Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kloun

Recommended Posts

Aylar öncə bir ad günündə idim. Dostum oğlunun 7 yaşını qeyd edirdi. Bizi də çağırmışdı. Məclis də əsasən uşaqlardan ibarət idi. Nə isə...elə ki, kloun gəldi, balacalar cumdu onun üstünə. Bir xeyli əyləndilər. Amma... bir baxdım ki, uşaqlar üz alıb və...oğlanlardan ikisi klouna arxadan təpik vurur. O da bir şəkildə zarafata salıb bunları ha yola vermək istəyir, ha uşaq dilində danışır, ha ortalığa bir söhbət salıb vəziyyətdən çıxmağa cəhd edir. Fəqət alınmır ki, alınmır... Boynu yoğun valideynlərdən də bircəciyi uşağına təpinmir, qışqırmır, göz ağartmır... Əlqərəz, klounun proqramı bitdi. Sanki ona yox, təpiyi mənə vurmuşdular. İçim həqiqətən göynəyirdi. Yerimdə qərar tuta bilmədim, klounun arxasınca soyunub-geyinmə otağına girdim. Əvvəl məni görmədi. Baxdım ki, köynəyini başından çıxara-çıxara ağlayır. Dilinin də altında nəsə danışır. Astadan.  Məni görçək tez özünü düzəltdi. Bir qədər səssiz qaldıqdan sonra isə qəfil səsləndi: "Pul çatıb müəllim..." 
- Yox əzizim, mən pula görə gəlməmişəm. Sadəcə o nadinc uşaqların əvəzinə üzr istəmək istədim... 
- Müəllim, mən hər gün bu həyatı yaşayıram.... 
....Klouna gələn qəfil zəng söhbətimizi qırır. Qızıdı. Nəsə deyir. Mənsə sadəcə atanın verdiyi cavabı eşıdırəm: 
"Ağıllı balam, papa işdədi, sən mamanı qucaqla yat. Aha alacam. Söz. Sən istədiyin oyuncağı alacam. Papa canı alacam" 

P.S ..Övlad üçün təpiklənməyi belə gözə almağın adıymış - ATALIQ!

Təəssüf ki, indiki valideynlərin çox hissəsi uşaqlarına normal tərbiyə verməyi bacarmir...

80A9096F-771E-4CF7-AF6C-37C4D7ABCCA2.jpeg

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

bu bədii yazıdır yəqin ki ? ) amma reallıqdan da uzaq deyil 

hər işin, hər sənətin özəlliyi var. məncə, insan həmin obrazı qəbul edibsə sonacan "oynamalıdır" 

ümumiyyətlə, həyatda, işdə, realda, virtualda ... hər kəs fəaliyyətdə olduğu məkanı, işini sevməlidir, onun özəlliyini qəbul etməyə çalışmalıdır.

kloun (təlxək) da həmçinin hal dəyişikliyini şişirtməməlidir. 

uşaqların həyasızlığına və valideyin laqeydliyinə gəlincə, razıyam, həqiqətən də vəziyyət elədir. qonaqlıqda bəzən mən özüm də dəfələrlə müşahidə edirəm ki, bivec analar uşaqlarından sanki bezmiş kimi laqeyd, uzaq oturb fikir vermirlər. uşaq döşəmədə sürünür, hovuzdakı balıqları ovlayır, tortu dişləyir, barmaqlayır... ana da baxıb sevinir )) 

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

Klounların işi asan deyil.Ümumiyyetle uşaqlarla baş etmek çetindir.Her aileden ferqli xasiyyetde uşaq çıxır,hetta eyni aileden iki ferqli xasiyyet.

Burda vurğu valideynlerin uşaqlarına lazımı yerde lazımı müdaxileni etmemeleridir.

Bununla razıyam.

Bu o demek deyil ki,uşağa qışqırıb,hirslenib,ceza verilsin decellik etdiyi zaman.

Gözel dille hansı meqamda nece hereket etmeli olduğunu başa salmaq lazımdır.

Ümumiyyetle uşaqla çox ünsiyyet qurmaq,onunla söhbet etmek,ona suallar vermek,cavablarına diqqet etmek,düzeliş etmek lazımdır.

İndi men hamısına lazımdır yazıram,amma bu bezi hallarda vacibe çevrilir.

Edited by NOIR
  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

10 часов назад, Igolka сказал:

Klounların işi asan deyil.Ümumiyyetle uşaqlarla baş etmek çetindir.Her aileden ferqli xasiyyetde uşaq çıxır,hetta eyni aileden iki ferqli xasiyyet.

düzdür. elə ona görə də yuxarıda həmin youtube çarxı yerləşdirdim.

vaxtilə Çoşqun_Rafael cütlüyünü necə ələ salırdılar... onlar barədə elə təhqiramiz ifadələr işlədirdilər ki, müqayisədə təpik heç nə idi

10 часов назад, Igolka сказал:

Bu o demek deyil ki,uşağa qışqırıb,hirslenib,ceza verilsin decellik etdiyi zaman.

)) bir kiçik hadisəni xatırladım

yaxın günlərdə Fəvvarələr meydanından keçirdim, oğlum dartıb apardı məni şirniyyatlara tərəf... )

hazırda mərkəzdə satış yarmarkaları keçirilir, bilirsiz yəqin. Çələbi brendinin şourumu diqqətimi çəkdi, yaxınlaşdım. ümumiyyətlə Сhelebi brendinin ideyası, dizaynı çox maraqlıdır, bəyənirəm. onların simvolikasında ağ pişik də var ) pişik kostyumunda, qəşəng qara mundirdə bir "obraz" dayanıb reklam edir )) şəkil çəkdirir. bir balaca oğlan, olar 3 yaşında, əlini dinc saxlamır və pişiyin uzun ağ quyruğunu dartır )))) )))) güldüm nə qədər, öz uşaqlığımı xatırladım. mən də uşaq olsaydım, dartardım :biggrin: bu arada, foto şəkil alınmır )) çünki pişik-adam qıcıqlanır və geri çevrilib, quyruğunu uşağın əlindən alır )) uşaq yenə əl uzadır. pişik hirslə quyruğunu çəkir.... məzəli hal yaranmışdı. vallah o balaca dələduzu başa düşürəm. dəcəldi sadəcə. 

Link to comment
Share on other sites

3 часа назад, РОДНОЙ сказал:

real hadisedi)

mümkündür

insanların psixi imkanları fərqli olur.  eləsi var dözümlüdür, emosional çevikdir, özünü və situasiyanı ələ ala bilir. amma elə insan da var adlaya bilmir, эмоциональная ригидность deyilər buna. təzahürləri müxtəlif olur

Edited by NOIR
Link to comment
Share on other sites

Klounda varki vəziyyətdən elə çıxırki gəl görəsən))

Videoların birində görmüşəm.Toy məclisidi.Kimsə uşağın birini öyrədib ki, kloun mikrafonu sənə uzadıb danışdıranda anasını söy.(tərbiyəsiz söz) Uşaq söyür.Kloun iki-üç saniyəlik pərt olub duruxub qalır.Və birdən yenə klounluq eliyə eliyə mikrafonu götürüb onu sənə hansı köpəkoğlu öyrədib deyə səslənir? Ey köpəkoğlu hardasan?Bu vaxt zaldan bir nəfər başını aşağı salıb çölə qaçmağa çalışır.Kloun qışqırır ey köpəkoğlu sənsən hara qaçırsan ?

  • Haha 2
  • Upvote 1
Link to comment
Share on other sites

    Real hadisədirsə,çox daha bərbad..Xüsusən də uşaqların davranışı və onlara məhəl qoymayan valideynlərin bu formada etinasızlığı, bu kimi tərbiyə görmüş uşaqların sonunu düşünmək belə istəmirəm,  empatiya bacarığından məhrum, qarşısındakı hər kəsi bir şəxsiyyət olaraq görməyi bacarmayan bu tip insanlar yollarına çıxan hər zəifi əzməkdən zövq alsalar təəccüblənmərəm.

   Kloun, təlxək və ya aktyor kimi işləri əyləndirmək olanların hər biri, öz şəxsi bacarıqları qədər işlərinin öhdəsindən gəlməyə çalışanlardır, əlbəttə ki, hazırcavab və hər bir vəziyyətə hakim olmalıdırlar, çünki nə ilə qarşılaşacaqlarını əvvəlcədən müəyyən edə bilməzlər, emosional olanların isə əzmi mütləq bir yerdən sonra qırılacaq, çünki asan görürüldüyü qədər ağır işdir.

Edited by ceylin
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

5 часов назад, ceylin сказал:

əlbəttə ki, hazırcavab və hər bir vəziyyətə hakim olmalıdırlar, çünki nə ilə qarşılaşacaqlarını əvvəlcədən müəyyən edə bilməzlər, emosional olanların isə əzmi mütləq bir yerdən sonra qırılacaq, çünki asan görürüldüyü qədər ağır işdir.

çox yaşa, Ceylin ) mən də belə düşünürəm. hər sənətin özəlliyi var... asan iş yoxdur, ümumiyyətlə ) 

  • Like 1
Link to comment
Share on other sites

В 16.12.2018 в 11:22, NOIR сказал:

düzdür. elə ona görə də yuxarıda həmin youtube çarxı yerləşdirdim.

vaxtilə Çoşqun_Rafael cütlüyünü necə ələ salırdılar... onlar barədə elə təhqiramiz ifadələr işlədirdilər ki, müqayisədə təpik heç nə idi

)) bir kiçik hadisəni xatırladım

yaxın günlərdə Fəvvarələr meydanından keçirdim, oğlum dartıb apardı məni şirniyyatlara tərəf... )

hazırda mərkəzdə satış yarmarkaları keçirilir, bilirsiz yəqin. Çələbi brendinin şourumu diqqətimi çəkdi, yaxınlaşdım. ümumiyyətlə Сhelebi brendinin ideyası, dizaynı çox maraqlıdır, bəyənirəm. onların simvolikasında ağ pişik də var ) pişik kostyumunda, qəşəng qara mundirdə bir "obraz" dayanıb reklam edir )) şəkil çəkdirir. bir balaca oğlan, olar 3 yaşında, əlini dinc saxlamır və pişiyin uzun ağ quyruğunu dartır )))) )))) güldüm nə qədər, öz uşaqlığımı xatırladım. mən də uşaq olsaydım, dartardım :biggrin: bu arada, foto şəkil alınmır )) çünki pişik-adam qıcıqlanır və geri çevrilib, quyruğunu uşağın əlindən alır )) uşaq yenə əl uzadır. pişik hirslə quyruğunu çəkir.... məzəli hal yaranmışdı. vallah o balaca dələduzu başa düşürəm. dəcəldi sadəcə. 

Decelliye qarşı deyilem men de,hetta decel uşaqlara daha çox isinirem.Lakin her uşağa bir yanaşma şekli var.Bir toplu uşağı yığıb nese başa salsan,müeyyen qaydaları,terbiyevi xarakterli iclas etsen yene de içinden anlamayanlar çıxır.Bele uşaqlara ferdi yanaşma lazımdır.Onun anlayacağı dili,üslubu tuta bilmek lazımdır.

Bir daha qeyd edirem ki,uşaqlarla mümkün qeder çox söhbet etmek,onların verdiyi suallara etraflı cavab vermeye çalışmaq ve xoşagelmez her hansı bir hereketi ona başqa terefden göstermek lazımdı.

Quyruq uzun olub dartıblar ,uşaq neylesin axı ))) 

Amma klouna tepik vurmaq,tehqiramiz ifadeler işletmek yolverilmezdi.

Üstelik hemişe meettel qalıram ki,uşaq nece olur ki,pis ifadeler işledir? Evde eşidir? ( beledirse uşağın adına çox üzülürüm).Kenarda eşidir tekrar etmek isteyir,amma menasını başa düşmür? Lakin valideyn de müdaxile etmir ve izah etmir? Yene de uşağa üzülürem.

Herhalda,uşaqlar melekdirler,onlara yaxşı menada qatqımız olsun gerek.

  • Like 1
Link to comment
Share on other sites

В 20.12.2018 в 23:57, Igolka сказал:

Üstelik hemişe meettel qalıram ki,uşaq nece olur ki,pis ifadeler işledir? Evde eşidir? ( beledirse uşağın adına çox üzülürüm).Kenarda eşidir tekrar etmek isteyir,amma menasını başa düşmür? Lakin valideyn de müdaxile etmir ve izah etmir? Yene de uşağa üzülürem.

Bu başqa bir mövzudur.Belə insanları heç cür anlaya bilmirəm, böyüklü-kiçikli hamısı daxil olmaqla. Az yaşlı uşaqları hardasa yenə başa düşmək olar, dərk etmədən danışırlar, kimlərisə təkrarlayırlar, bəs kiçiklərə nümunə olan böyüklər buna necə yol verirlər, bax bu mənə həmişə təəccüblü gəlib.

Link to comment
Share on other sites

7 minutes ago, ceylin said:

Təsadüfi deyil ki, "əmini söy" kimi bir təşviq forması bizdə ortaya çıxıb. Bəzi böyüklər bunu çox həvəslə öyrədir. Nəticə əldə edəndə hələ bir fəxr də edirlər.

  • Haha 1
  • Facepalm 1
Link to comment
Share on other sites

5 часов назад, ceylin сказал:

Bu başqa bir mövzudur.Belə insanları heç cür anlaya bilmirəm, böyüklü-kiçikli hamısı daxil olmaqla. Az yaşlı uşaqları hardasa yenə başa düşmək olar, dərk etmədən danışırlar, kimlərisə təkrarlayırlar, bəs kiçiklərə nümunə olan böyüklər buna necə yol verirlər, bax bu mənə həmişə təəccüblü gəlib.

Bir tanışım var idi.Uşağa pis ifadeler öyredib kimese qarşı demeyini isteyirdi,uşaq da deyince gülürdü,alqışlayırdı uşağı ))) 

O xesteni ele o illerde itirdim )) 

Link to comment
Share on other sites

15 часов назад, Igolka сказал:

Bir tanışım var idi.Uşağa pis ifadeler öyredib kimese qarşı demeyini isteyirdi,uşaq da deyince gülürdü,alqışlayırdı uşağı ))) 

O xesteni ele o illerde itirdim )) 

bir qism insanlar var, özgə əli ilə iş görməyə vərdiş eliyiblər. demək istədiyi lakin hər hansı səbəbdən deyə bilmədiyini uşağa ya başqa ailə üzvünə dedizdirir.

mənim bir qadın tanışım var idi. o həmişə təxribatçı vəziyyətlər yaradırdı ki, hamı bir-birinə qarışsın. özü də kənardan sakitcə seyr edirdi. nəticədə mütləq kimsə pis olurdu, bu isə yaxşı 

Link to comment
Share on other sites

В 22.12.2018 в 19:13, Museyib Elekber сказал:

Təsadüfi deyil ki, "əmini söy" kimi bir təşviq forması bizdə ortaya çıxıb. Bəzi böyüklər bunu çox həvəslə öyrədir. Nəticə əldə edəndə hələ bir fəxr də edirlər.

:umora:Əmini niyə?))   Uşağın yanında düzgün danışılmamasının doğura biləcəyi nəticənin ən aydın nümunəsi.)

В 22.12.2018 в 19:13, Museyib Elekber сказал:

Bəzi böyüklər bunu çox həvəslə öyrədir

Düzdür, bunlar yalnız bizə məxsus xüsusiyyətlərdir,analoqu yəqin ki yoxdur.

В 23.12.2018 в 00:29, Igolka сказал:

Bir tanışım var idi.Uşağa pis ifadeler öyredib kimese qarşı demeyini isteyirdi,uşaq da deyince gülürdü,alqışlayırdı uşağı ))) 

O xesteni ele o illerde itirdim )) 

Elə itsə yaxşıdır.)Bilərəkdən edilən bu kimi davranışları heç anlaya bilmədim.:wow1:

Bir dəfə təsadüfən danışıq zamanı eşitdim ki, kiçik oğlumun yaşlı xanım müəlliməsi sinifdə hansısa uşağa pis ifadə ilə təhqir edib.Evə gələndə nə qədər çalışdımsa onun dediyi sözü uşaqdan öyrənə bilmədim.Oğluma izah etməyə çalışdım ki, onu qadın deyibsə  mənim bilməyimdə heç bir yanlışlıq yoxdur, hətta söz də verdim ki gedib iradımı bildirməyəcəyəm, dedi ki yox, onu sənə deyə bilmərəm.) Bu da şagirdlərə nümunə olacaq  müəllimənin ifadə tərzi :(  

Link to comment
Share on other sites

16 minutes ago, ceylin said:

:umora:Əmini niyə?))   Uşağın yanında düzgün danışılmamasının doğura biləcəyi nəticənin ən aydın nümunəsi.)

Düzdür, bunlar yalnız bizə məxsus xüsusiyyətlərdir,analoqu yəqin ki yoxdur.

Burada əmi qohum mənasında nəzərdə tutulmur. Biri öz tanışını filan göstərərək onu söyməsini uşaqdan istəyir. Yaş fərqi baxımdan çox vaxt uşağın əmisi və ya dayısı rolunda ola bilər o insan. Yəni uşağın atasının ancaq o tip birinə ərki çatıb söydürə bilər. Bunu uşağın yaşıdı olan başqa bir uşaqla da edə bilər. Bu halda "qaqanı söy" olur ))). Ancaq belə halla çox nadirən qarşılaşmışam.

  • Haha 1
Link to comment
Share on other sites

Mövzu sentimental "Zaman" qəzetinin o vaxtlar yazdığı "sırr kapısı" tipli köşələrinə bənzəyir. Həqiqət də ola bilər . Kloun peşəsi mövcud olandan müxtəlif romantik hekayələrin, kliplerin ana xətti olub bu mövzu

Mən başqa bir şeydən yazmaq istərdim.

Ötən il  məktəb yeni ilinə gələn klounun şit, qurşaqdan aşağı zarafatları, bayağı musiqilər qoşmaqla uşaqları əyləndirməyi heç xoşuma gəlməmişdi. "Ay səni dovşan yesin" mahısı qoymuşdu, doğrusu birinci dəfə bu mahnını uşağın yeni il karnavalında eşitdim. Qırağa çəkib deyirəm, "Sizin diskdə başqa mahnılar yoxdu, bu nədi qoymusuz?

cavabında "nəyi pisdi, gül kimi mahnıdı, bax uşaqlar da yaxşı oynayır"  dedi.

dialoqu uzatmadan bitirdim,Klounun dünya görüşü, səviyyəsi ortada  idi(((

O tək deyil, bizdəki  kolunların əksəriyyəti çox səviyyəsiz və düşükdü.  Onların belə formalaşmasında da cəmiyyətimizin rolu böyükdü, klounun  etdiyi şit-şit zarafatlara gülən tamaşaçı əslində öz zövqsüzlüyünü, səviyyəsini ortaya qoyur, Kloun da buna tələb olduğundan təklif paketini genişləndirir(((

Kloun əslində bizim cəmiyyətdə ən aşağı təlxək kimi qiymətləndirirlir. Halbuki dunyada Klounluq bir sənət hesab olunur, klouna böyük hörmət var. Məşhur aktyor Yuriy Nikulin kloun idi, böyük kinoya klounluqdan gəlmişdi

  • Upvote 2
Link to comment
Share on other sites

1 hour ago, fikus elastica said:

Bunlar, əslində, orta statistik azərbaycanlının "zövq"ləridir. Dolayısı ilə klounlar da bu "zövq"lərdən bəhrələnir..

Link to comment
Share on other sites

  • 3 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Sad
        • Haha
      • 75 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 97 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 135 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 54 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...