti, 25 iyun 1968-ci ildə xalq artisti fəxri adları verilib.

Şöhrətli sənətkar Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

Link to comment
Share on other sites

Yusif Vəliyev

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar

42px-Ambox_wikify.svg.png Bu məqaləni vikiləşdirmək lazımdır YUSİF VƏLİYEV Yusif Abdulla oğlu Vəliyev Yusif_V%C9%99liyev.jpg

"Arxadan vurulan zərbə" filmindən kadr. Doğum tarixi: 22 mart 1917-ci il Vəfatı: 18 mart 1980-ci il (62 yaşında) Peşəsi: Aktyor

Aktyor. Film səsləndirən. Filmlərdə və arxiv kadrlarda iştirak edən.

[redaktə] Həyatı

Qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısı, zəngin yaradıcılığı ilə Gənc Tamaşaçılar Teatrında aktyor məktəbi yaratmış Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Baki Teatr Texnikumunda təhsil alıb (1933-1936). Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib. Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül sənətkarlarından biri olub. Bunu ifa etdiyi rolların siyahısı da açıq-aydın göstərir. Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Əşrəf bəy), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara), "Molla İbrahimxəlil kimyagər" (İbrahimxəlil), Sabit Rəhmanın "Toy" (Surxay), "Xoşbəxtlər" (Sadıq) komediyalarının, Cəfər Cabbarlının "A1maz" (Şərif), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Aydın), "Oqtay Eloğlu" (Oqtay), "Od gəlini" (Elxan), "Sevil" (Balaş), "Solğun çiçəklər" (Bəhram) dramlarının, Georgi Mdivaninin "Vətən namusu" tərcüməsinin (Nadir), Səməd Vurğunun "Vaqif" (Vaqif), Mirzə İbrahimovun "Həyat" (Süleyman), Vilyam Şekspirin "Otello" (Yaqo), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Nəcəf bəy Vəzirovun "Müsibəti- Fəxrəddin" (Fəxrəddin) faciələrinin tamaşalarında xaraktercə fərqli rollar oynayıb. Teatr dram tamaşaları ilə yanaşı, opera və operettalar da oynayırdı. Yusif Vəliyev Şəki səhnəsində üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Səlam, "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy, Ağası Məşədibəyovun "Toy kimindir?" (librettosu Məhərrəm Əlizadənindir) musiqili komediyasında Qoşun rollarında çıxış edib. 1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qroteskii komediya rollarını məharətlə ifa edib. Hacı Nuru və Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Qarakişi və Vəzir ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Aslan və Polkovnik Polad ("iki həyat", Rauf İsmayılov), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), General Leyk ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Ataman, Xeyrulla Şalıbudaqov ("Anacan" və "Qonşular", Yusif Əzimzadə), Xətib ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Almurad baba ("Şəhərli oğlan", Qeybulla Rəsulov), Oruc ("Sevinc", Əyyub Abbasov), Hümmətyar ("Gülşən", Əli Vəliyevin romanı üzrə səhnələşdirəni Ağəli Dadaşov), Trofim Morozov ("Pavlik Morozov", Valeri Qubarev), İmamyar ("Yaşar", Cəfər Cabbarlı), Mirzə Ələkbər Sabir ("Sirli şəhər", Mehdi Hüseynin "Komissar" romanı əsasında səhnələşdirəni Ağəli Dadaşov), Doktor Vahid ("Son məktub", Rauf İsmayılov), Anuçkin ("Evlənmə", Nikolay Qoqol), Hatəmxan ağa, Frans FOk ("Müsyö Jordan və dərviş Məstəli şah" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Kral ("Qarlar Kraliçası", Yevgeni Şvarts), Harun ər Rəşid ("Bir saatlıq xəlifə", Abdulla Şaiq), Ovod ("Ovod", Etil Voyniç), Lorenso ("Romeo və Cülyetta", Vilyam Şekspir), Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Səməd Vurğun ("Yolda", Hüseyn Arif), Göygöz kosa ("çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Nəcəf ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Prometey ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov) rolları aktyorun daha uğurlu yaradıcılıq işləridir. Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara), Qılman İlkinin "Baba və nəvə" (Baba) tamaşalarında, "Əfzələddin Xaqani" (Xaqani) bədii kompozisiyasında lent yazıları var. Ondan çox radio tamaşasında iştirak edib. Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun ifası sənətkarlıq baxımından rus həmkarlarının oyunlarından daha canlı və real alınmışdı. Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizod rollar oynasa da, çox maraqlı, yadda qalan xaranterlər yaradıb. O, "Zirvə" (Bələdçi), "Sən nə üçün yaşayırsan?" (Balıqçı), "Nəsimi" (Teymurləng), "Qatır Məmməd" (Halvaçı), "Tütək səsi" (Qurban), "Arxadan vurulan zərbə" (Qurd Cəbrayıl), "Uşaqlığın son gecəsi" (İş icraçısı), "Bir cənub şəhərində" (Səfərəli) və sairə kinolentlərində çəkilib. "Nə yaxşı ki, Səməd Vurğun var..." sənədli filmində Qacar rolunda "Vaqif"dən bir parça ifa edib. Uzunillik səhnə yaradıcılığında əldə etdiyi sənət nailiy-yətlərinə, gənclərə örnək olan zəngin irs yaratdığına görə Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. Aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha uyğun idi. Təəssüf ki, dəfələrlə cəhdlər göstərilsə də, aktyorun Akademik teatra gəlişi baş tutınadı. Yusif Vəliyev adi nağıl janrını əsərdəki personajı da dərin dramatizmlə cilalaya, mürəkkəb üslub elementlərindən məharətlə istifadə etməyə cəhd göstərən və istəyinə cəsarətlə nail olan sənətkar idi. Mürəkkəb rolların ifasında janr sintezindən həssaslıqla istifadə edir, məqamından, vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verirdi. Bəstəboylu aktyor səhnədə əzəmətli, pəhləvan cüssəli görünürdü. Təkbaşına səhnədə monoloq söyləyəndə də səhnə dolu və möhtəşəm təsir bağışlayırdı. Pauzalardan və səs tembrinin variasiyalarından istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər qazanırdı. 1980-ci il martın 18-də vəfat edən Yusif Vəliyev Bakıdakı yeni "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

[redaktə] Filmoqrafiya

  1. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-səs: Həmid dayı
  2. Axırıncı aşırım (film, 1971)
  3. Alma almaya bənzər (film, 1975)
  4. Arxadan vurulan zərbə (film, 1977)
  5. Bakıda küləklər əsir (film, 1974)
  6. Bəxtiyar (film, 1955)
  7. Bir cənub şəhərində (film, 1969)
  8. Biri vardı, biri yoxdu... (film, 1967)
  9. Bizim küçə (film, 1961)
  10. Böyük dayaq (film, 1962)
  11. Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
  12. Dağlarda döyüş (film, 1967)
  13. Dədə Qorqud (film, 1975)
  14. Dəli Kür (film, 1969)
  15. Dənizə çıxmaq qorxuludur (film, 1973)
  16. Dərviş Parisi partladır (film, 1976)
  17. Əhməd haradadır? (film, 1963)
  18. Ən vacib müsahibə (film, 1971)
  19. General (film, 1970)
  20. Günlərin Bir Günü (1976)
  21. Hədiyyə (film, 1974)
  22. Həyat bizi sınayır (film, 1972)
  23. İnsan məskən salır (film, 1967)
  24. İstintaq (film, 1979)
  25. İstintaq davam edir (film, 1966)
  26. İyirmialtılar (film, 1966)
  27. Qara daşlar (film, 1956)
  28. Qaraca Qız (1966)
  29. Qatır Məmməd (film, 1974)
  30. Qəribə adam (film, 1979)
  31. Qəribə əhvalat (film, 1960)
  32. Qızıl qaz (film, 1972)
  33. Liftçi Qız (1966)
  34. Matteo Falkone (film, 1960)
  35. Mən ki gözəl deyildim (film, 1968)
  36. Möcüzələr adası (film, 1963)
  37. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
  38. Nəsimi (film, 1973)
  39. O qızı tapın (film, 1970)
  40. Od içində (film, 1978)
  41. ömrün ilk saatı (film, 1973)
  42. Poçt qutusu (film, 1967)
  43. Sehrlənmiş küpə (film, 1979)
  44. Sehrli xalat (film, 1964)
  45. Səhər (veriliş, 1995)
  46. Sən niyə susursan? (film, 1966)
  47. Skripkanın sərgüzəşti (film, 1972)
  48. Şərikli çörək (film, 1969)
  49. Telefonçu qız (film, 1962)
  50. Toral və Zəri (film, 1979)
  51. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  52. Tütək səsi (film, 1975)
  53. Uşaqlığın son gecəsi (film, 1968)
  54. Uzaq sahillərdə (film, 1958)
  55. Var olun, qızlar... (film, 1972)
  56. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
  57. Yeddi oğul istərəm... (film, 1970)
  58. Yenilməz batalyon (film, 1965)

Link to comment
Share on other sites

Əliabbas Qədirov

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar Əliabbas Qədirov Əliabbas Qulu oğlu Qədirov Eliabbas_Qedirov_%28Min_Birinci_Soz_%281997%29%29.JPG

"Min birinci söz" filmindən kadr Doğum tarixi: 13 fevral 1946-cı il Doğum yeri: Bakı Vəfatı: 8 mart 2006-cı il (60 yaşında) Vəfat yeri: Bakı Peşəsi: aktyor

Qədirov Əliabbas Qulu oğlu — azərbaycanlı aktyor.

[redaktə / تحریر] Həyatı

Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda dünyaya gəlib. M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda – Mehdi Məmmədovun kursunda təhsil alıb (1964-1969). 1970-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Bir çox televiziya və radio tamaşalarında, kinofilmlərdə rəngarəng obrazlar yaradıb. Televiziyada "Komediyalar aləminə səyahət" verilişinin ilk aparıcısı olub. Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri işləyib.

Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. "Sevinc buxtası" filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb (1978). Əməkdar artist (1982), xalq artisti (1989) adlarını alıb, "Qızıl dərviş" mükafatı laureatı (1997) olub, "Şöhrət" ordeni ilə təltif edilib.

2006-ci il mart ayının 8-də leykemiya xəstəliyindən vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

[redaktə / تحریر] Filmoqrafiya

  1. Ağasadıq Gəraybəyli (film, 1974)
  2. Alman klinikasına şəxsi səfər (film, 1988)
  3. Babək (film, 1979)
  4. Bakıda küləklər əsir (film, 1974)
  5. Bir ailəlik bağ evi (film, 1978)
  6. Birisigün, gecəyarısı... (film, 1981)
  7. Bizim küçənin oğlanları (film, 1973)
  8. Bizim qəribə taleyimiz (film, 2005)
  9. Burulğan (film, 1986)
  10. Cin mikrorayonda (film, 1985)
  11. Dədə Qorqud (film, 1975)
  12. Dərviş Parisi partladır (film, 1976)
  13. Doğma sahillər (film, 1989)
  14. Dörd bazar günü (film, 1975)
  15. Duel (film, 1995)
  16. Durnalar qayıtdı (film, 2003)
  17. Əla kəsici (film, 1975)
  18. Əqrəb (film, 1972)
  19. Evin kişisi (film, 1978)
  20. Evlər yıxanım mənim!!. (film, 1974)
  21. Əzablı yollar (film, 1982)
  22. Gəmi saatının sirri (film, 1983)
  23. Gözlə məni (film, 1980)
  24. Güllələnmiş heykəllər (film, 2002)
  25. Haray (film, 2004)
  26. Həyat bizi sınayır (film, 1972)
  27. Heydər Əliyev və Azərbaycan rabitəsi (film, 2003)
  28. İşarəni dənizdən gözləyin (film, 1986)
  29. Köhnə bərə (film, 1984)
  30. Küçələrə su səpmişəm (film, 2004)
  31. Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
  32. Min birinci söz (film, 1997)
  33. Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
  34. Müsafir (film, 2001)
  35. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
  36. Od içində (film, 1978)
  37. ömrün İlk Saatı (1973)
  38. ömrün səhifələri (film, 1974)
  39. ömrün yuxuları (film, 2001)
  40. Onun bəlalı sevgisi (film, 1980)
  41. özgə ömür (film, 1987)
  42. Park (film, 1984)
  43. Prima (film, 1992)
  44. Qara gölün cəngavərləri (film, 1984)
  45. Qeybdən gələn səs (film, 2002)
  46. Qızıl uçurum (film, 1980)
  47. Qocalar, qocalar... (film, 1982)
  48. Saqqallı binalar (film, 1990)
  49. Sən həmişə bizimləsən (film, 1997)
  50. Sevinc buxtası (film, 1977)
  51. Şeytan göz qabağında (film, 1987)
  52. Sonuncu şahid (film, 2004)
  53. Şuşa (film, 2001)
  54. Şuşa yolu... (film, 2002)
  55. Toya dəvətnamə (film, 1973)
  56. ürək... ürək... (film, 1976)
  57. Xatirələr sahili (film, 1972)
  58. Yaramaz (film, 1988)
  59. Yataqda siqaret çəkməyin (film, 1986)
  60. Yeddi oğul istərəm... (film, 1970)
  61. Yol əhvalatı (film, 1980)
  62. Yüz qramın qiyməti (film, 1975)

Link to comment
Share on other sites

Əli Zeynalov

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar ƏLİ ZEYNALOV 200px-%C6%8Fli_Zeynalov.JPG Peşəsi: Aktyor

Əli Yusif oğlu Zeynalov - Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan.

[redaktə] Həyatı

Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib. İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib. Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. - Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? - Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim." Azərbaycan xalq artisti (1964), Ermənistan əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965) Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.

[redaktə] Filmoqrafiya

  1. Axşam konserti (film, 1948)
  2. Aygün (film, 1960)
  3. Bəxtiyar (film, 1955)
  4. Bir qalanın sirri (film, 1959)
  5. Birisigün, gecəyarısı... (film, 1981)
  6. Bizim küçə (film, 1961)
  7. Bizim qəribə taleyimiz (film, 2005)
  8. Dağlarda döyüş (film, 1967)
  9. Əsl dost (film, 1959)
  10. Gənc metallurqlar (film, 1956)
  11. Görüş (film, 1955)
  12. Gümüşgöl əfsanəsi (film, 1984)
  13. Həyat bizi sınayır (film, 1972)
  14. Xoşbəxtlik qayğıları (film, 1976)
  15. İstintaq davam edir (film, 1966)
  16. İyirmialtılar (film, 1966)
  17. Köhnə bərə (film, 1984)
  18. Köhnə Dəbli Komediya (tv tamaşa)
  19. Kölgələr sürünür (film, 1958)
  20. Qanun naminə (film, 1968)
  21. Qara daşlar (film, 1956)
  22. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  23. Qəribə əhvalat (film, 1960)
  24. Leyli və Məcnun (film, 1961)
  25. Mən ki gözəl deyildim (film, 1968)
  26. Möcüzələr adası (film, 1963)
  27. Mollanın sərgüzəşti (film, 1960)
  28. O olmasın, bu olsun (film, 1956)
  29. Onun böyük ürəyi (film, 1958)
  30. Poçt qutusu (film, 1967)
  31. Romeo mənim qonşumdur (film, 1963)
  32. Səhər (film, 1960)
  33. Səhər (veriliş, 1995)
  34. Telefonçu qız (film, 1962)
  35. Uşaqlığın son gecəsi (film, 1968)
  36. Uzaq sahillərdə (film, 1958)
  37. üzeyir ömrü (film, 1981)
  38. üzü küləyə (film, 1977)
  39. Vaqif (film, 1968)
  40. Yenilməz batalyon (film, 1965)

Link to comment
Share on other sites

Tariyel Qasımov

Vikipediya, açıq ensiklopediya

Keçid et: naviqasiya, axtar TARİYEL QASIMOV Tariyel İsgəndər oğlu Qasımov 200px-Tariyel_Qas%C4%B1mov.jpg Doğum tarixi: 4 fevral 1939-cu il (73 yaş) Doğum yeri: Ağstafa, Köçəsgər kəndi Peşəsi: Aktyor

Aktyor

Mündəricat

[gizlə]

[redaktə] Həyatı

Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. Məzun olduqdan sonra (1964) Gənc Tamaşaçılar Teatrını seçib. 2 il burada işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Türkmənfilm, Tacikfilm, özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), “Qızıl rəngi” (1975, Türkmənfilm), “çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, özbəkfilm), “Həyatın mənası” (1983, özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard). Əməkdar artist (1979), xalq artistidir (1991).

[redaktə] Filmoqrafiya

  1. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Həsən
  2. Axırıncı aşırım (film, 1971)
  3. Babək (film, 1979)
  4. Bizim küçənin oğlanları (film, 1973)
  5. çilidə Gecə (1982, Mosfilm)
  6. Dağ Meşəsindən Keçərkən... (1964)
  7. Dairə (film, 1989)
  8. Dədə Qorqud (film, 1975)
  9. Doğma sahillər (film, 1989)
  10. Əlvida, yaşıl yay (1983, özbəkfilm)
  11. Gənclik Macərası (teletamaşa)
  12. Gilas ağacı (film, 1972)
  13. Həyat, sən kiminsən? (film, 1972)
  14. Həyatın mənası (1983, özbəkfilm)
  15. Hökm (film, 1994)
  16. Hörmətli alim yoldaşlar (film, 1971)
  17. Xüsusi vəziyyət (film, 1986)
  18. İstintaq (film, 1979)
  19. İşarəni dənizdən gözləyin (film, 1986)
  20. Qatır Məmməd (film, 1974)
  21. Qəzəlxan (film, 1991)
  22. Qızıl rəngi (1975, Türkmənfilm)
  23. Qızıl qaz (film, 1972)
  24. Qocalar (film, 2008)
  25. Qorxma, mən səninləyəm (film, 1981)
  26. Liftçi Qız (1966)
  27. Məhkumlar (film, 2007)
  28. Nəsimi (film, 1973)
  29. Odlu Yollarla (1981, özbəkfilm)
  30. Ovsunçu (film, 2003)
  31. özgə ömür (1987)
  32. Rüstəm və Söhrab (1969, Tacikfilm)
  33. Sahib (1983, özbəkfilm)
  34. Sahilsiz gecə (film, 1989)
  35. Sonuncu dərviş (2009)
  36. Sonya raport verir (1983, Almaniya)
  37. Sürəyya (film, 1987)
  38. Şeytan göz qabağında (film, 1987)
  39. Unudulan adam (film, 1987)
  40. Vulkana doğru (film, 1977)

Link to comment
Share on other sites

Hamlet XanızadəAzərbaycan kino sənətində öz imzasını qoymuş sənətkar, Azərbaycanın əməkdar artisti.

Mündəricat

[gizlə]

[redaktə] Həyatı

Hamlet Xanızadə 1941-ci ildə doğulmuşdu. Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Burada orta təhsil almışdı və atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. Müharibənin dəhşətli ağrılarını hələ körpəliyində çəkən bu uşağın taleyində çox şeylər ağrılı olmuşdu. Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə gəlmişdi. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı. Bilmirəm ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil olub. Bircə onu bilirəm ki, bu sənəti sidq ürəkdən sevirdi və ilk rolu da, heç şübhəsiz, bu sevgi ruhunda yaradılmışdı.

çox tamaşalarda oynayıb. Onların adlarını sadalamaqla qurtaran deyil. Tərəf-müqabilləri də ki, səhnəmizin "ulduz"ları olmuşdu. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarla müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Bu teatr onun üçün həm də məktəb idi. Hünərin nə idi ki, belə sənətkarların qarşısında nəyi isə səhv edəsən, nəyi isə nəzərdən qaçırasan. Hamlet Xanızadə burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar. Hamlet haqqında düşünəndə ilkin olaraq yadıma Topal Teymur düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun yaratdığı Topal Teymurun qəddar görkəmi uzun zaman gözlərim qarşısından çəkilmir. Aktyor bu obrazın ifası üçün elə orijinal üslub seçib ki, istər-istəməz tamaşaçıda şər əməllərə nifrət hissi doğurur.

Bir də "Nəsimi" filmindəki Topal Teymuru xatırlayın. Yusif Vəliyevin yaratdığı həmin obrazla H.Xanızadənin qəhrəmanını müqayisə edəndə oxşar əlamətlər olduğunu necə də aydın hiss etmək olur. Doğrudan da, bizim aktyor sənətimizdə çox böyük nəhənglər yetişib. Yaxşı ki, kinomuz, televiziyamız olub və hər iki sahədə yüzlərlə aktyorumuzun bizə ərmağan etdiyi əsərlər yaşayır və onlar Azərbaycanın çox qiymətli milli-mənəvi sərvətinə çevrilib.

"Dəli yığıncağı", "İblis", "ölülər" və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar olub. Hər dəfə səhnəyə çıxanda tamaşaçı alqışlarının ardı-arası kəsilməzdi.

Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağın"da Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktoru böyük sənətkar məharəti ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynamışdı.

Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını xatırlayırsınızmı? Gəray bəyin "vuran əli" olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarır. Hamlet qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırır. Hamlet kinonu da çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənmişdi. Filmlərə tez-tez çəkirdilər onu. Hərdən dublyaja, "Mozalan"a da dəvət edirdilər. Enerjili insan idi. İşləmək onu heç vaxt yormazdı. Təki ürəyincə olan, daha doğrusu, ona "yaraşan" rollar olsun. İlk dəfə "O qızı tapın" filmində kinorejissor Həsən Seyidbəyli çəkmişdi onu. Oynadı, özünü təsdiq etdi. Sonra isə kinorejissor Kamil Rüstəmbəyov Hamleti "Axırıncı aşırım" filmində çəkdi. Kərbəlayı İsmayılı yola gətirmək üçün Abbasqulu bəylə birgə Qarabağlar kəndinə yollanan Talıbov Qəmlonun qəzəbinə düçar olur. Talıbov qorxmaz, igid, insan taleyinə biganə qalmayan qəhrəmandır. Aktyorun Kərbəlayının qəbulunda o qorxunc anlardakı simasını xatırlayırsınızmı. çox istedadla yaradılıb bu səhnələr. Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası idi.

Amma İmaş ("Arxadan vurulan zərbə") tamam başqa ampluada işlənmiş bir qəhrəmandır. O, həyatın çətinliklərini görüb başı daşdan-daşa dəyib. Həbsxana həyatı da yaşayıb. Baş verən ən kiçik cinayətlərdə belə onun adı hallanır. Amma Qəmərlinskinin öldürülməsindən onun xəbəri yoxdur. Bacısı da bir tərəfdən onun ovqatını korlayır. Xoşu gəlməyən bir nəsildən olan Fazili sevir. Bu mürəkkəb hadisələr fonunda onun xarakteri açılır. Hamlet bu epizodları elə istedadla, məharətlə ifa edir ki, tamaşaçı əsl aktyor sənətinin şahidinə çevrilir və onu sevməyə bilmir. Əyninə sırıqlı geymiş bu oğlanın taleyinə heç kəs biganə qala bilmir. "Axırıncı aşırım"da isə onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla yaratmışdı. Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəmanlar səviyyəsinə çatdırır. Hamletin bu filmdəki rolu kinomuzun çox maraqlı qəhrəmanlarındandır. Xəlifə Mötəsimi isə "Babək" filmində yaratmışdı. Bu tarixi filmdə onun ifa etdiyi rol o qədər böyük olmasa da, hadisələrin ümumi gedişinə təsir göstərən tarixi simadır. Hamlet onu uğurla yaradıb, sevdirib bizlərə. Və nəhayət, "Qətl günü" filmindəki Sədi Əfəndi. Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir, elə özü sevdiyi kimi. Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış "Qətl günü" filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazıdır. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir. Müasir mövzuda çəkilmiş "Yaramaz"da (rejissor V. Mustafayev) zavod direktorunu oynayır. Bu obrazla aktyor müasir rolların da gözəl ifaçısı olduğunu bir daha təsdiq edir.

Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.

Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.Hamlet Xanızadə ömrünün son günlərinə qədər işləyirdi. özü də həvəslə, yorulmadan işləyirdi. 1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu. Həmin il fevralın 22-də. Hətta şəhidlərimizin 40-nı görmək belə ona qismət olmadı.Hamlet Xanızadə çox həssas insan idi. Millətin, xalqın qeyrətini çəkən, onun yolunda ölümə belə getməyə hazır olan aktyor 20 Yanvar faciəsinin qurbanı oldu. Onu Şəhidlər Xiyabanında dəfn etmədilər, doğma kəndlərinin qəbiristanlığında torpağa tapşırdılar.Hər dəfə Hamlet Xanızadənin çəkildiyi filmlərə tamaşa edəndə bu qəribə taleli insanın böyük sənətinə qibtə edirsən. Onun qəhrəmanları onu bu xalqın sənət tarixində əbədiləşdirib. Hamletin əziz xatirəsi heç zaman sənətsevərlərin yaddaşından silinməyəcək.

[redaktə] Filmoqrafiya

  1. Axırıncı aşırım (film, 1971)
  2. Alman klinikasına şəxsi səfər (film, 1988)
  3. Araqarışdıran (film, 1987)
  4. Arxadan vurulan zərbə (film, 1977)
  5. Aşkarsızlıq şəraitində... (film, 1986)
  6. At kimə lazımdır? (film, 1987)
  7. Avqust gələndə (film, 1984)
  8. Babək (film, 1979)
  9. Bayquş gələndə (film, 1978)
  10. Bir cənub şəhərində (film, 1969)
  11. Bir daha keyfiyyət barədə (film, 1987)
  12. Bir səfərin izilə (film, 1980)
  13. Bircəciyim (film, 1986)
  14. Birisigün, gecəyarısı... (film, 1981)
  15. Bizim Cəbiş müəllim (film, 1969)
  16. Burulğan (film, 1986)
  17. Cansıxıcı əhvalat (film, 1988)
  18. Dağlarda döyüş (film, 1967)
  19. Dədə Qorqud (film, 1975)
  20. Dərd çox... (film, 1988)
  21. Doğma sahillər (film, 1989)
  22. Əlavə iz (film, 1981)
  23. Əmək və qızılgül (film, 1962)
  24. Ən vacib müsahibə (film, 1971)
  25. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  26. Əzablı yollar (film, 1982)
  27. Gəmi saatının sirri (film, 1983)
  28. Gözlə məni (film, 1980)
  29. Günah (film, 1989)
  30. Haray (film, 1989)
  31. Heyif siqnalından (film, 1978)
  32. Həyat bizi sınayır (film, 1972)
  33. Xəstəlik mənbəyi (film, 1988)
  34. Xüsusi vəziyyət (film, 1986)
  35. İmtahan (film, 1987)
  36. İnsan məskən salır (film, 1967)
  37. İstintaq davam edir (film, 1966)
  38. İşarəni dənizdən gözləyin (film, 1986)
  39. Köhnə bərə (film, 1984)
  40. Küləyapardı (film, 1986)
  41. Qanlı zəmi (film, 1985)
  42. Qatarda (film, 1981)
  43. Qatır Məmməd (film, 1974)
  44. Qayıdış (film, 1992)
  45. Qəm pəncərəsi (film, 1986)
  46. Qərib cinlər diyarında (film, 1977)
  47. Qətl günü (film, 1990)
  48. Qızıl uçurum (film, 1980)
  49. Qorxma, Mən Səninləyəm (1981)
  50. Meşə xəlvət... (film, 1988)
  51. Mirzə Kazım bəy (film, 1983)
  52. Möcüzələr adası (film, 1963)
  53. Nəticə (film, 1988)
  54. Nizami (film, 1982)
  55. Növbənöv... (film, 1988)
  56. O qızı tapın (film, 1970)
  57. Od içində (film, 1978)
  58. özgə ömür (film, 1987)
  59. Pirverdinin xoruzu (film, 1987)
  60. Səhər (veriliş, 1995)
  61. SOS (film, 1988)
  62. Süd dişinin ağrısı (film, 1987)
  63. Şeytan göz qabağında (film, 1987)
  64. Şəhərli biçinçilər (film, 1986)
  65. Şikayətçilər... (film, 1987)
  66. Topal Teymur (film, 1983)
  67. Torpaq dəniz od səma (film, 1967)
  68. üzeyir ömrü (film, 1981)
  69. Varlığa nə darlıq (film, 1987)
  70. Vətəndaş sərnişinlər... (film, 1971)
  71. Vulkana doğru (film, 1977)
  72. Yalançını evinəcən qovarlar (film, 1981)
  73. Yaramaz (film, 1988)
  74. Yarımçıq təsərrüfatlar (film, 1988)
  75. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
  76. Bahar əyləncələri (film, 1989)
  77. Yeddi oğul istərəm... (film, 1970)
  78. Yenilməz batalyon (film, 1965)
  79. Yol əhvalatı (film, 1980)

Link to comment
Share on other sites

ceyhunmirzeyevv1.jpgceyhun-mirzeyev7.jpg

Ceyhun Mirzəyev

Həyatı

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə Çalışıb. Assistent də olub, rejissor köməkÇisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də Çəkib. "Mozalan" satirik kinojurnalı üÇün süjetlər Çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaÇılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heÇ olmasa filmin premyerasında iştirak etsin. Studiyada Çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə Çatdırıldı. Ceyhun Mirzəyev 1994-cü ildə vəfat edib.

[redaktə / تحریر]Filmoqrafiya

Ceyhun Mirzəyevi unutmaq günah olar. Çox heyif ki, dünyasını tez dəyişdi, yoxsa o hələ Çox yaddaşlara həkk olunan obrazlar yaradacaqdı rroza.gifrroza.gif

Link to comment
Share on other sites

Və əlbəttə ki, səhnəmizin qaynanasını bura yazmasaq da onu unudan kimsənin olmasına inanmıram.

300px-N%C9%99sib%C9%99_Zeynalova.jpg

Həyatı

Azərbaycan teatrsevərləri arasında "qaynana" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıdadoğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi.1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

[redaktə]Yaradıcılığı

Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi

  • Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli),
  • Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), * Zivər xanım ("Məhəbbət gülü",

türamən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov),

  • Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət),

  • Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev),

  • Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın

  • Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
  • Nargilə ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov),
  • Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov),
  • Məsmə ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
  • Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov),
  • Tükəz ("Hacı Qara". Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi və bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),

  • Tərlan ("ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət Əmirov),
  • Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Nərimanov),
  • Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev),
  • Münəvvər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
  • Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev),
  • Şölə xanım, Xeyransa, Matan ("özümüz bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov),
  • Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov),
  • Cəhri xala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
  • Əsınət ("Ev bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova),
  • Cənnət xala ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov),
  • Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov),
  • Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev),
  • Rəxşəndə ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov),
  • Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov),
  • Cəlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov),
  • Səltənət ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov),
  • Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),
  • Nazxanım ("Nazxanım naz eləyir" Məhərrəm Əlizadə və Nazim Əliverdibəyov),

  • Güləndam ("Qonşumuzda bir oğlan var", Məhərrəm Əlizadə və Ramiz Mustafayev),
  • Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir Məmmədov və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),
  • Ballı ("Qızıl toy", Ramiz Heydər və Oqtay Kazımov),
  • Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) rollarının əvəzsiz ifaçısı sayılır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Link to comment
Share on other sites

Mən onsuz da hər gün bu mövzularda 90 dəqiqə mühazirə dinləyirəm :) aktyorlar haqqında maraqlı faktlar qeyd edərdim, amma elə faktlar bilirəm ki, kim haqqındasa yazsam, dərhal qohum-əqrəbası tökülüşəcək üstümə :)

Link to comment
Share on other sites

Nodar Şaşıqoğlu

Doğum tarixi: 23 aprel, 1927

Əmisi, böyük aktyor ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Yəni aktyorluq bizim ailəyə xas bir sənətdir. Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.

Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. "Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər." "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkildim. Yeri gəlmişkən, Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən razı qalmışam.

- Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Reyissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam əlindən yer olmurdu. çox çətin idi. Azərbaycan.SSR xalq artisti (1983). Azərbaycan və Rusiyanın xalq artistidir. B.V.Şşükin ad. Moskva şəhərinin teatr-məktəbində savad almışdır. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, Leninqradın A.S.Puşkin ad. teatrda aktyor işləyib. "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarda işləyib. M.Şaşiq-oğlu teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik traqediyalar"), Sirano (E.Rostan "Sirano de Bercerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc" , Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb. 2003-cü ildən M.Şaşiq-oğlu S.Vurğun ad. Rus Dram teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.çexov "çayka"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazları parlaq ifa edir.

Filmoqrafiya

  1. Onun böyük ürəyi (film, 1958)
  2. Uzaq sahillərdə (film, 1958)
  3. Əsl dost (film, 1959)
  4. Matteo Falkone (film, 1960)
  5. Səhər (film, 1960)
  6. Bizim küçə (film, 1961)
  7. Leyli və Məcnun (film, 1961)
  8. Telefonçu qız (film, 1962)
  9. De ki, məni sevirsən! (film, 1977)
  10. Sevinc buxtası (film, 1977)
  11. Rənglərdə yaşayan kino (veriliş, 2009)

Link to comment
Share on other sites

  • 4 months later...

Dünən ən çox sevdiyim iki SƏNƏTKAR Akif İslamzadə Rasim Balayevin doğum günü idi. Gecdə olsa, hər iki sənətkarı təbrik edirəm, onlara can sağlığı arzu edirəm! Nə yaxşı ki, Azərbaycan xalqının fəxr olunası belə gözəl insanları, belə gözəl sənətkarları var!

rroza.gifrroza.gifrroza.gif

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 42 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 29 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 100 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Haha
      • 705 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...