Jump to content
Kenul2012

Millətin deqradasiyası

Recommended Posts

Millet kimi deqradasiyaya uğrayırıq..Sizce niye?

 

Milli deyerleri itiririk,mentalitet adı altında bize ne sırınıb bilmirik( er arvadın başını qırxır,ya yataqda videosunu yayır)

 

Adetler unudulur,yaxşılıq etmek,böyüklere hörmet,aile deyerlerini qorumaq (3 günlük körpeler zibil qutusunda,3 uşaqla qadınlar sıĝınacaqlarda) arxa plana keçir.

 

Cırtqozluq,her söze göre bıçağa el atanlar ( qızın şalını götüren gencin bıçaqlanması ) her söze göre televizora,instaqrama çıxıb abrını bayırda qoyanlar qadınmı,qızmı deyim "insanlar"

 

Yalançılar,palançılar.Zor,şiddet..

 

Bunlar daxili keyfiyyetlerdir..Xarici keyfiyyetlerin deqradasiyasından sonra danışaq...

 

 

Bax,meni düşündüren budur..Niye getdikce pisleşirik..Bir toplum,bir millet olaraq ireli getmekden,inkişaf etmekdense geri gedirik...Ne qeder inkar etsek de bu geriliyi görmeye bilmerik...Bir deqiqe 5-6 sinif uşagını küçeye tek buraxa bilmirik.Nese olacaq ,ya özü nese edecek ..Oysa biz o yaşda nece azaddıq. Saysam bitmez..

 

Yenemi her şeyin günahkarı WhatsApp dır?)Yaşlı qadınlar söhbet edende tek günahı WhatsAppda görür)Bu bir ironiyadır ,tebii ki..

Real olsaq..Niye pisleşirik,niye geri gedirik?

Millet olaraq süquta uğrayırıq deyerdim..

 

 

 

Share this post


Link to post
Share on other sites

Bedbin insan deyilem.Hemişe sabaha ümidle baxmışam,baxıram...Ancaq bezen ne yalan deyim,gördüklerim,duyduqlarım içimde qorxu yaradır..Bizim sabahımız,bizim geleceyimiz,bizim övladlarımız...

Share this post


Link to post
Share on other sites

Butun sadalanan meseleler tekce bizim milletde deyil indi dunyanin her bir olkesinde bash verir..Hara gedirsen her kes  insanlarin bu cur yaxshiliga dogru olmayan deyishmelerinden gileylenir..Duzdur avropalilar butun gunahi gacginlarla baglayirlar,amma coxlari bunu coxsayli amillerden biri kimi gosterirler..Ona gore de  fikirleshmeyin ki,bu problemleri tekce biz yashayirig..Dunya o geder globallashib ki,artig problemler de umumi xarakter dashiyir..

  • Upvote 2

Share this post


Link to post
Share on other sites

men size deyim ki, bu milli degradasiya internet sebekelerinin yayilmasindan baslanib. Tek biz degradasiyaya dusmuruk. 

Share this post


Link to post
Share on other sites

Səbəblərin səbəbi düşüncə tənbəlliyidir. Insan əsl xoşbəxtliyin nə olduğunu dərin düşünsə həyatın ciddiliyini anlayar.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
В 18.01.2019 в 00:40, Error_sp0113 сказал:

men size deyim ki, bu milli degradasiya internet sebekelerinin yayilmasindan baslanib. Tek biz degradasiyaya dusmuruk. 

 

internet şəbəkə informasiya məkanıdır. internet - informasiyanın ötürülməsini, yayılmasını və bununla da hadisələrin gedişatını sürətləndirir, sadəcə. hadisələrin ardıcıllığı isə heç də həmişə səbəb-nəticə asılılığı demək deyil.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Xeyir, əhəmiyyətli deqradasiya yoxdur. Belə bir vəziyyət hər zaman olub, var və böyük ehtimalla olacaq. Sadəcə indi bu hal üzə çıxıb, aşkar olub.
"Deqradasiya olur" deyərək sanki əvvəl millət çox yüksək səviyyədə idi təsuratı yaradmaq lazım deyil. Həqiqətlərə açıq baxmaq lazımdır ki, problem həll oluna bilsin. Problemi kamufle edərək, emosiyalaşdıraraq heçnə həll etmək mümkün deyil. Xilas üçün ilk addım, acı da olsa, həqiqəti qəbul etməkdir.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
Yanlış bir fikir! İnternetden elme yiyelenmek üçünde istifade etmek mümkündür. Onu primitiv meqsedler üçün istifade eden ünsür, ferd ve daha qlobal bütöv bir cemiyyet - bununla öz rezilet içinde olduğunu ve primitivliyin sübut etmiş olur.

Bu interneti yaradan elə cəmiyyətin ozudur də. Əvvəllər internet olmayanda elmə yeyelenler daha çox idi. Çünki kitab oxuyan, savad almaq istəyən gedib daha asan yolla öz biliklərini artırmırdı. İnternet şəbəkəsi insan üçün çoxda əhəmiyyətli deyil. İnsanın inkişafı yalnız onun inamından və imanından asilidir
 
internet şəbəkə informasiya məkanıdır. internet - informasiyanın ötürülməsini, yayılmasını və bununla da hadisələrin gedişatını sürətləndirir, sadəcə. hadisələrin ardıcıllığı isə heç də həmişə səbəb-nəticə asılılığı demək deyil.
Xanım bes əvvəl internet olmayanda necəsə bu xəbərləri alirdilarda. Dünya internetin üstündə yaranmayıb ki, internet insanın həyatında böyük bir rol oynasın. Amma vəhşiliyi, pozğunluğu və basga pis işləri insan internet vasitəsi ilə tebliq etməyə başlayıb. Düzdür əvvəllərdə insan yaşayandan pozğunluq hər dövrdə olub. Amma bu dərəcə olmayib

Share this post


Link to post
Share on other sites

Internet şəraitdi. Pozulmaq üçündə şəraitdi, yaxşılığa doğru dəyişmək üçündə şəraitdi.

Çox təəssüf ki, gənclərin əksəriyyəti internetdə vaxtının çox hissəsini erotik informasiyalara və bayağı musiqilərə həsr edir. Gəncliyin qızıl vaxtları belə şeylərə xərclənirsə mənəviyyat puç olur.

Gəncləri internetdən qorumaq yox onlara zərərli informasiyaların təsiri altına düşməməyi öyrətmək lazımdır.

Share this post


Link to post
Share on other sites
11 час назад, Error_sp0113 сказал:


Bu interneti yaradan elə cəmiyyətin ozudur də. Əvvəllər internet olmayanda elmə yeyelenler daha çox idi. Çünki kitab oxuyan, savad almaq istəyən gedib daha asan yolla öz biliklərini artırmırdı. İnternet şəbəkəsi insan üçün çoxda əhəmiyyətli deyil. İnsanın inkişafı yalnız onun inamından və imanından asilidirXanım bes əvvəl internet olmayanda necəsə bu xəbərləri alirdilarda. Dünya internetin üstündə yaranmayıb ki, internet insanın həyatında böyük bir rol oynasın. Amma vəhşiliyi, pozğunluğu və basga pis işləri insan internet vasitəsi ilə tebliq etməyə başlayıb. Düzdür əvvəllərdə insan yaşayandan pozğunluq hər dövrdə olub. Amma bu dərəcə olmayib

 

zorakılıq, azğınlıq, pozğunluq hər dövrdə olub, onu düz deyirsiz. amma onun "dərəcəsi" əsasən xatirələrdə qalıb, az miqdarda dövrümüzə gəlib çatan yazılarda, şifahi ədəbiyyatda qalıb. bəşəriyyətin yükü çoox ağırdır və qanlıdır. 

hazırki nəsil əcdadlarından daha mənəviyyatlı olmalı idi, məntiqlə... amma olmadı. müasir dövrdə zorakılıq faktları və miqyası ötən dövrlərdən azdır bəlkə də.... şəxsən siz bu statistikanı necə apara bilərdiniz ? ölən canların say fərqi ilə bəlkə ?.. 

indiki dövrdə insanlar sadəcə, daha çox məlumatlıdır. informasıya bolluğu var. bir məqamı da deyim, çirkli inf-ya psixikanı qıcıqlandırır deyə, diqqəti cəlb edir, təəssüf. 

bu səbəbə bizə elə gəlir ki, zorakılıq, pozğunluq artıb - bu tip inf-yaya çıxış artıb.

 

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
1 час назад, Abraham Ginzbourg сказал:

100% bu beledir! Bunu anlamaq çoxları üçün neden bu qeder çetindir?

eyni məlumat fərqli düşüncə tərzi ilə qavranır, o səbəbdən. 

 

) belə deyirlər ki, dünya müxtəliflikdə gözəldir....

Share this post


Link to post
Share on other sites
5 часов назад, NOIR сказал:

 

zorakılıq, azğınlıq, pozğunluq hər dövrdə olub, onu düz deyirsiz. amma onun "dərəcəsi" əsasən xatirələrdə qalıb, az miqdarda dövrümüzə gəlib çatan yazılarda, şifahi ədəbiyyatda qalıb. bəşəriyyətin yükü çoox ağırdır və qanlıdır. 

hazırki nəsil əcdadlarından daha mənəviyyatlı olmalı idi, məntiqlə... amma olmadı. müasir dövrdə zorakılıq faktları və miqyası ötən dövrlərdən azdır bəlkə də.... şəxsən siz bu statistikanı necə apara bilərdiniz ? ölən canların say fərqi ilə bəlkə ?.. 

indiki dövrdə insanlar sadəcə, daha çox məlumatlıdır. informasıya bolluğu var. bir məqamı da deyim, çirkli inf-ya psixikanı qıcıqlandırır deyə, diqqəti cəlb edir, təəssüf. 

bu səbəbə bizə elə gəlir ki, zorakılıq, pozğunluq artıb - bu tip inf-yaya çıxış artıb.

 

sizinle raziyam. Xetta Roma Imperiyasi dovrunde vehsilikler daha cox olmusdur. Lakin men dusunurem ki, biz insanlar kecmise qayidiriq. Size ele gelmir?inandirim  size ki, bir nece illlerden sonra qedimde bas veren vehsilikler bizim zamandada olacag

Share this post


Link to post
Share on other sites
7 часов назад, Abraham Ginzbourg сказал:

İndikine baxanda Azerbaycan SSR-isinde azerbaycanlılar daha çox inkişaf etmiş bir xalq idiler.

 

Bu tamamən subyektiv fikirdir, heç bir obyektiv əsası yoxdur. Bu təsurat məlumatsızlıqdan və o vaxtki cəmiyyətin qapalılığından yaranıb. İnsanlar eynidir, mədəni və inellektual səviyyələri eynidir, sadəcə o vaxtlar bütün bu çirkablıqlar aşkar deyildi, bilimnmirdi. İndi isə tam ortada aydın şəkildə görünür. O vaxtlar görmədiyimiz şeyləri var olmayan hesab etmək düzgün deyil. Dəyişən heçnə yoxdur. Hədda o vaxtlar illərlə qapalı qalan və həll olunmayan bu problemlərin nəticəsidir ki, bugün vəziyyətimiz belədir.

Share this post


Link to post
Share on other sites

İnsanın stimulu olmalıdı, gələcəyə inamı ümüdü olmalıdı.
Çox təəssüf ki, bir çox yeniyetmələr haqqsızlığı çox görürlər, internet vasitəsilə.
Milli tv- hər şey gözəl, əla, mükəmməl göstərməklə işlər düzəlmir.
Ümüdsüzlük insanın deqradasiya yol açmasıdı

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Hətta milli tv gedən səviyyəsiz əxlaqsız verlişlər çox geniş və ətraflı şəkildə insanları bu yola çəkməsində baş qəhrəman kimi təqdim oluna bilərlər.
Cəmiyyətin əxlaqının,savadının,mədəniyyətinin güzgüdəki əksi hər səhər axşam göz qabağındadır, tv qarşısında

  • Like 1

Share this post


Link to post
Share on other sites

Guya bizdə qloballaşıb postmodern dövrünü yaşayırıq.

Inkişaf etmiş ölkələrdə iki əsas vacib amil var.Birinci elmi idrak ,ikinci mükəmməl hüquq sistemi.Vicdan,əxlaq,mentalitet,əqidə,

din iman və s bütün bunlar nisbi anlayışlardır. Hüquq sistemində əsası yoxdursa ciddi sayılmır.Heç kimdə heç kimin  qeyri- ciddi çərçivədəki həyatını mühakimə etmir. 

Amma hüquq qarşı sında hamı bərabərdir.Istər fahişəliklə məşğul olan olsun istərsədə hər hansısa şirkətin rəhbəri.Heç biri qanunsuzluğa yol vermir və verirsədə kimliyindən asılı olmayaraq qanun qarşısında bərabərdir.Yoxsa bizdəki kimi, rüşvət,tanışlıq,yaltaqlıq,monopoliya və s kimi hallar yoxdur. Onların tərbiyəsi budur-Qanun pozuntusuna ikrah hissi ilə yanaşırlar.

Share this post


Link to post
Share on other sites
3 минуты назад, Abraham Ginzbourg сказал:

Demezdimki Azerbaycan ve postsovet ölkeleri postmodern dövründe yaşayırlar! İcazenizle fikrimin meğzini açıqlayım. Ölke ve cemiyyetin postmodern ve postindustrial zemanede yaşaması üçün - gerek onlar önce modern ve industrial seviyeye çatıb bu seviyede ölke ve cemiyyet qurmuş olsunlar. Azerbaycan ise klasik xam mal ixracatı üzerinde qurulmuş kasıb aqrar ölkedir. Heç bir ciddi industrial-senaye bazası mövcüd deyil. Bele olan halda - fehle sinifi ve onun yaratdığı hemkarlar teşkilatları mövcüd deyil. Yekunda fehle sinifinin ve yüksek kvalifikasiyalı mütexesislerin formalaşdırdıqları texniki intelegensiya da mövcüd deyil. Ona göre Azerbaycan cemiyyeti hara, postmodern hara???...

Mən elə ona görədə  guya yaşayırıq dedim.

Bizim efirlərdə bir neçə verilişdə bu ifadəni işlədiblər.Misal üçün el bizim sirr bizim verilişinin aparıcısı Elçin Əlibəylidə hərdən elə danışır və açdığı müzakirələrdə bu səpgidə olur.

 

Share this post


Link to post
Share on other sites
3 часа назад, Abraham Ginzbourg сказал:

O illerde cemiyyet indikinden daha çox mütaliye etmeye meyil edirdi. Her kesin öz şexsi kitabxanası var idi öz evinde. Cinayetkarlığın seviyesi - çox aşağı seviyede idi. Merfet, qanacağ, böyüklere hörmet ve sayğı, vezifeni peşekar yerine yetirmek ve daha neler-neler. Bes indi bunun hansı biri mövcüddur?

 

Baxın "hər kesin" deyirsiz. Bu qətiyyən belə deyil axı. Sadaladığınız indidə var və əvvəlkinə nəzərən nisbət heç dəyişməyib. Əvvəl də, indi də çirkab, cahillik və düşüklük çoxluqu təşkil edirdi və edir. Sadəcə əvvəl o çoxluqu görə bilmirdik, bunun üçün vasitələr yox idi. İndiki açınacaqlı vəziyyətin əsası hələ o vaxt atılıb.

Share this post


Link to post
Share on other sites
2 минуты назад, Abraham Ginzbourg сказал:

Azerbaycan SSR-isinde elm, tehsil, medeniyyet, incesenet, sehiyye süretle ve güclü inkişaf edirdi. Cemiyyet: Reşid Behbudov, Qara Qarayev, Fikret Emirov, Emin Sabitoğlu, Maestro Niyazı kimi korifey senetkarlar ve üstadlar yetişdirirdi. Ehali arasında helede sevilerek baxılan: "Arşın mal alan", "Beyin Oğurlanması", "Bir cenub şeherinde", "Uzaq sahilerde", "Şerikli çörek" ve diger şedevral filmler çekilib ekranlaşdırılırdı. Bes indi ne çekiler? Gic-gic insanı iyrendiren menasız serialar? Yoxsa iyrenc "Toylar kralı" kimi ucuz ve yaltaq manısları yetişdiren tok-şoular?

 

"Sürətli" və xüsusiylə də "guclü" inkişaf tamamən izafidir. Olmayıb hələ bir şey. İndi olmadığı o demək deyil ki əvvəl var idi.
Bütün sadaladıqlarınız "sənətkar", "korifey" və "şedevrlar" Biləcəridən o tərəfə dəyərsiz, sıradan və bəsit nümunələrdir. O vaxtlar bizim üçün dəyəri var idi, amma əslində bəşəri mənadə sıfıra bərəbərdir. Xoşumuza qəlməsədə, reallıq budur. Rusun bir sözü var "на безрыбье и рак рыба", bax onun kimi bir vəziyyətdir. Məhz bunun üçün o vaxtki sistem və yalançı dəyərlər tarix səhnəsindən izsiz silindi getdi.

Share this post


Link to post
Share on other sites
15 hours ago, Abraham Ginzbourg said:

Bunu size kim deyib? Reşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bül-Bül oğlunu, Tahir Salahovu, Rüstem İbrahimbeyovu bütün SSSR-inin 15 müttefiq respublikalarında tanıyıb sevirdiler! Ele hal hazırdada beledir. Bu ise 300 milyon ehali arasında ve onlarla xalqlar ve onların ölkelerinde populyarlıq demekdir. Siz neden danışırsınız?

SSRİ-ni o vaxtın Biləcərisi hesab etmək olar.

Share this post


Link to post
Share on other sites

Cılızlaşma gedir də.Hər şey ucuzlaşıb,dəyərsizləşib..Bir adamla oturub iki kəlmə kəsmək istəyirsən,ən yaxşı halda Çukurdan-mukurdan danışacaq,ən pis halda "İnstaqramda tutduğu şaftalıdan".Smartfonda qurtdalanmağı dostu ilə,qardaşı ilə,bacısı ilə,anası,atası ilə söhbət etməkdən üstün bilir indiki insanlar.Qaldı ki öz şəxsi həyatını afişa edən dana-buzoylara, onlar elə həmişə olub.Sadəcə olaraq,əvvəllər internet elə geniş vüsət almamışdı, indi isə "Allaha şükür", hər mağaraya bir xətt çəkiblər.Ona görə də pozğun ruhlu,yüngül xasiyyət,tərbiyəsiz insanların bütün paxırı ortalığa çıxır,bu və ya digər yollarla.Ya öz əli ilə,ya da bir başqasının.Ağlı başında olan,normal ailədən çıxmış, mənəviyyatlı birisinin belə bir hərəkət etməsi paradoksal bir şeydir.Böyük informasiya axını insanların beynini pozub.Bir də gəl bunun üstünə kütbeyin orta statistik azərbaycanlını və vualya,hazırdı.Sivilizasiyanın olduğu yerdən azı 20-30 il geridəyik.

Share this post


Link to post
Share on other sites
Cılızlaşma gedir də.Hər şey ucuzlaşıb,dəyərsizləşib..Bir adamla oturub iki kəlmə kəsmək istəyirsən,ən yaxşı halda Çukurdan-mukurdan danışacaq,ən pis halda "İnstaqramda tutduğu şaftalıdan".Smartfonda qurtdalanmağı dostu ilə,qardaşı ilə,bacısı ilə,anası,atası ilə söhbət etməkdən üstün bilir indiki insanlar.Qaldı ki öz şəxsi həyatını afişa edən dana-buzoylara, onlar elə həmişə olub.Sadəcə olaraq,əvvəllər internet elə geniş vüsət almamışdı, indi isə "Allaha şükür", hər mağaraya bir xətt çəkiblər.Ona görə də pozğun ruhlu,yüngül xasiyyət,tərbiyəsiz insanların bütün paxırı ortalığa çıxır,bu və ya digər yollarla.Ya öz əli ilə,ya da bir başqasının.Ağlı başında olan,normal ailədən çıxmış, mənəviyyatlı birisinin belə bir hərəkət etməsi paradoksal bir şeydir.Böyük informasiya axını insanların beynini pozub.Bir də gəl bunun üstünə kütbeyin orta statistik azərbaycanlını və vualya,hazırdı.Sivilizasiyanın olduğu yerdən azı 20-30 il geridəyik.

20-30 il ? Bu en yaxşı halıdır..Men deyerdim ibtidai icma quruluşu dövrüne,mağara insanın dövrüne qayıdırıq..
Tesevvür edin :Daş dövrü ,mağara etrafında deriye bürünmüş yarı geyinmiş azerbaycanlılar,ellerinde deyenek ucunda telefon) dava edirler)

Share this post


Link to post
Share on other sites
21 час назад, Abraham Ginzbourg сказал:

Bunu size kim deyib? Reşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bül-Bül oğlunu, Tahir Salahovu, Rüstem İbrahimbeyovu bütün SSSR-inin 15 müttefiq respublikalarında tanıyıb sevirdiler! Ele hal hazırdada beledir. Bu ise 300 milyon ehali arasında ve onlarla xalqlar ve onların ölkelerinde populyarlıq demekdir. Siz neden danışırsınız?

 

Bunu mənə kimsə deməyib, bunu anlamaq üçün öz dərrakam və intelektim var.
15 müttəviq respublika axı bir bəşəri nümunə deyil. Dəyərsiz, qapalı və aşağı səviyyəli mühid olub. Sizin misalınız "Məmməd kişi korifeydir, dahidir, çünki nəyinki bizim kəndimiz, ətraf rayonlarda da tanınır" məntiqindədir.

Share this post


Link to post
Share on other sites
4 часа назад, Abraham Ginzbourg сказал:

SSSR-i dünyanın ikinci iqtisadiyatı, elmi-akademik merkezlerinden biri ve geosiyasi superderjava idi. Neden danışırsınız?

 

Heç bir zaman olmayıb.

Share this post


Link to post
Share on other sites

neçə illər davam edən müharibə çox fəsadlar törətdi. fiziki, psixi üzülmüş insanlar uzun müddət köməksiz qaldılar. yoxsul, işsiz, savadsız orduya çevrildirlər. onları mühit dəyişdi. məşğulluq imkanı təmin olunsa, təhsil imkanı əldə olunsa - bir nəsil ötəndən sonra millət tam dirçələr.

bizim millətin kökləri SAFdır, ermənilər kimi ZATIQIRIQ deyilik. ona görə deqradasiya bizdən qorxsun )) saflaşacaq millətimiz, yenə öz mövqeyini bərpa edəcək.

  • Like 1

Share this post


Link to post
Share on other sites
neçə illər davam edən müharibə çox fəsadlar törətdi. fiziki, psixi üzülmüş insanlar uzun müddət köməksiz qaldılar. yoxsul, işsiz, savadsız orduya çevrildirlər. onları mühit dəyişdi. məşğulluq imkanı təmin olunsa, təhsil imkanı əldə olunsa - bir nəsil ötəndən sonra millət tam dirçələr.

bizim millətin kökləri SAFdır, ermənilər kimi ZATIQIRIQ deyilik. ona görə deqradasiya bizdən qorxsun )) saflaşacaq millətimiz, yenə öz mövqeyini bərpa edəcək.

Bunun kökleri Qarabağ müharibesinden öncesine gedir.Ilk repressiyadan başladı..29.000 insan repressiya qurbanı oldu.Bunlar kimler idi? Ölkenin ziyalıları,şairleri,hekimleri ve s..Inkinci temizleme 1941-1945 -ci ilde olanları götürek.Yerde kimler qaldı qorxaq,yaltaq,fiziki qüsurlu,cılızlar...

Sonra Qarabağ müharibesi.Milyondan çox qaçqın...

Ve nehayet bu günümüz...

 

 

Müqayise edek..Saf qandan saf nesil töreyer..

 

Eslinde deqradasiya deyende onun kökünün ve yaradan sebeblere gedib çıxmaq isteyirdim.Milleti hem menevi ve fiziki cehetden deqradasiyaya uğradan sebeb ve bu gün bizim gördüyümüz neticesi..

 

Onunla mübarize yolları ..

 

Düzelmesi üçün en az 100 il lazımdır.Bu süretleki biz gedirik)Onu çetin kimse düzelde) o da gerek stabil rejimde olsun.

 

Share this post


Link to post
Share on other sites

100 il stabil rejim..1941-1945 -ci il müharibesi insanlara aclığı gösterdi..Insanlarda acgözlük xüsusiyyeti,simiclik,yığıcılıq kimi xüsusiyyetler meydana çıxdı..
Fikir verirsiniz,her hansı tebiet hadisesi olacaq deyilende,ehali yemek tedarükü görür..)
Artıq müharibe dövründen qalan az olsa da onların yetişdirdiyi nesil yaşayır ve o ideologiyanı davam edir...

Qayıdaq son illere yene)
Cavanlar eskerlikden qorxur,qızlar evde qalmaqdan..Asan pul qazanmaq ve pul Bayram Nurluluq edenlerde ve müğennilerde var)
Başın salamat olsun deye düz sözü deye bilmirsen.Qorxaq,yaltaqlıq indiki zaman üçün en önde geden xüsusiyyetlerdir)
Mental düşünce çox primitivdir.
Din zombileşdirmek üçün lazımdır..Zombileşdirib daha geniş kütleni idare etmek asan olsun..


Bütün bunları cemlesek...Vur-tut..elimizde bu gün qalır..Düzelmesi..
Mence çetin ya nece deyerler " bu xemir hele çox su aparacaq"

  • Like 1

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.


  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...