Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ərə gedən bir uşaq​​​​​​​


Zaman.

Recommended Posts

Azərbaycan: Ərə gedən bir uşaq

Ərə gedən bir uşaq erkən evliliklər

Vəfa Hümbətova Azərbaycanda son illərdə nikah yaşı tamam olmadan ərə verilmiş, təxminən, 28 min qızdan biridir.

17 yaşında ərə getmiş Vəfa deyir ki, o, ailə həyatı barədə həm məlumatsız, həm də hazırlıqsız olub. O düşünürmüş ki, ər evi onu ağır təsərrüfat işlərindən və yoxsulluğun gətirdiyi problemlərdən azad edəcək.

 

Lakin gözlədiyi kimi alınmayıb. Kasıblıq ər evinədək onu kölgə kimi izləyib.

"Atam evində hər gün sahələrə alağa gedirdim. Düşünürdüm ki, müvəqqətidir, ailə qurandan sonra mənə ərim baxacaq, bir də belə ağır işlər görməyəcəm. Ancaq belə olmadı", Vəfa deyir.

"Hamilə olduğumu 4-cü ayda bildim"

İmişli rayon sakini Vəfa Hümbətova ərə getdiyi il hamilə qalıb. Bu da onun üçün gözlənməz olub.

Ərə gedən bir uşaq, erkən evliliklər

Vəfa Hümbətova özü 17 yaşında ərə getməsinə baxmayaraq, qızların erkən ailə qurmasına qarşıdır. Deyir ki, ən böyük arzusu qızlarını oxutmaqdır.

 

"Savadım olmayıb. Ümumiyyətlə, anam bizi çox avam böyüdüb. Elə ona görə hamilə olduğumu 4 ay sonra bilmişəm. İmkansızlıqdan anamgillə gediş-gəliş də olmayıb ki, ondan nəsə öyrənəm…"

 

İlk hamiləliyindən xəbərsiz olan Vəfanın halı pisləşəndə elə bilib, sadəcə xəstədir. Həkimə aparılarkən xəstəxanada məlum olub ki, beş aydan sonra uşağı doğulacaq.

Bundan sonra hamiləliyi boyunca Vəfa bir dəfə də tibbi müayinəyə getməyib.

İlk uşağının doğuşu çətinliklə baş tutub və üç gün xəstəxanada qalıb; o qədər xərcləri çıxıb ki, Vəfa qızını evdə doğmadığına peşman olub.

 

"Uşağı xəstəxanada verdilər qucağıma. İnanın, özümü ana kimi hiss edə bilmirdim. İçimdə sevinc yox, kədər vardı. Camaat ana olduğuna sevinirdi. Mən isə ailəni xərcə saldığıma görə üzülürdüm. Fikirləşə-fikirləşə qalmışdım ki, necə böyüdəcəm, ehtiyaclarını necə ödəyəcəm... Elə bil Allah məni cəzalandırdı. İki ay sonra uşağın bədəni yara tökdü, öldü. Sonradan dedilər ki, həkimə aparsaydın, belə olmazdı".

ərə gedən bir uşaq erkən evliliklər

"Bu həyatı yuxumda görsəydim, inanmazdım. Allah imkan yetirə, qızlarımı oxudam, mənim kimi olmayalar", - deyir 25 yaşlı Vəfa Hümbətova.

 

Vəfa 18 yaşı olanda ikinci qızını dünyaya gətirib. Bir müddət sonra üçüncü uşağa hamilə qaldığı ortaya çıxanda isə ailədə narazılıq yaranıb - başqa bir qarın doydurmağa imkan olmadığı üçün. Lakin hamiləliyin 6-cı ayı abort üçün gec idi.

"Bu dəfə qorxumdan uşağı 10 günlüyündə həkimə apardım. Dedilər, ürəyində yırtıq var. Pulsuzluqdan Bakıya normal həkimə apara bilmədik. Elə ara həkimlərinə, türkəçarəçilərə göstərdik. Onun da xeyri olmadı, 4 aylığında öldü. Kədərdən ciyərlərim xəstə düşdü. Bu günədək müalicədəyəm. 25 yaşımda yarımcan olub, oturmuşam".

Bununla belə, qısa müddətdən sonra Vəfa yenə hamilə qalır. Hazırda onun iki qızı var - biri 7, digəri 2 yaşında.

Ərə gedən bir uşaq, erkən evliliklər

Həm evdə, həm də sahədə işləyir Vəfa. Aylıq 200 manatı keçməyən gəlirlə 2 uşaq böyüdür.

 

Vəfa əri və 2 uşağı ilə birlikdə qaynatasıgillə birgə yaşayır. Həyat yoldaşının qardaşı da onlarla bir evi bölüşür. Beləliklə, 3 otaqlı evə 10 nəfər sığışıb.

Səhhəti əl vermədiyi üçün Vəfa işləyə bilmir, ona görə də ailə gözünü toyuq sexində işləyən ərinin qazancına dikib. Deyir, elə olur ki, aylarla maaş ala bilmir.

 

İndi Vəfanın ən böyük istəyi odur ki, qızlarını oxuda bilsin. "Mən bu həyatı yuxumda görsəydim, inanmazdım. Allah imkan yetirə, qızlarımı oxudam, mənim kimi olmayalar".

Erkən nikahlar adətən ailələrin istəyi və təkidilə baş tutur. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər.

ərə gedən bir uşaq erkən evliliklər

Onlar bir evdə 10 nəfər yaşayırlar. 6 böyük, 4 uşaqla birgə 3 otağa yerləşiblər.

"53 kilodan 95 kiloya qədər çəki artırdım"

18 yaşlı digər İmişli sakini Əzizə Əliyeva bir vaxtlar müəllimə olmaq arzusunda imiş. Lakin məktəbi buraxmalı olub, çünki 15 yaşında "həri"si verilib, bir il sonra isə toyu olub.

Əzizənin əri anasının dayısı oğludur, onlar tanış olanda Əzizə 13 yaşında idi.

"Bizə gəlib gedirdilər. Onda görmüşdük bir-birimizi. Xoşum gəlirdi, sən demə, onun da məndən xoşu gəlirmiş. Sevmək, nişanlanmaq mənə maraqlı gəlirdi. Ancaq evliliyin çətinlikləri, hamiləlik haqqında düşünmürdüm. Nə də mənə bunu kimsə izah etmişdi. Hələ onda 13 yaşım var idi", Əzizə xatırlayır.

ərə gedən bir uşaq erkən evliliklər

18 yaşlı Əzizənin bir zamanlar müəllimə olmaq arzusu var idi. Amma məktəbə yox, ərə getməli olub.

 

Əslində valideynlər gəncləri belə erkən evləndirməyi nəzərdə tutmayıbmış: nişan mərasimindən sonra ailələr gözləyirmişlər ki, maddi vəziyyətləri düzəlsin, ondan sonra toy etsinlər. Lakin həmin vaxt 22 yaşında olan nişanlısı qərar verib ki, gözləməyin mənası yoxdur.

 

"Yoldaşım dedi, bu qədər gözləmişik, nə siz varlanmısınız, nə də biz. Bundan sonra da varlanmayacağıq. Qoşulub qaçdıq. Ondan 16 gün sonra toyumuz oldu".

Toydan bir ay sonra Əzizə hamilə olduğunu hiss edib. Doqquz ay boyunca şiddətli ağrılar çəkdiyini deyir.

"53 kilodan 95 kiloyadək artdım. Bütün bədənim çatlayıb, qanayırdı".

ərə gedən bir uşaq erkən evliliklər

Əzizəyə 15 yaşında elçi gəlib. 16 yaşında isə nişanlısına qoşulub qaçıb.

 

Əzizə deyir ki, nə onda, nə də indi özünü ana kimi hiss edə bilir.

"Bəlkə də yaşımın azlığındandı, bilmirəm. Bura gələndə dəlisovluğum da başımda idi, özümü uşaq kimi hiss edirdim. Ancaq oynamaq haqqında düşünürdüm. Qaynanam dedi, darıxma, bir neçə aya öz gəlinciyini qucağına alıb, oynadacaqsan. Sənə başqa oyuncaq lazım deyil".

 

Oğlu Məmmədi dünyaya gətirəndə Əzizə ona əl vurmağa da qorxurmuş. "O qədər kiçik, zəif idi ki... Bir o qədər də mənə yad idi".

ərə gedən bir uşaq erkən evliliklər

Əzizənin oğlu Məmməd 2 yaşındadır. Ancaq hələ indi-indi özünü ana kimi hiss etməyə başlayıb.

 

Körpəni demək olar ki, Əzizənin qaynanası böyütməli olub. Baldızı isə yavaş-yavaş uşağa necə qulluq edəcəyini başa salıb.

"Gecələr durub ağlayırdı, ürpənə-ürpənə süd verirdim. Yoldaşım kömək edə bilmirdi. İşləyirdi, yorğun gəlib, daş kimi yatırdı".

 

Əzizə daha bir uşağı olmasını hələ ki, istəmir. "Gözləyirəm yaşım bir az da artsın, bəlkə, özümü ana kimi hiss edəm. O vaxtadək ikinci uşaq istəmirəm".

ərə gedən bir uşaq erkən evliliklər

Əzizə Əliyeva ailə quranda uşaq, hamiləlik haqqında düşünməyib. Deyir, ailə həyatına oyun kimi baxırmış.

Erkən nikah, erkən doğuş, erkən ölüm 

21 yaşlı Gülmirə Məmmədova da ilk hamiləliyini ağır keçirib. 18 yaşında ərə getmiş Gülmirə İmişlinin Bəcirəvan kəndindəndir.

Deyir ki, əslində kənd yeri üçün 18 yaş o qədər də erkən sayılmır. Amma özü üçün çox erkən idi.

"Uşaq idim, çox şeyi bilmirdim. Ən azından fikirləşirdim ki, yaxşı evim-eşiyim olacaq. Mən də hər gün bişirib-düşürəcəm. Oyun kimi baxırdım evlənməyə. Sonra gələn kimi hamilə qaldım. Hamiləlik əsl zülm idi. Sonradan dedilər ki, bədən cavan olub, yetişdirə bilmirmiş".

 

İlk doğuşundan cəmi dörd ay sonra məlum olub ki, Gülmirə yenə hamilədir. Lakin bədəni bu hamiləliyə tab gətirməyib, uşaq ana bətnində tələf olub. Xəstəxanada özü də ölümdən qayıdıb.

"8 aylıq uşaq bətnimdə öldü. Günlərlə bunu bilmədən yaşamışam. Məni huşsuz vəziyyətdə xəstəxanaya çatdıranda zəhərlənmə qanıma keçmişdi. Bəxtim gətirdi, sadəcə. Ölümdən qayıtdım", deyə Gülmirə bildirir.

ərə gedən bir uşaq erkən evliliklər

Əzizəyə uşaq saxlamağı qaynanası öyrədib. Hələ də bir yerə gedəndə uşağı ona tapşırıb çıxır.

 

Gülmirənin əri elektrik ustasıdır. Kənddə kiminsə işığında problem olanda çağırırlar, cibinə 2-3 manat qoyurlar. Ailə ünvanlı sosial yardıma da müraciət edib, lakin rədd cavabı alıb.

Gülmirə Məmmədova elə ikinci övladını da pulsuzluq səbəbindən itirdiyini deyir.

"İkinci uşağa hamilə olanda biraz narahat idim. Ancaq həkimə getməyə imkan olmurdu. Nəticədə uşaq öldü. İndi iki uşağım var. Baxın, böyük qızımın 3 yaşı olacaq. İndiyə qədər bircə dəfə həkimə apara bilmişəm. Qayğılar artıb, həyat daha da çətinləşib".

ərə gedən bir uşaq erkən evliliklər

Əzizə həyat yoldaşının ailəsi ilə birgə bu balaca evdə yaşayır. "Çətindir, ancaq neyləmək olar, bu həyatı özüm seçmişəm" deyir.

28 min qız…

Rəsmi statistikaya görə, 2007-2017-ci illərdə Azərbaycanda 28 min qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.

"Erkən nikah, erkən hamiləlik, erkən doğuş həqiqətən təhlükəlidir. Erkən yaşda dünyaya uşaq gətirmək həm ananın, həm də uşağın səhhətində problemlərin yaranmasına səbəb olur. Çox vaxt ana və ya uşaq ölümü ilə nəticələnir. Üstəlik, gənc qadınlar ana olmanın məsuliyyətini dərk etmədiklərindən həmin uşağın gələcəyi üçün də problem yaranır", Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bu fikirdədir.

 

Erkən nikahların sayının çox olmasına gəlincə, Şəhla İsmayıl hesab edir ki, burda yoxsulluq və təhsilsizlik böyük rol oynayır. "Təhsilsiz və yoxsul ailələrdə bu fenomenin baş verməsi ehtimalı təhsilli və təminatlı ailələrdən bir neçə dəfə çoxdur".

Link to comment
Share on other sites

6 часов назад, Zaman. сказал:

Talenin acısın çox erkən dadıblar bu uşaqlar....

Kimdir günahkar?

Məncə ərə getmək üçün vaxtsız özünə bəzək-düzək verənlər, güclə özünü 15 yaşında ikən 25 yaşındakı qıza bənzətmək sevdasında olanlar.. Ərə getməyi, ailə qurmağı, insanlar döndərib vazgecilməz bir məsələyə. Mütləq olmalıdır, yoxsa aləm dağılar. Axı hamı savadlı ola bilməz, elm baxımından. Bütün qızlar ali təhsilli də ola bilməzlər, nə qədər ki böyükər azyaşlı qızlarını qollarına taxıb toy-düyün gəzəcəklər, o qədər vaxtsız oyadacaqlar onların uşaq gözlərini zorla böyükər bu aləmə açırlar. Analar var ki öz qızlarını elə bəzətirlər ki toya aparanda gəlin utanır onların yanında. Sanki alış veriş gedir. Sanki rəqabətdir. Bunun günahı bir obyekt üzərində deyil. Zəncirvari uzanıb gedir, ta ki həmin  zəncir boğub öldürüncə onları

Edited by Hud Nero
  • Like 2
Link to comment
Share on other sites

Ümumiyyətlə, bizim millət, bir-birinin həyatını zəhərləməyi sevən millətdir.Mən deyirəm də, ölsəm, infarktdan öləcəm axırda.Çünki mən bu ölkədə heçkimə heçnəyi sübut edə bilmirəm.Axırda da hələ məlum olur ki, günahkar elə mən özüməm, pis kişi də mən özüməm.Bax bu bizim daima aktual olan bədbəxtçiliklərimizin üstündə o qədər mübahisə etmişəm ki yaxınlarımla da,tanışlarımla da.İnanırsınız, adama anormal kimi baxırlar ee, öz həyat tərzləri və xəstə təfəkkürləri bunlara normal bir şey imiş kim gəlir.Mən də ağ qarğa kimi, həmişə üsyançı baxışlarıma görə daşlanıram (o da ki, üsyançılıq bir şey də yoxdur ee əslində).Hərdən elə acıqlanıram ki, deyirəm elə "sizə nə olursa,haqq olur".O dərəcəyə çatdırırlar ki, az qalırsan özündən şübhələnəsən ki, bəlkə problem elə həqiqətən mənim özümdədir,bu "gözəl" insanların haqqına girib edirəm, xəbərim yoxdur.Nə bilim ee, hərdən elə sərt şəkildə küfür etməklə əsəblərimi soyuduram.Ömrü boyu ağzına söyüş almayan mən, Azərbaycana köçəndən söyüş söyüşün üstündədir.Bu da bizim cəmiyyətimiz.Bura elə bir ölkədir ki,bir balaca əsəblərin zəif oldu, son mənzilin ruhi dispanser olacaq.Çünki haqsızlıq,vicdansızlıq,şərəfsizlik,yalan,böhtan,cahillik və s. baş alıb gedir bu məmləkətdə.Və özlərindən olmayanları ya özlərinə çevirməlidilər, ya da həmin adam presslənib gedəcək təzyiqin altında.Yeganə çıxış yolu - baş götürüb qaçmaqdır.Erkən nigahlar,rüşvətxorluq,şorgözlük,inçest,acgözlük,görməmişlik və s.Hər şeyin ifratı. Ətir vuranda belə,bütün flakonu üstlərinə boşaldırlar ee..Və bu cür mənşəyi bilinməyən insanlar çıxıb orada-burada haqdan-nahaqdan, dindən-imandan danışırlar.

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

31 minutes ago, SAPAND said:

Bu kəndlərdə 5-10 ziyalı , oxumuş adam yoxdur ?  :mellow:

Olsa belə, nə xeyri? İndi ziyalıları kim ciddiyə alır ki? Yeni bir düşüncə yaranıb: oxumaq, ziyalı olmaq heç bir fayda vermir, əsas odur ki, "həyat" məktəbini bitirəsən. Heç bir yerdə oxumasan da olar. Hələ bir bununla fəxr də edirlər.

  • Like 1
Link to comment
Share on other sites

13 часа назад, Hud Nero сказал:

Məncə ərə getmək üçün vaxtsız özünə bəzək-düzək verənlər, güclə özünü 15 yaşında ikən 25 yaşındakı qıza bənzətmək sevdasında olanlar.. Ərə getməyi, ailə qurmağı, insanlar döndərib vazgecilməz bir məsələyə. Mütləq olmalıdır, yoxsa aləm dağılar. Axı hamı savadlı ola bilməz, elm baxımından. Bütün qızlar ali təhsilli də ola bilməzlər, nə qədər ki böyükər azyaşlı qızlarını qollarına taxıb toy-düyün gəzəcəklər, o qədər vaxtsız oyadacaqlar onların uşaq gözlərini zorla böyükər bu aləmə açırlar. Analar var ki öz qızlarını elə bəzətirlər ki toya aparanda gəlin utanır onların yanında. Sanki alış veriş gedir. Sanki rəqabətdir. Bunun günahı bir obyekt üzərində deyil. Zəncirvari uzanıb gedir, ta ki həmin  zəncir boğub öldürüncə onları

 

bu da düz fikirdir, əslində. hər kəs təhsilli, elmli ola bilməz. çünki fərqli bacarıq və imkanlara malikdirlər. 

amma tez ailə qurmaqda da böyük pislik yoxdur. qızların güvənli, arxalı olmaq meylindən irəli gəlir bu. onlar xəyalən bu yolla ovunmaq istərdilər. güman edirlər ki, ər onlardan güclü olacaq )) aldanırlar. 

20 часов назад, Zaman. сказал:

Talenin acısın çox erkən dadıblar bu uşaqlar....

elə də uşaq deyillər axı )) 

 

özü yıxılan ağlamaz, deyiblər...

Edited by NOIR
Link to comment
Share on other sites

Только что, Zaman. сказал:

bu çox gözəl misaldır, amma aqlamayan görmədim))

deməki ki düzgün dərs almayıblar ))

elə isə, bir daha da büdrəyib yıxılacaqlar... ta ki düzgün "həyat dərsi" alanacaq )

Link to comment
Share on other sites

8 часов назад, Deymon Salvatore сказал:

Ümumiyyətlə, bizim millət, bir-birinin həyatını zəhərləməyi sevən millətdir..

bunu bütün millətə şamil etmək düzgün deyil

Link to comment
Share on other sites

reprikalarla ünsiyyət Zaman_stilidir ? :rolleyes:

 

"Zaman" bəy, qadın üçün savadlı olmaq gələcəkdə baş verə biləcək həyati risqlərdən müəyyən qədər sığortalanmaq deməkdir, məncə, vəssalam )) özünü reallaşdırmaq vasitələrindən biridir. amma erkən nikah imkanı varsa, niyə də ailə qurmasın belə xanımlar ? ) həm də ki, əgər kişi - ər kişidirsə... 

 

Link to comment
Share on other sites

13 часа назад, Hud Nero сказал:

Ərə getməyi, ailə qurmağı, insanlar döndərib vazgecilməz bir məsələyə. Mütləq olmalıdır, yoxsa aləm dağılar. 

Şərq, Qafqaz, mentalitet və..........din.

Bu ünsürlərdən vaz keçmək cox müşkül məsələdir.

 

"vətəndaş" nigahı, siğə və s. bizim cəmiyyətdə tənqidə, təhqirə məruz qalır.

Hətta fatal nəticə ilə də bitir.

 

Link to comment
Share on other sites

2 минуты назад, NOIR сказал:

1 reprikalarla ünsiyyət Zaman_stilidir ? :rolleyes:

2 "Zaman" bəy, qadın üçün savadlı olmaq gələcəkdə baş verə biləcək həyati risqlərdən müəyyən qədər sığortalanmaq deməkdir, məncə, vəssalam ))

3 özünü reallaşdırmaq vasitələrindən biridir. amma erkən nikah imkanı varsa, niyə də ailə qurmasın belə xanımlar ? )

4 həm də ki, əgər kişi - ər kişidirsə... 

1) qələm düşdü əlimdən)))))

2) Azərbaycanda ali savad artıq sığorta deyil))

3) qadın və karyera. Gözəl mövzudur)). Amma nəzərə alsaq ki ölkədə  işsizlik baş alıb gedir və cavanlarımız çox qısqancdır, çətin ki gəlinin diplomu nənəsinin sandıqından çğlə çıxsın))

4) nər kişilər oldu ər kişilər. İndi isə Samiraldo meydanda kəhər atdadır.))

  • Like 1
Link to comment
Share on other sites

İndiki qızlar nə oxumaq istəyir nədəki karyera qurmaq arzusundadılar.
Hazıra nazir olub, ər çörəyi yemək istəyirlər.
Ailə quran kimi diplom unudulur, təhsil yadan çıxır.
Uşağ dünyaya gətirib yerlərini bərkidib otururlar ər boynunda.
Bu Azərbaycanın acı gərçəyidi.
10 təhsil almış qızın içindən 1 nəfəri təhsil karyera düşündürür.
Qalanını isə kimə gedək, yağlı yer tapaq özümüzə gün ağlayaq fikirləri ilə oturub dururlar.
Analar,atalar isə qızlarını satırlar mədəni sürətdə.
Bu mövzu mentalitetimizin ən ayıb yönüdü.

  • Like 2
Link to comment
Share on other sites

gunahkar valideynler ve lazimsiz mentalitet qaliqlari. indiki zemanede gizin 22-25 yashi varsa, o evde galmis damgasiyladir.dehset!ancag bizde beledir. insanlar 25-30 yaslarinda evlenirler ve daha rahat heyatlarin qururlar. Hacan ki bu lazimsiz bezi mentalitet novlerinden canimizi gurtaraciyik, ondada insanlarimiz rahat yasayacag ve xosbext aile guracag!

Link to comment
Share on other sites

23 часа назад, Zaman. сказал:

bunu bütün millətə şamil etmək düzgün deyil

Məlum məsələdir ki, söhbət çoxluqdan gedir, Zaman.Mən də bu millətin nümayəndəsiyəm də, özümə şamil edirəm bütün sadaladıqlarımı bəyəm?Ancaq acınacaqlı da olsa, göz önündə olan faktlar var.Məncə, özünüz də bunu çox gözəl bilirsiniz.Sadəcə olaraq, bununla barışmaq çətindir.Mən də bir vaxtlar özüm-özümü aldadırdım.Gündəlik rast gəldiklərim isə, tam əksinin göstəricisi idi və mənim ümidlərimi puça çıxarırdı.

Link to comment
Share on other sites

23 часа назад, Zaman. сказал:

1) qələm düşdü əlimdən)))))

qələm deməyin )) deyin ki, bəs forumun sütunu, dayağı düşüb )))

23 часа назад, Zaman. сказал:

2) Azərbaycanda ali savad artıq sığorta deyil))

+ sponsor )

23 часа назад, Zaman. сказал:

3) qadın və karyera. Gözəl mövzudur)). Amma nəzərə alsaq ki ölkədə  işsizlik baş alıb gedir və cavanlarımız çox qısqancdır, çətin ki gəlinin diplomu nənəsinin sandıqından çğlə çıxsın))

istedad, bulaq suyu kimi bir şeydi, mütləq bir yol tapıb üzə çıxacaq - ümumi dedim bunu və obrazlı )

pataloji qısqanclıq bir ayrı söhbətin mövzusudur. amma ki qədərində qısqanclıq kişiyə çox yaraşır, münasibətləri tarazlığa gətirir.

23 часа назад, Zaman. сказал:

4) nər kişilər oldu ər kişilər. İndi isə Samiraldo meydanda kəhər atdadır.))

) şərhsiz... 

Edited by NOIR
Link to comment
Share on other sites

22 часа назад, Bamiya сказал:

İndiki qızlar nə oxumaq istəyir nədəki karyera qurmaq arzusundadılar.
Hazıra nazir olub, ər çörəyi yemək istəyirlər.
Ailə quran kimi diplom unudulur, təhsil yadan çıxır.
Uşağ dünyaya gətirib yerlərini bərkidib otururlar ər boynunda.
Bu Azərbaycanın acı gərçəyidi.
10 təhsil almış qızın içindən 1 nəfəri təhsil karyera düşündürür.
Qalanını isə kimə gedək, yağlı yer tapaq özümüzə gün ağlayaq fikirləri ilə oturub dururlar.
Analar,atalar isə qızlarını satırlar mədəni sürətdə.
Bu mövzu mentalitetimizin ən ayıb yönüdü.

razıyam sizinlə.

qızlar çox tənbəldir, çoox. özlərinə əziyyət vermək istəmirlər. ümumiyyətlə, gənc nəsil amalsız yetişir elə bil, necə düşünürsünuz.. ? 

nəyəsə arxayındırlar yoxsa ?

insan öncə özünə arxayın deyilsə, ərə ya ataya, övladına ya bəxtinə necə güvənə bilər ? )

Edited by NOIR
Link to comment
Share on other sites

razıyam sizinlə.
qızlar çox tənbəldir, çoox. özlərinə əziyyət vermək istəmirlər. ümumiyyətlə, gənc nəsil amalsız yetişir elə bil, necə düşünürsünuz.. ? 
nəyəsə arxayındırlar yoxsa ?
insan öncə özünə arxayın deyilsə, ərə ya ataya, övladına ya bəxtinə necə güvənə bilər ? )
Bilirsiz insanı gözələşdirən onun ruhudu, təbiəti, huyudu.
Qızlarımız nəinki tənbəl olublar, hətta incəliklərini itiriblər.

Gəlin sadə bir misal çəkim.
Küçədə oğlan qıza söz atanda(yəni şirin söz deyəndə) utanıb başını aşağı salıb yoluna davam etməkdənsə, indiki 20 yaşlı qızlar Maşallah bir təhqirlərə keçirlər ki, qırağdan baxan düşünür ki, görəsən bu qız hansı qadın cinayət evindən çıxıb.
Bir şirin sözə elə təhqiramiz ifadələr işlədilər ki, insan bilmir hansı ana tərbiyə verib bu cüvənazana?! (

Yəni qızlarımızın nə incəliyi qalıb nə gözəl huyları.Bir çoxundan soruşsan şeir, rəsm çəkməyi, kitab oxumağı sevirsən? Cavab bu olur -"eee ürəyim sıxılır elə şeylərdən"

İndi sizin dediyiniz kimi, bir insan özünə arxayın deyilsə, ərə ya ataya necə güvənə bilər?
Güvənci onlara ata ana verir, şəraiti yaradırlar, qorxma atan arxandadı. qorxma anan yanındadı deyə deyə.
Siz elə bilirsiz mənim atam fərqlidir?
Yox oda deyir, qızım mən varam))(yəni yaxşı mənada)
Yəni bizləri (Azərbaycan qızlarını ) öz milli mental əxlaq dəyərləri ilə böyüdürlər. Qızım sən əziyyət çəkmə atan həm yanında, həm arxandadı ))
Amma ata anadan istifadə etmədən həyat yollarını düzgün idarə edib etməmək öz seçimimizdir.
Seçimlər isə bir çox hallarda asan yol olur. Yəni həyat tərzləri adi,sıradan bir seçim olur.
Yaşamaq, yaratmaq, qurmaq, kəşf etmək, irələyiş yapıb seçilmək onlar üçün çətin yoldu.
Qayıdıram ilk yazdığım cümləmə.
Təbiəti ruhu zəif olan qızlarımız çoxluq təşkil edir. Dilləri yıxıb-dağıtmağa, yalana meyillidir. Amma yaradıb yaşatmağa ruhları zəif, təbiətləri kasıbdır.

  • Like 1
Link to comment
Share on other sites

17 minutes ago, Bamiya said:


Gəlin sadə bir misal çəkim.
Küçədə oğlan qıza söz atanda(yəni şirin söz deyəndə) utanıb başını aşağı salıb yoluna davam etməkdənsə, indiki 20 yaşlı qızlar Maşallah bir təhqirlərə keçirlər ki, qırağdan baxan düşünür ki, görəsən bu qız hansı qadın cinayət evindən çıxıb.
Bir şirin sözə elə təhqiramiz ifadələr işlədilər ki, insan bilmir hansı ana tərbiyə verib bu cüvənazana?! (
 

 

Postun digər hissələri ilə işim yoxdur, amma bu hissə mübahisəlidir )). Hər nə qədər şirin və ürəyə yatan da olsa, yolda tanımadığın birinə birbaşa söz ünvanlamaq etik deyil. O ki qaldı bizdə söz atmaq.

  • Like 1
Link to comment
Share on other sites

46 минут назад, Bamiya сказал:

Təbiəti ruhu zəif olan qızlarımız çoxluq təşkil edir. Dilləri yıxıb-dağıtmağa, yalana meyillidir. Amma yaradıb yaşatmağa ruhları zəif, təbiətləri kasıbdır.

Bu sizin fikrinizdir yoxsa kimsə sosial sorğu keçirib?)))

Link to comment
Share on other sites

 
Postun digər hissələri ilə işim yoxdur, amma bu hissə mübahisəlidir )). Hər nə qədər şirin və ürəyə yatan da olsa, yolda tanımadığın birinə birbaşa söz ünvanlamaq etik deyil. O ki qaldı bizdə söz atmaq.
Razıyam sizinlə. Əlbəttə xoşagəlməz haldı, hər nə qədər günahsız bir xoş söz olsa belə.
Amma cavabı xanımın aqressiv olmamalıdır. Yoluna davam.
Yəni qadına yaraşmaz kişi xeylağı ilə deyişmək.Bu bir tərbiyə növüdü, qadının xanımlığı hər zaman üzərində olmalı, sırğa kimi hər zaman asılı olmalıdır üzərində.
Bu bir adi misal idi yəni.

Link to comment
Share on other sites

Just now, Bamiya said:

Razıyam sizinlə. Əlbəttə xoşagəlməz haldı, hər nə qədər günahsız bir xoş söz olsa belə.
Amma cavabı xanımın aqressiv olmamalıdır. Yoluna davam.
Yəni qadına yaraşmaz kişi xeylağı ilə deyişmək.Bu bir tərbiyə növüdü, qadının xanımlığı hər zaman üzərində olmalı, sırğa kimi hər zaman asılı olmalıdır üzərində.
Bu bir adi misal idi yəni.
 

Bununla da razı deyiləm. Cavabını vermədikləri müddətdə söz atanların ayağı yer alır. Həm də nə məcbur olub ki, bu durumla barışıb heç bir şey deməsinlər? Susdurmaq lazımdır, yoxsa yox?

Link to comment
Share on other sites

Bununla da razı deyiləm. Cavabını vermədikləri müddətdə söz atanların ayağı yer alır. Həm də nə məcbur olub ki, bu durumla barışıb heç bir şey deməsinlər? Susdurmaq lazımdır, yoxsa yox?

Museyib bəy-Millətin ağzı torba deyil ki büzəsən. Deyilən sözlərə, atılan xoşagəlməz sözlərə engel olmadığımız durumlar var.

Mən muhatab olmamagın tərəfdarıyam.

Mənim xanımlığım hər şeydən üstündü.

Susdurmaq üçün, yoluna davam yaraşar qadına.

 

Link to comment
Share on other sites

9 minutes ago, Bamiya said:

Museyib bəy-Millətin ağzı torba deyil ki büzəsən. Deyilən sözlərə, atılan xoşagəlməz sözlərə engel olmadığımız durumlar var.

Mən muhatab olmamagın tərəfdarıyam.

Mənim xanımlığım hər şeydən üstündü.

Susdurmaq üçün, yoluna davam yaraşar qadına.

 

Belə yerdə deyirlər ki, oğrunun heçmi günahı yoxdur? Yolun kənarında dayanıb gələn gedənə söz atana bir şey deməyək, amma bundan narahat olub cavabını verdiyi üçün qızın tərbiyəsini tənqid edək. 

Link to comment
Share on other sites

Belə yerdə deyirlər ki, oğrunun heçmi günahı yoxdur? Yolun kənarında dayanıb gələn gedənə söz atana bir şey deməyək, amma bundan narahat olub cavabını verdiyi üçün qızın tərbiyəsini tənqid edək. 
Əsla.Qətiyyən tənqid deyil.
Mən sadəcə olaraq nöqsan göstərmək məqsədilə söylədim.
Tərbiyədə nöqsan olduğunu bildirirəm.

Əlbəttə hər kəsin şəxsi düşüncəsi var.
Yolun kənarında dayanıb gələn gedənə söz atanın qüsuru, qəbahəti, eyibi onun tərbiyəsidi.
Hər birimiz qoşulsaq,o şəxslə söz güləşdirsək, bizim nə fərqimiz qalacaq o yol kənarında dayananla?!

Link to comment
Share on other sites

İnsan ister gözel olsun,ister çirkin.İster ağıllı ister avam,ister varlı ister kasıb.Bir insan ki,xoşbext deyil bunların menası qalmır.İnsan her bir halda özünü küskün,yorğun,tenbel ve s hiss edir.

Aile qurmaq çox çetindir.Müeyyen yaşa çatmaq vacibdir.İnsan ne istediyini yaxşı bilmelidir.

Gel gör ki,bezen bu halda da oxumuz hedefe deymir.

Az yaşda qurulan evliliklere qarşıyam.Qeti.

Link to comment
Share on other sites

On 2/17/2019 at 9:15 PM, NOIR said:

heç nə başa düşmədim...

 

Kasib ailenin 3 usagi var ,, Nedense kasiblar 1 usaqla kifayetlenmir .

Indi hansi devirdi ki ilde bir usaq dunyaya getiresen baxa bilmirsense . 

Basa dusduk ki kimlerdense narazidir , bu dunyaya usaqlari dalba dal getirib onlara hansi ixtiyarla bu sefaleti yasadirlar ,, plus biri de yara sepmekden dunyasini deyisib.

 

 

 

 

 

Link to comment
Share on other sites

В 24.02.2019 в 23:41, Идэр сказал:

Kasib ailenin 3 usagi var ,, Nedense kasiblar 1 usaqla kifayetlenmir .

övlad kasıbın yeganə var-dövlətidir )

В 24.02.2019 в 23:41, Идэр сказал:

Indi hansi devirdi ki ilde bir usaq dunyaya getiresen baxa bilmirsense . 

məsuliyyət hissi dayazdır, o səbəbə

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 3 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 149 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 287 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Upvote
        • Like
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...