Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Мои стихи на азербайджанском...


Recommended Posts

SEVGİNİN ÜNVANI ÜRƏKDİR

 

Keçir aylar, illər, ötür qərinə,

Dəyişir kainat, dəyişir zaman...

Nə vaxtsa tərk edib gedəcək yenə,

Bir dəfə doğulur dünyada insan.

 

Hələ də doymamış gənclik çağından,

Bir də görürsən ki, saça dən düşür...

Ayrılıb zamanın varaqlarından,

Qopub düşən hər gün ömürdən düşür!

 

İnsan axarıyla gedir zamanın,

Səma üfüqü tək görünmür sonu...

Ürəyi sevgiylə vurur insanın,

Yalnız məhəbbətdir yaşadan onu.

 

Kimisi "məhəbbət həyatdır" deyə

Səməndər quşu tək odlara yanır...

Kimisi inanmır eşqə, sevgiyə,

Kimsə məhəbbəti əfsanə sanır.

 

Kimisi alışır hər zaman, hər gün

Məhəbbət şamında bir pərvanə tək.

Ünvanı yuvası olsa bülbülün,

Sevginin ünvanı ürəkdir, ürək!

 

Nə qədər həyat var, ötüşür zaman,

Zamanla birlikdə yaşayır hər kəs...

Zamanı susdura bilməyən insan,

Vuran ürəyi də susdura bilməz!

  • Like 4
Link to comment
Share on other sites

_______________________

ÖZ DÜNYAMA...

Yenə öz dünyama qapılıram mən,

Göylərə atıram xəyal oxumu...

Öz fikir dünyama çəkilib bəzən

Sanki unuduram mövcudluğumu.

 

Yenə öz dünyama qapılıram mən,

Bir an unuduram doğmanı, yadı...

Mən özüm burdayam, ürəyim burda,

Xəyalım hardasa uzaqlardadı.

 

Sanki döyüşərək öz varlığımla,

Gah sükut içində coşuram hərdən.

Həmsöhbət oluram tənhalığımla...

Yenə öz dünyama qapılıram mən.

 

Yenə də qəlbimdə ürək döyünür,

Özümə qaytarır məni təzədən...

Həyat bu dörd bəndlik şeirə dönür

Öz xəyal dünyama qapılanda mən.

Edited by Abbasov J.
  • Like 4
Link to comment
Share on other sites

_________________________

TƏNHALIQDAN TƏNHALIĞA

Yenə gecə düşür... Yenə küçədən

Qapımı kimsə yox, küləklər döyür...

Tənha pəncərəmi gecə zülməti,

Tənha ürəyimi kədər bürüyür.

 

Yenə də küçədən həmən səs gəlir -

Titrək yarpaqların xışıltı səsi...

Qəfil qaraltıtək çökür üstümə

Bir tənha ağacın tutqun kölgəsi.

 

Tamaşa edirəm tənha küçəyə

Tənha otağımın pəncərəsindən.

Ay da buludlarda gizlənib artıq,

O da tənhalığı duyub deyəsən...

 

Eyvana çıxıram... Qaranlıq, sükut...

Bircə bu küləyin avazı gəlir.

Örtüb ulduzları tənha bir bulud,

Torpağa tənhalıq örtüyü sərir.

 

Evin qapısı da tənha qalıbdır,

Onu da bu gecə küləklər döyür.

Tənha pəncərəmi gecə zülməti,

Tənha ürəyimi kədər bürüyür.

  • Like 4
Link to comment
Share on other sites

________________________

ÇOX QALIB

İnsanın ömründən qopsa da illər,

Ömrə nöqtə qoyan ilə çox qalıb!

Deyirlər, aparıb Saranı sellər,

Sənisə aparan selə çox qalıb!

 

Ötüb-keçmiş günə "gəl" demərəm mən,

Həyat bir dəryadır, göl demərəm mən.

Sənə al ləçəkli gül demərəm mən,

Sənə layiq olan gülə çox qalıb!

 

Yenə ürəyimə qəm düşüb mənim,

Günəşli ömrümə çən düşüb mənim...

Görsən saçlarıma dən düşüb mənim,

Deyərəm: "O günə hələ çox qalıb!"

Edited by Abbasov J.
  • Like 4
Link to comment
Share on other sites

_________________________

UNUDA BİLMİRƏM

Unutmaq istərəm olub-keçəni...

Söylə, niyə gəldin həyatıma sən?

Bir vaxt mən unuda bilərdim səni,

İndisə unuda bilmirəm, nədən?

 

Mən elə bilirdim, sevgi çiçəktək

Nə vaxtsa açılıb, solacaq yenə...

Deyirdim, heç zaman sevməz bu ürək,

Sən niyə sevdirdin özünü mənə?

 

Axı necə oldu, rast gəldim sənə?

Bilməzdim, sevməyə qadirmiş ürək...

Səni mavi dəniz bəxş etdi mənə,

Büllur ləpələrdə su pərisi tək.

 

Dalğalar qoynunda sığındın mənə,

"Üşüyürəm" dedin, köksümə sıxdım...

Qarışıb mirvari ləpələrinə,

Sanki bir dalğa tək sahilə axdım.

 

Baxışın dikilib baxışlarıma

Yandırdı ruhumu bir atəş kimi...

"Gözəl gözlərin var!" söylədin, amma

Gözümdən duymadın məhəbbətimi.

 

Sulardan ayrılıb sahilə çıxcaq

İslaq saçlarımda dolaşdı əlin...

"Sən yaxşı oğlansan!" söylədin ancaq,

"Sevirəm!" deməyə gəlmədi dilin.

 

Ani bir təbəssüm aldı üzünü,

Köks ötürməyimə gülümsədin sən.

"Zəng elə, unutma məni" sözünü

Söylə, niyə dedin, niye dedin sən?

 

İndi həmsöhbətim xatirələrdir,

Yalnız xatirələr yaşadır məni.

Adınsa hələ də ürəyimdədir,

Hələ də unuda bilmirəm səni!

Edited by Abbasov J.
  • Like 2
Link to comment
Share on other sites

__________________________

NECƏ DEYİM?

 

Payız yarpağı tək titrəyir ürək,

Şəvə saçlarını əsdirir külək..

Yanıram oduna bir pərvanə tək!

Dil deyə bilməyir ürək deyəni,

Axı necə deyim, sevirəm səni?

 

Dikirəm gözünü o gül üzünə,

Görürəm, şeh qonub qara gözünə.

Dayanıb xəyala dalıram yenə...

Əlimə alıram incə əlini.

Axı necə deyim, sevirəm səni?

 

Titrədi gülüşün, qaçdı dodağın,

Məni bihuş etdi o al yanağın.

Daim ürəyimdə soraqladığın

Məhəbbət əbədi, arzular yeni...

Axı necə deyim, sevirəm səni?

 

"Gedirəm" söylədin sən mənə, gülüm,

Elə bil od düşdü, alışdı könlüm..

Qoy təkcə səninlə sevinim, gülüm,

Getmə həyatımdan, tərk etmə məni!

Axı necə deyim, sevirəm səni?

  • Like 2
Link to comment
Share on other sites

_________________________

BİR TƏK SÖZÜNLƏ

 

Dedim: "Gözlə məni, qayıdacağam

Yarpaqlar saralıb səpələnərkən..."

Yenə baxacağıq üfüqlərə biz,

Dəniz həzin-həzin ləpələnərkən.

 

Yenə qarşımızda həmin küçələr

Səriləcək uzun bir xalı kimi...

Tükənmək bilməyən tənha gecələr

Bitəcək, keçmişin xəyalı kimi.

 

Sevinc yaşlarını payız buludu

Tökəcək yollara izinlə sənin.

Sönəcək uzun bir həsrətin odu

Bir tək "Gözləyirəm!" sözünlə sənin!

  • Like 1
Link to comment
Share on other sites

____________________

ALDADA BİLMİRƏM

 

Son dəfə görüşdük bəlkə də bu gün,

Küsüşmək asandır, barışmaq çətin...

Qəlbimdə ümidlər söndü büsbütün,

Sən özün onların hökmünü verdin!

 

Ürəyimdən qopan bu duyğulara

Səndə bir hərarət, hörmət görmədim...

Bu gün söylədiyin o sözdən sonra

Sənə inanımmı? Ya nifrət edim?

 

Mən öz həyatıma qayıtmalıyam,

Hər şey dəyişəcək, keçdikcə zaman.

Bilirəm, mən səni unutmalıyam,

Amma ki, unuda bilmirəm, inan!

 

O son sözlərini salsam da yada,

Sənə olan sevgim yumur gözümü.

Mən sənə bir dəfə aldandımsa da,

Aldada bilmirəm özüm-özümü!

  • Like 2
Link to comment
Share on other sites

________________________

YENƏ DƏ GÖRÜRƏM

 

Yenə də qarşımda görürəm səni,

Elə bil bir anlıq dayanır ürək...

Dinləyib qəlbimin düşüncəsini,

Üzünə baxıram bir sərsəri tək.

 

Dikirəm gözümü gözlərinə mən,

"Belə olmayaydı gərək!" - deyirsən.

Əllərim əlinə toxunur birdən,

"Bağışla!" - deyirəm, gülümsəyirsən.

 

Men səndən uzağam, bir addım qədər,

Sən mənə yaxınsan, ulduzlar kimi...

Yaxınlıq - həsrətdir, uzaqlıq - kədər,

Bu yaxın uzaqlıq sıxır qəlbimi.

 

Yenə də qarşımda görürəm səni,

Elə bil bir anlıq dayanır ürək...

Dinləyib qəlbimin düşüncəsini,

Üzünə baxıram bir sərsəri tək.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

On 9/27/2019 at 1:04 PM, Abbasov J. said:

_________________________

UNUDA BİLMİRƏM

Unutmaq istərəm olub-keçəni...

Söylə, niyə gəldin həyatıma sən?

Bir vaxt mən unuda bilərdim səni,

İndisə unuda bilmirəm, nədən?

 

Mən elə bilirdim, sevgi çiçəktək

Nə vaxtsa açılıb, solacaq yenə...

Deyirdim, heç zaman sevməz bu ürək,

Sən niyə sevdirdin özünü mənə?

 

Axı necə oldu, rast gəldim sənə?

Bilməzdim, sevməyə qadirmiş ürək...

Səni mavi dəniz bəxş etdi mənə,

Büllur ləpələrdə su pərisi tək.

 

Dalğalar qoynunda sığındın mənə,

"Üşüyürəm" dedin, köksümə sıxdım...

Qarışıb mirvari ləpələrinə,

Sanki bir dalğa tək sahilə axdım.

 

Baxışın dikilib baxışlarıma

Yandırdı ruhumu bir atəş kimi...

"Gözəl gözlərin var!" söylədin, amma

Gözümdən duymadın məhəbbətimi.

 

Sulardan ayrılıb sahilə çıxcaq

İslaq saçlarımda dolaşdı əlin...

"Sən yaxşı oğlansan!" söylədin ancaq,

"Sevirəm!" deməyə gəlmədi dilin.

 

Ani bir təbəssüm aldı üzünü,

Köks ötürməyimə gülümsədin sən.

"Zəng elə, unutma məni" sözünü

Söylə, niyə dedin, niye dedin sən?

 

İndi həmsöhbətim xatirələrdir,

Yalnız xatirələr yaşadır məni.

Adınsa hələ də ürəyimdədir,

Hələ də unuda bilmirəm səni!

Очееень красиво! От души.

Link to comment
Share on other sites

On 9/27/2019 at 1:23 PM, Abbasov J. said:

____________________

ALDADA BİLMİRƏM

 

Son dəfə görüşdük bəlkə də bu gün,

Küsüşmək asandır, barışmaq çətin...

Qəlbimdə ümidlər söndü büsbütün,

Sən özün onların hökmünü verdin!

 

Ürəyimdən qopan bu duyğulara

Səndə bir hərarət, hörmət görmədim...

Bu gün söylədiyin o sözdən sonra

Sənə inanımmı? Ya nifrət edim?

 

Mən öz həyatıma qayıtmalıyam,

Hər şey dəyişəcək, keçdikcə zaman.

Bilirəm, mən səni unutmalıyam,

Amma ki, unuda bilmirəm, inan!

 

O son sözlərini salsam da yada,

Sənə olan sevgim yumur gözümü.

Mən sənə bir dəfə aldandımsa da,

Aldada bilmirəm özüm-özümü!

Вы меня вдохновили! Я тоже свои стихи выложу. :)

Link to comment
Share on other sites

  • 3 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 7 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 18 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 71 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 684 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...