Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Muğam


Консуэло

Recommended Posts

Bu qəzəllə bağlı bir məqalə oxudum, istədim burda da yerləşdirim smile.png

Hacıbaba müəllim sözünün yerini bilən, hansı sözü hansı məqamda dilə gətirməyi, hansı şəraitdə susmağın daha məsləhət olduğunu yaxşı hiss edən bir insan idi.

Təsadüf elə gətirir ki, tez-tez dəvət edildiyi Nardaran toylarından birində bir nəfər cibindən qəzəl çıxarıb verir Hacıbabaya, vərəqin üstünə xələtini də qoyur və "bunu oxu" deyir.

Hacıbaba ustad danışırdı ki, sifariş verilmişdi, yerinə yetirməliydim. Bu, toydur, bu meydandasansa, bu meydanın oyun qaydalarına da əməl etməyə hazır olmalısan. Amma şeiri verən məni istəyən adam deyildi və o şeiri də mənə məqsədlə vermişdi. Nardaran 

Yox, sənəm, anlamadım, səhvimi iqrar edirəm,

Buraxıb dinimi mən din-i Məsihayə gəlim?

Sən mənim dinimə gəl! İczilə xatircəm elə,

Mən də öz əhdim ilə aləm-i sevdayə gəlim.

Sən gedib Hacı kimi eşq büsatında otur,

Pir-i meyxanə ilə mən də o məvayə gəlim.

Pari xanim siz  bu əhvalati bilməyinizlə məni heyrətləndirdiz.Hacibaba ilə babam dost olublar.Bu toyda babam və atamda iştirak ediblər.Bu əhvalati atamdan dəfələrlə eşitmişəm.Bütün muğam ifaçilari bu kəndlə bağli maraqli xatirələri var.Muğamda zəif olan ifaçilar Nardaran kəndində gəlib muğam oxumaqa çəkiniblər.Kənd əhalisi muğami yaxşi bilib,az da olsa hami muğami zümzümə edib onun xirdaliqlarini bilib.

Sizdə bu əhvalatinizla məni keçmişə apardiz.rroza.gif rroza.gif Eh nastolgiya.

Link to comment
Share on other sites

Pari xanim siz  bu əhvalati bilməyinizlə məni heyrətləndirdiz.Hacibaba ilə babam dost olublar.Bu toyda babam və atamda iştirak ediblər.Bu əhvalati atamdan dəfələrlə eşitmişəm.Bütün muğam ifaçilari bu kəndlə bağli maraqli xatirələri var.Muğamda zəif olan ifaçilar Nardaran kəndində gəlib muğam oxumaqa çəkiniblər.Kənd əhalisi muğami yaxşi bilib,az da olsa hami muğami zümzümə edib onun xirdaliqlarini bilib.

Sizdə bu əhvalatinizla məni keçmişə apardiz.rroza.gif rroza.gif Eh nastolgiya.

 

Rəhmətlik Hacıbaba müəllim vaxtı ilə bizim də kiçik şənlik məclislərimizə gəlirdi )) Atamın ən sevdiyi xanəndələrdən idi. Bir onu, bir də Əlibaba müəllimi çox sevirdi. 

Allah rəhmət etsin. Həqiqətən də gözəl və əvəzolunmaz sənətkar idi. Əlibaba müəllimə isə can sağlığı versin.

 

Nə yaxşı "itib-batmış" bu maraqlı mövzularımızı yenidən canlandırırlar.

Edited by Pari***
Link to comment
Share on other sites

Rəhmətlik Hacıbaba müəllim vaxtı ilə bizim də kiçik şənlik məclislərimizə gəlirdi )) Atamın ən sevdiyi xanəndələrdən idi. Bir onu, bir də Əlibaba müəllimi çox sevirdi. 

Allah rəhmət etsin. Həqiqətən də gözəl və əvəzolunmaz sənətkar idi. Əlibaba müəllimə isə can sağlığı versin.

 

Nə yaxşı "itib-batmış" bu maraqlı mövzularımızı yenidən canlandırırlar.

 

Hacıbaba  super  idi ...  Ən çox sevdiyim muğam ustası idi . Həm də çox xarizmatik şəxsiyyət idi ... 

 

http://www.youtube.com/watch?v=xKKUnxrad80

Link to comment
Share on other sites

7-sini də vaxtında ifa etmişəm. Ən xoşladıqlarım Bayatı-Şiraz, Bayatı Qacar və Şüştərdi. Burda lad məsələsi var. Muğam ərəblərdə də var, farslarda da. İndi kimdən kimə keçdiyini dəqiq deyə bilməyəcəm, ancaq bu janr bu üç millətin monopoliyasında) Lad fərqləri var ortada. Türklərdə türk sanat müzigi deyilən bir şey var, muğama oxşayır. İndi televizyada gördüyünüz gənc ifaçılar mənlə paralel oxuyublar musiqi kollecin. Babək Niftəliyev biznən eyni illərdə oxuyub. Əlibaba müəllimin ansamblında zapislərdə olmuşam dəfələrlə. İndi muğam oxuyanlar çoxdu, ancaq yaxşıları çox azdı. Mənim bugünə kimi ən bəyəndiklərim Mənsum İbrahimovnan Könül Xasıyevadır. O vaxt kasetleri var idi məndə. Ordakı mahnıları trio ilə olduğu kimi ifa eliyirdim, stillərin kopyalamışdım )) Mənsumun Məcnun rolu oynadığı Leyli və Məcnuna baxmısınızsa, onun necə sənətkar olduğunu görə bilərsiniz.

Link to comment
Share on other sites

Əvəllər bu janra çox da qulaq asmazdım,daha doğrusu ustünlük verməzdim.(Çox qəribədir ki,anamda da  eyni hal olmuşdur) Amma indi  her dəfə bu musiqini dinləyəndə kədərlənirəm, keçmiş gözümün önündə canlanır, yaddaşım təzələnir sanki. Özümü özümə tanıdır,kim oluğumu xatırladır,kökümə qaytarır elə bil.

Bu musiqidə əsrarəngiz olan nə isə var və o nə vaxtsa özünə bağlayır hər kəsi.Əminəm ki, bu mənəvi dəyər genetik yaddaşımızdadır ki, bizi  belə ovsunlayır,ruhumuzu oxşayır...

Link to comment
Share on other sites

Hacıbaba  super  idi ...  Ən çox sevdiyim muğam ustası idi . Həm də çox xarizmatik şəxsiyyət idi ... 

 

http://www.youtube.com/watch?v=xKKUnxrad80

 

 

+1 təşəkkürlər ))

 

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

Damənindən yapışıb mən də kəlisayə gəlim.

Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,

Ya ki, təlim elə, mən məzhəb-i İsayə gəlim.

 

 

Bu qəzəli tapa bilmirəm Hacıbaba müəllimin ifasında çox heyf ((

Link to comment
Share on other sites

  • 1 month later...

Mən də çox sevirəm muğamı, əsas da Hacıbaba Hüseynovu dinləyəndə xüsusi zövq alıram. Bir muğamı da var Şəhriyarın sözləridir:

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

Damənindən yapışıb mən də kəlisayə gəlim.

Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,

Ya ki, təlim elə, mən məzhəb-i İsayə gəlim.

Ən çox sevdiyim ifasıdır.

Əslində şerin ilk misrası belədir:

 "Yeri,tərsa balası,mən də sənə sayə gəlim."

"Getmə" olanda məna pozulur.

Link to comment
Share on other sites

Muğam dəsgahlarının və insan həyatının şərti-sxematik müqayisəsi və psixoloji təhlil

Tarixi mənbələrdə yazıldığına görə Şərq musiqisi 12 muğamdan-Rast,Üşşaq,Nəva,Busəlik(Əbu Salik də deyilir),Əraq,İsfahan,Zirəfkənd,Bozork,Zəngulə,Hüseyni,Rəhavi və Hicazdan ibarət olmuşdur. Üzeyir bəyin yazdığına görə bu möhtəşəm musiqi sarayı, tarixin gedişatında,siyasi-iqtisadi səbəblərdən parçalanıb dağılmış və şərq xalqları hərəsi bu sarayın dağılmış müəyyən parçalarını özünəməxsus şəkildə mənimsəyərək öz milli musiqisini yaratmışdır.Azərbaycan xalqı da bu bünövrə üzərində öz milli musiqisini-Azərbaycan muğamını yaratmışdır. Müəyyən tarixi təbəddülatlara uğrayaraq,hal-hazırda Azərbaycan muğamı 7 əsas muğamdan(laddan) Rast,Şur,Çahargah,Segah,Bayatı-Şiraz,Şüştər və Humayundan ibarətdir.
Muğamların kompozosiya quruluşunu araşdırdıqda sanki onun insan həyatı ilə eyniliyini müşahidə edirik.Aşağıdakı sxemlərdə şərti olaraq muğamın və insan həyatının mühüm göstəricilər üzrə müqayisəsi verilmişdir.Bunları diqqətinizə çatdırmağa çalışacağam.
-----------------------------------------------------------------------------------------------------------------------
İ İnsan həyatı.-------------------------------------------------------- İİ Muğam dəstgahı.-------------------------------

1 Alın yazısı (təqdir)-------------------------------------------------1 Dəraməd (bütün tonallıqları əhatə edir)

2 Doğuluş---------------------------------------------------------- -----2 Bərdaşt--------------------------------------------
3 Ardıcıllaşan pozitiv, neqtiv ömür dönəmləri ----------------3 Ardıcıllaşan larqo,alleqro templər sırası
4 Kulminasiya (məşhurluq səviyyəsi)-------------------------- 4 Kulminasiya (ən yüksək tonallıq)-----------
5 Ölüm (torpağa qayıdış)--------------------------------------------5 Kadensiya (əyaq,mayəyə qayıdış)----------
----------------------------------------------------------------------------------------------------------
Nəzərə almaq lazımdır ki,alın yazısı insan həyatının qeyri-ixtiyari dönəmlərini əhatə etdiyi halda, insan iradə azadlığına da malikdir.Muğam dəstgahında da belədir.İfaçı muğamın çərçivəsi-lad sistemi daxilində azaddır ki,bu da improvizə adlanır.Yəni,alın yazısını, bir növ, insanın lad sistemi,iradə azadlığını isə improvizə adlandıra bilərik.Və əksinə də adlandırmaq mümkündür.Lad sistemi muğamın "alın yazısı",improvizə isə muğamın "iradə azadlığı"dır. İnsan həyatının 3-cü sırada göstərilən pozitiv-neqativ dönəmlərini (sxemdə bunlar +,- işarələri ilə göstərilmişdir) istənilən keyfiyyət sırası ilə vermək olar: xeyir-şər və ya həzz-
iztirab,yaxud aktiv-passiv,gecə gündüz və s. Qeyd edək ki,insan dünyaya gələrkən(doğuluş) zil səslə çığıraraq,ağlamaqla həyata başladığı kimi,muğamda da başlanğıc(bərdaşt)zil kulminasiya pərdəsi ilə başlanlr.

                                       -------------Muğamın və insanın psixoloji yöndən müqayisəsi.-------------------------
Psixologiya elmindən məlumdur ki,insan psixikasının dinamik xarakteristikası- temperament əsasən 4 tipdə təyin olunur. Hələ qədim yunanlarda bu tiplər---------- sanqvinik,xolerik,fleqmatik və melanxolik adlandırılaraq,guya insan orqanizmindəki 4 maye-qan(sanqvus),öd(xole),qara öd(meleyna xole),selik(fleqma) ilə---------------- əlaqələndirirdilər. Bu mayelərin tarazlığ nisbətindən asılı olaraq yuxarıda deyilən
temperament tipləri seçirdilər. XX-əsrdə isə elmi tədqiqatlar nəticəsində İ.P.Pavlov temperamentin mərkəzi sinir sisteminin fəaliyyəti ilə əlaqədar olduğunu--------------- müəyyənləşdirdi. Nəticədə 4 əsas tip və bunların şaxəsi olan 8 əlavə temperament tipi təyin olundu. (yuxarıdakı 12 muğam bölgüsünə diqqət edin 4+8)Müasir dövrdə də əsasən 4 tip-sanqvinik,xolerik fleqmatik və melanxolik tipləri(yalnız adları---------- saxlanaraq) qəbul olunmuşdur.Pavlov bunları zirək tip, coşğun tip,sakit tip və zəif tip adlandırmışdı.-----------------------------------------------------------------------------------
7 əsas muğam ladını da dinamiklik,məqam -intonasiya baxımından temperament tiplərinə bölmək olar.------------------------------------------------------------------------------
1) Sanqvinik- Çahargah--------------------------------------------------------------------------
2) Xolerik- Rast,Segah---------------------------------------------------------------------------
3) Fleqmatik- Şur,Bayatı Şiraz------------------------------------------------------------------
4) Melanxolik- Humayun,Şüştər----------------------------------------------------------------
Qalan 8 əlavə tiplərə isə digər kiçik həcmli muğamları aid etmək olar. Qeyd etməliyəm ki,bu bölgü şəxsi mülahizələrim əsasında verilmişdir və daha da mükəmməl bölgü ola bilər.-----------------------------------------------------------------------
                                   ----------Muğamın insana emosional-psixoloji təsiri haqqında bir neçə söz.-------------
İnsanın Yer üzündə mövcud olduğu ən erkən dövrlərdən bu günə kimi onu həmişə pozitiv-neqativ həyat dönəmləri daima izləmişdir.Gecə-gündüz,isti-soyuq,sevinc-kədər,xeyir-şər,bir sözlə, insana həzz və iztirab verən zaman kəsimləri onunla ekiz doğulmuşdur.Belə ardıcıllaşma nəinki insanın fiziologiyasında,həm də onun psixologiyasında izlərini həkk eləmişdir.Gecə yuxusunu almayan insanın gündüz gümrahlığı olmur.Mütəmadi iztirab ağır depressiv xəstəlik törədir.Belə ziddiyyətli məqamların müntəzəm ardıcıllığı isə insanın fiziki-psixi enerjisini daim qıvraq saxlayır. Bəşəriyyətin yaşı qədər ömrü olan bu məqamlar sanki 30-40 dəqiqəlik bir
musiqi kompozisiyasında-muğamda cəmlənmişdir.Şöbələrin ağır larqo vəya andante
tempi şöbələrarası rənglərin oynaq alleqro tempi ilə əvəz olunduqca yaranan kontrastlıq istər-istəməz insanın sinir sisteminə oyadıcı təsir göstərir. Qeyd etmək lazımdır ki,müxtəlif temperament tipinə mənsub insanlara muğamlar da öz tipindən asılı olaraq təsir göstərir.Məsələn,melanxolik insana Humayun muğamı (rezonans) depressiv təsir edə bilər.Belə insanın sanqvinik muğam Çahargah və ya xolerik muğam Rast dinləməsi daha münasibdir.Günün müxtəlif vaxtlarında da muğamların dinlənilməsinə diqqət yetirmək lazımdır. Səhər tezdən sanqvinik,xolerik muğamların dinlənməsi sinir sisteminin oyanmasına müsbət təsir edər.Əksinə, gecə yuxusuna yaxın bu tip muğamların dinlənilməsi yuxunu qaçıra bilər.------------------------------------------------------------------------------------------

Aşağıdakı sxematik təsvirlərə bax


52bd8b19cbe22.jpg


52bd8b7c5f654.jpg

Link to comment
Share on other sites

Muğam dəsgahlarının və insan həyatının şərti-sxematik müqayisəsi və psixoloji təhlil

....................................................

 

 

Nüsrət ,  təşəkkür edirəm , muğamın çox gözəl  və  son dərəcə orijinal interpretasiyasıdır .  Böyük həvəslə oxudum .  Muğam bilicisisinizsə  sadalaıdığınız  7  muğam ladının kiçik nümunələrini  verə bilsəydiniz , bunları  da sadaladığınız insan temperamentləri və  psixoloji durum , həyat məqamları ilə tutuşdurub , özümüz də müqayisə edərdik )) 

 

Bir də təşəkkür belə gözəl materiala görə .

Edited by Sunyata
Link to comment
Share on other sites

Nüsrət ,  təşəkkür edirəm , muğamın çox gözəl  və  son dərəcə orijinal interpretasiyasıdır .  Böyük həvəslə oxudum .  Muğam bilicisisinizsə  sadalaıdığınız  7  muğam ladının kiçik nümunələrini  verə bilsəydiniz , bunları  da sadaladığınız insan temperamentləri və  psixoloji durum , həyat məqamları ilə tutuşdurub , özümüz də müqayisə edərdik )) 

 

Bir də təşəkkür belə gözəl materiala görə .

Dəyməz,Sunyata! Muğam bilicisi deyiləm,adi həvəskaram.Muğam ladlarının kiçik nümunələri dedikdə not yazısımı,yoxsa xanəndə ifasımı nəzərdə tutduğunuzu anlamadım. Dəqiqləşdirin,zəhmət olmazsa.

Link to comment
Share on other sites

Dəyməz,Sunyata! Muğam bilicisi deyiləm,adi həvəskaram.Muğam ladlarının kiçik nümunələri dedikdə not yazısımı,yoxsa xanəndə ifasımı nəzərdə tutduğunuzu anlamadım. Dəqiqləşdirin,zəhmət olmazsa.

 

Not yazısından başımız çıxmaz ))  Elə xanəndə  ifasında olsa yaxşı olardı  . ( Əziyyət  deyilsə , əlbəttə ) . Təşəkkür !!!

Link to comment
Share on other sites

Not yazısından başımız çıxmaz ))  Elə xanəndə  ifasında olsa yaxşı olardı  . ( Əziyyət  deyilsə , əlbəttə ) . Təşəkkür !!!

http://www.youtube.com/watch?v=qOdh-1nmhps&feature=player_detailpage

Bu videoda 7- muğamın hamısı-Rast,Şur,Gahargah,Humayun,Segah(zabul),Şüştər və Bayatı-Şiraz muğamlarının mayə şöbələri verilmişdir.Zülümov demişkən,hamısını bir yerdə verirəm ki,məsələni elə birdəfəlik qurtarım.))Bir az çox vaxt aparır,amma neyləmək olar.

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 1 month later...
  • 1 month later...
  • 2 weeks later...
  • 2 months later...
  • 3 months later...
  • 3 months later...

Əgər bu da muğamdırsa , həqiqətən bu mahnını çox sevirəm . Və bir çox mahnılarımızı da sevirəm , bu qəbildən olanları , qocaldıqca adam lap çox xoşlayır bu cür mahnıları - muğamımızı sankı ...

http://www.youtube.com/watch?v=4ftKuGOIXSk&feature=related

Halal olsun - ehsen :aappll:  :aappll:  :aappll: 

Link to comment
Share on other sites

  • 3 months later...
  • 6 months later...
  • 1 year later...
  • 2 years later...
  • 3 weeks later...
  • 1 month later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
        • Haha
        • Thanks
        • Like
      • 53 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Downvote
        • Upvote
        • Like
      • 336 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Milli
        • Upvote
        • Sad
        • Like
      • 211 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Like
      • 29 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Facepalm
        • Haha
      • 92 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...