Jump to content
Disput.Az Forum

Recommended Posts

Işiniz avand olsun.

Orta məktəb səviyyəsində fizikanı bilməyən insanla söhbəti uzadanda nəticəsidə belə olur.

Özünüzdə deyirsiniz ki, savadınız zəifdir. Heç düşünmürsünüz ki, dərinə getmək üçün şüurunuzun gücü çatmır?(şüuru isə həqiqi biliklərlə gücləndirmək mümkündür)

Nə isə. cavab verməyə ehtiyac yoxdur.Mənim üçün müzakirə bitmişdir.

Mən öz inkişafımı primitiv məntiqlə ləngidə bilmərəm.Heyifdi bu ömür üçün.

Sizə uğurlar! Həyatda və açacağınız mövzuda!

  • Thanks 1

Share this post

Link to post
Share on other sites

Elmi fantastik fikirler kinolarda ve hekayelerde maraqlidir.bu baximdan dusuncelerinizin serhedsiz olmasi gozeldir.lakin bu apriori fikirlerinizi burada diqte edib bir de qarsi terefe ustden asagi abxmaginiz sadece gulmelidir.eynile kend mollasinin kefli iskendere davrandigi kimidir yazi terziniz.

Size 48 defe dedim ki kainati bir butov olaraq derk edin. Suuru musteqil substansiya olaraq qebul etmeyin cunku bu en xosh dille hec bir esasi olmayan fikirdir.men dedim amma cifayda... 

Indi bundan sonra yazmali olsaniz hansisa filosoflarin fikirlerini kopyalamayin.ezberlediklerinizi deyil cixardiginiz neticeleri yazin.. biraz da imkan varsa idrak ve hissleri arasdirin.. felsefe gozel seydir amma elme esaslandiqda. Suur nedir sualini bir arasdirin.

Klassik fizikani bele anlamamisiz amma gelib agil verirsiz.hele ilk postlarda dedim ki kvant fizikasi kimya ve.s  siz ise dediz ki ele seyelrden anlayisim yoxdur. Elmden bixeber sekilde felsefe icad etmek soz oyunundan basqa bir sey deyil.size bol bol ugurlar.kohnelmis bayagi felsefelerden el cekin..

Share this post

Link to post
Share on other sites

siz yazdigim cahil sozhndeki ironiyani da derk etmemisiz??? 😂😂 bosverin. Ele yazmasaz yaxsidir.sizin kimi alim olabilmediyim ucun uzrlu sayin.  Burada sizin kimi  en az 50 user var. Muzakireye baslamamis oz mentiqi qaydalarini diqte ederek ozunu agilli gostermeye calisan.  Ozume cahil dedim ki gorum sizin egonuz ne qeder yukselecek.masallah sizde ego serhed tanimir.halbuki o egonuz movzu evvelinde bele bir sey yazmisdi:

-"Əvvəla onu deyimki, kvant fizikasını qoyuram kənara.Çünki bir dəfə oxumağa cəhd etdim.Amma başa düşə bilmək üçün şüurumda heç cür abstraksiya apara bilmədim.Yəni heçnə başa düşmədim.Eynşteyinində zamanın nisbilik məsələsinidə qoyuram kənara.Çünki işıq surəti nə bilim nə  adamın fikri qarışır.

Ən yaxçısı bir fikirdə sinxronlaşa bilməmiz üçün fizikanın klassik mexanikasına görə yəni Nyutonun zaman məkan modelindən istifadə edərək abstraksiya aparaq " -

Bax bu yazinizdan sonra men muzakireni bitirmeli idim. 😊 

Nahaq davam etdim. 

Gedin suuru arasdirin.inanin ziyani olmaz.

Share this post

Link to post
Share on other sites

Dəymire and olsun Allaha dəymir sizinlə müzakirəni uzatmağa.Bilirəme sizin üçün maraqlıdır nəsə öyrənirsiniz.

Mənim xeyrim nədir axı? Fəlsəfənidə sizdən yaxşı bilirəm fizikanıda.Müzakirəni uzadıb mən sizdən nə öyrənəcəm axı ? Söz güləşdirməyi?

Siz bilirəm sözünün məsuliyyətini dərk etmirsiniz.Mən kvant mexanikasını bilmirəm deyəndə məsuliyyətli danışdım.Çünki bu müasir inkişafda olan elmdir.Amma mənim kvant fizikasından  bildiyimi danışsam onda bilərsiniz nə bildiyimi.

Buda son.

  • Thanks 1

Share this post

Link to post
Share on other sites

Xahis edirem davam edin muzakireni.sizden cox sey oyrenirem.

En birincisi de  Evvel " kvant fizikasindna hecne basadusmedim" deyib sonra " bu barede bildiklerimi danissam" kimi iddiali ve ziddiyyetli cumle qurmagi nece bacarirsiz? Bize de oyredin...

Besdirin yekexanaliga ehtiysc yoxdur.her birimiz siravi insanlariq.ne alimik ne professor. Fikirleriniz tipik 18-19 cu esr idealistlerin fikirlerinden basqa bir sey deyil.menim de fikirlerim ifrat  materialistlerin fikirlerinin benzeridir.burada 3000 ildir davam eden ve neticesi belli olmayan muzakirenin iki terefiyik.bir netice hasil olmayacagi melum idi. Size evvelden dedim ki sohbeti dine  ve allah argumentine cekmeyin ve agresiv yazmayin.men susduqca siz day bir tehqir etmediyiniz  qaldi..herhalda movzu menim ucun bitdi.sabah ferqli movzular acaram.istesez fikrinizi bolusersiz.istemesez caniniz sagolsun.sadece bir nov incikli ayrilmaq istemezdim.. calisin muzakirelerde daha sakit reakaiya verin.

Bu flrumda 8 ildir yaziram ve en az 60 movzu acmisam ve 5000 post yazmisam.bezi muAkirelerde cox daha siddetli muzakirelerde istirak etmisik amma movzu bitenden sonra forum ehli bolmesinde semeimi sekilde sohbet etmisik.  😊 helelik...

Share this post

Link to post
Share on other sites

Adi şeyidə bilmirsiniz? 

Klassik elmlər statik biliklərdir.Çünki inkişafı dayanıb.Ona görədə onlar tam anlayırsansa bilirəm deməyə haqqın var. Müasir elmlər isə dinamikdir.Daima inkişafdadır və dəyişilir. Ona görədə sıravi insan tam anlamadığı elmə bilirəm deməyə haqq etmir.Yəni mərifət sahibləri belə demir.

Hə bax bu fikirlərinizlə razıyam.Buna deyərlər dialektika.Ziddiyyətlərin mübarizəsi və inkişafı qanunu.

Vaxtım olanda çalışaram iştirak edim.

Salamat qalın.

Edited by Slay
  • Thanks 1

Share this post

Link to post
Share on other sites
В Mon Jan 14 2019 в 21:05, Museyib Elekber сказал:

Hətta mən də yazmışammış. Özü də onda yazdıqlarımı indi tam dərk edə bilmədim. Hansı düşüncə içində olmuşamsa )))

Fikrimi toplayıb yenə bir şeylər yazmaq istəyirəm, amma hələ ki alınmır.

Çünki belə mövzuda ciddi düşüncəyə sahib deyilsiniz.hələ ki.

Biz şüurlu hərəkətlərimizin yaradıcısıyıq.

  • Thanks 1
  • Haha 1

Share this post

Link to post
Share on other sites
Quote

Çünki belə mövzuda ciddi düşüncəyə sahib deyilsiniz.hələ ki.

sizin kohnelmis ve artiq deyeri qalmayan fikirlerinizin materialist nezeriyyeni qavraya bilmemesi tebiidir.  siz fikirlerinizi subut etmek ucun materiyadan asili olmayan ve musahide oluna bilen bir suur orneyi vermelisiniz.amma sizin elinizden gelen tek sey soz oyunu oynamaqdir.

Share this post

Link to post
Share on other sites
7 минут назад, Metropolitik сказал:

sizin kohnelmis ve artiq deyeri qalmayan fikirlerinizin materialist nezeriyyeni qavraya bilmemesi tebiidir.  siz fikirlerinizi subut etmek ucun materiyadan asili olmayan ve musahide oluna bilen bir suur orneyi vermelisiniz.amma sizin elinizden gelen tek sey soz oyunu oynamaqdir.

öz yerinizə danışın.başqasına vəkillik etməyin.

Söz oyunu oynuyuramsa nə ehtiyac var məndən örnək istəməyə?

Mövzunuz yarımçıq qalıb gedin davam edin.

  • Thanks 1

Share this post

Link to post
Share on other sites

siz materiyadan asili olmayan suura ornek verende davam ederik sohbete.eks halda subutsuz muzakire vaxt itkisidir. : )

Edited by Metropolitik

Share this post

Link to post
Share on other sites
Posted (edited)

Salamlar sayqılar! Bu mövzu maraqlı idi heyif ki, mübahisəyə çevrilib. Bütün mövzuların müzakirəsi, təhlili zamanı iştirakçılar öz mövqelərini müdafiə edərsə bu mütləq mübahisəyə çevrilər və nəticədə inciklikdən başqa ortaya heç nə çıxmaz.

 Məncə hər hansı bir mövzunu araşdırarkən başqalarının fikirlərini sitat gətirmək də araşdırmaya yardımçı ola bilməz çünki məsələn; Sokrat söylədiyi hər hansı bir fikiri öz təcrübəsinə dayanaraq söyləyib və onun nə üçün məhz belə dediyini biz həmin səviyyədə dərkimiz olarsa anlaya bilərik. Necə ki, bulvardan dənizə baxanda gördüyümüz üfüq xətti dağüstü parkdan görünən xəttlə eyni məsafədə deyil, ikinci halda daha geniş və daha uzaqları görə bilirik. Ona görə də əgər sırf öz düşüncəmizlə davam etmək istəyən varsa məmnuniyyətlə iştirak etmək istəyərdim. Ancaq belə olsa bizim düşüncə dairəmiz genişlənə bilər. Burda nəyi isə səhv də deyə bilərəm (kamil insan deyiləm axı), dediklərim kiminsə anlamına zidd də ola bilər, və s. Buna görə o saat qılınclanma fərmanı verib icrasına başlamaq düz deyil, heçolmasa ona görə ki, bu tamamiylə qərəzsiz və qətiyyən təhqir xarakteri daşımaz.  “Start” üçün keçırəm mövzuya: - Biz kamil bir varlıqda yaşayırıq, kamillikdə isə olmayan heç nə yoxdur, hətta Yoxluq özü də. Görmüş olduğumuz, gördüyümüz və görəcəklərimiz nə varsa hamısı Yoxluq adlandırdığımız varlığın yaranmış formasıdır. Necə ki, bir palıd qozasına baxarkən onun içində yox şəkilində var olan bütöv ağac görünməyən və müəyyən müddətdən sonra görünən kimi... (davamına burdan başlayarıq) 😊

 Hansı əvvəl, hansı sonra yaranıb sualı çıxa bilər ortaya ki, bu başqa bir mövzu. Əgər söhbətimiz alınarsa gələcəkdə bu barədə də ayrıca bir mövzu kimi danışmaq maraqlı olardı. Sevgilər, sayqılar hər birinizə!:heart1:

Edited by ya Hu!
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
8 часов назад, ya Hu! сказал:

Salam ! Foruma xoş gəlmisiniz. 

Start olaraq mövzuya belə başlamısınız ki, biz kamil bir varlıqda yaşayırıq, kamillikdə isə olmayan heçnə yoxdur, hətta yoxluq özüdə.

Bəs funksional olaraq necə varlığı kamil hesab edirsiniz ? Yəni varlıqda hər şey mümkündür ?

Share this post

Link to post
Share on other sites
6 часов назад, Slay сказал:

Salam! Təşəkkür! Belə ki, bu gün mövcud olanları yüz və daha çox illər öncə heç cür təsəvvür edə bilməzdik, başa düşə bilməzdik və müvafiq olaraq “ola bilməz”, “mümkün deyil” deyərdik (elə bu günün özündə də insan ancaq başa düşə bildiklərinə “olabilər” “doğru”, “mümkündür” deyir) amma zaman keçdikcə bir zamanlar ola bilməz dediklərimizin ola bildiyini gördük, onları yaşayırıq. Eləcə də bugün nəyə isə mümkün deyil deyə bilərik ancaq bu o demək deyil ki, həqiqətən də mümkün olmaya bilər.

  • Like 1

Share this post

Link to post
Share on other sites
7 минут назад, ya Hu! сказал:

Bu aydın məsələdir. Mənim soruşmaq istədiyim başqa məsələdir. Varlıq ən ümumi anlayışdır. Siz varlığı kamil hesab etdiyinizi deyirsiniz. Fəlsəfi nöqteyi nəzərdən Varlıq üçün kamillik anlayışı nə əhəmiyyət daşıyır ?

Və  əsaslandırırsınız ki,  varlıqda hər şey mümkündür. Amma biz müşahidə eliyirik ki, varlıqda bir çox hadisələr mümkünsüzdür. Misal üçün varlıqda zaman geri qayıtmır. Varlıqda hər mövcudat cəmi bir dəfə mövcudluq qazanır. və s.  Subyektiv olaraq siz varlığı kamil hesab edə bilərsiniz.Buna etirazım yoxdur. Amma fəlsəfi baxımdan ümumi varlıq üçün  obyektiv olaraq kamillik anlayışının nə əhəmiyyət daşıdığını anlaya bilmədim.

Share this post

Link to post
Share on other sites
5 часов назад, Slay сказал:

Kamillik – yəni təkamül prosesi bitmiş, tam təkmilləşmiş, olması mümkün olmaya bilən heç nə daha qalmamış bir varlıq, mütləq bir forma. Əgər varlığı kamil formada görəbilsək o zaman subyekt anlayışı da tatamiylə itmiş olur, yəni bir damcınin individual varlığı onun buluddan okean səthinə qədər olan məsafəni qət etdiyi zaman qədərdir, həmin andan o daha damcı deyil, okeandır. Əslində o elə əvvəldən okeanın özüdür, sadəcə damcı olaraq özünün okean olduğunu dərk edə bilmir. Varlıq üçün obyektiv olaraq kamillik anlayışının əhəmiyyəti bu “özümdən ayrıldım, özümə qovuşdum” oyununun mahiyyətidir ki, nəhayət damcılar elə okeanın özü olduqlarını gərək dərk edə bilsinlər. Eləcə də məsələn mən. Nə qədər ki, güzgüyə baxanda gözümlə gördüyümyn mən olduğunu sanıram sonsuz sayda mövcud olan subyektlərdən biriyəm ancaq əslində mən müvəqqəti olaraq fiziki bədəndə yaşayan əbədi bir varlığam ki, nə hər hansı bir cinsə mənsubam, nə də doğub doğulmamışam, sadəcə varam, əbədi olaraq varam.

  • Like 1

Share this post

Link to post
Share on other sites
1 час назад, ya Hu! сказал:

Varlıq kateqoriyasını pis anlamamısınz. Fikirlərinizdə maraqlı məqamlar var.Varlığa verdiyiniz kamillik tərifinidə pis müdafiə etmədiniz.  Amma ammalar var )).

Sizin dediyiniz təkamül prosesi tam bitmiş mütləq varlıq hipotetik varlıqdır. Biz isə müşahidə eliyirik ki, təkamül(inkişaf)prosesində olan varlığın işindəyik. Yuxarıda qeyd etdiyim kimi burada zaman geri qayıtmır və bir çox hadisələrin mümkünsüzlüyünü müşahidə eliyirik. Əgər tam mütləq kamil varlığın içində olsaydıq onda  siz deyən kimi subyektivlik anlayışından  çıxıb  fikrən özümüzü əbədi varlıqla eyniləşdirməyə inandıraraq varlığı tam mahiyyəti ilə anlamağa yaxınlaşardıq.

Amma faktiki bir hissəsi olduğumuz və müşahidə elədiyimiz varlığa kamil varlıqdır demək nə dərəcədə düzdür bunu bilmirəm.(Yəni məsələyə sırf  fəlsəfi yanaşsaq )

Share this post

Link to post
Share on other sites
Posted (edited)
7 часов назад, Slay сказал:

Düzü “hipotetik varlıq” və bu kimi digər terminlərin mənasını başa düşmürəm. Düzdür quqlda baxıb tapabilərəm amma marağında deyiləm. Orta məktəbi bir güc-bəla ilə bitirmişəm😊 amma mənə elə gəlir ki, loru dildə fikrimi tam aydınlığı ilə lazımi qədərdə izah edirəm və belə zənn edirəm ki, söhbət zamanı məqsəd ancaq fikiri izah etmək olmalıdır, nəinki  neçə kitab oxuduğumuzu ya elmi dərəcəmizi nümaiş etdirmək. Bu dediklərim qətiyyən irad deyil və əsla bir kimsəyə ünvanlandırılmır, sadəcə öz müvqeim belədir. Zaman söhbətini isə düzü heç açmaq və bu barədə danışmaq istımirəm. “Zaman geri qayıtmır” məsələsi belədir ki, zaman əslində heç irəli getməyib ki geri də qayıda. Zaman necə yaranıbsa eləcə də var, harda yaranıbsa elə orada da var və s. Bizləri çaşdıran təqvimdir (zaman barəsində). Ümumiyyətlə insanlarda çaşqınlıq yaradan əsas amil baxarkən gördüklərinin görə bildikləri kimi olduğunu sanmaqlarıdır (güzgü məsəlindəki kimi). Odur ki, mümkünsüzlüyünü müşahidə etdiyimiz bütün hadisələrin mümkünsüz olduğunu sanmağımızda günah ancaq bizim müşahdəmizdədir. Bizlər yatılıyıq, qəflət yuxusundayıq, oyanmaq vaxtımız çatmış artıq. (“Tək-tək oyananlar varsa da Həqq dadına çatsın” 😊). Əslində kim olduğumuzu anlamağın vaxtı çatıb artıq.

  Varlığı müşahidə edərək gördüklərimizə əsasən gəldiyimiz qənaətdə, çıxardığımız nəticədə nə qədər xəta ola biləcəyini sadə bir müqaisə ilə deyə bilərəm. Kino çəkilişində saniyədə orta hesabla 25 kadr işlənir, deməli bu hesabla iki saatlıq bir film on million səkkiz yüz min kadrdan ibarət olar. İndi varlığın ömürü ilə bir insan ömürünü demirəm heç, hətta bir sivilizasiyanın ömürünü, ömürü boyunca etdiyi müşahidələrini müqaisə etsək belə bir səhnə yaranar,  san ki iki saatlıq bir filmə cəmi on saniyə baxıb filmin nədən bəhs etdiyini anlamağa çalışırıq. Təsəvvür edin ki, binanın divarına hörülmüş bir kərpic bina haqda tam məlumat almaq istəyir. Təbii ki, o ancaq yanındakı digər kərpicləri görə bilər vəssəlam. Binanı tam görmək üçün ona ancaq kənardan baxmaq lazımdır. Eləcə də varlığı anlamaq üçün elə bir mövqedən baxmaq lazımdır ki, o tam şəkildə görünə bilə, yəni zaman və məkan anlamından kənar bir mövqedən. (Nəsimi “Sığmazam” qəzəlində bu barədə necə aydın və hərtərəflı demışdır...) Amma naümid olmq lazım deyil ki, insan heç vaxt varlığı tam başa düşə bilməz, əlbəttə başa düşə bilər əgər istərsə və bu istəyə nail olmaq üçün səy göstərərsə. Hətta bu ani də baş verə bilər ancaq insan buna hazır olmalı, hazır olması üçün çalışmalıdır.

    “Fikrən özümüzü əbədi varlıqla eyniləşdirməyə inandıraraq varlığı tam mahiyyəti ilə anlamağa yaxınlaşardıq” – Mən bununla razı deyiləm inanmaq insanı yarı yolda qoyar, atalarımız isə “Yolçu yolunda gərək” deyiblər. İnsan gərək özünü təhqiq edə həmişə, axtarışda ola, “mən kiməm” sualına cavab axtara, həqiqətə yetişə.

Edited by ya Hu!
  • Like 1

Share this post

Link to post
Share on other sites
3 часа назад, ya Hu! сказал:

Hipotetik varlıq yəni fərziyyəvi varlıq. 

Deyəsən sizə etirazım acığınıza gəlib.

Mən söhbətimizin əvvəlində sizə dedim axı əgər varlığı kamil hesab etməniz subyektiv fikirdisə buna etirazım yoxdur.Subyektiv olan metafizik düşüncələrinizi bəyənirəm. Maraqlı məqamlar var.

Amma siz bu fikilərin obyektivliyini müdafiə etməyə çalışırsınız. Gətirdiyiniz arqumentlər isə obyektiv metodda işə  yaramır. Halva halva deməknən ağız şirin olmur.Varlıq məkan göstəricilərinə malikdir və keçmişdən indiyə indidən gələcəyə doğru axır. Hey desəkdə ki, zaman və məkanın fövqünə çıxıb varlığı anlayaq ,görək bu sadəcə metafizik cümlədən başqa bir şey deyil.

Gətirdiyiniz kərpic misalına baxaq. (Obrazlı yazacam). Kərpic hey düşünsədə ki, mən yerimdən qopub aralana bilsəm binanı kənardan tam görə bilərəm.Amma o nə qədər düşünsədə bu metod fərziyyə olaraq qalacaq. Çünki kərpic binanın qanunlarına tabedir.Kərpic düşünərək binanın tam görünüşü haqqında  fərziyyə irəli sürə bilər.Və ola bilər ki, bu fərziyyə doğruda ola bilər.Yəni kənardakı müşahidəçi bunun doğruluğunu görə bilər. Amma bu fərziyyə obyektiv metodla irəli sürülübsə digər kərpiclərdə bunu ağlabatan hesab edə bilər.Yox əgər kərpic desə ki, mən kərpic olduğumu unudaraq yerimdən qopdum havaya uçdum və binanı kənardan gördüm. Bu onun üçün metafizik baxımdan subyektiv həqiqət ola bilər. Amma digəriləri üçün bu öz uydurduğu nağıla inanır deyə düşünə bilər.

Yəni demək istəyirəm ki,  maraqlı subyektiv metafizik fikirləri məndə xoşluyuram.Mənimdə belə fikirlərim var.Amma iddialarımızı ifadə edəndə diqqətli olaq.Qəflətə düşüb reallığı təhrif etməyək.

Yox, acığım gələsi heç bir söz olmayıb, əksinə söhbətimizdə görünən qarşılıqlı hörmət, ehtiram mövzunu davam etməyə stimul verir. Təşəkkür! Bəzən ortaq fikir olur, bəzən müfxətif mövqelərdən baxırıq və fikirlər də müxtəlif olur. Hərdən hər hansı bir mətləbi aydınlaşdırmaq üçün subyektiv mövqedən danışsam da əslində mənimçün subyek məfhumu varlığını itirib. Təsəvvüfdə bu vəhdətül-vücud adlanır. Dualist müvqeindən bu ümumiyyətlə qəbul olunmur və elə bu səbəb bais olub Fəridəddin Əttar, Mənsur Həllac, Nəsimi və başqa çoxları kimi Eşq əhli başların itiriblər. Nə isə...

 Mənimçün maraqlı olar sizin “Ənəlhəqq” deyiminə münasibətiniz. 😊

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
4 часа назад, ya Hu! сказал:

Ənəlhəqq  bu deyəsən Nəsiminin deyimidir. Düzü məndə bu cür terminlərdə savadsızam. Sizin bu məlumatınızdan sonra Nəsimi filminə başladım yenidən baxmağa. Amma bilmirəm təkcə bu film kifayət eliyər Nəsimini anlamağa?

Sizə bir şəxsi sual versəm olar ? Dinə inancınız var ?   

Share this post

Link to post
Share on other sites
11 час назад, Slay сказал:

 Ənə - mən, əl Həqq isə - Həqq, mütləq Həqiqət. Tanrıya məxsus aspektlərindən biri belə adlanır. “Nəsimi” filminə bir dəfə baxmaqla mən filmin özünü anlaya bilməmişəm nəinki Nəsimini. Bir neçə ildən sonra yenidən baxanda demək olar ki, tamamiylə yeni bir sənə görmüşəm, yeni mətləblər aydın olmağa başlayıb o filmdə. Yiz illərlədir ki, elm adamları Onun dediklərini araşdırmaqla məşğuldurlar amma hələ bir təpəfə çıxarmayıblar. İlk postumda dediyim üfüq məsəli kimi.  

 Din barədə həzrəti Mevlananın söylədiyi “ Din o qayıqdır ki, bizi o biri sahilə, doğulduğumuz yerə qaytaracaq” (mən belə təcrümə edə bilmişəm)  fikiri ilə razıyam.

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
Posted (edited)
9 часов назад, ya Hu! сказал:

Filmə yenidən baxdım.

Məncə Nəsiminin dünya görüşü panteizmə uyğundur. Filmdə göstərilir ki, hirufilər axirəti inkar eliyirlər.(Cənnətdə cəhənnəmdə bu dünyadadı deyirlər.) Amma bununla belə onların gözəl əxlaqı fikirləridə var.Misal üçün ustad Nəimidən soruşurlar ən böyük günah nədir ? cavab verir nadanlıq. və ya Nəiminin başqa fikri.Əql ehtirasa hakim olmalıdır ehtiras əqlə yox. və s.

Eləcədə Nəsiminin topal Teymurla olan dialoqu çox maraqlı və hikmətlidir.

Mənim şəxsim fikrim belədir. Həqiqi olan varlıq Allahdır. Insan və dünya qeyri real yəni törəmə varlıqdır.(yaradılmış)

Edited by Slay

Share this post

Link to post
Share on other sites
3 часа назад, Slay сказал:

Bəli, əxlaq insaniyyətliyi müəyyən edən ən mühüm keyfiyyətlərdən biridir. Sufilər, eləcə də bütün ruhani yola düşüb özünütərbiyyə ilə məşğul olanlar gözəl əxlaq sahibi olurlar. Əslində heç pis adam yoxdu dünyada, sadəcə bəzilərinin əxlaqı pisdir ki, o da daimi deyil. Pis əxlaq xəstəlik kimi birgün keçib gedir. Demək olar ki, elə pis əxlaq özü də bir növ xəstəlikdir, mental xəstəlik. Əgər xəstəlik dərman atmaqla keçirsə pis əxlaq ancaq özünütərbiyyə yolu ilə yaxşılaşır. Soyuqdəymənin əlaməti qızdırma olduğu kimi pis əxlaq da pis həyat tərzinin əlamətidir. Məsələn biri yalançıdırsa o birdəfə qorxudan, bir dəfə nəfsin saxlaya bilmədiyindən və sair İnsanlığa xas olmayan hisslərin onun iradəsindən güclü olması səbəbindən yalan danışıbsa yalançılıq onda adətə çevrilib, onun həyat tərzinə dönüb və artıq onda pis bir əxlaq formalaşdırıb. Odur ki, insan gərək özündə “pis əxlaq” xəstəliyinin əlamətlərini anladığı an vaxt itirmədən “özünütərbiyyə” dərmanın qəbul etməyə başlaya. Bir sözlə insan gərək o filmdə deyildiyi kimi əqlin etirasına hakim edə bilə.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
15 часов назад, ya Hu! сказал:

Pis həyat tərzi insanda pis əxlaq formalaşdırır. Sonra bu pis əxlaq vərdişə çevrilir. Bu fikirlərinizlə razıyam.

Məndə davam eliyim. Bilirik ki, vərdişlər bizim köməkçimizdir. Hərəkətlər vərdiş halına keçəndən sonra avtomatlaşır. Artıq hər dəfə həmin hərəkətləri icra etmək zamanı hər dəfə diqqətimizi  tamamamilə onlara fokuslamağa və məşğul etməyə ehtiyac qalmır. Hərəkətlər vərdiş olaraq avtomatik icra olunur. Əxlaqda isə vəziyyət dahada mürəkkəbdir. Çünki əxlaq formalaşdıqdan sonra xasiyyətə çevrilir.(xasiyyət isə şüuraltında möhkəmlənmiş vərdişlər toplusudur) Xasiyyət isə qərar vermə prosesində  çox vaxt ağıl  və iradədəndə güclü dominantlıq edir.

Demək insan həyatda xeyir tapmaq və xoşbəxt yaşamaq  üçün öz əxlaqını  ümumbəşəri birgəyaşayış normalarına uyğun formalaşdırmalıdır.Sizinlə razıyam ki, özünü tərbiyyəni qarşısına məqsəd qoyan çox çətində olsa pis əxlanı düzəldə bilər. Bu prosesdə xasiyyət dəyişilir.Neçə illərnən formalaşmış vərdişlər dağılır, yeni struktur qurulur.  Bu şəxsiyyətin mənəvi transformasiyasıdır.  Dində tövbə etmək məhz budur.Çoxları elə bilir günahlarıvı etiraf edib tövbə deyirsən qurtardı getdi. Tövbə etmək dəyişilmək deməkdir. Nəfslə cihad yəni müasir psixoloji dildə desək şüuraltını pisliklərdən təmizləyib saf vərdişlərlə möhkəmlətməkdir.

hələlik bu qədər.

  • Like 1

Share this post

Link to post
Share on other sites
Posted (edited)
51 минуту назад, Slay сказал:

Əlbəttə bütün fikirləri davam etmək yaxşıdı, lazımdır da. Bu binöv birgə özünüanaliz, özünütəhqiq üsuludur. Ümumiyyətlə forumda kimi isə öyrətmək ya kimdən isə öyrənmək məqsədi yanlışdır, bura sadəcə səmimi söhbət, düşüncələrlə paylaşmaq üçün yaradılmış bir məkan kimi baxıram. Sağ olsunlar zəhməti çəkib bunu yaradıblar. Dərin minnətdarlıq!!! Mayın beşinə kimi burdayam sonrasın bilmirəm. Mənim dağlarım darıxdılar yəqin ki mənimçün.😊

Edited by ya Hu!

Share this post

Link to post
Share on other sites
В 04.01.2019 в 01:44, Slay сказал:

Bu mövzuda müzakirə etmək istəyən buyursun.

Varlıq və yoxluq zaman və məkana görə nisbidir.
Bir məkan və zamana görə var olan, digər zaman və məkanda yoxdur.

Əbədi varlıq Odur!

Share this post

Link to post
Share on other sites
12 часа назад, Fakhraddin Sultanov сказал:

Varlıq və yoxluq zaman və məkana görə nisbidir.
Bir məkan və zamana görə var olan, digər zaman və məkanda yoxdur.

Əbədi varlıq Odur!

Amma müassir elm başqa cür deyir.

 Zaman və məkan hələ üstəlik enerji  binq bənq nəticəsində spontan olaraq yaranıb. Binq bənqdən əvvəl heçlik idi.Nə zaman var idi nə məkan nədəki enerji. 

Share this post

Link to post
Share on other sites

Inkar inkar qanuna görə biz həqiqətə gəlirik!

Onda yoxluq yoxluqa görə biz varlıqa gəlirik!)

Share this post

Link to post
Share on other sites
6 часов назад, Gülekek сказал:

Inkar inkar qanuna görə biz həqiqətə gəlirik!

Onda yoxluq yoxluqa görə biz varlıqa gəlirik!)

Dialektikanın qanunları varlıq aləminə aiddir. Varlıq varlığa çevrilməmişdən əvvəl sinqulyar halda idi.Bu yoxluq vəya heçlik vəziyyətidir. Varlığın sinqulyar haldan çıxıb varlıq olması üçün təkan verici qüvvə lazımdır. Bu qüvvə isə əbədi bir varlıq olmalıdır. Metafizika bu qüvvəyə Allah(ali şüur) deyir. Elm isə buna super qüvvə deyir.(fizikadan bildiyimiz 4 universal qüvvənin birgəliyi) Elm super qüvvənin spontan olaraq işə düşdüyünü deyir. Metafizika (vəya din) isə işə salmanın mahiyyətində məqsədin  olduğunu deyir. 

Share this post

Link to post
Share on other sites
В 30.05.2020 в 01:27, Slay сказал:

Amma müassir elm başqa cür deyir.

Əminəm ki, bu müasir elm ən uzağı 1 əsrdən sonra bu müasir elmi tam inkar edən daha bir müasir elmlə əvəz olunacaq.
Odur ki, mən ən azı 15 əsr yaşı olan, daha dəqiq desək, əbədi elmin tərəfdarıyam.

Share this post

Link to post
Share on other sites
1 час назад, Fakhraddin Sultanov сказал:

Əminəm ki, bu müasir elm ən uzağı 1 əsrdən sonra bu müasir elmi tam inkar edən daha bir müasir elmlə əvəz olunacaq.
Odur ki, mən ən azı 15 əsr yaşı olan, daha dəqiq desək, əbədi elmin tərəfdarıyam.

Yuxarıdakı postda "Əbədi varlıq odur" deyəndə siz nəyi nəzərdə tutmuşdu-

nuz? Cümlələri elə qurmusunuz ki, mən düşündüm ki, zaman və məkanın əbədi olduğunu deyirsiniz.Əgər belədirsə hətta 15 əsr yaşı olan əbədi elmə görədə zaman və məkan yoxdan yaradılıb.Yəni zaman və məkan əbədi varlıq deyil.Əbədi olan Allahdır.

Əgər sizdə Allahı nəzərdə tutmuşdunuzsa onda mən düz anlamamışam.

O ki, qaldı müasir elmə bəli başqa variant yoxdur. Zaman və məkan daxilində inkişafın metodu belədir.Təzə köhnənin çatışmayan cəhətlərini inkar eliyib yenilənir.Ta ki, öz qüsurları meydana çıxana qədər qüvvədə qalır.

  • Like 1

Share this post

Link to post
Share on other sites
1 час назад, Slay сказал:

Əbədi olan Allahdır

"Əbədi varlıq Odur" - bu cümlə Qurandandır.

Ümumiyyətlə, bədii - fəlsəfi baxımından yanaşsaq, və insanlar üzərində müşahidə aparsaq, görərik ki, elə insanlar var ki, onları görə bilsək də, daha çox həmin insanları "yoxluğa" aid etmək olar.. Bunun əksinə də rast gəlirik.
Əli ibn Əbu Talib(ə): "Məqsədsiz insan (varlıq) - kölgə (yoxluq) kimidir".

Share this post

Link to post
Share on other sites
20 часов назад, Fakhraddin Sultanov сказал:

Ümumiyyətlə, bədii - fəlsəfi baxımından yanaşsaq, və insanlar üzərində müşahidə aparsaq, görərik ki, elə insanlar var ki, onları görə bilsək də, daha çox həmin insanları "yoxluğa" aid etmək olar.. Bunun əksinə də rast gəlirik.
Əli ibn Əbu Talib(ə): "Məqsədsiz insan (varlıq) - kölgə (yoxluq) kimidir".

Bədii-fəlsəfi  prizmadan yanaşsaq əgər mən belə düşünürəm. Həyatın ümumi dramasında  hamı üçün əsas məna ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmaqdır. Bu yolda şərəf və ləyaqətlə addımlayanlar öz mənalı varlığını təsdiqləyir. Özlərini saf hislərdən məhrum edib şəxsi mənafe üçün yaşayanlar isə sizin misaldakı kimi yox kimi bir şeydilər.

  • Like 1

Share this post

Link to post
Share on other sites
Posted (edited)
1 час назад, Slay сказал:

hamı üçün əsas məna ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmaqdır.

Bütün sualların açarı yəqin ki, elə "ümumi mənafe"nin nədən ibarət olmasını öyrənməyimizdədir...

- "ümumi mənafe" - iqtisadi, mənəvi və ya dünyəvi dəyərlərdən hansı punktları özündə cəmləyir?

-"ümumi mənafe" hansı punktları ilə "şəxsi mənafe"dən fərqlənir?

-"ümumi mənafe" hansı punktları ilə "şəxsi mənafe" ilə eynidir?

Bu sualları daha dəqiq cavablandırmaq üçün, düşünürəm, əvvəlcə ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmuş insanları sadalamaq, sonra isə onların mübarizəsində ümumi olan məqsədləri, təkanverici qüvvələrini nəzərdən keçirmək gərəkdir.
Ya bəlkə də, biraz düşünsək, özümüz də "ümumi mənafe"nin nədə olduğunu tapa bilərik..

Amma, razılaşaq ki, heç birimiz dərhal, əzbərdən bunu söyləyə bilmərik...heyif..

Edited by Fakhraddin Sultanov
  • Like 1

Share this post

Link to post
Share on other sites
2 часа назад, Fakhraddin Sultanov сказал:

Ümumi mənafenin bədii-fəlsəfi prizmadan izahı    ləyaqətli  vicdanlı olmaq ,qəhrəman olmaq və.s..Razıyam ki, bu ümumi abstraksiyadır.

Əgər məsələyə konkret yanaşıb ümumi mənafeni ciddi təhlil mövzusu ediriksə vəziyyət qəlizləşir.Üstəlik əgər cəmiyyət anormaldırsa tək başına ümumi mənafe naminə atılan addımlar sənin özünü səfeh vəziyyətə salacaq.

  • Thanks 1

Share this post

Link to post
Share on other sites
В 07.06.2020 в 03:35, Slay сказал:

Üstəlik əgər cəmiyyət anormaldırsa tək başına ümumi mənafe naminə atılan addımlar sənin özünü səfeh vəziyyətə salacaq.

Ümumiyyətlə, cəmiyyət hər yerdə, bütün dövrlərdə, əsasən, 3 təbəqədən ibarət olub: ümumi kütlə, dəlilər və dahilər. Dəlilər də, dahilər də ümumi kütlədən çox fərqli olduqları üçün, bəzən onları bir-biri ilə səhv salıblar.
Ümumi mənafe naminə dahilərin atdığı addımlar hər zaman kütlə tərəfindən ilk olaraq, səfeh, axmaq addım kimi qiymətləndirilib.
Yəni, bu məqamda daha bir dahi alim Eynşteynin "nisbilik nəzəriyyəsi" işə düşür: ...hər bir yenilik ilk etapda kütlə tərəfindən inkar edilir, ikinci etapda şübhə və mübahisə doğurur, üçüncü etapda isə yekdilliklə qəbul edilir.

Demək istəyirəm ki, balıq tutmaq istəyən, ayağını soyuq suya salmalıdır. Yəni, ümumi mənafə naminə mübarizə apararaq, ləyaqətli və şərafətli işlər görmək istəyən şəxs, nə qədər ümumi kütlə üçün absurd görünsə də, "səfeh" və "axmaq" damğası ilə bir müddət yaşayacağını göz altına almağı bacarmalıdır!...İlk qəhrəmanlıq da məhz buradan başlayır...

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

İxtisarla "varlıq" və "yoxluq" barədə də fikirlərimi bildirmək istəyərdim..
Varlığa və yoxluğa hər nə tərif versək də, necə təsəvvür etsək də, bilməliyik ki,

- varlıq, yoxluğa nisbətən dəfələrlə, bəlkə də milyon dəfələrlə azdır. Necə ki, eyni hadisə haqqında yüzlərlə, minlərlə müxtəlif şərh söylənilər, amma, həqiqət birdir;

- varlıq - geniş, yoxluq isə dardır. Bir varlığı bütün cahan tanıyar, yoxluq isə özü-özünü tanımaz;

- varlıq - güclü, yoxluq isə zəifdir. Varlıq yoxluğu varlıq edə bilər, yoxluq isə varlığı yoxluq edə bilməz.

Share this post

Link to post
Share on other sites
13 часа назад, Fakhraddin Sultanov сказал:

Razıyam   fikirlərinizlə.Bir şeyidə əlavə edim. 
Sizin çəkdiyiniz misalda kütlə normal kütlədir. Yəni reaksiya normaldır.Birinci inanmırlar inkar edirlər,ikinci mərhələdə şübhəyə düşürlər, üçüncü mərhələdə isə həqiqəti  aşkarlayırlar. 
Biridə var kütlə ehkamçı şüur tipinə sahibdir.Heç bir yeniliyi heç bir həqiqəti qəbul etmək istəmir. Məhz belə   kütləni silkələyib qəflət yuxusundan  ayıltmaq  üçün qəhrəmanlar lazımdır.  Adi sadə həqiqətləri tupoylara anlatmaq üçün heyif o canlarından keçən qəhrəmanlara. Anormallıq deyəndə bunu nəzərdə tuturdum. Situasiya anormaldırsa qəhrəmanlıq eləməyinə dəyər yoxsa yox ?(Düzdü ruhən qəhrəman doğulanlar məqamı çatanda nəticəni fikirləşmirlər spontan olaraq edirlər.)Bu sual özü türklər demişkən tartışılası felsefi mövzudur.

Share this post

Link to post
Share on other sites
13 часа назад, Fakhraddin Sultanov сказал:

İxtisarla "varlıq" və "yoxluq" barədə də fikirlərimi bildirmək istəyərdim..
Varlığa və yoxluğa hər nə tərif versək də, necə təsəvvür etsək də, bilməliyik ki,

- varlıq, yoxluğa nisbətən dəfələrlə, bəlkə də milyon dəfələrlə azdır. Necə ki, eyni hadisə haqqında yüzlərlə, minlərlə müxtəlif şərh söylənilər, amma, həqiqət birdir;

- varlıq - geniş, yoxluq isə dardır. Bir varlığı bütün cahan tanıyar, yoxluq isə özü-özünü tanımaz;

- varlıq - güclü, yoxluq isə zəifdir. Varlıq yoxluğu varlıq edə bilər, yoxluq isə varlığı yoxluq edə bilməz.

Bu fikirləriniz bir qədər mücərəddir. Tam anlamaq üçün suallar yaranır.Amma düşünürəm ki, yormağa ehtiyac yoxdur sizi. Çünki Varlıq və Yoxluq özü ən ümumi mücərrəd kateqoriyadır.Yəni oxuyub tutan tutacaq fikirlərinizi. Mənə isə elə gəldi ki, bu barədə fikirləriniz daha çox mənəvi müstəvidədir.

  • Like 1

Share this post

Link to post
Share on other sites

Tolstoy   sayağı etiraf.....Elm bizim bütün suallarımıza cavab verə bilmir. Elm elə suallar üzərində düşünüb cavablar tapır ki, o suallara dəqiq cavablar vermək mümkündür. Bu cavablar vasitəsilə biz dünyanın,materiyanın necə işləməsini anlayıb həyatda öz yaşayışımızı asanlaşdırır, azadlıq səviyyəmizi genişləndiririk.
Amma bizim  suallarımız o qədər dərin və çoxdur ki, düşüncəmizi təkcə elmin sual və cavabları ilə məhdudlaşdırsaq  dünya görüşümüz,mənəviyyatımız,bilmək tələbatımız və s.  natamam qalır.Bu natamamlıq daxili aləmimizi, ruhumuzu doyurmur.
Demək elmdən kənar sualları həll etmək istəyəndə  qarşımıza iki variant çıxır.Ya bu suallara cavab tapmaq üçün öz düşüşüncəmizə güvənməliyik yada ki, bu suallarla məşğul olan ciddi bir mənbə tapmalıyıq. Öz düşüncəmizlə gəldiyimiz nəticənin verdiyi rahatlıq uzun sürmür. Başa düşürük ki, bizi daima öz cazibəsində saxlayan  sarsılmaz bir ideya lazımdır. 
Çıxış yolunu  ikinci variant olan ciddi mənbəni tapmaqda görürük. Axtarışlarımız bizi mövcud olan ciddi  mənbənin özünündə iki hissədən ibarət olduğunu bildirir. Bunlardan biri ümumi fəlsəfə o biri isə dindir.
Fəlsəfə ilə tanışlıqdan  başa düşürük ki,  fəlsəfənin mahiyyəti aqnostizimdir. Yəni fəlsəfə sualları təhlil edə-edə gətirib səni bilmirəm və henəyə əminliyim yoxdur halına salır.  Amma fəlsəfə sənə bunun müqabilində  çox qiymətli bir qabiliyyət  bəxş edir. Əvvəllər heç vaxt qadir olmadığın məhsuldar düşünmək qabiliyyəti. 
Sarsılmaz ideyanın axtarışı bizi gətirib çıxardır dinlə tanışlığa. Əslində biz əvvəllərdə dinlə tanış idik.Amma bu tanışlığın çox hissəsi dinin bayağı dərki idi. Yetkin şüura sahibləndikdən sonra dinin əsas kontekstindən anlıyırıq ki,  yəni Allaha və axirətə inandıqdan sonra həyatın mənasına  varlığımızın mənasına dair olan suallara verilən cavablar artıq bizi öz cazibəsindən buraxmır.  Imanın mənası budur. Allah imanımızı kamil etsin.Amin  inşallah !

Share this post

Link to post
Share on other sites

Enerji.
Fizika elmındən bildiyimiz kimi "enerji " sistemin iş görmək qabiliyyəti kimi xarakterizə olunur. Enerji yox olmur və heç nədən yaranmır. Enerji bir şəkildən başqa şəkilə düşür. iş görülən zaman enerji ötürülməsi baş verir......Və s.
Enerjini izah edən qanunlarla sosial münasibətləri,davranışları izah edən qanunlar eyniyyət təşkil edir. 
Misal üçün dar dəhlizi keçərkən əks tərfdən gələn adam rahat keçməsi  üçün qəsdən  çiyni ilə səni itələyir.O andan etibarən sən onunla sistem təşkil edirsən. Nə qədər ki, aranızda ədalətsizlik yaranmamışdı  aranızda sistem mövcud deyildi. Amma indi isə sən rəqibə nəzərən  enerji ilə yüklənmisən.Yəni potensial enerjiyə sahibsən. Bu sistem daxilində  yaranmış  enerji boşalmasının iki variantı var.
Birinci variantda ona əhəmiyyət verməyib bağışlayırsan. Sənin enerjin onu bağışlamağa xərclənir. Yəni bu enerji beynində psixoloji əməliyyatlara sərf olunur. Misal üçün ürəyində hirslənirsən sonra nəticəyə gəlirsən  əşi o eşşəkdi onsuzda ona baş qoşmağına dəyməz. Əgər azca vicdanı varsa mənin cavab verməməyimi anlayıb səhvindın utanacaq.
Ikinci variantda yaranmış enerjini onun özünə boşaldırsan. Ə xiyar çaşmısan  yoluvu adam kimi keçə bilmirsən ? Artıq sən onu enerji ilə yüklədin. Sitemdə artan silsilə ilə enerji yerdəyişməsi baş verir. Xiyar özünsən ə tutub səni cıraram. Enerji yenidən qayıtdı sənə.Yumruqlar işə düşür.Birin sən birin o , psixoloji enerji fiziki enerji formasına keçir. Sonda enerji tükənir yorulub sakitləşirsiniz.(hələ bu xoşbəxt sonluqdur)Sistemin işi sona çatdı. 
 Bilirik ki, yer üzərində olan hər bir şeyə qravitasiya qüvvəsi ilə təsir edir. Bunun nəticəsində hər bir şey  yer səthinin üzərində dayanır. Yer səthini şərti olaraq sıfır qəbul edək. Sıfır xətti  enerjinin tarazlıq halıdır.Cisim yuxarı qalxdıqda tarazlıq pozulur cisim yerə nəzərən enerji  ilə yüklənir.
Sosial sahədə də belədir. Əxlaq vəya hüquqi qaydalar psixoloji enerjinin  sıfır yəni tarazlıq vəziyyətidir. Öz enerjinizi əxlaqi və hüquqi tarazlığı pozmağa xərcləməyin.Bu əxlaqi olaraq günahdır hüquqi olaraq isə bumeranq effektidir.Yəni enerji cəza olaraq özünüzə tətbiq olunacaq.
Öz enerjinizi müsbət planda xərcləyin. Yaradıcılıq,inkişaf və yaxşılığa xərcləyin.

Share this post

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Жители поселков Маштаги и Мярдакан смогут прямиком доехать до автобусной остановки, расположенной около станции метро "Гянджлик".
      БАКУ, 4 авг — Sputnik. Бакинское транспортное агентство (БТА) запускает дополнительно пять экспресс-маршрутов из пригородов Баку в центр города. Об этом, как сообщает Sputnik Азербайджан, заявил пресс-секретарь агентства Маис Агаев.
      В утренние и вечерние часы, по его словам, наибольший поток пассажиров автобусов наблюдается в направлении пригородов столицы, в частности, на автобусах, курсирующих в направлении станций метро "20 января" и "Кёроглу".
      Несмотря на то, что БТА поручило пассажироперевозчикам в период пандемии отрегулировать число задействованных на линиях транспортных средств, это не принесло действенного результата и между пригородами и центром столицы пришлось запустить экспресс-маршруты.
      Одной из важных в этом смысле мер стало обеспечение транспортировки пассажиров в указанных направлениях.
      "И прежде в БТА поступали похожие обращения от граждан. Например, жители поселков Маштага, Мярдакан просили организовать им автобусный маршрут, на котором пассажирам не придется делать по несколько пересадок, чтобы доехать до центра города. Это обращение принято во внимание", - заявил Агаев.
      Данные автобусы будут транспортировать граждан с территории бакинских пляжей и поселков до остановки около станции метро "Гянджлик".
      Представитель Бактрансагентства также анонсировал закупку в ближайшее время дополнительно 115 новых автобусов.
      https://m.az.sputniknews.ru/life/20200804/424599917/bakinskij-transport.html?mobile_return=no
        • Thanks
        • Like
      • 30 replies
    • Поладу нужна ваша помощь ...
      Доброго времени суток, уважаемые форумчане! Соотечественники и просто хорошие, не безразличные люди 🙏🙏🙏 
       
      Консультация профессора:
       
      Пока остановились на докторе Рафиге 
       
      Фоткала сама, с разрешения всех сторон 
       
      Заключение профессора:
       
      А так же снимки, плёнка с КТ и МРТ находится у меня дома. На сегодняшний момент это все данные. 
       
      Карта для сбора средств, моя семейная, всю отчётность буду вести сама 🙏 и отчитываться тут, с ВАШЕЙ лёгкой руки сделаем ещё одно доброе дело!!! Подарим Поладу здоровье! Дай Аллах и нам всем здоровья и долгих лет жизни...
       
      Ребята, внесу ясность. Карточка на имя моей Мамы. Ахмедова Мехрибан.
       
      Дата рождения: 28.09.1961
      Fin: 23DJ1FF
       
        • Upvote
        • Thanks
        • Like
      • 385 replies
    • Около порта в Бейруте прогремел мощный взрыв, передает корреспондент РИА Новости.
      Ему предшествовал небольшой хлопок, а через пять минут появился черный и белый дым. После в небо поднялся столб красного дыма.
       
      https://video.img.ria.ru/Out/Flv/20200804/2020_08_04_Beirutsait_v4vfs3ei.m2b.mp4
       
      https://ria.ru/20200804/1575365454.html
       
      По официальной версии, взорвался корабль с пиротехникой. Но что-то не похоже.
        • Facepalm
        • Confused
      • 420 replies
    • Российский военный эксперт призвал ударить по Азербайджану ядерным оружием!
      Интересно куда наших диспутовских путиноидов и пятую колонну денут?
       
        • Facepalm
        • Downvote
        • Confused
        • Haha
      • 361 replies
    • Здравствуйте, уважаемая администрация и все остальные,
      Прошу всех запастись терпением, и заранее прошу прощения за много букв, просто это настолько наболело и  накипело, что должно было найти какой-то выход, и я надеюсь, что этому будет, наконец, положен конец...
       
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Like
      • 83 replies
    • Все о коронавирусе - 77. Билл Гейтс: большинство тестов на коронавирус бесполезны
      Основатель Microsoft и сопредседатель благотворительного фонда Билл Гейтс раскритиковал способ выявления коронавируса в США. Об этом сообщает CNBC.
      По его словам, большинство анализов на коронавирус, которые берутся в США, бесполезны из-за слишком длительного периода выдачи результатов. Он назвал безумием то, что в США интервал между взятием анализов на коронавирусную инфекцию и выдачей их результатов в среднем "превышает 48 часов": "Такой тест является полной потерей времени и средств. Большая часть данных о том, как много мы тестируем, является пустой тратой".
      Гейтс подчеркнул, что никто не должен платить за метод диагностики, когда результаты приходят в течение семи дней, так как люди в это время продолжают инфицировать других.
       
        • Facepalm
        • Upvote
        • Haha
        • Thanks
        • Like
      • 1,390 replies
    • Служба государственной безопасности (СГБ) распространила сообщение.
      В настоящее время проводятся оперативно-следственные мероприятия по уголовному делу, возбужденному по соответствующим статьям Уголовного кодекса Азербайджанской Республики на основании материалов, собранных в связи с проведением органами иностранных спецслужб военных учений за пределами Азербайджана с участием граждан Азербайджанской Республики путем прививания им радикально-экстремистских религиозных идей, их привлечения под различными именами к военным операциям в зонах конфликтов на территории других государств.
      В результате расследования были установлены основания для подозрения в том, что гражданин Азербайджанской Республики Шукюров Мехди Афлатун оглу участвовал под прозвищем «Мухтар» в незаконных вооруженных формированиях, созданных для нарушения общественной безопасности и совершения тяжких и особо тяжких преступлений.
      М.Шукюров был привлечен к ответствености в качестве обвиняемого по статьям 12.3,214-3.1 (Проведение учений с целью терроризма) и 12.1,279.1 (Создание не предусмотренных законодательством вооруженных формирований или групп) Уголовного кодекса Азербайджанской Республики, в его отношении решением суда была избрана мера пресечения в виде ареста, он был объявлен в международный розыск.
      После въезда М.Шукюрова на территорию Российской Федерации он был задержан в рамках процедуры взаимной правовой помощи по международному розыску и 28 июля 2020 года экстрадирован в Азербайджанскую Республику.
       В настоящее время расследование по уголовному делу продолжается.
      https://media.az/important/1067785435/sgb-obvinyaemyy-v-terrorizme-muhtar-ekstradirovan-v-azerbaydzhan/
      • 11 replies
    • Группа азербайджанских инженеров презентовала проект нового моста через Бакинскую бухту.
      Как сообщает 1news.az, предварительный проект распространен в инженерных группах в соцсети Facebook и уже вызвал оживленную дискуссию о его влиянии на автомобильные пробки в столице.
      По проекту новый мост должен связать район чуть дальше круга Азнефть (у Baku Kristall Hall) до района Baku White City (начало проспекта Нобеля). Этот цельнометаллический «висячий» мост с натяжными канатами и промежуточными опорами протяженностью 2 километра 650 метров фактически соединит начало и конец проспекта Нефтяников.
      Предложенный мост по конструкции сильно напоминает мост Золотые Ворота (англ. the Golden Gate Bridge) — висячий мост через пролив Золотые Ворота в городе Сан-Франциско (США).
      Отметим, что это не первый подобный проект – ранее свой проект более короткого моста через Бакинскую бухту представил графический дизайнер Расул Гасан.

      Новый проект моста через Бакинскую бухту: Панацея от пробок?
        • Facepalm
        • Haha
        • Like
      • 126 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Popular Now

×
×
  • Create New...
Наши цены на рекламу