Jump to content
Sign in to follow this  

Recommended Posts

Zirkon nədir?
Klassik diş bərpalarında keramika tətbiqlərində dayanıqlılıq üçün,keramik dişin altına metal bir infrastruktur istifadə edilməkdə idi. Bu metal infrastrukturun diş ətləri, diş toxuması, ümumi bədən sağlıgı və ən əhəmiyyətlisi estetik cəhətdən eyibləri göründüyündən, ümumi mənadametala alternativ axtarışlara gedildi. Daha əvvəl tibbin digər sahələrində müvəffəqiyyətlə istifadə edilən zirkonyum diş həkimlyində keramik metalın yerinə tətbiq olunması ilə yeni bir başlanğıc açılmış oldu.

Çünki bu yeni zirkon infrastrukturlu keramik örtüklər mexaniki müqaviməti, bioloji uyğunluğu və qırılma müqaviməti ilə digər dental materiallar arasından seçilməkdədir.Diş əti problemləri və allergiyaya səbəb olmaz, işıq keçirmə xüsusiyyəti ilə təbii dişlərə yaxın estetik  funksiyasnı əldə etməyinizi təmin edər.

Zirkonun üzərinə keramika qoyularaq edilən qapaq və körpülər Keramik və Zirkon sözlərinin birləşməsindən yaranan Cercon qısa adı ilə adlanır. 900 MPa müqavimətə sahib sistem ən yüksək fiziki dəyərlərin yanında işıq keçirmə xüsusiyyəti toxuma uyğunlaşmasını və bir çox dəyişik formaları əhatə edərək diş həkimliyində yeni bir dövr başlatmışdır. Hətta son illərdə 2500 MPa müqavimətə sahib zirkonlar mövcutdur. Bunlar arxa dişlərdə daha çox istifadə olunur.

Materialın müvəffəqiyyəti tibb və sənaye sahəsində sübut edilmişdir. 1998-ci ildə başlayan araşdırmalar nəticəsində 2002-ci  ilin əvvəlindən etibarən kliniki tətbiqlərə bütün dünyada başlanılmışdır.

Share this post


Link to post
Share on other sites

Metalsız keramikanın müsbət cəhətləri:

  • Yüksək sabitlik;
  • Yüksək estetika;
  • Xüsusilə marginal bölgədə qeyri-estetik görüntülərin olmaması;
  • Rəng sabitliyi;
  • Periodontun qorunması;
  • İkincili kariyesin yaranması əngəllənir;
  • Aşağı istilik keçiriciliyi;
  • Ətalətlilik;
  • Tam bioloji uyğunluq;
  • Diş ərpinin və diş daşlarının yaranmasına meylli deyil;
  • Tam zirkon qapaqların (solid zirconia, full contour zirconia, monolithic zirconia) aşınma (sürtünmə) əmsalı təbii diş minasıyla eynidir – bu göstəriciyə görə tam zirkon qapaqlar (BruxZir, Lava, ZirFit, GatorZ, DanSo) stomatologiyada istifadə olunan bütün materiallardan daha yaxşıdır və arxa dişlərin bərpası üçün ideal sayılır;
  • Galvanizm effektinin olmaması.

 

zirkon-1.jpg.863009bb2e99471bfeeb48a46944d72c.jpg

Edited by stomatolog
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

salam.  zirkon ne zaman istifade olunur? dishler cox kariesli, eyri, sari oldugunda onlari mualice etdikden sonra sirf temizlik ucun ve estetik gorunush ucun + agizdan gelen (dishlerle elaqedar) pis qoxunu def etmek ucun zirkon qapaqlar qoydurmaq olarmi? ne kimi menfi cehetleri var bunlarin ve nece muddetlikdir davamliliqlari? 

Share this post


Link to post
Share on other sites
В 18.10.2018 в 13:02, monashka12 сказал:

salam.  zirkon ne zaman istifade olunur? dishler cox kariesli, eyri, sari oldugunda onlari mualice etdikden sonra sirf temizlik ucun ve estetik gorunush ucun + agizdan gelen (dishlerle elaqedar) pis qoxunu def etmek ucun zirkon qapaqlar qoydurmaq olarmi? ne kimi menfi cehetleri var bunlarin ve nece muddetlikdir davamliliqlari? 

 

https://www.instagram.com/p/BkCTDsph3NN/

 

Salam.

  • Zirkon dioksid materialı dişlərin həcmli bərpası üçün istifadə olunur. Hər növ qapaqlar (koronkalar), körpülər və implantüstü restavrasiyaların hazırlanmasında istifadə oluna bilər.
  • Bəli, olar. Həm estetik məqsədlə, həm də bərpa edici məqsədlə istifadəsi ən məsləhətli qapaq materialıdır. Ayrıca gigiyenanın təmin olunmasıda köhnə növ qapaqlara görə çx daha yaxşıdır.
  • Ciddi mənfi cəhədi yoxdur.
  • Bərpanın müddəti qapaq materialından asılı deyil, bərpa olunan dişin ilkin vəziyyətindən asılıdır.


Ətraflı məlumat: http://stomatoloq.az/metalsiz-keramika.html

Edited by stomatolog
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Есть смысл продолжать тему, т.к. отвечать всем в ЛС не всегда получается.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this  

×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79