Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Məhəbbət yolçusu


Recommended Posts

Ayrılıq qəmindən bezmişəm yaman,

Sənsizlik zülm edir günbəgün mənə.

Həddini aşdıqca qəm-qüssə, inan,

Sənə bağlanıram mən gündən günə.

Sevirəm deməkdən yorulmur dilim,

Bəs sənin sevgini mən nədən bilim?

Ah ilə bəzənib sənsiz mənzilim,

Sənə bağlanıram mən gündən günə.

Qəlbimi çalmısan məndən xəbərsiz,

Oğurluq etmisən səssiz-səmirsiz.

Son günlər olsam da xeyli səbirsiz,

Sənə bağlanıram mən gündən günə.

Link to comment
Share on other sites

Ayrılıq qəmindən bezmişəm yaman,

Sənsizlik zülm edir günbəgün mənə.

Həddini aşdıqca qəm-qüssə, inan,

Sənə bağlanıram mən gündən günə.

Sevirəm deməkdən yorulmur dilim,

Bəs sənin sevgini mən nədən bilim?

Ah ilə bəzənib sənsiz mənzilim,

Sənə bağlanıram mən gündən günə.

Qəlbimi çalmısan məndən xəbərsiz,

Oğurluq etmisən səssiz-səmirsiz.

Son günlər olsam da xeyli səbirsiz,

Sənə bağlanıram mən gündən günə.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Sən mənim xətrimə dəyirsən yaman,

Yaz dönür payiza həmin bu zaman.

Mən layiq deyiləm sərtliyə inan,

Hər acı sözündən ürək üzülür,

Eşq adlı buluddan damla süzülür.

Nə üçün bu gədər olursan qəddar,

Mən ruhdan düşürəm sərt olursa yar.

Bu geniş dünya da olur mənə dar,

Ağacda yarpaqlar, güllər büzülür,

Eşq adlı buluddan damla süzülür.

Kifayət deyilmi incitdin məni,

Unuda bilərik olub-keçəni.

Həmişə bağışlar sevən sevəni,

Dilimdən ümidli sözlər düzülür.

Eşq adlı buluddan damla süzülür.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 5 weeks later...

Yenə ürəyimə doldu qəm-kədər,

Yenə də düşmüşəm ümidsiz hala.

Yenə də ağlaram, yəqin ki, hədər,

Gözlərim kör oldu baxmaqdan yola.

Görüş ümidiylə yaşadım əbəs,

Aldatdım özümü, etdim xam xəyal.

Baharı soyuq qış eylədi əvəz,

Zülümkar hicrana yer verdi vüsal.

Ümidlər tədricən tərk edir məni,

Qəlbimə şübhələr toz kimi qonur.

Qarlı qış titrədir çölü, çəməni,

Sənin ürəyin də buz kimi donur.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Mənim şad günümdə tək qoydun məni,

Gözümdən axan yaş. Budur hədiyyə?

Bu qədər biganə bilməzdim səni,

Xəyanət eylədin təmiz sevgiyə!

Yolunu gözləim, yəqin ki, əbəs,

Şirin xəyallarım puç oldu-getdi.

Qəlbim tənhalığa olubdur qəfəs,

Həsrətdən varlığım heç oldu-getdi.

Tanrıma yalvardım aparsın məni,

Bu gözəl qış günü, qarda, boranda.

Təbiyyt yırtarkən ya da kəfəni,

Dünyadan köç dim mən də o anda.

Link to comment
Share on other sites

düzəliş

Mənim şad günümdə tək qoydun məni,

Gözümdən axan yaş. Budur hədiyyə?

Bu qədər biganə bilməzdim səni,

Xəyanət eylədin təmiz sevgiyə!

Yolunu gözləim, yəqin ki, əbəs,

Şirin xəyallarım puç oldu-getdi.

Qəlbim tənhalığa olubdur qəfəs,

Həsrətdən varlığım heç oldu-getdi.

Tanrıma yalvardım aparsın məni,

Bu gözəl qış günü, qarda, boranda.

Təbiyyt yırtarkən yazda kəfəni,

Dünyadan köç edim mən də o anda.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Olduqca sərt idi bu ilin qışı,

ÜzÜmdə donurdu gözÜmÜn yaşı.

Soyuqluq etmə, tök ətəkdən daşı,

Əzizim, dönməyək buz qəfəsinə,

İsinsin sevgimiz yaz nəfəsinə.

Bu soyuq gÜnlərdə gözlədim səni,

Ayrılıq qÜssəsi ÜşÜtdÜ məni.

Gəlsənə unudaq ötÜb-keçəni,

Haçandır möhtacam sənin səsinə,

İsinsin sevgimiz yaz nəfəsinə.

Qarlı qış bitəcək gələcək bahar,

Torpaq oyancaq əridikcə qar.

Novruzda tonqallar odlanıb-yanar.

Alışsın eşqimiz od həvəsinə,

İsinsin sevgimiz yaz nəfəsinə.

Link to comment
Share on other sites

  • 2 weeks later...

***

Yenidən payızdır, yenidən xazan,

ÇiÇəklər, yarpaqlar saralıb solur.

Gün keÇir, il ötür, tələsir zaman,

Gəlbimə yağıştək qəm, kədər dolur.

Bir ilim də ötdü, Çoxaldı yaşım,

Cavanlıq illərim geridə qalır,

Qocalıq da gəlir, ağarır başım,

Dərdlərim üzümdə qırışlar salır.

İl ilin dalınca qedir ömrümdən,

Bəlkə də həyatda Çox səhvlər etdim

Günlərin bir günü görəcəyəm mən

Bu gözəl dünyanı tərk edib gedtim

appl.gifappl.gifappl.gifappl.gifappl.gif
Link to comment
Share on other sites

  • 3 weeks later...

Bahanə axtarma, istəyirsən get,

Nə deyə bilərəm – sənə yaxşı yol.

Nə olar, dinmədən sən məni tərk et,

Əgər bacarırsan, mənsiz xoşbəxt ol.

Gedirsən dayanma bu yol, bu da sən,

Geriyə dönərsən, eyləmə güman.

Düşərsən yadıma darıxanda mən,

Səni unutmaram keçsə də zaman.

Uzadmaq əbəsdir məncə hicranı

Onu ləngitməyə nəymizə gərək

Bircə ki çatanda son vida anı,

Istərdim sinəmdə partlasın ürək

Link to comment
Share on other sites

Bahanə axtarma, istəyirsən get,

Nə deyə bilərəm – sənə yaxşı yol.

Nə olar, dinmədən sən məni tərk et,

Əgər bacarırsan, mənsiz xoşbəxt ol.

Gedirsən dayanma bu yol, bu da sən,

Geriyə dönərsən, eyləmə güman.

Düşərsən yadıma darıxanda mən,

Səni unutmaram keçsə də zaman.

Uzadmaq əbəsdir məncə hicranı

Onu ləngitməyə nəymizə gərək

Bircə ki çatanda son vida anı,

Istərdim sinəmdə partlasın ürək

düzəliş

Bahanə axtarma, istəyirsən get,

Nə deyə bilərəm – sənə yaxşı yol.

Nə olar, dinmədən sən məni tərk et,

Əgər bacarırsan, mənsiz xoşbəxt ol.

Gedirsən dayanma bu yol, bu da sən,

Geriyə dönərsən, eyləmə güman.

Düşərsən yadıma darıxanda mən,

Səni unutmaram keçsə də zaman.

Uzatmaq əbəsdir ayrılıq dəmin,

Dayanmaq, ləngimək ta nəyə gərək.

Qoy qalsın mənimçün kədərin, qəmin,

İstərəm sinəmdə partlasın ürək.

Link to comment
Share on other sites

  • 5 weeks later...

Bir daha dərdimi demərəm sənə,

Bu axşam qalıram kədərimlə tək.

Yaş dolur gözümə, sıxılır sinə,

Az qalır sinəmdə partlasın ürək.

Sənə söyləməyə var idi sözüm,

İstədim danışım, qoymadın məni.

Tutuldum, dinmədim, yaşardı gözüm,

Bu qədər biganə bilməzdim səni.

ümidim kəsildi səndən həmin an,

özümü lazımsız tənha hiss etdim.

Gələcək dərdimin sonu bir zaman,

Bir gün görəcəksən dünyadan getdim.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Mənə fırça verin, bir   rəsim çəkim,

Rəngbərəng boyadan gətirin mənə.

Ağ kağız üstündə dərdimi əkim,

Göyərib sinəmdə qüssə-qəm yenə.

Mənə varaq verin, boşalsın içim,

Köçürüm qəlbimi boğan həsrəti.

Şəkil çəkən zaman göz yaşı içim,

Danışım dünyaya bu hekayəti.

Qoy çıxsın qəlbimdən bu qüssə, bu qəm,

Məni birdəfəlik tərk etsin kədər.

Qurusun nəhəyat üzümdəki nəm,

Oturub boş yerə ağlamaq yetər.

Link to comment
Share on other sites

  • 2 months later...

***

İlahi, hər səhər üz tutub göyə,

Oturub diz üstə yalvarram sənə.

Bilmirəm dünyaya gətirdin niyə,

Bir ömür qəm-qüssə bəxş etdin mənə.

Qəlbimdə hər zaman şimşəklər çaxır,

Dilimdir naləmin geniş məskəni.

İlahi, göz yaşım sel kimi axır,

Ağlamaq üçünmü yaratdın məni?

İlahi, canımı əzabdan qurtar,

Ağladıb incitmə səni sevəni.

Bu bədbəxt bəndəni tezliklə apar,

Ya da bir balaca xoşbəxt et məni.

***

Rəhm eylə sən Allah, dindirmə, gülüm,

Oyatma qəlbimdə yatan kədəri.

Nədənsə istəməm danışsın dilim,

Onsuz da dərdimin yoxdur qədəri.

Dərdimi danışsam qurtarmaz sözüm,

üst-üstə yığılıb qəlbimdə dərd-qəm.

Gəl rəva bilmə ki, yaşarsın gözüm,

Təzəcə quruyub üzümdəki nəm.

Danışsam ürəyin dözməz, üzülər,

Səbr ilə dinləyə bilməzsən məni.

Göz yaşım hələ ki, qəlbə süzülər,

Qoy susum, pərişan etməyim səni.

Link to comment
Share on other sites

  • 2 months later...

***

Buludlar mənim tək göz yaşı tökür,

Yayin istisində yağışlar yağır.

Külək də bir yandan, dağıdır, sökür,

Tənhalıq yamanca qəlbimi sıxır.

Bu gün mən bir az da olmuşam kövrək,

Leysan yağışları kövrəltdi məni.

Canımı üşüdür soyuq bir külək,

Ürəyim sıxlır, istəyir səni.

Buludlar ağlayir mənimlə birgə,

Bəlkə də dərdimə şərik oldular.

Yanımda nə dost var, nə də rəfiqə.

Mənə tək buludlar sadiq qaldılar.

***

Yenə də yarpaqlar saralır, solur,

Yağışlar dayanmır, tökür eləcə.

Qəlbə damla-damla qəm, kədər dolur,

Ömürdən yaş gedir xəlvət, gizlicə.

Ömrümün qırx ili arxada qaldı,

Yolumun yarıdan çoxunu getdim.

Qəlbimi şübhəli sorğular aldı,

Həyatda yaşayib nələri etdim?

Dünyadan köçərkən qalacaq nəyim,

Qazana bildimmi özümə hörmət?

Son dəfə döyünüb dursa ürəyim,

Olacaqmı deyən, “ölənə rəhmət”?

Link to comment
Share on other sites

  • 1 month later...

**

Mən artıq gedirəm, qaytarma məni.

Bir az da dayansam dolacaq gözüm.

Yaman incidirsən səni sevəni,

Əzablı nazına nə qədər dözüm.

Qəmli-qüssəlidir eşqimin yolu,

Möhtacam xoş sözə, incə bir səsə.

Küsülü gedirəm ürəyim dolu,

Artıq istəmirəm danışım nəsə.

Qəlbimdə həyacan, yanağımda yaş,

Yenə boğur məni hicran qəhəri,

Ölümə gedirəm mən yavaş-yavaş,

Bəlkə də çağırsan dönərəm geri.

***

Sənsizliyin məni sıxır,

Gözlərimdən qan-yaş axır,

Dərdin məni yerə yıxır,

Sən yanıma gəlməz oldun.

Ürəyimi üzür kədər,

Gözüm yolda qalıb hədər,

Gözlədiyim daha yetər,

Sən yanıma gəlməz oldun.

Sevdiyimdən bezim necə,

Deyib-gülüb gəzim necə,

Mən bilmirəm dözüm necə,

Sən yanıma gəlməz oldun.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Tut mənim əlimdən, buraxma gedim,

Əllərin içində əlim isinsin.

Qoyma ki bu halda səni tərk edim,

Təskinlik ver mənə, könlüm sevinsin.

Bir az şirin-şirin mənimlə danış,

Bir az nazımı çək, əzizlə məni.

Sən məndən inciyib küssən də barış,

Bilirsən dünyaca sevirəm səni.

Qoyma ki qəlbimi üşüdsün həsrət,

Dağılslın üstümə yenə göz yaşı.

Qoy gülsün üzümə daim saadət,

Yağmasin başıma kədər, qəm daşı.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Dörd divar içində mən nələr çəkdim,

Dərdimi kim bilər Allahdan başqa.

Gecələr gizlicə göz yaşı tökdüm,

Onları kim silər Allahdan başqa.

Ayrılıq dərdinə nə gədər dözüm,

Həsrətdən az qalıb kor olsun gözüm.

Dərdimin çarəsin bilmirəm özüm,

Köməya kim gələr Allahdan başqa.

Çiynimdə qəm yükü çıxmışam yola,

Gah sağa gedirəm, gah da ki, sola.

Dövrəmdə bir neçə dost ola-ola,

“Yaxşı yol” kim dilər Allahdan başqa.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 2 months later...

Yollara düşmüşəm axtarım səni,

Yolçular adətən yollarda gərək.

Ümiddir yollara çıxaran məni,

Yolçular adətən yollarda gərək.

Qarşıma çıxaydın qəfildən, ey kaş,

Məni tərk edəydi həyəcan, təlaş.

Gəzirəm dildə ah, gözlərimdə yaş,

Yolçular adətən yollarda gərək.

Ayrılıq qüssəsi çox sıxır məni,

Unuda bilmirəm olub-keçəni.

Axtarıb-taparam, yəqin ki, səni,

Yolçular adətən yollarda gərək.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Mənə lay-lay çalın, bir az da yatım,

Yaman yordu məni danışan həsrət.

Yuxumda istərəm arzuma çatım,

Gözümdən qəlbimə tökülür zülmət

Mənə lay-lay çalın, dağılsın kədər,

Qurusun üzümdə gözümün yaşı.

Gecənin yerinə gələndə səhər

Bitsin ürəyimdə həsrət savaşı.

Mənə lay-lay çalın dincəlim bir az,

İstərəm yuxumda görüm mən onu.

Yenidən ömrümə gəlsin bahar-yaz

Sevincin, şadlığın olmasın sonu.

Link to comment
Share on other sites

  • 1 month later...

Ömür yollarımız ayırdı bizi,

Sən sola gedirsən mən isə sağa.

Qaldı bu yollarda bir sevgi izi,

Biz gedə bilmədik çox da uzağa.

 

Deyirdik dönmərik eşqin yolundan,

Bu yol nədən belə dar gəldi bizə?

Deyirdik gedərik daim yanbayan,

Bir ülvi sevgini gətirdik gözə!?

 

İnan ki, bezmişəm özümdən özüm,

Hara gedirəmsə mən gedirəm tək.

Sən yada düşdükcə yaşarır gözüm,

Hələ də barışmır hicranla ürək.

Link to comment
Share on other sites

  • 1 month later...

Yenə boş otağda oturmuşam tək,

Masanın üstündə əriyir bir şam.

Ağlayir sızlayir həstətdən ürək.

Tənhalıq baş çəkdi mənə bu axşam.

Səni yola saldım, səni ötürdüm,

Xeyli vaxt gözlərim arxanca baxtı.

Elə bil ömürlük səni itirdim,

Qəlbimi qəm-qüssə odlara yaxdı.

Dörd divar içində sıxıldım yaman

Şam da yavaş-yavaş axırda söndü.

Ümidlər puç olub, qalmadı qüman,

Otağım boş qalmış yuvaya döndü.

Link to comment
Share on other sites

  • 2 months later...

Yenə təkəm, sıxır məni dörd divar,

Kədərimi məndən başqa kim bilir?

Ürəyimə sığışmayan həsrət var.

Dünya mənə özü boyda dar gəlir.
 

Zamanədə sualıma cavab yox.

Gələcəkdə hər şey sirli, bilinnməz.

Mən tamam gücsüzəm, dərdim isə  çox,

Olunca qəlbimdə bu dərd  silinməz

 

Ayağımda yoxdur artıq taqətim,

Yerə yıxır məni bu dərd bu kədər

Əldən   salır, üzür məni həsrətim

Bu əzəbə ürək dözsün nə qədər?

Link to comment
Share on other sites

  • 1 month later...
 

Şiddətlə döyünmə, nədir bu üsyan,

Ey ürək, eyləmə narahat məni.

Nədəndir bu qədər təşviş, həyacan?...

İncitdim vaxtilə mən də çox səni.

 

Yazığım gəlməzdi sənə çox zaman,

Verərdim çəkəsən dərdi, kədəri.

Axırda sızladın, ağladın yaman,

Dözümün də varmış sonu, qədəri.

 

Nə olar sakit ol, birazca dincəl,

Sakitlik içində yuxuya gedim.

Yaşamaq şirindir, həyat çox gözəl,

İstəməzdim onu indi tərk edim.
Link to comment
Share on other sites

  • 1 month later...

  Bir azca da döz

·       
Diz üstə dualar edirəm Sənə,

Qəlbimdə bir istək, dilimdə bir söz.

İlahi, qovuşsun sevən sevənə...

Elə bil eşitdim: ”Bir azca da döz”.

 

Nə olar sevgimi mənə görmə çox,

Sevgisiz bir günüm olmayaydı kaş.

 Ümidim tək Sənsən, başqa kimsə yox …

Elə bil eşitdim: ”Bir az da qatlaş”.

 

Nə olar, Ya Rəbbim, rəhm eylə bizə,

Bizdən uzaq olsun ayrılıq, həsrət.

Xoşbəxtlik payından ver ikimizə…

Elə bil eşitdim: ”Bir az da səbr et”.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 1 month later...

**/

Təklik məni yaman sıxır,

Dərd-qəm qovub yerə yıxır.

Gözlərimdən qan-yaş axır,

Yordu məni, yordu həyat,

Ora-bura vurdu həyat.

 

Ya rəb, məni qəmdən qurtar,

Ürək artıq edib qubar.

Gəlir mənə bu dünya dar,

Yordu məni, yordu həyat.

Ora-bura vurdu həyat.

 

Küskün ömür nəyə gərək?

Xəyal imiş arzu-dilək.

Qəddarlığa dözmür ürək,

Yordu məni, yordu həyat.

Ora-bura vurdu həyat.

Link to comment
Share on other sites

  • 2 weeks later...
Soruşsan necəyəm deyərəm indi.

 Dərdlərin altında çat verir ürək.

 Bəxtimin ulduzu parladı, söndü,

Həsrətlə üz–üzə mən qalmışam tək.

 

Elə bil insanlar harasa köçüb, 

Tənhalıq olubdur mənim sirdaşım. 

Sənsizəm, elə bil, bir ömür keçib, 

Sel kimi tökülür yenə göz yaşım. 

 

Bilmirəm hardasan, neyinirsən indi? 

Gətirən də yoxdur səndən bir xəbər.

Bu dünya mənə bir zindana döndü,

 Durub keşiyimdə qüssə, qəm-kədər.
Link to comment
Share on other sites

Dua 

Bu gecə mən qaldım yuxusuz yenə,
Qəlbimə sığmayır kədərim, qəmim,
Qoy deyim dərdimi, İlahi, Sənə,
Cəmi iki kəlmə sözüm var mənim.

Cəmi iki kəlmə var Sənə sözüm,
Çox ağır bir yükü aparıram mən.
Bu acı qismətə mən necə dözüm,
Əzablı yolumda mənimlə ol Sən.

Ilahi, sən mənim səsimi dinlə,
Qəm yolun keçməyə qüvvə ver mənə.
Sonsuz bir kədərlə, sonsuz hüznlə
Açdım ürəyimi buyurdum Sənə.

 

 

 

Sizin bu şeyriniz , çox gözəldi, başladım oxumağa amma bu şeyrdən sonra davam edə bilmədim, sözüm yoxdu , çox gözəldi  

Link to comment
Share on other sites

  • 1 month later...
Həsrət

Sən getdin, o gündən ağlar ürəyim,

 Baharım qış oldu, payıza döndü. 

Sən idin istəyim, arzum, diləyim, 

Sənin gedişinlə ümidim söndü.

 

 Mənasız görünür sənsiz bu həyat, 

Aylarım, illərim nigaran keçir. 

Yox olub xoş günlər, sevinc, zarafat. 

Həsrətin gecələr qanımı içir. 

 

Daha sevindirmir məni gül-çiçək, 

Bilmirəm indi mən sənsiz nə edim. 

Deyirlər dünyadan hamı köçəcək, 

Mən bu gün istərəm dünyadan gedim.
Link to comment
Share on other sites

  • 2 weeks later...
İLAHİ APAR MƏNİ:

İlahi, apar məni,

Əzabdan qurtar məni. 

Torpaqdan yaratmısan,

Torpağa qaytar məni.

 

Qəm-qüssə sıxır məni, 

Qaldırıb-yıxır məni. 

Dözmürəm əzablara,

Məhv edər axır məni. 

 

Həyata bitmiş həvəs, 

İstəməm alım nəfəs.

Boş keçir ömrüm, günüm, 

Yoxdur gözümdə heç kəs.
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 51 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 109 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...