Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Can Baki

Garatel

Recommended Posts

Bakı axır vaxtlar ümumi götürsək gözəlləşməyə doğru gedir, əsasən da axşamlar bunu hiss etmək olur.Amma şəhərin xüsusilə İçəri Şəhərin qədimliyi qalması şərtilə bu gözəlləşmə davam eləsə yaxşı olar.

Link to comment
Share on other sites

Bəli bu gün şəhərimizlə fəxr eləməyə dəyər...
xatirlayiram..... bir neçə il bundan öncə adam ailəsi ilə bulvara getməyi özünə AR bilirdi... Amma bu gün.... mən bulvarı belə görəndə Fərəh hissi yaşayıram...

Link to comment
Share on other sites

[quote name='Rashad_XL' timestamp='1289629616' post='7689303']
Həmişə fikirləşmişəm, nə yaxşı ki Bakıda metro var. Yoxsa Bakı bir günə çökər
[/quote]
Hə əhalisi həddindən artıq çoxdur, ilbəildə çoxalır. Keçən ilki tıxaclarla bu ilkini müqayisə edəndə bir daha şahidi oluram ki, getdikcə əhali daha da artır.

Link to comment
Share on other sites

Bakı getdikcə daha da gözəlləşir.Hündür binalar bir az az tikilsə daha da gözəl olar. Əsasən də hər hansı bir xarici dövlətdə oıub geri döndükdə Bakının qedrini daha çox bilirsen.Bakı insana daha gözəl görünür.

Link to comment
Share on other sites

[quote name='sambo' timestamp='1289631918' post='7689539']
Elbette korlanir.Gozellesir deyenler yegin evvelki Bakini gormeyibler.Duzdu inkisaf lazimdi amma belede yox.Seheri kibrit gutusuna donderibler
[/quote]
Bu il Tbilisi şəhərində olanda, nədənsə Bakımızın əvvəlki vaxtını xatırladım, hardasa oxşarlıq gördüm. Əlbəttə şəhərin gözəlləşdirilməsi yaxşıdır, amma təkcə mərkəzi küçələrin, gözə görünən yerlərin deyil, şəhərin ümumi inkişafına fikir verilməlidir. Şəhər içində tikilən yeni binaların sayı həddindən artıq
çoxdur, bu yaxşı hal deyil

Link to comment
Share on other sites

"Kütləvi tikintilər kütləvi qayda pozuntuları deməkdir. Hazırda inşa edilən tikililər, ekoloji çirklənmə ilə yanaşı, həm də paytaxt sakinlərini səs-küy içində yaşamağa məcbur edir. Nəticədə tozdan, çirkdən əmələ gələn xəstəliklərlə yanaşı, həm də insanların əsəb sistemində problemlər yaranır. Avtomobil sıxlığı da problem doğuran amillərdəndir. Yəni hər bir avtomobil havaya zərərli maddələr buraxır. Əgər vəziyyət bu minvalla davam edərsə, Bakıda ağır xəstəliklərin yayılmasının qarşısını almaq mümkünləşməyəcək"

bunu Ekologiya Proqnozlaşdırılması Milli Mərkəzinin rəhbəri Telman Zeynalov deyir....

maragli bir fakt getirim:

1967-ci ildə Abşeronun 20 faiz ərazisini yaşıllıq təşkil edirdisə, indi bu rəqəm cəmi 1 - 2 faizə bərabərdir.
Ümumilikdə isə vaxtilə Azərbaycanın ümumi ərazisinin 11 faizi meşə ilə örtülü idi. Ancaq indi ölkə ərazisində meşə zolağı 5 - 6 faiz qalıb.

mence bu regemler hamini düsündürmelidir...

Link to comment
Share on other sites

[quote name='sambo' timestamp='1289631918' post='7689539']
Elbette korlanir.Gozellesir deyenler yegin evvelki Bakini gormeyibler.Duzdu inkisaf lazimdi amma belede yox.Seheri kibrit gutusuna donderibler
[/quote]

dogrudur, ugursuz lahiyeler choxdur...

"Icheriseher" metrosu yöndemsizdir..

Link to comment
Share on other sites

Bu yashillashdirma masalasina toxunub demak istardim ki, Musabayov baghindaki o cur va o qadar agaclari kasib yerinda yersiz park acdilar, buna na deyasan. 3-4 dana gicgica xaricdan getirilmish karlik agaclardan akib torpagi yerli dibli betonladilar. Bunun yerina yondamsiz, camahata mane olacaq yerda agac akirlar va onlar cixarilan zaman shtraf edirlar. Na deyasan buna.

Link to comment
Share on other sites

[quote name='J.ALIYEV' timestamp='1289630267' post='7689357']
Bəli bu gün şəhərimizlə fəxr eləməyə dəyər...
xatirlayiram..... bir neçə il bundan öncə adam ailəsi ilə bulvara getməyi özünə AR bilirdi... Amma bu gün.... mən bulvarı belə görəndə Fərəh hissi yaşayıram...
[/quote]

Bulvar, öz ərazisində yerləşən İdman Sarayından Bibiheybət istiqamətində tikilən Bayraq meydanınadək uzanacaq... Yaxın 5-7 ilə isə əks tərəfdən-Dəniz vağzalından Nobel prospektinə qədər uzanması nəzərdə tutulur...

Link to comment
Share on other sites

Mən buna gözəllik deməzdim, Bakının unikallığı, tarixi siması məvh olur.Sıradan bir müasir şəhərə çevrilir. Bir şəhərin ki, qeyri adiliyi olmadı o nəyə yarar.. bunu sizə Bakıda doğulub böyüyən bir şəxs kimi deyirəm. Bakı yadlaşır mənim üçün.

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289642575' post='7690703']
dogrudur, ugursuz lahiyeler choxdur...

"Icheriseher" metrosu yöndemsizdir..
[/quote]
Metronun adi icheri sheher, ozu ise sanki Luvr muzeyini xatirladir.Hemcinin ele qedim tikilinin qarsisinda hec arxitekturayan uygun gelmir.

Link to comment
Share on other sites

yeni məscidlər nece - arxitekturasi xosunuza gelir?.. «Şəhidlər məscidi», «İlahiyyat məscidi» ve sair..

birde hər on şadlıq sarayına heç bir məscid düşmür Bakida.. sizce məscidlərin sayi daha chox olmamamalidirmi? hər məhəllədə bir məscid...

Link to comment
Share on other sites

[quote name='vuqar7' timestamp='1289907836' post='7706376']
Bakıda infrastruktur bir az inkişaf etsə də, ekologiya məhv olub artıq.
[/quote]

Bakinin ekologiyasi ne vaxt yaxşi olub?

Bu şeher yaşamag uçun yararsiz yerde yerleşib

Link to comment
Share on other sites

Baki şəkilləri:
[url="http://kayzen.az/gallery/user/qalereya2/230/8023"][img]http://kayzen.az/uploads/gallery/772/230/200_1be786bbac.jpg[/img][/url]
[url="http://kayzen.az/gallery/user/qalereya2/230/8049"][img]http://kayzen.az/uploads/gallery/772/230/200_c6118cd569.jpg[/img][/url]
[url="http://kayzen.az/gallery/user/qalereya2/230/8051"][img]http://kayzen.az/uploads/gallery/772/230/200_8725fea455.jpg[/img][/url]

Link to comment
Share on other sites

Bakiya gelen ecnebilerin bezilerinden bele bir ifade esitmisem:"Bakini ikinci Dubaya cevirecekler".Duzdur Bakinin gozel binalarla ve s. inkisafini isteyirem, amma Dubay kimi agacsiz, bos sahelerde yalniz bina tikintisi shehere cox soyuqluq verir.

Link to comment
Share on other sites

[quote name='Belasnejka' timestamp='1289981126' post='7709762']
Baki çox qəşəng şəhərdir. Amma yağış, qar yağanda adam əziyyət çəkir. Şəhərin mərkəzində yol keçə bilmirsən suyun əlindən, dizəcən su olursan. Bakının kanalizasiya sistemini təzdən qurmaq lazımdır.
[/quote]
Bakının kanalizasiya sistemi bu qədər tikili və belə çox əhali üçün nəzərdə tutulmamışdı.

Link to comment
Share on other sites

Ümumiyyətlə götürsək Bakı çox gözəlləşib.... Düzdür bir neçə dənə uğursuz layihələr də var, məsələn İçərişəhər metro stansiyası, 3-cü mikrorayondakı körpü (demək olar ki, körpünün üstü yenə də istifadəsiz qalıb, çünki avtomobillər hələ də əsasən aşağıdan istifadə edirlər).... Amma ümumiyyətlə çox gözəlləşib ... Elə bir dənə Heydər Əliyev prospektinə baxanda adamım gözü oxşayır .. Dənizkənarı bulvarı demirəm, 3-4 il əvvələ qədər ora iylərdən və orada baş verən tərbiyəsizliyin əlindən çıxmaq olmurdu, amma indi adama ləzzət edir ... Məncə üstünlüklır daha çoxdur .. və düzü "aya aman, Bakıda Bakılıq qoymadılar" deyənləri heç anlamıram .... İnkişaf getdikcə dəyişikliklər labüddür ... 

Link to comment
Share on other sites

Bakı deyəndə tək Bakı şəhəri yox, həmdə Bakı kəndləri də gəlir ağlıma. Bakı kəndləri, əsasəndə Apşeronun şimal hissəsində yerləşən kəndlər çox dəyişib, müassirləşib və bununlada özünəməxsusluğunu itirib. Səmimiyyət, sadəlik, insanların biri birinə isti münasibəti itib. Bunu elə bir dənə dam yüksəkliyində olan hasarları göstərir. Bakıdakı evlərin hasarları qəmbərdən olardı və insan boyunu keçməzdi. Bakının şanı bağları hər kəsin dilində bir söz idi vaxtıykən, şanının doşabından doymaq olmazdı və ondan bişirilən isfanah halvası da ki delikates idi. Nə oldu o bağlara... indi tək tük rast gələrsən halbuki anam danışır dənizə gedəndə yolda salxım salxım üzüm dərib yeyərmişlər. Dəniz bir yandan, müasirləşmə o biri yandan yığdı apardı Apşeronun o münbit qumunu, torpağını, şanı da onunla birlikdə yox oldu. Kəndimizə gedəndə nadir halda o köhnə hasarlara rast gələndə bilmirəm sevinim ya kədərlənim, gözümə yaş gəlir çünki elə bil məhv olmuş və qayıtmayacaq bir epoxanın qalıqlarını görürəm, deyirəm kaşki Bakı paytaxt olmazdı...

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1290075452' post='7716509']

Hörmətli Paradise_Bird, yaralı yerimə toxundunuz.. :(((düz deyirsiniz çoooox darıxıram əvvəlki bir 15 il bundan qabaqkı Bakı bağları üçün. Bütün qonşular bir-biri ilə mehriban, səmimi bir evli kimi idilər. Bağa baxanda bilinirdi ki bura bağdır daha indiki "bağ"lar kimi yox. Hər bir şey evin içində..şəhər evlərindən fərqlənmir..Halbuki bağ elə ona görə bağdır ki həyətində,açıq havada oturasan..Bağlarda əvvəllər talvar deyirdilər (bizim bağda da var idi) açıq eyvanlar olurdu, siz demiş hasarlar qəmbərliklərdən..ehhh...yazmaqla qurtarmır.

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1290079540' post='7717032']
Hörmətli Paradise_Bird, yaralı yerimə toxundunuz.. :(((düz deyirsiniz çoooox darıxıram əvvəlki bir 15 il bundan qabaqkı Bakı bağları üçün. Bütün qonşular bir-biri ilə mehriban, səmimi bir evli kimi idilər. Bağa baxanda bilinirdi ki bura bağdır daha indiki "bağ"lar kimi yox. Hər bir şey evin içində..şəhər evlərindən fərqlənmir..Halbuki bağ elə ona görə bağdır ki həyətində,açıq havada oturasan..Bağlarda əvvəllər talvar deyirdilər (bizim bağda da var idi) açıq eyvanlar olurdu, siz demiş hasarlar qəmbərliklərdən..ehhh...yazmaqla qurtarmır.
[/quote]

Meni de o xatirelere qonaq etdiz.Cox sevirdim o bağlari.Hamı bir-birinin həyətinin içini görürdü.Amma indi məcburi surətdə bağlara daş hasarlar çəkdirirlər,bağla əlaqədar hansısa sənədləşmə işi apararkən bunu vacib sayırlar.

Link to comment
Share on other sites

[quote name='gagulya' timestamp='1290069197' post='7715748']
Ümumiyyətlə götürsək Bakı çox gözəlləşib.... Düzdür bir neçə dənə uğursuz layihələr də var, məsələn İçərişəhər metro stansiyası, 3-cü mikrorayondakı körpü (demək olar ki, körpünün üstü yenə də istifadəsiz qalıb, çünki avtomobillər hələ də əsasən aşağıdan istifadə edirlər).... Amma ümumiyyətlə çox gözəlləşib ... Elə bir dənə Heydər Əliyev prospektinə baxanda adamım gözü oxşayır .. Dənizkənarı bulvarı demirəm, 3-4 il əvvələ qədər ora iylərdən və orada baş verən tərbiyəsizliyin əlindən çıxmaq olmurdu, amma indi adama ləzzət edir ... Məncə üstünlüklır daha çoxdur .. və düzü "aya aman, Bakıda Bakılıq qoymadılar" deyənləri heç anlamıram .... İnkişaf getdikcə dəyişikliklər labüddür ... 
[/quote]

Haralı olmanızdan asılı olmayaraq Bakıda hər zaman yaşamış insansız, Bakı kəndlərinin birində bağınızda var deyəsən. Sizcə Bakının xüsusi mühiti nədən bu qədər dəyişilib?
Öncələr Bakıya köçən insanlarda Bakının o mühitinə öyrəşib həmin mühitə uyğun yaşayırdılar, bilmirəm niyə, ola bilər az sayda insanın köçməyinin nəticəsi idi bu, ama indi o mühit artıq yoxdur, səmimilik itib.

:rroza:

Link to comment
Share on other sites

Zennimce sheher chox ve chox gozelleshir!

Yeni muasir binalar,ishiglandirma,yollar ve korpuler...bulvar,icheri-sheher,torgovi ve fevvareler meydani...

Elbette,nostalji bize her zaman ushagligimizin/gencliyimizin Bakisina aparacag ve o sheher bizim uchun daha dogma olabilir,yalniz bu bizim subyektiv ve tebii duygularimizdir.

Hayat devam edir ve her shey deyishir.Sheherimizin simasida,infrastrukturuda elbet deyishmekdedir.Shukur ki musbete dogru!

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1289587682' post='7687477']
Bakı deyəndə nəyi nəzərdə tutursuz?

nece fikirlesirsiz Bakimiz gözəlləşir yoxsa korlanir?

infrastruktur hansı yöndə formalaşir?
[/quote]

Bilmirəm, Bakı indi hansı yönümdə inkişaf edir. Amma mən Bakıda sonuncu dəfə olduğum zaman, şəhər xüsusilə ekoloji baxımdan çox pis vəziyyətdə idi.

Bu Bakını ey tikirlər, hələ də qurtara bilmirlər. Bakı bu tikintilərə dözə biləcəkmi?

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1290105056' post='7719665']
[b]Haralı olmanızdan asılı olmayaraq [/b]Bakıda hər zaman yaşamış insansız, Bakı kəndlərinin birində bağınızda var deyəsən.  Sizcə Bakının xüsusi mühiti nədən bu qədər dəyişilib?
Öncələr Bakıya köçən insanlarda Bakının o mühitinə öyrəşib həmin mühitə uyğun yaşayırdılar, bilmirəm niyə, ola bilər az sayda insanın köçməyinin nəticəsi idi bu, ama indi o mühit artıq yoxdur, səmimilik itib.

:rroza:
[/quote]

Mən ilk növbədə Azərbaycanlıyam, Azərbaycan dövlətinin vətəndaşıyam, sonra Azərbaycan türküyəm, sonra isə Qarabağlıyam .... Bakıda doğulub boya-başa çatmağıma baxmayaraq .... Bu sizin postunuzda seşdiyim sözlərə dair ....

Qaldı ki, Bakının xüsusi mühitinə, razıyam Bakının öz xüsusi mühiti var idi, amma hər bir yerin, hər şəhərin, hər rayonun, hər kəndin xüsusi mühiti var... Yəqin ki bununla razılaşarsınız... Məsələn Şəkiyə və Gəncəyə gedəndə oranın camaatın şirin danışığına və ləhcəsinə valeh olursan, elə bil ora cammatının söhbətlərinin sehrinə düşürsən... Qarabağa gedəndə oranın bulaqlarının, torpağının, xanəndələrinin sehrinə düşürsən... Bakı kimi iri paytaxt şəhərlərin (ələxsus inkişaf etməkdə olan şəhərlərin) öz abu-havasını saxlamağı çox çətin məsələdir ... Siz dediyininz Bakı mühiti ki, sizin yaşınıza görə sizin yadınızda qalıb, əminəm ki nə zamansa bu mühiti də köhnə bakılılar bəyənməyib, və eyniylə indiki kimi, ondan əvvəlki mühitin itməsindən şikayətləniblər .... Elə "Bir cənub şəhərində" filminə baxsaq buna əmin ola bilərik.... Demək istədiyim odur ki, xoşumuza gəlsə də, gəlməsə də inkişaf getdikcə dəyişiklər mütləqdir, bunun qabağını heç bir şeylə almaq mümkün deyil  :rroza:

Link to comment
Share on other sites

[quote name='gagulya' timestamp='1290149407' post='7721850']

Sadaladığınız o faktları bildiyim üçün öz sözlərimdə onları qaldırdım.
Xüsusi mühitin hər bir şəhərimizdə olduğunu qeyd etmək istəyirdim ama bunu siz etdiniz. Təmamilə doğrudur hər şəhərin öz xüsusi mühiti var və bir çox bölgələrimzdə olduğum üçün bilirəm ki, bu mühit hər yerdə qalıb və demək olar deyişilməyib ama Bakının o mühiti(təməl belə deyək) çox dəyişilib, yəni özünəməxsusluq, simvollar itir yavaş yavaş. Bu çox ürək ağradıcı bir haldır, düşünürəm ömrü boyu Bakıda yaşayan hər bir kəs üçün. Bakının paytaxt olması və zamanın belə dəyişməsi və ölkədə baş verən məlum hadisələr şəhərə çoxlu sayda insanın axışmasına gətirib çıxardı. Bu təbii prosesdir və bunlar baş verməli idi, buna normal baxıram lakin gələn insanlar özləri ilə yaşadıqları öz yerlərinin mühitini, özünəməxsusluğunu və simvollarını gətirdikləri üçün və bu insanlarının sayı çox olduğu üçün və digər yandan inkişaf adlanan prosesin ön plana çıxması ilə Bakı da ciddi şəkildə özünəməxsusluğu itirdi və ya itirməyə doğru gedir. Elə bir şeylər var ki, onlar nə zamanla nə inkişafla dəyişilməməlidir və ya dəyişilmir ama Bakıda onlar dəyişir indi. Paytaxtın agibəti....

Link to comment
Share on other sites

 [quote name='^^Paradise_Bird^^' timestamp='1290157637' post='7722965']

Yəni gəldiz çıxdız mən deyənə ))) Amma sizdən fərqli olaraq mən o qədər də yanmıram, ona görə ki, "paytaxtın aqibəti" prinsipi ilə barışmışam, ona görə də bu mənim üçün daha ağrızıs keçir bəlkə .. birdə mən ümumiyyətlə dəyişikliyin tərəfdarıyam ... Bir misal çəkim ... Abşeron mehmanxanasının sökülməsi ... bu barədə hətta Disputda mövzu da açılmışdı ... mən qətiyyən tərəfdarı deyiləm ki, Abşeron kimi köhnə "sovkoviy" tikililər qalsın, və onun yerində müasir tələblər uyğun olan yeni binanın inşasını alqışlayıram .. amma eyni zamanda bu amili "ay aman qoymayın, Bakının siması itir" deyənləri də qəbul etmirəm... başa düşürəm, çünki bir çox adamın cavanlığı Abşeron, İnturist, Moskva mehmanxanalı ilə ola bilər ki xoş xatirələri var (heç kəs pis mənada anlamasın :)), amma qəbul etmək lazımdır ki, onlar artıq Bakının yeni imicində, yeni görünüşündə yetim yamaq tikililər kimi görsənirdi.... Nə isə, bu barədə çox danışmaq olar, amma mən Bakının yeniləşib modernləşməsinin tərəfdarıyam .... Yeganə İçərişəhərə toxunmasınlar yetər ... Amma məsələn Mərkəzi univermağın arxasındakı sınıq-salxaq binaların sökülməsinin tərəfdarıyam ... onun yerində daha müasirevlər, bir az daha genişlənmiş küçələr salınsa, nə ziyanı var ki??? 

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Facepalm
        • Like
      • 21 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Milli
        • Upvote
        • Haha
      • 50 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Haha
        • Red Heart
        • Like
      • 267 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Milli
        • Upvote
        • Like
      • 276 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Milli
      • 182 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Like
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...