Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kanadaya immiqrasiya prosesi


Recommended Posts

Halaldi sene qardas. Hehif ki bele adamlar kocur gedir. Bir devetname  ne vaxtsa gondere bilseydun yaxsi olardi. Gedib baxarduq deyermi veteni terk etmek yoxsa baska yerde qala bilmerem artiq. 

Link to comment
Share on other sites

Apostil nə olan xidmətdir Asan xidmətdə? Yəni, Asan xidmətə yaxınlaşıb, Apostil diplom təstiqi lazımdır mənə, müraciət etsəm, onlar məni başa düşəcəklər? 

Link to comment
Share on other sites

Xoş diləkləriniz üçün sağolun

 

@demxa İstədikdən sonra heç bir şey üçün hədd yoxdur. Doğrudur 35 yaşın üzəri toplayacağınız bal daha az olacaqdır lakin bunu təhsiliniz və yüksək İELTS nəticəsi ilə kompensasiya edə bilərsiniz. Bundan əlavə bir çox proqramlar var və əgər ciddi olaraq istəyiniz varsa diplom təsdiqi və İELTS nəticəsi əldə edib hər hansı konsultantın da köməyi ilə ən uyğun immiqrasiya yolunu tapmaq olar. 55 yaşında yüksək vəzifəsindən ayrılıb Avstraliyaya köçüb xoşbəxt həyat sürən həmvətənimiz var. Ciddi istək olduqdan sonra hər hədəfə çatmaq mümkündür.

 

  • Upvote 1
Link to comment
Share on other sites

salam Elsen bey, bele dolgun cavab verdiyinize gore size tesekkur edirem, menim ielts neticem 6 olub, amma 3 il once. Hal hazirda vaxti bitmis hesab olunur? 

 

Birde Elsen bey, xahis edirem yeni bir topic acib Kanadada heyat, is eylencedende etrafli yazin hamimiza maragli olacaq! 

 

Eger dediyiniz programla Kanada hokumetine muraciyyet edilirse ancaq ish tapilandan sonra adami devet edirler olkeye? ya size imkan verirler ki ozunuz gelib axtarasiniz Green Card -daki kimi ?

Link to comment
Share on other sites

заранее извиняюсь за ошибки.
Salam. Cox sagolun melumata gore. Sualim var. Men Russiyada oxudum. Eger mende bashqa olkenin diplomudu, bu halda Diplomun ozu ve ona alave olunan apostil bes olunacaq? Hem de apostil bele bir vacib sheydi kanada ucun ?

Link to comment
Share on other sites

Salam Aleykum hamıya! Allaha Şükür tapıldı son vaxtlar ən fikirləşdiyim məsələ. Çox sağolun Elshan A müəllim, Allah qismet eleyib ki sizin postunuz qabağımıza düşdü. İn Şa Allah mənə və inanıram ki bir çox sayda başqa vətəndaşlarımıza kömək və stimul kimi olacaq

Edited by YusCA
Link to comment
Share on other sites

Beynimdə yaranan bir çox suallarından vacibi, Elşən müəllim, Kanadaya köç etmək və bu immiqrasiya proqrammından istifadə elemek üçün ne qeder pul lazımdır? Bizim ki cavan, amma stabil olmayan maaşlar alan bir qrup şəxslər pulları ekonom eləyib Kanadaya köç edə bilərmi? Yoxsa ki, immiqrasiya məsələsindı nə qədər artıq pul xərcləsən o qədər yaxşıdır? Pul mənim fikrimcə ən vacib məsələrdən biridir, siyahıda birinci növbədə durmalıdır, elə mi, Elşən bəy?

Edited by YusCA
Link to comment
Share on other sites

6 часов назад, Elshan A сказал:

Xoş diləkləriniz üçün sağolun

 

@demxa İstədikdən sonra heç bir şey üçün hədd yoxdur. Doğrudur 35 yaşın üzəri toplayacağınız bal daha az olacaqdır lakin bunu təhsiliniz və yüksək İELTS nəticəsi ilə kompensasiya edə bilərsiniz. Bundan əlavə bir çox proqramlar var və əgər ciddi olaraq istəyiniz varsa diplom təsdiqi və İELTS nəticəsi əldə edib hər hansı konsultantın da köməyi ilə ən uyğun immiqrasiya yolunu tapmaq olar. 55 yaşında yüksək vəzifəsindən ayrılıb Avstraliyaya köçüb xoşbəxt həyat sürən həmvətənimiz var. Ciddi istək olduqdan sonra hər hədəfə çatmaq mümkündür.

 

 

Beynimdə yaranan bir çox suallarından vacibi, Elşən müəllim, Kanadaya köç etmək və bu immiqrasiya proqrammından istifadə elemek üçün ne qeder pul lazımdır? Bizim ki cavan, amma stabil olmayan maaşlar alan bir qrup şəxslər pulları ekonom eləyib Kanadaya köç edə bilərmi? Yoxsa ki, immiqrasiya məsələsindı nə qədər artıq pul xərcləsən o qədər yaxşıdır? Pul mənim fikrimcə ən vacib məsələrdən biridir, siyahıda birinci növbədə durmalıdır, elə mi, Elşən bəy?

Link to comment
Share on other sites

Kim bilir, camaat, eşitdiyim xəbər duzdür, yoxsa saxtadır? Tanış adamdan eşidmişım ki, ölkəmizdən immiqrasiya eləmək istəyənlərin MTN qabaqcadan bir müsahibəyə çağırır. Orda ölkədən immiqrasiya eləmək səbəblərini soruşmağa başlayırlar, bu nə qədər düzdür???

Link to comment
Share on other sites

@broshkina

IELTS nəticəsi 2 il keçərlidir. Nəticə kağızının üzərində müddət yazılmalıdır.

Yerləşib işlərimi yoluna qoyum, mütləq ətraflı məlumat paylaşacam ki, hamı heç bir tanışı olmadan bir ölkədə onları nələr gözləyir bilsin :)

@Йети

Не волнуйтесь ). В статье я указал ссылку для проверки требований на дипломы других стран. Выберите там Россию и смотрите что требуют.

@YusCA

Hər bir məsələdə olduğu kimi, bəli burada da təəssüf ki pul çox vacib rol oynayır. Xərclər təxmini 6000-8000 AZN arası olacaq. Lakin bununla bitmir, yeni ölkəyə köçürsünüz, ev tutmalısınız, mebel almalısınız, texnikanın böyük əksəriyyətini almalısınız (orada 110V elektrik xəttidir), yeni nömrə və internet paketi almalısınız, qış vaxtı köçsəniz oraya uyğun geyim almalısınız və s. Bunlar hamısı xərcdir və bu xərcləri qarşılayacaq imkanınız olmalıdır.

3 hours ago, YusCA said:

Kim bilir, camaat, eşitdiyim xəbər duzdür, yoxsa saxtadır? Tanış adamdan eşidmişım ki, ölkəmizdən immiqrasiya eləmək istəyənlərin MTN qabaqcadan bir müsahibəyə çağırır. Orda ölkədən immiqrasiya eləmək səbəblərini soruşmağa başlayırlar, bu nə qədər düzdür???

İlk dəfə eşidirəm və rastlaşmamışam. Heç kimin sizi heç yerə çağırmağa hüququ yoxdur. Öz haqqlarınızı taptalatmayın.

Link to comment
Share on other sites

8 hours ago, Elshan A said:

@broshkina

IELTS nəticəsi 2 il keçərlidir. Nəticə kağızının üzərində müddət yazılmalıdır.

Yerləşib işlərimi yoluna qoyum, mütləq ətraflı məlumat paylaşacam ki, hamı heç bir tanışı olmadan bir ölkədə onları nələr gözləyir bilsin :)

@Йети

Не волнуйтесь ). В статье я указал ссылку для проверки требований на дипломы других стран. Выберите там Россию и смотрите что требуют.

@YusCA

Hər bir məsələdə olduğu kimi, bəli burada da təəssüf ki pul çox vacib rol oynayır. Xərclər təxmini 6000-8000 AZN arası olacaq. Lakin bununla bitmir, yeni ölkəyə köçürsünüz, ev tutmalısınız, mebel almalısınız, texnikanın böyük əksəriyyətini almalısınız (orada 110V elektrik xəttidir), yeni nömrə və internet paketi almalısınız, qış vaxtı köçsəniz oraya uyğun geyim almalısınız və s. Bunlar hamısı xərcdir və bu xərcləri qarşılayacaq imkanınız olmalıdır.

İlk dəfə eşidirəm və rastlaşmamışam. Heç kimin sizi heç yerə çağırmağa hüququ yoxdur. Öz haqqlarınızı taptalatmayın.

və IELTS score ən azı olmalıdır - 

Listening 8

Reading 7

Writing 7

Reading 7

 

Calculator - http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

  • Like 1
Link to comment
Share on other sites

9 часов назад, konan1982 сказал:

Мен чохдан арадан чыхмышам..

Уже ветендашам..лол

 

А где, если не секрет? В той же Канаде?

Link to comment
Share on other sites

В 27.05.2019 в 16:52, Elshan A сказал:

Lazım olan sənədlər:

 

 

 

  • İELTS test nəticəsi

     

  • Diplom

     

  • Evlilik haqqında şəhadətnamə

     

  • Uşaqların doğum haqqında şəhadətnaməsi

     

  • Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

     

  • Mənzil mülk sənədi (Kupça)

     

  • Digər mülklərə aid çıxarışlar

     

  • Məhkumluq haqqında arayış

     

  • Xarici pasport

     

  • İş yerindən arayış

     

  • Mali vəziyyətin sübutu (Bankdan çıxarış)

     

  • Tibbi yoxlama nəticəsi

     

  • İzahat məktubu (LOE)

     

Diplomların təsdiqlənməsi

İlk əvvəl başlayaq diplomdan. Təəssüf ki mən hazırlaşdığım müddətdə tam dolğun məlumat əldə edə bilmədiyimdən bu etapda çox vaxt itirdim. Deyə bilərəm ki, hazırlanmalı olan sənədlər arasında ən çox vaxt və maliyyət tələb edən sənəddir.

 

İlk addım olaraq siz ASAN xidmətə gedərək Azərbaycan universitetlərindən alınmış diplomlarınızı “Apostil” ilə təsdiq etdirməlisiniz. Apostil həm diploma həm də qiymətlərinizin göstərildiyi Diplom əlavəsinə yapışdırılmalıdır.

 

Lazım olan sənədlər: Diplom, Diplom əlavəsi, Şəxsiyyət vəsiqəsi və bunların surəti (kserokopiya). Sənədləri təqdim edərkən sənəd sahibi özü iştirak etməlidir, lakin hazır sənədləri götürdükdə həyat yoldaşınızın yerinə götürə bilərsiniz. Sənədlərin hazırlanması tam 1 həftə, yəni 5 iş günü vaxt aparacaq. Azərbaycan Respublikasında aldığınız bütün diplomları burada apostil ilə təsdiq etdirməlisiniz, yəni həm Bakalavr, həm Magistratura. Xarici ölkələrdən alınan diplomlar haqqında məlumatı məqalənin davamında görəcəksiniz.

 

Bir sonraki etap diplomların Kanada ekvivalentinin dəyərləndirilməsi, Educational Credential Assessment (ECA) olacaqdır.Bu etapda sizin diplomlarınız İRCC tərəfindən qəbul edilən 5 firmadan biri vasitəsilə dəyərləndirilərək təhsilinizin Kanada ekvivalenti təsdiq edilməlidir (http://www.cic.gc.ca/english/helpcentre/answer.asp?qnum=681&top=29) . Mən World Education Services (WES - https://www.wes.org/ ) şirkətinin xidmətindən istifadə etdim, çünki həmin vaxtı ən uyğun qiymət/zaman nisbəti bu firmada idi, lakin bu sahədə rəqabət güclü olduğundan və təkliflər tez tez dəyişdiyindən, bir daha araşdırıb dəyərləndirməkdə fayda var.

 

Bu etap üçün apostil olunmuş diplomlarınız İngilis dilinə tərcümə edilməlidir. Diplomların təsdiqlənməsi üçün mən müracət etdiyimdə WES original diplom və əlavəsinin də göndərilməsini tələb edirdi lakin hal hazırda təsdiqli kopyası və tərcüməsinin göndərilməsi kifayət olacaqdır.  Göndərmək üçün 2 metodan birini seçə bilərsiniz: normal poçt vəya kuryer vasitəsilə. Poçt vasitəsilə təbii olaraq daha ucuz olacaqdır lakin bu daha çox vaxt aparacaq və hər zaman sənədlərin kiçik də olsa itirilmə ehtimalı vardır. Kuryer vasitəsilə göndərdiyinizdə bütün prosesin apardığı vaxt daha  az olacaq lakin bu daha çox maddi vəsait tələb edəcək.  Mən kuryer vasitəsi ilə göndərdim və bütün bu proses 2 aya yaxın vaxtımı apardı, lakin mənim diplomalrımdan biri Almanyadan alınmış diplomdur və xarici diplomların təsdiqlənməsi üçün lazımi sənədlərin keçməli olduğu proseslər çox vaxt aparır. Sənədlərin göndərilməli olduğu ünvan haqqda məlumatı bu linkdən (https://www.wes.org/required-documents/) əldə edə bilərsiniz. Sadəcə olaraq Diplomların verildiyi ölkəni və təhsil səviyyəsini seçin. Həmçinin burada daha əvvəl qeyd etdiyim, xarici ölkələrdə alınmış diplomların təsdiqi üçün keçilməli olan prosedurlar haqqında ətraflı məlumatı tapa bilərsiniz. Sənədləri göndərməmişdən əvvəl şirkətin saytında qeydiyyatdan keçməlisiniz və ödəniş edərək  sizə məxsus nömrə (reference number) əldə edirsiniz. Daha sonra saytdan diplomlarla birlikdə sənəd sahibi tərəfdən imzalanmış, original halda göndərilməli olan və bu rəqəmi  özündə əks etdirən bir səhifəlik müraciət sənədini çap edirsiniz. Nəzərinizə çatdırım ki hər bir müraciət edən şəxs ayrıca qeydiyyatdan keçməli və ayrıca ödəmə edərək bu rəqəmi və sənədi əldə etməlidir. Yəni, sizin yoldaşınıza ayrı sizə ayrı login və nömrə aid olacaq, lakin ödənişi eyni kartdan edə bilərsiniz. Bundan əlavə hər bir şəxsə aid olan sənədlər ayrı bir zərfə qoyulmalı və zərfin üzərində sizə verilən reference number qeyd edilməlidir. Sənədləri göndərərkən özünüzün və yoldaşınızın bağlı zərfini  1 zərf içinə qoyaraq, tək bir göndəriş olaraq yollaya bilərsiniz. Hətta kuryer vasitəsi ilə göndərirsinizsə və tanidığınız eyni proseduru keçən başqa şəxslər də varsa bütün zərfləri toplayıb 1 böyük zərfdə göndərməklə kuryer ödənişində qənaət edə bilərsiniz.

 

Maraqlanlar üçün Almanya (xarici) diplomunun təsdiqlənməsi prosedurunu açıqlayım və bu prosedur bir çox Avropa ölkələri üçün keçərlidir. İngilis dilində olmayan diplomlar tərcümə edilməlidir və bütün digər diplom və əlavələrlə bərabər yuxarıda da qeyd etdiyim şəkildə “WES”-ə göndərilməlidir. Əlavə olaraq sizin qiymət əlavəniz diplomu verən xarici universitet tərəfindən birbaşa olaraq “WES”-ə göndərilməlidir və bunun üçün də siz özündə reference number əks etdirən daha bir sənədi çap edib imzalayaraq original formada universitetə göndərməlisiniz ki onlar da öz növbəsində əlavəni “WES”-ə göndərərkən bu original sənədi də (bu məsələni WES-lə bir daha dəqiqləşdirin, original tələbi ləğv edilmiş ola bilər) zərfə əlavə etməlidir. Bunun üçün əvvəlcə universitetlə əlaqə saxlayın, çünki bir çox universitetlər sizin sənədinizi hər hansı bir yerə göndərmək üçün sizdən imzalı razılıq məktubu tələb edir.  Bu halda WES sənədi ilə bərabər bu razılıq məktubunu da universitetə göndərirsiniz. WES sizin sənədləri və xarici universitet tərəfindən göndərilən sənədləri təhvil aldıqdan sonra prosedura başlayır və yekunlaşdıqdan sonra nəticələri sizə poçt vasitəsilə göndərir.

 

Gələk prosedurun maliyyətinə. Diplomların apostil vasitəsilə təsdiq olunması üçün rüsum hər sənəd üçün 11 AZN təşkil edir, yəni hər 1 Diplom və əlavəsi üçün 22 AZN ödəyəcəksiniz. WES diplom təsdiqləri üçün hər bir şəxsə, hazırda bu məqaləni hazırladığım vaxtda, 205$ credential assesment ve 75$ sənədlərin göndərilməsi üçün ödəniş tələb edir.  Bundan əlavə sənədləri Kanadaya kuryer vasitəsi ilə göndərmək şirkətdən asılı olaraq, təxmini 100-150$ xərc tələb edəcək. Mən UPS vasitəsi ilə göndərmişdim və 151$ ödəmişdim və toplamda diplomların proseduruna, yoldaşımın diplomu, tərcümə və əlavə Almanyadan sənəd işləri daxil 1450-1500 AZN ətrafı xərclədim.

 

Aşağıda göstərilən bütün sənədlər sadəcə olaraq tərcümə edilir və bütün işlər ASAN xidmətdə çox qısa müddətdə yekunlaşdırılır.

 

  • Evlilik haqqında şəhadətnamə

     

  • Uşaqların doğum haqqında şəhadətnaməsi

     

  • Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

     

  • Mənzil mülk sənədi (Kupça)

     

  • Digər mülklərə aid çıxarışlar

     

Məhkumluq haqqında arayış

Bu sənəddə hamıya aid olmayan bir hal var. Əgər siz xarici hər hansı bir ölkədə son 10 il ərzində toplam 6 ay yaşamısınızsa, həmin ölkədən də məhkumluq haqqında arayış əldə etməlisiniz.  Bunun üçün 6 ayı 1 səfərdə yaşamaq vacib deyil, sizin son 10 il ərzində həmin ölkədə keçirdiyiniz zamanın toplamının 6 ayı ötməsi sizin həmin ölkədən məhkumluq haqqında arayış almağınızı məcburi edir. Bu sənədin əldə edilməsi ölkədən ölkəyə dəyişir. İRCC-nin bu linkində ölkələr üzrə məlumat yerləşdirilib (https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/medical-police/police-certificates/how.html), lakin təəssüf ki, burada informasiya tam dolğun deyil və tam məlumat üçün həmin ölkənin səfirliyinə müraciət etməyiniz daha yaxşı olar. Almanyadan arayışın alınması üçün oranın ədliyyə idarəsinin saytından müraciət formunu çap etdim. Formu dolduraraq, imzalanmamış halda Alman səfirliyinə apardım, burada səfirlik nümayəndəsinin qarşısında imzaladım və nümayəndə səfirliyin möhürünü vuraraq mənim sənədi təsdiq etdi. Səfirliyə gedərkən xarici pasportunuzu götürməlisiniz. Daha sonra arayışın alınması üçün Almanya ədliyyə idarəsinin xidmət ödənişini bank transferi vasitəsi ilə həyata keçirdim. Təəssüf ki ödəniş onlayn qəbul edilmir və buna görə prosesin bu hissəsi də müəyyən qədər problem yaşadır. Pul köçürmə üçün müraciət etdiyim bəzi banklar imtina etdi, bəzilərinin şərtləri çox qəliz oldu və ən sonda ASB vasitəsi ilə göndərdim, çünki maaş kartım da bu bankın olduğundan, həm bank transfer haqqı daha aşağı oldu, həm də şərtlər nisbətən daha yüngül idi. Bu proses üçün şəxsiyyət vəsiqənizi və səfirliyin möhürlə təsdiq etdiyi sənədi götürməlisiniz. Şərtlər dediyim isə, əsas olaraq bankların istədiyi açıqlamalar və sübutlardır ki, banklar bu kiçik məbləğ transferi haqqında o qədər ətraflı məlumat istəyir ki, özünüzü “pul yumağa” cəhd edirmiş kimi hiss edirsiniz. Hətta transferdən bir müddət sonra sizə zəng edərək aldığınız sənədi sübut kimi göndərməyinizi istəyəcəklər. Bu köçürmənin də ən asan yolu odur ki Almanyada tanışınız varsa oradan sizin əvəzinizə bu məbləği transfer etsin, çünki orada bu çox sadə məsələdir və təxmini 10 dəqiqə vaxt aparır və bir çox bankda heç bir rüsüm alınmır. Transferi həyata keçirdikdən sonra təsdiqli sənədi, transfer haqqında çıxarışla bərabər Almanyaya, həmin formda göstərilən ünvana poçt vasitəsi ilə göndərdim və təxmini 1 ay yarım sonra arayışı poçt vasitəsilə əldə etdim. Əlbətdə Almanyaya gedib şəxsən müraciət etsəniz bu proseduru 1 gün içində həll edə bilərsiniz. Sadəcə sənədin poçt vasitəsi ilə getməsi və daha sonra geri gəlməsi vaxt tələb edir və  mən bu etapda tələsmədiyimdən normal poçt vasitəsi ilə göndərdim, siz sürətləndirmək üçün kuryer vasitəsi ilə göndərə bilərsiniz lakin Alman ədliyyə idarəsi sizə sənədi poçt vasitəsi ilə göndərəcək. Bu sənəddə yaşadığım digər problem, sənədin tərcüməsində oldu. Sənəd Azerbaycan respublikasının olmadığından, tərcüməyə notarius təsdiq vermir və sənədin bu cür təsdiqsiz tərcümə ilə qəbul edilib edilmədiyini dəqiq bilmirəm. Buna görə risk etmədim və ASAN xidmətin tərcüməsindən əlavə Kanadada sertifikatlı tərcümə şirkətinə müraciət etdim (http://www.docsbase.ca/). Mail vasitəsilə müraciət edib qiymət təklifini alırsınız və kart vəya Paypal vasitəsi çox rahat şəkildə ödəniş edib 1-2 gün ərzində tərcüməni  skan formada alırsınız və sənəd bu formada İRCC tərəfindən qəbul olunur (hətta ağ qara halda).  Bu etapda səfirliyə möhür vurulması üçün səhv etmirəmsə 29 AZN, tələsmədiyim üçün normal poçt vasitəsi ilə göndərməyə təxmini 3 AZN, Docbase vasitəsi ilə tərcümə üçün 38 CAD  + 18% ƏDV, xidmət üçün Almanyaya ədliyyə idarəsinə 13 EUR və bank transferi üçün 15 EUR ödədim(bəli, xidmət haqqı ödənişdən yüksəkdir). Ümumilikdə bu mərhələ üçün təxmini 170 AZN pul xərclədim.

 

İş yerindən arayış

 

Bu sənəd Azərbaycan reallığında bəzən problemli bir hala çevrilir və təəssüf ki rahat həll yolu həmişə mümkün olmur, lakin siz rəsmi hər hansı bir şirkətdə çalışırsınızsa və müdürünüzlə ya da İnsan resursları ilə əlaqəniz yaxşıdırsa, sizə lazım olan səviyyədə sənəd əldə etmək mümkündür. Məsələ burasındadır ki İRCC, Express Entry Skilled Workers proqramı ilə hər professiyanı qəbul etmir. Ətraflı məlumatı bu linkdə tapa bilərsiniz: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/eligibility/federal-skilled-workers.html  .  Ümumilikdə belə deyə bilərəm ki, texniki, mühəndislik və xüsusi istedad tələb edən professiyalarda lazımi təcrübəniz və bilik göstəriciləriniz varsa iş arayışı məsələsində də çətinliklə üzləşməyəcəksiniz. Gələk ən çox olan, əsasən iqtisadiyyat sektoru ilə əlaqəli standart ofis işlərinə ki, Azərbaycanda gənclərin böyük əksəriyyəti, bu cür mühasib, insan resursları, satış və s. üzrə mütəxəssis vəzifələrində çalışır. Bu tip vəzifələrdən Kanada qəbul etsə də, adi clerk, yəni kargüzar kimi şirkət idarəetmə pilləsində aşağı yerlərdə olan vəzifələri qəbul etmir. Aşağı yerlər dediyim, qərar verəbilmə qabiliyyəti, imtiyazları, səlahiyyətləri, məsuliyyətləri baxımından idarəedici menecer vəzifəsinə nisbətən, şirkətdaxili dərəcədə daha az səlahiyyətli vəzifələri nəzərdə tuturam. Bu vəzifələr üçün bir çox Provincial Nominee proqramları mövcuddur, lakin bunlar haqqında ətraflı məlumatım yoxdur. Məsələ burasındadır ki, əslində clerk olaraq göstərilsələr də, hamımız bilirik ki belə işlərdə çalışanların əksəriyyəti vəzifə adının əks etdirdiyindən çox daha artıq məsuliyyət və öhdəliklərə sahibdir. Digər bir reallıq da budur ki, iş haqqında arayışınızı İngilis dilində çox böyük ehtimal özünüz tərtib edəcəksiniz və əslində bu daha yaxşıdır. Buna görə də arayış tərtib edərkən, müdürünüzu razı salaraq vəzifənizi “Specialist” olaraq deyil “Manager” olaraq göstərin ki, şirkətdə yüksək pozisiyalı idarəedici kimi görsənəsiniz. Təbii olaraq bunun üçün vəzifə öhdəliklərinizi də şişirtməlisiniz. Nəzərə alın ki İRCC sizdən əmək kitabçasını tələb etmədiyindən öhdəliklərinizi şişirtməyin qorxusu yoxdur və bunu müdürünüzə başa salaraq onu razı sala bilərsiniz. Çünki adətən məlumatı olmayan insanlar işin rəsmiyyət tərəfindən çəkinir, halbuki onlar üçün hər hansı qorxacaq bir mövzu yoxdur. Azərbaycanda adətən bütün işçilər, hətta böyük holdinqlərdə belə, müəyyən bir kiçik MMC-də qeydə alınır və sizin vəzifəniz məsələn sadə mühasib belə olsa, siz arayışda özünüzü həmin MMC-nin Financial Manager-i olaraq göstərə bilərsiniz və hətta həmin şirkətin rəsmi qeydiyyat ölçüsünə əsasən belə bu vəzifə həqiqətə uyğun olacaq. Buna görə də müdürünüzə başa salın ki, “qəti qorxusu yoxdur”. Sadəcə olaraq, sizin vəzifəyə uyğun olan NOC kodu açıb orada göstərilən öhdəliklərin arayışınızda əhatə olunduğundan əmin olun. Bundan əlavə arayışınızı şirkət blankında çap etdirməli, imza və möhürlə təsdiqlətdirməlisiniz. Arayışda həm şirkətin əlaqə məlumatları (sayt, telefon, e-mail vəs.), həm də arayışı imzalayan şəxsin əlaqə məlumatları göstərilməlidir. Əgər çalışdığınız şirkət haqqında internetdə hər hansı bir məlumat yoxdursa və bu sənədləri yoxlayan şəxsdə şübhə yaradarsa, bu əlaqə məlumatlarından istifadə edərək sizin şirkətdə çalışıb çalışmadığınız haqqında informasiya istəyə bilər. 

 

Mali vəziyyətin sübutu (Bankdan çıxarış)

 

Əslində bu çox da cətin bir proses deyil. Ailə üzvlərinin sayına uyğun olaraq müəyyən edilən minimum məbləğin sizin hesabınızda istifadə imkanınızda olduğunu göstərməlisiniz. Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/documents/proof-funds.html . Burada əsas məsələ nədir? Göstərilən minimum miqdarın sizin bank hesabında istifadəyə hazır vəziyyətdə olduğunu göstərməlisiniz, yəni bu hesab investisiya deyil, əmanət hesabı olmalıdır. Başqa sözlə sizin bu vəsaiti istədiyiniz vaxt nağdlaşdırma hüququnuz olmalıdır. Banka yaxınlaşaraq adi dollar əmanət hesabı açıb bu məbləği hesabınıza yatıraraq çıxarış götürürsünüz. Bunun üçün şəxsiyyət vəsiqənizi təqdim etməlisiniz. Hesab açılması, əmanətin yerləşdirilməsi və daha sonra nağdlaşdırılması adətən banklarda tam olaraq pulsuzdur. Mənim ASB bankda maaş hesabım olduğundan, eyni hesabda dollar hesabı da açaraq vəsaiti oraya qoydum.  Bank çıxarışını aldıqdan 24 saat sonra vəsaitinizi hesabdan çıxara bilərsiniz. Bəzi mənbələrdə hesabınızda sabit pul miqdarı olaraq deyil, müəyyən aralıqlarla giriş-çıxış etmiş vəsait kimi göstərməyiniz, həmçinin mümkündürsə maaş hesabınızdaki aktivliyi də əlavə edərək göndərməyiniz məsləhət olunur, lakin mən pulu hesaba 1 dəfəyə qoyub 1 həftə sonra da çıxardtdım və heç bir problem vəya şübhə yaratmadı. Heç bir aktivlik göstərən hərhansı əlavə sənəd də təqdim etmədim.  Lakin, nəzərinizdə saxlayın ki bu minimum məbləği sizə təsdiq gəldikdə, viza verildikdən sonra Kanadaya giriş zamanı təkrar olaraq göstərməyinizi istəyəcəklər. Bu vəsaiti özünüzlə də götürə bilərsiniz, vəya orada da istifadə edə biləcəyiniz bir hesabda da göstərə bilərsiniz.

 

Tibbi yoxlama nəticəsi

 

Sadə lakin maliyyətli prosesdir. Bu linkdən Azərbaycanda İRCC tərəfindən tanınan həkimin əlaqə məlumatlarını tapa bilərsiniz: https://secure.cic.gc.ca/pp-md/pp-list.aspx . Həkim Turk-American Medical Center-də yerləşir (Təzə bazarın yanı) və analizlər də burada aparılır.

1.thumb.png.127fe709d16ebd24e790e6de0da2b7c8.png

 

 

 

Sizdən əvvəlcə damardan qan analizi götürüləcək, sonrasında ağ ciyər rentgenindən keçəcəksiniz və bu prosedurlar yalnızca böyüklər üçün aparılır. Uşaqlar sizlə bərabər son etapdan, fiziki müayinədən keçiriləcək. Burada çəki və boy ölçülür və fiziki sağlamlığınız haqqında bəzi suallar verilir. Proses təxmini 1 saat çəkir və özünüzlə xarici pasportunuzu götürməlisiniz. Şəkildə necə düşməyinizin sizə fərqi yoxdursa, həkim burada şəklinizi çəkəcək, əks halda özünüzlə şəklin dijital variantını götürüb həkimə verə bilərsiniz. Xidmət haqqı böyüklər üçün 310 AZN, uşaqlar üçün 90 AZN təşkil edir.

 

İELTS İmtahanı

Nəhayət gəldik İELTS mövzusuna. Əvvəla onu bildirim ki bu yazdıqlarım İngilis dilində müəyyən qədər biliyi olanlar üçündür və əgər sizin İngilis dili biliyiniz yoxdursa göstərdiklərimin 5 qatı, çox azdırsa 2-3 qatı daha artıq çalışmalısınız. Məqaləmin bu hissəsi sizə İELTS dərsləri verməkdən daha çox tənqidi-fəlsəfi olacaq və yazdıqlarımı instinktiv olaraq rədd etmək əvəzinə, necə deyirlər “əlinizi vicdanınıza qoyub” dedimklərim haqqında daha dərindən düşünün. Burada bilməyiniz lazım olan əsas şey odur ki, yüksək İELTS nəticəsi və ardından da xarici ölkəyə immiqrasiya ilə sizin aranızda duran yalnız tənbəllikdir və nə qədər də “Mənim vaxtım yoxdur”,  “Məndə alınmır, iş – güc”, “yorğunçuluqdur” və s. düşüncələrlə özünüzü əhatə etsəniz belə, gəlin qəbul edək ki, bunların hamısı əslində əsassız bəhanədir, çünki siz özünüz də fikir vermədən gün ərzində o qədər yerə boş-boş vaxt xərcləyirsiniz ki, bunları toplasanız əslində nə qədər sərbəst vaxtınızın olduğunu görərsiniz. Məsələn gün ərzində həyatınıza heç nə qatmayan neçə Bayram, Samiraldo, Nusret, Bozbaş, Huseyin, şou biznes və s. videolarına baxırsınız, heç saymısınız? Ya da gün ərzində nə qədər vaxtınızı ayırıb fərqli məşhurların, uğur qazanmış insanların vəya əksinə uğursuz insanların profillərinə, paylaşımlarına, şəkillərinə baxıb “gör camaat nələr eliyir” deyirsiniz? Nə qədər vaxtınızı Playstation, çayxana, kafe, alış veriş mərkəzində sağa sola gəzmək, telefonda qiybət, oturub öz özünə şikayətlənmək və digər gələcək uğurlarınıza heç bir qatqısı olmayan məşğuliyyətlərə ayırırsınız? İndi deyəcəksiniz ki, həyatımızdan gülüşü, sosiallaşmağı, dincəlməyi tamamilə silə bilmərik, belə yaşamaq olar? Doğrudur, bunları silmək lazım deyil, lakin bu, həqiqətən də sərbəst zamanınızda görülməli olan fəaliyyətləri yerinə yetirmək üçün gələcəyinizə və uğurlarınıza nail olmağa ayırmalı olduğunuz zamanı qurban verməyin. Heç olmasa ən azından hər ikisi üçün bərabər vaxt ayırın, çünki gəlin qəbul edək ki bütün bunlar nə sizin nə də övladınızın gələcəyinin qurulmasından daha vacib deyil. Ya da düşünə bilərsiniz ki gün ərzində bekarçılıq olduqca 5 dəqiqə telefon qurdalayıram, İngilis dilini necə öyrənim? Cavab: Onlayn. Əziz dostlar, biz artıq çoxdandır texnologiyalar dövründə yaşayırıq və təəssüf ki İnternet kimi nəhəng məlumat resursundan Azərbaycanda hələ də tam dolğun şəkildə istifadə edilmir. Nəhəng Azərbaycan şirkətlərindən tut, individual şəxslərə qədər heç kim tam olaraq İnternetin bizlərə açdığı qapılardan lazımi qədər istifadə etmir. Ən adi hal olaraq, indiki dövrdə siz küçədə “Bura necə gedə bilərəm?”, “Hansı avtobus gedir?” deyə sualları verirsinizsə demək ki burada nə isə yolunda getmir və problem qeyd etdiyim kimi ya həmin şəxsdən ya da müxtəlif qurumlardan qaynaqlanır.

 

İndi Youtube kimi nəhəng video arxivində axtardığınız hər bir məlumatı tapa bilərsiniz. Məsələn, ayağınızdaki tikanı necə çıxarmaq olar deyə axtarsanız yüzlərlə video tapacaqsınız. Bəli, videoların böyük əksəriyyəti İngilis dilindədir və buna görə siz sadəcə Youtube deyil, Google vasitəsi ilə də axtarışlarınızı əsasən İngilis dilində etməlisiniz. İngilis dilində sözü tapa bilmirsiniz və necə edəsiniz? Sadə, əlbəttə ki onlayn - https://translate.google.com/ . Əziz həmvətənlərim, hər birinizin əlində olan telefon Apollo 11-i aya uçuran və nəhəng otağı əhatə edən server sitemindən ən azı 2000 qat daha güclüdür, hələ qarşınızdaki komputeri demirəm. Əlinizdə olan bu resurslardan istifadə etməyin vaxtı ötüb keçir. Youtube və Google vasitəsi ilə axtarıb, sizə ayaqüstü telefondan İngilis dili öyrədəbiləcək minlərlə ödənişli və ödənişsiz material tapa bilərsiniz. Düşünə bilərsiniz ki, bu qədər material arasında yaxşısını necə təyin edək? Sizin ulu babanız bir kənddən başqa kəndə yolu tapmaq üçün aylarla yol gəzib axtarmalı olub, siz 5 dəqiqənizi ayırıb, yerinizdən tərpənmədən, çayınızı içərək, materialın sizə uyğun olub olmadığını yoxlaya bilmirsiniz?

 

Vaxtınızı fərqli şəbəkələrdə gələcəyinizə heç bir bəhrə verməyəcək fəaliyyətlərə xərcləməkdənsə, İnternetin nəhəng resurslarından istifadə edərək İngilis dilinizi inkişaf etdirməyə və nəticə olaraq da gələcəyinizi qurmağa ayırın. Həyatınızda dəyişikliklər etməyin vaxtı ötür və əgər siz məqalənin bu hissəsinə qədər gəlib çıxmısınızsa, demək ki həyatınızda etdiklərinizin heç də hamısı sizi tam olaraq qane etmir. Düşünə bilərsiniz ki bəs sən özün nə etmisən? Mən sizə sadaladığım bu səhvlərin böyük əksəriyyətini etmişəm və çox peşmanam. Bəhs etdiklərim bir növü özünü-tənqid olaraq da qəbul edilə bilər. Buna görə də istəyirəm ki xüsusilə gənclərimiz öz həyatlarını xərcləyib sonradan mənim kimi bu qeyd etdiyim nəticələrə gəlmək əvəzinə, məqaləni oxuyaraq bəlkə daha erkən addımlar atmağa başlasın. Bəlkə də bu cəhətdən düşünməmisiniz amma etdiyimiz hər bir hərəkət üçün biz ən bahalı ödənişi edirik – bu ödəniş ömür müddətimizdir.  Bu məqaləmə bir çox tənqid gələ bilər, lakin tək 1 gəncin belə həyatını dəyişib uğur yoluna yönləndirə bilsəm, bu məqaləyə xərclədiyim zaman boşuna edilməmiş ödənişdir.

 

Əlbəttə heç bir dəyişiklik üçün atılmalı olan addım, düşündüyümüz qədər asan olmur. Çünki beyniniz 100 min illərlə sizi qorumağa öyrəşib və sizi hal hazırda olduğunuz komfort zonasında saxlamaq istəyir və mümkün dəyişiklikləri potensial riskdən qorunmaq üçün rədd edir. İlkin insanlardan bəziləri beyinin bu psixoloji basqısının öhdəsindən gəlib mağaradan çıxaraq, riskli axtarışlara və kəşflərə addım atmasa bu gün heç birimiz burada olmazdıq. Demək ki daha yaxşı gələcək qurmaq üçün komfortdan çıxıb, risk edərək daha yaxşı şərait axtarışına getməliyik və texnologiyanın bizə bəxş etdiyi asanlaşdırıcı vasitələrdən də istifadə edərək, hər bir şeyi ətraflı araşdıraraq, çoxlu məlumat toplayaraq, boş əziyyət çəkmək yerinə düzgün və tam optimal əziyyət çəkib maksimal effektiv nəticə əldə etməliyik.  Təbii olaraq, bütün yaxşı-pis vərdişlərimizdən imtina etmək mümkün və doğru olmaz, çünki bu bütün maraqlarımızı itirməyə səbəb ola bilər. Buna görə də qeyd etdiyim kimi vərdişlərimizə və “öz üzərimizdə işləməyə” heç olmasa bərabər vaxt ayırmaq lazımdır.

 

İndi keçək İELTS hazırlığına. Bildirdiyim kimi bunun üçün bir çox onlayn vasitələr var və mənim əsas istifadə etdiyim aşağıda göstərilən 4 kanalın materialları oldu.  Ümumiyyətlə Youtube-da Engvid videolarının hamısına baxmağınız məsləhətdir.

 

https://www.youtube.com/user/EnglishTeacherEmma

 

https://www.youtube.com/user/ieltsliz

 

https://www.youtube.com/user/EnglishTeacherAdam

 

https://www.youtube.com/channel/UCJtBaL1PPmTc1ff0nsihR0g

 

Cambridge İELTS kitabları da hazırlıq üçün çox faydalıdır. Kitabın ödənişsiz PDF versiyasını və onlayn audio yazıları aşağıdakı linkdən əldə edə bilərsiniz:

 

http://www.saint-david.net/ielts-materials-free-download/ielts-books-audio-and-lectures

 

İELTS ümumilikdə 4 hissədən ibarət imtahandır: Listening, Reading, Writing və Speaking.  Sizə bir məqalə ilə İELTTS öyrədə bilmərəm və bunu etmərəm də, çünki tənbəllik etməyinizə köməklik göstərmək istəmirəm. Yaxşı nəticə əldə etmək üçün siz özünüz çalışmalısınız, lakin sizi bu məqalə ilə “kəsə yollara” yönləndirməyə çalışacağam.

 

Başlayaq Listening hissəsindən:

 

İmtahan zamanı nəticənizi yaxşılaşdırmaq və suallara daha rahat cavab verə bilmək üçün, sualları əvvəlcədən oxuyun. Necə etməli – Auido qeyddə nümunə verildiyi zaman, məlumat verildiyi zaman və yoxlama üçün 30 saniyə verildiyi zaman (onsuz da sonda sizə 10 dəqiqə vaxt verilir və yoxlama üçün kifayətdir), sürətli şəkildə gələcək sualları gözdən keçirin ki, nə ilə qarşılaşacağınızı və hansı cavabı eşitməli olduğunuzu əvvəlcədən bildikdə, audio yazıya qulaq asarkən həmin cavabı eşitdiyinizi dərhal anlayacaqsınız. Həmçinin öncədən sualları gözdən keçirdikdə hər hansı cavabı qaçırsanız və bunu bilməsəniz növbəti sualın mövzusu başladıqda cavabı artıq qaçırdığınızı anlayacaqsınız və ilişib qalmayacaqsınız. Məsləhətim ilk əvvəl imtahan başlanğıcında tez tez vərəqləyib ilk növbədə multiple choice sualları varsa onlarla tanış olun, sualın və cavabların açar hissəsinin altından xətt çəkin ki, suala gəldikdə konkret olaraq nə axtardığınızı vaxt itirmədən başa düşəsiniz. Özünüzü mümkün qədər sual və eşidə biləcəyiniz cavablara maksimum hazırlayın. Bunu da diqqətə alın ki, siz heç vaxt sualı yazıldığı kimi audioda eşitməyəcəksiniz, amma tuta biləcəyiniz açar sözlər vardır və bunları əvvəlcədən işarələmək sizin işinizi xeyli asanlaşdıracaq. Listening hissəsinə hazırlaşmağın ən yaxşı yolu çoxlu test həll eləməkdir. İnternetdə kifayət qədər testlər var, həmçinin 1-dən 13ə qədər rəqəmlənmiş Cambridge İELTS test kitablarının materialından da istifadə etmək kifayət edəcəkdir.  Burada sizə məsləhətim: Practice! Practice! Practice!

 

Sonrakı etap Reading olacaq:

Burada sizə toplam 1 saat vaxt verilir və cavabların köçürülməsi üçün əlavə vaxt yoxdur, odur ki vaxtınızı düzgün idarə edin. Youtube-da rastlaşdığım bir metoddan istifadə etməklə imtahan zamanı bu hissəni 35 dəqiqəyə bitirmişdim. Metod belədir: Bu hissədə sizə verilən 3 məqalənin heç birini başdan sona oxumursunuz. İlk əvvəl boşluq (söz) doldurma suallarından başlayırıq. Sualı oxuyub eyni cümlənin paraphrase variantını mətndə tapırıq və buraya aid olan dəqiq sözü vəya söz birləşməsini mətndə halqaya alaraq qarşısına bu cavabın aid olduğu sualın nömrəsini yazırıq. Burada çətin olan ilk sualın cümləsinin tapılmasıdır, geri qalan ardıcıllıqla gedir. Heç bir şey yazmadan sadəcə halqalayıb davam etmək isə həm sizə vaxt qazandıracaq həm də sonda cavab kağızına köçürmə zamanı sözü birbaşa mətndən köçürdüyünüzə görə mexaniki səhv etmə ehtimalınız azalacaq. Aydın olsun deyə 4 suallıq skrini yerləşdirirəm:

 

 

 

Sual:

2.thumb.jpg.013d92e4d3b2cfa91c130d1a5d879346.jpg

 

 

 

Mətn:

 

 3.thumb.jpg.012b877bbffc69e072b215390da6e9ae.jpg

 

 

 

Boşluq doldurmalardan sonra multiple choice, True False Not Given və digər sualları eyni məntiqlə həll edin.  Bu suallarda artıq söz doldurma lazım olmadığından hansısa sözü deyil, cavabın tam olaraq təsdiqini tapmaq lazımdır. Bu suallarda məntiq yürüdərək “buradan belə çıxır” demək qəti olaraq lazım deyil. Ən çox səhvlərə True, False, NG suallarında yol verilir. Cavabın True olması üçün siz cümlənin tam təsdiqini açıq aydın şəkildə tapmalısınız, False olması üçün sizə sualda verilən fikrin  tam olaraq əksini şübhəsiz təsdiq edən cümləni tapmalısınız, bunların heç birini dəqiq yazılı şəkildə tapmırsınızsa cavab Not Given olacaq. Yəni reading hissəsinə bir polis kimi baxmalısınız, yazılı şəkildə varsa var, yoxdursa “məntiqlə buradan belə çıxır” deyə bir cavab yoxdur.  Nümunə üçün yenə 4 suallıq bir misal göstərirəm:

 

Sual:

 

 

4.thumb.jpg.194cd53f0593a75fe18c285b38709340.jpg

 

 

 

Mətn:

 

 

 

 

 

5.thumb.jpg.7fad81b89e714c7753d93a3e18afaeeb.jpg

 

Beləliklə qeydlərinizi sual vərəqlərində mətnlərin yanında etməklə həm mətnin artıq hansı hissələrindən suallar həll etdiyinizi vizual görürsünüz, həm də cavabları əvvəl sual kağızına yazıb sonra cavab kağızına yazmaqla vaxt itirmirsiniz.

 

Növbəti hissə Writing Task olacaq:

Youtube videolarında writing haqqında çox geniş məlumat var. Bu hissə imtahanın ən çətin hissəsi sayılır. Sadəcə videolardan topladığım əsas bir nyüansı sizlə bölüşəcəm. Əgər inşa yazmaqda ümumiyyətlə zəifsinizsə, vəya ingilis dili söz ehtiyatınız çox geniş deyilsə struktura xüsusi diqqət verməklə balınızı hazırki dil biliklərinizlə belə yüksəldə bilərsiniz. Bu formatı əzbərləyib imtahan zamanı boşluq doldurma kimi inşanı yazsanız ən azından Coherence ve Structure terefden balınızı yüksəldəcəksiniz. Digər bir bal yüksəldəcək vasitə linking words deyilən birləşdirici sözlərdən bacardığınız qədər çox istifadə etməkdir. Hər abzas başında istifadə etməyə çalışın. Həmçinin qısa cümlələri birləşdirməyə çalışın ki kompleks cümlələr daha yüksək qiymət almağınıza səbəb olacaq. Əlavə olaraq hər hissədə heç olmasa 1 vəya 2 cümləni complex-compound etmək üçün əlavə məlumat daşıyan qısa bir cümlə əlavə etməyə çalışın.

 

Misal: I was riding my bicycle, which I bought last year, when the crash happened.

 

Burada altından xətt çəkilmiş hissə cümlənin əsas məğzinə aid olmayan əlavə məlumat daşıyır və bu tip cümlələr sizin qiymətinizi yüksəldəcək.

 

 ilk hissədə hər hansı bir mövzu haqqında kiməsə məktub yazırsınız. İmtahan zamanı istifadə etdiyim struktur belədir:

 

1: Dear ....

 

2: Introduction sentence  (1 sentence)

 

3: Purpose of letter (1 sentence)

 

4: Explain in details (1-2 sentences)

 

5: Explain your reaction, or situations effects/consequences (1-2 sentences)

 

6: Suggest your solution, advise (1-2 sentences)

 

7: Finalize (Hope to hear from you soon / Waiting for your soonest reply and etc.)

 

8: Signature line (Best regards, Sincerely, etc.)

 

Bu strukturun 4cü hissəsindəki açıqlama hissəsi çox vacibdir. Məktubda göstərdiyiniz əşyanı vəya hadisəni məktub oxuyanın təsəvvüründə canlandıra biləcəyi qədər incəliklərlə göstərməlisiniz.  Bunun üçün bu hadisə vəya əşyaya aid çox xususi məlumatları (rəng, üzərindəki ləkə, hava şəraiti, zaman, geyim və s. kimi) dəqiq görürmüş kimi canlandırmalısınız.

 

Ikinci hissədə hər hansı mövzu haqqında ətraflı görüşlərinizi yazmalısınız. Burada da istifadə etdiyim struktur aşağıda qeyd edilmişdir. Göstərilən hər bir punkt üçün 1 cümlə yazmağınız kifayətdir. Bu hissəyə daha yaxşı hazırlaşmaq üçün internetdə qiymətləndirilmiş inşa nümunələrini axtarın və eyni mövzu haqqında inşanı oxumadan, əvvəlcə özünüz yazın və sonra tapdığınız inşanı oxuyub müqayisə edin. Zəif nöqtələrinizi tapıb növbəti səfərlər üçün diqqətə alın.  İlk əvvəllər hazırlaşarkən vaxta diqqət etməyin. Aşağıda göstərilən strukturu özünüz üçün avtomatlaşdırandan sonra onsuz da zaman və söz limitini tutacaqsınız.

 

1: Introduction paragraph

 

·      General, more broad information about the subject 

 

·      Paraphrase of the given subject line

 

·      Thesis / your view / your answer / your reaction

 

2: 1st  Body paragraph

 

·         Short information about your 1st view (agreement/favoured side)

 

·         Broad explanation of above sentence (1 complex-compound sentence)

 

·         An example

 

·         Linking sentence to 2nd body paragraph

 

3: 2nd  Body paragraph

 

·         Short information about your 2nd view (disagree/less favourable side)

 

·         Broad explanation of above sentence (1 complex-compound sentence)

 

·         An example

 

·         Close the idea

 

4: Conclusion

 

·         1 or 2 sentences summarizing body paragraph ideas.

 

               

 

Nəhayət sonuncu Speaking hissəsi:

Bu hissənin ən çox qiymət aşağı salan hissəsi 2ci monoloq hissəsidir. Bu hissəyə daha yaxşı hazırlaşabilmək üçün imtahanlarda çıxan ümumi mövzuları bir kənara yazın və hər bir mövzu üçün bir hekayə fikirləşib yazın. Beləliklə imtahan zamanı nəyi danışacağınızı fikirləşmək məcburiyyətində qalmayacaqsınız və birbaşa monoloqunuzun struktur planını quracaqsınız. Danışdığınız hadisələrin real olmağı vacib deyil, bunu heç kim yoxlamır və heç kim sizdən belə bir şey də tələb etmir. Odur ki hazırlaşan zaman elə hadisələr uydurun ki danışmağa, söz ehtiyatına sizə çətinlik yaratmasın.  Həmçinin digər verilən suallara da cavab verərkən öz real fikrinizi ifadə edə bilməyəcəyinizi düşündüyünüz halda donub qalmayın, yalan, uydurma, ifadə edə biləcəyiniz fikirlərinizi bildirin. Danışarkən ardıcıllığı qorumaq vacibdir. Hər hansı bir hadisə vəya məlumatı qeyd etmək yadınızdan çıxarsa, təzədən əvvələ qayıdıb onu danışmağa çalışmayın. Hekayənizi o məlumatsız irəliyə aparın.

 

İRCC-yə müraciət

Beləliklə bütün etapları anlatdıqdan sonra sizə bunların sıralamasını və ümumi müraciət haqqında məsləhətlərimi də verim. İlk hazır edilməli sənədlər Diplomların təsdiqi və İELTS imtahanıdır. Bunlar hazır olduqdan sonra digər sənədlər əlinizdə olmadan belə müraciətinizi yerləşdirə bilərsiniz. Mənim sizə əsas məsləhətim budur ki Kanadada fəaliyyət göstərən yüzlərlə İmmigration Consultant var, onların xidmətlərindən istifadə edin. Bu qədər pul və əziyyət sərf edirsiniz hər hansı nəzərə almadığınız kiçik səhv ucbatından əziyyətiniz boşa getməsin. Konsultantlar adətən 1500-2000$ arası xidmət haqqı tələb edir. Məlumat üçün bildirim ki konsultantlar xidmət haqqını adətən 4 hissədə istəyirlər: ilk olaraq müraciətiniz başlayarkən, ikinci ödəniş 1 ay sonra, 3cü ödəniş 6 ay vəya kifayət qədər balla Invitation To Apply (İTA) aldıqdan sonra, son ödəniş sənədlərinizi sistemə yerləşdirdikdən sonra. Konsultantların sertifikatını aşağıdakı linkdən yoxlaya bilərsiniz. Bu Kanadanın vəkil və konsultanlarının dövlət reestridir.

 

https://iccrc-crcic.ca/find-a-professional/

 

Bundan əlavə düzgün tərtib edilmiş sənədlərlə siz müraciətinizə təsdiqi çox daha qısa zamanda ala bilərsiniz. Mənim müraciətim zamanı ən böyük peşmanlçılığım da elə bu oldu ki mən Kanadadaki konsultantla işləmədim və yerli firmaya müraciət etdim. Kanadada yaşayan, konkret olaraq bu işin təhsilini almış, hər gün bu işin içində olan bir konsultant təbii olaraq istənilən yerli şəxs və firmadan daha çox biliyə malikdir. Mənim yaşadığım problem bu oldu: müraciət zamanı sizdən son 10 ildəki məşğuliyyətinizin (bakalavr, magistr, praktika, iş və s.) xronoliji ardıcıllıqla göstərilməsini istəyir. Mən bu ardıcıllığı doldurarkən təhsildən sonra 1 ilə yaxın işçizlik müddətini də göstərdim və mənim müraciətimə təsdiq həddindən çox gec gəldi. Müraciətimin statusunu yoxlamaq üçün GCMS qeydlərini sifariş etdim və qeydlərdən anladığım qədəri ilə bu 1 ilə yaxın boş vaxtda, belə deyək “nə ilə məşğul olduğumu” yoxlamaq üçün mənim sənədlərim Security Screening (SS) üçün CBSA və CSİS-ə (Kanadanın KQBsi) göndərildi. Müraciət zamanı başınıza gələ biləcək ən xoşagəlməz hadisədir deyə bilərəm çünki SS-ə düşsəniz ən azı 9 ay çəkən bir yoxlama aparılacaq. Ortalama 5-6 ay çəkən təsdiq prosesi bu yoxlamaya görə məndə 17 ay vaxt apardı.

 

Diplom və İELTS nəticənizi əldə etdikdən sonra müraciət üçün Kanada İmmiqrasiya xidmətinə ödəniş etməlisiniz. Bu məbləğ 1 yetişkin üçün 1040CAD və 1 uşaq üçün 150CAD təşkil edir. http://www.cic.gc.ca/english/information/fees/fees.asp#economic

 

Əlavə olaraq GCMS qeydləri haqqında məlumat verim: Bu qeydlər sizin müraciətiniz haqqında olan geniş məlumatı əks etdirir. Müraciətiniz hansı ofislərdən keçib, hansı etaplar tamamlanıb, hansı qeydlər aparılıb və s. Əslində bu məlumatı əldə etmək üçün Kanadada olmalısınız lakin bir çox saytlar bu məlumatların alınması xidmətini həyata keçirir. Mən həm Apply GCMS (https://www.applygcms.com/), həm də Get GCMS (https://www.getgcms.com)  saytlarından istifadə etdim.  Müraciətinizin nə etapda olduğunu səbirsizliklə bilmək istəyirsinizsə bu qeydləri sifariş edin, lakin 1 ay sonra gələcəyini nəzərə alın.

 

Qeyd etdiyim kimi əsas odur ki kiminsə sizin əlinizdən tutmağını gözləməyin, inisiativi öz əlinizə götürün, məsuliyyət sahibi olun və çox sayda test həll edərək öz cavablarınızı avtomatikləşdirin. İmmiqrasiya üçün hazırlaşmağın çətinliyinin öhdəsindən gələ bilməsəniz, getdiyiniz yeni ölkəyə uyğunlaşmaq, cəmiyyətə qarışmaq, iş prinsiplərini, ünsiyyət prinsiplərini öyrənmək, iş tapmaq vəya iş qurmaq kimi qat qat çətin vəzifələrin öhdəsindən gələ bilməyəcəksiniz. İmmiqrasiya haqqında bütün videolara diqqət etsəniz görəcəksiniz ki əsas bir ortaq fikir var: Çətindir. Buna hazır olun. Sizə uğurlar arzulayıram.

Elşən Əliyev

İmmigrant :)

 

Mənim fikrimcə bu qədər dəyər məlumatı rus dilində də paylaşsaz yaxşı olardı. Çoxusu burda rus dillidir. Əgər bacarsanız

Link to comment
Share on other sites

10 часов назад, Gretzky сказал:

və IELTS score ən azı olmalıdır - 

Listening 8

Reading 7

Writing 7

Reading 7

 

Calculator - http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

 

Orada yazılır ki, öz imtahan nəticələrinizi boş xanalara yazdırın. Yəni, o kalkulyatordan imtahan verəndən sonra mı nəticəni bilmək olar, yoxsa necə? Biraz anlamadım

Link to comment
Share on other sites

33 минуты назад, konan1982 сказал:

Жил в ON, SK, в данное время живу в АB..

 

Не очень понял как расшифровывается "ON, SK, AB"

Link to comment
Share on other sites

8 hours ago, YusCA said:

 

Orada yazılır ki, öz imtahan nəticələrinizi boş xanalara yazdırın. Yəni, o kalkulyatordan imtahan verəndən sonra mı nəticəni bilmək olar, yoxsa necə? Biraz anlamadım

в калькуляторе в секции языка выбираете English, IELTS и в drop down меню каждый из четырех значений выставляете соответственно моему посту выше.

Link to comment
Share on other sites

15 часов назад, YusCA сказал:

 

Не очень понял как расшифровывается "ON, SK, AB"

Ontario, Saskatchewan,  Alberta

Название провинций Канады.

 

Link to comment
Share on other sites

В 01.06.2019 в 01:44, Gretzky сказал:

в калькуляторе в секции языка выбираете English, IELTS и в drop down меню каждый из четырех значений выставляете соответственно моему посту выше.

 

А что это даст, если выставить как соответственно вашему посту? В смысле, если человек реально не владеет этими навыками или они у него не так хороши, то уж лучше писать правду и считать, а затем подучиться или я опять что-то не понял? И кстати, там должно быть 1200 баллов, я так понял, для удачного прохождения по иммиграционной программе или у каждой программы свой порог по баллам, а 1200- это максимум? Скажите, если что не так?

Link to comment
Share on other sites

9 hours ago, YusCA said:

 

А что это даст, если выставить как соответственно вашему посту? В смысле, если человек реально не владеет этими навыками или они у него не так хороши, то уж лучше писать правду и считать, а затем подучиться или я опять что-то не понял? И кстати, там должно быть 1200 баллов, я так понял, для удачного прохождения по иммиграционной программе или у каждой программы свой порог по баллам, а 1200- это максимум? Скажите, если что не так?

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/submit-profile/rounds-invitations.html

1200 это космический потолок, таких зверей нет в природе :)

 

каждый месяц или чаще публикуют проходной бал, и сколько человек получило приглашение, последний проходной бал 470.

Вписывая по моей инструкции, вы увидите ваш бал если очень постараетесь сдать IELTS на хороший скор,

ниже этого скора - вы не проходите и придется искать варианты через провинцию (PNP + название провинции).

Тут все не распишешь, если вам реально интересно - вот единственный форум, где вся инфа есть, в добавок к тому что на офиц сайте миграции

https://www.canadavisa.com/canada-immigration-discussion-board/#immigration-to-canada.9 

 

 

 

Link to comment
Share on other sites

В 04.06.2019 в 02:15, Gretzky сказал:

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/submit-profile/rounds-invitations.html

1200 это космический потолок, таких зверей нет в природе :)

 

каждый месяц или чаще публикуют проходной бал, и сколько человек получило приглашение, последний проходной бал 470.

Вписывая по моей инструкции, вы увидите ваш бал если очень постараетесь сдать IELTS на хороший скор,

ниже этого скора - вы не проходите и придется искать варианты через провинцию (PNP + название провинции).

Тут все не распишешь, если вам реально интересно - вот единственный форум, где вся инфа есть, в добавок к тому что на офиц сайте миграции

https://www.canadavisa.com/canada-immigration-discussion-board/#immigration-to-canada.9 

 

 

 

 

Большое спасибо) Вы сами-то иммигрант? Небось из Канады пишете уже?))

Link to comment
Share on other sites

В 04.06.2019 в 02:15, Gretzky сказал:

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/express-entry/submit-profile/rounds-invitations.html

1200 это космический потолок, таких зверей нет в природе :)

 

каждый месяц или чаще публикуют проходной бал, и сколько человек получило приглашение, последний проходной бал 470.

Вписывая по моей инструкции, вы увидите ваш бал если очень постараетесь сдать IELTS на хороший скор,

ниже этого скора - вы не проходите и придется искать варианты через провинцию (PNP + название провинции).

Тут все не распишешь, если вам реально интересно - вот единственный форум, где вся инфа есть, в добавок к тому что на офиц сайте миграции

https://www.canadavisa.com/canada-immigration-discussion-board/#immigration-to-canada.9 

 

 

 

 

Так, название провинции вбивать понятно, а что такое PNP?))

Link to comment
Share on other sites

10 hours ago, YusCA said:

 

Так, название провинции вбивать понятно, а что такое PNP?))

гуглите, читайте офиц сайт миграции и форум - там всё расписано.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Здравствуйте.Ответьте пожалуйста на вопрос по поводу İELTS 

Я прохожу щас подготовку к экзамену İELTS академическому.Для иммиграции по программе Express Entry это имеет какую то роль ?

То есть академический нужен или же всетаки General İELTS? 

Link to comment
Share on other sites

Elşən bəy salam.  

Ətraflı yazı üçün təşəkkür edirəm.  

Siz hansısa konsultasiya xidmətindən istifadə etmisiniz yoxsa bütün prosesi özünüz elədiniz?  

Mən ee ilə maraqlanıram,  amma təəssüf ki,  yaş məsələsi məndən xeyli bal çıxır. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Like
      • 27 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Facepalm
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Downvote
        • Upvote
        • Haha
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Haha
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...