Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nikah anlaşması haqqında


Grey Wolf

Recommended Posts

Salam dostlar.

Müşahidə edirəm ki, nikah anlaşması getdikcə daha tez-tez gündəmə gəlir, maraq doğurur və müzakurə mövzusu olur. Hansı üstün və əksik cəhətləri var? Bizim cəmiyyətdə tətbiqinə necə baxırsınız, bu nə dərəcədə realdır sizcə? Bu barədə kim nə bilir, xahiş edirəm fikirlərinizlə, məlumatınızla, təcrübənizlə paylaşın zəhmət olmasa.

Link to comment
Share on other sites

11 час назад, Grey Wolf сказал:

Bu barədə kim nə bilir, xahiş edirəm fikirlərinizlə, məlumatınızla, təcrübənizlə paylaşın zəhmət olmasa.

təcrübə olması şərt deyil, məlumatlı olmaqsa ziyan deyil.

mən bir neçə şablon-forma bura yerləşdirəcəyəm, qoy müddəalar barədə ümumi təsəvvür olsun. belə başa düşdüm, siz nikah müqaviləsi haqda soruşursuz

 

 

Link to comment
Share on other sites

Nikahda olan vətəndaşların bağladıqları nikah müqaviləsinin nümunəvi forması

N İ K A H     M Ü Q A V İ L Ə S İ

______ şəhəri                                               «     » _____ 20__-c_ il


Bir tərəfdən, bundan sonra «ər» adlandırılan Azərbaycan Respublikası vətəndaşı ______________________________, digər tərəfdən, bundan sonra «arvad» adlandırılan Azərbaycan Respublikasının vətəndaşı ________________________________ (bundan sonra tərəflər adlandırılacaq) könüllü və qarşılıqlı razılıq əsasında nikaha daxil olarkən istər nikah müddətində, istərsə də nikahın pozulması hallarında qarşılıqlı əmlak hüquq və vəzifələrinin tənzimlənməsi məqsədi ilə aşağıdakılar haqqında bu nikah müqaviləsini imzaladılar:

3.    Müqavilənin predmeti:

1.10    Tərəflər razılığa gəlirlər ki, kimin gəlirləri hesabına əldə edilməsindən asılı olmayaraq, ər-arvad tərəfindən birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar (bu müqavilə ilə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla) üzərində ərin mülkiyyət hüququ, arvadın isə istifadə hüququ müəyyən edilir. Hazırki müqavilədə və ya bu müqaviləyə olan əlavələrdə xüsusi ilə qeyd edilmiş ayrı-ayrı əmlak növləri üzərində digər hüquqi rejim tətbiq oluna bilər.
1.11    Tərəflərin hər birinə nikaha daxil olmamışdan əvvəl məxsus olan əmlak, eləcə də nikah dövründə onların biri tərəfindən hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, həmçinin digər əvəzsiz əqd üzrə əldə edilmiş əmlak hər birinin ayrıca mülkiyyəti hesab olunur.
1.12    Birgə nikah dövründə əldə edilmiş əmlaklara tərəflərin hər birinin əmək, sahibkarlıq və ya intelektual (əqli) fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir.
1.13    Qiymətli əşyalar və digər dəyərli əmlaklar istisna olmaqla, səxsi istifadə əşyaları (paltar, ayaqqabı və sair) birgə nikah dövründə ümumi gəlir hesabına əldə edilmiş olsa belə onların üzərində bu əşyaları istifadə edən tərəfin hüquqları tanınır.
1.14    Xüsusi təyinatlı gəlirlər (maddi yardımın məbləği, şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ) üzərində onların ödənildiyi tərəfin hüquqları tanınır.
1.15    Tərəflərin ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Tərəflərin ümumi əmlak üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Tərəflərdən biri digərinin razılığı olmadan əmlak üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan tərəfin tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər. Tərəflərdən birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Tərəflərdən birinin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
1.16    Birgə nikah dövründə istənilən zaman ər-arvad qarşılıqlı razılaşma əsasında hazırki müqavilə ilə müəyyən edilmiş birgə mülkiyyət rejimini dəyişə bilərlər.


4.    Ər-arvadın hüquq və vəzifələri:

2.1    Hər bir tərəf birgə mülkiyyətdə və digər tərəfin mülkiyyətində olan əmlaklara tələb olunan qayğı göstərməyə, əmlakların məhv olması və zədələnməsinin, eləcə də məhv olması və zədələnməsi təhlükəsinin qarşısının alınması üçün tələb olunan bütün tədbirləri görməyə, o cümlədən bu məqsədlə istər ümumi gəlirlər, istərsə də digər gəlirlər hesabına tələb olunan xərcləri ödəməyə borcludur. Hər bir tərəf istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra digər ərin (arvadın) bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş hüquq və qanuni mənafelərini qorumalıdır.
2.8    Tərəflər təhlükəli müqavilələrin bağlanmasından çəkinməyə borcludurlar. Təhlükəli müqavilələr dedikdə, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmlakın əsaslı hissəsinin itirilməsinə və ya tərəflərin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcək hallar nəzərdə tutulur.
2.9    Tərəflərdən hər biri digər tərəfin mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlaklardan təyinatı üzrə istifadə etmək hüququna malikdir.
2.10    Tərəflərdən hər biri birgə nikah dövründə mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlak üzərində öz istədiyi kimi sərəncam vermək hüququna malikdir.
2.11    Tərəflərdən hər biri öz kreditorunu (kreditorlarını) hazırki nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə məlumatlandırmağa borcludur.
2.12    Nikah ləğv edildikdə, pozulduqda, etibarsız sayıldıqda və xitam olduqda, eləcə də tərəflərdən hər hansı biri və ya hər ikisi öldükdə və ya məhkəmə qaydasında ölmüş elan edilidkdə birgə nikah dövründə və ondan əvvəl əldə edilmiş bütün əmlaklar (hər hansı bir istisna olmadan) tərəflərin birgə nikahından doğulmuş ________________ mülkiyyətinə keçir.
2.13    Nikah ləğv edildikdə, pozulduqda, etibarsız sayıldıqda və xitam olduqda ___________________ birgə nikah dövründə və ondan əvvəl əldə edilmiş bütün əmlaklardan yalnız onun pasport qeydiyyatında olduğu mənzildən istifadə hüquqların saxlanılır, lakin bu mənzilə də mülkiyyət hüququ ______________________________ keçir.
2.14    Bu müqavilənin 2.7 və 2.8-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı biri baş verdikdə və birgə nikah dövründə və ondan əvvəl əldə edilmiş bütün əmlaklar (hər hansı bir istisna olmadan) tərəflərin birgə nikahından doğulmuş _________________ mülkiyyətinə keçdikdən sonra ___________________________ tam fəaliyyəti qabiliyyəti əldə edənədək _________________________ onun üzərində qəyyum təyin ediləcəkdir.
2.15    _____________________________ qəyyum olduğu müddət ərzində __________________________ mülkiyyətində olan bütün əmlakların üzərində sərəncam vermək, yəni onu satmaq, bağışlamaq, dəyişmək, girov (ipoteka) qoymaq və ya hər hansı bir formada özgəninkiləşdirmək, həmçinin bu əmlakdan öz xeyrinə hər hansı bir hərəkət etmək hüququ olmayacaq, bu əmlakdan əldə olunmuş bütün gəlirlər ________________________ ehtiyaclarına sərf olunacaqdır.    

3. Ər-arvadın məsuliyyəti:

3.5    Tərəflərdən hər biri öz üzərinə götürdüyü öhdəliklərə görə kreditorlar qarşısında özünə məxsus olan əmlak həddində məsuliyyət daşıyır. 
3.6    Tərəflərdən birinin digərinin razılığı olmadan digər tərəfin bağladığı əqdlərə görə məsuliyyət daşımır.
3.7    Mülkiyyətə tələb yalnız tərəflərin ümumi öhdəliyi olduğu hallarda yönələ bilər. Bu əmlak kifayət etmədikdə tərəflər qeyd olunan öhdəliyə görə özlərinin şəxsi əmlakları ilə məsuliyyət daşıyırlar.
3.8    Tərəflərin birgə nikahından doğulmuş yetginlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə onların məsuliyyəti mülki qanunvericiliklə müəyyən edilir. 



4. Müqavilənin qüvvəyə minməsi, dəyişdirilməsi və ləğv edilməsi:

4.6    Bu müqavilə imzalandığı andan qüvvəyə minir.
4.7    Bu müqavilənin notariat qaydasında təsdiqlənməsi tələb olunur.
4.8    Tərəflər istənilən vaxt bu müqaviləyə əlavə və dəyişiklik etmək hüququna malikdir. Bu müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir.
4.9    Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anında nikah müqaviləsinə də xitam verilir.
4.10    Bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranmış bütün məsələlər əsasən hamılıqla qəbul edilmiş adət və ənənələrə uyğun həll edilir, əks halda mübahisə məhkəmə qaydasında həll edilir.
4.11    Bu nikah kontraktı iki nüsxədə tərtib edilmiş və hər bir nüsxə tərəflərə verilir. 

5. Tərəflərin imzaları:

 

Link to comment
Share on other sites

əsasən nikah dövrü ərzində əmlak münasibətlərini tənzimləmək, əmlak iddialarından sığortalanmaq məqsədilə tərbiq olunur. 

nəzərə alsaq ki, əhalinin əsas sosial qrupunun maliyyə imkanları məhduddur, yəni ki, bölüşməyə bir şey yoxdur - nikah müqaviləsinin nəyi tənzim edəcəyi qeyri-müəyyən qalır... bu səbədən aktual deyil. 

11 час назад, Grey Wolf сказал:

Müşahidə edirəm ki, nikah anlaşması getdikcə daha tez-tez gündəmə gəlir, maraq doğurur və müzakurə mövzusu olur.

amma siz doğru müşahisə edibsiz.

son zamanlar  ailə - məişət zorakılığı, boşanma statistikası bu istiqamətdə islahatları tələb edir : aliment qanunu tələbləri sərtləşdiriləcək, nikah müqaviləsi icbarı olacaq, ailə məcəlləsində dəyişiklik ediləcək. 

Link to comment
Share on other sites

məncə məsələnin 2 aspekti var - hüquqi və psixoloji və bu aspektlər bir-birilə bağlı və hətta asılıdırlar.

hüquqi aspektdən müsbət bir haldır. yəni 2 nəfərin münasibətlərini hüquq çərçivəsinə salmalarında pis bir şey görmürəm. amma bununçün məsələyə biraz soyuqqanlı yanaşma lazımdır. yani nəzərdə tutsaq ki, normalda 2 nəfərin münasibətinin inkişaf etməsi üçün bir emosional bağlılığın da olması şərtdir, düşünmürəm ki, hazırda bizdə bunu soyuqqanlı qarşılayacaq çox adam var. yani sadə dildə desəm, bir nikah anlaşması təklif olunan insanlarımızın çoxsunun ağlına ilk gələcək , "demək mənə tam inanmır" kimi fikirlər olacaqdır. bu isə istər istəməz bir soyuqluğun yaranmasına səbəb olur. əsas problem, məncə budur, iki, bir-birilə sıx bağlı və biri digərinə təsir edən ziddiyyətli aspekt.

Link to comment
Share on other sites

bir də, deyəsən mənim yuxarıda işlətdiyim "təcrübəsi olan" ifadəsi sanki, yanlış anlaşılmışdır. vacib deyil ki, kimsə özü nikah anlaşması imzalamış olsun, yəni ətrafinızda, eşitdiyiniz, müşahidə etdiyiniz bu kimi hallar nəzərdə tutulur. bu praktika avropada, amerikada daha geniş tətbiq olunduğuna görə, əgər oralarda olanınız, belə hallarla qarşılaşmış birisi varsa, öz müşahidələrilə bölüşsəydi, maraqlı olardı.

Link to comment
Share on other sites

Hüquqi aspekt dediyiniz zamanın tələbi ilə gəlir. davamlı maarifləndirmə işi aparılarsa əgər, cəmiyyət belə bir razılaşmanın əhəmiyyətsiz olmadığını anlayacaq. bir zamanlar, əmək müqaviləsi ilə hesablaşan yox idi. amma illər keçdi, zərurət kimi tətbiq olunmağa başladı. ailə münasibətlərinə daxil olanların sayı, əmək münasibətləri iştirakçılarının sayından lap olsun bir qədər artıq... müəyyən normativlər yaradılsa, maarifləndirmə aparılsa, gec-tez sivil ailə-məişət münasibətləri formalaşacaq. boşanma mədəniyyəti formalaşacaq. Avropa ölkələrində cütlüklərin sivil formada ayrılması təmin edən huquq işləyir, müqavilələr işləyir, bu səbəbdən orada boşanma mədəniyyəti mövcuddur. normativlər münasibətlərin ifrat gərginliyə çatmasına imkan vermir. 

Link to comment
Share on other sites

Psixoloji aspekt barədə geniş yazmaq olar, çünki həyat kimi geniş müşahidə məkanı var.

amma qısa yazacam. sazişin münasibət rəsmiləşdirilməsi öncəsi olması daha yaxşıdır. əslində, bu bir qədər mücərrəd görünə bilər... lakin düşünsək : insanın vaxtını bilirisizmi nə yeyir ? qeybət, deyinmək, mənasız telefon söhbətləri nə qədər boş-boşuna enerji itkisinə səbəb olur. bunun əvəzində, əgər əhali maariflənsə, təbliğat aparılsa.... insan vaxtından bir qədər ayırıb öz hüquq və vəzifələri ilə maraqlanar. öyrənə bilər ki, məsələn, ailə məsuliyyəti nəyi tələb edir. onun valideyn kimi hansı öhdəlikləri olacaq. gələcək övladının hansı hüquqları var. 

 

Nikah müqaviləsi vətəndaşa başa salacaq ki, SƏN ailə münasibətinə PAYÇI kimi qoşulub ŞƏRİK kimi ayrıla bilməzsən ! Sənin ümumi, həm şəxsi əmlakında övladının haqqı var. sən öz vaxtını, enerjini, yatağını, evini ərinlə (arvadınla) paylaşa bilərsən. amma şərik çıxmaq üçün sən artıq vicdanın və qanunla hesablaşmalı olacaqsan. Bu olduqca mühüm bir anlayışdır. insan haqqını tanımalıdır.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 2 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Like
      • 48 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Sad
        • Confused
        • Like
      • 71 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Upvote
        • Haha
        • Like
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Upvote
        • Haha
        • Like
      • 262 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 64 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Milli
        • Like
      • 20 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...