Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ölümdən qorxursunuzmu, ölüm haqqında düşünürsünüzmü?!

Recommended Posts

  •    
  • Salamlar! Məşhur yunan filosofu Epikür deyirdi ki, ölümlən qətiyyən qorxmaq lazım deyil.Çünki, biz onunla heç zaman görüşmürük - biz olanda ölüm olmur, ölüm olanda biz... Amma o, haqlıdırmı? Axı, biz həyatımız boyu ölümlə demək olar ki, hər gün rastlaşırıq. Yaxın adamlarımızı - atamızı, anamızı, qohumlarımızı itirmək ölümlə görüş deyil, bəs nədir?
  • Boynuma alıram ki, həyat və ölüm haqqında çox düşünürəm, yəqin yaşdandır, son vaxtlar lap çox düşünürəm. Amma aydınlıq gətirmək istədiyim sualların içində, həyat-ölüm labiritində itib batıram. Məni ən çox düşündürən sual budur: İnsanda bu qədər həyat eşqi hardandır? Ömür boyu mübarizə aparır, həyat adlı ocağın alovunda yanır. Yanıb kül olduqdqn sonra oyanır, amma həyatın külü də əlində qalmır, onu da ölümün yelləri aparır. Ölüm həyata nisbətən qayğıkeşdir, mərddir, heç zaman səni aldatmır, yarı yolda atmır. Həyatdan fərqli olaraq, ölümün ağrıları, acıları yoxdur. Əksinə, ölüm bütün ağrıların, acıların sonudur. Amma insan dördəlli həyatdan yapışır, əlləri yorulanda dişləri ilə tutur, buraxmır. Ölümlə görüşməkdən - əzab-əziyyətdən qurtarmaqdan, azad olmaqdan qorxur. Nəyə görə? Nəyə görə biz qəddar həyatı sevirik, xilaskar ölümə isə nifrət edirik? Bəlkə ölüm həyatdan şirindir, axı, biz bunu bilmirik...
Link to comment
Share on other sites

  • NOIR changed the title to Ölümdən qorxursunuzmu, ölüm haqqında düşünürsünüzmü?!
4 часа назад, Arif Raximov сказал:

Sizin yazdığınız bu fikirlərin ən çox ağır xəstə olub ölmək istəməyən insana aidiyyatı var . Yəni ölümdən qorxub özünü ölüm instinktinə təslim etməyən insana .(intiharı nəzərdə tutmuram)

Insan cavan olanda yaşamaq instinkti güclü olur . Bu onu fəal olmağa, dinamikliyə təhrik edir . Dinamik həyat isə insanı bədbin hislərə qapılmağa qoymur . 

Link to comment
Share on other sites

ölüm naməlumluqdur. insan real dünya ilə bədəni vasitəsilə təmas qurmağı vərdiş edib. fiziki varlıq vəziyyətində mövcud olmadan, bədənsiz, hiss üzvləri olmadan dunyanı qavraya bilməmək kimi təsəvvür insanı sıxır, xoflandırır. ölüm haqda sakit tərzdə mühakimə yürütmək özü təmkin və cəsarət tələb edir. bu səbəbdən də, gəlin səbrimizi və cəsarətimizi başqa istiqmətə yönəldək.

P.S. axırıncı kvartaldı... ilin sonu gəlir, ölümdən danışmayaq. pis əlamətdi ))

Link to comment
Share on other sites

Bu barədə öz fikrimi vir bir neçə mövzuda bildirmişəm. Yenə yazmaqda qəbahət yoxdur, yəqin ki )

Ölümə dəhşətli, vahiməli bir şey kimi baxmıram. O biri dünya varsa, nə maraqlı, yoxsa da qorxusu yoxdur. Torpağın altında heç bir şey hiss etməyəcəyik. Əksinə, ölüm bu dünyanın əziyyətindən canımızı qurtarır. Ona görə də, Afrikada bir sıra qəbilə biri öldüyü zaman bayram edir. Əgər bir yaxınım ölərsə, onun başına gələnin dəhşətli bir hadisə olmasına görə deyil, artıq görə bilməyəcəyim üçün pis olaram. Hətta o insanın adına sevinərəm də, rahatlıq tapdı deyə düşünərəm.

Bütün bunlardan sonra, ölümdən qorxmuram. Qorxacaq bir şey də görmürəm. 

Link to comment
Share on other sites

Ən güclü nəsihət istəyirsənsə ölümü düşün. 

Ölümü düşünki, həyatın mənasını anlayasan. Ölümü sev ölümdən qorxma . Amma bu o demək deyil ki, ölümü sevib həyatdan küsəsən .

Link to comment
Share on other sites

Salam Aleykum filosofiyadan hec kim xeyir tapmir filosofiya adami kufre aparan yollardan biridir olüm haqda duşunmeyiniz eslinde sevindirici haldi cünki ele bir zamanede yasayiriq ki hetta qebir qazan bile ölume inanmir amma olüm haqdir biz Allaha mexsusuq ona da qayidacayiq size tövbe edib namaz qilmaqi ve Quran oxumaqi tovsiye edirem filosofiya yerine Quran oxuyun bu sizin ücun daha xeyirli olar ve Insaallah bütun olumle baqli suallariniza cavab tapacaqsiz orda

Link to comment
Share on other sites

Ölüm hamı üçün var.Bu zamana kimi kimse ölümden qaça bilmemiş..Uşaq olanda anama tez-tez ölümden ,ölmekden sual vererdim.Ölmekden çox qorxardım.Anam deyerdi ,sizin vaxtınıza kimi derman düzeldecekler,içib ölmeyeceksiz..Inanıb sakitleşerdim.Böyüdüm,bildim ele derman yoxdur..Indi öz övladlarım sual verir..Ana,öleceyikmi? Dilim gelmir he deyim.Deyirem ,100 yaşına çatanda ,hele tezdir..Hesablayıb sakitleşirler..

Nağıllara inanan vaxtım çoxdan keçib..Ölumden qorxum yoxdur..Sadece ağrısız ve ani ölüm isteyirem..Bir gün öleceyem..Bütün varlığımla qebul edirem.Yaradılışa ,zencirin bir halqası olduğuma boyun eyirem)sadece zamanımı ve sıramı gözleyirem

Bu müddet çatana kimi de bu dünyada kiçicik toz zerresi olsam bile neyese ve ya kimese faydalı olmağa çalışıram.

  • Like 1
Link to comment
Share on other sites

övladlarımın mənsiz qalacaqlarını düşünəndə, onların hələ balaca olduqları və analarına ehtiyyac duyduqları bir dönəmdə ölməkdən qorxuram, bəli. daha doğrusu onlardan çox narahat olduğum üçün indi ölmək heç istəmirəm.

Ölmək həqiqətə yaxınlaşmaqdı ya da çatmaqdı yəqin ki...

  • Like 1
Link to comment
Share on other sites

On 10/11/2018 at 10:36 PM, Kenul2012 said:

ndi öz övladlarım sual verir..Ana,öleceyikmi? Dilim gelmir he deyim.Deyirem ,100 yaşına çatanda ,hele tezdir..Hesablayıb sakitleşirler..
 
"çardaqda çiçəklər" filmində baş qəhrəmanın atası gözlənilmədən cavan yaşda vəfat edir. Övladları atanın ölümündən çox  sarsılır. Böyük qız öz anasını günahlandırır, " anam vaxtı ilə bizə ev heyvanı saxlamağa icazə versəydi biz ölümün nə olduğunu bilərdik, atamız öləndə bu qədər sarsıntı keçirməzdik"

Hərdən, Könül, mənə də ölüm haqda suallar verirlər. Bir dəfə lap balaca olanda yerdə ölü siçan görmüşdü, demişdi ki, "siçana bax, siçan xarab olub"))

Düşünürəm kİ, filmdəki qəhrəmanın dediyi kimi, gərək evdə balıqdan, quşdan saxlayaq.  

  • Upvote 1

Sen dediyin kimi ölümü bilirler.Pişiyimin yayda iki balası ölmüşdũ.Kiçik oğlum ne qeder ağladı.Tısbağanı yoldaşımla ölü tapanda 1-2 ay gizletdik,demedik.Gedib gelib Tessanı axtarırdılar..Deye bilmirdim ölüb.Bilirdim pis tesir edecek.Sonra gördüm her gün axtarırlar,nehayet dedim ölüb..Indiyene kimi
deyirler" Yazıq Tessa"

Özüme oxşayıblar)) altı yaşım olanda şeherden babamın bağ evine gelmişdik.Soyuq qış günü idi..Heyetden ağ ,kiçik ,ölmüş pişik balası tapdım.Ağlıma ilk gelen -soyuqdan donub ölmesi oldu.Bütün gün soyuqda heyetde gezib elimde ölü pişik aglayırdım,.Indiyene kimi o soyuq ve durmadan ağlamağım xatirimde qalıb.)Nene-baba yalvar-yaxar meni eve sala bilmirdiler.
Link to comment
Share on other sites

On 10/17/2018 at 2:18 PM, fikus elastica said:

"çardaqda çiçəklər" filmində baş qəhrəmanın atası gözlənilmədən cavan yaşda vəfat edir. Övladları atanın ölümündən çox  sarsılır. Böyük qız öz anasını günahlandırır, " anam vaxtı ilə bizə ev heyvanı saxlamağa icazə versəydi biz ölümün nə olduğunu bilərdik, atamız öləndə bu qədər sarsıntı keçirməzdik"

Hərdən, Könül, mənə də ölüm haqda suallar verirlər. Bir dəfə lap balaca olanda yerdə ölü siçan görmüşdü, demişdi ki, "siçana bax, siçan xarab olub"))

Düşünürəm kİ, filmdəki qəhrəmanın dediyi kimi, gərək evdə balıqdan, quşdan saxlayaq.  

Hamı itki hissini gec və ya tez yaşayır. Uşaqları buna hazırlamaq üçün hətta oyuncaqlardan başlamaq lazımdır. Sevimli ayıcığın başının qopması ilə də başlamaq olar uşaqla bu söhbəti. İtirdiyin adamla tam emosional qırılma bir ilədək davam edir, bəzən isə daha uzun olur. Uşaqların kiçik yaşlarında oxşar hissləri tərbiyə edəndə yaxın adamların gözlənilməz itkisini nisbətən rahat ötürürlər. 

Uşaq evində bir qız gəlib dedi ki yuxuda gördüm anamı gördüm hardansa düşürdü uzaqlaşırdı məndən. Həmin gün anasının vəfat etməsi xəbərini aldıq. Xeyli tərəddüd etdik ki 9 yaşlı uşağa deyək ya yox. Əksər ədəbiyyat deyilməsini tövsiyə edirdi amma uşaq evinin rəhbəri deməmək qərarına gəldi. O vaxt bu sahədə xeyli yeni biliklər öyrəndim. 

  • Like 1
Link to comment
Share on other sites

On 10/21/2018 at 9:02 AM, SafeDriver said:

Hamı itki hissini gec və ya tez yaşayır. Uşaqları buna hazırlamaq üçün hətta oyuncaqlardan başlamaq lazımdır. Sevimli ayıcığın başının qopması ilə də başlamaq olar uşaqla bu söhbəti. 

 yazdıqlarınız bu kadrları xatırlatdı. "Tabutik"  kimi uşağa ölümü tabut oyuncaqla "cəlladik" oyunu ilə anladan kəsin normal düşüncəsi şübhəli gəlir

Edited by fikus elastica
Link to comment
Share on other sites

:) yox mən belə kəskin demirəm. Mən xeyli müddət valideynlərini itirmiş uşaqlarla çalışmışam. Elə bu sahədə də xaricdə təhsil almışam. Loss and grievance (itki və kədər və ya yas) prosesi uşaqlarda fərqli keçir. Biz böyüdükcə hisslərimi də kamilləşir. Bunun üçün o hisslər işləməlidir. Misal üçün uşağın sevimli oyuncağı itir və ya ev heyvanı itir və ya ölür. Uşaq üsyan edir buna görə. Özünı qapılır və s. Bu proses əslində müəyyən hədləri ilə normal hisslərdir. Belə uşağın hissləri kamilləşir. Sonra baba və nənəni itirəndə uşağın onu keçirmə prosesi daha təkmil olur. Uşaqda fobiya yaranmır, ciddi travma yaşamır və s.

Bununla bağlı xeyli xarici ədəbiyyat var. 

Link to comment
Share on other sites

3 часа назад, SafeDriver сказал:

kiçik itkilər müəyyən izlər qoymalıdır ki, təcrübə qazanılsın. həmin təcrübə, insan yaşlandıqca onun psixi dayanıqlığını təmin edəcək. və o növbəti dəfə itki ilə üzləşəndə çox sarsılmayacaq, çünki oxşar süjeti bir dəfə yaşayıb. o artıq hazırlıqlıdır. 

В 21.10.2018 в 09:02, SafeDriver сказал:

Uşaq evində bir qız gəlib dedi ki yuxuda gördüm anamı gördüm hardansa düşürdü uzaqlaşırdı məndən. Həmin gün anasının vəfat etməsi xəbərini aldıq. Xeyli tərəddüd etdik ki 9 yaşlı uşağa deyək ya yox. Əksər ədəbiyyat deyilməsini tövsiyə edirdi amma uşaq evinin rəhbəri deməmək qərarına gəldi. O vaxt bu sahədə xeyli yeni biliklər öyrəndim. 

qərar nəyə əsaslanırdı, hansı səbəbə həqiqəti gizlədiz ? 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 5 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 81 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 48 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 119 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...