Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

25 rayonun məzunlarının 30-50 faizi attestat ala bilməyib?


HERBERT

Recommended Posts

Bakıdan rayon mərkəzlərinə və kəndlərə doğru təhsilin səviyyəsi aşağı düşür

Kənd yaşayış yerlərində orta məktəbi bitirən məzunlarının ali məktəblərə daxil olma əmsalı paytaxtın uyğun göstəricilərindən 4 dəfə, rayon mərkəzlərinin analoji göstəricilərindən isə 30 faiz aşağıdır.

Lent.az-ın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev “Azərbaycanda təhsil sisteminin mövcud durumu: problemlər və beynəlxalq təcrübə” mövzusunda apardığı hesabatın nəticələrinə dair keçirilən təqdimat mərasimində belə deyib. O qeyd edib ki, 2009-cu ildə ölkə üzrə bütün məzunların 61 faizi əyalətlərdəki orta məktəbləri bitirənlərdir. Ancaq onların ali məktəblərə qəbul olma göstəriciləri cəmi 34 faiz təşkil edib: “Əyalətlərin məzun sayı iri şəhərlərdən az qala 2 dəfə çoxdur. Ancaq iri şəhərlərdən ali məktəblərə daxil olan məzunların sayı regionların eyni göstəricilərindən 2 dəfə yüksəkdir. Öz növbəsində rayon mərkəzləri ilə müqayisədə kənd yerlərində orta təhsilin səviyyəsi daha pisdir”.

Rövşən Ağayev bildirib ki, ötən il Azərbaycanda mövcud olan 3285 orta ümumtəhsil məktəbinin 31 faizindən (hər 3 məktəbdən 1-i) yaxud 1016 orta məktəbdən bir məzun belə, orta məktəbə daxil ola bilməyib. Hətta bəzi rayonlarda fəaliyyətdə olan orta məktəblərin 60-65 faizinin bir məzunu da ali məktəblərə daxil olmayıb.

Attestat ala bilməyənlərin sayına gəlincə, bu sırada üstünlük ölkənin 25 rayonunun məktəblərinin payına düşür. Belə ki, 2009-cu ildə həmin siyahıya daxil olan 25 rayonun bütün məzunlarının 30-50 faizə qədəri attestat ala bilməyib. Heç bir məzunu ali məktəblərə daxil olmayan rayonlar arasında faiz nisbətinə görə ilk 3 yeri Daşkəsən (65,3 faiz), Ağsu (62,8 faiz) və Cəlilabad (57 faiz) tutur.

Elxan SALAHOV

http://www.lent.az/news.php?id=49681
--------------------------------------------------------------------------
Çox biabırçı göstəricilərdir...axı bu bərbad hal üçün kimlərsə cavabdeh olmalıdır? Axı bu 20 ildə biz hansi insan kapitalından danışa biləcəyik? Əgər insan kənddə yaşayir deməli onların aqibəti belə olmalıdır...çox maraqlıdır bizim bu gün yüksək kürsülərdə oturanların əksəriyyəti dünənin kəndçiləridir...mən başa düşə bilmirəm bunlar öz ellilərinə niyə belə biqanədirlər...?....yoxsa özlərini "uje" "qorodskoy" sayırlar...??...
Yadınıza salın ki bizim bütün dahi insanlarımız əyalətlərdə oxuyub başa çatıblar və millətimizin hər bir şəxsinin Konstitusiya Hüqüqudur yaxşı savad alsın... mən başa düşürəm anadan qəlmə səfehlərdə var, ancaq onlar cüzi faiz təşkil edə bilər, daha 30-50 faiz ola bilməz...??

Link to comment
Share on other sites

Həqioqətən dəhşətdir!!!

[b]KİM MƏSULİYYƏT DAŞIYIR?[/b]

Təsəvvürünüaə gətirin hər 3 məktəbdən biri ali məktəbə 1 uşaq belə göndərmiyib. Bəzi rayonların məktəblərindən 65 faizinin bir tələbəsi belə Ali məktəbə girməyib.

Hər halda belə mənzərə ancaq 1-2 Afrika ölkəsində var.

Başqa yerlərdə bir tək belə informasiya həmin ölkədə ciddi səs-küy üçün kifayət edərdi.

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1291208369' post='7803348']
Həqioqətən dəhşətdir!!!

[b]KİM MƏSULİYYƏT DAŞIYIR?[/b]

Təsəvvürünüaə gətirin hər 3 məktəbdən biri ali məktəbə 1 uşaq belə göndərmiyib. Bəzi rayonların məktəblərindən 65 faizinin bir tələbəsi belə Ali məktəbə girməyib.

Hər halda belə mənzərə ancaq 1-2 Afrika ölkəsində var.

Başqa yerlərdə bir tək belə informasiya həmin ölkədə ciddi səs-küy üçün kifayət edərdi.
[/quote]

Siz ölkədən danışırsız, heç bizim forumçularıda görünür bu mövzu maraqlandırmır çox qəribədir mən heçnə başa düşmürəm...? belədə bizim qələcəyimizə laqeyd olmaq olarmı...?

Link to comment
Share on other sites

bu movzu gun erzinde en cox ewitdiyim, muzakire apardigim movzudur..buraxiliw imtahanlarinin merkezlewdirilmiw qaydaya kecirilmesinden sonra, qohumlarimin durmadan daniwidigi movzu attestat movzususdur..tebii ki, men de bu movzuya bigane yanawa bilmirem..yadima bir atalar sozu duwdu-orken ne qeder uzun olsa yene gelib dolanaqdan kecer.. nese bele bir misal var...yəni movzu yene iliwir koke-bir baxin..kend mektebleri ne veziyyetdedir? orda tehsil, tedris az qala dondurulmuw veziyyetdedir..sizce bele bir weraitde hansi kemiyyetden ya keyfiyyetden soz acmaq olar???elbette hec bir!
cunki, (yene atalar sozu deyecem)tisbaga qinindan cixir-qinini beyenmir..eynile bizim rayonlardan, kenlerden gelen telebeler kimi..gelirler iri weherlere..tehsil alirlar(Allah bilir onlarin aldigi tehsili)ve budur..meqam yetiwir-hec kes geri qayitmaq istemir!! bu hem sehiyyede beledir, hem de tehsilde!!axi yerlerde bu wagirdler pis-yaxwi zamaninda yetiwib gonderilib..indi ise onlara sozun esl menasinda ehtiyac var... her defe xeberlerde bu movzular en aktual movzulardandir..kendler var ki, fiziki terbiye muellimi fizika, kimya, biologiya tedris edir..burada hansi elmden, savaddan sohbet gede biler..yerde qalir bir-iki nefer netice toplaynanlar-onlar da vardan-dovletden kecib repetitor yaninda mewgul olurlar..vessalam..men demirem ki, weher mekteblerinde muellimler N qederdir ve burada netice 100 faizlidir..amma her halda ununda varsa urvasinda da var...

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1291235771' post='7806050']
bu movzu gun erzinde en cox ewitdiyim, muzakire apardigim movzudur..buraxiliw imtahanlarinin merkezlewdirilmiw qaydaya kecirilmesinden sonra, qohumlarimin durmadan daniwidigi movzu attestat movzususdur..tebii ki, men de bu movzuya bigane yanawa bilmirem..yadima bir atalar sozu duwdu-orken ne qeder uzun olsa yene gelib dolanaqdan kecer.. nese bele bir misal var...yəni movzu yene iliwir koke-bir baxin..kend mektebleri ne veziyyetdedir? orda tehsil, tedris az qala dondurulmuw veziyyetdedir..sizce bele bir weraitde hansi kemiyyetden ya keyfiyyetden soz acmaq olar???elbette hec bir!
[b]cunki, (yene atalar sozu deyecem)tisbaga qinindan cixir-qinini beyenmir..eynile bizim rayonlardan, kenlerden gelen telebeler kimi..gelirler iri weherlere..tehsil alirlar(Allah bilir onlarin aldigi tehsili)ve budur..meqam yetiwir-hec kes geri qayitmaq istemir!! bu hem sehiyyede beledir, hem de tehsilde![/b]!axi yerlerde bu wagirdler pis-yaxwi zamaninda yetiwib gonderilib..indi ise onlara sozun esl menasinda ehtiyac var... her defe xeberlerde bu movzular en aktual movzulardandir..kendler var ki, fiziki terbiye muellimi fizika, kimya, biologiya tedris edir..burada hansi elmden, savaddan sohbet gede biler..yerde qalir bir-iki nefer netice toplaynanlar-onlar da vardan-dovletden kecib repetitor yaninda mewgul olurlar..vessalam..men demirem ki, weher mekteblerinde muellimler N qederdir ve burada netice 100 faizlidir..amma her halda ununda varsa urvasinda da var...
[/quote]

Xanım əfəndi, əgər tısbağanın qını cəhənnəmdirsə tısbağa o qını bəyənər? Qayıdar bir də o qına?

Sizin rayondakı müəllimlərin halından yəqin ki, xəbəriniz var.

Bədən tərbiyə müllimi, ayı 80 manata, cavan oğlan nə deyə getsin kəndə?

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1291275377' post='7807976']
Xanım əfəndi, əgər tısbağanın qını cəhənnəmdirsə tısbağa o qını bəyənər? Qayıdar bir də o qına?

Sizin rayondakı müəllimlərin halından yəqin ki, xəbəriniz var.

Bədən tərbiyə müllimi, ayı 80 manata, cavan oğlan nə deyə getsin kəndə?
[/quote]

Mən Sizin iradla tam raziyam. Siz rayonu misal gətirirsiniz ancaq söhbət kəndlərdən gedir, yəni ən ücqar bir yaşayış məntəqəsinin məktəbində çalışan müəllimlərin əmək haqqından gedir. Gəlin maraqlanaq bizi kimi SSRİ ittifaqın tərkibində olmuş o balaca Estoniyada müəllimlərin minimum əmək haqqları 2010 ildə nə qədər olub?

[quote]Минимальная зарплата учителей в Эстонии в 2010 составит от 9,516 тыс. до 13,908 тыс. крон в месяц

Минимальная зарплата учителя в Эстонии в 2010 году составит от 9,516 тыс. до 13,908 тыс. крон в месяц, соответствующий договор был подписан министром науки и образования Эстонии и председателем Союза работников образования страны Свеном Рондиком, сообщает Postimees/LETA.

Согласно заключенному договору, зарплаты учителей останутся на нынешнем уровне.

"Хорошо, что учителей перед Рождеством обеспечили уверенностью в том, что их зарплаты в 2010 году не понизятся", сказал министр Лукас.

В 2010 году младший педагог будет получать не менее 9,516 тыс. крон в месяц до вычета налогов, педагог — 10,077 тыс., старший педагог — 11,517 тыс. крон, а педагог-методист — 13,908 тыс. крон.

Министерство науки и образования Эстонии и работники сферы образования в мае будущего года начнут переговоры о минимальной зарплате учителей в 2011 году.
http://www.baltic-course.com/rus/education/?doc=21663
[/quote]
-----------------------------------------------------------------
Mən maraqlandım 2010 ilin ortalarında eston kronasının kursu 1 EEK bərabərdir 0.064 AVROya. Buda edir minimum aylıq əmək haqqı:

9,516 *0,064=[b]609 AVRO[/b]

13,908*0,064=[b]890 AVRO[/b]

[b]Bu minimum əmək haqqının həddidir??[/b] Mən başa düşmürəm heç bir təbii sərvəti olmayan bu millət necə olur ki öz müəllimlərinə bu qədər pul ayırır? Çünki Onlar bilirlər savadsız nəsilin gələcəyi olmayacaq və bu gündə estonların təhsili öndə gedir. Yeri qəlmişkən deyim ki "SKYPE" programını eston programçıları icad ediblər və bütün dünya bu proqramdan istifadə edir... smoke:

Link to comment
Share on other sites

1-ci sebeb-Kend ve rayonlarda mekteblerin sayi cox azdir.Usaqlar 1 kendden diger kende mektebe getmelidirler ki, buna da ki, soyuq havada ne valideyn razi olur, ne de shagirdin uzaq yolu qet etmek hevesi.
2-ci sebeb-genc mezunlarin sheher sevgisi.Eger her rayondan gelib tehsil alan telebe oz kendine getse muellim qitligi 1 az azalar.
3-cu sebeb-emek haqqi.Muellim ixtisasi uzre mezun olan telebe ustunluk verir her hansi 1 shirketde calismaga, neinki az mevacible mueelim ishlemeye.
Sadalamaqla bezi nuanslari da gostermek olar,lakin zennimce en esasi bunlardir.

Link to comment
Share on other sites

Cox qeribe muqayise edirsiniz, bey efendi..

nece yeni tisbaganin qini cehennemdirse? cehennemi gulwene cevirenler ne vaxtsa yerden qalxmalidirmi? kimi gozleyirik? bir yandan hami seferberlikden, hemreylikden. vetene sevgiden ne bilim weherde olan sixliqdan daniwir..diger terefden ise kende qayitmamagi destekleyir???

demek haminin daniwdigi bow pafosdur? bele cixir ki beledir...

o ki qaldi beden terbiye muelliminin emek haqqina, buna emin olun ki, beden terbiye muellimi 80 manat mevacib almir..

Link to comment
Share on other sites

...her halda Estoniyanin tehsil iwcilerine cata bilmeselerde, 80 manat da almirlar..hem movzudan uzaqlawsaq da, amma yene men inkar etmirem ki, meselenin koku daha derindedir..amma gelin inkar etmeyek ki, beden terbiye muelliminin 80 manatin esaretinden qurtulmasi ucun wagirdler biologiya, fizika ve kimya kimi deqiq fennlerin tedrisini ondan almali deyiller...

Link to comment
Share on other sites

Bu artıq Azərbaycan üçün normal bir haldır. Çünki, gənclərin təhsillənməsi və mükəmməl savada malik olması bəzi dairələri qənaətləndirmir.

Əgər təhsil sistemimiz və məktəblərin şəraiti bərbad vəziyyətdədirsə, tələbələrin təhsil dərəcəsindən nə gözləmək olar? Əlbəttə ki, heç nə.

Link to comment
Share on other sites

[quote name='One Step Beyond' timestamp='1291368721' post='7816428']
Bu artıq Azərbaycan üçün normal bir haldır. Çünki, gənclərin təhsillənməsi və mükəmməl savada malik olması bəzi dairələri qənaətləndirmir.

Əgər təhsil sistemimiz və məktəblərin şəraiti bərbad vəziyyətdədirsə, tələbələrin təhsil dərəcəsindən nə gözləmək olar? Əlbəttə ki, heç nə.
[/quote]

Mən əvvəl estonlardan misal gətirdim. [b]Hər il üçün Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə Hökümət arasında minimum əmək haqqının həcmi üçün müqavilə bağlanır.[/b] Mən başa düşmürəm bizdə belə etsək nə ola bilər? burada qeyri adi nə var axı? Bilirsiniz elə axmaq vəziyyət alıb ki heç kim millət üçün yararlı fikir söyləmir elə bil bunların analarına söyəcəklər...amma orda burda saatlarla boş-boş danışmağa üstünlük verirlər problemlır isə həllini tapmır... smoke:

Link to comment
Share on other sites

[quote name='HERBERT' timestamp='1291373109' post='7816921']
Mən əvvəl estonlardan misal gətirdim. [b]Hər il üçün Təhsil İşçilərinin Həmkarlar İttifaqı ilə Hökümət arasında minimum əmək haqqının həcmi üçün müqavilə bağlanır.[/b] Mən başa düşmürəm bizdə belə etsək nə ola bilər? burada qeyri adi nə var axı? Bilirsiniz elə axmaq vəziyyət alıb ki heç kim millət üçün yararlı fikir söyləmir elə bil bunların analarına söyəcəklər...amma orda burda saatlarla boş-boş danışmağa üstünlük verirlər problemlır isə həllini tapmır... smoke:
[/quote]

Biz də bir dəfə bir məmura sual verdilər ki, müəllimlərin əmək haqqlarının artırılması mümkündürmü. O da cavabında bildirdi ki, bu inflyasiyaya səbəb ola bilər. Əgər bizim dövləti belə bisavadlar idarə edirlərsə, hələ 30-50 faiz şagirdin attestatı almaması yaxşı bir göstəricidir.

Bir daha bildirdiyim kimi, hökümət insanların savadlanmasında çox da maraqlı deyil. Bu milli şüurun oyanmasına və insanların öz haqqlarını tələb etməsinə gətirib çıxara bilər.

Link to comment
Share on other sites

Oxumaq istəyən oxuyur da, attestat alır da, Universitetə yaxşı balla daxil olur da. Kim istəmir oxumur atestat da almır. Bu insanlar oxumağa məcbur da deyillər heç. Xaricdəki kəndlilər guya çox oxumuş olurlar? Ata babaları kimi təsərrüfatla məşğul olurlar və yaxşı da qazanırlar bununla.

Müəllimləri isə bölgələrdə işləməyə stimullaşdırmaq lazımdır. Hökümət bu işlə ciddi məşğul olmaq istəmir, maaşlarına cüzi artım vəd edirlər və bununla da bitir.

Bu yaxınlarda maraqlı bir məqalə oxudum. Almaniyanın bir ucqar kəndində həkimə ehtiyac var idi ama heç bir müəllim orada uzun zaman qala bilmirdi. Bu kəndlilər həkimin kəndlərinə gəlməyi üçün ona öz təsərrüfatlarından kömək etməyə vəd edirlər və pul da verməyə hazırdılar ))

Bəlkə bizdə də bundan istifadə etsinlər...

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1291496136' post='7825856']
Bizde ucqar kendlere geden muellimlere torpaq sahesi verirler..emek haqqlari ise siravi muellimlerden qat-qat coxdur..
[/quote]

bu evvel bele idi. indi Lahic kend orta mektebini goresiniz... nece muallim cixib gelib Bakida turk litseylerine iwe duzelibler.

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1291496136' post='7825856']
Bizde ucqar kendlere geden muellimlere torpaq sahesi verirler..emek haqqlari ise siravi muellimlerden qat-qat coxdur..
[/quote]

Siz ucqar kənddəki şəraiti və yaxud vəziyyəti görsəniz, sıravi müəllimin ora getməməsi arzusunu daha gözəl anlayarsınız. Hələ ki, ucqar kənddəki məktəblərin şəraitindən söz açmıram.

Link to comment
Share on other sites

Allah caniniza sagliq versin..bes men onu deyirem de..eger gencler bu gun bele passiv qalirsa..pedaqoji universitetlerin mezunlari pewelerine sahib cixmaq istemirse, muellilik etmekeden bawqa her iwe hazirdirlarsa, dogma kendini beyenmeyib iwlemekden vaz kecirse ondahansi keyfiyyetden daniwaq..ele hami elini qoynuna qoyub gozlese ne olacaq?? kimi gozleyirik???
Sen yanmasan,
Men yanmasam,
Biz yanmasaq,
Nasil cixar qaranliqlar aydinliga..???

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1291802117' post='7847673']
Allah caniniza sagliq versin..bes men onu deyirem de..eger gencler bu gun bele passiv qalirsa..pedaqoji universitetlerin mezunlari pewelerine sahib cixmaq istemirse, muellilik etmekeden bawqa her iwe hazirdirlarsa, dogma kendini beyenmeyib iwlemekden vaz kecirse ondahansi keyfiyyetden daniwaq..ele hami elini qoynuna qoyub gozlese ne olacaq?? kimi gozleyirik???
Sen yanmasan,
Men yanmasam,
Biz yanmasaq,
Nasil cixar qaranliqlar aydinliga..???
[/quote]

Bir məsələni qəbul etmək lazımdır ki, şəhər və rayonlardan asılı olmayaraq, bütün Azərbaycan gəncləri üçün təhsil sahəsində eyni şərait və imkanlar yaradılmalıdır.

Əksər kəndlərdə məktəb binaları belə yoxdur. Onlar sadəcə bir otaqda dərs keçirlər. Kəndlərin şəraiti bərbad vəziyyətdədir. Şəhərlərdə yolları dəfələrlə dağıdıb və yerinə yenidən asfalt çəkilməsi əvəzinə, onun bir hissəini kənd yolları üçün edərdilər ki, orda da gediş-gəliş asanlaşıb, rahat olardı. Bu kimi faktorlar bəzi gənc müəllimlərin oraya getməsinə mane olur.

Sadəcə tək gənc müəllimləri günahlandırmaq lazım deyil. Onların da vəziyyətini başa düşmək olar.

Link to comment
Share on other sites

[quote name='One Step Beyond' timestamp='1291803198' post='7847790']
Bir məsələni qəbul etmək lazımdır ki, şəhər və rayonlardan asılı olmayaraq, bütün Azərbaycan gəncləri üçün təhsil sahəsində eyni şərait və imkanlar yaradılmalıdır.
[/quote]
Tamamilə düz fikirdir. Hər bir ölkənin ən böyük varlığı və sərvəti onun insanlarıdır. Və bütün qurumlar, dövlət, iş adamları, ayrı ayrı şəxslər, valideyinlər, bu problemə 1-li problem kimi baxmalıdırlar bizim kənd məktəblərinə, hətta kənd uşaq bağçalarına hər tərəfli ciddi kömək lazımdır...

Link to comment
Share on other sites

Bir də onu bildirim ki, Yaponiyanın hər bir şəhər, rayon, kənd və qəsəbələrində yapon vətəndaşları üçün hər bir şərait yaradılmışdır. Siz Yaponiyanın kəndlərini görsəniz, dəhşətə gələrsiniz və inanmazsınız ki, həqiqətən kənddir. Mənə burda yaponlar deyirlər ki, sən yaşadığın yer kənddir, amma bu kənddə 2 metro xətti, 3 yekə supermarket, 2 poçt idarəsi, banklar, ATM bankomatlar və müasir üslubda xəstəxana və s. yerləşir. Bura kənd demək olarmı?:)))

Bilirəm mövzudan biraz uzaqlaşdım. Amma Azərbaycan höküməti bu qədər resursların müqabilində Azərbaycanda çox yüksək səviyyəli şəraitlər qura bilər, amma bu onun marağına cavab vermir.

Link to comment
Share on other sites

[quote name='HERBERT' timestamp='1291814453' post='7849443']
Tamamilə düz fikirdir. Hər bir ölkənin ən böyük varlığı və sərvəti onun insanlarıdır. Və bütün qurumlar, dövlət, iş adamları, ayrı ayrı şəxslər, valideyinlər, bu problemə 1-li problem kimi baxmalıdırlar bizim kənd məktəblərinə, hətta kənd uşaq bağçalarına hər tərəfli ciddi kömək lazımdır...
[/quote]

Biz təhsilimizi inkişaf etdirə bilsək, bundan başqa bizim üçün böyük sərvət ola bilməz. Hər bir ölkənin inkişaf dərəcəsi onun təhsilinin keyfiyyətindən asılıdır.

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1291275377' post='7807976']


Bədən tərbiyə müllimi, ayı 80 manata, cavan oğlan nə deyə getsin kəndə?
[/quote]
Minimum emek haqqi 100 manatdir, ama bunun bele az oldugu tamamile dogrudur. Gunahi men tehsil nazirinde gorurem. Ciblerini doldurmaga chalishmaqdansa, ushaqlarin bilik seviyyesinin artirilmasina chalishsa daha yaxshi olardi. Sheher mekteblerinin ozunde bele korrupsiya bash alib gedir. Nazir elaltilarindan, elaltilar direktorlardan, direktorlar muellimlerden, onlar da ushaqlardan pul teleb edir.
Sozun achigi bu chox agrili movzudu shexsen menim uchun. Evveller muellimlerimiz bize ideal bir obraz kimi gelerdi. Indiki shagirler ise veclerine almirlar ki eshi pul verecem de... Bundan boyuk dehshet ola bilmez. Bele getse bir millet kimi mehv olacagiq. Biliyi olmayan shexs nece tarixini, medeniyyetini qoruyub saxlaya biler?! Bundan elave, mektebden ushaqlari korrupsioner kimi boyutmek, onun eqidesini pulla, rushvetle pozmaq en azi cinayet deyilmi?

Sevimli bir muellimim var menim. Edebiyyat muellimi idi. Inanin muellim sozu gelende, yalniz onun obrazi gozumun onune gelir, halbuki 100 le muellim mene ders deyib. Choxunun adini bele unutmusham. Muellimimizin savadli ve senetine bagli insan olduguna gore ona "Mirze" leqebi qoymushduq ve ele de chagirirdiq. Birce isteyi var idi, telebeleri azerbaycan dili ve edebiyyatini mukemmel bilsin, axtarishda olsunlar ve ali mekteblere daxil olsunlar. Inanmazsiz, amma her gun dersden sonra bizimle pulsuz olaraq meshgul olurdu. Bir gun eshitdim ki ishden chixib. Men artiq mektebi bitirmishdim. Kichik qardashima ders deyirdi. Qardashim gelib dedi ki, Abbas muellim direktoru doyub. Qulaqlarima inanmadim. Menim muellimim chox temkinli insan idi. Onu ozunden chixarmaq uchun esasli bir sebeb olmali idi. Sebeb bilirsiz ne imish? Direktor chagirib otagina, teleb edib ki ushaqlardan pul yigsin. O da tutub yaxasindan, qaldirib ozu boyuna (boyu da ki mashallah hundurdu ve cusseli adamdir) bir de chirpib kreslosuna ki men senin uchun neyem beyem? Men nece ushaga pul getir deyim?! Sonra tupurub chixmishdi ((((

Onun yerine ali mektebi yeni bitirmish bir qiz getirmishdiler. Qardashim deyirdi ki, Abbas Mirzeden sonra bu qizi hech kim saymirdi... Ne ise..

Link to comment
Share on other sites

[b]ORTA TƏHSİLİN KEYFİYYƏTİ: AZƏRBAYCAN 65 ÖLKƏ ARASINDA 64-cü OLDU [/b]


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) orta təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə araşdırmaların nəticələrini açıqlayıb. “Media forum” saytının məlumatına görə, Azərbaycan 65 ölkəni əhatə edən qiymətləndirmələrdə 64-cü yerdə qərarlaşıb. Bundan öncəki qiymətləndirmədə Azərbaycan 57 ölkə arasında 55-ci olmuşdu.
Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi (Programme for İnternational Student Assessment - PİSA) adlanan bu proqram 2000-ci ildən tətbiq olunur və 3 ildən bir keçirilir. Sonuncu test 2006-cı ildə keçirilmiş və 57 ölkənin 400 min 15 yaşlı şagirdini əhatə etmişdi.
PİSA riyaziyyat, təbiət fənləri və oxuyub-qavrama üzrə bilikləri yoxlayır. 2009-cu ilin nəticələrinə görə, Azərbaycanın 15 yaşlı şagirdləri riyaziyyatdan 373 bal (2006-cı ildə 382 bal), təbiət elmlərindən 431 bal (2006-cı ildə 476 bal), oxuyub-qavramadan isə 353 (2006-cı ildə 362 bal) toplaya bilib. Bu, Qırğızıstan istisna olmaqla iştirakçı ölkələr sırasında ən pis nəticədir.
Proqramda keçmiş SSRİ ölkələrindən Rusiya (43-cü yer) və Qazaxıstan (59-cu yer), Estoniya (12-ci yer), Latviya (29-cu yer), Litva (39-cu yer) iştirak edib.
mediaforum.az

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 38 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 29 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 100 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 702 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...