Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

WikiLeaks-in şok açıqlamaları!!!


Polymeron

Recommended Posts

Bu gecə [b]WikiLeaks[/b] beynəlxalq münasibətlər tarixində ən genişmiqyaslı hesab olunan açıqlamar elədi. Belə ki, mənbə hələ yalnız bu gün, guardian.co.uk-in verdiyi məlumata görə, ABŞ-ın 250-dən artıq səfirlik və konsulluğunun apardığı yazışmalardan [b]251 287[/b] gizli sənədi Böyük Britaniyanın Guardian, ABŞ-ın [b]New York Times[/b], Fransanın [url="http://www.lemonde.fr"][b]Le Monde[/b][/url], İspaniyanın [url="http://www.elpais.com"][b]El Pais[/b][/url] və Almaninanın[b] [url="http://www.spiegel.de"]Der Spiegel[/url][/b] kimi dünyanın ən məşhur xəbər saytlarına sızdırmaqla ictimaiyyətə çatdırılmasını təmin edib. ABŞ və digər dövlətlərin rəsmiləri o qədər də yaxşı yanaşmayıblar məsələyə. Onların reaksiaları barədə, habelə saatbasaat mövzu ilə bağlı irəliləyişləri burda izləyə bilərsiz: [url="http://www.guardian.co.uk/news/blog/2010/nov/28/wikileaks-us-embassy-cables-live-blog"][b]WikiLeaks US embassy cables: live updates[/b][/url]
Məqalə uzundu deyə burda yerləşdirmədim, həm də məqsədim bu deyil.

Wikileaks niyə bunu yayımlayır və ümumiyyətlə bu nə təşkilatdır? WikiLeaks-in nə mənə şey olduğunu bu linkdən əldə eliyə bilərsiz.[b] [url="http://www.reuters.com/article/idUSTRE6AR1OZ20101128?loomia_ow=t0:s0:a49:g43:r4:c0.062772:b39879776:z0"]Some facts about WikiLeaks[/url][/b] Yenə məqsədim bu deyil deyə, burda yazmıram. Özlərinin verdiyi məlumata əsasən bunu yaymaqda məqsədləri ictimaiyyəti bunla məlumatlandırmaqdı. Hələ 2 gün öncə təşkilat rəsmisi ABŞ Dövlət Departamentinə məktub göndərərək belə bir niyyətdə olduqlarını demişdi və onlardan üzə çıxarılacaq sənədlərə baxıb ayrı-ayrı individualları təhlükə altına qoya biləcək sənədələr barədə məlumat verməyi xahiş etmişdi. Ancaq positiv cavab gəlmədiyi üçün elə deyiblər ki acığa hamısın çap edəciyik)) Bu məktub yazışmalarını da bu linkdən oxuya bilərsiz. Maraqlıdır. [b][url="http://documents.nytimes.com/letters-between-wikileaks-and-gov#document/p5"]Letters between Wikileaks and the U.S. Government[/url][/b]

İndi bunları US özü edib ya yox, bu mübahisəlidi və digər məsələnin mövzusudu, məni maraqlandıran məlumatların özüdü. Yəni onların tərkibi və doğruluğu. Çünki çox şeylərə bu sənədlər aydınlıq gətirəcək, uzağa getməyək götürək elə Azərbaycanı. Azərbaycanla bağlı bir neçə sənəd öz əksini tapıb bu günkü yazılarda. Həddindən artıq maraqlı yazılardı. Çalışacam bu yazıların məzmunu yerləşdirim.

Bu mövzunun da əsas məqsədi WikiLeaks-in əldə etdiyi (yayımladığı və hələ bir neçə gün boyunca yayımlayacağı) məlumatları burda yerləşdirmək və fikir mübadiləsi aparmaqdır.
Növbəti yazı Azərbaycanla bağlı.....

P.S. Onu da qeyd edim ki dərc olunmuş sənədlərin mətnini yuxarıda qeyd olunan saytlara daxil olaraq oxuya bilərsiniz (linkləri vermişəm). Həmçinin [url="http://cablegate.wikileaks.org"][b]WikiLeaks[/b][/url]-in öz saytında da bütün məlumatlar yerləşdirilib.

Link to comment
Share on other sites

Deməli, Azərbaycanla bağlı bir neçə sənəd də var onların içərisində. Sənədin orijinalı ingilis dilində və həm də uzun olduğuna görə bura ancaq linki yerləşdirəcəm. Buyurun: [url="http://cablegate.wikileaks.org/cable/2010/02/10BAKU134.html"][b]WikiLieks[/b][/url]. Əgər bu açılmasa o zaman: [b][url="http://www.guardian.co.uk/world/us-embassy-cables-documents/250649"]Guardian[/url].[/b]
[b]
[/b]
Göstərilən sənəd (bir neçədən biri) ABŞ Dövlət Departamentinin nümayəndəsinin İlham Əliyevlə 25 fevral 2010-cu il tarixli görüşündəndir. Qısa olaraq dialoq zamanı aşağıdakı məsələlərə toxunulub:

- Dağlıq Qarabağ məsələsi, Rusiyanın mövqeyi;
- Türkiyə-Ermınistan yaxınlaşması; Türkiyəyə münasibət
- İranla münasibətlər
- Həbsdə olan gənc fəalların (Emin və Adnan artıq azadlıqdadır) azad olunması

- Birinci məsələdə İlham Əliyev Ermənistana təzyiqlərin artırılmasını istəyib. Qarşı mövqe olmasa da bu sənəddə, ancaq düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişatına təsirsiz ötməyəcək. Ermənistanın əldə bayraq eləməyə daha bir şeyi olacaq.
Bundan başqa İlham Əliyev Rusiyanın mövqeyindən danışanda, Rusiyada prezident Medvedyevle baş nazir Putin arasında bu məsələdə fikir ayrılığı olduğunu hiss etdiyini deyib. Medvedyev haqqında danışanda onun intellektual bri olmasini desə də, yekun qərarı "kimlərləsə", yəqin ki nazirlər kabineti ilə, dolayı yolla yəni Putinlə razılaşdırdığını bildirib. Hətta buna şahid olduğunu da deyib. Sonra əlavə eliyib ki, Rusiyada bir çox yüksək vəzifəli rəsmilər Medvedyevi lider kimi qəbul eləmir. Medvedyev və Putinin şəxsində olmasa da, bu iki qruplaşma arasında konfrontasiya olduğunu bildirərək "İki qoçun başı bir qazanda qaynamaz" atalar sözünü də işlədib. Biabırçılıq e. Düşünürəm ki Rusiya ilə münasibətlərə bu təsirsiz ötüşmüyəcək.

- İlham Əliyev Türkiyə-Ermənistan məsələsindən danışanda bu məsələnin ən azı 24 aprel, ermənilərin uydurduqları soyqırım gününə qədər saxlanılmasının vacibliyin bildirib. Və əyər bu, Dağlıq Qarabağ məsələsində hər hansı irəliləyiş əldə olunmadan baş verərsə onda regionda mənfi fəsadlar yaradacağını deyib.
Türkiyə haqqında danışanda isə Nabucco layihəsinə (Rusiya bu layihəyə qarşıdır) toxunub İlham Əliyev. Əyər Türkiyə konstruktiv mövqe tutarsa bu layihə baş tutar deyib. Həm də Türkiyə-Rusiya münasibətlərinin yaxın olmasını bu layihəni gecikdirən səbəblərdən biri kimi göstərib. Hətta Türkiyənin Enerji Naziri Yıldızın SOCAR prezidenti Rövnəq Abdullayevə belə bir sual verdiyini de deyib: "Bizim Rusiya ilə münasibətlərimiz niyə pozmaq istəyirsiniz? Sizə Nabucco həqiqətən lazımdırmı?"
Hələ bunla bitmir. Ötən il Rusiyaya qaz satışından danışan İlham Əliyev deyib ki, bu satışın əsas məqsədlərindən biri də Türkiyənin regionda qaz paylaşımının əsas mərkəzinə çevrilməsinə mane olmaqdan ibarətdi. Hələ yenə var. Bu dəfə İlham Əliyev Ərdoğan hökumətinə də toxunub. Hökumətin doğru xarici siyasət aparmadığını, İsraillə yaşanan konfliktlərə görə Türkiyənin ənənəvi dostlarını itirdiyini deyib. Bu da Türkiyə ilə münasibətlərdə müəyyən soyuqluq yaradacaq.
- Digər məsələ İranla bağlı münasibətlər olub. Görüşdə İlham Əliyev İrana qarşı sanksiyalara dəstək verdiyini, İranın Azırbaycana qarşı provokasiyasiyaları artırdığını (islamçı qrupları, Naxçıvanda aşura günlərini maliyyələşdirmə, Təbriz və İstanbulda Azəri konsulluqları önündə nümayişlər, Bakıdakı dini toqquşmalar, Səhər TV-dəki hadisə və Xəzərin hüquqi statusu kimi məsələlər), münasibətlərin göründüyü kimi olmadığını və pisləşə biləcəyini deyib. Həmçinin İranda yayımlanacaq fars dilində bir telekanal açmaq fikrində olduğunu da bildirib. Bu da İran. Bu da münasibətlərə təsirsiz ötüşməyəcək.
- Digər məsələ həbsdə saxlanılan gənclərlə bağlı olub. Əliyev heç kimi incitmək fikrində olmadığını deyərək, ABŞ nümayəndəsinin onları azad etməsi barədə istəyinə "OK" verib. İndi Emin və Adnan azadlıqdadılar. Məlumdur ki onların həbsi bir çox qərb mətbuatında işıqlandırıldı. və onların siyasi fəaliyyətlərinə görə həbs edildiyi (həqiqət ele bu idi) dəfələrlə söylənildi. Bizim hökumət isə onlara xuliqan dedi, heç bir siyasi motiv vermədi və Azərbaycanda siyasi dustağın olmadığını bildirdi. İndi bu dialoqdan belə çıxır ki prezident onların siyasi dustaq olmaları fikrinə qarşı çıxmır. Əgər çıxsaydı hökumət rəsmilərinin aylarcla deyib durduqlarını təkrar edərdi. Necə deyəllər o saat "OK" deməzdi. Bu da belə.

Sizin fikrinizi bilmək maraqlı olardı!

P.S. Dəhşət çox maraqlı sənədlər var, istər Azərbaycanla bağlı istər digər məsələlərlə. Bu Azərbaycanla bağlı olduğuna görə bir az uzun alındı. Sənədlər çoxdu, kim nə maraqlı sənəd tapsa post etsin. Əla olardı!

Link to comment
Share on other sites

- Digər məsələ həbsdə saxlanılan gənclərlə bağlı olub. Əliyev heç kimi incitmək fikrində olmadığını deyərək, ABŞ nümayəndəsinin onları azad etməsi barədə istəyinə "OK" verib. İndi Emin və Adnan [i]azadlıqdadılar. Məlumdur ki onların həbsi bir çox qərb mətbuatında işıqlandırıldı. və onların siyasi fəaliyyətlərinə görə həbs edildiyi (həqiqət ele bu idi) dəfələrlə söylənildi. Bizim hökumət isə onlara xuliqan dedi, heç bir siyasi motiv vermədi və Azərbaycanda siyasi dustağın olmadığını bildirdi. İndi bu dialoqdan belə çıxır ki prezident onların siyasi dustaq olmaları fikrinə qarşı çıxmır. Əgər çıxsaydı hökumət rəsmilərinin aylarcla deyib durduqlarını təkrar edərdi. Necə deyəllər o saat "OK" deməzdi. Bu da belə.[/i]

buna artiq fikrimi bildirmisem... chox heyif ki bizim Prezident bu biabirchi qeddar qanunsuzlugu vaxtinda ozu dayandirmadi...

Link to comment
Share on other sites

[quote name='J.ALIYEV' timestamp='1291018853' post='7787059']
Bu bir siyasət.
Və mən də bu siyasətdə Prezidentimizləyəm.

Birdə ki, Bu saytın həqiqətləri əks etdirməsinə şübhə ilə yanaşıram.
[/quote]

Məsələ kiminləsə olmaq deyil, məsələ olanlardan sonra nələrin baş verə biləcəyidir.

O ki qaldı həqiqət məsələsinə. Doğrudur ki, bu məsələ şübhəlidir. Niyə məhz indi? və ümumiyyətlə niyə? Onu da qeyd eliyim ki bu təşkilat bundan öncə ABŞ-ın İraq və Əfqanıstanla bağlı xeyli miqdarda bu cür gizli sənədlərini ictimaiyyətə açıqlamışdı və kifayət qədər sensasiyaya səbəb olmuşdu. Ama daha bunlar kimi yox.

Digər maraqlı məsələ isə ABŞ başda olmaqla digə böyük dövlətlərin bu məlumatları inkar etməməsidir. ABŞ Dövlət Departamentinin son bəyanatında bu kimi sənədlərn açıqlanması pislənilib, bunun bir çox şəxsləri təhlükəyə ata biləcəyi narahatlığı ifadə olunub. Yəni ki məlumatların doğru olub olmaması haqda bir şey demirlər. Sadəcə deyirlər ki gizli sənədlər haqqında məlumat verə bilmərik. Məsələ kimin bunu yayması deyil. İstiyir lap ABŞ-ın özü olsun. Ancaq bu sənədlərdə təkcə ABŞ-ın adı yoxdur. Adı hallanan digər ölkələr də susurlar. Niyə? Biri niyə çıxıb yalan olduğunu demir?
Azadlıq.org ünvanında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsünün bu barədə açıqlaması yerləşdirilib. Olduğu kimi yazıram.

[font="Arial, Helvetica, sans-serif"][size="2"]«Bunu bir amerikalı yazıbsa, onu mən niyə şərh etməliyəm? Bu doğrudursa, həqiqətdirsə, qoy bunu birinci ABŞ Dövlət Departamenti özü təsdiqləsin. Desin ki, bu, həqiqətdir, ya saxtadır. Təsdiqlənməyən sənədə mən necə şərh verim? Bu təşkilat yüz şey yaza bilər. Onun hər biriylə bağlı ayrı-ayrı təhqiqat aparası deyiləm ki... Birinci amerikalılar təsdiqləsinlər ki, bu, rəsmi sənəddir sonra baxaq». Mənbə: www.azadliq.org[/size][/font]

Link to comment
Share on other sites

Məncə növbəti amerikan fırıldağıdır.

Bölgəni artıq əvvəlki qaydalarla idarə edə bilmədiklərini görüb belə işlərə əl atıblar.

Bu məlumatların sızıdırılması Amerikanın iradəsi xaricində deyildir. Məncə.

Faktiki bu məlumatlarla bölgədə bir çox güclər qarşı-qarşıya gətirilir.

Ərəb dünyası-İran gərginliyi isti saxlanılır.

Azərbaycanın simasında Türkiyəyə yeni badalağın formalaşdırılmasına çalışılır. Eyni zamanda İran - Azərbaycan gərginliyi ayaqda tutulur, inkişaf etdirilir.

Azərbaycana İsrailin yeni müttəfiqi, bölgədə yüksələn Türkiyənin və inadkar İranın rəqibi (yollarında bir daş) kimi rol biçilir.

Amerikanın yeni siyasi stratejisinə qarşı nəbz yoxlamasıdır... məncə.

Link to comment
Share on other sites

Maraqlıdı...

[quote] Ötən il Rusiyaya qaz satışından danışan İlham Əliyev deyib ki, bu satışın əsas məqsədlərindən biri də Türkiyənin regionda qaz paylaşımının əsas mərkəzinə çevrilməsinə [b]mane olmaqdan ibarətdi.[/b][/quote]
Türkiyə görəsən niyə sakit baxır belə satkın hərəkətlərə...?
Sakitcə sərhədi aç, sonra dalınca nəticədə diqqət yetir nətər yazıq vəziyyətə düşürlər...)

Link to comment
Share on other sites

[quote name='Polymeron' timestamp='1291030313' post='7788612']
Məsələ kiminləsə olmaq deyil, məsələ olanlardan sonra nələrin baş verə biləcəyidir.

O ki qaldı həqiqət məsələsinə. Doğrudur ki, bu məsələ şübhəlidir. Niyə məhz indi? və ümumiyyətlə niyə? Onu da qeyd eliyim ki bu təşkilat bundan öncə ABŞ-ın İraq və Əfqanıstanla bağlı xeyli miqdarda bu cür gizli sənədlərini ictimaiyyətə açıqlamışdı və kifayət qədər sensasiyaya səbəb olmuşdu. Ama daha bunlar kimi yox.

Digər maraqlı məsələ isə ABŞ başda olmaqla digə böyük dövlətlərin bu məlumatları inkar etməməsidir. ABŞ Dövlət Departamentinin son bəyanatında bu kimi sənədlərn açıqlanması pislənilib, bunun bir çox şəxsləri təhlükəyə ata biləcəyi narahatlığı ifadə olunub. Yəni ki məlumatların doğru olub olmaması haqda bir şey demirlər. Sadəcə deyirlər ki gizli sənədlər haqqında məlumat verə bilmərik. Məsələ kimin bunu yayması deyil. İstiyir lap ABŞ-ın özü olsun. Ancaq bu sənədlərdə təkcə ABŞ-ın adı yoxdur. Adı hallanan digər ölkələr də susurlar. Niyə? Biri niyə çıxıb yalan olduğunu demir?
Azadlıq.org ünvanında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsünün bu barədə açıqlaması yerləşdirilib. Olduğu kimi yazıram.

[font="Arial, Helvetica, sans-serif"][size="2"]«Bunu bir amerikalı yazıbsa, onu mən niyə şərh etməliyəm? Bu doğrudursa, həqiqətdirsə, qoy bunu birinci ABŞ Dövlət Departamenti özü təsdiqləsin. Desin ki, bu, həqiqətdir, ya saxtadır. Təsdiqlənməyən sənədə mən necə şərh verim? Bu təşkilat yüz şey yaza bilər. Onun hər biriylə bağlı ayrı-ayrı təhqiqat aparası deyiləm ki... Birinci amerikalılar təsdiqləsinlər ki, bu, rəsmi sənəddir sonra baxaq». Mənbə: www.azadliq.org[/size][/font]
[/quote]


Erdoğan həmin mənbənin ciddiyətini əndişəli və şübhəli adlandırdı.

http://www.haber7.com/video-galeri.php?cID=7629

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1291030773' post='7788692']
Məncə növbəti amerikan fırıldağıdır.

Bölgəni artıq əvvəlki qaydalarla idarə edə bilmədiklərini görüb belə işlərə əl atıblar.

Bu məlumatların sızıdırılması Amerikanın iradəsi xaricində deyildir. Məncə.

Faktiki bu məlumatlarla bölgədə bir çox güclər qarşı-qarşıya gətirilir.

Ərəb dünyası-İran gərginliyi isti saxlanılır.

Azərbaycanın simasında Türkiyəyə yeni badalağın formalaşdırılmasına çalışılır. Eyni zamanda İran - Azərbaycan gərginliyi ayaqda tutulur, inkişaf etdirilir.

Azərbaycana İsrailin yeni müttəfiqi, bölgədə yüksələn Türkiyənin və inadkar İranın rəqibi (yollarında bir daş) kimi rol biçilir.

Amerikanın yeni siyasi stratejisinə qarşı nəbz yoxlamasıdır... məncə.
[/quote]

Düzdür dediyiniz məntiqlidir. Ancaq məsələnin kim tərəfindən işıqlandırılması onun doğruluğunu həqiqətən şübhə altına alırmı? Çünki sənəddə yalnız ABŞ-ın adı hallanmır. Digər dövlətlərlə bağlı da deyərdim çox skandallı sənədlər vardır. Ancaq maraqlıdır ki, inkar edən yoxdur hələ ki. Yeri gəlmişkən sosial şəbəkələrin birində belə bir yazıya rast gəldim. Ancaq mənbəni təəssüf bilmirəm. Ərdoğanın mövqeyidir:


Erdogan'in wikileaks yorumu“Şu anda WikiLeaks'in eteklerinde neler var, bunları bir döksün görelim. Ondan sonra da bunların ne kadar ciddi, ne kadar gayri ciddi olduğunu öğreniriz. Çünkü WikiLeaks'in ciddiyeti şüphelidir. Bu bakımdan şu anda sadece biz eteklerindeki taşın dökülmesini bekliyoruz. Ondan sonra da değerlendirmesini yapar, gerekli açıklamaları yaparız”

Link to comment
Share on other sites

[quote name='Эль Пасо' timestamp='1291030802' post='7788698']
Maraqlıdı...


Türkiyə görəsən niyə sakit baxır belə satkın hərəkətlərə...?
Sakitcə sərhədi aç, sonra dalınca nəticədə diqqət yetir nətər yazıq vəziyyətə düşürlər...)
[/quote]

Türkiyə təkcə bizə görə bağlı saxlamır ki. Hərənin öz dərdi var. ortada həm də qondarma "erməni soyqırımı" məsələsi də var. İndi sbaah Ermənistan bu iddiasından əl çəksə, sözdə Qarabağ məsələsində yumşalacağını desə nə bilirsiz Türkiyə sərhədləri açmayacaq....

Link to comment
Share on other sites

[quote name='Mufti' timestamp='1291031338' post='7788796']
Erdoğan həmin mənbənin ciddiyətini əndişəli və şübhəli adlandırdı.

[url="http://www.haber7.com/video-galeri.php?cID=7629"]http://www.haber7.co...ri.php?cID=7629[/url]
[/quote]

videoya görə çox sagolun. Ancaq yenə də diplomatik cavab idi. İnkar etmədi yenə də. Hər kəs məlumatların davamını gözləyir ))

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1291031417' post='7788808']
Azərbaycan tərəfindən Türkiyəyə minlərlə yaxşı sözlər, bəyanatlar verilib, onların heç biri o sənədlərdə yoxdur )))
[/quote]

Təqdim olunan sənədlər dövlətlərarası sənədlər deyil. Bunlar ABŞ diplomatik nümayəndələrinin digər dövlət rəsmiləri ilə diplomatik danışıqlarınının və yazışmalarının əks olunduğu sənədlərdir. Yəni burda Azərbaycan Türkiyə və ya Azərbaycanın digər ölkələrlə yazışmaları əks olunmayıb.

Link to comment
Share on other sites

[b]Türk yazarlar Wikileaks – da azerbaycan turkiye münasibetleri haqda ne dedi[/b]


Wikileaks (Sızıntı) bombası patladı. Bu ilk sarsıntı, ABD haricindeki bazı devletlerin yetkililerini de zora soktu. Meselâ, Azerbaycan Devlet Başkanı İlham Aliyev... ABD Dışişleri Müsteşarı William Burns'e, Rusya'ya gaz satışı anlaşmasını, Türkiye'nin, bir doğalgaz dağıtım merkezi haline gelmesini önlemek için imzaladıklarını anlatıyor. Türkiye'nin dış politikasını (İsrail karşıtlığını, Hamas ve Gazze konularındaki tutumunu) sert bir dille eleştiriyor. Tayyip Erdoğan'ın, bundan böyle İlham Aliyev'in yüzüne bakarken, o sözleri hatırlamaması mümkün mü!

[b]Nazlı Ilıcak Sabh qəzeti[/b]



BENCE Wikileaks’te yer alan Davutoğlu analizine, dış politika hayallerine, “Gardaş” Aliyev’in Erdoğan’dan açıkça hazmetmemesine, AB yolunda dostumuz İtalya’nın bize nasıl şüphe ile baktığına, vb. dış politika konularına “Bunlar zaten bilinen şeyler!” diye kulp takılabilir.

[b]Cüneyt Ülsever Huürriyet qəzeti[/b]



Şunu da unutmayalım: Belgelerdeki bilgilerin çoğu ya biliniyor ya da kuvvetle tahmin ediliyor.
Örneğin Azerbaycan lideri İlham Aliyev'in yüzümüze gülüp, arkamızdan konuştuğunu bizimkiler bilmiyor mu sanıyorsunuz?
Elbette biliyorlar.
Ama ne yaparsınız ki siyaset, özellikle de uluslararası siyaset, böyle bir şey...

[b]Emre Aköz Sabah qəzeti[/b]




İlk sızıntı paketinde ipliği pazara çıkanlar, “İran’ı bombalayın” diye kulis yapan Suudi Kralı, Türkiye’nin bir enerji merkezi olmasını engellemeye çalışan “Kardeş Azerbaycan”ın Devlet Başkanı ile “Türk ordusu, İslamcı yükselişe daha ne kadar sessiz kalacak” diye soran Mossad Başkanı oldu.
.....Arkadan konuşan bir arkadaşınızın kapatmayı unuttuğu telefonunu dinlemek gibi bir şey bu... Bundan sonraki ilişkinizde hiç o sözleri duymamış gibi yapabilirsiniz, ama duyduklarınız ilişkinize muhakkak yansıyacaktır.
Ankara’nın artık İlham Aliyev’e aynı gözle bakması mümkün mü?

[b]Can Dündar Milliyet qəzeti[/b]




Türkiye ve Rusiya konusunda olumsuz görüşlerine yer verilien Azerbaycan yönetimi ise iddiaları yalanladı.

[b]Zaman qəzetinin ön səhifədən verdiyi xəbərdən sətirlər.[/b]

Link to comment
Share on other sites

[b] Azərbaycan Prezidentinin mətbuat xidməti “Wikileaks” internet saytında yazılanlarla bağlı açıqlama ilə çıxış edib.[/b]

Mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada bildirilib ki, bu günlərdə “Wikileaks” internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya “bəzi gizli məqamlarını” əks etdirən materiallar yayılıb: “Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub. Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyil.

Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”.


http://lent.az/news.php?id=49667

Link to comment
Share on other sites

Düzdür, ABŞ diplomatlarının ölkələri ilə yazışmaları, bir dövlətin siyasəti sayılmamalıdır, amma açıqlanan sənədlərdəki söhbətlərin qəhrəmanlarını,
dövlətləri bir-birinə qarşı qoymuşdur, gəl indi başa sal nə demək istəmisən (demək istədiyim, məsələ kiminsə hesab sormasında deyil, olanların etik tərəfini fikirləşirəm). Xoş hal deyil, üz üzdən utanar məsəli lap yerinə düşür. İndiki halda dünya dövlətləri bir-birinə «bir təhər» baxdıqları vaxtda, ABŞ qıraqdan seyr edəcək, dil ucu üzrü saymıram. Dİgər tərəfdən də, bu günkü gündə açıqlamaların üzə çıxması… kim maraqlıdır bunda…qarışıq məsələdi məncə…
Deyəsən hələ davamı olacaq, ona görə də nə “sürprizlər” ortaya çıxacaq Allah bilir. Yəqin bundan sonra diplomatlar və digərləri danışıqlarda min ölçüb, bir biçəcəklər)))

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1291117058' post='7796163']
Sənədlər hakimiyyətin türk düşməni, və deməli Azərbaycanın da düşməni olduğunu ortaya qoyur
[/quote]

Niyə düşmən olsunlar ki? Türkiyə bizim qazı 120 dollara alıb, 350-400 ə Avropaya satmaq istədiyi üçün?

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1291142577' post='7798868']
Niyə düşmən olsunlar ki? Türkiyə bizim qazı 120 dollara alıb, 350-400 ə Avropaya satmaq istədiyi üçün?
[/quote]

Biz Türkiyəyə o zaman o qədər qaz satmırdıq ki, Avropaya satsın. Daxili tələbata gedirdi. Bir də ki, necə olur, Gürcüstana nə qədər güzəştlər etdik və edirik, halbuki bir yanan barmağımıza su tökməyiblər, amma Türkiyəyə yad ölkə kimi davranırıq

Link to comment
Share on other sites

[b]İSA QƏMBƏR “WİKİLEAKS”ın MƏXFİ SƏNƏDLƏRİNDƏN DANIŞDI[/b]

“Dünya aşkarlıq mərhələsinə qədəm qoyur”

ABŞ diplomatlarının yazışmalarını açıqlayaraq dünyanın ən qüdrətli dövlətini əlində əsir-yesir edən “WikiLeaks” saytı bütün dünyanı qarışdırıb. Bəzi məxfi sənədlərin mətni “Yeni Müsavat”ın saylarında da dərc olunub. Nəzərə çatdıraq ki, açıqlanan sənədlərdən birində Azərbaycanla bağlı şok məqamlar - ölkə başçısının qapalı görüşlərdə səsləndirdiyi fikirlər, məmur-oliqarxların gizli iqtisadi əlaqələri də əksini tapıb.

Dünyanı silkələyən saytla bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbərlə danışdıq. İ.Qəmbər “öncə onu qeyd edim ki, bu sənədlərin açıqlanması dünya tarixinə düşən hadisədir” deyə qeyd etdi: “28 noyabr dünya tarixinə artıq möhürünü vurmuş gün kimi daxil oldu. Birincisi, bu, internet inqilabının yaratdığı qlobal hadisədir. Razılaşaq ki, internet mövcud olmasaydı, milyonlarla sənəndin yayılması və bir anda bütün dünyaya çatdırılması mümkün olmazdı. İkincisi, bu hadisənin necə baş verməsindən, kimlər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, bütövlükdə dünyanın qloballaşması ilə yanaşı, dünyada, tarixdə yeni bir mərhələnin başlamasının çox ciddi bir siqnalıdır. Dünya qlobal, planet miqyasında aşkarlıq mərhələsinə qədəm qoyur. Bu çox ciddi bir mesajdır ki, artıq informasiyanın gizliliyi anlayışına fərqli yanaşılmalıdır. Eyni zamanda tərəflər yeritdikləri siyasətin məsuliyyətinə diqqət yetirməlidirlər. Diqqət edin, bir gündə 250 mindən çox sənəd yayılıb, məlumata görə, ümumilikdə 2-3 milyon sənəddən söhbət gedir. Hansı ki, o sənədlərin hər biri ayrılıqda dünya mətbuatının manşetlərinə düşəcək hadisədir. Ona görə də hadisəyə ümumi qiymət verməyi daha önəmli hesab edirəm”.
Məsələnin konkret tərəflərinə gəldikdə, Müsavat başqanı dedi ki, bunlar araşdırılmalıdır: “Hadisələrin necə, hansı şəkildə baş verməsi də xeyli maraqlı bir araşdırma mövzusudur”.
Azərbaycan hakimiyyəti və onun konkret şəxsləri barədə əksini tapan məsələlərlə bağlı İ.Qəmbər dedi ki, burada bir neçə məqam diqqəti cəlb edib: “Həlledici məqamlardan biri Azərbaycan hakimiyyətinin Türkiyəyə ögey münasibətinin təsdiq olunmasıdır. Yəni burada söhbət ayrı-ayrı şəxslərdən getmir. Düzdür, bu da ilgincdir, araşdırılmalıdır. Amma önəmli olan odur ki, Azərbaycan hakimiyyəti açıq şəkildə bildirib ki, Türkiyənin enerji məsələlərində həlledici ölkəyə çevrilməsini istəmir. Bu çox xoşagəlməz bir hadisədir və Azərbaycan hakimiyyətinin Türkiyəyə münasibətini ortaya qoyur. Eyni zamanda təbii ki, digər sənədlərdə əksini tapan açıqlamalar da düşünmək, araşdırma aparmaq üçün zəngin materiallardır. Bunlar təhlillər aparmaq, Azərbaycan hakimiyyətinin siyasətinin gerçəkdən nədən ibarət olması və digər bir sıra məsələlərə aydınlıq gətirir”.
Bu hesabatdan sonra dünyada hansısa dəyişikliklər baş verə bilərmi? Bu sualımıza cavabında Müsavat başqanı dedi: “Artıq hər bir kəs və hər bir dövlət tamamilə yeni bir mərhələdə olduğumuzu dərk etməlidir. Yeni texnologiyalar dövründə olduğumuzu, aşkarlığın tamam yeni bir mərhələsini hamı dərk etməlidir. İnformasiyanı gizlətməyin az qala qeyri-mümkün bir dövrdə olduğumuzu hər kəs başa düşməlidir. Bu hadisə aşkarlıq və 21-ci əsrin ümumbəşəri dəyərlərinə uyğun şəkildə siyasət qurulmasına, bu istiqamətdə işlərin aparılmasına çox güclü bir təkan olmalıdır”.
Müxalifətin, konkret olaraq Müsavat Partiyasının bu məsələlərlə bağlı hansı addımlar atacağına gəlincə, İsa Qəmbər hələlik sənədlərin araşdırılması, təhlili ilə məşğul olduqlarını dedi: “Sənədlər kifayət qədər çoxdur və ciddi təhlil tələb edir. Araşdırmalarımız başa çatdıqdan sonra hansısa bir rəsmi mövqeyimiz ifadə edilə bilər".

Link to comment
Share on other sites

Bu məxfi sənədlərin aşkarlanmasını ciddi sensasiya doğuracaq bir hadisə kimi qiymətləndirməzdim. Şübhəsiz ki, Rusiya, İran və Azərbaycan liderlərinin bir-birinə qarşı inamsızlıq mövqeyi çoxdan bəri mövcuddur. Bu doğru bir məsələdir ki, İran tarixi boyu güclü Azərbaycan dövlətinin formalaşmasını istəməyib və hər bir zaman öz tərkib hissəsinə əlavə etməyə cəhd edib. Rusiyanın əlində isə yeganə təzyiq mövqeyi Dağlıq Qarabağ məsələsidir. Dağlıq Qarabağ məsələsi həll olunarsa, Rusiyanın Azərbaycana təzyiqləri çox böyük surətdə zəifləyəcək.

Link to comment
Share on other sites

Maraqlıdır
250 mindən bir az çox məxfi sənəd var. Bunlardan yarısının üzərində hər hansı bir qadağa yoxdur. 40.5 faizi yarımgizli və ya "məhrəm"('Confidential'), 6 faizi və ya 16 min 652 ədədi "gizli" ('Secret') möhürlüdür. 4 min 330 sənədin isə üzərinə "NOFORN" qısaltması yazılıdır - yəni ABŞ vətəndaşı olmayanların heç bir halda əlinə keçməməsini gərəkdirir.

indiyənə qədər yayınlanan sənədlər bütün sənədlərin hardasa mində biridir.

Yəni hələ "kinonun dalı davalıdır"

Link to comment
Share on other sites

AMERİKALI DİPLOMAT İLHAM ƏLİYEV HAQQINDA

( Redaktə və ixtisarla verilir)

Bu gün Wikileaks saytı Amerika diplomatiyasının Azərbaycana dair üç yeni məxfi sənədini açıqlayıb.

Sənədlərin birində Bakıda səfir vəzifəsini icra edən Donald Lu prezident İlham Əliyevi xarakterizə edərək onu Maykl və Sonni Korleone (“Xaç atası” romanındakı mafiozlar) qardaşları ilə müqayisə edib.
İlham Əliyevin fəaliyyətini təhlil edən diplomat qeyd edir ki, o, xarici və daxili siyasətdə tamamilə müxtəlif yanaşmalardan istifadə edir. Belə ki, xaricdən Qərblə inteqrasiya tərəfə addımlar atır, daxili siyasətdə isə addımlar daha avtoritar olur. Yanaşmalardakı bu cür ziddiyyətlər bəzilərinə Əliyevi Maykl və Sonni Korleone ilə müqayisə etməyə imkan verir.

İlham Əliyev atasından zəngin resursa malik dövləti mənimsəyib... Onun işə saldığı neft kəməri ölkənin rəsmi və qeyri-rəsmi xəzinəsini doldurur.

Prezident və onun tərəfdaşları dövlətin və özlərinin vəziyyətini qorumaq və müdafiə üçün sabitlik axtarışındadır. 2008-ci ildə yenidən seçildikdən sonra İlham Əliyev 2009-cu ilin martında referendum keçirdi və dövlət başçısının seçilməsinə qoyulan məhdudiyyəti ləğv etdi.

Əliyev hökuməti demək olar ki, dəyişməyib. Baş nazirin rolu xeyli dərəcədə zəif və şərtidir. Qohumluq əlaqələri, dinastik münasibətlər, inhisar şəbəkəsinin hazırlanması və nəzarətlə əlaqədar Əliyev administrasiyası bəziləri tərəfindən “mütəşəkkil cinayətkarlıq” kimi qəbul olunur.


İlham Əliyev öz atasından ağıllı, realist xarici siyasət mənimsəyib. Əsas məqsəd Azərbaycanın müstəqilliyinin və suverenliyinin saxlanması və möhkəmləndirilməsidir.
O, NATO-nu və Avroatlantik siyasi qurumları regional təhlükəsizlik məsələsində iştiraka və Azərbaycan neft və qazının Rusiyadan yan keçməklə Qərbə tranziti siyasətini dəstəkləyir. Ancaq hərdən o, güclü qonşuları Rusiya və İran narahatlıqlarını bildirəndə sakit dayanır. Məsələn, Azərbaycan müntəzəm olaraq Rusiyanı Ermənistana silah göndərməkdə ittiham edir və Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsində nümayişkaranə şəkildə iştirak etmir.
Eyni zamanda Əliyev həmişə prezident Medvedyevlə öz münasibətlərini qabardır, tez-tez qeyri-rəsmi səfərlər edir, enerji məsələlərinə dair danışıqları davam etdirir, “Qazprom” ilə Dağıstana qaz nəqlinə dair kiçik, lakin rəmzi baxımdan mühüm sazişlər bağlayır.
Xarici siyasət sahəsində Əliyev bizneslə şəxsi məsələlər arasındakı fərqi saxlamağı bacarıb.
Odur ki, Azərbaycanın Ermənistanın işğal etmiş torpaqları güc yolu ilə azad etmək hüququna malikdir barədə bəyanatları lovğalıqdır. Əliyev nizamlanmanın baza prinsiplərinin hazırlanmasında Minsk Qrupu ilə konstruktiv işləyib, Ermənistan prezidenti Serj Sarkisyan ilə yaxşı münasibətləri olub.
Eyni hal Qarabağ münaqişəsi nizamlanmadan əvvəl Türkiyə ilə Ermənistanın yaxınlaşması məsələsinə də aiddir. Bununla bağlı tənqidlərə baxmayaraq, Əliyev ARDNŞ-ə Türkiyəyə neft tranziti və nəqlinə dair danışıqları davam etdirməyi tapşırıb və Bakıda heç kim BTC ilə neft ixracının azaldılması məsələsinə baxmağa cürət etməyib. Qaz tranzitinə dair danışıqlar ağır gedir, lakin Əliyev şübhəsiz ki, etiraf edir ki, Azərbaycan Türkiyə ilə münasibətləri poza bilməz və heç bunu istəmir də.

Xarici siyasətdən fərqli olaraq, Əliyev hesab edir ki, onun daxili siyasəti başqa məsələdir... O və əhatəsi ölkənin demokratik inkişafına və Qərblə münasibətlərin zərərinə olsa belə, ən xırda məsələlərə reaksiya verirlər. Məsələn, gənc blogerlər Emin Millinin və Adnan Hacızadənin işi bu cür qisasa misaldır.
O, “Azadlıq” radiosunun onun dünyada ən böyük bayrağın qurulması barədə planlarına güldüyü üçün öz hiddətini bildirib.
Heydər Əliyev belə şeyləri heç zaman özünə rəva bilməzdi. Odur ki, burada jurnalistlər də daxil olmaqla, bir çoxları 90-cı illərin əvvəllərini nostalji hislərlə xatırlayır.
Əliyev öz siyasi məşhurluğuna ən minimum təhdidi belə aradan qaldırmaq üçün tədbirlər görür. Onun məqsədi siyasi vəziyyətdir. Məhz bu məqsədlə də 2009-cu ildə tələbeeeeep mart referendumu keçirilib və iki dəfəlik prezident müddətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu, varislik hüququna iddia edənlərin... ümidlərini puç elədi.
Yaxşı kostyumlarda olan və ingilis dilini bilən, eyni zamanda daxili problemlərlə bağlı xoşagəlməz həqiqətlərə malik Əliyev qərbli qonaqlar üçün kosmopolit obraz yaradanda xarici siyasətdə onun ağıllı yanaşmalarında dissonans yaranır. Sual yaranır ki, reallıqda bunlar necə mövcud olur?
Bunun izahlarından biri odur ki, Əliyev öz daxili siyasətinin təhlükəsiz olmadığını hesab edir və öz atasının administrasiyasının rəhbəri Ramiz Mehdiyev də daxil olmaqla, köhnə qvardiyaya arxalanır.
Bəzən də özünə inamlı Əliyev tamam başqa bir adama çevrilir. Buna misal olaraq QHT haqqında qanunun sərtləşdirilməsi haqda təşəbbüslərin ləğvini göstərmək olar.

Diplomat öz şərhində yazır ki, Azərbaycan daxili siyasətini də xarici siyasət kimi aparsaydı, bu, ABŞ-ın siyasətinə daha uyğun olardı. Tammiqyaslı demokratik islahatlar az ağlabatandır və bu regiondakı prezidentlər çox zaman öz postlarını könüllü olaraq tərk edirlər.
Azərbaycanda konsilyeri rolunu çoxdan Ramiz Mehdiyev oynayır və biz həqiqətən də əmrlərin çoxunun İlham Əliyevdən gəlib-gəlmədiyini bilmirik. Biz jurnalistlərin həbsində, müxalifət liderlərinin boğulmasında, məscidlərin bağlanmasında, KİV-in məhdudlaşdırılmasında və ümumilikdə idarəetmədə Mehdiyevin “barmaq izlərini” görürük.

71 yaşında olan adamların səhhəti zəif olur. Hərçənd ki, bəzi istisnalar da olur. 41 yaşlı İlham Əliyev bundan sonra ölkəni konsilyerisiz də idarə bilər. Onun Mehdiyevi kiminlə əvəz edəcəyi isə məlum deyil, Donald qeyd edir ("Turan").

http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/90094-AMER%C4%B0KALI_D%C4%B0PLOMAT_%C4%B0LHAM_%C6%8FL%C4%B0YEV_HAQQINDA

Link to comment
Share on other sites

[quote name='Polymeron' timestamp='1291031644' post='7788848']
Türkiyə təkcə bizə görə bağlı saxlamır ki. Hərənin öz dərdi var. ortada həm də qondarma "erməni soyqırımı" məsələsi də var. İndi sbaah Ermənistan bu iddiasından əl çəksə, sözdə Qarabağ məsələsində yumşalacağını desə nə bilirsiz Türkiyə sərhədləri açmayacaq....
[/quote]
[font="Arial"]Тürkiyə sözün düzü qalsa [b]əsasən[/b] sərhədi elə bizə görə bağlayıb...
Getsin yüz dəfə soy qırımlarını dünyaya tanıtsınlar... Güya bunnan Türkiyəyə bir böyük zərər təsiri olacaq...? Türkiyə (sən məni bağışda) heç qozunada alan deyil, üstəlikdə Qərb Erməniyə görə neçə illik etibarlı müttəfiqi (Türkiyəni) itirmək fikrində deyil... Mənasız demək olar səhnədi... Heçnə, Ermənilərin başdarını yuyullar (haqq eliyirlər - hələ onlara azdı) nədi nədi, səbəb güya Rusun əlinnən ala bilələr ki, Rusun coğrafi-siyasətinə yavaş-yavaş ziyan vuralar... Reallığa qalsa, Qərbin Ermənini Rusun əlinnən almaq boş söhbətdi... Demək olar uğursuz strategiyadı... Onuda Qərb gözəl başa düşür, sadəcə ümid bağlıyır, birdən yüzdən birin bəxti açıldı...

Ancaq İ. Əliyevin Türkiyəyə qarşı etibarsız hərəkəti, heç ağıla sığılmazdı... Gör Türkiyə öz iqtisadi marağına göz yumub sərhədi açmır, hər cür siyasətdən istifadə edib birtəhər Azərbaycana Qarabağ qaytarmaq yolu axtarır, bu isə Türkiyəyə dünya üzrə böyük neft və qaz tranzit şəbəkəsinə dayağ durmaqdansa, durub onun əleyhinə çıxır...
Müdrikli siysətçı, qabağı görən, belə yerdə tadam Rusun üzünə gülüb pişim -pişiyim deyib , gizlincə Türkiyəyə bu üzrə dayaq olar ki, qoy inkişaf eləsin, üstəlik Azərbaycanda udar, həmdə Rus bu təhlükənin qabağında Qarabağ üzrə dilli ağızdı olar...
Mən tadam istəyərəm Türkiyə bunnan çox güclü inkişaf eləsin, həmdə Qərbə və bizədə xeyiri olar... [/font]

Link to comment
Share on other sites

Türkiyə-Azərbaycan müttəfiqliyi strateji deyil, geo-siyasi maraqlara da dayanmamaışdır. Türkiyə-Azərbaycan mütəfiqliyi təbii müttəfiqlikdir.

Yəni bunun dinamikləri etnikdir, tarixidir, dinidir və s.

Nə Türkiyədə nə Azərbaycanda heç bir iqtidar siyasi-strateji maraqlar xatirinə bu müttəfiqliyi poza bilməz. Bəlkə bunu istəyə bilər, ancaq bunu çəkə bilməz, altından çıxa bilməz.

Link to comment
Share on other sites

“Wikileaks” saytı tərəfindən yayılan məxfi sənədlər arasında Azərbaycana dair daha bir şok məlumatlar üzə çıxıb. İspaniyanın “El Pais” qəzeti tərəfindən yayılan sənədə görə, Bakıdakı Amerika diplomatları Azərbaycanın ən varlı ailələrinin dosyesini hazırlayaraq Vaşinqtona göndərib. Bu dosyelərdən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bildirilir ki, gömrük xidmətinin keçmiş rəisi olan Kəmaləddin Heydərovun ailəsi Azərbaycanda ikinci ən zəngin ailədir. Onun atası Fəttah Heydərov partiya rəhbəri olub və uzun müddət Naxçıvanda işləyib. “Heydərovlar ailəsinin özəl “Airbus 319” təyyarəsi var, lakin onun iki oğlu-Tale və Nicat da hər biri özlərinə dəyəri 20 milyon dollar olan “Gulfstream” təyyarəsi almaq istəyirlər. Onların sərvətlərinin mənbəyi barədə soruşanda Heydərovlar deyir ki, bu sərvətlər malik olduqları böyük biznes imperiyasından-qablaşdırıcı firmalardan, tikinti materialları istehsal edən zavodlardan, kimyəvi məhsulların istehsalından, tekstil məmulatlarının, kompakt-disklərin, videodisklərin, süd məhsullarının, dəri məmulatlarının satışından və digər sahələrdən qaynaqlanır. Heydərovlar həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı, fortepiano satışı, araq və şərab məhsullarının istehsalı və satışı, sığorta fəaliyyəti və digər bizneslərlə də məşğuldur. Nar şirəsi və qara kürü istehsalında da Heydərovlar inhisar haqlarına malikdir”.
Qəzet Heydərovların dosyesindən qısa çıxarış dərc edib, bu baxımdan dosyenin kim tərəfindən hazırlanıb göndərildiyini müəyyən etmək mümkün olmayıb. Lakin belə görünür ki, ABŞ diplomatının hazırladığı dosyedə Azərbaycanın digər oliqarxları barədə də məlumatlar əksini tapır. “Wikileaks” bundan əvvəl Qazaxıstanın hakim siyasi elitasının həyat tərzi və sərvətləri barədə amerikalı diplomatlar tərəfindən göndərilən dosyeni, habelə Rusiya siyasi elitasının nə dərəcədə korrupsiyalaşdığı barədə hesabatı yaymışdı.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/90159-W%C4%B0K%C4%B0LEAKS_K%C6%8FMAL%C6%8FDD%C4%B0N_HEYD%C6%8FROV_BAR%C6%8FD%C6%8F_M%C3%9CDH%C4%B0%C5%9E_S%C4%B0RL%C6%8FR_A%C3%87IQLADI_%28yenil%C9%99nib%29

Link to comment
Share on other sites

Indi de, yaziblar ki, guya Rusiya mudafie naziri bizim mudafie nazili ile sohbetinde deyib ki, "achigi deyim ki, Rusiya Ermenistana silah verib".

Gulmelidir. Bunun harasi mexfi melumatdir? Hami bilir ki, ruslar ermenilere silah verir.

WikiLeaks metbex sohbetleri seviyyesinde "mexfi" melumatlari yayir.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1291487254' post='7825066']
Əgər Amerika istəməsəydi ki, məxfi məlumatları açığa çıxsın o saytın bağlamaq üsulunu tapardılar.
[/quote]

Bu günkü Amerikan admnistrasiyası olmasa da hər halda Amerikanın daxilindəki hansısa güc mərkəzi bu məlumatların yayılmasında maraqlıdır. Məncə.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1291418788' post='7821178']
“Wikileaks” saytı tərəfindən yayılan məxfi sənədlər arasında Azərbaycana dair daha bir şok məlumatlar üzə çıxıb. İspaniyanın “El Pais” qəzeti tərəfindən yayılan sənədə görə, Bakıdakı Amerika diplomatları Azərbaycanın ən varlı ailələrinin dosyesini hazırlayaraq Vaşinqtona göndərib. Bu dosyelərdən biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bildirilir ki, gömrük xidmətinin keçmiş rəisi olan Kəmaləddin Heydərovun ailəsi Azərbaycanda ikinci ən zəngin ailədir. Onun atası Fəttah Heydərov partiya rəhbəri olub və uzun müddət Naxçıvanda işləyib. “Heydərovlar ailəsinin özəl “Airbus 319” təyyarəsi var, lakin onun iki oğlu-Tale və Nicat da hər biri özlərinə dəyəri 20 milyon dollar olan “Gulfstream” təyyarəsi almaq istəyirlər. Onların sərvətlərinin mənbəyi barədə soruşanda Heydərovlar deyir ki, bu sərvətlər malik olduqları böyük biznes imperiyasından-qablaşdırıcı firmalardan, tikinti materialları istehsal edən zavodlardan, kimyəvi məhsulların istehsalından, tekstil məmulatlarının, kompakt-disklərin, videodisklərin, süd məhsullarının, dəri məmulatlarının satışından və digər sahələrdən qaynaqlanır. Heydərovlar həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı, fortepiano satışı, araq və şərab məhsullarının istehsalı və satışı, sığorta fəaliyyəti və digər bizneslərlə də məşğuldur. Nar şirəsi və qara kürü istehsalında da Heydərovlar inhisar haqlarına malikdir”.
Qəzet Heydərovların dosyesindən qısa çıxarış dərc edib, bu baxımdan dosyenin kim tərəfindən hazırlanıb göndərildiyini müəyyən etmək mümkün olmayıb. Lakin belə görünür ki, ABŞ diplomatının hazırladığı dosyedə Azərbaycanın digər oliqarxları barədə də məlumatlar əksini tapır. “Wikileaks” bundan əvvəl Qazaxıstanın hakim siyasi elitasının həyat tərzi və sərvətləri barədə amerikalı diplomatlar tərəfindən göndərilən dosyeni, habelə Rusiya siyasi elitasının nə dərəcədə korrupsiyalaşdığı barədə hesabatı yaymışdı.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/90159-W%C4%B0K%C4%B0LEAKS_K%C6%8FMAL%C6%8FDD%C4%B0N_HEYD%C6%8FROV_BAR%C6%8FD%C6%8F_M%C3%9CDH%C4%B0%C5%9E_S%C4%B0RL%C6%8FR_A%C3%87IQLADI_%28yenil%C9%99nib%29
[/quote]


Kemaleddin Heydarov Azerbaycanin Lavrenti Beriyasidi :)

Musavatist, siz bilirsiz Lavrenti Beriya musavatchi olub :rolleyes:

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 45 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Upvote
        • Like
      • 102 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 710 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...