Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kim - kimdir?


Anibus

Recommended Posts

Hamıya salam. İlk öncə Azərbaycan dilində forumun olması çox sevindiricidir və buna görə. Düşünən baş sahiblərinə təşəkkür edirəm.
ATV telekanalından yayımlanan KİM Kimdir əyləncəli ŞOU verilişinin formatından fərqli olaraq "KIM KİMDİR ?" bölməsində həm Azərbaycanda həm də dünyada tanınmış simalar haqda məlumatların yerləşdirilməsi təklifi ilə çıxış edirəm.
İlk olaraq kim haqda məlumat yerləşdirilməsinə gəlincə isə , Azərbaycana səfər edən və hər zaman dünya mediasında aktual şəxslərdən biri olan İran prezidenti Mahmud Əhmədi Nejat haqda məlumatı yerləşdirirəm.

[img]http://ru.trend.az/news_photos/Mahmud_Ahmadinejad_260510.jpg[/img]

Əhmədi Nejat kimdir?

İran İslam Respublikasının 6-cı prezidenti olan Mahmud Əhməd Necat 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində nalbənd ailəsində anadan olmuşdur. 24/07/2005-ci il tarixində keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanmış, 03/08/2005-ci il tarixində Məhəmməd Xatəmini əvəz etmişdir.

Prezident seçkiləri əsnasında (03/05/2003-28/07/2005)Tehran bələdiyyəsinin başçısı olmuşdur. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm vəTexnologiya Universitetində müəllim işləmişdir. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.
Siyasi dayağını İran inşaat sektorunda hökmran mövqeyə malik İran İslam İnşaatçılar İttifaqı (Abadqaran) təşkil edir. Abadqaran İranda prezident seçkilərində ilk turda iki namizədlə təmsil olunmuşdu. İran Konstitusiya Qoruyucuları İdarəsinin 1000 namizəd arasından seçdiyi 7 nəfərdən biri olan Əhməd Necat birinci turda ən çox səs (19,48%) toplayan namizəd olaraq ikinci turda Əkbər Həşim Rəfsəncani ilə təkbətək mübarizə aparmaq hüququ qazanmışdır. Seçicilərin 59 %- nin iştirak etdiyi ikinci turda 61,69% səs toplayan Əhməd Necat prezident seçilmişdir. Rəqibləri onu seçkini saxtalaşdırdığını iddia etmişlər.
Xarici siyasətdə ABŞ ilə münasibətlərin olduğu kimi qalmasını və heç bir güzəştə gedilməməsini irəli sürən Əhməd Necat BMT-ni dəfələrlə fəaliyyətsizlikdə ittiham etmiş və İranın nüvə proqramını həyata keçirilməsinin labüd olduğunu bildirmişdir. Hər zaman qıcıqlandırıcı bir tərzə və nitq söyləmək qabiliyyətinə malikdir Hətta, bir dəfə bir jurnalistin siyasi dustaqların azad edilməsi ilə bağlı verdiyi suala: “Hansı dustaqları?” “Amerikadakılarımı?” - deyə cavab vermişdi.
Bəzi ölkələrə öz nüvə proqramını inkişaf etdirmək icazəsinin verildiyi halda hansı haqla İranın bu hüquqdan istifadəsinə maneçilik törədildiyi, BMT TŞ-nın beş üzvünün xüsusi hüquqlara sahib olduğunu önə çəkərək nədən müsəlman dövlətlərinin bu hüquqlara sahib ola bilməyəcəyi və nəhayət yəhudi soyqırımından niyə fələstinlilərin təsirləndiyi kimi fikirləri ilə ictimaiyyətin diqqətini qazanmışdır. Özünün prezident seçilməsini” yeni bir islam inqilabı” adlandırmış və bu inqilabın tez bir zamanda bütün dünyanı əhatə edəcəyi fikrini irəli sürmüşdür. O, ilk növbədə region dövlətləri arasında (viza sisteminin ləğvini həyata keçirməklə) yerdəyişmənin asanlaşdırılmasını və münasibətlərin daha da gücləndirilməsini müdafiə edir. İsrail ilə bağlı siyasəti isə “xəritədən silmə” dən ibarətdir və bu, beynəlxalq ictimaiyyətin diqqətinə səbəb olmuşdur. İlk işlərindən biri də yeni evlənmiş şəxslərə” iş və ev sahibi ola bilmələri üçün” neft gəlirlərindən 1,3 milyon dollar məbləğində vəsaitin ayrılması və bu məqsədlə fondun yaradılması sayıla bilər.

Nejatın təxirə düşən sözləri:
" Qərb demokratiyanı İrandan öyrənsin"
"Avropanın nəsli kəsiləcək"

Link to comment
Share on other sites

Bəlkə də bir çoxlarının yadında deyil, Amma Qurban bayramı eyni zamanda İraq Lideri Səddam Hüseynin edam günü kimi tarixə həkk olundu.
Səddam Hüseyn kimdir?
1937 – ci il aprel ayının 28 – də İraqın Tikrit şəhərində kasıb bir ailədə dünyaya gələn Səddam Hüseyn atasının ölümündən sonra anası və qohumları tərəfindən tərbiyə edilmişdir. Səddamım siyasətlə tanışlığı ilk gənclik illərindən başlayır. O zamanlar ərəb dünyasında hakim olan millətçi-antiimperialist təsirlərə düşən gənc yaşlarında Bəəs Partiyasına üzv oldu. 1956 – cı ildə uğursuz bir hərbi çevrilişin iştirakçısı oldu.


İraqda monarxiyanın süqutundan sonra Baş Nazir Kərim Həssama sui-qəsd üçün təşkil edilən qurupda əsas vəzifələrdən birini tutdu. Ancaq bu hadisənin üstü açıldı və Səddam ölkədən qaçmağa məcbur oldu. 1963 – cü ildə Bəəs Partiyasının iqtidara gəlməsi ilə o, İraqa qayıtdı. Bu arada əmisi qızı Sacidə ilə evləndi. Bu nikahdan iki oğlan və üç qız olmaqla beş övladı oldu. Ancaq bu dövrlərdə Bəəs Partiyası ilə münasibətləri pisləşdi. Bu münasibətlər daha sərt xarakter alınca Səddam həpsə atıldı.

Çevriliş onu həbsdən qurtardı
1968 – ci ildə baş verən hərbi çevriliş Səddamı həbsdən azad etdi. Partiyada sürətlə yüksələn Səddam güzəştsiz qətiyyəti və sərtliyi ilə Bəəsin ən vacib qurumlarından olan İnqilabi Şura Məclisinə daxil oldu. Bu zaman mövqeyini xeyli möhkəmləndirərək Prezident Əhməd Həsən Bəkri iqtidarının pərdə arxasındakı əsas güc qaynağı oldu. 1979 – cu ildə isə hərbi çevrilişlə iqtidarı ələ keçirərək “pərdəni qaldırdı”. Bundan sonra ilk vəzifə olaraq bütün müxaliflərini ortadan qaldırdı.
Səddam öz iqtidarını güclü polis-kəşfiyyat şəbəkəsinə arxalanan idarə üsulu ilə həyata keçirməkdə idi. Ona qarşı səsini qaldıranı öldürməkdən heç çəkinməzdi. Bəzən bu məhv etmə kampaniyaları Hələbcədə olduğu kimi bütün bir şəhərə “soyqırım” tətbiq etmə həddinə qədər gəlib çatmaqda idi.

İqtidar hərisliyindən ancaq xalqı əziyyət gördü.
1980 – ci ildə Səddam onu ərəb dünyasının liderliyinə gətirəcək, Qərb üçün də əvəzedilməz hala gətirəcək bir fürsətin ələ düşdüyünü zənn etdi. İranda İslam inqilabı bütün gücü ilə davam etməkdə idi. Xomeyninin qurduğu dövlətin başda ABŞ olmaqla bütün Qərblə münasibətləri getdikcə pisləşməkdə idi. Qərb dünyası İranın “inqilab ixracı” edəcəyindən qorxaraq onu bölgə üçün təhdid hesab etməkdə idilər. Bu münasibətdən ilham alan Səddam İrana qarşı müharibə elan etdi. Onun hesabına görə bu müharibədə Qərbin dəstəyinə asanlıqla nail olacaq və təlatümlü günlər keçirən İranı asanlıqla məğlub edəcəkdi.
Müharibənin ilk günlərində Səddamın ordusu əhəmiyyətli su bölgəsi olan Şəttul – Ərəbi işğal etdi. Amma İran Səddamın zənn etdiyindən daha güclü idi. 8 il davam edən müharibə yüz minlərlə insanın ölümünə səbəb oldu. Hər iki ölkənin də iqtisadiyyatı darmadağın hala gətirildi. Müharibə qurtardığı zaman hər iki tərəf də başladığı nöqtədə idi. Heç nə əldə edilməmişdi. Neftin onun üçün tək güc olduğunu bilən Səddam Hüseyn İran müharibəsindən heç nə əldə edə bilmədiyini görüncə bu dəfə gözünü Küveytə dikdi.
2 avqust 1990 – cı ildə Səddamın qoşunları Küveyti işğal etdi. Bundan sonra ABŞ – ın rəhbərliyi altındakı müttəfiq ordular İraqa müharibə elan etdilər. 16 dekabr 1990 – cı ildə böyük bir bombardman başladı. 27 fevral 1991 – ci ilə qədər davam edən bombalamadan sonra İraq Küveytdən çəkildi. Ancaq bu gündən sonra arabir də olsa bombalamalar davam etməkdə idi.
11 sentyabr hücumlarından sonra nəzərlər yenidən İraqa çevrildi. 12 illik BMT – nin tətbiq etdiyi embarqodan sonra 2003 –cü ilin mart ayında bu dəfə ancaq ABŞ və İngiltərə tərəfindən təşkil edilən koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatlardan sonra İraq işğal edildi və Səddam Hüseyn devrildi. Əməliyyatların başlaması ilə gözdən itən Səddamın harada gizləndiyi məlum deyildi. 14 dekabr 2003 – cü ildə Səddamın Tikrit yaxınlarında yaxalandığı bildirildi. Səddam Hüseyn doğulduğu Tikritdən 20 kilometr aralıdakı əl – Dur qəsəbəsində sıx xurma ağaclarının olduğu düzənlik bir ərazidə əl Xadra bağçasındakı bir sığınacaqda ələ keçirilmişdi.
Amerikan ordusunun İraqdakı qüvvələrinin komandanı Rikardo Sançes keçirdiyi mətbuat konfransında Səddamın 2 metr dərinlikdə yerləşən bir sığınacaqda yaxalandığını bildirdi. Sançes sirkulyasiya sisteminin olduğu və girişinin kərpic və çör-çöplə kamufulə edilmiş bu yerdə sadəcə bir adamın gizlənə biləcəyini yazmışdı. Səddam Hüseyn yaxalandığı zaman ondan 750 min dollar, iki Kalaşnikov avtomatı və bir tapança da müsadirə olundu.
Səddam Hüseynin şəxsiyyətinin məlum edilməsində keçmiş baş nazir müavini Tariq Əzizin yardımçı olduğu bildirildi. Amerika işğal üsul-idarəsindən bir mənbə Röyters agentliyinə verdiyi məlumatda “Tariq Əzizin “ köməyi ilə Səddamın şəxsiyyətinin müəyyən edildiyi bildirilmişdi. Bir zamanlar Səddamın ən yaxın köməkçilərindən olan Tariq Əziz Səddamın oğulları Uday və Qusayın cəsədlərinin şəxsiyyətini müəyyən edilməsində də yardım etmişdi.

S. Hüseynin ittiham edildiyi cinayətlər


Səddam 24 illik iqtidarı zamanı bir çox qətl, zorakılıq və hücumlarda ittiham edilməkdədir. Bunlar əsasən aşağıdakılardır:

İran – İraq müharibəsi; İraq 1980 - ci ildə İrandakı İslam inqilabından sonra sərhəddə kiçik çaplı toqquşmalardan sonra İran ərazilərini işğal edərək müharibəyə başladı. 1988 – ci ildə BMT –nin vasitəçiliyi ilə sona çatan müharibədə ən azı 1 milyon insan həlak oldu. Bu müharibədə İraqın kimyəvi silahdan istifadə etdiyi iddia edilməkdədir.

Hələbcə qətliamı; İraqdakı kürdlər muxtariyyət tələblərini artırdıqları 1988 – ci ildə İraq əsgərləri kimyəvi silahdan istifadə edərək qadın və uşaqlar da daxil olmaqla 5 min adamın həlak olmasına səbəb oldular. “Kimyagər Əli” olaraq tanınan General Əli Həsən əl-Məcid kimyəvi silahlardan da istifadə edərək kürdləri yaşadığı bölgələrdən çıxartdı .

Küveytin işğalı; Səddamın komandanlığındakı İraq ordusu Küveyti işğal edərək Körfəz müharibəsinin başlanmasına səbəb oldu. İraq əsgərləri Küveytdən çəkilərkən yüzlərlə küveytlini əsir alaraq Bağdada apardı, şəhəri talan etdi. Müharibə zamanı 700 – dən çox neft quyusu yandırıldı, neft boru xətləri açılaraq körfəz suları və digər su qaynaqları natəmiz hala gətirildi.

Cinayətlər və işgəncə; İraqda on minlərlə insanın basdırıldığı 270 ümumi qəbrin var olması barədə sübutların var olduğu bildirilməkdədir. BMT İnsan Haqları Komissiyası 2001 – ci ildə İraq hökumətinin “həbs edilənlərə qarşı sistematik, və rəhmsiz, insanlıqdan kənar cəzalar verdiyini” pisləmişdir.

Və... edam qərarı
[img]http://timeturk.com/resim/detayresim/saddam-hanging.jpg[/img]

Səddam Hüseynə Düceyl qətliamında insanlığa qarşı cinayət törətmə ittihamı ilə 05 noyabr 2006 – cı ildə ölüm cəzası verildi. İttihama görə Səddam 1982 – ci ildə Düceyl qəsəbəsində 143 şiənin öldürülməsinə əmr vermişdir. Səddam Hüseynin vəkilləri qərarın və ittihamın qanundankənar olduğunu bildirmişlər. İraqın Baş Prokuroru Cəfər əl-Musəvi isə Səddamın güllələnərək deyil, asılaraq öldürüləcəyini bildirmişdir.
Səddamın tarixə düşün son sözləri…
"Allahdan başqa ilah Yoxdur Mühəmməd onun qulu və rəsuludur!"

Link to comment
Share on other sites

Bu gün də, İraqlı "Bəəsçilər" Səddam Hüseynin məhz Şiə Milinatlarının başçısı Müqtəda Sədr tərəfindən asıldığını deyirlər. Bəəsçilərin fikrincə Səddamən edamı ABŞ -ın şiələrə hədiyyəsidir.

Görəsən Müqtəda Sədr kimdir?


Müqtəda əs-Sədr İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi fiqurlarından biri və şiə müqavimətinin simvoludur.

Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur.

Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Əli əs-Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S.Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.

Müqtəda atası sağ ikən Nəcəf şəhərindəki dini seminariyada təhsil alırdı. Seminariyada təhsil aldığı illərdə Müqtəda “Molla Ətari” deyə çağırılırdı. Ancaq dini təhsilini tamamladığına görə, dini rütbə əldə edə bilməyən Müqtəda ABŞ əleyhinə çıxışları ilə dünyada tanınmağa başlayır. Bununla yanaşı, o, şəxsən fitva verməyə icazəsi olmadığından dolayı İraqın iranlı ayətullahı Kazım əl-Hərini ilə məsləhətləşirdi. Gənc olmasına baxmayaraq, İraqın qabaqcıl din adamlarının yetişdiyi ailənin üzvü olduğuna görə, əhəmiyyətli dərəcədə bir gücə malikdir. Natiqlik qabiliyyətinin zəif olmasına baxmayaraq, istəyi və xarizmasının köməyi ilə böyük şiə kütlələrini arxasınca apara bilir. Müqtəda “Müctəhid” olma məsələsində təkid etmirdi. Bununla belə Məhəmməd Sədrin maddi imkanlarından başqa dini və siyasəti də ehtiva edən çevrəsi Səddam Hüseynin devrilməsindən sonra getdikcə güclənir. Sədr qrupunun bünövrəsi, əsasən yoxsul şiələrdən ibarətdir. Bağdaddakı Sədr səmti Sədr ailəsinin qalası kimi tanınır. Atasının qətlə yetirilməsindən sonra Müqtəda atasının yolunu davam etdirərək, özünü onun xeyriyyə və sosial işlər şəbəkəsinə həsr edir.

Bundan bir müddət sonra Müqtəda əs-Sədrin tərəfdarları Səddam Hüseynin devrilməsindən sonra yaranan boşluğu doldurmaq üçün hərəkətə keçirlər. Başda ABŞ olmaqla koalisiya qüvvələrinin İraqı işğal etməsindən sonra işğala qarşı mübarizə aparan Müqtəda əs-Sədr özünü tanıdır. Paytaxt Bağdadın işğal edilməsindən iki gün sonra uzun illər İngiltərədə yaşayan və İraqa qayıdan şiə din xadimi Əbdülməcid əl-Xoyinin qətlində günahlandırılır. Ancaq Müqtəda əs-Sədr ona qarşı sürülən ittihamları rədd edir.

Əs-Sədrin Əbdülməcid əl-Xoyi ilə münasibətləri IV Raşidi xəlifə Hz. Əlinin Nəcəf şəhərində yerləşən məqbərəsində idarəçiliyi ələ almaq üstündə meydana gəlmişdi. Belə ki, sözügedən məqbərə şiə zəvvarların başlıca ziyarət etdiyi məkanlardan biri sayılırdı ki, bu da öz növbəsində külli miqdarda gəlir demək idi. Müqtədanın Əli əs-Sistani ilə də münasibətləri yaxşı deyildi. Belə ki, əs-Sistani Kərbəla şəhərində xüsusi nüfuza sahib idi və şəhərə “nəzarət edirdi”. Müqtəda isə burada da pay sahibi olmaq niyyətini gizlətmirdi. Bunun nəticəsində 2003-cü ilin oktyabrında əs-Sədr tərəfdarları Kərbəla şəhərində nəzarəti ələ almağa çalışır. Ancaq Müqtədanın “Mehdi Ordusu” əs-Sistaninin “Bədr Ordusu”nun güclü müqaviməti ilə qarşılaşır. Yaranan gərginlik nətəcəsində “Mehdi Ordusu” məğlub olur və xeyli itki verir.

Müqtəda əs-Sədr daha sonra İraqın müvəqqəti hökumətinin fəaliyyətinə qarşı tənqidi fikirlər səsləndirməyə başlayır. Bir müddət keçdikdən sonra, daha dəqiq desək 2003-cü ilin sentyabrında Müqtəda ABŞ tərəfindən təyin edilmiş Müvəqqəti Birlik Hökumətinin yürütdüyü siyasətə müxalif olduğunu deyərək, “kölgə” hökumət yaratdığını bəyan edir.

Müqtədaya atasından böyük bir miras qalmışdı. Bu miras xeyriyyə qurumları əsasında formalaşmışdı ki, Müqtədanın atası sağ ikən şəxsi vəsaiti ilə məscidlərə, xəstəxanalara və universitetlərə yardım edirdi. Atasının xeyriyyə işini davam etdirmək qərarına gələn Müqtəda İraqda hərbi əməliyyatların başa çatdığı elan edildikdən sonra paytaxt Bağdadın yenidən qurulması üçün öz köməyini təklif edir. O, paytaxtdakı məktəb və xəstəxanaların bərpası işində yaxından kömək göstərmək istədiyini bildirir.

2003-cü ilin aprelində Müqtədanın tərəfdarları Bağdadın Sədr-Siti səmtində bir sıra ictimai xidmətləri həyata keçirməyə başlayırlar. Bu xidmətlərə xəstələrin və yaralıların xəstəxanalara çatdırılması, şəhərin və atmosferin təmizlənməsi, humanitar yardımın paylanması, gecə vaxtı şəhərdə patrul xidmətinin yerinə yetirilməsi və yol hərəkəti qaydalarının tənzimlənməsi kimi bir sıra işlər daxil idi. Tədricən şəhərin şiə məhəllələrinin bütün idarəsi əs-Sədr administrasiyasının əlində cəmləşir. Bununla paralel olaraq, Müqtəda əs-Sədr İraqın müxtəlif şəhərlərindən olan şiələrin də qoşulması ilə hərəkatın hərbi qanadı olan “Mehdi Ordusu”nu formalaşdırır. M.əs-Sədrin fəaliyyətini İraq əhalisinin 10-30%-i dəstəkləyirdi ki, bu da bir neçə milyon nəfər mənasına gəlirdi. Müqtəda əs-Sədr 2003-cü ildə İraqın koalisiya orduları tərəfindən işğalına heç bir münasibət bildirməyən ölkənin şiə alimlərini kəskin dillə tənqid edir. O, digər şiə din xadimlərini İraqın siyasi gələcəyinin müəyyən edilməsində fəal surətdə rol oynamasını istəyirdi.

2004-cü ildə isə “Mehdi Ordusu” İraqın Nəcəf şəhərində koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır.

Koalisiya qüvvələri ilə əs-Sədr tərəfdarları arasında nisbi sakitlik qısa müddət davam edir və yerini silahlı toqquşmalara buraxır. Artıq 2004-cü ilin martında müvəqqəti hökumət Müqtəda əs-Sədrə məxsus əl-Hövzə qəzetinin fəaliyyətinə xitam verir. Bu hadisədən qısa bir müddət sonra Müqtədanın ən yaxın köməkçilərindən olan Mustafa Takubi həbs edilir. M.Takubinin həbsi əs-Sədr tərəfdarlarının bir həftə davam edən nümayişləri ilə müşayiət olunur. Bu dövrdə M. əs-Sədr “Mehdi Ordusu”nun 2003-cü ildən başlayan formalaşma işini başa çatdırmışdı. Artıq 2004-cü ildə ordudakı əsgərlərin sayı 10 min nəfərə çatırdı. “Mehdi Ordusu” Bağdadda və İraqın cənubunda şiələrin daha çox yaşadığı əyalətlərdə koalisiya qüvvələrinə qarşı silahlı mübarizəyə başlayır.

M. əs-Sədr 2004-cü ildə ABŞ ordusunun Fəllucə şəhərində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı sünni ərəblərlə eyni səfdə yer alır.

2004-cü il iyun ayının 4-də “Mehdi Ordusu” ilə koalisiya qüvvələri arasında imzalanan müqavilədən sonra Müqtəda Nəcəf şəhərində cəmləşən digər şəhərlərdən olan tərədarlarına evlərinə yollanmaları barədə göstəriş verir. O tərəfdarlarına İraq təhlükəsizlik qüvvələrinə hücum etməyi qadağan edir və siyasi partiya yaratmaq niyyətini gizlətmir. Bununla da M.əs-Sədr 2005-ci ildə keçiriləcək seçkilərdə iştirak etməyə çalışır. Müvəqqəti hökumətin prezidenti Qazi əl-Yavər “Mehdi Ordusu”nun silahsızlaşdırılacağı təqdirdə Müqtədanın ölkədəki siyasi proselərə qoşula biləcəyini bəyan edir. Ancaq Müqtəda əs-Sədr işğal davam etdiyi müdət ərzində siyasi fəaliyyətə qo.ulmayacağını bildirir.

2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin dini liderin həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur.

2008-ci ilin mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı M. əs-Sədrin tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır.

Müqtəda əs-Sədrin “Mehdi Ordusu” ilə koalisiya və müvəqqəti hökumətin qoşunları arasında döyüşlər 2008-ci ilin avqust ayının 28-ə qədər davam edir. 2008-ci ilin avqustun sonlarında isə

Bağdaddakı şiə döyüşçülərinin lideri Müqtəda əs-Sədr yaydığı bəyanatla özünün hərbiləşdirilmiş təşkilatı olan “Mehdi Ordusu”nun fəaliyyətini dayandırğını elan edir. O, bəyanatında bu qərara tabe olmayan tərəfdarlarının “Mehdi Ordusu”nun üzvü sayılmayacağını bildirir. Bu, Müqtədanın bu tarixdən sonra silahlı deyil, siyasi mübarizəyə qoşulacağı kimi şərh olunur. Bundan əvvəl – 2008-ci ilin iyununda isə “Mehdi Ordusu” ələ keçirdiyi və əs-Sədrin dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil vermişdi.

Hazırda Türkiyənin paytaxtı Ankara şəhərində olan Müqtəda əs-Sədrin olduğu yer məxfi saxlanılır. Türkiyənin XİN rəsmiləri M. əs-Sədrin İrandan Türkiyəyə gətirilməsinin səbəbini İraqdakı təhlükəsizlik və stabillik mövzusu ilə bağlı Türkiyənin vasitəçilik edəcəyi sülh prosesinin müzakirə edilməsi ilə əlaqələndirirlər.

Sadrın tarixə düşən sözləri…
Səddam Edam edilərkən-- [b]Allahın peygəmbəri Muhəmmədə səlat və salam olsun[/b]

Link to comment
Share on other sites

[b]Daha bir "dahi" Ugo Çaves[/b]


1954-cü ildə anadan olmuş Uqo Rafael Çaves Fria, Kuba lideri Fidel Kastronun yaxın dostu və ölkəsində yoxsulların haqlarını qoruyan ilk Venesuela lideri olaraq tanınır. “Le Monde Diplomatique” müxbiri İqnasio Ramonet Uqo Çaves haqqında bunları deyir:

“Uqo Çavesin adı Latın Amerikasında dillərdən düşməyən bir addır. 1992-ci ildə hələ ordu komandanı ikən çevriliş etmək istəmiş, lakin, sonralar 1998-ci ilin dekabr ayında Venesuela dövlətinin prezidenti seçilə bilmişdir. Venesuela solçuları tərəfindən dəstəklənən Çavez əsasını qoyduğu “sülhməramlı və demokratik inqilab”la qloballaşma tərəfdarlarını narahat edir.
“Beşinci Respublika Hərəkatı” partiyasının lideri Çavesdən öncə ölkədə “Demokratik Hərəkət Cəmiyyəti” ilə “Xristian Demokrat” partiyaları fəal idi. Venesuela istehsal etdiyi neftdən 25 il ərzində 300 milyard dollar qazanmasına baxmayaraq ölkənin yarısı yoxsulluqdan, üçdə biri isə işsizlikdən qurtula bilməmişdir. Buna görə Çavesin qırx il boyunca korrupsiyanın və xaosun baş alıb getdiyi ölkədəki yeni çıxışı ona göstərilən marağın başlıca səbəbi sayılır.
Çaves Prezident sarayından verdiyi açıqlamada bunları demişdir: “Biz eyni vaxtda ölümü və doğumu yaşayırıq. Köhnə rejimin ölümü ilə yeni və fərqli bir prosesin doğuşu. Bu doğum özündə bütün xalqın ümidini daşıyır. Köhnə rejim yəni ölüm uzun idi. Yenisi isə hələ də həyata keçməyib. Ancaq bu böhran bir inqilab yaradacaqdır.”
Mövcud iqtisadi böhran ilə birlikdə inqilab nə cür ola bilər? Çaves bunu belə açıqlayırdı: “ Venesuela ilk mərhələdə xüsusən də səlahiyyətli şəxslər səviyəsində kütləvi sağlam düşüncənin yoxluğu səbəbilə əxlaqi bir böhran yaşayır. Demokratiya sadəcə siyasi mənada bərabərlik deyil. O eyni zamanda və xüsusən də kütləvi,ekonomik və mədəni bərabərlikdir. Bolivar tərzi inqilabın hədəfi budur. Mən kasıb insanların prezidenti olmaq istəyirəm.”
The New York Times və İnternational Herald Tribuna kimi bəzi beynəlxalq mətbuat orqanları Çavesi “Avtoritar bir radikal solçu”, “diktatorluğa sürükləyici ” və “ yeni tərzdə bir inqilab hazırlayıcısı” olaraq görürlər. Çaves isə “ Bu ittihamlar məni maraqlandırmır” deyir və belə əlavə edir : “Bizim etməyə çalışdığımız şey simvolik demokratiyadan gerçək əmələ keçişdir ki, bununla bağlı ciddi bir yanlışlıq yoxdur.”
Çaves iqtisadiyyat sahəsində neo-liberal modeldən uzaqlaşmaq və qloballaşmaya qarşı çıxmaq istəyir. Çaves təkidlə “ Xalq ilə dövlət bazarı arasındakı tarazlığı müəyyən etməliyik. Bunun üçün də bazara gizli bir əl qoymalıyıq ” deyir. Çaves əlavə edir : “ Milli müstəqilliyin qismən transferi mənasına gələn satış, strateji sektorları nəzarət altında saxlayacaq olan dövlətin əlavə gəlirlərinin limitinə baxmayaraq xüsusi mülkiyyət, özəlləşdirmə və xarici investisiya hələ də zəmanət altına alınır.”
2002-ci ildə Çaves hökuməti, əleyhdarlarının Amerikanın dəstəyi ilə həyata keçirdiyi bir çevrilişlə devrilmiş, ancaq Venesuela xalqının küçələrə çıxması nəticəsində 48 saat içində vəzifəsinə geri dönmüşdü. Latın Amerikasında dillərdən düşməyən Çavesin Latın televziiyası qurma cəhdləri Venesuelanın region ölkələrinə öz modelini çatdırma səylərindən biridir.
Neft istehsalına görə dünyanın beşinci ölkəsi olan Venesuela, 1.5 milyon barreli ABŞ-a olmaq üzrə gündə təxminən 3.2 milyon barrel neft ixrac edir. OPEC-in tərkibində əhəmiyyətli bir ölkə olan Venesuela ABŞ-ın İrana hücum edəcəyi təqdirdə neft qiymətlərini artıracağını açıqlamış və Çaves 2006-cı ilin avqust ayında İrana dəstək xarakterli səfər etmiş, bir neçə ay sonra da İran prezidenti Əhmədinəjadı ölkəsində qonaq etmişdir.
Çaves Livan müharibəsi ərəfəsində beynəlxalq ictimaiyyəti və Ərəb dünyasını saymayan İsrailə etiraz olaraq İsraildəki Venesuela səfirliyini geri çağırmışdır. 1 fevral tarixindən etibarən ölkəsini qanun hökmündəki sərəncamlarla idarə edəcək olan Çaves, işə bəzi neft şirkətlərini dövlət mülkiyyətinə keçirməklə başlamışdır. Çavesin son seçkilərlə birlikdə ən azından 2012-ci ilə qədər ölkəsini dövlət başçısı sifəti ilə idarə edəcəyi görünür.

[b]Tarixə düşən hərəkəti: BMT Təhlükəsizlik Şurasının sammitində pantomima üsulu ilə ispan qitarasında ifa etməsi[/b]

Link to comment
Share on other sites

[b]"Qonşularla Sıfır problem" siyasətinin banisi Əhməd Davudoğlu kimdir?[/b]

Türkiyə diplomatiya tarixinə bir çox yenilik gətirən Əhməd Davudoğlu 1959-cu ildə ölkənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub.


Türkiyə diplomatiya tarixinə bir çox yenilik gətirən Əhməd Davudoğlu 1959-cu ildə ölkənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub.

Dörd yaşında olarkən vaxtında xəstəxanaya çatdırılmadığına görə, anasını itirən Əhməd atası və ögey anası Səfurə xanımla birlikdə İstanbula köçür. İstanbulda orta məktəbin ilk dörd ilinin təhsilini Hacı Süleyman Bəy məktəbində aldıqdan sonra İstanbul Oğlanlar liseyində təhsilini davam etdirir. Liseyin alman təmayüllü olması Əhmədin həm qərb, həm də şərq mədəniyyətini təhlil etməsinə şərait yaradır. Burada o, Kafka, Höte, Bertold Brext və digər tanınmış yazıçı və mütəfəkkirlərin əsərlərini oxuyur, türk ədəbiyyatını dərindən mənimsəyir, Əhməd Həmdidən Füzuliyə, Fərabidən Əhməd Cövdətə qədər bir çox alim və mütəfəkkirin əsərləri ilə tanış olur. Həmçinin, Əhməd liseydə təhsil aldığı illərdə futbol və güləşə maraq göstərir.
Onsuz da alman təmayüllü liseydə təhsil alan Ə.Davudoğlu ali təhsil üçün ölkə xaricinə üz tutmaq əvəzinə yerli universitetlərdən birinə daxil olmağa üstünlük verir.
Tekstil sənayesi sahəsində və ticarətlə məşğul olan atası Mehmed Davudoğlu oğlunun marketinq ixtisasına yiyələnməsini istəyirdi. Beləliklə, Əhməd 1977-ci ildə liseyi bitirdikdən sonra Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə, bir il sonra isə elə həmin universitetin Siyasi elmlər fakültəsinə daxil olur. O, 1982-ci ildə İqtisadiyyat, bir il sonra isə Siyasi elmlər fakültəsini bitirməklə Boğaziçi universitetinin iki fakültəsində təhsili eyni zamanda başa vuran ilk tələbə olur. 1984-cü ildə Ə.Davudoğlu həkim Sara ilə ailə həyatı qurur.
Universiteti bitirdikdən sonra elmi şəxsiyyət olma yolunda qəti addımlarla irəliməyə davam edən Əhməd Boğaziçi Universitetinin İctimai İdarəetmə fakültəsində magistratura pilləsi üzrə, Siyasət və Beynəlxalq Münasibətlər fakültəsində isə doktorantura pilləsi üzrə təhsilini başa vurur. Ə.Davudoğlu 1989-cu ildə iki təklif alır. Bunlardan biri ABŞ-dan, digəri isə Malayziyadan idi. Seçim qarşısında qalan Əhməd ətraflı götür-qoy edir. Onun fikrincə, Ameirka cəzbedici deyildi. Qərb mədəniyyətini kifayət qədər tanıdığını düşünən Əhməd biliyini Malayziyada artırmaq qərarına gəlir. Əhməd ailəsi ilə birlikdə Malayziyaya yola düşərkən onun artıq iki qız övladı var idi.
Malayziyada İslam Konfransı Təşkilatının (İKT) qurduğu Beynəlxalq İslam Universitetində işləməyə başlayan Əhməd yerli mədəniyyətlə tanış olmaq üçün heç bir fürsəti fövtə verməməyə çalışır. Əhməd Davudoğlu ölkəsinə qayıtdıqdan sonra hərbi akademiyalardan Müstəqil Səyaneçilər və İş Adamları Dərnəyinə (MÜSİAD) qədər bir çox yerlərdə konfranslar verir.
1990-95-ci illər arasında ölkədən xaricdə bir sıra vəzifələrdə çalışdıqdan sonra 96-99-cu illərdə Mərmərə universitetində pedoqoji fəaliyyətlə məşğul olur. Ə.Davudoğlu 1993-cü ildə dosent, 1999-cu ildə isə professor elmi vəzifələrini alır. Bundan sonra o, bir müddət Bəykənd Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir.
Bu illərdə yaradıcılığa da vaxt ayıran Ə.Davudoğlu özünün “Alternativ paradiqmalar” və “Mülki Transformasiya və müsəlman dünyası” adlı kitablarını qələmə alır. Beynəlxaq münasibətlər, regional siyasi hadisələrin təhlili, müqayisəli siyasət və mədəniyyət fəlsəfələri, eləcə də mədəniyyət tarixi kimi mövzuları ehtiva edən araşdırmaları dünyanın müxtəlif dillərinə tərcümə olunur. 2001-ci ildə Ə.Davudoğlunun “Strateji dərinlik” adlı kitabı işıq üzü görür.
Ə.Davudoğlunun 80-ci illərdə Türkiyənin hazırkı prezidenti Abdullah Güllə tanış olur. Belə ki, onun dərc olunmuş məqalələrindən biri A.Gülün nəzərini cəlb edir. Bundan sonra o, R.T.Ərdoğanla tanış olsa da A.Güllə olan münasibətləri daha isti idi. Ə.Davudoğlunun istedadını və zəkasını hiss edən A.Gül ona dövlətdə vəzifə təklif edir. Təklifdən bir müddət sonra A.Gülün Baş nazir olması ilə Ə.Davudoğlunun müşavirliyi rəsmiləşir. Beləliklə, 2002-ci ilin noyabr ayında Əhməd Davudoğlu Türkiyə Baş nazirinin Baş məsləhətçisi kimi yeni vəzifəsinin icrasına başlayır. A.Gül Baş nazir postunu R.T.Ərdoğana təhvil verdikdən sonra da Ə.Davudoğlu öz vəzifəsini icra edir. Həmin illərdə o, “kölgə Xarici İşlər naziri” kimi Türkiyənin xarici siyasi kursunun müəyyənləşdiricisi rolunu ifa edir. Avropa Birliyi (AB) ilə münasibətlər, Kiprə dair müzakirələr, İraqda baş verən proseslərdə Türkiyənin hansı rolu oynayacağını müəyyənləşdirən başlıca fiqur olur.
Vəzifəyə gətirildikdən 2-3 il sonra istefa verməyi və həyatını elmi və pedoqoji fəaliyyətə ayırmaq istəyən Davudoğlunun istəyini A.Gül və R.T.Ərdoğan eşitmək belə istəmirlər. R.T.Ərdoğanın xüsusi təyyarəsi ilə müxtəlif ölkələrə səfər edən, hökumətin adından rəsmi əlaqələr quran Davudoğlu Türkiyə diplomatiyası tarixində misilsiz bir Baş müşavirə çevrilir. Xarici səfərlərin əvəzedilməz nümayəndəsi olan Ə.Davudoğlu təkbətək qapalı görüşlərdə belə iştirak edir.
Suriya ilə İsrail arasında münasibətlərin nizamlanması istiqamətində aparılan müzakirələrin təşkili Ə.Davudoğlunun mətbuatın nəzərini cəlb etməsinə səbəb olur. Onun HƏMAS lideri Xalid Məşəllə məxfi görüşünün mətbuata sızması isə ölkədə rezonans doğurur. Bütün bu hadisələrdən sonra o, “Türkiyənin Kissinceri” adlandırılır. Taktik, strateq və peşəkar diplomat olan Ə.Davudoğlu daha sonra “Neo-Osmanlı”çı olmaqda günahlandırlır. Əhməd özü isə bu ifadəni qəbul etmir.
Ə.Davudoğlu 2009-cu il may ayının 1-də Xarici İşlər naziri vəzifəsinə təyin olunur.
Bir il yarımn ərzində 11 ölkəyə səfər edən Davudoğlunun əsas məqsədi Türkiyəni “mərkəz ölkə”yə çevirməkdir. Onun uğurlarına daxildir: Suriya ilə İsrail arasında vasitəli sülh müzakirələrinin başlanması, eləcə də Fələstin qrupları arasında sülh görüşləri, İsrail və Fələstin arasında sülh müzakirələirinin yenidən başlanması üçün lazımi zəminin yaradılması, Livan və Suriya arasındakı böhranın aradan qaldırılaraq, Mişel Süleymanın Livan prezidenti seçilməsinə Bəşşar Əsədin razı salınması və s.. İraqın dini liderlərindən olan Müqtəda əs-Sədrin bir müddət əvvəl Türkiyəyə gətirilərək, danışıqlara qoşulmasında da Ə.Davudoğlunun böyük əməyi vardır. Ə.Davudoğlu Türkiyəyə strategiyanı sevdirən şəxs kimi tanınır. Türkiyə mətbuatının yazdığına görə, Türkiyənin Kipr siyasətində əsaslı dəyişikliklərin memarı, ABŞ-ın və AB-nin etirazlarına baxmayaraq, İranla qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi də Ə.Davudoğlunun xidmətidir. Yeni nazirin əsas strategiyası “qonşularla sıfır problem”, “Türkiyənin mərkəz ölkəyə çevrilməsi, regional və qlobal güc statusu qazanması” istiqamətindədir. Davudoğlu Türkiyə ictimaiyyətinə bir sıra siyasi məfhumları gətirdiyi də məlumdur. Bunlar: “ritmik diplomatiya”, “oynaq mərkəz”, “strateji dərinlik”, “model ölkə”, “çoxtərəfli siyasət” və s-dir.

Link to comment
Share on other sites

Son günlər Azərbaycan mediasının diqqət mərkəzində olan Yaşar Nuri kimdir?

[img]http://www.timeturk.com/resim/az/2010/09/17/yasar-nuri-kimdir.jpg[/img]

Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda doğulub. Yaşar Nuriyev 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuriyev Milli Dram Teatrında işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak edib:
- Siva («Övlad», A.Vampilov),
- Kürd Musa («Vaqif», S. Vurğun),
- Sərsəm Salman («Dəli yığıncağı»),
- Məşədi Oruc («Ölülər», C. Məmmədquluzadə),
- Əbdüləli bəy, («Sevil», C. Cabbarlı),
- Altunbay («Od gəlini», C. Cabbarlı),
- Bayandur («Büllur sarayda», İlyas Əfəndiyev),
- Davud («Bizim qəribə taleyimiz», İlyas Əfəndiyev),
- Rəhman («Fəryad», B. Vahabzadə),
- Səlim («Yollara iz düşür», B. Vahabzadə),
- Şahbaz («Hara gedir bu dünya», B. Vahabzadə),
- İsgəndərzadə («Ah, Paris… Paris!..», Elçin),
- Şöbə müdiri («Mənim sevimli dəlim», Elçin),
- Tanrıqut («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov),
- Yoldaş Əmrah («Bu dünyanın adamları», H, Orucov),
- Sərsəri («Kəllə», N.Hikmət),
- Kommunist partiyasının lideri («Hərənin öz payı», X. Qoca)
- Nəcəf («Brüsseldən məktublar», H. Nəsənov),
- Xandəmir («Afət», Hüseyn Cavid),
- Ağamusa Nağıyev («Mesenat», Ə.Əmirli),
- Kürən («Xəcalət», H.Mirələmov) və s.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuriyev həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Vaqif Mustafayevin çəkdiyi «Yaramaz» bədii filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülüb.
Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi:
- Ruhəngiz Qasımovanın «Qonşu, qonşu olsa…» (on bir müxtəlif tip), - «Yollar görüşəndə» (Yaşar),
- İsi Məlikzadənin «Qatarda» (Dadaşov),
- Anarın «Evləri köndələn yar» (Surxayzadə),
- Hüseyn Cavidin «Topal Teymur» (Cücə),
- Mövlud Süleymanlının «Kökdən düşmüş piano» (Nəriman),
- Üzeyir Hacıbəyovun telenovellaları əsasında «Ordan-burdan» (Fotoqraf Əli bəy),
- Mehdi Hüseynin «Alov» (Bədəl),
- Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Nəcəf dayı),
- Anatoli Dudarevin «Astana» (Andrey Buslay),
- Aslan Qəhrəmanovun «Bağışla»,«Səni axtarıram»,
- «Səndən xəbərsiz» (Elçin) trilogiyası,
- Anarın «Nigarançılıq» (Qurbanəli bəy) və s.əsərlərinin teletamaşaları televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.
Teatr sənətində böyük uğurlara görə Yaşar Nuriyev Azərbaycan Respublikasının Lenin Komsomolu (1984), «Qızıl dərviş» (1992 və 1996) mükafatları laureatıdır.Səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1989-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.
Prezident təqaüdçüsüdür.
Qara ciyər serrozundan əziyyət çəkən Yaşar Nuri 2007-ci il dekabrın 3-də səhhətində yaranmış problemlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmişdi. Daha sonra Nuri xəstəliyi ilə əlaqədar olaraq fevralın 9-da Türkiyəyə aparılıb. Elə həmin gündən müxtəlif müayinələrdən keçib.

Link to comment
Share on other sites

[b]Zillətin uzaq olduğu adam- Həsən Nəsrullah[/b]

Seyid Həsən Nəsrullah 1960 – cı il, avqustun ayının 31-də Livanın cənubunda yerləşən əl-Bəzuriyyə kəndində anadan olmuşdur. Atası Əbdülkərim meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu
[img]http://www.timeturk.com/resim/az/2010/10/26/seyid-hesen-nesrullah-kimdir.jpg[/img]

Seyid Həsən Nəsrullah 1960 – cı il, avqustun ayının 31-də Livanın cənubunda yerləşən əl-Bəzuriyyə kəndində anadan olmuşdur. Atası Əbdülkərim meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu. Həsən atasına kömək etmək üçün onun dükanına gedib gələrdi. Dükanın divarında Musa əs-Sədrin portreti asılı idi. Həsənin Musa əs-Sədrə olan sevgisi o zamanlar Məhrumlar hərəkatı olaraq bilinən Əməl hərəkatına maraq göstərməsinə səbəb oldu.

Seyid Həsənin o zamanlar din alimləri ilə heç biri əlaqəsi yox idi. Ailəsində tanınmış din adamının olmamasına baxmayaraq Seyid Həsən dinə sevgi bəsləyən bir uşaq idi. Onun dinə olan sevgisi oruc və namaz kimi ibadətlərlə məhdudlaşmazdı. Dinə marağı onu 1976 – cı ildə Nəcəfə getməyə və orada islami elmləri öyrənmək üçün təhsilə almağa sövq etdi.
Həsən Nəsrullah 1978 – ci ildə Livana qayıtdı. Seyid Abbas əl-Musəvinin qurduğu İmam Müntəzər mədrəsəsində təhsilinə davam etdi. Eyni zamanda Əməl hərəkatında siyasi fəaliyyətinə də davam etməkdə idi. Nəsrullah bu hərəkatın Bəqa bölgəsindəki məsul şəxsi idi.

Hizbullahın yaranması
İmam Musa əs-Sədrin Liviyada sirli bir şəkildə qaçırılmasından sonra Əməl hərəkatının rəhbərliyində parçalanma başladı. Bu parçalanmaların nəticəsində liderlərdən bir qrup ayrılaraq Livan Hizbullahını yaratdılar.
Seyid Həsən Nəsrullah da Hizbullah hərəkatında müxtəlif vəzifələr tutdu. Hizbullahın liderlər şurasına üzv oldu. Bütün bunlarla bərabər təhsilinə ara vermədi. Nəsrullah 1989 – cu ildə təhsilini davam etdirmək üçün Quma getdi. Ancaq İsrailin Livana və Hizbullah qüvvələrinə qarşı başladığı hərbi əməliyyatlar səbəbi ilə bir ildən çox Qumda qalmadı və geri Livana qayıtdı.

Seyid Abbas Musəvinin öldürülməsi
1992 – ci ildə Hizbullahın baş katibi Seyid Abbas Musəvinin öldürülməsindən sonra Hizbullahın İdarə Heyəti Həsən Nəsrullahı hərəkatın baş katibi seçdi. Abbas Musəvinin ailəsi ilə birlikdə İsrail tərəfindən öldürülməsi Livan xalqında, xüsusən də Hizbullahçılarda dərin iz buraxdı.Bu mərhələdən sonra Hizbullah hərəkatının mübarizəsi yeni bir şəkil aldı. Livan xalqının Hizbullaha dəstəyi genişlənmişdi və bu hərəkat artıq bütün xalq kütlələri arasında yayılmaqda idi. Buna müqabil olaraq İsrail 1993 - cü və 1996 – cı illərdə Livana qarşı geniş hərbi əməliyyatlar keçirərək Hizbullahı məhv etməyə çalışdı. Ancaq ondan daha az əsgəri qüvvə və texnologiyaya sahib olan Hizbullahın ciddi müqaviməti ilə qarşılaşdı və istədiyi nəticəni əldə edə bilmədi.

Oğlunun öldürülməsi
Hizbullahın 1997 – ci il sentyabr ayında Cəbəlür-Rafi bölgəsində İsrail ordusunun mövqelərinə hücumları zamanı iki döyüşçüsü həlak oldu və cəsədləri israillilərin əlinə keçdi. İsrail televiziyası bu iki əsgərin şəxsiyyətini tanımadan televiziya ilə qanlı şəkillərini yayımladı.İsrail televiziyasının göstərdiyi bu kadrlardan iki nəfərdən birinin Seyid Həsən Nəsrullahın oğlu Seyid Hadi olduğu məlum oldu. Bu xəbər Livanda bomba kimi partladı və bütün ölkəni hərəkətə gətirdi. Livan tarixində istər vətəndaş müharibəsi zamanı, istərsə də İsrail işğalı zamanı heç bir liderin övladı döyüş meydanında həlak olmamışdı.
Bu Livanda ictimaiyyətin Hizbullahın Baş Katibinə olan simpatiyasını artırdı. Bütün din və məzhəblərdən olan Livan vətəndaşları bu hadisənin təsiri altında qalmışdı. Livanını siyasi liderləri bir-birinin arxasınca Nəsrullahı başsağlığı üçün ziyarət etdilər. Hətta, o dövrdə Səudiyyə Ərəbistanının vəliəhdi Əmir Abdullah kimi dövlət adamları da ilk dəfə Hizbullah Baş Katibinə başsağlığı məktubu göndərmişdi.

2000 - ci il – zəfər ili
2000- ci ildə FAT – ın lideri Yasir Ərəfatın Amerika və İsrail rəsmiləri ilə müzakirələrində heç bir irəliləyiş əldə edə bilmədiyi bir zamanda İsrail Hizbullahdan kiçik bir imtiyaz belə ala bilmədən Livanın cənubundan öz ordularını çıxardı.
İsrail öz hərbi qüvvələrinin davamlı olaraq Hizbullahın hücumlarına məruz qalması səbəb ilə Şəba tarlaları istisna olmaqla Livan torpaqlarından çəkməyə məcbur oldu. İsrail tarixində ilk dəfə işğal etdiyi bir ərazini qeydsiz-şərtsiz tərk etməkdə idi. Əslində bu İsrail tərəfinin hərbi məğlubiyyəti idi.Bu hadisə Hizbullahın müqavimətə dayanan mövqeyini möhkəmləndirdi və Seyid Həsən Nəsrullahı ərəb xalqları arasında bir qəhrəmana çevirdi.
Livan Hizbullahı bu qələbədən sonra Livan siyasi arenasında öz dayaqlarını daha da möhkəmləndirmiş oldu. Eyni zamanda Hizbullah Livan parlamentində çox sayda deputat yeri qazandı və Fuad Senyora hökumətində bir neçə nazirlə təmsil olundu.

Hizbullah və İntifada

Hizbullahın Cənubi Livandakı qələbəsi fələstinlilər arasında da siyasi və hərbi sahədə ciddi təsirlərə səbəb oldu. Keçən əsrin 90 – cı illərinin əvvəllərində bağlanan Oslo sazişinə böyük ümidlər bəsləyən Fələstin xalqı Hizbullahın Cənubi Livandakı qələbəsindən sonra fələstinlilərin problemlərinin işğalçı rejimlə sülh müzakirələri aparmaqla həll edilə bilməyəcəyinə daha çox inanmağa başlamışdı.
Bu mövqeyin Əqsa İntifadasının başlamasına böyük təsiri oldu. Əqsa İntifadası ilə güclənən Həmas hərəkatı Fələstindəki parlament seçkilərində qələbə qazandı. Beləliklə Fələstində yeni bir siyasi mərhələ başlamış oldu. Həmasın seçkilərdəki qələbəsindən sonra Fələstinə qarşı tətbiq edilən iqtisadi embarqo Həmas hökumətini devirməyə kifayət etmədi.
Fələstin qrupları İsrail ordusunun dəniz sahilindəki bir ailəni top atəşi ilə qətl etməsinə cavab olaraq bir İsrail əsgərini əsir aldılar. İsraillilər əsir alınan əsgərlərini xilas etmək bəhanəsi ilə Fələstin şəhərlərinə qarşı hücumları Fələstin parlamentinin deputatlarını və bir neçə naziri əsir almaqla ilə nəticələndi.
Beynəlxalq ictimaiyyət İsrailin Fələstində tətbiq etdiyi hədsiz zorakılığa sadəcə tamaşa etdiyi bir zamanda Hizbullah 12 iyul 2006 – cı ildə bir əməliyyat keçirərək İsrailin iki əsgərini əsir aldı. Bununla da yaxın şərqdə yeni bir mərhələ başladı. İsrail bundan istifadə edərək Livan torpaqlarına yenidən hücuma keçdi. Beyrutu bir aydan çox bir müddətdə ara vermədən bombaladı. İsrail Ordusu əsasən mülki əhalinin yaşadığı obyektləri bombalamaqda bununla da Hizbullaha qarşı əhalinin üsyan etməsini təmin etmək və Livanı daxildən parçalamaq niyyətində idi. Bombardmanlar nəticəsində yarıdan çoxu körpə uşaq olmaqla mindən çox insan öldürüldü. Döyüşlərin ilk günlərində İsrail siyasətçiləri əsas məqsədlərinin Hizbullahı və onun rəhbərini məhv etmək olduğunu bildirirdilər. Amma günlər keçdikcə Hizbullahın müqaviməti daha güclü və sistematik hal almağa başlayırdı. İsrail ordusu hər gün daha çox itki verməkdə idi və demək olar ki, irəliləyə bilmirdi. Hizbullah düşmənin onlarla tankını iki böyük hərbi gəmisini və helikopterlərini vurmuşdu. İsrail ordusu ciddi itkilər verməkdə idi.
Bu günlərdə Hizbullahın lideri Seyid Həsən Nəsrullah yeni mərhələni belə ifadə etməkdə idi:
“Bundan sonra siz açıq müharibə istədiniz. Bu da açıq müharibədir. Bunu siz istədiniz, hökumətiniz istədi. Oyunun qaydaları dəyişəcəksə qoy dəyişsin. Bu gün siz kiminlə döyüşdüyünüzü bilmirsiniz. Siz Muhammədin (s), Həsənin, Hüseynin, Rəsulullahın əhli-beytinin və səhabələrinin övladları ilə müharibəyə girdiniz. Siz imanları yer kürəsindəki bütün insanlardan daha çox olan insanlarla müharibəyə girdiniz. Siz tarixi ilə, mədəniyyəti ilə iftixar edən qüvvəyə, imkanlara, ağıla, sükunətə, əzmə, qətiyyətə bütünlükdə sahib olan kimsələrlə müharibəyə girdiniz. Allahın yardımı ilə sizin də, bizim də yaşadığımız günləri görəcəyik.”
Tam 33 gün davam edən müharibə İsrailin məğlubiyyəti ilə bitdi. Belə ki, İsrail müharibənin əvvəlindəki istəklərinin heç birinə nail olmadı. Nə əsir əsgərləri azad edə bildi, nə Hizbullahı məhv edə bildi. Hətta müharibənin sonlarına yaxın qərarını dəyişərək Hizbullahın tərk-silah edilməsi ilə kifayətlənəcəyini bildirməkdə idi. Bu istəyi də yerinə yetmədi. İsrail BMT – nin bir qətnaməsinin qəbul edilməsi ilə döyüşü dayandırdı. BMT – nin qətnaməsinə görə Livanın cənubuna beynəlxalq sülhməramlı qüvvələr yeridiləcəkdi. İsrailin Xarici İşlər Naziri bu zamanlar belə bir fikir söyləməkdə idi: “Hizbullahı dünyanın ən güclü ordusu belə tərk-silah edə bilməz”. Bu əslində İsrailin məğlubiyyətini dolayı yolla da olsa qəbul etməsi idi.
Hizbullah və onun lideri Nəsrullah bu müharibədən daha da güclənmiş olaraq çıxdı. Xalq əvvəlkindən daha çox Nəsrullaha inanırdı. Hizbullah müharibə nəticəsində dağıdılmış evləri bərpa etməyi də öz üzərinə götürdü.
Bu gün Hizbullah və onun lideri Livanda əvvəlkindən daha güclü sosial baza ilə Qərbin növbəti “rəngli inqilabı” ilə hakimiyyətə gəlmiş hökumətə qarşı ciddi bir müxalifət mövqeyi nümayiş etdirməkdə və xalqı öz ətrafında toplamaqdadır.

[b]Tarixə Düşən Sözləri- "Zillət Bizdən Uzaqdır"[/b]

Link to comment
Share on other sites

Dünyanı sarsıdan - ONE MINUTE - Rəcəp Tayyip Ərdoğan kimdir?

Rəcəb Tayyib Ərdoğan


Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. Ərdoğan ibtidai məktəbi Piyalə paşa ibtidai məktəbində oxumuşdur. 1965-ci ildə ibtidai məktəbi bitirib İmam Xatib Liseyinə daxil olmuş və 1973-cü ildə oradan mezun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-cı ildən sonra futboldan ayrılmışdır.

Milli Türk Birliyndəki fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət ) başçısı seçilmişdir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə Xanımla 4 iyul 1978 ci ildə evlənmişdir. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olmuşdur.
1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirmişdir. Hərbi xitmətdən döndükdən əvvəllər işlədiyi şirkətdə təxminən il yarım işləmişdir. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirmişdir.
Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçildi. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd oldu. 1989 seçkilərində Rifah partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu. Lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etti. 27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl ( vilayət) başçısı vəzifəsində işləyən Ərdoğan, İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürüldü. 27 mart 1997 seçkilərində İstanbul Bələdiyyəsinin sədri seçildi.
Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şer səbəbiylə Diyarbəkirdə mühakimə olunaraq Türk Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı din və irq ayrı seçkiliyinə görə kin və düşmanlığa açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək 4 ay həbs cəzasına məhkum edildi. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirdi.
Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət partiyasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini “mühafizəkarlar” və “islahatçılar” adı ilə iki qanadda davam etdirirdilər. “Mühafizəkarlar” adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001 də Səadət Partiyasını qurarkən, “islahatçılar” da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf partiyasını qurdular. Tayyib Ərdoğan partiyanın sədri seçildi. Qurulan Ədalət və İnkişaf partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq tək başına iqtidara gəldi. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan yenilənən Siirt seçkilərində millət vəkili oldu. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri oldu.
Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.
Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi.
Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir.
Prezidenti parlamentin seçdiyi Türkiyə Cümhuriyyətində bu ilin aprel ayında keçiriləcək prezident seçkilərində Tayyib Ərdoğanın seçilmə ehtimalı yüksəkdir. Analitiklərin fikrincə İslami hərəkatdan gəlmiş və ciddi müsəlman kimliyi olan bir prezidentin seçilməsi ilə Türkiyə daha da milli xəttə bağlı bir demokratiyaya qovuşmuş olacaq. Türkiyədə bəzi qüvvələr Ərdoğanın seçilməsini rejim təhlükəsi olaraq qələmə verib müxtəlif vasitələrlə onun seçilməsinin qarşısını almağa çalışırlar.

[img]http://www.azerimuslims.com/photo//erdogandavos-4.jpg[/img]
İsveçrənin Davos şəhərində keçirilən müzakirələrə Türkiyənin Baş naziri öz möhürünü vurub.
Təşkil olunan sülh debatlarında iştirak edən R.T.Ərdoğan Fələstin problemi müzakirə edilərkən İsrail prezidenti Şimon Peresi tənqid atəşinə tutub.
Söz İsrail prezidentinə verildiyi zaman o, öz ölkəsinin Qəzzadakı hücumlarının səbəbləri haqda danışaraq, bu hücumları pisləyən dövlətləri tənqid edib.
“Hər gün başınıza onlarla, yüzlərlə raket yağdırılsaydı siz nə edərdiniz?” – deyə üzünü debatda iştirak edən siyasətçilərə tutan Şimon Peres bildirib.
Peresdən sonra söz alan Ərdoğan kəskin çıxış edərək, İsrailin dinc insanları öldürdüyünü deyib.
R.T.Ərdoğan Ş. Peresi Fələstində qeyri-bərabər müharibə aparmaqda ittiham edib. Peres isə yüksək tonla haqlı olduqlarını iddia edib.
Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunan “Qəzza Yaxın Şərqdə Sülh Modeli” adlı debatlarda Ərdoğan İsrail prezidentini tənqid edərkən təşkilatçı vaxtın başa çatdığını irəli sürüb. Təşkilatçının Ərdoğanın çıxışını yarımçıq kəsməsindən sonra Ərdoğan öz etirazını bildirib.
“Prezident burada 25 dəqiqə danışdı, sizsə mənə heç 2 dəqiqə də söz vermək istəmirsiniz? İsrail adam öldürməyi çox yaxşı bacarır. (Şimon Peresin) Səsini yüksəltməsi də də günahkarlıq psixologiyasından qaynaqlanır. Mənim üçün Davos toplantıları artıq başa çatmışdır. Bir daha Davosa gələn deyiləm!” – deyən Ərdoğan qəzəblə zaldan çıxıb.
Türkiyənin Baş naziri onun ardınca salonu tərk edən jurnalistlərin suallarını cavablandırıb.
“Siz də şahid oldunuz. (Ş. Peres) bağıra-bağıra danışır. Günahkar olanlar bağırarlar. Onlar insanları qətlə yetirməyi çox yaxşı bacarırlar. Burada çıxış etməyə də imkan vermirlər. Bir daha Davosa gəlməyəcəyəm” – deyə Ərdoğan bildirib.




[b]Tarixə düşən sözləri:
Davos Sammitində "one minute"
Allah bu milləti 6 sıfırlı lərədn qurtarsın
Ya Çərasizsiz Ya çarə siz siz [/b]

Link to comment
Share on other sites

[b]İraq- İnsanlığın utnac yeri- Bütün Siyasi elitası ilə İRANA təslim edilən bu ölkənin baş naziri Nuri Əl-maliki kimdir ?[/b]


1950-ci ildə İraqın Hillə şəhərində anadan olan İraqın hazırki baş naziri Nuri əl-Malikinin ailəsi “Bəni Malik” adlı məşhur ərəb qəbiləsinə mənsubdur

Orta məktəbi Babil şəhərində bitirdikdən sonra Ərbildəki Səlahəddin universitetinin Ərəb ədəbiyyatı fakültəsinə daxil olan Nuri təhslini bakalavr və magistr pilləsi ilə bitirib.Maraqlıdır ki, Birləşmiş İraq İttifaqı tərəfindən baş nazir postuna namizəd kimi irəli sürülmədən əvvəl Nuri əl-Maliki Cavad əl-Maliki adını daşıyıb. Xatırladaq ki, Maliki 80-ci illərdə üzvü olduğu “Döyüş” partiyasının Səddam rejimi tərəfindən təqib edilməsindən sonra İraqı tərk etməyə məcbur olmuşdu.1980-1990-cı illərdə Suriyada sürgün həyatı yaşayan Maliki Səddam rejiminə qarşı mübarizə aparmaq məqsədilə qurulan “Döyüş” partiyasının hərbi qanadına rəhbərlik edib.Nuri əl-Maliki Əbüləziz əl-Həkimin rəhbəri olduğu Birləşmiş İraq İttifaqını təşkil edən yeddi qrupdan biri olan “Döyüş” partiyasının İbrahim Cəfəridən sonra ikinci siyasi fiqurudur.Məlumat üçün bildirək ki, İraqın ən qədim və qabaqcıl şiə yönlü partiyalarından olan “Döyüş” partiyası 1958-ci ildə Ayətullah Seyyid Məhəmməd Baqir əl-Sədr tərəfindən yaradılıb.Hal-hazırda müxtəlif parçalanmalara məruz qalan “Döyüş” partiyasının ən böyük qrupuna İraqın sabiq baş naziri İbrahim Cəfəri rəhbərlik edir.
Səddam rejiminin 2003-cü ildə dağılmasından sonra ölkəsinə geri dönən Maliki evli və dörd uşaq atasıdır.
Qeyd edək ki, Maliki Səddam rejiminin dağılmasından sonra dövlət daxilindəki və ordudakı rəhbərlərin təmizlənməsi üçün yaradılan komissiyanın üzvü olmaqla yanaşı, baş nazir seçildikdən sonra qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə də səy göstərir.
Yeni qurulan dövlətdə rasizmə və ayrı-seçkiliyə yol verilməyəcəyini bildirən Maliki Səddam rejiminin etdiyi səhvlərin təkrarlanmayacağını da bildirib.Bununla yanaşı, Nuri əl-Maliki baş nazir seçildikdən sonra ölkənin üzləşdiyi ən böyük problemlərdən birinin – təhlükəsizlik məsələsinin həllinə nail olunması üçün “Milli Birlik və Sülh planı”nı gündəmə gətirib.
Ancaq hazırda Nuri əl-Maliki hökuməti işğal, təhlükəsizlik problemi, iqtisadi durğunluq və işsizlik, müxtəlif ictimai qruplar arasında əmələ gələn inamsızlıq və sair kimi mühüm və ciddi məsələləri həll edən hökumət olmaqdan daha çox böhran hökuməti rolu oynamaq məcburiyyətindədir.

[b]Tarixə düşən hərəkəti[/b]- İraqlı Jurnalist Müntəzir əl-Zeyidinin ABŞ ın eks - prezidenti Corc Buşa ayaqqabı atarkən , atılan ayaqqabını qarşısını almağa çalışması

Link to comment
Share on other sites

[quote name='Anibus' timestamp='1290261125' post='7730279']
Dünyanı sarsıdan - ONE MINUTE - Rəcəp Tayyip Ərdoğan kimdir?

Rəcəb Tayyib Ərdoğan


Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. Ərdoğan ibtidai məktəbi Piyalə paşa ibtidai məktəbində oxumuşdur. 1965-ci ildə ibtidai məktəbi bitirib İmam Xatib Liseyinə daxil olmuş və 1973-cü ildə oradan mezun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-cı ildən sonra futboldan ayrılmışdır.

Milli Türk Birliyndəki fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət ) başçısı seçilmişdir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə Xanımla 4 iyul 1978 ci ildə evlənmişdir. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olmuşdur.
1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirmişdir. Hərbi xitmətdən döndükdən əvvəllər işlədiyi şirkətdə təxminən il yarım işləmişdir. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirmişdir.
Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçildi. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd oldu. 1989 seçkilərində Rifah partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu. Lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etti. 27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl ( vilayət) başçısı vəzifəsində işləyən Ərdoğan, İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürüldü. 27 mart 1997 seçkilərində İstanbul Bələdiyyəsinin sədri seçildi.
Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şer səbəbiylə Diyarbəkirdə mühakimə olunaraq Türk Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı din və irq ayrı seçkiliyinə görə kin və düşmanlığa açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək 4 ay həbs cəzasına məhkum edildi. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirdi.
Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət partiyasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini “mühafizəkarlar” və “islahatçılar” adı ilə iki qanadda davam etdirirdilər. “Mühafizəkarlar” adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001 də Səadət Partiyasını qurarkən, “islahatçılar” da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf partiyasını qurdular. Tayyib Ərdoğan partiyanın sədri seçildi. Qurulan Ədalət və İnkişaf partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq tək başına iqtidara gəldi. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan yenilənən Siirt seçkilərində millət vəkili oldu. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri oldu.
Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.
Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi.
Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir.
Prezidenti parlamentin seçdiyi Türkiyə Cümhuriyyətində bu ilin aprel ayında keçiriləcək prezident seçkilərində Tayyib Ərdoğanın seçilmə ehtimalı yüksəkdir. Analitiklərin fikrincə İslami hərəkatdan gəlmiş və ciddi müsəlman kimliyi olan bir prezidentin seçilməsi ilə Türkiyə daha da milli xəttə bağlı bir demokratiyaya qovuşmuş olacaq. Türkiyədə bəzi qüvvələr Ərdoğanın seçilməsini rejim təhlükəsi olaraq qələmə verib müxtəlif vasitələrlə onun seçilməsinin qarşısını almağa çalışırlar.

[img]http://www.azerimuslims.com/photo//erdogandavos-4.jpg[/img]
İsveçrənin Davos şəhərində keçirilən müzakirələrə Türkiyənin Baş naziri öz möhürünü vurub.
Təşkil olunan sülh debatlarında iştirak edən R.T.Ərdoğan Fələstin problemi müzakirə edilərkən İsrail prezidenti Şimon Peresi tənqid atəşinə tutub.
Söz İsrail prezidentinə verildiyi zaman o, öz ölkəsinin Qəzzadakı hücumlarının səbəbləri haqda danışaraq, bu hücumları pisləyən dövlətləri tənqid edib.
“Hər gün başınıza onlarla, yüzlərlə raket yağdırılsaydı siz nə edərdiniz?” – deyə üzünü debatda iştirak edən siyasətçilərə tutan Şimon Peres bildirib.
Peresdən sonra söz alan Ərdoğan kəskin çıxış edərək, İsrailin dinc insanları öldürdüyünü deyib.
R.T.Ərdoğan Ş. Peresi Fələstində qeyri-bərabər müharibə aparmaqda ittiham edib. Peres isə yüksək tonla haqlı olduqlarını iddia edib.
Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunan “Qəzza Yaxın Şərqdə Sülh Modeli” adlı debatlarda Ərdoğan İsrail prezidentini tənqid edərkən təşkilatçı vaxtın başa çatdığını irəli sürüb. Təşkilatçının Ərdoğanın çıxışını yarımçıq kəsməsindən sonra Ərdoğan öz etirazını bildirib.
“Prezident burada 25 dəqiqə danışdı, sizsə mənə heç 2 dəqiqə də söz vermək istəmirsiniz? İsrail adam öldürməyi çox yaxşı bacarır. (Şimon Peresin) Səsini yüksəltməsi də də günahkarlıq psixologiyasından qaynaqlanır. Mənim üçün Davos toplantıları artıq başa çatmışdır. Bir daha Davosa gələn deyiləm!” – deyən Ərdoğan qəzəblə zaldan çıxıb.
Türkiyənin Baş naziri onun ardınca salonu tərk edən jurnalistlərin suallarını cavablandırıb.
“Siz də şahid oldunuz. (Ş. Peres) bağıra-bağıra danışır. Günahkar olanlar bağırarlar. Onlar insanları qətlə yetirməyi çox yaxşı bacarırlar. Burada çıxış etməyə də imkan vermirlər. Bir daha Davosa gəlməyəcəyəm” – deyə Ərdoğan bildirib.




[b]Tarixə düşən sözləri:
Davos Sammitində "one minute"
Allah bu milləti 6 sıfırlı lirədən qurtarsın
Ya Çərasizsiz Ya çarə siz siz [/b]
[/quote]

Link to comment
Share on other sites

[b]Bənazir Bhutto kimdir?[/b]
Pakistanın keçmiş baş nazirlərindən olan xanım Bənazir Bhutto 1953-cü il iyun ayının 21-də Pakistanın Kəraçi şəhərində anadan olub. Atası Zülfüqar Əlidir


İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılmışdı. 1953-cü il iyun ayının 21-də Pakistanın Kəraçi şəhərində anadan olan Bənazir Bhutto Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb.

[img]http://timeturk.com/resim/detayresim/bhutto.jpg[/img]
Bənazir Bhutto
Xatırladaq ki, Pakistanın iki dəfə baş naziri seçilən xanım Bhutto ilk dəfə 1988-ci ildə inaqurasiyadan sonra cəmi 20 ay hakimiyyətdə qala bilmiş, daha sonra o dövrün prezidenti Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifəsindən kənarlaşdırılmışdı. 1993-cü ildə ikinci dəfə ölkənin baş naziri seçilən xanım Bhutto bu dəfə də üç il aradan sonra - 1996-cı ildə bənzər ittihamlarla istefaya məcbur edilmişdi. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub. Bənazir Bhutto “Forb” jurnalının tərtib etdiyi “siyasətdə 100 ən güclü qadın”ın siyahısına düşə bilməsə də jurnalın qadın siyasətçilərə aid bölməsində yer alan məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Hindistan subkontinentində başqa bir qadın tezliklə iqtidara geri qayıda bilər: Pakistanın keçmiş baş naziri Bənazir Bhutto”.
Məlumat üçün bildirək ki, Britaniyanın məşhur Oksford universitetində Fəlsəfə, Politologiya və İqtisadiyyat üzrə təhsil alan xanım Bhutto, eyni zamanda Harvard universitetinin də məzunudur. Bənazir Bhuttonun ata babası Cənab Şah Navaz Bhuttodur.

Benazir Bhutto 2007-ci il 27 dekabrda Pakistanda törədilmiş terror nəticəsində öldürülmüşdür.

Link to comment
Share on other sites

  • 1 month later...

Rus dilinde oldugu uchun bagishlayin...

«Большим счастьем для России было то, что в годы тяжелейших испытаний Россию возглавил гений и непоколебимый лидер И.В. Сталин. Он был выдающейся личностью, импонирующей нашему жестокому времени того периода, в котором протекала вся его жизнь. Сталин был человеком необычайной энергии, эрудиции, несгибаемой силы воли, резким, жестоким, беспощадным и, как в деле, так и в беседе, которому даже я, воспитанный в английском парламенте, не мог противостоять. Сталин обладал чувством юмора и сарказма, а также способностью четко выражать свои мысли. Статьи и речи он писал сам, и в его произведениях всегда звучала исполинская сила, эта сила была настолько велика в Сталине, что он казался непревзойденным среди руководителей государств всех времен и народов. Сталин произвел на нас величайшее впечатление. Его влияние на людей неотразимо. Когда он входил на Ялтинскую конференцию, все мы, словно по команде, встали, и, странное дело, почему-то держали руки по швам. Он обладал глубокой, лишенной всякой паники логической и осмысленной мудростью. Он был непревзойденным мастером находить в трудные минуты пути выхода из самого безвыходного положения. В самые критические моменты, а также в моменты торжества был одинаково сдержан, никогда не поддавался иллюзиям. Он был необычайно сложной личностью. Он создал и подчинил себе огромную империю. Это был человек, который своего врага уничтожал руками своих врагов, заставил даже нас, которых открыто называл империалистами, воевать против империалистов. Сталин был величайшим, не имеющим себе равных в мире диктатором, он принял Россию с сохой, а оставил ее оснащенной атомным оружием. Нет! Что бы ни говорили о нем, таких история, народ не забывает!»

[b]Уинстон Черчилль[/b][b]
[b]23 декабря 1959 года[/b][/b]
Речь, произнесенной в английском парламенте в связи 80-летием Сталина.

Link to comment
Share on other sites

  • 2 months later...

[size="4"]Müəmmər Qəddafi kimdir?[/size]

Hərbi və siyasi xadim, qəddar ölkə başçısı, “Yaxın Şərqin dəli köpəyi”, “Afrika krallarının kralı”, “yaşıl sosializm” tərəfdarıdır.

Müəmmər Qəddafi 1942-ci il iyun ayının 7-də Liviyanın Sirt şəhərinin 30 km cənubunda məskunlaşan əl-Qəddafa bədəvi qəbilələsinə mənsub ailədə anadan olub. Babası 1911-ci ildə italyan işğalçıları tərəfindən öldürülüb. Atası kimi yeni və məhsuldar torpaqlar axtarışında olan Müəmmər Sirt, Səbha və Misurat şəhərlərindəki məktəblərdə təhsil alır. Misirin sabiq prezidentlərindən olan Camal Əbdünnasiri özünə kumir seçən Müəmmər 1956-cı ildə baş verən Süveyş böhranı zamanı anti-İsrail əleyhinə aksiyalarda iştirak edir.
1959-cu ildə Qəddafi Səbha şəhərində qurucusu olduğu gizli “Azad Zabitlər Hərəkatı”nın fəallarından birinə çevrilir. 1961-ci ilin oktyabrında Suriyanın Birləşmiş Ərəb Respublikaları tərkibindən çıxmasından dolayı etiraz aksiyası təşkil edən Qəddafi bir neçə gün sonra Səbha internat-məktəbindən qovulur. Elə həmin il o, Misirdə olduğu kimi Liviyada da monarxiyanın devrilməsi üçün yaratdığı hərəkat çərçivəsində fəaliyyətə başlayır. 1961-ci ilin oktyabrında Qəddafinin təşkilatçılığı ilə ölkənin Səbha şəhərində keçirilən gənclərin Əlcəzair inqilabına dəstək xarakterli nümayişi qısa müddət ərzində kütləvi xarakter alan anti-monarxiya etiraz aksiyasına çevrilir.
1963-cü ildə orta təhsilini Misurat şəhərində başa vuran Qəddafi iki il sonra Benqazi şəhərindəki hərbi kolleci bitirərək, leytenant rütbəsinə yüksəlir. 1966-cı ildə isə o, İngiltərədə hərbi təlimlərdə iştirak etdikdən sonra kapitan rütbəsi ilə Liviyaya qayıdır. Ərəb dünyası onu ilk dəfə Liviya kralı I İdrisin göstərişi olmadan tabeçiliyindəki qoşun hissələrini 1967-ci il müharibəsində iştirak edən Misir prezidenti Camal Əbdünnasirə köməyə göndərdiyi zaman tanıyır.
1969-cu ildə üç dəfə martın 12-də, 14-də və avqustun 13-də Liviyada hərbi çevriliş etməyə cəhd göstərən Müəmmər Qəddafi “əl-Qüds” adlandırdığı planı müxtəlif səbəblərdən dolayı təxirə salmaq məcburiyyətində qalır. Elə həmin ilin sentyabr ayının 1-də isə kapitan Qəddafinin rəhbərlik etdiyi xüsusi hərbi briqada Benqazi, Tripoli və ölkənin digər şəhərlərində eyni vaxtda nümayişlərə başlayaraq, kral I İdris Türkiyədə müalicə almasından istifadə edərək, dövlət binalarını və hərbi obyektləri nəzarət altına alır. Çevrilişə rəhbərlik edən Qəddafi İnqilab Komandanlığı Şurasının yaradıldığını bəyan edir və ölkənin adı Liviya Ərəb Respublikası kimi dəyişdirilir.
1970-ci ilin yanvarında artıq polkovnik rütbəsi daşıyan Müəmmər Qəddafi ölkənin Baş və Müdafiə naziri, elədə də Liviya Hərbi Qüvvələrinin Baş komandanı seçilir. Bundan dərhal sonra isə ölkədəki bütün xarici hərbi kontingentin Liviyadan çıxarılması prosesi başlanır. Elə həmin ilin oktyabrında 20 min italyan Liviyadan qovulur və həmin gün “İntiqam günü” adlanır. “İntiqam günü” Liviyada öldürülən italiyalı əsgərlərin qəbirlərinin açılması ilə də yadda qalır. (2004-cü ilin oktyabrında İtaliyanın Baş naziri Silvio Berluskoni ilə görüşündə “İntiqam günü”nün “Dostluq günü” ilə əvəz ediləcəyini deyən Qəddafi vədinə əməl etməmiş, 2009-cu ildə isə İtaliyaya tarixi səfəri zamanı uzun illər əvvəl Liviyadan qovduğu italyanlarla görüşmüşdü).
1969-71-ci illərdə Qəddafinin göstərişi ilə ölkədə fəaliyyət göstərən banklar, daha sonra isə xarici neft şirkətləri milliləşdirilir. Qəddafinin hakimiyyətə gəldiyi zaman ilk təlimatlarlarından biri də təqvimin dəyişdirilərək, Məhəmməd peyğəmbərinin vəfat etdiyi ayın ilin başlanğıc ayı kimi qəbul edilməsi olur. Həmçinin, təqvimdəki ayların adları da yeni Baş nazirin göstərişi ilə dəyişdirilir.
1973-cü ilin aprel ayının 15-də Zuvar şəhərində çıxış edən Qəddafi 5 maddədən ibarət mədəni inqilabın həyata keçiriləcəyini bəyan edir:
- Monarxiya rejimində qüvvədə olan bütün qanunların ləğv edilərək, şəriətə əsaslanan qanunların qəbulu;
- Kommunizm və konservatizm repressiyası – siyasi sferada təmizlik (İnqilaba qarşı çıxan bütün qüvvələrin – kommunistlər, ateistlər, Müsəlman Qardaşlar, kapitalizmin müdafiəçiləri və qərb təbliğatını həyata keçirən casuslar) fəaliyyətinin ləğvi;
- İctimai müqavimətin inqilaba dəstək verməsi üçün insanlara silah paylanılması;
- Bürokratiyanın kökünün kəsilməsi üçün inzibati islahatların keçirilməsi;
- İslam ideyalarının yayılması.
Misirdə Camal Əbdünnasirdən sonra ABŞ və İsraillə dostluq əlaqələri quran Ənvər Sədatın hakimiyyətə gəlməsindən dolayı Qəddafi 1970-ci illərdə Liviyanın inkişaf planını yenidən nəzərdən keçirmək qərarına gəlir. O, ölkəsinin özünəməxsus inkişaf strategiyasını müəyyənləşdirərək, bu müddəaların öz əksini tapdığı kitabını “Yaşıl kitab” (Cəmahiriyyə) adlandırır.
İsrail-Fələstin münaqişəsinin həllində özünəməxsus ideya irəli sürən Qəddafi problemin həllinin “İzratin” adlandırılacaq vahid ərəb-yəhudi dövlətinin yaradılmasından keçdiyini bildirir. İzratinin müddəaları aşağıdakı kimi idi:
Fələstinli qaçqınların vətənlərinə geri qaytarılması işi həyata keçirilməli;
Livan modeli əsasında çoxmillətli dövlət yaradılmalı;
BMT-nin nəzarəti altında müstəqil seçkilər keçirilməli;
Yəhudi-Fələstin Birləşmiş Parlamenti yaradılmalı;
Yaxın Şərqdə bütün silahlar ləğv edilməlidir.
1974-cü ildə ABŞ-ın etirazlarına rəğmən Türkiyənin həyata keçirdiyi Şimali Kipr əməliyyatını dəstəkləmiş və yardım etmişdir.
1976-cı ilin ilk rübündə Misir, Tunis və Sudan Liviyanı ölkələrindəki müxalif dairələri maliyyələşdirməkdə ittiham edir. Həmin ilin iyulun 20-də isə Liviya ordusunun Misir tərəfinə ilk atəş açmasından sonra tərəflər arasında müharibə başlanır. Bununla belə Əlcəzairin və Fələstin Azadlıq Təşkilatının hadisələrə müdaxiləsindən sonra tərəflər arasında atəşkəs haqda razılıq əldə olunur.
Xarici siyasəti: Daxili siyasətdə İslam dininə əsaslanan sosializm və ərəb milllətçiliyi yolunu tutan Liviyanın xarici siyasi kursu əsasən bir sıra ərəb ölkələri və SSRİ ilə münasibətlərin qurulmasına köklənir. 1970-ci ildə Qəddafi tunisli həmkarı Həbib Burqibaya iki ölkənin birləşdirilməsini təklif etsə də sonuncu bu təklifi qəbul etmir.
1972-ci ildə isə Qəddafi müsəlmanları ABŞ-a və İngiltərəyə qarşı mübarizə aparmağa çağırır. O, Birləşmiş Ştatlarda qaradərililərin inqilab başladacaqları təqdirdə bu fəaliyyəti dəstəkləyəcəyini bəyan edir. 1973-cü ildə Misir və Liviyanın mərhələli şəkildə birləşdirilməsi prosesinə start verilsə də bu ideyanın ömrü çox olmur və bundan sonra iki ölkə arasındakı münasibətlər pisləşmə fonunda davam edir. Bir il sonra, 1974-cü ildə Liviya rəhbəri Qəddafi birləşmə cəhdlərini bu dəfə Tunislə birgə həyata keçirməyə cəhd etsə də, məsələ ilə bağlı referendumun keçirilməsi səyləri baş tutmur.
1978-ci ilin avqustunda Liviya rəhbərliyinin rəsmi dəvəti ilə bu ölkəyə gələn Livan şiələrinin ruhani lideri “Amal” hərəkatının yaradıcısı Musa əs-Sədr itkin düşür. Hadisədən 30 il keçdikdən sonra, 2008-ci ilin avqustunda Livan Musa əs-Sədrin Liviyada oğurlanmasına görə Qəddafini ittiham edərək, onun həbsini tələb edir. Qəddafi isə bütün bu illər ərzində ona qarşı irəli sürülən ittihamları rədd edərək, livanlı dini liderin oğurlanmasında əli olmadığını, belə ki, Musa əs-Sədrin Liviya ərazisini tərk edərək, İtaliya istiqamətində hərəkət edərkən itkin düşdüyünü iddia edir.
1979-cu ildə Liviya ABŞ-ın terroru dəstəkləyən ölkələr siyahısına daxil edilir. Bir neçə il sonra isə Birləşmiş Ştatlar Liviyanı 45 ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edir.
Müəmmər Qəddafi 1980-cı ilin sentyabr ayının 1-də Suriya prezidenti ilə görüşündə İsrailə qarşı daha effektiv mübarizə aparmaq məqsədilə birləşməyi təklif edir və 10 gün sonra tərəflər arasında bununla bağlı müqavilə imzalanır.
1981-ci ildə Misir və Sudan müttəfiqliyi tərəfindən təhlükə hiss edən Qəddafi həmin ilin avqustunda Efiopiya və Cənubi Yəmənlə Aralıq dənizində və Hind okeanında Qərbin, ilk növbədə isə ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərmək üçün üçtərəfli ittifaq yaradır.
1983-cü ilin avqustunda isə Müəmmər Qəddafi Mərakeşə səfəri zamanı kral II Həsənlə Böyük Ərəb Məğribinin yaradılması üçün ilk addım hesab edilə biləcək müqaviləni – Liviya və Mərakeş arasında Ərəb-Afrika Federativ Razılaşmasını imzalayır. Hər iki ölkədə keçirilən referendumlarda xalq böyük səs çoxluğu ilə sözügedən müqaviləyə “hə” deyir. Lakin 1985-ci ildə Liviyanın İranla əməkdaşlıq barədə müqavilə imzalamasından sonra Qəddafi Mərakeş kralını İsrailin o vaxtkı Baş naziri Şimon Pereslə görüşdüyünə görə tənqid edir. Öz növbəsində kral II Həsən Liviya ilə imzalanmış müqaviləni 1986-cı ilin avqustunda ləğv edir.
1980-ci ildə Müəmmər Qəddafi fəaliyyətinin bir hissəsi hesab etdiyi Britaniya koloniyaçılığına qarşı mübarizə çərçivəsində İrlandiya İnqilabı Ordusunu silahla təchiz edir. İsrailə qarşı mübarizə çərçivəsində isə o, 1984-cü ildə Qırmızı dənizdə müəyyən əraziləri minalayır ki, nəticədə 18 gəmi bundan zərər çəkir.
1984-cü ildə İngiltərənin paytaxtı Londondakı Liviya səfirliyinin qarşısında Qəddafi əleyhinə etiraz aksiyası keçirənlərə səfirlik binasından açılan atəş nəticəsində polis ingilis polis qadın Yvon Fletçerin həyatını itirməsi iki ölkə arasındakı diplomatik münasibətlərin 10 ildən artıq müddətdə kəsilməsinə gətirib çıxarır.
Daxili siyasəti: Liviyada 1972-ci ildə qüvvəyə minən qanunla müxalifətin fəaliyyəti qadağan edilir və İtaliya, İngiltərə, Qərbi Almaniya Respublikasında, Yunanıstanda və ABŞ-da olan 15 liviyalı müxalifət lideri öldürülür. Ölkədə isə Qəddafiyə qarşı çıxan yüzlərlə müxalifət nümayəndəsi, avtomobil və aviaqəzalar, zəhərlənmə və digər müxtəlif “səbəblər”lə həyatlarını itirirlər. Kralın devrilməsi zamanı 8,5 min hərbi qüvvəsi olan Liviyada Qəddafinin hakimiyyətinin ilk altı ayında ordunun sayı 2 dəfə artırılır, 70-ci illərin sonunda isə bu rəqəm 76 minə çatdırılır. Qəddafinin hakimiyyətinin ilk on ili ölkədə qadınların ordu sıralarına cəlbi, eləcə də təhsil müəssisələrinin və şəhərlərin hərbiləşdirilməsi ilə yadda qalır. 1988-ci ildə isə Qəddafi özünün “xalqın silahlandırılması” konsepsiyasını həyata keçirməyə başlayır və bu çərçivədə minlərlə liviyalıya silah paylanılır. Bir il sonra, 1989-cu ildə Qəddafi orduda əsaslı islahatlar həyata keçirir. 1980-ci illərin sonunda iqtisadi baxımdan çətin dövrlərini yaşayan Liviyada Qəddafi vəziyyətdən çıxış üçün bir çox iri şirkətlərin milliləşdirilməsi barədə göstəriş verir. İslam prinsiplərinə söykənən yaşıl sosializm quruculuğuna başlanacağını bəyan edən Qəddafi Ərəb Birliyi üçün çalışacağını, müstəqil ölkələrlə birlikdə irqi ayrı-seçkiliyə və müstəmləkəçiliyə qarşı olacağını bildirir.
Qəddafi əməliyyatları: 1986-cı ildə Qərbi Almaniya Respublikasında amerikalı hərbçilərin olduğu “La Belle” diskotekasında baş verən partlayışda Liviya izinin aşkar edilməsindən dolayı Birləşmiş Ştatlar prezidenti Ronald Reyqan Qəddafini beynəlxalq terrorçuluqda ittiham edərək, onu “Yaxın Şərqin dəli köpəyi” adlandırır və Liviyanın Tripoli və Benqazi şəhərlərinin bombalanması barədə əmr verir. 1986-cı ilin aprel ayının 15-də sözügedən şəhərlərdəki hərbi obyektlərin bombardman edilməsi nəticəsində isə onlarla liviyalı həyatını itirir. Həmçinin, bombardmanlar nəticəsində Qəddafinin həyat yoldaşı və iki övladı yaralanır, övladlığa götürdüyü qızı isə həyatını itirir.
1988-ci il dekabr ayının 21-də London-Nyu-York reysi ilə hərəkət edən “Boinq-747” tipli sərnişin təyyarəsi Şotlandiyanın Lokerbi rayonunun üzərində ikən partladılır. Təyyarədə olan 270 nəfər sərnişinin həyatını itirdiyi partlayışla bağlı aparılan araşdırmalar nəticəsində terror aktının Liviyanın xüsusi xidmət orqanlarının iki əməkdaşı tərəfindən həyata keçirildiyi məlum olur.
1989-cu ilin 19 sentyabrında Niger səmasında Brazzavil-Paris reysi ilə hərəkət edən “DC-10” tipli sərnəşin təyyarəsi partladılır, 170 insan həyatını itirir. Araşdırmalar nəticəsində hadisənin Liviya xüsusi xidmət orqanları tərəfindən törədildiyi aşkar edilir. Aradan 10 il keçdikdən sonra, 1992-ci ildə BMT-nin Təhlükəsizlik Şurası Liviyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il sonra daha da ağırlaşdırır. Sanksiyalarda bu ölkəyə nəqliyyat, neft və neft emalı məhsullarını satışı qadağan olunmaqla yanaşı, Liviyanın ölkə xaricində olan əmlakı müsadirə edilir.
1999-cu ildə Liviya hökumətinin sözügedən terror aktında ölənlərin ailələrinə ümumilikdə 31 milyon ABŞ dolları məbləğində vəsait ödəməsinə baxmayaraq, Qəddafi sözügedən hadisədə əli olmadığını iddia edir.
[img]http://timeturk.com/resim/az/2011/02/23/muemmer-qeddafi-kimdir.jpg[/img]
Müəmmər Qəddafi 1995-ci ildə Fələstin Azadlıq Təşkilatının İsraillə Norveçin Oslo şəhərində müqavilə bağlamasından sonra ölkəsində çalışan 30 min fələstinlini Liviyadan qovur. Bununla kifayətlənməyən Qəddafi ərəb ölkələrinin liderlərinə müraciət edərək, onları da eyni addımı atmağa çağırır.
ABŞ administrasiyasının 2002-ci ildə Liviyanı “şər zonası” siyahısına daxil etdikdən bir il sonra Liviya Lokerbi səmasında törədilən avia-terrorda ölkə rəsmilərindən bir neçəsinin əli olduğunu etiraf edir. Etirafdan sonra BMT Liviyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi barədə qərar qəbul edir.
Sui-qəsdlər: 1975-ci ilin iyununda keçirilən hərbi parad zamanı Müəmmər Qəddafinin olduğu tribuna silah atəşinə tutulsa da, Liviya prezidentinə qarşı törədilən bu sui-qəsd uğursuzluqla nəticələnir.
1989-cu ildə Suriya prezidenti Hafiz Əsədin Liviyaya səfəri zamanı polkovnik Qəddafiyə qarşı bıçaqlı hücum təşkil olunsa da, məqsədə nail olunmur.
1996-cı ildə Liviyanın Sirt şəhərində Qəddafinin kortejinin keçdiyi küçədə avtomobil partladılır, ancaq Qəddafi bu sui-qəsddən də yara almadan qurtulur. Daha sonra isə sözügedən sui-qəsdin İngiltərənin xüsusi xidmət orqanı “Mİ-6” tərəfindən törədildiyi məlum olur.
1998-ci ildə Liviya-Misir sərhədində naməlum şəxslərin Müəmmər Qəddafini silah atəşinə tutması zamanı prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Aişə adlı qadın bədəni ilə Qəddafini qoruduğu zaman həyatını itirir, daha 6 nəfər mühafizəçi isə yaralanır. Qəddafinin isə yüngül yaralanır.
Liviyaya qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra Qəddafinin Qərblə açıq şəkildə konfrontasiyaya getməməsi ölkədə iqtisadi sferada bir qədər liberallaşma ilə müşayiət olunur. Belə ki, bir sıra şirkətlərin bu ölkədə fəaliyyətinə şərait yaradılır, müqavilələr bağlanır. İqtisadi sahə ilə yanaşı, siyasi baxımdan da bir sıra azadlıqların “tətbiqi” Müəmmər Qəddafiyə hakimiyyətdə qalmağa imkan verir. 2003-cü ildə isə Qəddafi ölkəsinin yeni kursunu – milli kapitalizmə keçidini bəyan edir. Bundan sonra isə neft və bəzi sənaye sahələrinin özəlləşdirilməsi həyata keçirilir. 2003-cü il dekabr ayının 19-da Liviya hər cür kütləvi qırğın silahlarının istehsalından imtina haqqında müqaviləyə qoşulur. 2004-cü ilin aprelində ABŞ bu ölkəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların mərhələli ləğvinin başlandığını elan edir. Liviya 2001-2005-ci illərdə illik ən az inflyasiya həddinə (2001-2005 – 3,1%) görə Ginnesin Rekordlar kitabına düşür.
2008-ci ilin avqustunda 200-dən çox afrikalı kral, sultan, əmir və şeyxin iştirakı ilə keçirilən toplantıda “Afrika krallarının kralı” seçilən Müəmmər Qəddafi bir il sonra Afrika Birliyinin yeni sədri vəzifəsinə layiq görülür. Sözügedən quruma sədr seçilən Qəddafi yürütdüyü ərəb millətçiliyi xarici siyasət kursunu davam etdirəcəyini bildirir.
2009-cu ildə Liviya prezidenti BMT-nin Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edir. Assambleyada Qəddafinin çıxışı üçün 15 dəqiqə vaxtın ayrılmasına rəğmən, Liviya lideri sözügedən toplantıda 90 dəqiqə çıxış edir. Qəddafi çıxışına: “Oğlum Obama belə bunun tarixi toplantı olduğunu bildirmişdir”, - sözləri ilə başlayır. Həmçinin, Qəddafi çıxışında İngiltərənin o vaxtkı Baş naziri Toni Bleyer və ABŞ-ın sabiq prezidenti Corc Buşun İraq lideri Səddam Hüseynin edamında şəxsən iştirak etdiklərini iddia edir, eləcə də ABŞ-ın sabiq prezidenti Con Kennedinin və Martin Lüter Kinqin ölümlərinin araşdırılmasını, Barak Obamanın Birləşmiş Ştatların ömürlük prezidenti olmasını təklif edir.
Ailəsi: 1969-cu ilin dekabr ayının 25-də Müəmmər Qəddafi Fəthiyə Nuri Xalidlə evlənir. Sonralar boşanma ilə nəticələnəcək bu cütlükdən onun oğlu Məhəmməd dünyaya gəlir. Qəddafi ikinci dəfə 1970-ci ildə Səfiyyə Fərkaş ilə evlənir və bu izdivacdan onun 6 oğlu və 1 qızı dünyaya gəlir.
Maraqlı faktlar:
Qəddafi ingilis dramaturqu Uilyam Şekspirin ərəb əsilli olduğunu bildirmiş və onun öz vətənində Şeyx Zübeyr adlandığını söyləmişdir.
2001-ci ilin aprelində Liviya lideri afrikalıları bütün ağdərililəri qitədən qovub çıxarmağa və onlardan törətdikləri soyqırımına görə kompensasiya tələb etməyə çağırmışdır.
2006-cı ildə Müəmmər Qəddafi Liviyanı “Koka-Kola”nın vətəni elan etmişdir.
2009-cu ilin oktyabrında Müəmmər Qəddafi ölkə parlamenti hesab edilən Milli Konqresə müraciət edərək, oğlu Seyfulislamın işlə təmin edilməsini istəmişdir.
2009-cu ildə İtaliyaya səfəri çərçivəsində italyan qızlarla görüşən Qəddafi xristianlığın fırıldaqçılıq üzərində qurulduğunu bildirmişdir.
M. Qəddafi 40 qadından ibarət “Amazon Birliyi” adlı xüsusi təhlükəsizlik xidməti tərəfindən mühafizə olunur. Bütün üzvləri bakirə qadınlar olan bu birliyin əməkdaşlarını Qəddafi şəxsən seçir.
Liviya prezidenti istər ölkəsində, istərsə də ölkə xaricinə səfərləri zamanı olduqca lüks şəraitli bədəvi çadırında qalır.
2011-ci ilin fevalında Liviyada Qəddafinin istefasını tələb edən xalq kütləvi etiraz aksiyaları həyata keçirir. Buna cavab olaraq Qəddafi digər Afrika ölkələrindən gətirdiyi muzdlu əsgərlərə qarşılarına çıxan hər bir liviyalını qətlə yetirmək göstərişi verir...

Tarixə düşən sözləri
Rəqs edin şənlənin
Mənim Quran va tapancadan başqa heç nəyim yoxdur
Səhradan səhraya addım-addım, qarış -qarış, ev -ev Liviyanı təmizləyəcəyik

Link to comment
Share on other sites

  • 5 months later...

Vəddah Xənfər kimdir?
[img]http://www.timeturk.com/resim/az/2011/09/22/veddah-xenfer-kimdir.jpg[/img]
Qətərin Əl-Cəzirə telekanalının sabiq direktoru Vəddah Xənfər 1968 ci ildə Fələstinin Cinin şəhərində anadan olub.
1990 cı ildə , Ammandakı "İordaniya Universiteti" nin mühəndislik fakültəsini bitirib, daha sonra təhsilini Cənubi Afrikada və Sudanda davam etdirib.

1997 ci ildə Əl-Cəzirə telekanalı yayımlanması üçün lisenziya aldıqdan sonra , Xənfər telekanalın Cənubi Afrikada xüsusi müxbiri olub. 2001- ci il sentyabr hadisələrindən sonra regionda baş verənləri işıqlandırmaq üçün Hindistana ezam edilib.
Elə həmin il Xənfər Əfqanıstana ezam edilərək orda Əl-Cəzirənin xüsusi müxbiri kimi çalışıb. Əfqanıstanda beş ay xüsusi müxbir olaraq çalışan Xənfər daha sonra İraqdakı hadisələrin işıqlandırılması üçün İraqa ezam edilir.

2003 cü ildə Dohaya q ayıdan Vəddah , oktyabrın 26 da Əl-Cəzirə telekanalına müdir təyin edilir. 2006 cı ildə Xənfər Əl-Cəzirənin bütün media şəbəkələrinin və şirkətlər qrupunun rəhbəri təyin edilir.

2009 ci ildə Xənfər "Dünyanın ən nüfuzlu şəxsiyyətləri " siyahısına daxil edilir.


2011 ci il sentyabrın 20 də Vəddah Xənfət tutduğu vəzifədən istefa edib.

2006-cı ildən Əl-Cəzirənin bütün media şəbəkələrinə rəhbərlik edən Xənfər verdiyi açıqlamada ,Əl-Cəzirə telekanalının ərəb dünyasına söz azadlığı gətirdiyini bildirib.
Onun sözlərinə görə, Əl-Cəzirədən əvvəl ərəb hökumətləri mediaya nəzarət edirdilərsə, telekanalın yaranması bu tam olaraq dəyişdi.
Xənfər verdiyi açıqlamada elekanaldan hər hansı bir təzyiqlə deyil, öz istəyi ilə istefa etdiyini bildirib.

WikiLeaks sənədlərində Vədsah Xənfərin adı 420 dəfə hallanıb.

Bir çox ərəb mediasında sabiq telekanal rəhbərinin "Misirin Müsəlman Qardaşlar" və "HƏMAS" təşkilatı ilə sıx əlaqədə olduğu qeyd edilməkdədir.

Xənfərin yerinə Qətər kral ailəsinə yaxın olan , Əhməd bin Casim bin Muhəmməd Al Sani təyin edilib.

Link to comment
Share on other sites

[b]Bürhanəddin Rəbbanı kimdir?
[/b]

[url="http://www.timeturk.com/resim/az/2011/09/21/burhaneddin-rebbani-kimdir.jpg"]My link[/url]

Tacik əsilli , Əfqanıstanın sabiq prezidenti Bürhanəddin Rəbbanı 1940 cı ildə Əfqanıstanın Şimal Şərqindəki Faizabad şəhərində anadan olub .
1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib . Daha sonra 1968 ci ildə Misirin Əl-Əzhər universitetində islam fəlsəfəsindən təhsil alıb.

1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra , Pakistanın Pişavər şəhərinə hicrət edib.
1979-1989 cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edərək Əfqan mücahidlərinə başçılıq edib. Tabeçiliyində 20 minə yaxın döyüşçü olub.
1992 ci ildə Əfqanıstana qayıdaraq , iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub

22 dekabr 2001-ci Rabbani rəsmən prezidentlikdən istefa edib.

Əfqanıstanda "Taliban"la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rabbani paytaxt Kabildəki evində 20 sentyabr 2011 ci terror aktı nəticəsində qətlə yetirilib.

Link to comment
Share on other sites

[b]Əbülhəsən Bəhmənyar [/b](? - 1066) kimdir və ya kim olub ?


Əbülhəsən Bəhmənyar Mərzban oglu Azərbaycani Şərq [url="http://www.krugosvet.ru/enc/kultura_i_obrazovanie/religiya/PERIPATETIZM_ARABOYAZICHNI.html"]peripatetizminin[/url][i] [/i]ən böyük nümayəndələrindən biridir. Filosofun anadan oldugu yer dəqiq məlum deyil. Orta əsr müəllifləri onun [b]"Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycani")[/b], yaxud [b]"Azərbaycanlı" ("əl-Azərbaycani") [/b]oldugunu yazırlar. İlk mənbələrdə Bəhmənyarın zərdüşti oldugu yazılsa da, bir sıra müəlliflər onun sonradan islamı qəbul etdiyini yazırlar.
[b]İbn Sinanın[/b] (980-1037) bilavasitə şagirdi və davamçısıdır. İbn Sina onun haqqında yazırdı: "O mənə oguldan da istəklidir. Mən ona təlim-tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam".
Bir sıra qiymətli əsərlərin müəllifidir: [b]"Təhsil kitabı" ("Kitab ət-təhsil"), "Məntiqə dair zinət kitabı" ("Kitab əz-zinə fil məntiq"), "Gözəllik və səadət kitabı" ("Kitab əl-bəhcə və-s-saada"), "Musiqi kitabı" ("Kitab fil-musiqa"), "Metafizika elminin mövzusuna dair traktat" ("Risala fi maudu ilm ma bad at-tabia"), "Mövcudatın mərtəbələrinə dair traktat" ("Risala fi maratib al-moucudat"). [/b]Son iki əsər 1851-ci ildə almanca tərcümə ilə birlikdə Leypsiqdə və 1911-ci ildə ərəbcə Qahirədə çap olunmuşdur.
Əbülhəsən Bəhmənyarın fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri sistem şəklində geniş işıqlandırılmışdır.
[b]
[/b]

Link to comment
Share on other sites

[b]Salatın Əskərova (1961-1991)[/b] kimdir ?


[color=#4E4E4E][font=tahoma][size=2][size=2][b]Salatın Əsgərova[/b] 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı[b] Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir[/b]. Ailəli idi, bir oğlu var. [/size][size=2]Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub.[/size][/size][/font][/color]
[color=#4E4E4E][font=tahoma][size=2][size=2]
[/size][/size][/font][/color]
[color=#4E4E4E][font=tahoma][size=2][size=2]
[/size][/size][/font][/color]

Link to comment
Share on other sites

[color=#000080][font=arial, verdana, tahoma, sans-serif][size=2][b][i]Leyla Ələsgər qızı Məmmədbəyova[/i] (1909-1989). Azərbaycan təyyarəçisi idi. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi idi.
Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.
Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-ci ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə isə o artıq təqaüdə çıxdı.
Qadın təyyarəçiyə bir sıra şer və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma ithaf olunmuşdur.[/b][/size][/font][/color]
[color=#000080][font=arial, verdana, tahoma, sans-serif][size=2][b]
[/b][/size][/font][/color]
[color=#000080][font=arial, verdana, tahoma, sans-serif][size=2][b]
[/b][/size][/font][/color]

Link to comment
Share on other sites

[b]Jennifer Lopes [/b]- 24 iyul 1970-ci ildə Bronksda (ABŞ) dogulub. Əslən Puerto-Rikoludur. Atası Devid kompyuter mexaniki, anası Qvadalupa uşaq baxçasında tərbiyəçi işləyib.
JLo 5 yaşından rəqs və musiqi dərsləri alıb, uşaq tamaşalarında oynayıb. 12 il katolik məktəbində oxudugu müddətdə tennis və gimnastika ilə aktiv məşgul olub. 18 yaşında şou biznesə qatılmaq istəyi valideynləri ilə qalmaqal və evdən getmə ilə nəticələnib. Evdən birbaşa Los Ancelesə. Bir necə xirda filmlərdə və seriallarda kiçik rollar və kuba əsilli bir ofisiantla ilk evlilik.
1996-cı ildə çəkildiyi "Selena" filmi ilə ilk ugur və az-maz populyarlıq, 1997-ci ildə isə 2-ci dərəcəli "Anakonda" filminin məşhurlaşması ilə şöhrət. Bu filmdən sonra məşhur rejissor Oliver Stoun onu "Döngə" filminə dəvət edir. Sonra ərindən ayrılır, Corc Kluni ilə "Out of sight" (1998) filmində baş rol alır. Bu filmdən sonra isə pop-mügənni olmaq üçün yavaş-yavaş kino karyerasından uzaqlaşır. Qalanını bilirsiz )
Çəkildiyi filmlər:
[font=arial, tahoma][size=2]1986 "Моя [url="http://cenzure.net/pagescat/5/"]девочка[/url]" (My Little Girl); Мира
1995 "Моя семья" (My Family); Мария Санчес
1995 "Денежный поезд" (Money Train); Грэйс Сантьяго
1996 "Джек" (Jack); мисс Маркес
1997 "Кровь и вино" (Blood and Wine); Габриэла
1997 "Селена" (Selena); Селена Квинтанилья
1997 "Анаконда" (Anaconda), Терри Флорес
1997 "Поворот" (U Turn); Грэйс МакКенна
1998 "Вне поля зрения" (Out of Sight); Карен Сиско
2000 "Клетка" (The Cell); Кэтрин Дин
2001 "Свадебный переполох" (The Wedding Planner); Мария "Мэри" Фьоре
2001 "Ангельские глазки" (Angel Eyes); Шарон Поуг
2001 "Две Фриды" (The Two Fridas); Фрида Кало
[/size][/font]
[font=arial, tahoma][size=2]
[/size][/font]
[font=arial, tahoma][size=2]
[/size][/font]

Link to comment
Share on other sites

[b]Buddizm [/b](3-cü ən böyük din) dinin banisi [b]Budda[/b] haqda nə bilirsiz ?

[b]Budda Şakya Muni - [/b]əsl adı[b] şahzadə Siddhartha Qautama. [/b]Bizim eradan əvvəl 556-cı ildə dogulmuş, b.e.ə. 476-cı ildə vəfat etmişdir.

Hindli tayfa başçısının oglu. Himalay dagının ətəyində, Nepal ilə sərhəd tərəfdə dogulub.

Əfsanəyə görə şahzadə Mahamayyanın günahsız hamilə qalmasından dünyaya gəlmişdir.

Əfsanəyə görə dünyaya gələn anda bir əlini göyə, o biri əlini yerə tərəf uzadaraq sanki "Göy üzərində və göylərin altında yalnız mən ehtirama layiqəm" demək istəmişdir.

Əsl adı [b]Qautama[/b]dır. [b]Şakya Muni [/b]ləqəbidir - Şakya qəbiləsindən olan zahid, tərkidünya deməkdir.

Şah saryında, cah cəlal və saysız hesabsız nökər-naib, gözəllik içərisində yaşayan Qautama elə bilirdi ki, həyat elə belə də olur. Günlərin bir günü o qoca və dişləri tökülmüş birisinə rast gəlir və başa düşür ki, o da qocalacaq. Sonra bir çarəsiz xəstəyə rast gəlir və bir gün xəstələnə biləcəyini anlayır. O həyat və ölüm haqda düşüncələr içində sarayı tərk edir və tərkidünya həyata başlayır.
Yeddi il tərkidünya şahzadə çöllərdə sərgərdan gəzir. Və günlərin bir günü böyük bir agacın altında, ayaqlarını çarpaz qoyub oturdugu zaman (heykəlləri oldugu formada) ona vəhy gəlir. Bundan sonra onu [b]Budda [/b]adlandırmaga başlayırlar. Sanskrit dilindən tərcümədə aydın, müdrikliyə çatmış insan (просветленный) mənasını verir.

Təliminin əsasını Dörd Həqiqət təşkil edir :

1) İztirab(ın) həqiqəti - Bu dünyada hər şey ötəridir, daimi varlıgı yoxdur, buna görə də iztirabla doludur.

2) Səbəb(in) həqiqəti - İztirabın(əzabın) səbəbi məişət yangısı, istəyi, ehtirası, şəhvətdir.

3) Xilas (qurtuluş) həqiqəti - Əzabdan yalnız dünyəvi istəklərdən, şəhvətdən əl çəkməkə qurtarmaq olar.

4) Yol həqiqəti - Xilas olmaq üçün şəkildən şəklə düşmələrdən uzaqlaşma, [b]nirvana[/b] - məcazi mənada "sönmə", "yox olma" - tam sakitlik və hüzura nail olmaq. [b]Nirvana[/b]ya çatmanın da 8 pilləsi var ...


Təliminin əsasını Qanq çayı üzərindəki Benaress şəhərində təblig etmişdir.

Link to comment
Share on other sites

[b]Qatır Məmməd [/b]- Məmmədov Məmməd Əli oglu - (1887-Gəncə(Yelizavetpol) quberniyasının Goranboy-Əhmədli kəndi -18.09.1919) -

- Azərbaycanda Sovet hakimiyyəti ugrunda fəal mübariz, kəndli hərəkatı rəhbəri.

1903-cü ildə Gəncədə sənət məktəbinə daxil olmuş, inqilabi hərəkatda iştirakına görə [b]1905[/b]-ci ildə məktəbdən çıxarılmışdır.

Goranboy-Əhmədlidə kəndli çıxışı zamanı ([b]1907[/b]) mülkədarlardan birini öldürmüş və qaçaq düşmüşdür.
[b]
[/b]
[b]1909[/b]-cu ildə həbs olunub [b]İrkutsk[/b] quberniyasına sürgün edilir. Sürgün yerinə çatmamış yolda qaçıb Azərbaycana qayıdır.

[b]1914[/b]-cü ildə yenidən həbs olunur və İrkutsk quberniyasına sürgün edilir.

[b]1917[/b]-ci ildə (inqilabdan sonra) Azərbaycana qayıdır və kəndli hərəkatına başçılıq edir.

Fəaliyyəti dövründə Bakı bolşevikləri, Bakı kommunasının rəhbərləri ilə dəfələrlə görüşmüş, onlardan təlimat almışdır.

[b]1919[/b]-cu ildə Qatır Məmmədin dəstəsi Gəncə qəzasında iri torpaq sahiblərinin mülklərini dagıtmış, dəmir yolunda hərəkəti pozmuşdu. Kürün sag sahilində, Qaraqovaq kəndində dəstəsi müsavatçılar tərəfindən mühasirəyə alınmış, özü də öldürülmüşdür.

Link to comment
Share on other sites

[b]Qaçaq Nəbi[/b] - Nəbi Alı oglu - (təqr. 1854 - Zəngəzur qəzasının Aşagı Mollu kəndində (İndiki Qubadlı ərazisi) - 12.03.1896 - Larni kəndi (İndiki Cənubi Azərbaycan ərazisi) )-

- 19-cu əsrdə Azərbaycanda məşhur kəndli hərəkatı başçısı, xalq qəhrəmanı. Uşaqlıqda çoban, muzdur olmuşdur. Mülkədarlara müqavimət göstərdikdən sonra 1875-ci ildən qaçaq düşmüşdür.

Kəndlilərdən dəstə yaradaraq Naxçıvan və Zəngəzur qəzalarında fəaliyyət göstərmişdir. Arvadı Həcər də silahdaşı olmuşdur. Bəylərə, çar məmurlarına, tacirlərə qarşı barışmaz mövqe tutmuş, onların var-dövlətini alaraq yoxsul kəndlilərə paylayırdı.

20-il ərzində çar hökuməti Qaçaq Nəbinin dəstəsini dagıtmaq üçün dəfələrlə polis, kazak dəstələri göndərmiş, onu ələ keçirə bilməmişdi.

1895-ci ilin sentyabrında Naxçıvan qəza rəisi, [b]Ordubad taciri Paşa Hacı Fərəc ogluna[/b] (Cənubi Azərbaycanın Urmiya şəhərində ticarətlə məşgul idi) Qaçaq Nəbini İran ərazisində olarkən öldürməyi tapşırmışdı. Paşa Hacı Fərəc oglu qaçaqlardan ikisini sui-qəsdə cəlb edir.[b] Qaçaq Nəbini[/b] Kərbəladan qayıdarkən [b]Şahhüseyn[/b] və [b]Kərbəlayi İman[/b] öldürürlər.

Bəzi mənbələr Nəbinin İrandakı Çar konsulu və İran inzibati idarələrinin birgə tədbiri sayəsində öldürüldüyünü göstərirlər.

1897-ci ildə Qaçaq Nəbinin dəstəsi dagıdıldı.

Link to comment
Share on other sites

[size="3"][b]İlk Qadın Xarici İşlər Naziri — Tahirə Tahirova[/b][/size]:rroza:

[font="Book Antiqua"][size="3"][b]Azərbaycanın ilk qadın Xarici İşlər naziridir[/b].
Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabrın 7-də Türkmənistanın Bayraməli şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1920-ci ildə ailəsi ilə Bakıya köçmüş, məktəbi yaxşı qiymətlərlə Bakıda bitirmişdir. 1929-cu ildə Azərbaycan Sənaye İnstitutuna (AzSİ) daxil olmuş, 1935-ci ildə İnstitutun dağ-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmi-Tədqiqat İnstitutuna elmi işçi kimi göndərilmişdir. T. Tahirova neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur.
Bakıya qayıtdıqdan sonra Tahirə bir sıra neft mədənlərində çalışır. ilk vaxtlar ona çox çətin idi, çünki mədənlərdə, buruqlarda qadınlar yox səviyyəsində olduğundan kişilər onu öz kollektivlərinə qəbul etmək istəmirdilər. Lakin fərqli bacarığı nəticəsində o, kişilərlə çiyin-çiyinə çalışmağı bacarır.

1937-1940-cı illərdə Azərbaycan Sənaye İnstitutunun Neft yataqlarının istismarı kafedrasının aspirantı və asistenti olmuşdur. Tələbə vaxtı geologiya-miteorologiya elmləri namizədi Abdulla Bayramovla tanış olur və İnstitutu bitirdikdən sonra ailə həyatı qururlar. Cəmi bir ildən sonra müharibə başlayır və hamı kimi Tahirənin yoldaşı da cəbhəyə göndərilir. Həmin ildə Tahirə xanım Mərkəzi Komitənin neft sənayesi şöbəsinin müdiri kimi ordunun yanacaq və sürtkü materialları ilə fasiləsiz təmin olunmasına birbaşa cavabdeh şəxs idi.
1950-ci ildən başlayaraq Tahirə xanım fəal ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başlayır. Müxtəlif təşkilatların nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrə səfər edir.

1954-1957-ci illərdə T.Tahirova Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri seçilir. Məsuliyyət, yüksək diplomat səriştəsi, gərgin zəhməti və yuxusuz gecələri nəticəsində o, 1957-ci ildə Xarici İşlər Naziri vəzifəsinə təyin olunur. Lakin vəzifəsinin praktiki icrasına o, yalnız 1959-cu ildə öz təşəbbüsü ilə SSRİ XİN-nin Diplomatik Akademiyasını bitirdikdən sonra başlayır. Tahirə xanımın iki övladı: bir oğlu, bir qızı vardı. Xalqa və dövlətinə göstərdiyi xidmətə görə Lenin ordeni, beş dəfə Qırmızı Əmək bayrağı, Şərəf nişanı, Xalqlar dostluğu ordeni və.s. medallarla təltif olunmuşdu. Türk, ingilis, rus və ərəb dillərini bilirdi. 1984-cü ilə qədər Xarici işlər naziri kimi fəaliyyət göstərən Tahirə xanım sonra təqaüdə çıxır.
1991-ci il oktyabrın 26-da 78 yaşında Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
[b]“Mən yaşadığım ömür payından narazı deyiləm. Çünki bütün bu etdiklərim sadəcə, xalqımın və millətimin rifahı, xoş gələcəyinə xidmət edirdi”[/b][/size][/font][b]. [/b]

Link to comment
Share on other sites

[quote name='dziro' timestamp='1317056281' post='10091077']
[b]Qatır Məmməd [/b]- Məmmədov Məmməd Əli oglu - (1887-Gəncə(Yelizavetpol) quberniyasının Goranboy-Əhmədli kəndi -18.09.1919) -

- Azərbaycanda Sovet hakimiyyəti ugrunda fəal mübariz, kəndli hərəkatı rəhbəri.

1903-cü ildə Gəncədə sənət məktəbinə daxil olmuş, inqilabi hərəkatda iştirakına görə [b]1905[/b]-ci ildə məktəbdən çıxarılmışdır.

Goranboy-Əhmədlidə kəndli çıxışı zamanı ([b]1907[/b]) mülkədarlardan birini öldürmüş və qaçaq düşmüşdür.
[b]
[/b]
[b]1909[/b]-cu ildə həbs olunub [b]İrkutsk[/b] quberniyasına sürgün edilir. Sürgün yerinə çatmamış yolda qaçıb Azərbaycana qayıdır.

[b]1914[/b]-cü ildə yenidən həbs olunur və İrkutsk quberniyasına sürgün edilir.

[b]1917[/b]-ci ildə (inqilabdan sonra) Azərbaycana qayıdır və kəndli hərəkatına başçılıq edir.

Fəaliyyəti dövründə Bakı bolşevikləri, Bakı kommunasının rəhbərləri ilə dəfələrlə görüşmüş, onlardan təlimat almışdır.

[b]1919[/b]-cu ildə Qatır Məmmədin dəstəsi Gəncə qəzasında iri torpaq sahiblərinin mülklərini dagıtmış, dəmir yolunda hərəkəti pozmuşdu. Kürün sag sahilində, Qaraqovaq kəndində dəstəsi müsavatçılar tərəfindən mühasirəyə alınmış, özü də öldürülmüşdür.
[/quote]

İndiyə qədər yadımdadır* Filmin sonunda deyilirdi QATIR Məmməd o günü görmədi.... :morqqqq:

Link to comment
Share on other sites

[quote name='Anibus' timestamp='1317216053' post='10106170']
İndiyə qədər yadımdadır* Filmin sonunda deyilirdi QATIR Məmməd o günü görmədi.... :morqqqq:
[/quote]

"14 gündən sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi". Yəni "Yemədi getdi" )

Link to comment
Share on other sites

[b]Agayeva Xurşid Həsən qızı[/b] (20.04.1906 - 03.12.1953) - [b]ilk musiqişünas azərbaycanlı qadın[/b]. Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1948).

Üzeyir Hacıbəyovun təşkil etdiyi Musiqi Texnikumunda, Azərbaycan Konservatoriyasının fortepiano sinfində oxumuşdur.

"Üzeyir Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə həsr olunmuş bir sıra məqalələrin müəlifidir.

Link to comment
Share on other sites

[b] Milli qəhrəman Əliyev İmamverdi Barat oğlu[/b]

1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra 1970-ci ildə hərbi xidmətə getmişdir. 1972-ci ildə hərbi xidmətdən qayıdandan sonra rolis şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. 1973-77-ci illərdə Bakı Maliyyə_Kredit Texnikumunun tələbəsi,


1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdsur. İ.Əliyev təhsilini başa vurduqdan sonra DİN-nin döndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş insrektor vəzifəsində çalışmışdır.


[b]15 noyabr 1991-ci ildə Hadrut rayonunun Şaqax kəndi uğrunda gedən döyüşlərdə yüzlərlə erməni yaraqlısına qarşı 17 nəfər polis döyüşürdü. Həmin döyüşdə ermənilərin 4 tankını sıradan çıxaran İ.Əliyev qəhrəmancasına həlak olmuşdur.[/b]

İmişli rayonunda dəfn edilmişdir.

Ailəli idi. İki övladı var.

[b]Azərbaycan Resrublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdi[/b]r.

Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd məktəbi də Milli Qəhrəmanın adını daşıyır. İmişli rayon polis şöbəsi binasının önündə büstü qoyulmuşdur

Link to comment
Share on other sites

  • 1 month later...

[b] [size=5][font=courier new,courier,monospace]Qəhrəmanlar unudulmur – [u][i][b]Milli Qəhrəman Səfəralı Məmmədov[/b][/i][/u]
Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.
Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edirik.

Qəhrəmanlar unudulmur!
Səfəralı Qurban oğlu Məmmədov 1963-cü il oktyabrın 16-da Masallı rayonu Sərçuvar kəndində anadan olub. O, polis (milis) leytenantı kimi 1990-cı ildə könüllü olaraq cəbhə bölgəsinə - Ağdam istiqamətinə gedib, vzvod komandiri təyin olunub, Fərrux, Ağbulaq, Qarakənd ərazilərində uğurlu əməliyyatlar keçirib, düşmənin çox sayda yaraqlısını əsir götürüb. 1992-ci il fevralın 16-da Qaradağlı kəndinin müdafiəsində qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adı alıb. Masallı rayonu Sərçuvar kəndində dəfn edilib. Masallı şəhərində küçələrdən biri və oxuduğu məktəb onun adını daşıyır.[/font][/size][/b]

Link to comment
Share on other sites

[b][url="https://www.facebook.com/ramilsafarov.info"]Ramil Seferov[/url][/b]
[b]Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya göz açıb. Uşaqlıq illərindən hərbiçi olmaq onun ən böyük arzusunda olub və orta məktəbin 7-ci sinfini başa vurduqdan sonra 1991-ci ildə Bakıda yerləşən C.Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ildə hərbi təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilib 1992-1996-cı illərdə Türkiyənin İzmir səhərində Maltəpə Əsgəri Liseyində təhsil alıb. Ermənistan ordusunun Cəbrayıl rayonunu isğal etməsi zamanı Ramil Səfəvorun bir çox qohumları erməni vəhşiliklərinə tab gətiməyərək dünyasını dəyişmişlər. Elə həmin illərdən bu acı günlər onun xatirində silinməz izlər buraxmışdır. Daha sonra R.Səfərovun ailəsi Bakıda Dərnəgül qəsəbəsindəki yerləşən tələbə yataqxanalarının birində məskunlaşmşırlar. Liseyi uğurla başa vuran Ramil 1996-2000-ci illərdə Ankarada Quru Qoşunları Hərbi məktəbində ali hərbi təhsilini başa vurduqdan sonra, 2000-2001ci illərdə İzmirdəki Tuzla Riyada məktəbində ixtisasartırma kursunu bitirir. Vətənə qayıtdıqdan sonra isə Azərbaycan Ali Hərbi Məktəbində kursant tağımının kamandiri təyin olunur. Hərbi xidmətlərinə görə dəfələrlə komandanlıqdan fəxri fərmanlar alıb 2004-cü il yanvarın əvvəlində Budapeştə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Ingilis dili ilə bağlı kursa göndərilib. üç aydan sonra həmin kursu başa vuraraq Azərbaycan ordusundakı xidmətinə qayıtmalı idi. Sözsüz ki, belə qüsursuz və mükəmməl hərbi xidmət tərcümeyi-halına malik olan gənc zabiti qarşıda gözəl hərbi kariyera gözləyirdi. Lakin 2004-cü il fevralın 19-da baş verən hadisə, onu bütün bunlardan ayırdı. Ramil Səfərov 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən təlimi zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilir. Ramilin yeniyetmə ikən keçirdiyi hisslər, doğma kəndinin işğal olunması, yaxınlarının həlak olmasi, nəhayət, Budapeştə gəldiyi gündən rastlaşdığı erməni həyasızlığı bu əməl tutmasında böyük təsir rolunu oynayıb[/b]

Link to comment
Share on other sites

  • 9 months later...

[b] [sub][u][size=5][b][url="""]Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Çingiz Mustafayev[/url][/b][/size][/u][/sub][/b]

[sub][font=arial,helvetica,sans-serif][size=4][b]29 avqust Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür.[/b] Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayəti Vladimir rayonunda hərbÇi ailəsində anadan olub, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köÇüb. O, Azərbaycan Tibb İnstitutunu bitirib, bir müddət həkim işləyib, lakin həmişə daha Çox jurnalistikaya həvəs göstərib, 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Sovet Ordusunun cinayətlərini bütövlükdə lentə alıb, unikal kadrlar yaradıb və bundan sonra həyatını tamamilə telejurnalistika sənətinə bağlayıb. O, Azərbaycan televiziyası tarixində yenilikÇi, cəsur, operativ xəttin bünövrəsini qoyanlardan olub, “215KL” studiyasının yaradıcılarından olub. Çingiz Mustafayev Azərbaycan hərbi telejurnalistikasının ən parlaq nümayəndəsi olub, döyüş bölgələrindən əvəz olunmaz kadrlar Çəkib, Qarabağ müharibəsinin ilkin dövrünün videoxronikasını yaradıb, həm də könüllülərin cəbhəyə getməsinin ilk təşkilatÇılarından, ilk Çağırış edən və ilk döyüşə gedənlərdən olub. O həm kamerası, həm də həqiqi silahla döyüşlərdə iştirak edirdi, 1992-ci il iyunun 15-də NaxÇıvanik kəndi yaxınlığındakı ağır döyüşdə qəhrəmancasına həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. DİN Şüvələn qəsəbəsində istirahət zonası, Bakı şəhərində küÇə, ANS ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri onun adını daşıyır. Yaşadığı evin önündə xatirə lövhəsi vurulmuş, C.NaxÇıvanski adına Hərbi Litseydə büstü qoyulmuşdur.[/size][/font][/sub]
[sub] [/sub]
[sub][font=arial,helvetica,sans-serif][size=4]Allah rəhmət etsin! [img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img] [img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img] [/size][/font][/sub]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Like
      • 85 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Milli
        • Like
      • 116 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Confused
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
      • 140 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...