Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Musiqili və kino rebus oyunu

Recommended Posts

4 часа назад, Museyib Elekber сказал:

Onda bu yolla nəinki hansısa filmin adını, istənilən bir sözü şifrələmək olar. Bu da ki, "Filmi tapmaq" məntiqindən kənarlaşır artıq. Buradakı məntiqsə, filmdəki hadisələrə edilən göndərmələrlə filmi tapmağa çalışmaqdır. Məsələn, deyək ki, mən Mulholland Drive filmini izah edərkən elə şifrələmə elədim ki, bu filmə heç baxmamış, heç bu adda bir filmin mövcudluğundan xəbəri olmayan biri mənim şifrələməmi açıb bu ifadəni (Mulholland Drive) tapdı. Amma hələ də film barədə məlumatı yoxdur. Onda bu necə film axtarmaq oyunu oldu? Yəni filmin adını parçalara, hecalara ayırıb şifrələmək tam başqa bir oyun olur artıq. Bu biraz da kiminsə ağzından sözü "kəlbətinlə çəkib çıxartmağa" bənzəyir. Əgər biri hansı film olduğunu bilmədən sadəcə addakı sözləri tapırsa, bunda bir məntiq görmürəm.

Ok. mən sizi anladım, Müseyib. amma qaydaları mən icad etməmişəm )

gəlin belə edək, siz Şou-biznes bölməsindəki "Музыкальный ребус" və Kinoteatr bölməsində "Киноребус" mövzularına baş çəkin, zəhmət olmasa. imkan varsa mövzunu tam oxuyun, rebusun açılışını təhlil edin. 

sonra, istəsəz, birlikdə fikirləşərik, kompromiss variant axtararıq, ya da yeni bir üslub quraşdırarıq, yaxşımı...

Edited by NOIR
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

Mən də sizi anladım ). Dediyiniz mövzulara baş çəkdim. Onu deyə bilərəm ki, qaydalar hamı üçün eyni olmaya bilər. Onlar o cür qəbul edib oynayır. Biz də özümüz üçün müəyyən dəyişiklik edə bilərik. İlahi qüvvə tərəfindən göndərilməyib ki ). Mən kəskin olaraq demirəm ki, adın təsviri olmasın. Olsun, amma parçalara ayırıb söz oyununa çevrilməsi biraz absurd görünür. İmkan daxilində filmin məzmununa da uyğun gələcək şəkildə filmin adı təsvir edilsin, bunun çətin olduğu durumlarda da filmin adı yox, məzmunu təsvir olunsun. Bir məsələdə də sizinlə razıyam ki, verilmiş təsvir hamıda eyni məna uyğunluğu yaratmaya bilər. Mən də həmişə bunu nəzərə alaraq şəkillər qoyuram. Bundan sonra da buna çalışacam.

Link to comment
Share on other sites

29 минут назад, Museyib Elekber сказал:

olsun... düzü, təsəvvür etmək çətindir ki, bütöv bir filmin məzmununu bir kadrla necə ifadə etmək olar. amma sizin rebusları cavablandıran olubsa, demək ki, bu İlahi qüvvənin təsirindən deyil ) qanunauyğunluğu tapa bilirlər.

bu arada, üzürlü hesab eliyin ki, kinorebusa laqeydəm, çünki film həvəskarı deyiləm )  

elə isə, sadəcə öncədən qeyd edin - rebusda filmin adı deyil, məzmunu şifrələnib, olar ? 

Link to comment
Share on other sites

16 minutes ago, NOIR said:

Bir yox, bir neçə açar kadrla assosiasiya olunan şəkil qoymaq olar. Ki bu barədə nailiyyətlərimi siz də görürsünüz (özünüz qeyd edibsiniz artıq )) ). Mən nəyi təsvir etsəm, qeyd edirəm əksər hallarda. Qeyd etmədiyim varsa da fikrimdən çıxdığı üçün ola bilər. Bunun üçün də əvvəldən üzr istəyirəm. Oyun gedişatında  sonradan müəyyən oluna bilər belə şeylər ).

Link to comment
Share on other sites

56 минут назад, Museyib Elekber сказал:

Mən kəskin olaraq demirəm ki, adın təsviri olmasın. Olsun, amma parçalara ayırıb söz oyununa çevrilməsi biraz absurd görünü

absurd dediyiniz, klassikadır ) 

elə bircə, omonim sözlərdən nə qədər maraqlı material kəsib-biçmək olar ) çoxmənalı sözlərimiz də var : yar, üz, düz, çay. bu söz oyunudur, bəli. dilin zənginliyi, sehri bizi düşündürür axı. 

Link to comment
Share on other sites

1 minute ago, NOIR said:

absurd dediyiniz, klassikadır ) 

elə bircə, omonim sözlərdən nə qədər maraqlı material kəsib-biçmək olar ) çoxmənalı sözlərimiz də var : yar, üz, düz, çay. bu söz oyunudur, bəli. dilin zənginliyi, sehri bizi düşündürür axı. 

"Absurd" dediyim üçün pisinizə gəlməsin ). Söz oyununu mən də xoşlayıram, buna bir etirazım yoxdur. Hətta bunun üçün də başqa bir mövzu açmaq olar. Mənim absurd hesab etdiyim filmi tapmaqla bağlı mövzuda bu cür söz oyunu yaratmaqdır. Əvvəl də dediyim kimi, belə olanda iş Kinorebus olmaqdan çıxır, sadəcə rebus olur. Bu yolla nəinki filmin adını, istənilən bir sözü şifrələmək olar. Və bu halda filmdən xəbəri olmayan biri də filmin adını tapmaq imkanına sahib olur ki, yenə də film oyunu sərhədlərini aşmış oluruq. Bilmirəm fikrimi nə dərəcədə çatdıra bilirəm ))

  • Upvote 1
Link to comment
Share on other sites

14 минуты назад, Museyib Elekber сказал:

pisimə gəlmir, əhvalım yaxşıdır )

indi tam anladım. eqoist olmayın, Müseyib ) bəlkə, mənim kimilərə də bir şans verəsiz, olmaz ? )

əslində, siz istəyirsiz ki, kinorebus kinomanlar üçün, musiqili rebus isə melomanlar üçün olsun )) universallıq isə absurd, ya maraqsız görünür.

bilirsiz, mən musiqili rebusda iştirak zamanı özlüyümdə müşahidə etdim ki, tapdığım bütün rebusları mahnını bildiyim səbəbindən tapmışdım. bilmədiyim mahnını isə rebusda görə bilmirdim ya da gec görürdüm ) çünki rebusu oxumaqda təcrübəm yoxdur. 

deməli, hansı nəticəyə gəlirik ? ....

indi deyin görüm, sizin təklifiniz rebus oyunun xeyrinədir :rolleyes:

Edited by NOIR
Link to comment
Share on other sites

3 minutes ago, NOIR said:

pisimə gəlmir, əhvalım yaxşıdır )

indi tam anladım. eqoist olmayın, Müseyib )(1) bəlkə, mənim kimilərə də bir şans verəsiz, olmaz ? )

əslində, siz istəyirsiz ki, kinorebus kinomanlar üçün, musiqili rebus isə melomanlar üçün olsun ))(2) universallıq isə absurd, ya maraqsız görünür.(3)

bilirsiz, mən musiqili rebusda iştirak zamanı özlüyümdə müşahidə etdim ki, tapdığım bütün rebusları mahnını bildiyim səbəbindən tapmışdım. bilmədiyim mahnını isə rebusda görə bilmirdim ya da gec görürdüm ) çünki rebusu oxumaqda təcrübəm yoxdur. 

deməli, hansı nəticəyə gəlirik ? ....

indi deyin görüm, sizin təklifiniz rebus oyunun xeyrinədir :rolleyes:

(1)-Hərdən lazımdır ))(təbii ki zarafat)

(2)-Beləsi daha məntiqli deyilmi? Kim necə düşünür, deyə bilmərəm, amma mən istərdim ki, mənim verdiyim sualı həmin filmə baxmış biri tapsın, özü də qoyduğum şəkillər əsasında bu nəticəyə gəlsin )

(3)-Burada mövzu olduqca şaxələnir. Bu barədə daha geniş fikrimi Din-fəlsəfə bölməsində yazaram imkan olanda ).

Musiqili rebusda bir problem görmədim, çünki bütün rebuslarda mahnının adı yox, sözləri şifrələnmişdi. Bu mənim özümə də maraqlı gəlir.

Deməli, o nəticəyə gəlirik ki, məzmunun təsviri üzrə rebus daha rahat tapılır və maraqlıdır ))

  • Like 1
Link to comment
Share on other sites

16 минут назад, Museyib Elekber сказал:

Musiqili rebusda bir problem görmədim, çünki bütün rebuslarda mahnının adı yox, sözləri şifrələnmişdi. Bu mənim özümə də maraqlı gəlir.

çünki mahnı adı ilə tanınmır, adətən. mahnı nəqəratı ilə, yaxud vurğu-söz ya vurğu-ifadə ilə tanınır. qəzəl şah-beyt ilə tanınan kimi, məsələn. mahnı sözlərinə də hər kəs diqqət yetirmir, onu deyim ki. hər dinləyici də sözləri əzbərləmir, mənasını araşdırmır, yadda saxlamır. 

20 минут назад, Museyib Elekber сказал:

Deməli, o nəticəyə gəlirik ki, məzmunun təsviri üzrə rebus daha rahat tapılır və maraqlıdır ))

belə deyək, assosiativ ifadə imkanları genişdir. məzmunu simvolik ifadə etmək imkanı daha genişdir. 

mənim üçün maraqlı olanı isə )) açığı deyim, içtirakçıların səmimiyyətidir, əhval-ruhiyyəsidir, zarafatıdır  

Link to comment
Share on other sites

27 минут назад, Museyib Elekber сказал:

(2)-Beləsi daha məntiqli deyilmi ? 

məntiqlidir, düz deyirsiz. onu da bilirsiz ki, məntiq  məhdudlaşdırır. 

29 минут назад, Museyib Elekber сказал:

Kim necə düşünür, deyə bilmərəm, amma mən istərdim ki, mənim verdiyim sualı həmin filmə baxmış biri tapsın, özü də qoyduğum şəkillər əsasında bu nəticəyə gəlsin )

mən Heyvagülü oynayacam onsuz da )) (c)

30 минут назад, Museyib Elekber сказал:

(3)-Burada mövzu olduqca şaxələnir. Bu barədə daha geniş fikrimi Din-fəlsəfə bölməsində yazaram imkan olanda ).

maraqlı olardı

bilirsizmi, bu Əyləncəli mövzudur. məntiq - burada, təsəvvür edin ki, qızardılmış qoyun ətidir, amma ədviyyatsızdır, yəni əyləncəsizdir ) mövzunun məqsədi müxtəlf cür düşünən insanları cəlb etməkdir. ixtisaslaşma nəticəsində isə aktuallıq itiriləcək.

  • Like 1
Link to comment
Share on other sites

7 minutes ago, NOIR said:

məntiqlidir, düz deyirsiz. onu da bilirsiz ki, məntiq  məhdudlaşdırır. 

mən Heyvagülü oynayacam onsuz da )) (c)

maraqlı olardı

bilirsizmi, bu Əyləncəli mövzudur. məntiq - burada, təsəvvür edin ki, qızardılmış qoyun ətidir, amma ədviyyatsızdır, yəni əyləncəsizdir ) mövzunun məqsədi müxtəlf cür düşünən insanları cəlb etməkdir. ixtisaslaşma nəticəsində isə aktuallıq itiriləcək.

)))

Yaxsı, əyləncə, zarafat xatirinə sizin qaydaları da qəbul edirəm :) 

  • Like 1
Link to comment
Share on other sites

  • 3 weeks later...

Ortaq məxrəcə gəlinib deyəsən.) Həm ad şifrələnə bilər,həm də məzmun?))

Mənim sualımda isə musiqilərimizdən birinin  nəqarət hissəsi əks olunub:

1y.thumb.jpg.19bf611285db5915974e65222b2ca41b.jpg236.jpg.cf0637bc956d209ebf4d1c788170e01a.jpg

&

FB_IMG_1520181840280.jpg.e683c3c53698c91ec6ee3c50a9814dd0.jpg

main-qimg-231aa6b7d532be5b31f95ab9439c9157-c.jpg.ed158a91ff4756019ec7b2b5c132defe.jpg

forest-heaven-trees-landscape-beautiful-road-way-cool-desktop-wallpapers-free.thumb.jpg.960b0bcd627f2509c186975e507a916d.jpg

Link to comment
Share on other sites

21 час назад, ceylin сказал:

Ortaq məxrəcə gəlinib deyəsən.) Həm ad şifrələnə bilər,həm də məzmun?))

Mənim sualımda isə musiqilərimizdən birinin  nəqarət hissəsi əks olunub:

Müseyiblə biz həmişə kompromiss axtarışında oluruq )

bəstəkar mahnısıdır deyəsən

Link to comment
Share on other sites

2 часа назад, NOIR сказал:

Müseyiblə biz həmişə kompromiss axtarışında oluruq )

bəstəkar mahnısıdır deyəsən

))

Bəli, bir qrupun ifasında tanınan və yaxın keçmişin musiqidir,elə təxminən Rahidə xanımın debütü ilə eyni dövrlərə məxsusdur yanlış xatırlamıramsa.)

Link to comment
Share on other sites

21 минуту назад, ceylin сказал:

))

Bəli, bir qrupun ifasında tanınan və yaxın keçmişin musiqidir,elə təxminən Rahidə xanımın debütü ilə eyni dövrlərə məxsusdur yanlış xatırlamıramsa.)

ipucu əvəzinə kəndir tulladız )) qruplarımız elə də çox deyil. Aşıqlar qrupunun repertuarından bir mahnıya bənzəyir _

  • Like 1
Link to comment
Share on other sites

17 часов назад, NOIR сказал:

ipucu əvəzinə kəndir tulladız )) qruplarımız elə də çox deyil. Aşıqlar qrupunun repertuarından bir mahnıya bənzəyir _

Bəli,bəli,elə odur.)

  • Thanks 1
Link to comment
Share on other sites

22 часа назад, ceylin сказал:

Bəli,bəli,elə odur.)

bu mahnı hardan yadınıza düşdü )) əla mahnıdır. Aşıqlardan Qönçə kompoziyası da maraqlı idi )

Ceylin, bəlkə bu dəfə çətin bir rebus qurasız, az tanınan mahnılardan, məsələn. görüm, tapa biləcəm

Link to comment
Share on other sites

В 27.05.2018 в 14:21, NOIR сказал:

bu mahnı hardan yadınıza düşdü )) əla mahnıdır. Aşıqlardan Qönçə kompoziyası da maraqlı idi )

Ceylin, bəlkə bu dəfə çətin bir rebus qurasız, az tanınan mahnılardan, məsələn. görüm, tapa biləcəm

Sözün doğrusu oğlum xatırladıb mənə,son vaxtlar özü üçün yeni kəşf edib deyəsən bu qrupu:bu mahı,"Buta","Qönçə"..)

В 27.05.2018 в 14:21, NOIR сказал:

Ceylin, bəlkə bu dəfə çətin bir rebus qurasız, az tanınan mahnılardan, məsələn. görüm, tapa biləcəm

Bir az fikirləşim gərək:secret:)) hər mahnıya rebus uyğunlaşdırmaq mümkün olmadığı kimi,eyni zamanda musiqi-mahnı seçiminin hər kəs tərəfindən olmasa da, ən az əksəriyyət tərəfindən anlaşıla biləcək olmasını da diqqətdən kənar qoymamaq lazımdır.)

Link to comment
Share on other sites

Növbəti sual istəyinizlə məhz sizin üçün @NOIR :

Sualda çox-çox sevdiyim sənətkarın möhtəşəm ifasında olan bir musiqidən  ilk 2 sətir  istifadə olunub.Çətin və ya asan olub-olmamağı bir az da nisbidir, amma mənə elə gəlir ki,sizin üçün musiqi ilə  bağlı heç nə çətin ola bilməz.:rroza:

662641152_images(25).jpg.e281e1637b243c99effd6cec135810bf.jpg

e4.thumb.jpg.e7660cf413c48afe236a997fb422c467.jpg

a177e7aeec57e70a85fbf2bf748220ac_i-25.jpg.73d9cdce30fb17c08d3fac4385593e03.jpg

ee.gif.eb1343c1b4ec1856f53bb1be8cb9fc0e.gif

2moon_p.jpg.18bd8746fa3893d98be2e7df33fc8a83.jpg

2955.jpg.c2e4f2503e678b2a66a2fd388aaafb47.jpg

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Ceylin, nə maraaqlı rebusdur :rolleyes: bil-mi- rəm ) 

birlikdə tapaqmı

1. bu Oxatan bürcüdür ? Oxatanları xoşlamıram heç :sleep: ))

2. çay axır

3. işarə dili, lal-kar....

4. molekullar ? ) zərrə ? 

5. ay ...

6. zaman (vaxt) keçir, axır

  • Like 1
Link to comment
Share on other sites

44 minutes ago, NOIR said:

Ceylin, nə maraaqlı rebusdur :rolleyes: bil-mi- rəm ) 

birlikdə tapaqmı

1. bu Oxatan bürcüdür ? Oxatanları xoşlamıram heç :sleep: ))

2. çay axır

3. işarə dili, lal-kar....

4. molekullar ? ) zərrə ? 

5. ay ...

6. zaman (vaxt) keçir, axır

Mənə də maraqlı gəldi sual ))

1-ci şəkildə daha çox qışın girməsi işarə edilib məncə. Molekullar su molekuluna oxşayır, amma qaz halındadır elə bil )).

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

14 минуты назад, Museyib Elekber сказал:

Mənə də maraqlı gəldi sual ))

1-ci şəkildə daha çox qışın girməsi işarə edilib məncə. Molekullar su molekuluna oxşayır, amma qaz halındadır elə bil )).

bax indi, siz deyən oldu ))

düşünürsüz 1ci şəkil astronomik qışa işarədir ? ola bilər... görək, Ceylin xanım nə deyəcək )

  • Upvote 1
Link to comment
Share on other sites

Demək olar ki,sual ayrı-ayrılıqda tapılıb,qalıb tapılanları birləşdirmək və ümumi cavabı almaq.)

14 часа назад, NOIR сказал:

Ceylin, nə maraaqlı rebusdur :rolleyes: bil-mi- rəm ) 

birlikdə tapaqmı

1. bu Oxatan bürcüdür ? Oxatanları xoşlamıram heç :sleep: ))

2. çay axır

3. işarə dili, lal-kar....

4. molekullar ? ) zərrə ? 

5. ay ...

6. zaman (vaxt) keçir, axır

Nə deyirəm ki,tapaq:rolleyes:

1.Bürclə əlaqəsi yoxdur)

2.Bəli

3.bəli, işarə dilinin istifadə olunmasına səbəb- o iki sözdən biri)

4.bəli,molekuldur ,amma nəyin?)

5.bəli

6.bəli,həmin feil bu cavabınızda var)

13 часа назад, Museyib Elekber сказал:

Mənə də maraqlı gəldi sual ))

1-ci şəkildə daha çox qışın girməsi işarə edilib məncə. 

Qışın girməsi,fəsil dəyişkənliyi,və günəş onu tapmağa kömək edəcək bir nüansdır,doğru yoldasınız.)

13 часа назад, Museyib Elekber сказал:

Molekullar su molekuluna oxşayır, amma qaz halındadır elə bil )).

Doğrudur,amma onun buxar halı deyil,  cəm halıdır, onun üçün tək molekul şəkli ist. olunmayıb.:smile:

13 часа назад, NOIR сказал:

bax indi, siz deyən oldu ))

düşünürsüz 1ci şəkil astronomik qışa işarədir ? ola bilər... görək, Ceylin xanım nə deyəcək )

Qış yox,belə deyək:daha çox qışda müşahidə olunur,əksi isə yayda.)

Ceylin  nə deyəcək?)Demək olar ki,cavab tapmısınız cavabı) :romashka:

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

12 minutes ago, ceylin said:

Demək olar ki,sual ayrı-ayrılıqda tapılıb,qalıb tapılanları birləşdirmək və ümumi cavabı almaq.)

Nə deyirəm ki,tapaq:rolleyes:

1.Bürclə əlaqəsi yoxdur)

2.Bəli

3.bəli, işarə dilinin istifadə olunmasına səbəb- o iki sözdən biri)

4.bəli,molekuldur ,amma nəyin?)

5.bəli

6.bəli,həmin feil bu cavabınızda var)

Qışın girməsi,fəsil dəyişkənliyi,və günəş onu tapmağa kömək edəcək bir nüansdır,doğru yoldasınız.)

Doğrudur,amma onun buxar halı deyil,  cəm halıdır, onun üçün tək molekul şəkli ist. olunmayıb.:smile:

Qış yox,belə deyək:daha çox qışda müşahidə olunur,əksi isə yayda.)

Ceylin  nə deyəcək?)Demək olar ki,cavab tapmısınız cavabı) :romashka:

Məzmununu təxmin edirəm, amma heç cür təsəvvürumdə bir musiqi canlanmır. Bizim mahnıdırmı?

  • Upvote 1
Link to comment
Share on other sites

2 минуты назад, Museyib Elekber сказал:

Məzmununu təxmin edirəm, amma heç cür təsəvvürumdə bir musiqi canlanmır. Bizim mahnıdırmı?

Bəli,bizimkidir )

Bəlkə də musiqini bilmirsiz deyə uyğunlaşdıra da bilmirsiniz) yeni deyil,amma yenilərin ifasında səslənib.

  • Upvote 1
Link to comment
Share on other sites

22 hours ago, ceylin said:

Növbəti sual istəyinizlə məhz sizin üçün @NOIR :

Sualda çox-çox sevdiyim sənətkarın möhtəşəm ifasında olan bir musiqidən  ilk 2 sətir  istifadə olunub.Çətin və ya asan olub-olmamağı bir az da nisbidir, amma mənə elə gəlir ki,sizin üçün musiqi ilə  bağlı heç nə çətin ola bilməz.:rroza:

662641152_images(25).jpg.e281e1637b243c99effd6cec135810bf.jpg

e4.thumb.jpg.e7660cf413c48afe236a997fb422c467.jpg

a177e7aeec57e70a85fbf2bf748220ac_i-25.jpg.73d9cdce30fb17c08d3fac4385593e03.jpg

ee.gif.eb1343c1b4ec1856f53bb1be8cb9fc0e.gif

2moon_p.jpg.18bd8746fa3893d98be2e7df33fc8a83.jpg

2955.jpg.c2e4f2503e678b2a66a2fd388aaafb47.jpg

Akif İslamzadə - Aylı Gecə ????? :unsure:

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

4 часа назад, ceylin сказал:

Bəli,bizimkidir )

Bəlkə də musiqini bilmirsiz deyə uyğunlaşdıra da bilmirsiniz) yeni deyil,amma yenilərin ifasında səslənib.

mən Lukanın cavabını qəbul edirəm 

amma ki, rebusun son sözü məncə "axır" deyil, "baxır" olmalıdı :rolleyes: 

əla mahnıdır, Ceylin ) romantik )) çay da axır, ay da axır, mahnı özü axır həzin həzin ))

mən necə dözüm,

yaxın gəl, quzum ))

  • Upvote 2
Link to comment
Share on other sites

5 часов назад, Luka624 сказал:

Akif İslamzadə - Aylı Gecə ????? :unsure:

Bəli 

2 часа назад, NOIR сказал:

mən Lukanın cavabını qəbul edirəm 

amma ki, rebusun son sözü məncə "axır" deyil, "baxır" olmalıdı :rolleyes: 

əla mahnıdır, Ceylin ) romantik )) çay da axır, ay da axır, mahnı özü axır həzin həzin ))

mən necə dözüm,

yaxın gəl, quzum ))

Rəşid Behbudovun ifasında olan "Uzun gecələr"i  nəzərdə tutmuşdum,deyəsən bu, mahnının ilk variantı olub."Aylı gecələr"də isə ay  axmırmış, "baxır"mış.))

Edited by ceylin
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

22 минуты назад, ceylin сказал:

Bəli 

Rəşid Behbudovun ifasında olan "Uzun gecələr"i  nəzərdə tutmuşdum,deyəsən bu, mahnının ilk variantı olub."Aylı gecələr"də isə ay  axmırmış, "baxır"mış.))

heç bir fərqi yoxdur axırmış ya baxırmış ) mahnı belə olar, ətirli mahnıdır )) ay çox sağ olun, Ceylin.

siz klassik musiqini çox sevirsiz, diqqət yetirmişəm. 

mən hər cür musiqini sevirəm (bircə rokdan başqa )) , amma bizim musiqi bir ayrıdır. onun ətri, dadı var sanki

  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

В 29.05.2018 в 15:26, ceylin сказал:

Bir az fikirləşim gərək:secret:)) hər mahnıya rebus uyğunlaşdırmaq mümkün olmadığı kimi,eyni zamanda musiqi-mahnı seçiminin hər kəs tərəfindən olmasa da, ən az əksəriyyət tərəfindən anlaşıla biləcək olmasını da diqqətdən kənar qoymamaq lazımdır.)

deyim ki, bu dəfəki rebus düzümü maraqlı idi. bizləri çaşdırmaq istəmisiz də azacıq )) yaxşı alınıb )

  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

40 минут назад, NOIR сказал:

heç bir fərqi yoxdur axırmış ya baxırmış ) mahnı belə olar, ətirli mahnıdır )) ay çox sağ olun, Ceylin.

siz klassik musiqini çox sevirsiz, diqqət yetirmişəm. 

mən hər cür musiqini sevirəm (bircə rokdan başqa )) , amma bizim musiqi bir ayrıdır. onun ətri, dadı var sanki

Müstəsna ifadə etmisiniz,bəlkə də elə doğrudan da özünəməxsus ətri var bu musiqilərin. Rəşid Behbudovun ifasında xüsusilə çoox sevirəm.)

34 минуты назад, NOIR сказал:

deyim ki, bu dəfəki rebus düzümü maraqlı idi. bizləri çaşdırmaq istəmisiz də azacıq )) yaxşı alınıb )

:) elə isə  to be continued.:rolleyes:

20 минут назад, Museyib Elekber сказал:

Kinorebus

Janr: surrealist-horror

İki sözdən yaranmış bir mürəkkəb sözdür. Adı "şifrələmişəm" :)

İki film ağlıma gəldi: Amneziya (Twisted) və The forgotten (Unudulmuş) ?

Heç sevmədiyim janrdır horror)) inanmıram ki düz tapa bilim.)

Link to comment
Share on other sites

21 минуту назад, ceylin сказал:

Müstəsna ifadə etmisiniz,bəlkə də elə doğrudan da özünəməxsus ətri var bu musiqilərin. Rəşid Behbudovun ifasında xüsusilə çoox sevirəm.)

məsələn, Xumar Qədimovanın bir mahnısı var "bir də gəlməyəcək..." qeyri-adi mahnıdır, musiqisi qəribədir, ətri var elə bil ) və yaxud Çinarə Məlikzadənin ifasında mahnılar bir qəribədir, çox gözəldir... onun "gedək üzü küləyə" mahnısı var, elə bil təbəssümlə oxuyur, dinlədikcə sənə səslənir sanki ) qadın müğənniləri çox bəyənirəm. kişi ifaçıları nadir hallarda ))

21 минуту назад, ceylin сказал:

:) elə isə  to be continued.:rolleyes:

 o da olar :smile:

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

3 минуты назад, NOIR сказал:

məsələn, Xumar Qədimovanın bir mahnısı var "bir də olmayacaq..." qeyri-adi mahnıdır, musiqisi qəribədir, ətri var elə bil ) və yaxud Çinarə Məlikzadənin ifasında mahnılar bir qəribədir, çox gözəldir... onun "gecək üzü küləyə" mahnısı var, elə bil təbəssümlə oxuyur, dinlədikcə sənə səslənir sanki ) qadın müğənniləri çox bəyənirəm. kişi ifaçıları nadir hallarda ))

 o da olar :smile:

Sizin sayənizdə milli musiqimizin bir çox nümunələrini və bəzi ifaçılarımızdan çoxunu kəşf etmışəm.bəzilərini ilk dəfə,bəzilərini isə yenidən...

Link to comment
Share on other sites

33 minutes ago, ceylin said:

İki film ağlıma gəldi: Amneziya (Twisted) və The forgotten (Unudulmuş) ?

Heç sevmədiyim janrdır horror)) inanmıram ki düz tapa bilim.)

Xeyr, heç biri deyil. Köhnə filmdir, ağ-qara.

Mən də hər saat belə filmə baxan deyiləm. Rejissorun David Lynch olmasına görə baxmışdım mən də. Lost Highway və Mulholland drive filmlərindən sonra marağımı çəkmişdi, amma o qədər də bəyənmədim. Normalda xoşa gələsi bir səhnə də yoxdur heç ))

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

9 минут назад, ceylin сказал:

Sizin sayənizdə milli musiqimizin bir çox nümunələrini və bəzi ifaçılarımızdan çoxunu kəşf etmışəm.bəzilərini ilk dəfə,bəzilərini isə yenidən...

:tongue:

  • Like 1
Link to comment
Share on other sites

1 минуту назад, Museyib Elekber сказал:

Xeyr, heç biri deyil. Köhnə filmdir, ağ-qara.

Mən də hər saat belə filmə baxan deyiləm. Rejissorun David Lynch olmasına görə baxmışdım mən də. Lost Highway və Mulholland drive filmlərindən sonra marağımı çəkmişdi, amma o qədər də bəyənmədim. Normalda xoşa gələsi bir səhnə də yoxdur heç ))

Museyib,arxivdən horror filmi tapıb onu sual şəklində vermisiniz?..))) Bunu kim tapa biləcək burada?)):rolleyes:

3 минуты назад, NOIR сказал:

:tongue:

Pulla əvəzləşdirilə biləcək ekvivalenti də yoxdur ki :tongue:)

Link to comment
Share on other sites

7 minutes ago, ceylin said:

Museyib,arxivdən horror filmi tapıb onu sual şəklində vermisiniz?..))) Bunu kim tapa biləcək burada?))

Sadəcə, şəkildə gördüklərinizi birləşdirmək kifayət edir :). Nə qədər absurd görünür görünsün, yazın ))

Həm də ki, film həvəskarları arasında kifayət qədər tanınmış filmdir məncə. 

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

1 минуту назад, ceylin сказал:

Pulla əvəzləşdirilə biləcək ekvivalenti də yoxdur ki :tongue:)

nahaq ki yoxdur )

reytinq düyməciklərinə birini də əlavə etsəydilər yaxşı olardı - pul şəklində )) motivasiya üçün ) 

zarafat eliyirəm )

14 минуты назад, Museyib Elekber сказал:

Xeyr, heç biri deyil. Köhnə filmdir, ağ-qara.

naftalindən çırpıb çıxartmısız, ay Müseyib ) ötən əsirdən ağ -qara )

bəs mənim üçün multik rebus olar ? :rolleyes: 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Подробности жуткого происшествия в Баку: собаки напали на 11-летнюю девочку - ВИДЕО
      Вечером 11 мая в жилом массиве Qobu Park-2, расположенном в поселке Локбатан Гарадагского района Баку, бродячие собаки напали на 11-летнюю Зейнаб Сулейманову.
      Девочка была госпитализирована в тяжелом состоянии.
      По словам бабушки пострадавшей, соседям в последний момент удалось спасти ребенка.
      "Из-за собак мы не можем выйти на улицу. На девочку напали три собаки, на теле Зейнаб нет места, которое бы они не поранили", - рассказала женщина.
      Как заявили в Клиническом медицинском центре, лечение пострадавшей продолжается в стационаре, ей оказывается необходимая медицинская помощь.
      "Пациентку вакцинировали от бешенства, ее состояние оценивается как стабильное", - отметили в медучреждении.
      Подробнее - в сюжете Baku TV:
       
        • Like
      • 98 replies
    • Trendyol увеличил цены для Азербайджана
      Trendyol резко увеличил цены для Азербайджана

        Известная турецкая компания по онлайн-продажам Trendyol внесла изменения в стоимость услуг по доставке товаров в Азербайджан.
      Как сообщает аxar.az, соответствующие цены выросли в 2,5 раза.
      Так, если до 12 мая данный тариф был равен 79,99 турецкой лиры (4,23 маната), то в настоящее время он увеличился до 199,99 лиры (10,63 маната).
       
      https://ru.oxu.az/economy/870716
      • 7 replies
    • Цены на продукты питания в Азербайджане: что подорожало? - СПИСОК
      В апреле 2024 года индекс потребительских цен в Азербайджане составил 100,0%, по сравнению с аналогичным периодом прошлого года.
      Как сообщает Госкомстат, индекс потребительских цен на продукты питания, напитки и табачные изделия составил 98,2%, на непродовольственные товары - 100,9%, на платные услуги, оказанные населению - 102,0%.
      Согласно информации, в апреле 2024 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 99,9%, а за первые четыре месяца по сравнению с аналогичным периодом прошлого года - 100,7%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольшее снижение цен наблюдалось на манную и гречневую крупы, макароны, свежую рыбу, молоко, яйца, маргарин, подсолнечное и кукурузное масло, грецкие орехи, фундук, помидоры, огурцы, зелень, баклажаны и картофель. В то же время рост цен был зафиксирован на лимоны, бананы, яблоки, груши, киви, каштан, гранат, белокочанную капусту, сладкий перец, бурак и чеснок. Цены на другие продукты питания существенно не изменились.
       
      Непродовольственные товары
      В апреле индекс потребительских цен на непродовольственные товары по сравнению с мартом составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 101,3%.
      В апреле по сравнению с предыдущим месяцем больше всего подорожали ювелирные изделия, цемент и пиломатериалы. Стоимость других непродовольственных товаров существенно не изменились.
      Платные услуги населению
      В апреле 2024 года индекс потребительских цен на платные услуги населению по сравнению с предыдущим месяцем составил 100,1%, а за январь-апрель, по сравнению с аналогичным периодом прошлого года, - 102,4%.
      В апреле, по сравнению с предыдущим месяцем, наибольший рост цен наблюдался на услуги международных авиаперевозок в страны СНГ, туры внутри страны, медицинские, стоматологические, парикмахерские и косметологические услуги, а также услуги платных дошкольных образовательных учреждений. Стоимость других платных услуг существенно не изменились.
      https://media.az/society/ceny-na-produkty-pitaniya-v-azerbajdzhane-chto-podorozhalo-spisok
      • 8 replies
    • На побережье Каспия откроется цирк
      Sea Breeze Resort активно развивает детское направление, и этим летом отдых с детьми на территории города-курорта станет еще интереснее – на территории курорта впервые откроется цирк.
      «1 июня в Sea Breeze под руководством обладателя циркового «Оскара» Аллахверди Исрафилова стартует международная программа «Легенды Монте-Карло» с участием артистов одного из самых престижных цирковых фестивалей в мире», - говорится в сообщении пресс-службы Sea Breeze.
      Отмечается, что цирковой шатер со зрительным залом вместимостью 1250 мест и 13-метровым манежем расположится между Лунапарком и Аквапарком, которые также начнут принимать гостей этим летом.
        Цирк откроется в Международный день защиты детей 1 июня, и первое шоу будет носить благотворительный характер - на него будут приглашены дети, оставшиеся без попечения родителей, и дети с ограниченными физическими возможностями.
      «Живые легенды Монте-Карло очаруют и детей, и взрослых сложными акробатическими трюками, виртуозным жонглерским мастерством, настоящей магией и впечатляющей эквилибристикой. А великолепные карабахские скакуны, покорившие своим выступлением публику Виндзорского королевского конного шоу, под управлением настоящих джигитов продемонстрируют невероятную скорость и грацию», - говорится в сообщении.
      https://1news.az/news/20240513022911888-Na-poberezhe-Kaspiya-otkroetsya-tsirk-FOTO
        • Haha
      • 50 replies
    • Обнародовано заключение повторной экспертизы о психическом состоянии Ахмеда Ахмедова
      Обнародовано окончательное заключение экспертизы о психическом состоянии Ахмеда Ахмедова, обвиняемого в жестоком убийстве пятерых членов своей семьи, двое из которых были несовершеннолетними.
      Как передает Qafqazinfo, на основании протеста прокуратуры, в отношении обвиняемого была проведена повторная экспертиза.
      В заключении повторной экспертизы, как и в предыдущей, также заявляется, что обвиняемый находился в невменяемом состоянии во время совершения преступления.
      На следующем этапе Ахмедову будет предъявлено окончательное обвинение, а уголовное дело будет передано в суд для рассмотрения. Если суд также придет к выводу, что обвиняемый совершил преступление в невменяемом состоянии, Ахмед Ахмедов будет освобожден от наказания.
      Однако он не будет отпущен на свободу, а ему назначат принудительное лечение в специализированном медицинском учреждении.
      https://media.az/society/obnarodovano-okonchatelnoe-zaklyuchenie-ekspertizy-o-psihicheskom-sostoyanii-ahmeda-ahmedova
      • 40 replies
    • В Азербайджане среди детей распространяются коклюш и «свинка»: как защитить ребенка?
    • В Баку мужчина винит персонал больницы в смерти своей дочери
      В Баку 17-летняя девушка, доставленная в больницу с жалобами на боль в области ребер, скончалась в медучреждении спустя два дня.
      По словам жителя Маштаги Умуда Гулиева, 5 февраля этого года он доставил свою дочь, Нурану Гулиеву, в расположенную в поселке объединенную городскую больницу №7. Однако 7 февраля девушка умерла. Мужчина утверждает, что причиной смерти дочери стали инъекции, сделанные в медучреждении.
      У.Гулиев рассказал, что в момент смерти Нураны врача в больнице не было - указания медсестре он давал по телефону. Родители немедленно отвезли тело девушки в Объединение судебно-медицинской экспертизы и патологической анатомии, где установили, что причиной смерти стало кровоизлияние в мозг.
      У.Гулиев заявил, что в ходе расследования, проведенного прокуратурой Сабунчинского района, было выявлено, что медсестра сделала пациентке укол, название которого она не знает.
      Мужчина требует, чтобы виновные за смерть его дочери понесли заслуженное наказание.
      Подробнее - в сюжете:
       
        • Like
      • 42 replies
    • В Азербайджане ежемесячная минимальная зарплата может быть заменена почасовой
      Ежемесячная минимальная заработная плата в Азербайджане может быть заменена почасовой минимальной заработной платой.
      Это отражено в дорожной карте на 2024 год по внедрению улучшений и коммуникаций в соответствующей области, основанной на отчете Business Ready Группы Всемирного банка.
      Министерству труда и социальной защиты поручено до 1 июля текущего года подготовить и представить соответствующие предложения по замене ежемесячной минимальной заработной платы на почасовую.

      https://media.az/society/v-azerbajdzhane-ezhemesyachnaya-minimalnaya-zarplata-mozhet-byt-zamenena-pochasovoj
       
      Поясните, а как будут получать зарплату бюджетники, у которых фиксированная месячная зарплата?
      • 23 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...