Jump to content
Disput.Az Forum

Archived

This topic is now archived and is closed to further replies.

Nastasya_Filippovna

... əsərin süjetini yaşamaq istərdim

Recommended Posts

Hərdən yada salmaq istəyirəm,amma çox təəssüf ki,alınmır. Artıq xatırlamıram ilk kitabımı ne vaxt ve hansı şəraitdə əlimə almışam.Lakin əminəm ki,həmin əsəsrin janrı 100% nağıl olub.

Nağıl istəyirəm,bilmirəm nədən
Gün dağdan əyilib qaş qaralınca.
Xəyal dünyamıza dar gəlir zaman
Qaçırıq həmişə nağıl dalınca.

Nağıl istəyirəm,nağıl mən hər gün,
Nağlsız ağıldan işıq doğulmur.
Nağıl istəyirəm yaşamaq üçün
Görünür nağılsız yaşamaq olmur.

Qrimm qardaşları,Andersen,Süleyman Sani Axundov,Şarl Perro,Ekzüperi,Mark Tvenlə başladığım bu yola daha sonralar Cek London,Teodor Drayzer,Viktor HÜqo,Jorj Sand,Ceyn Ostin,Taqor,Paulo Koelo,Bronte bacıları,Nizami,Nəsimi,Füzuli,Hüseyn Cavid,Əhməd Cavad,Almas İldırım,Qurban Səid və s. ilə davam etmişəm.Bəzilərini mənə doğma,əziz biri kimi sevmiş,bəzlərini isə hirsimdən cırıq-cırıq edib yandırmaq istəmişəm.Ancaq əksəriyyətindən çox şey öyrənmişəm:başqalarının dərdinə hörmətlə yanaşmağı,layiqli insalara görə malik olduqlarından vaz keşə bilməyi,uyğun və dəyərli kəslərlə dostluq munasibətləri qurmağı,əsil sevgi uğrunda mübarizə aparmağı,həyatın vurduğu "badalaqlar"dan səndələyib yıxılmamağı,yeri gəldikdə qürurunu,mənliyini,ləyaqətini və şəxsiyyətini heç kimə və heç nəyə baxmadan qoruyub saxlamağı,bir sözlə,YAŞAMAĞI və YAŞATMAĞI...


Onlar məni monoton keçən günlərdən,tənhalıqdan,yalnızlıqdan,çarəsizlikdən,xəyanətdən,miskinlikdən,ümidsizlikdən,acizlikdən,nadanlıqdan,cahillikdən xilas ediblər.

Özümü hər şeyə qadir biri kimi hiss etmək üçün Qulliverlə lilliputlar ölkəsinə getmək istəmişəm...

İxtiandr kimi mavi okean sularına qərq olmaq istəmişəm...

Dilənçi olub şahzadəlik etmək istəmişəm...

Robinzon Kruzo kimi illərin həsrətindən sonra oğluma sarılmaq istəmişəm...

Hərdən hamıdan bezib tərki-dünya olmaq istəmişəm...Bəhlul Danəndə kimi...

Ceyn Eyr olub vərəmdən ölən və hamı tərəfindən atılmış rəfiqəmi qucaqlamaq istəmişəm...

Lamiyə kimi sarı qıvırcıq saçlı qıza ana olmaq istəmişəm...

Raxmetov kimi məqsədim uğrunda qeyri-mümkünləri mümkün etmək istəmişəm...

Köməyimə ehtiyacı olan atamı tapmaq istəmişəm...Kapitan Qrantın uşaqları kimi...

Vətənimin müstəqilliyi uğrunda döyüşlərə atılmaq istəmişəm...Qora kimi...

Eyms olmaq istəmişəm...kütbeyin Kerrini rədd etmək üçün...

Sakson olmaq istəmişəm...öz Billimlə birgə həyatımızı qurmaq üçün...

Ancela olmaq istəmişəm...Yucinə vicdan əzabı çəkdirmək üçün...

Hərdən İblis olmaq istəmişəm...Qaraqəlbli insanları faş etmək üçün...

Qonşuluqda yaşayan olmaq istəmişəm...Məktub yazıb sonunda "TANIŞ OLMAYAN QIZ" imzası atmaq üçün...

Hərdən özümü suda boğub öldürmək istəmişəm...Martin İden kimi...

Məni əhatə edən,varlığına dözdüyüm kəslərə üsyan etmək istəmişəm...Anna Karenina kimi...

Ovod olmaq istəmişəm...mənə pislik edən,qəlbimi qıranlardan qisas almaq üçün...

Jal Valjan olmaq istəmişəm...sadəcə olaraq yaxşılıq etmək üçün...

Əsil qardaş olmaq istəmişəm...Teo kimi...

Hamının mənə inanmasını,güvənməsini istəmişəm...Oseola kimi...

Darsinin seçdiyi olmaq istəmişəm...Elizabet kimi...

Ester olmaq istəmişəm...axtarılan olmaq üçün...

Nino olmaq istəmişəm...Əli ilə dağlara qaçmaq üçün...

Sonun yaxınlaşdığını bilə-bilə son nəfəsə kimi vuruşan Əli Xan olmaq istəmişəm...

Bricit kimi əhli-kef qadın olmaq istəmişəm...dodaqlarda təbəssüm oyatmaq üçün...

Ventfortdan məktub almaq istəmişəm...özümü göyün yeddinci qatında hiss etmək üçün...

Fərhadın Bisutunu sütunsuz qoya biləcək sevgisinə layiq Şirin olmaq istəmişəm...

Tutu kimi dostumun yaşaması uğrunda ilan zəhəri içəcək qədər güclü olmaq istəmişəm...

Bella kimi vampir olmaq istəmişəm...Əbədiyyən Edvardın yanında qalmaq üçün...

Və ən nəhayət Rozali olmaq istəmişəm...Emmetin gülərkən üzündə əmələ gələn batıqlara tamaşa etmək üçün...

BƏS SİZ NECƏ? SİZ KİM OLMAQ İSTƏMİSİZ?

Share this post


Link to post
Share on other sites
Maraqli movzudur..maraqli sualdir...maraqli oldugu qeder geniw ve cox waxelidir..buna mence bir-iki kelme ile yanawmaq olmaz..bu movzuya yalniz gerek Sizin kimi hevesle cavab yazsinlar..daha menim kimi tenbellik edib duwunduyunu yazmaga bele "can cekmek" lazim deyil....

menim de beynimde bir sual dogdu: Goresen menim elime aldigim ilk kitablar hansi olub??
tebii ki, butun uwaqlar kimi bu "seyahete" nagil kitablarindan bawlamiwam...
coxcilidli Dunya Uwaq Edebiyyati Kitabxanasindan "Azerbaycan xalq nagillari" , Zahid Xelilin "Cirtdanla Azmanin yeni serguzewtleri", Hans Xristian Andersen, Qrimm Qardawlari, Warl Peronun nagillari, Aqniya Barto, Sergey Marwak, Agasefa, Qewem Isabeyli ve digerlerinin weir kitablari ile geceler yuxulara dalmiwam..hemin nagillarin sehrinde boyumuwem..weirlerin axari ile uwaq qelbimi ruhlandirmiwam her zaman...

boyudum..

bir cox kitablar oxudum...ozumu bir cox eserlerde tapdim..demek olar ki her yerde.. bunlardan biri Eli Kerimin "Pilleler" eseri idi...o eseri oxuyanda bile bilmezdim ki, bir zaman men de oxudugum eserin qehremanlarindan birine cevrilecem, telebe olacam...ve...
....ve hiss etdiklerimi yawayacam...


...ardi var...

Share this post


Link to post
Share on other sites
siz yazın nikowka xanım,mən də yazacam öz duyduqlarımı..Dünya uşaq ədəbiyyatının 54 tomundan ın azı 30-un tam oxumusham və Jül Vernin bütün əsərlərin...

Share this post


Link to post
Share on other sites
Anar "Kontakt" , baş qəhrəman

Share this post


Link to post
Share on other sites

[quote name='nikowka' timestamp='1289308583' post='7666744']
Maraqli movzudur..maraqli sualdir...maraqli oldugu qeder geniw ve cox waxelidir..buna mence bir-iki kelme ile yanawmaq olmaz..bu movzuya yalniz gerek Sizin kimi hevesle cavab yazsinlar..daha menim kimi tenbellik edib duwunduyunu yazmaga bele "can cekmek" lazim deyil....

menim de beynimde bir sual dogdu: Goresen menim elime aldigim ilk kitablar hansi olub??
tebii ki, butun uwaqlar kimi bu "seyahete" nagil kitablarindan bawlamiwam...
coxcilidli Dunya Uwaq Edebiyyati Kitabxanasindan "Azerbaycan xalq nagillari" , Zahid Xelilin "Cirtdanla Azmanin yeni serguzewtleri", Hans Xristian Andersen, Qrimm Qardawlari, Warl Peronun nagillari, Aqniya Barto, [b]Sergey Marwak[/b], Agasefa, Qewem Isabeyli ve digerlerinin weir kitablari ile geceler yuxulara dalmiwam..hemin nagillarin sehrinde boyumuwem..weirlerin axari ile uwaq qelbimi ruhlandirmiwam her zaman...

boyudum..

bir cox kitablar oxudum...ozumu bir cox eserlerde tapdim..demek olar ki her yerde.. bunlardan biri Eli Kerimin "Pilleler" eseri idi...o eseri oxuyanda bile bilmezdim ki, bir zaman men de oxudugum eserin qehremanlarindan birine cevrilecem, telebe olacam...ve...
....ve hiss etdiklerimi yawayacam...


...ardi var...
[/quote]


daldandanishan men deyesen movzuya o qeder alude oldum ki, Serqey Mixalkov ve Samuil Marwaki sintez eledim)) :morqqqq:

Share this post


Link to post
Share on other sites
Qehramanı olmaq istememişem,amma Haynrix Böllun "Bir telxeyin düşünceleri" romanı mene çox təsir etmisdir.

Share this post


Link to post
Share on other sites
Yadımdadır ki, məktəb illərində oxuduğum V.Hüqonun "Səfillər" və Ş.Brontenin "Cen Eyr" əsərlərindən çox təsirlənmişdim.

Share this post


Link to post
Share on other sites
Çingiz Abdullayevin əsərlərindəki Dronqo olmaq istərdim..Forumdaki nikim Dronqonun ilk adıdır,Miqel Qonsales..

Share this post


Link to post
Share on other sites
Heç bir əsərin sujetini yaşamaq istəməzdim..Amma Orxan Pamukun əsərlərini oxumağı xoşlayıram.

Share this post


Link to post
Share on other sites
[quote name='Migel Gonsales' timestamp='1289388163' post='7672276']
Çingiz Abdullayevin əsərlərindəki Dronqo olmaq istərdim..Forumdaki nikim Dronqonun ilk adıdır,Miqel Qonsales..
[/quote]

Qəribədir, müasir və özünü intellektual gəncliyin nümayəndəsi sayan əksər əks cinsin nümayəndəsi Dronqo olmaq istəyir. Onun xarakterində cəlbedici nə var belə ?

Share this post


Link to post
Share on other sites
[quote name='Nastasya_Filippovna' timestamp='1289396368' post='7673318']
Qəribədir, müasir və özünü intellektual gəncliyin nümayəndəsi sayan əksər əks cinsin nümayəndəsi Dronqo olmaq istəyir. Onun xarakterində cəlbedici nə var belə ?
[/quote]
Şəxsən məni cəlb edən onun sağlam düşüncəsi,analitik baxımdan qarışıq məsələlərin həllində tez qərar verməsi,valideynlərinə və qadınlara çox böyük hörmətlə yanaşması və bütün insanlara kömək etməyə çalışmasıdır..Bir də Bakını çox sevməsidir...
Mən xasiyyətcə Dronqo olmaq istərdim,xarici görünüşcə yox..

Share this post


Link to post
Share on other sites

Men Spiderman olmaq isteyirem. Kostyumunu tapmisam, amma kitabini tapa bilmirem :looool:

Share this post


Link to post
Share on other sites

[quote name='Migel Gonsales' timestamp='1289397105' post='7673403']
Şəxsən məni cəlb edən onun sağlam düşüncəsi,analitik baxımdan qarışıq məsələlərin həllində tez qərar verməsi,valideynlərinə və qadınlara çox böyük hörmətlə yanaşması və bütün insanlara kömək etməyə çalışmasıdır..Bir də Bakını çox sevməsidir...
Mən xasiyyətcə Dronqo olmaq istərdim,[b]xarici görünüşcə yox[/b]..
[/quote]
onu necə təsəvvür edirsiz ki? :rolleyes:

Share this post


Link to post
Share on other sites

[quote name='Migel Gonsales' timestamp='1289397105' post='7673403']
Şəxsən məni cəlb edən onun sağlam düşüncəsi,analitik baxımdan qarışıq məsələlərin həllində tez qərar verməsi,valideynlərinə və qadınlara çox böyük hörmətlə yanaşması və bütün insanlara kömək etməyə çalışmasıdır..Bir də Bakını çox sevməsidir...
Mən xasiyyətcə Dronqo olmaq istərdim,xarici görünüşcə yox..
[/quote]
Esgerlikde bizim bir gizir var idi, ora-bura, bir defe sohbet Abdullayevden dusende, dedi ki, men onu yazici yerine qoymuram. Sorusduq niye, cavab verdi ki, "Mavi meleklerde" ( umoril:) bas qehremanin anasini lut gorduyu ve bunu daha sonra unuda bilmediyi sehne var. Eseri laap coxdan oxumusam, heqiqeten de orada bele bir sey varmi?

Share this post


Link to post
Share on other sites

[quote name='aspirin' timestamp='1289402797' post='7673858']
onu necə təsəvvür edirsiz ki? :rolleyes:
[/quote]
o eynilə Abdullayevə oxşayir.Bir az kök,hündür,keçəl..)

P.S.Üzr istəyirəm offtopa görə,bu son..

Share this post


Link to post
Share on other sites

[quote name='Krutikoff' timestamp='1289403173' post='7673891']
Esgerlikde bizim bir gizir var idi, ora-bura, bir defe sohbet Abdullayevden dusende, dedi ki, men onu yazici yerine qoymuram. Sorusduq niye, cavab verdi ki, "Mavi meleklerde" ( umoril:) bas qehremanin anasini lut gorduyu ve bunu daha sonra unuda bilmediyi sehne var. Eseri laap coxdan oxumusam, heqiqeten de orada bele bir sey varmi?
[/quote]
Mən orda elə bir şey oxumamışam,,gizir nəyisə səhv salıb,ya düz başa düşməyib,yəqin elə ona görə də hələ də gizirdi ))

Share this post


Link to post
Share on other sites

Min bir gecə - Harun ər Rəşid :))))

P.S - Səfillərdəki Jal Valjan olmaq istəyən var ? :)))

Share this post


Link to post
Share on other sites

Mən Küləklə Sovrulanların Skarleti kimiyəm bir az, tez unudan və özündən başqa heç kimi sevməyi bacarmayan... Scarlettin digər xüsusiyyətləri bura aid deyil. :)

Share this post


Link to post
Share on other sites

[quote name='ДаĞлинка' timestamp='1289655805' post='7692289']
Mən Küləklə Sovrulanların Skarleti kimiyəm bir az, tez unudan və özündən başqa heç kimi sevməyi bacarmayan... [b]Scarlettin digər xüsusiyyətləri bura aid deyil[/b]. :)
[/quote]

Onda onun harası Scarlett oldu ?

Share this post


Link to post
Share on other sites

[quote name='Revan' timestamp='1289678324' post='7694203']
Onda onun harası Scarlett oldu ?
[/quote]

Dedim axı soyuqqanlı olması... Digərləri sirr kimi qalsa yaxşıdır. :rolleyes:

Share this post


Link to post
Share on other sites

[quote name='Libra_321' timestamp='1289770500' post='7699689']
Qraf Monte Kristo olmaq istemishem! :)
[/quote]

Qrafın keşməkeşli həyatını yaşamaq çətin gəlmir sənə? O çox əziyyət çəkib və sonda belə xoşbəxtliyə bütövlüklə qovuşa bilməyib. Həyatını yalnız qisas almağa həsr edib.

Share this post


Link to post
Share on other sites

  • Our picks

    • Предыдущая тема по ссылке http://www.disput.az/index.php?showtopic=331554&page=12.
       
       
      Предупреждение всем, еще одно оскорбление доктора Арзу Эстетик будет наказываться лично мною баном.
      Свои проблемы решайте в личке.
      • 529 replies
    • Обязательно указываем:
      1) цену, 
      2)размер, 
      3)причину продажи,
      4) фирму и если есть, ссылка откуда заказано.
      5) Лоты должны быть новыми,Не ношенными!!!
      6) фото товара<br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;"><br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;">Лоты удалены потому что не соблюдены условия темы, которые постоянно тут оглашаются.
       
      Все товары выкладывать в одном объявлении! За отдельные объявления будет выдан балл. 
      <br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;">И еще, многие стали использовать тему не по назначению, путают ее с разделом Частные объявления и выставляют на продажу бесконечное количество всего, причем почти каждый день. Максимум три вещи за месяц. А то получается, что каждая вещь, которая тут заказывается или покупается, не подходит по размерам. Так не бывает. Это тема для единичных неудач, а не для тотальной распродажи и торговли. Ап товара  разрешен строго через месяц!<br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;"><br style="background-color:#ffffff;color:#272a34;font-size:17px;">Обсуждения в ЛС. 
       
      Предыдущая тема: 
       
        • Like
      • 598 replies
    • Мессенджер WhatsApp начал пожизненно блокировать телефонные номера пользователей, состоящих в группах с некорректными названиями.
       
       
      По данным издания, подобные жалобы от пользователей стали поступать в последние несколько недель. Администраторы известного мессенджера утверждают, что нашли в названиях групп, в которых состояли жалующиеся, признаки "злонамеренности".
      Как отмечается, попытки отменить блокировку ни к чему не приводят. В пресс-службе мессенджера отвечают, что заблокированные пользователи нарушили правила сервиса.
      В последнее время WhatsApp активно борется с агрессией, экстремизмом, спамом и фейкньюс. Ранее из-за недостаточной модерации возникали несчастные случаи, отмечает "Ридус". Так, например, в Индии в этом году несколько граждан стали жертвами самосуда из-за слухов о похищении детей, распространяемых через мессенджеры и соцсети.
      https://ru.oxu.az/ict/342475
      • 10 replies
    • Добрый день, уважаемые друзья ! 
      Во первых спешу вас проинформировать,что мы открыли свой отдельный ресторан AEF pub & restaurant
      Во вторых, хочу вас обрадовать, чтоб пришел сезон ХАША ! 
       
      Ну так вот, 10го числа (в это воскресенье) мы делаем ХАШ собирун. Место : AEF pub & restaurant (От гурд гапысы 4й светофор направо. Там на светофоре Champion Lahmacun есть. Как повернули чезер 100 метров слева).
      Время : 08:00 (утра). 
      Цена : 8 манат (комплект) доп порция хаша 4 маната.
       
      Тема открыта с разрешения @Bercana которую я еле поймал )))))
       
      Итак, поехали
       
      1. Адам Малхиев
      2.
      3.
      4.
      5.
      6.
      7.
       
      • 389 replies
    • Вы устали от своей жизненной роли? Хотите расширить спектр ощущений? Разнообразить круг общения? Тогда игра «Мафия» — это для вас!!!
       
      Игра Мафия - эмоционально-интеллектуальная командная игра, допускающая коварство, ложь, острый юмор, провокации и наезды на персонаж в пределах нормативной лексики.
       
      Правила игры (кликабельно)...
        • Upvote
      • 391 replies
    • C целью внедрения обязательного медицинского страхования по всей стране c 1 января 2020 года, с зарплаты граждан будет удерживаться 10 манатов.
      В конце прошлого года были внесены изменения в Закон АР "О медицинском страховании" и главой государства был подписан указ "О ряде мер по обеспечению применения обязательного медицинского страхования в Азербайджане". В соответствии с указом было создано юридическое лицо, "Ассоциация управления медицинскими территориальными зонами" (TƏBİB)  и было принято решение представить многие государственные медицинские учреждения в подчинение TƏBİB.
      Как сообщает BAKU.WS, в Государственном агентстве по обязательному медицинскому страхованию заявили, что согласно закону, услуги будут состоять из базовой и дополнительных частей. Медицинские услуги по базовой части (предварительное медобследование, неотложная и скорая помощь) будут предоставляться за счет государственного бюджета.
       
      Для того, чтобы воспользоваться специализированной медицинской помощью, относящейся к дополнительно части, должно быть оплачено обязательное медицинское страхование.
      Милли Меджлис, лица, назначаемые президентом Азербайджанской Республики, лица, работающие на выборных оплачиваемых должностях, а также в нефтегазовом и государственном секторе будут выплачивать 2% от своей месячной заработной платы, а работодатели будут платить 2% от их расчетного фонда заработной платы
      Следующие лица будут оплачивать обязательное медицинское страхование в размере 120 манатов в год:
      1. Лица, занимающиеся предпринимательской деятельностью.
      2. Физические лица, выполняющие работы (услуги) на основании гражданско-правовых договоров.
      3. Независимые плательщики (все лица, не входящие в экономически неактивное население и привилегированные группы).
        • Upvote
        • Thanks
        • Like
      • 383 replies
    • Бизнес может открыть любой, было бы желание и начальный капитал. Однако, ведя бизнес «наощупь», будь у тебя 20 сотрудников или 2,000, ты быстро сталкиваешься с нарастающим снежным комом проблем, решение которых кажется невозможным. В бизнесе, в менеджменте есть свои законы и правила, незнание которых не освобождает от ответственности и, главное, плачевных последствий. Как ни странно, главные из этих законов и практик всё ещё остаются за рамками стандартных учебных программ бизнес-школ.
      В связи с этим очень своевременно открытие филиала Института Адизеса в Баку. Возглавил его Павел Белорусский, который уже 5 лет успешно ведет бизнес в Азербайджане и консультирует по методологии Доктора Адизеса. «В Азербайджане я столкнулся с тремя уникальными концепциями бизнеса: yavaş-yavaş, problem yoxdur и Inşallah, - шутит Павел. – Но методология Адизеса призвана расставить всё по местам. И это даст мощный толчок азербайджанскому бизнесу».
       
      Вы долгое время преподавали математику в американских вузах. А потом вдруг все бросили и ушли в бизнес. Что стало решающим фактором?
      Да, академическую карьеру я закончил достаточно резко. В какой-то момент любовь к приключениям перевесила, и в 1999 году я ушел из университета и открыл свой Интернет-стартап в Чикаго. Тогда я привлек 5 миллионов долларов для запуска этого стартапа, активно развивал его.
      8 лет назад, уже в России, мы с партнёрами были заняты запуском очередного проекта – образовательного центра «Максимум», в который на данный момент уже проинвестировано более 15 миллионов долларов. У нас тогда был офис на «Красном Октябре» в центре Москвы. И вот как-то раз я спустился из офиса на улицу и столкнулся лицом к лицу с невысоким человеком, чье лицо показалось мне знакомым. Я узнал в нем известного бизнес-консультанта, автора ведущей методологии бизнеса – Доктора Адизеса. Он в тот день как раз записывал свои видеолекции по приглашению какой-то телекомпании. Мы разговорились, я признался, что
        • Upvote
        • Haha
        • Thanks
      • 44 replies
    • Сегодня, к великому моему сожалению, компания " баку электроникс" доказала мне, , что в азербайджане нет ни коммерции, ни бизнеса, есть только ал-вер, который не подчиняется никаким законам и принципам чести и культуры. Дело в том, что уже несколько дней во всех соц.сетях, а так же с помощью мобильных смс шла массированная реклама того, что в честь 50-летия компании "самсунг" сеть магазинов " баку электроникс" проводит акцию - всем, кому сейчас 50 лет , сегодня 1- го ноября 2019- го года могут приобрести любую продукцию фирмы " самсунг " за половину стоимости, то есть с 50%- ной скидкой.выйдя с работы, я - пятидесятилетний доктор наук, родившийся и выросший в этом городе, зная, что это слишком неправдоподобно , что наши торгаши и продажа товаров за 50% цены, не потому-что компания ликвидируется, а просто в честь юбилея всемирно известного бренда, представителями которого они себя преподносят населению- это научная фантастика, но в душе надеясь, что всё-таки дожил до того времени, когда ал-вер стал коммерцией, а так же думая, вдруг что-нибудь понравится, всё же направился в один из магазинов этой компании возле метро н.нариманова. Зайдя туда около 16.00, работники магазина вернули меня в обидную реальность, сообщив мне , как лично, так и с помощью громких объявлений по внутреннему радиовещанию, что уже в 14.00 абсолютно все товары компании " самсунг" закончились во всех магазинах и на складах, даже все те вещи, которые сейчас стоят на полках, тоже проданы, начиная от наушников и заканчивая огромными телевизорами за много тысяч манат, но послезавтра я могу приобрести любую понравившуюся мне вещь, естественно уже по цене без скидки, потому-что завтра будет получена новая партия товаров фирмы " самсунг ". Я позвонил по телефону фирмы " баку электроникс " - 143 ( того кто врёт, надо гнать до самого дома ) , там приятный компьютерный голос, после моего долгого ожидания ответа оператора, сообщил мне, что все операторы ооочень заняты, но в ближайшее время они мне обязательно перезвонят, сейчас 23.00 до сих пор никто не перезвонил. <br style="background-color:#ffffff;color:#000000;font-size:13px;">Слава
        • Upvote
        • Like
      • 128 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Popular Now

×
×
  • Create New...
Наши цены на рекламу