Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"Turistlər gedəndən sonra rayon zibilliyə dönür"


Recommended Posts

"Onlar gedəndən sonra rayon zibilliyə dönür"

Gəlmələr də şikayətçidir, yerlilər də 

Qaxın Ä°lisu kÉndindÉ turistlÉr
Gəlmələr yerlilərin kobudluğundan, yerlilər gəlmələrin natəmizliyindən narazıdır

 

Müasir dövrdə turizm sektoru dövlətlərin inkişafında mühüm rol oynayır. Dünyanın ən inkişaf etmiş ölkələri dövlət büdcələrinin böyük bir hissəsini, məhz, turizm xidmətlərinin hesabına formalaşdırır. Əlbəttə, turizm sektorunun inkişaf etdirilməsi və turistlərə yüksək səviyyəli xidmətlərin təklif edilməsi üçün böyük miqdarda maliyyə vəsaiti tələb olunur.


Məsələn, qardaş Türkiyənin bu gün turizmdən milyardlarla gəlir əldə etməsi heç kəsə sirr deyil. Bu gəlir sektorunun qurulması isə qardaş ölkədə ötən əsrin 70-ci illərindən başlanıb. Digər qonşumuz Gürcüstan da, həmçinin il ərzində turizmdən milyonlarla gəlir əldə edir.

 

Doğrudur, Azərbaycanda bu sahə çox gəncdir. Lakin turizm sektorunun inkişafı üçün addımlar atılır. Əvvəlki illərə nisbətən son illər ölkə vətəndaşları istirahət üçün məhz öz bölgələrimizi seçirlər.

 

Bəs, görəsən bölgələrimizdə istirahət edənlər qiymətlərdən və göstərilən xidmətlərdən razıdırlar? Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün istirahət mərkəzlərinə üz tutan insanlar arasında sorğu keçirib. Respondentlərin fikirlərini təqdim edirik.

 

Ehtiram Əliyev: "Şəki-Zaqatala bölgəsini çox sevirəm. Xüsusilə kəndlərini çox bəyənirəm. Oranın təbiəti məni valeh edir. Meşələri, dağları, çayları… Xarici ölkələrdə çox olmuşam, Azərbaycanın təbiəti heç də xarici ölkələrdən geri qalmır. Hətta bəzilərindən üstündür. Amma insanlar təbiətdən layiqincə yararlanmırlar. Hər şeydən əvvəl təmizliyə fikir versinlər. Bundan əlavə, xoş rəftar da önəmlidir. Yaxşı olar ki, turistləri qəbul edən yerlərdə çalışan insanların üzündə təbəssüm olsun".


Fərqanə Novruzova: "Azərbaycanda turizm sektorunda problemlər var, bu da onun inkişafına ciddi mane olur. Mən kənd mühitini, təbii gözəlliyi olan istirahət məkanları sevirəm. Amma son zamanlar rayonlara gedirəm, baxıram təbiətə müdaxilə edilib. Süni şəlalə, fəvvarə və s. Tanrının yaratdığı gözəlliyə müdaxilə etmək olmaz. Heç lazım da deyil. Azərbaycanın təbiəti o qədər gözəldir ki, əlavə "gözəlliyə" ehtiyac yoxdur. Süni gölü, şəlaləni Bakıda da görürük. Son illər bu sahədə də inhisarlaşma gedir. Belə getsə, bir neçə ildən sonra kasıb camaat o məkanlara addımını ata bilməyəcək".

 

Orxan Aslanlı: "Azərbaycanın turizm sektoru çox zəifdir. Qiymətlər od tutub yanır. Turizm bölgələri, sözün əsl mənasında, soyğunçuluqla məşğuldur. Xidmət səviyyəsi də aşağıdır. Bu yaxınlarda dostumgil Qəbələdə səhər yeməyi yeyib, onlardan 600 manat pul alıblar. Çox uzağa getməyək, baxaq qonşu Gürcüstana, oranın praktikası bəs edər, baxsınlar, onlar turisti necə qarşılayırlar. Elə etməlidirlər ki, turist bir də gəlsin. Amma bizdə vəziyyət tamamilə başqadır, gedən bir də getmək istəməz.

 

Ölkə rəhbərliyi xarici ölkələrdən Azərbaycana gəliş-gedişin asanlaşması üçün viza məsələsini asanlaşdırıb ki, ölkəyə çoxlu sayda turist gəlsin. Turizm üçün bundan möhtəşəm fürsət ola bilməz. Amma turizm sektorunda çalışanlar qiyməti kəllə-çarxa çatdırırlar. Turistəri ölkədən uzaqlaşdırırlar. Nəinki xarici turist, hətta yerli turistlər belə, burada istirahət etmək istəmirlər".

 

Xumar Kərimli: "Azərbaycanda turizm məkanlarının ən böyük problemi natəmizlikdir. Burda isə ən böyük günahkar bizlərik. Bu yaxınlarda İspaniyada oldum, insanlar təbiətə o qədər bağlıdırlar ki… Bizimkilər isə təbiətə laqeyd yanaşırlar. Bu rayonlarda da, paytaxtda — dəniz kənarında da belədir. Amma insanlar təbiətə öz evləri kimi yanaşmalıdırlar. Mədəni qulluğa, xoş münasibətə gəldikdə isə, bunlar indivudaldır. Avropanın bir çox ölkələrində olmuşam, bəzən onlarda da kobudluqla, soyuq münasibətlə rastlaşmışam və demişəm ki, elə öz vətənim buradan qat-qat yaxşıdır".

 

Nigar Hüseynzadə: "Sovet dövründə yay düşərgələri olardı. Valideynlər uşaqları düşərgələrə göndərirdilər. 2 övladım var, səhhətimlə bağlı yoldaşım və mən paytaxtdan çıxa bilmirik. Uşaqlar da bu istidə bizimlə qalmaq məcburiyyətindədirlər. Sovet dövründəki yay düşərgələri təşkil olsa, mənim kimi neçə-neçə valideyn öz uşağını etibar edər. Bu, həm də uşaqların dünyagörüşünün formalaşmasına səbəb olur. Heyf ki, uşaqlarımız bundan məhrumdurlar".


Ləman Kərimli: "Bölgələrimizdə turizmin inkişafı ölkəmizdən başqa həm də yerli camaat üçün xeyirlidir. Yaxşı olar ki, müvafiq rəsmi qurum bölgələrimizdə olan tarixi abidələrimizə fikir versin. Onların əksəriyyəti bərbad durumdadır. Tarixi abidələrimiz bizim necə bir insan olduğumuzu göstərir. Xaricilər gələndə birinci növbədə bizim tarixi abidələrimizə baş çəkirlər. Şəkidəki Kiş məbədi restavrasiya olunduqdan sonra həmin yerə turist axını artıb. Strabon şimal-qərb bölgəsində olarkən deyib ki, "mən hələ bu qədər abidəni bir məkanda görməmişəm". Düşünün, o abidələr restavrasiya olunsa, nə qədər turist cəlb edə bilərik".

 

Vüsal Qurbanov: "Hər şey yoldan başlayır. Yol mədəniyyətin başlanğıcıdır. Təəssüflə qeyd edim ki, turizm bölgələrimizin əksəriyyətində yol problemi var. İstədiyin məkana gedib çatmaq müşkül məsələdir. Yaxşı olar ki, yollara diqqət ayrılsın. Başqa bir problem isə internetdir. İndi elə bir dövrdür ki, mütləq informasiya əldə etmək istəyirik. Bölgələrdə bu problem illərdir yaşanır".

 

Qurban Əhmədov: "Mən illərdir Qax rayonunda öz evimdə turistləri qarşılayıram. Turistlər çox laqeyd yanaşırlar. Getdikləri yeri zibilləyirlər. Son illər buna görə cərimələr tətbiq olunsa da, qaydalara riayət etmirlər. Təbii ki, turistdən turistə fərq var. Bu, o demək deyil ki, hamısı elədir. Amma turistlər gedəndən sonra rayonumuzun hər tərəfi zibillik olur. Öz həmyerlilərimiz bu barədə həssasdır. Çalışırıq, rayonumuz təmiz olsun. Son illər xarici turistlərin sayı artıb. Əvvəlki illərdə qonaqlarımız, əsasən, keçmiş SSRİ ölkələrindən olurdu. İndi isə demək olar ki, dünyanın hər yerindən gəlirlər. Onlar bizim qonaqpərvərliyi çox bəyənirlər. Gələn turistləri təbiətimizdən başqa, milli mətbəximiz də cəlb edir".

 

  • Downvote 2
Link to comment
Share on other sites

В 04.03.2019 в 17:47, Zaman. сказал:

Kimdir günahkar?(c) :unsure:

günahkar həmişə insandır )

hanı bəs, bu meşə təsərrüfatının işçiləri ? əgər belələri mövcuddursa.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 6 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Like
      • 669 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...