Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Prezidentlərin yemək sirləri


Zaman.

Recommended Posts

Prezidentlərin yemək sirləri

2016-cı ildə dünya ölkələri prezidentlərinin şəxsi aşpazları Hindistanın paytaxtı Dehlidə keçirilən qurultayda bir araya gəlmişdilər. Qurultay öncəsində Hindistanın baş naziri Narendra Modi özü şəxsən Obamanın baş aşpazı Kristeta Kromfort və Böyük Britaniya şahzadəsi II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın da olduğu baş aşpazları salamlamışdı.

“Dünya liderləri G-20 sammitlərində onsuz da tez-tez bir araya gəlir, görüşürlər. Mən də qərar verdim ki, baş aşpazlar arasında niyə G20 zirvəsi yaratmayaq?!” – Narendra Modi demişdi.
Bu isə bizə prezidentlərin yemək zövqü barədə sualları cavablamaq üçün bir fürsət oldu. Bəli, onlar nə yeyib-içirlər, yemək zövqləri nədir? Hansı aşpazların xidmətindən istifadə edirlər? 

Tramp McDonalds dəlisi, Obama piroq həvəskarı…
Öncə ABŞ prezidentlərindən başlayaq. Prezident Donald Tramp həqiqi amerikan stilini sevir: o, fast-food həvəskarıdır. Faktiki olaraq, o, Ağ Evdəki mətbəx işçilərindən yeməkləri “McDonald’sdakı kimi hazırlamağı” tapşırıb. Ən çox sevdiyi isə qızardılmış almalı piroq və burgerlərdir. Amma burgerlər prezidentin xoşuna gəlməyib. Bunun da bir səbəbi odur ki, Ağ Evdə istifadə edilən məhsullar çox keyfiyyətlidir və restoranlar şəbəkəsindəkinin dadını vermir.

ca859e.jpg

Corc Buş (böyük) quru, həddən artıq qızardılmış balıqları yemək zorunda olub. Buna səbəb isə həyat yoldaşı Barbaranın bunu belə istəməsi idi. 25 il boyunca Ağ Evdə çalışmış aşpaz Roland Mesnye deyib ki, Barbara hər dəfə az qala, qışqırıqla balığı onun istədiyi kimi, yeməyə yararlı olmayan vəziyyətdə hazırlamağı tələb edirdi.

Hillari Klinton tərəfindən tutulmuş, daha sonra isə Lora Buş tərəfindən işdən çıxarılmış aşpaz Uolter Şayb danışır ki, kiçik Corc Buşa badam yağı və balla hazırlanmış adi sendviçlər çox xoş gəlirdi. Onun sözlərinə görə, Buş tez-tez mətbəxə gəlib, ondan nahara hansı yemək olduğunu soruşurmuş. Şayb hər zaman əlinin altında prezidentin ən sevimli buterbrodlarını hazır saxlayırdı.

Ronald Reyqana isə şokoladlı yeməyin zövqünü yaşamaq üçün birinci ledinin şəhərdən çıxmasını gözləmək lazım olurmuş. Ronaldın sevimli yeməyi steyk, pendirli makaron və desrt üçün şokaladlı muss idi. “O, çox xoşbəxt adam idi” – şef aşpaz Mesnye xatırlayır.

Franklin Ruzvelt qızardılmış pendir, omlet, balıq supu, eləcə də meyvəli keks yeməyi sevirmiş. Ağ Evin aşpazı Henroetta Nesbittin sözlərinə görə, Ruzvelt qızardılmış, suyu axan yeməkləri də çox sevirmiş. 

Kasss özü qidalanma siyasəti sahəsində məsləhətçi idi və o, Mişel Obamaya Ağ Evin yaxınlığında birinci böyük bağça qurmağa kömək edib. Amma eyni zamanda, Barak hakimiyyəti dönəmində mətbəxə də nəzarət edib. O, eyni zamanda, prezidentlə birinci ledinin yemək zövqünü balanslaşdırmalı, onların hər ikisini məmnun edən menyunu ortaya çıxarmalı idi. “Biz Ağ Evə ilk dəfə düşəndə gördük ki, hər tərəfdə piroq var. Buna görə də birinci ledi şirniyyatları ancaq istirahət günlərində icazə verdi”. 
f17949.jpg

Fransanın eks-prezidentlərinin əcaib yemək zövqü
Fransa prezidentlərinin baş aşbazı olan Bernard Vossion Yelisey Sarayında başına gələnlərdən danışıb. 40 ildir fransız prezidentləri yedizdirən aşpaz “Le Parisien” qəzetinə onların yemək menülərindən danışıb. Vossion verdiyi açıqlamasında keçmiş prezident Fransua Mitteranın dəniz məhsullarını sevdiyini deyib: “Jak Şirak ilbiz və kələm turşusu sevirdi. Bunları da pivəsiz yeməzdi. Nikola Sarkozi isə pendiri menyudan çıxarmışdı, amma şokoladı sevirdi”.

Sarkozinin sevimli yeməkləri makaron və ənginar, qara trüfel olub. Sarkozi yeməklə çaxır içməyi xoşlayırmış. O, şimali koreyalı həmkarından fərqli olaraq pendiri heç sevməyib. Hakimiyyəti dönəmində Sarkozi Yelisey Sarayının yaxınlığında yerləşən Le Bristol adlı restoranda yemək yeyirmiş. Həmin vaxt onun sevimli yeməyinin qiyməti 82 avro olub. Amma Sarkozi Kim Çen İndən fərqli olaraq, pendirə nifrət edir.

Baş aşpaz sabiq prezident Fransua Ollandın xüsusi yemək menyusunun olmadığını deyib: “Heç bir yeməyi ayırmır. Toyuq, dana, göyərti, pendir və s. nə gəldi yeyir”.

Ən fərqli yemək zövqü olan Fransanın keçmiş prezidenti Fransua Mitterandır. O, delikatesə üstünlük verib, mətbəxində yeni dadların kəşfini tələb edirmiş. 

Merkel yeməklərini özü bişirir – ancaq bazar günü
Rusiya prezidenti Vladimir Putinin yemək zövqü barədə məlumat bir qədər azdır. Bir dəfə özü müsahibəsində bildirmişdi ki, yemək məsələsində ciddi kaprizləri yoxdur. “Əgər ət və balıq arasında seçim varsa, balığa üstünlük verirəm. Ətlərdən isə qoyun ətini seçirəm. Şirniyyata qarşı, ümumiyyətlə, laqeydəm, təbii ki, dondurmanı nəzərə almasaq. Nə vaxtsa harasa səfər edirəmsə, böyük məmnuniyyətlə, yerli mətbəxin dadına baxıram. Çoxdan bəri yaşıl çaya öyrəşmişəm”. Bunu da o, özü müsahibəsində deyib.

77fcd1.jpg

2012-ci ildə Putin NTV jurnalistləri ilə səhər yeməyi yeyəndə məlum olmuşdu ki, Rusiya prezidenti səhərlər kəsmiklə bal yeyir, bildirçin yumurtası içir. Bundan başqa, Putin xüsusi reseptlə hazırlanmış kokteyl içir.

2010-cu ildə Kremlin baş aşpazı Anatoli Qalkin Putinin içkilərdən şərab və pivəyə üstünlük verdiyini deyib. Bundan başqa, Qalkin rəsmi tədbirlərdə təqdim edilən kokteylin reseptini də açıqlayıb. Onun tərkibində buz, limon suyu, sirop və 50 qram şampan olub. Aşpazın sözlərinə görə, belə içki “istini inanılmaz dərəcədə azaldır”.

Almaniya kansleri Angela Merkeldən danışanda isə yemək xüsusi olaraq dəyər qazanır. Çünki o, yemək zövqü barədə danışmağı çox sevir. Bundan başqa, boş vaxtlarında özü də yemək bişirir. Onun ən yaxşı bacardığı yeməklər arasında kartof şorbası, balıq yeməkləri və şnisel (kotletə oxşar xörək) yer alır. Milad bayramında isə kartof salatı hazırlayıb, qaz qızardır. Kanslerin sevimli məhsulları siyahısında kələmli donuz kolbasası da var. Merkelin şəxsi aşpazının sözlərinə görə, o, pendiri çox sevir və siyasətçilərin çoxu kimi çaxır içir.

Ağ Evin mətbəxində şef aşpaza 7 nəfər kulinar yardım edir. Müqayisə üçün deyək ki, Kremlin mətbəxində 20 kulinar çalışır. Şef aşpazdan başqa, qalanların hamısı rusdur. Kiçik Corc Buş qurman kimi tanınmasa da, hər zaman bifşteks və texas-meksikan mətbəxini tərcih edirdi. Obamanın həyat yoldaşı isə sağlam qidalanma prinsipinə önəm verir, Ağ Evin həyətində onun xüsusi bostanı var. Orada təzə tərəvəz və meyvələr yetişdirilib.

Dünyaca məşhur aşpaz Kristet Bernand deyib ki, ümumiyyətlə, prezidentlərlə işləmək çox çətindir. Bu, daimi stressdə olmaq və prezidenti bir qayda olaraq təəccübləndirmək öhdəliyi deməkdir: “Məsələn, Nikola Sarkozi hər zaman yeməklərin təqdim olunma formasına önəm verirdi. Masaya birinci nəyi təqdim etməyi özü tapşırırdı”.

Kanadanın baş nazirinin şef aşpazı isə işinin gerçək fanatıdır. Onun adı Timoti Vasilkodur. Əslən ukraynalıdır və təkcə işdə yox, evdə də yemək hazırlamağı sevir: “Bu, mənim ehtirasımdır. Mən evdə də öz sevimli ailəm üçün yemək hazırlayıram və bundan zövq alıram”.
Dmitri Medvedyevin fransız aşpazı Jerom Riqo isə iş xaricində yemək bişirməyi tərcih etmir.

1781c3.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 illik aşpazı Cüneyt Asan onun yemək seçimində kaprizli olmadığını deyir: “Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Onun özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir. Onun sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir. Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər”. 

Elçibəyin aşpazı da danışıb
Hamıdan danışıb, milli aşpazlardan yan keçmək olmaz. “Bəyin yanında ilk işə başladığım gün mənə dedi ki, dəftər alıb qeydlərimi aparım. Mən də gedib qeyd dəftəri aldım. Amma hər günü yaza bilmirdim. Yadımdan çıxırdı. 1 ay keçmişdi. Bəy məndən soruşdu ki, yazırsanmı? Pis olmasın deyə dedim ki, hə. O deyirdi ki, vaxt gələcək həmin qeydlər lazımlı olacaq. İndi fikirləşirəm ki, davamlı qeydlər aparsaydım, indi bir kitab yazmaq olardı. Elçibəy bu dünyada ancaq iztirab çəkib. Onun yanında olan bir şəxs kimi mən bütün bunları görmüşəm”.

ÐаÑÑинки по запÑоÑÑ ÆbülfÉz ElçibÉy
Bu sözləri Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun aşpazı olmuş Hənifi Mirzəyev illər öncə “Yeni Müsavat”a müsahibəsində deyib. O, müsahibəsində bildirib ki, Əbülfəz Elçibəyin aşpazı olmaq təklifi gözlənilməz olub: “Mən kollecdə oxuyanda Bəygilə qonaq getmişdim. Onun xanımı mənim bibim qızıdır. Ata tərəfdən də qohumluğumuz var. Qonaq getdiyim gün evdən çıxanda Bəy xanıma dedi ki, uşağa cibxərci ver, əliboş qaytarma. O vaxta qədər bir neçə dəfə evində olmuşdum. Amma yemək zövqünü bilmirdim”.

Hənifi bəy öncə eks-prezidentin “qara siyahısındakı” yemək barədə bunları danışıb: “Bəy plovu heç sevməzdi. Ümumiyyətlə, az yeyən adam idi. Daha çox ağartı yeməklər, xəmir xörəkləri yeyərdi. Dolmaya çox meyilli idi. Meyvələrdən ən çox əriyi sevərdi. Çox vaxt soba yeməkləri hazırlayardım”.

Müsahibimiz danışır ki, Elçibəyi yemək məsələsində kaprizli adlandırmaq olmazdı. Hətta eks -prezident səhər yeməklərindən də imtina edirmiş: “Səhərlər ancaq 1 stəkan şirə, ya da çay içərdi. Günortalar iqamətgaha gələndə yeməyini administrasiyanın mətbəxində bişirib gətirərdim. O da nə olsa yeyərdi. Heç vaxt mənim bişirdiyimə ”bəyənmirəm” deyə etiraz etməzdi”.

banker.az
  • Downvote 1
Link to comment
Share on other sites

Prezidentlər nə yeyir?

yu36993212.jpg

Birinci şəxslərin qida rasionu həm təhlükəsizlik baxımından, həm də qidaların keyfiyyət və tərkibinə görə ciddi nəzarət altında olur. 

 

Həkim və dietoloqların tövsiyə və göstərişləri də bu məsələdə önəmli rol oynayır. Amma bununla yanaşı, birincilərin öz xoşladıqları qidalar  da var. Bəzi prezidentlər imkan tapan kimi ciddi “qida menyusu”nu pozaraq öz istədikləri kimi qidalanır, “bəh-bəh”lə xoşladıqları təamları nuş edirlər.

 

Prezidentlərlə bağlı təqdim etdiyimiz yazı da bu haqdadır.

 

Amerika prezidenti Donald Trampın hələ seçkiqabağı kampaniyası ərəfəsində mətbuat onun qida rejiminin və qida rasionunun sağlam həyat tərzinə uyğun olmadığını dəfələrlə işıqlandırıb. Tramp dietoloqların göstərişlərinə, ümumiyyətlə, məhəl qoymur. O, çox asanlıqla səhər yeməyini ötürə bilər, günorta yeməyini iş masasının arxasında fastfudla yola verər, “Oreos” peçenyası ilə aclıq hissini dəf edər. Hətta prezidentin qızı İvanka jurnalistlərlə söhbətində atasının qidalanması məsələsindən narahat olduğunu bildirib: “Mən çox istərdim ki, atam sağlam qida məhsulları ilə qidalansın...”

 

Donald Trampın ən çox sevdiyi yeməklər toyuq qızartması, ət qızartması, yumurta qayğanağı, kartof frisi, fastfudlardır. Prezident özü də etiraf edib ki, bu qidalar faydalı deyil, amma onları çox xoşlayır.

Gilənarlı dondurma isə Trampın heç vaxt imtina etmədiyi məhsuldur. 

image.jpeg.059aa5fa5ba72da9e0e375e6632bcdbf.jpeg

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Trampdan fərqli olaraq qida rejimində və qida rasionunda daha “səliqəli”dir. Sağlam həyat tərzinə üstünlük verən Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Ən çox sevdiyi içki isə yaşıl çaydır.  Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin amerikalı həmkarı kimi hədsiz dərəcədə dondurma həvəskarıdır. Yəqin əks qütblü prezidentlər dondurmaya ona görə üstünlük verirlər ki, siyasi gərginlik zamanı soyuqqanlı olmağı bacarsınlar.

Link to comment
Share on other sites

В 8.2.2019 в 00:33, Zaman. сказал:

Tramp McDonalds dəlisi, Obama piroq həvəskarı…
Öncə ABŞ prezidentlərindən başlayaq. Prezident Donald Tramp həqiqi amerikan stilini sevir: o, fast-food həvəskarıdır. Faktiki olaraq, o, Ağ Evdəki mətbəx işçilərindən yeməkləri “McDonald’sdakı kimi hazırlamağı” tapşırıb. Ən çox sevdiyi isə qızardılmış almalı piroq və burgerlərdir. Amma burgerlər prezidentin xoşuna gəlməyib. Bunun da bir səbəbi odur ki, Ağ Evdə istifadə edilən məhsullar çox keyfiyyətlidir və restoranlar şəbəkəsindəkinin dadını vermir.

Toxun acdan nə xəbəri???

Bu mövzu üçün ancaq bu cümlə ağlıma gəldi.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 5 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 217 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Upvote
        • Like
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Haha
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Like
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Upvote
        • Like
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...