Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Uşağınızı hansı bölməyə verəcəksiniz?

112 members have voted

  1. 1. Bölməni seçin

Recommended Posts

  • Replies 224
  • Created
  • Last Reply

[quote name='Diamond Falcon' timestamp='1288337247' post='7599787']
İkinci dili de bilmelidir övladlarımız, üçüncü dili de :) . Sizinlə şəkksiz, razılaşıram. Amma, uşaq öz dilində axı səlis danışmağı bacarmalıdır. Mənim şəxsən [font="Arial Black"]Elmar Məmmədyarov[/font]a böyük hörmətim var, amma dövlət xadiminin bu cür azərbaycanca danışması xoşunuza gəlirmi?
[/quote]
Neinki o, bir coxlari ana dillerini bilmirler. Meselen, Artur Resizade, "Azal"-in prezidenti(eger yanilmiramsa adi Cahangirdir, soyadi yadimdan cixib).

Link to comment
Share on other sites

[quote name='AEO' timestamp='1288337707' post='7599841']
Razıyam. Amma razılaşın ki, Azərbaycanda yaşayıb hər hansı yüksək nailiyyətlərə nail omaq çox çətindir. Ona görə də bir çox vətəndaşımız ölkəni tərk edib, digər ölkələrdə məskunlaşıblar. Və bu halda artıq [font="Arial Black"]doğma dili səlis bilməyin o qədər də əhəmiyyəti olmur[/font]. Deməyim odur ki, dövlətin insanlara olan münasibəti insanların ölkəyə olan marağını azaldır, yəni insanlarımız daha yaxşı həyat dalınca qaçırlar.
[/quote]
Yanilirsiniz. Ana dilini bilmek her bir vetendasin BORCUDUR. Hemin adam xaricde yasaya-yasaya oz ana dilini bilmirse bes usaqlarini o dile nece oyredecek? Qol-budagini qira-qira? Menim tanislarim var ki, xaricde yasayirlar, onlar ovladlarina 1 dene de olsun azerice soz oyretmeyibler. Bu cox acinacaqli haldir. Ona gore de meskunlasmasindan asili olmayaraq dogma dili bilmek vacibdir.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288381438' post='7604596']
İnandırım Sizi ki, bunu etmək kifayət qədər çətindir. Bir çox insan bilirəm ki, azərbaycan dilində təhsil alıb və indi rus dilini və üstəlik ingilis dilini öyrənmək məcburiyyətindədirlər və bunu necə eləyəcəklərini də bilmirlər çünki bildiyimizə görə dil öyrənmək çox vaxt aparan və məliyyə cəhətdəndə çox vəsait tələb edən bir işdir.
[/quote]
Mən burda səninlə razı deyiləm :) Əsas məsələ istəyin olmasıdır. İstək olandan sonra dağı da dağ üstünə qoymaq olar. Öz ailəmizdən misal gətirim. Bizdə qardaşımdan başqa, 2 bacım və mən Azərbaycan bölməsini bitirmişik. Mənim böyük bacım buna baxmayaraq, Rus dilini çox yaxşı bilir. Hətta, bəziləri onun da Rus bölməsini bitirdiyini düşünürlər :) Belələri az deyil.

Link to comment
Share on other sites

[quote name='Redpinkblueviolet' timestamp='1288448995' post='7608045']
Neinki o, bir coxlari ana dillerini bilmirler. Meselen, Artur Resizade, "Azal"-in prezidenti(eger yanilmiramsa adi Cahangirdir, soyadi yadimdan cixib).
[/quote]

Bu yalnız dövlət xadimlərinə aid deyil. Televiziyada izlədiyim və bizim incəsənətə aid edilən və "bu insan milli dəyərlərimizə çox yaxın insan olar" deyəcəyimiz insanların uşaqları da azərbaycan dilində o qədər də səlis danışmırlar. Şəxsən məni bu çox təəcübləndirir. Bunun belə olmaması sadəcə zaman tələb edir. Əslində onları da qınamaq olmur çünki o zamanın tələbi belə idi yəgin ki.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288449948' post='7608094']
Bu yalnız dövlət xadimlərinə aid deyil. Televiziyada izlədiyim və bizim incəsənətə aid edilən və "bu insan milli dəyərlərimizə çox yaxın insan olar" deyəcəyimiz insanların uşaqları da azərbaycan dilində o qədər də səlis danışmırlar. Şəxsən məni bu çox təəcübləndirir. Bunun belə olmaması sadəcə zaman tələb edir. Əslində onları da qınamaq olmur çünki o zamanın tələbi belə idi yəgin ki.
[/quote]
Beli, beli, haqlisiniz. Neinki dovlet xadimleri, umumiyyetle ekser uzde olan adamlarin, meshur insanlarin nitqlerinde qusurlar var. Amma mence qinanmali bir haldir. Zaman ele idise, bes ozleri? Ozleri niye nitqlerinin o veziyyetde oldugu halda hec bir tedbir gormeyibler? Cunki dile hormet, sevgi yoxdur.

Link to comment
Share on other sites

[quote name='DoloresOriordan' timestamp='1288449354' post='7608067']
Mən burda səninlə razı deyiləm :) Əsas məsələ istəyin olmasıdır. İstək olandan sonra dağı da dağ üstünə qoymaq olar. Öz ailəmizdən misal gətirim. Bizdə qardaşımdan başqa, 2 bacım və mən Azərbaycan bölməsini bitirmişik. Mənim böyük bacım buna baxmayaraq, Rus dilini çox yaxşı bilir. Hətta, bəziləri onun da Rus bölməsini bitirdiyini düşünürlər :) Belələri az deyil.
[/quote]

[size="3"]Dağı dağ üstünə qoymaq olar, düz deyirsən amma dili 0-dan öyrənmək indiki cavanlar üçün çox çətin olacaq. Rus dili çətin dildir və əgər öncə heç olmasa əlifbalar uyğun gəlirdisə indi onlar da fərqlidir. Bu iş artıq cavanlar üçün çox boş zaman və əgər müəllimlə məşğul olsalar kifayət qədər maliyyə vəsaiti də tələb edir. Nəzərə alsaq ki, bizim zamanda və xüsusən də gələcəkdə ingilis dilidə çox böyük rol oynayacaq o zaman uşaq gərək həm rus dilini həm də ingilis dilini öyrənsin. Bundan başqa da əsas fənn üzrə də hazırlaşsın.

Çox gözəl bir misal gətirdin amma. Mənim öz xalalarım və anam azərbaycan dilini bitiriblər və xalalarımın 2-si rus dilini yaxşı bilirlər amma anam hər zaman deyir atam bizi rus dilində qoysaydı bəlkə də təhsilimizdə qabağa gedmək imkanımız daha açıq olardı çünki misal üçün bakalavr dərəcəsindən yüksəlmək üçün rus dilində olan materiallardan istifadə etmək lazım idi. Bir xalam Namizədlik müdafiə etdi o da rus dilində. Sənin dediyin misala birini özüm əlavə etmək istəyərdim. Bizə fakültəyə bir türk qızı gəlmişdi məndən bir kurs aşağı.... rus bölməsinə, təsəvvür edirsən )) Başı bağlıda bir qız idi. Deməli bu qız riyaziyyatı institutda(!) rus dilində oxumaq istəyirdi. Heyran qaldım ) Amma bir gün o qızla nəsə bir məkana düşdüm və o mənimlə rus dilində danışmağa başladı, hər nə qədər azərbaycan dilinə keçsəm də rus dilində danışdı. Özümü qəribə hiss etdim, bir balaca alçalmış kimi.[/size]

Link to comment
Share on other sites

[quote name='Redpinkblueviolet' timestamp='1288450280' post='7608101']
Beli, beli, haqlisiniz. Neinki dovlet xadimleri, umumiyyetle ekser uzde olan adamlarin, meshur insanlarin nitqlerinde qusurlar var. Amma mence qinanmali bir haldir. Zaman ele idise, bes ozleri? Ozleri niye nitqlerinin o veziyyetde oldugu halda hec bir tedbir gormeyibler? Cunki dile hormet, sevgi yoxdur.
[/quote]

Bir sual verim. Siz azərbaycan dilində təhsil almısınız? Elə belə soruşmuram, sadəcə bir fikir söyləmək istəyirəm.

Link to comment
Share on other sites

Men ele hesab etmirem ki, rus bolmesinde tehsil alanlarin dunyagorushu azerbaycan dillileren daha ustundur, bele sozlerle insanlari tehqir etmek duzgun deyil. Cox dil bilmek yaxshidir. Amma bu olkenin dili azerbaycan dilidirse ve butun devlet idarelerde bu dilde senedleshdirme aparilirsa men evladimin oz dilini daha derinden bilmesini isteyerdim, gelecekde kiminse yaninda oz dilini bilmeyen bisavad kimi gosterilmemesi ucun.

Link to comment
Share on other sites

[quote name='AZERI-N' timestamp='1288453748' post='7608356']
oglum azerice oxuyur....kifayet geder agilli usagdir [b]^^Paradise_Bird^^[/b] sahid :D
p.s. is sektorda deyil, is valideyn diggetindedir, usagin yonelmesinde ve s.
[/quote]

Bali shahidem, cox agilli bir ushaqdir, shahmatcidi :D
Sanin misalini ela burda qeyd etmak istayirdim, ozun galdin yazdin ))

p.s. ildirimin naticasinda yada hansisa basqa bir sababdan internetim kasilib va foruma daxil ola bilmiram. Sabah duzalar umidvaram va man burda daha etrafli yazaram. Indi isa telefonla girmisham..

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288459777' post='7608825']
Bali shahidem, cox agilli bir ushaqdir, shahmatcidi :D
Sanin misalini ela burda qeyd etmak istayirdim, ozun galdin yazdin ))

p.s. ildirimin naticasinda yada hansisa basqa bir sababdan internetim kasilib va foruma daxil ola bilmiram. Sabah duzalar umidvaram va man burda daha etrafli yazaram. Indi isa telefonla girmisham..
[/quote]

O ildırımdan deyil, ölkədən qaynaqlanır, ölkəni dəyişmək lazımdır ))

Link to comment
Share on other sites

ILk övladım Azərbaycan bölməsində oxuyub, amma ikinci övladım rus bölməsində. Baxmayaraq ki, böyük qızım yüksək səviyyəli sayılan 190 saylı məktəbdə oxuyub, mən o məktəbin səviyyəsindən narazı qalıb kiçik qızımı rus bölməsinə verdim və heç də peşiman deyiləm. Evdə onsuzda Azərbaycan dilində danışırıq, qızım hər iki dildə indi sərbəst danışır, yazır, oxuyur, amma böyük qızım rus dilini o qədər də gözəl bilmir. Mən isə hesab edirəm ki, öz ana dilimizlə yanaşı rus dilıni bilmək hələ də lazımdır. Elementar olaraq,internetdən lazımi bir məlumatı almaq üçün Azərbaycan dilində heçnə tapa bilmirik, amma rus dilində kifayət qədər məlumat var.
Bilmirəm, fikrimi düz çatdıra bildim ya yox. Bəlkə də özüm filoloq olduguma görə fikirləşirəm ki, hər bir insan mümkün qədər çox dil bilməlidir (əlbəttə ki, öz Ana dili birinci yerdə olmaq şərtilə)

Link to comment
Share on other sites

Mənim övladlarım da, özüm də azərbaycan dilində oxumuşuq. Uşaqlar bu gün rus dilində həm savadlı dannışır, həm də yazırlar. Amma bu mənim sayəmdə deyil, onlar balaca olanda bütün multfilmlər, kinolar rus dilində idi. Oxuduqları bıdii kitablar rus dilindı idi. Biz də rus dilini bildiyimiz üçün onlara kömək edə bilirdik. Sonra da qrammatik səlist yazmağa internet kömək oldu. Amma inşallah nəvələrimi rus sektoruna qoymağa məsləhət görəcəyəm. Bu gün 10 cu sinifdən aşağı uşaqların 70 faizi rusca idi sudanin nə demək olduğunu bilmir. 20 ildən sonra isə Rusiya, Moldaviya, Ukraina və başqa postsovet ölkəsindən gələn olsa onunla danışmaq üçün XX əsrin əvvəlində ki, kimi tərcüməçi axtarilacaq. Biz öyrəşmişik bu günlə yaşayaq. 20-30 il sonra nə olacaq bizi az maraqlandırır. Mənə deyərlər ki, qoy ingilisi öyrənsinlər. Düzdür. Amma ingilisi rus dili kimi öyrənə bilməyəcəklər. Çünki evdə hələlik ki valideynlər bilir, kömək edə bilərlər. Söhbət təhsilin hansı dildə getməsindən gedir. Təhsilin səviyyəsi haqqında isə bu dildən asılı deyil. Rus sektorunda da zəif təhsil alan və ya az sektorda da həddən artiq güclü təhsil alanlar var. O ki, qaldi ana dilinə, indi 20 il əvvəlki vaxt deyil ki, bütün dükan, bazar televizor rus dilində danişsin. Onsuz da azərbaycan dilini hər yerdə eşidib öyrənəcəklər.

Link to comment
Share on other sites

[quote name='ralfik' timestamp='1288356062' post='7602446']
Əgər evdə valideynlər rus dilində danişmırlarsa rus bölməsinə qoymğın mənası yoxdur. Uşaq böyük ehtimalla hər iki dildən olacaq. Evdə azərbaycan dilində danişan valideynlər üçün mənim fikrimcə ən yaxşı variant uşaqları azərbaycan bölməsinə qoyub paralel digər xarici dili və ya dilləri öyrətməkdir. Fərqi yoxdur rus, inglis və ya fransız.
[/quote]
Sizinlə əsla razı deyiləm.Mən məktəbi azərbaycan sektorunda,institutu isə Rusiyada oxumuşam.Uşaqlarımı rus bölməsinə verdim.Evdə ancaq azərbaycan dilində danışırıq.Övladlarım rus və azəri dilini eyni səviyyədə mükəmməl bilirlər+ingilis və türk dili

Link to comment
Share on other sites

[quote name='Redpinkblueviolet' timestamp='1288453389' post='7608325']
Beli, azerbaycan dilinde tehsil almisam.
[/quote]

[quote]Beli, beli, haqlisiniz. Neinki dovlet xadimleri, umumiyyetle ekser uzde olan adamlarin, meshur insanlarin nitqlerinde qusurlar var. Amma mence qinanmali bir haldir. Zaman ele idise, bes ozleri? Ozleri niye nitqlerinin o veziyyetde oldugu halda hec bir tedbir gormeyibler? Cunki dile hormet, sevgi yoxdur.[/quote]

O zaman bu postunuza cavab yazmaq istəyirəm.
Ola bilər Siz azərbaycan dilində təhsil aldığınıza görə Sizə bütün şüurlu ömrü boyu başqa dildə təhsil alan və bu dildə düşünən insan üçün belə bir dəyişikliyi etmək bir qədər asan olduğunu düşünürsüz. Yəni bu o qədər də asan deyil və bu insanlar nə qədər çalışsalar da buna nail ola bilməyəcəklər, dürüst və təmiz azərbaycan dilində danışmağı. Bir başqa məsələ də burada ətrafındakıların da özləri kimi olmaqlarıdı.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288552808' post='7613885']
O zaman bu postunuza cavab yazmaq istəyirəm.
Ola bilər Siz azərbaycan dilində təhsil aldığınıza görə Sizə bütün şüurlu ömrü boyu başqa dildə təhsil alan və bu dildə düşünən insan üçün belə bir dəyişikliyi etmək bir qədər asan olduğunu düşünürsüz. Yəni bu o qədər də asan deyil və bu insanlar nə qədər çalışsalar da buna nail ola bilməyəcəklər, dürüst və təmiz azərbaycan dilində danışmağı. Bir başqa məsələ də burada ətrafındakıların da özləri kimi olmaqlarıdı.
[/quote]
Anladim. Amma men ozum azerbaycan dilinde tehsil aldigima baxmayaraq rus dilini de yaxsi bilirem. Ona gore mence, bu ferdi 1 yanasmadir. Yeter ki, istek olsun. Istek olsa oyrenerler. Demek ki, can atmirlar.

Link to comment
Share on other sites

Şəxsən mən balalarımı Azərbaycan sektoruna qoymaq fikrindəyəm ... səbəblərim də var ... mənim bir neçə dostlarım var ki, rus sektorunda oxuyub, dünya görüşləri daha genişdir Azərbaycan bölməsində oxuyanlara nisbətən... amma ... mənim onlara həmişə yazığım gəlir, çünki öz ana dilini doğru-dürüst bilmirlər, onlar Azərbaycanca danışanda ağsaq adamların yerişi kimi görsənit qıraqdan... hər sözü zıqqıldaya-zıqqıldaya deyirlər, bəzən sözləri də elə günə qoyurlar ki, bəzən gülməli, bəzən isə yersiz görünür ... öz ədəbiyyatımızı, öz filmlərimizi bilmirlər, amma Bayronu, Şekspiri, Puşkini əzbər bilirlər, Qollivud kinoaktyorlarını əla tanıyırla, və ən pisi də odur bununla bərabər rus bölməsində oxumaqlarına görə özlərini daha elit, daha geniş dünyagörüşlü adam sayırlar..... Amma mzənnimcə öz dilini, öz mədəniyyətini bilməyən adam geniş dünya görüşlü insan hesab edilə bilməz ...  İnşaallah, uşaqları baxçaya rus bölməsinə, amma məktəbə hökmən Azərbaycan bölməsinə qoymaq fikrindəyəm ... rus dilini onlara lazım olan səviyyədə bilsələr onlara bəsdir.... Xarici dil kimi isə ingilis dilinə daha çox üstünlük verirəm.... 

Link to comment
Share on other sites

Rus dillilerin bir choxu bele bir arqument de gatirirlar bezi vaxt. Hansi dilda dushunub sarbast shakilda fikirlarimífada ediramsa demeli o menim ana dilimdir. Bu sozlar barede ne dushunursuz?
Azarbaycanda yashayan va oz dillarina malik millatlar uchun azerbaycan dili ana dili sayilmasi na qadar dogrudur?

Link to comment
Share on other sites

 [quote name='^^Paradise_Bird^^' timestamp='1288613098' post='7617583']

Söhbət ana dilindən gedirsə, deməli Azərbaycan dilidir əgər biz buna "ana dili", yəni anamızın dili deyiriksə ... Hansı dildə düşünürsənsə düşün, bunun dəxli yoxdur... Özünə Azərbaycanlı deyib rus dilini ana dili hesab edənlər çox məntiqsiz danışırlar .... rus dilini ana dilləri hesab edirlərsə onda özlərinə Azərbaycanlı yox, rus desinlər də ... 

Link to comment
Share on other sites

[quote name='gagulya' timestamp='1288609997' post='7617216']
Şəxsən mən balalarımı Azərbaycan sektoruna qoymaq fikrindəyəm ... səbəblərim də var ... mənim bir neçə dostlarım var ki, rus sektorunda oxuyub, dünya görüşləri daha genişdir Azərbaycan bölməsində oxuyanlara nisbətən... amma ... mənim onlara həmişə yazığım gəlir, çünki öz ana dilini doğru-dürüst bilmirlər, onlar Azərbaycanca danışanda ağsaq adamların yerişi kimi görsənit qıraqdan... hər sözü zıqqıldaya-zıqqıldaya deyirlər, bəzən sözləri də elə günə qoyurlar ki, bəzən gülməli, bəzən isə yersiz görünür ... öz ədəbiyyatımızı, öz filmlərimizi bilmirlər, amma Bayronu, Şekspiri, Puşkini əzbər bilirlər, Qollivud kinoaktyorlarını əla tanıyırla, və ən pisi də odur bununla bərabər rus bölməsində oxumaqlarına görə özlərini daha elit, daha geniş dünyagörüşlü adam sayırlar..... Amma mzənnimcə öz dilini, öz mədəniyyətini bilməyən adam geniş dünya görüşlü insan hesab edilə bilməz ... İnşaallah, uşaqları baxçaya rus bölməsinə, amma məktəbə hökmən Azərbaycan bölməsinə qoymaq fikrindəyəm ... rus dilini onlara lazım olan səviyyədə bilsələr onlara bəsdir.... Xarici dil kimi isə ingilis dilinə daha çox üstünlük verirəm....
[/quote]

Bəlkə mənimlə razılaşmayanlar olacaq, amma rusdillilər həm də daha az patriot olurlar nisbətən. Əlbəttə istisnalar ola bilər və istisnalar da heç vaxt ümumi qaydanı pozmur.

Link to comment
Share on other sites

[quote name='PurePro' timestamp='1288328476' post='7598808']
Mən rus dilində məktəbi və iki universiteti bitirmişəm. Evdə, dostlar, tanışlar, gohumlarla əsasən Azərbaycan dilində danışıram, lakin öz dilimdə rəsmi məktub yazmağa böyük çətinlik çəkirəm. Əminəm ki, 90% rus dilini bitirmiş insanlar bu problemlə rastlaşıblar. Öz uşaqlarımı Azərbaycan bölməsinə vermişəm, rus və ingilis və ya alman dillərini paralel olaraq öyrənəcəglər. Necəki mən ingilis dilini bilirəm eləcədə onların rus dilində danışıb başa düşmələri mənə yetərlidir. Rus dilinin gramatikasını, fonetikasını dərinnən bilmək ehtiyac yoxdur.
[/quote]
Bilseydim ki, mektebden rus dili fennini yiğışdiracaqlar rus bolmesine qoyardim. Azerbaycan dilinde oxumağima baxmayaraq 9-cu sinifden rus dilinde bedii edebiyyati serbest oxuyurdum.
İndiki nesil üçün bunu çox görürler. dilin evezine elave riyaziyyat fenni daxil edibler-onu da düz emelli keçmirler.

Link to comment
Share on other sites

Rus dilini secdim - səbəbləri aşağıdakılardı:

1. Evdə Azəri dilində danışaraq istədim ki, oğlum ikinci dili mükəmməl oyrənsin
2. Rus dilində kitabların və internet resursların sayının çoxluğu
3. Rus dilli məktəblərin bazalarının güclü olması

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288613098' post='7617583']
Rus dillilerin bir choxu bele bir arqument de gatirirlar bezi vaxt. Hansi dilda dushunub sarbast shakilda fikirlarimífada ediramsa demeli o menim ana dilimdir. Bu sozlar barede ne dushunursuz?
Azarbaycanda yashayan va oz dillarina malik millatlar uchun azerbaycan dili ana dili sayilmasi na qadar dogrudur?
[/quote]
analarının dili nə dildirsə, ana dili də o dildir.
Azərbaycanda yaşayan, məsələn, bir ləzginin ana dili ləzgi dilidir.Amma burada ikinci bir faktor var,bu da vətəndaşı olduğun ölkənin dilinin bilmə səviyyəsidir.Mənim zənnimcə,millətindən və ana dilindən asılı olmayaraq hər bir fərd vətəndaşı olduğu ölkənin dövlət dilini yaxşı bilməlidir.

Link to comment
Share on other sites

Düşünürəm ki,hər kəs öz millətinin, dilinin təhsil bölməsində oxumalıdır.Bu daha məqsədəuyğundur.Dünyanın heç bir yerində,heç bir kəs can atmır əcnəbi dilli bölmədə təhsil alsın. Təbii ki, bizim ölkədə rus bölməsi populyarlığı SSRİ-dən gəlmə təsirdən irəli gəlir (nəzərə alsaq ki,indi də RF-nın heç ondan geri qalan təsiri yoxdur)Bugün düşünmürəm ki,rus bölməsi və Azərbaycan bölməsi arasında belə böyük bir fərq var.Getdikcə də bu fərq,ümumiyyətlə, itəcək. Müəyyən baxımdan Azərbaycan bölməsi rus bölməsini çoxdan artıq -savad,aktivlik,dünya görüşü və s-qabaqlayıb. Pedaqoqlar da bunu etiraf edirlər.Hər bir şey təmərküzləşən dünyada fərdiləşməkdədir.İmkanların müasir dünyada geniş olması,2 dil ətrafında deyil - 5 və ya 6 dil ətrafında rəqabət məsələlərini ortaya qoyur.Buna görə də,hər şey şəxsin özündən asılı vəziyyətə düşür.Önəmli olan həqiqətən savadlı və dünyagörüşlü övladın böyüdülməsi üçün labüd ortamın seçilməsidir.

Link to comment
Share on other sites

Uşağı Azərbaycan bölməsinə vermişik, amma rus dilində yazıb-oxuyur və ünsiyyət qura bilir (əlbəttə rus kanallarının rolu da var)və hesab edirəm ki, çox şey valideynlərdən və eləcə də üşağın özündən asılıdır.

Link to comment
Share on other sites

[quote name='A.Bagirova' timestamp='1288788285' post='7631708']
analarının dili nə dildirsə, ana dili də o dildir.
Azərbaycanda yaşayan, məsələn, bir ləzginin ana dili ləzgi dilidir.Amma burada ikinci bir faktor var,bu da vətəndaşı olduğun ölkənin dilinin bilmə səviyyəsidir.Mənim zənnimcə,millətindən və ana dilindən asılı olmayaraq hər bir fərd vətəndaşı olduğu ölkənin dövlət dilini yaxşı bilməlidir.
[/quote]

Bu tərəfdən təbii ki, sizinlə razıyam. Amma sadəcə bu uşaq bu dilə ana dili deməyəcək.

Link to comment
Share on other sites

Sizinlə fikrinizlə tamamilə razıyam. Sadəcə olaraq eyni seyləri təkrar yazmaq istəmədim.

[quote name='МуМу' timestamp='1288323972' post='7598486']
5 il bundan qabaq belə bir sualla qarşı-qarşıya qalsaydım, yəqin ki, rus bölməsini seçərdim. Amma indi düşünürəm ki, övladımı elə azərbaycan bölməsində oxutdurardım. Düzdü, orta və ali məktəblərdəki təhsil səviyyəsi məni o qədər də qane etmir, amma bu artıq başqa bir mövzudur. Dünya görüşünə gəlincə, rus bölməsində təhsil alıb, çox dar düşüncəli olan adamlar tanıyıram, ona görə də bunu əsassız hesab edirəm.
Mən rus dilini mütaliə yolu ilə öyrənmişəm, hələ də öyrənirəm. İstəməzdim ki, övladım 2 dildən də olsun. Qoy birinci öz dilini bilsin, əgər valideynləri rus dilini bilirsə və uşağın özündə mütaliə həvəsi varsa, öz rus dilini də mənimsəyəcək.

ps Məktəblərin çoxunda rus bölmələri bağlanır, 5 ildən sonra vəziyyət necə olacaq, onu bir Allah bilir :)
[/quote]

Link to comment
Share on other sites

 Arablar geldiler - girdilar dinlerini yeritdiler,

 Ruslar geldiler - girdilar dillerini yeritdiler,

"40 gun azad yashamagdansa, 40 il gul kimi yashayaram" - budur bizim lozung ! 

Bakili - Bakili deyirsiniz , 20 yanvari yada salin o zaman rus fashistlerinin girdigi dinc ehali Bakili deyildi, ne tez unutdunuz ?!

Niye biz bu geder gushbeyinliyik ?!

Niye zamaninda bize komek elini uzadan turklerin deyil, XX esrin evvelinde asil-zadelerimizi ve esrin sonunda igid ogullarimizi giran alchag ruslarin dilinde oxutmag isteyirsiniz ushaglarinizi ?! 

Boyuk Sabiri sizlere xatirlatmayacam, amma bu milletin bashina ne gelirse, kimlere mohtac olursa ,kimlerin ayaglari altinda galirsa - yeri var !

 Bakida silahsiz ehalini vehshicesine getle yetiren ruslari ve rus ordusu hakkinda soyush dolu sozler yazarsam hemin anda "reytingim" hazir olur ve forumun 90% ustume dusher, ancag gonshu "tema"da ermenileri oldurduklerine gore Azerbaycanlilari soyurler (bakinskiy paren) 2 neferden bashga cevap bile veren yoxdur. Bax bele bir milletik !

[url="http://www4.disput.az/index.php?showtopic=205062&st=360&p=7291383&#entry7291383"]http://www4.disput.a...3[/url]

Link to comment
Share on other sites

İngilis dilinde tehsil lazimdir amma imkanlarimiz mehduddur. Dovletin de başi başqa ishlere qarişib. Odur Sakaşvili xaricden 1500 ingilis muellimi getirir. Sabah hakimiyyete başqa sülale gelende rus dilinin bir qepiklik qiymeti olmayacaq.

Link to comment
Share on other sites

ancag gonshu "tema"da ermenileri oldurduklerine gore Azerbaycanlilari soyurler (bakinskiy paren) 2 neferden bashga cevap bile veren yoxdur.

Hörmətli Ceyhun Safarov. Siz ozünüz bu cümlə ilə verilən suala cavab vermisiniz. Əgər bu gün heç olmasa iki nəfər cavab verən varsa, yaxın 10 ildə o iki nəfər də olmayacaq. Çünki başa düşın olmayacaq ki, söhbət nədən gedir. O ki, qaldı rus imperiyası və rus dilinə, bunlar başqa başqa şeylərdir. Rus imperiyasının çecenləerə vurduğu zərbə daha ağrılı daha güclüdür. Nüçə yuz min insan öldürülüb, şəhərlər dağılıb. Onlarda rus imperiyasına qarşı nifrət daha dərindir. Ancaq cecen rus dilində danışır, Fransada öz dərdlərini press konfranslar zamanı rus dilində deyir. Öz dilində desə öz ölkəsindən qıraqda onu heç kim başa düşməyəcək. Və ya internetdə olan sonsuz informasiyaları çeçen dilində tapa bilməyəcək. Məncə emosiyyaları bir qıraqa qoyub, bir az uzağı fikirləşsək, görərik ki, 20 ildən sonra Azərbaycanda neçə nəfər (necə yüz yox, neçə mində yox) neçə nəfər rus dilində sərbəst danışıb oxuya biləcək.

Link to comment
Share on other sites

Mən çox istərdim ki, övladımı Atatürk litseyinə qoyum. (Bu haqda danışmaq hələ tez olsada...onunda 6 ildən sonra 7 yaşı olacaq :rolleyes::rolleyes::agilversin: )
Təhsil güclü, rüşvət yox....ən ümdəsidə şagirddə valideyinə qarşı, vətənə qarşı, dinə qarşı sevgi, hörmət aşılanır.
Tanıdığım iki ailə çox razıdır.

Link to comment
Share on other sites

[quote name='oxucu' timestamp='1289536401' post='7682167']
ancag gonshu "tema"da ermenileri oldurduklerine gore Azerbaycanlilari soyurler (bakinskiy paren) 2 neferden bashga cevap bile veren yoxdur.

Hörmətli Ceyhun Safarov. Siz ozünüz bu cümlə ilə verilən suala cavab vermisiniz. Əgər bu gün heç olmasa iki nəfər cavab verən varsa, yaxın 10 ildə o iki nəfər də olmayacaq. Çünki başa düşın olmayacaq ki, söhbət nədən gedir. O ki, qaldı rus imperiyası və rus dilinə, bunlar başqa başqa şeylərdir. Rus imperiyasının çecenləerə vurduğu zərbə daha ağrılı daha güclüdür. Nüçə yuz min insan öldürülüb, şəhərlər dağılıb. Onlarda rus imperiyasına qarşı nifrət daha dərindir. Ancaq cecen rus dilində danışır, Fransada öz dərdlərini press konfranslar zamanı rus dilində deyir. Öz dilində desə öz ölkəsindən qıraqda onu heç kim başa düşməyəcək. Və ya internetdə olan sonsuz informasiyaları çeçen dilində tapa bilməyəcək. Məncə emosiyyaları bir qıraqa qoyub, bir az uzağı fikirləşsək, görərik ki, 20 ildən sonra Azərbaycanda neçə nəfər (necə yüz yox, neçə mində yox) neçə nəfər rus dilində sərbəst danışıb oxuya biləcək.
[/quote]
Dil geniş yayıldığı üçün lazımdır. İngilis, rus, ispan, fransız bilməyən kitabları oxuya bilməz. Bizdə belə mənfi hal var ki, "ana dili" deyə-deyə uşağa gərəkli dilləri öyrətmirik, öyrənməsinə şərait yaratmırıq, sonra da xaricə təhsil almağa gedəndə və sair işlər lazım olanda uşaq çətinlik çəkir, başlayır müəllim yanına getməyə, imtahanlara hazırlaşmağa ki, xarici dil imtahanını versin. Halbuki, rus və ingilis dilini ana dili ilə bərabər öyrənsəydi, uşaqlıqda öyrənsəydi, bu əzablara düçar olmazdı.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 58 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 57 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 276 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Sad
        • Confused
      • 279 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 185 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Sad
        • Confused
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...