Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Mən demişdim axı...

Nesim

Recommended Posts

В 06.10.2018 в 20:49, Museyib Elekber сказал:

Düzü, inanmıram ki, öz dilini yaxşı bildiyi halda istehza edərək bu dildə yazmaq istəməsin kimsə. Əvvəlki postumda yazdığım səbəbə görə bu bölmənin iştirakçısı onsuz da az olur. 

... kimlərsə )

В 06.10.2018 в 20:49, Museyib Elekber сказал:

Gələn də azlığı görüb yazmaq həvəsinə düşmür. O vaxt yazır ki, mövzu onun üçün çox maraqlı olsun. 

əlbəttə, çıxış üçün geniş publika yaxşı olardı. bir çox insanların bu kimi ehtiyacı (!) vardır

siz diqqət yetirsəniz əgər, DNOTda mükazirə olunan dərin mövzuların məzmunu elə Azərforumdakı fikirlərlərdən qaynaqlanır. bir də görürsən ki, dünən burada bir fikir yaranmışdı və ertəsi gün həmin məzmun artıq digər bölümdə müzakirə olunur )

yaxşı haldır...

В 06.10.2018 в 20:49, Museyib Elekber сказал:

O şəxs hər cümləni beynində rusca fikirləşir yenə

yəhudilərdə belə bir deyim var, pul sayanda hansı dildə düşünürsənsə, məhz o da sənin ana dilindir ))

В 06.10.2018 в 20:49, Museyib Elekber сказал:

Əzbər və ya məcburi danışmağı mən ana dilinin istifadəsi faktı kimi qəbul etmirəm.

siz xatırlamazsız yəqin, amma köhnə istifadəçilər bu barədə bilir... mən də bu bölməyə gələndə, sırf rus dilində düşünürdüm. işdə qismən, ailədə isə həmişə rus dilində danışırdım. baxmayaraq ki, ana dilində təhsil almışam, mən müəyyən səbəblərdən rus dili işlətməli olurdum. yazdığım ilk postlar qısa idi, çünki rus dilində yaranan fikri əvvəlcə tərcümə edirdim, daha sonra redaktə edirdim. tərcüməyə zaman olmadıqda qaydanı pozub, rus dilində də yazırdım... bir dəfə hətta Qulliver buna görə mənə irad tutmuşdu )) 

bir sözlə məcburi ana dilində yazmaq nə ziyanlı və ağrılı bir şey deyil )

Edited by NOIR
  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

12 hours ago, NOIR said:

... kimlərsə )

əlbəttə, çıxış üçün geniş publika yaxşı olardı. bir çox insanların bu kimi ehtiyacı (!) vardır

siz diqqət yetirsəniz əgər, DNOTda mükazirə olunan dərin mövzuların məzmunu elə Azərforumdakı fikirlərlərdən qaynaqlanır. bir də görürsən ki, dünən burada bir fikir yaranmışdı və ertəsi gün həmin məzmun artıq digər bölümdə müzakirə olunur )

yaxşı haldır...

yəhudilərdə belə bir deyim var, pul sayanda hansı dildə düşünürsənsə, məhz o da sənin ana dilindir ))

siz xatırlamazsız yəqin, amma köhnə istifadəçilər bu barədə bilir... mən də bu bölməyə gələndə, sırf rus dilində düşünürdüm. işdə qismən, ailədə isə həmişə rus dilində danışırdım. baxmayaraq ki, ana dilində təhsil almışam, mən müəyyən səbəblərdən rus dili işlətməli olurdum. yazdığım ilk postlar qısa idi, çünki rus dilində yaranan fikri əvvəlcə tərcümə edirdim, daha sonra redaktə edirdim. tərcüməyə zaman olmadıqda qaydanı pozub, rus dilində də yazırdım... bir dəfə hətta Qulliver buna görə mənə irad tutmuşdu )) 

bir sözlə məcburi ana dilində yazmaq nə ziyanlı və ağrılı bir şey deyil )

Hissə hissə fikirlərimi təsdiqləmiş oldunuz ))

Uşaqlıqdan rusca (və ya hər hansı digər xarici dildə) danışmağı öyrənmiş bir uşağı sırf ana dilidir deyə azərbaycan dilini öyrənməyə məcbur etməyi düzgün hesab etmirəm. Bunu tək bizim üçün yox, ümumiyyətlə nəzərdə tuturam. Yəni Azərbaycan olmasın, Mozambik olsun. Ana dilini bilmək məcburiyyət olmamalıdır. Özünə maraqlı gəlib öyrənərsə, başqa məsələ. 

  • Upvote 1
Link to comment
Share on other sites

19 часов назад, Museyib Elekber сказал:

) axır ki, ortaq məxrəcə gələ bildik 

azyaşlı üçün təhsil dilinin seçimini valideyn müəyyən edir, bu özü "məcburiyyət" deməkdir )

Link to comment
Share on other sites

  • 3 weeks later...

bax sonra da deyirsiz ki, forumda yazılanlar boş şeylərdir... "Lazım"i səviyyədə baxılmır və  oxunmur )

Azərbaycan Respublikası Prezidentinin 01.11.2018 -ci il tarixli Fərmanı : 

Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir

Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratsın;

2. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” (bundan sonra – Monitorinq Mərkəzi) publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin;

3. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq etsin;

4. Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

5. Monitorinq Mərkəzinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etsin;

6. Monitorinq Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yer ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etsin;

7. kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Link to comment
Share on other sites

1 hour ago, NOIR said:

bax sonra da deyirsiz ki, forumda yazılanlar boş şeylərdir... "Lazım"i səviyyədə baxılmır və  oxunmur )

Azərbaycan Respublikası Prezidentinin 01.11.2018 -ci il tarixli Fərmanı : 

Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir.

Dövlət dilinin mühafizəsi filan, ona bir şey demirəm, özləri bilər, amma gəlin yalandan tərifləməyək. Bizim dilimiz zəngin dil deyil. Əksinə bir çox durumda yetərsiz qalır. Yəni öz halında sadə bir dildir. Rus, ərəb, italyan və s. kimi dillərlə müqayisə edilə bilməz. Hələ çin, yapon və koreya dilini demirəm ))

  • Like 1
Link to comment
Share on other sites

Только что, Museyib Elekber сказал:

Dövlət dilinin mühafizəsi filan, ona bir şey demirəm, özləri bilər, amma gəlin yalandan tərifləməyək. Bizim dilimiz zəngin dil deyil. Əksinə bir çox durumda yetərsiz qalır. Yəni öz halında sadə bir dildir. Rus, ərəb, italyan və s. kimi dillərlə müqayisə edilə bilməz. Hələ çin, yapon və koreya dilini demirəm ))

В углу, на углу ....) Bunlarin her ikisi kuncde kimi tercume olunur amma menalari rus dilinde ferqlidir ) bu da zengin dil

Link to comment
Share on other sites

9 hours ago, Nesim said:

В углу, на углу ....) Bunlarin her ikisi kuncde kimi tercume olunur amma menalari rus dilinde ferqlidir ) bu da zengin dil

Fərqli situasiyada fərqli ifadə formaları yoxdursa, bu dilin harası zəngindir? ))

"Getmək" felinə giriləsi deyil ). Zaman formalarını da demirəm heç.

Bir də, ipəzor, işıqfor kimi qondarma sözlərlə də dil zənginləşdirilmir.

Edited by Museyib Elekber
  • Like 1
Link to comment
Share on other sites

В 01.11.2018 в 22:13, NOIR сказал:

bax sonra da deyirsiz ki, forumda yazılanlar boş şeylərdir... "Lazım"i səviyyədə baxılmır və  oxunmur )

В 01.11.2018 в 22:13, NOIR сказал:

Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir

Vəziyyət  həqiqətən çox acınacaqlı dərəcəyə gəlib çatıb, yuxarıda sadalanan amillərin səbəb olduğu qüsurların kütləviləşərək ədəbi dilə bu dərəcədə ciddi zərbə vurduğu başqa bir dövrü xatırlaya bilmirəm, dilimiz həmişə təzyiqlərə məruz qalıb, amma bu tamam başqa bir bəladır, bunun  kökü yenə də gedib milli təlim-tərbiyə və ən əsası da təhsilə dayanır. Təhlükə geniş miqyas alıb deyə artıq nəsə etməyə çalışırlar, amma nəyə və nə  dərəcədə nail olunacaq, bax bu sual isə şübhə doğurur.

В 01.11.2018 в 23:28, Museyib Elekber сказал:

Bizim dilimiz zəngin dil deyil.

Zəngindir,niyə ki?) sadəcə söz ehtiyatımız kasaddır.)

В 02.11.2018 в 09:26, Museyib Elekber сказал:

Bir də, ipəzor, işıqfor kimi qondarma sözlərlə də dil zənginləşdirilmir.

Zənginləşmir , qısası zibillənir,  bu da dağıdıcı təzyiqlərin "müasirləşmə" adı altında tətbiq olunan nümunələrindən növbətisi.

İpəzor,işıqfor olmadan bu qədər vaxt necə yaşamışıq görəsən?)

  • Upvote 1
Link to comment
Share on other sites

6 часов назад, ceylin сказал:

İpəzor,işıqfor olmadan bu qədər vaxt necə yaşamışıq görəsən?)

ipəzor paltarı ipdən asmaq üçün sancaqdır, eləmi ? mən bu sözü işlətmirəm ) dilçi alim də də işlətmir ! )

Müsahibədən bir parça : 

Son vaxtlar Nəsimi adına Dilçilik İnstitutu, xüsusən də institut tərəfindən hazırlanan lüğətlər Kütləvi İnformasiya Vasitələrində müzakirə mövzusudur. İnstitut tərəfindən hazırlanan lüğətlərin mənasız sözlərlə doldurulduğunu deyən də var, həmin lüğətlərə alternativ hazırlamaq istəyən də. Bu lüğətlərin hazırlanmasında ən çox rolu olan lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli isə bu yaxınlarda 70 yaşını tamamlayacaq.

- Yeni sözlərin təklif edilmədiyindən şikayətlənirsiniz. Bu yaxınlarda “ipəzor”, “geyçim” kimi sözlər təklif edilmişdi. Amma Dilçilik İnstitutu tərəfindən onlara münasibət birmənalı olmadı.

- Şəxsən mən özüm də o sözləri qəbul etmədim. Onlar məişətdə istifadə olunan sözlərdir. Gərək sözü dilçilər müəyyən etsin, çünki lüğəti onlar yaradır. Sözləri quraşdırıb yazmaq olmaz axı. “Ofisiant” sözünün qarşılığı kimi süfrəçi təklif edilmişdi. Dilimizdə xörək paylayan sözü olduğu halda, nə üçün süfrəçi işlətməliyik? Xörək paylayan pisdir?

- Pis deyil, amma bir sözlə ifadə olunsa, daha yaxşı olmazmı?

- Mümkün olduğu halda ifadə edə bilərik. Olmursa, yalanda söz yaratmağın mənası yoxdur. Stüardessa - təyyarə bələdçisi, aeroport - əvəzinə təyyarə meydanı istifadə etmək daha yaxşıdır. Başqa dildə bir sözlə ifadə olunması qarşılığının da elə olması mütləq deyil. Alpinizm əvəzinə dağçılıq sözü istifadə edilir. Bu, çox yaxşı haldır. Sərnişin əvəzinə yolçu sözü daha yaxşıdır. Qərbi Azərbaycanda biz bir vaxtlar kəndi (özü), qutlu (mübarək) sözü işlədirdik. İndi də o sözləri geri qaytara bilərik

http://www.dilcilik.az/230.htm

Edited by NOIR
Link to comment
Share on other sites

В 02.11.2018 в 09:26, Museyib Elekber сказал:

Bir də, ipəzor, işıqfor kimi qondarma sözlərlə də dil zənginləşdirilmir.

amma işıqfor yeni söz deyil, sovet dövründə var idi... yazıçı Zahid Xəlilin "Çıraq nənənin nağılları" uşaq hekayələr toplusu var, 1983-cü il nəşri, bax orada işıqfor var idi artıq. mən özüm işıqfor deyirəm.

Svetofor sözü latın mənşəlidir. Svet -işıq və Foros - çəkən, cəzb edən, daşıyan, səmt kimi mənaları var. məna etibarilə sözün qarşılığını düzgün ifadə biliblər,məncə. sadəcə işıqfor ümumişlək sözə çevrilməyib

Edited by NOIR
Link to comment
Share on other sites

7 часов назад, ceylin сказал:

Vəziyyət  həqiqətən çox acınacaqlı dərəcəyə gəlib çatıb, yuxarıda sadalanan amillərin səbəb olduğu qüsurların kütləviləşərək ədəbi dilə bu dərəcədə ciddi zərbə vurduğu başqa bir dövrü xatırlaya bilmirəm, dilimiz həmişə təzyiqlərə məruz qalıb, amma bu tamam başqa bir bəladır, bunun  kökü yenə də gedib milli təlim-tərbiyə və ən əsası da təhsilə dayanır. Təhlükə geniş miqyas alıb deyə artıq nəsə etməyə çalışırlar, amma nəyə və nə  dərəcədə nail olunacaq, bax bu sual isə şübhə doğurur.

bir çox məqamlarda razıyam sizinlə. mən əslində belə bir qərarı gözləyirdim... çünki son zamanlar müşahidə edirəm ki, əhval-ruhiyyə vəziyyəti tamam başqa səmtə aparır. kim bilməsə də, sizlər bilirsiz ki, mən heç vaxt rus dilinin tədrisi məsələsinə qısqanclıqla yanaşmamışam, çünki bizim tərəfdə hamı rusdillidir, bir mən istisna )) 

ümumiləşdirsək əgər, bu meyl, həvəs ondan irəli gəlir ki, hər valideyn istəyər ki, övladı əcnəbi dili bilsin. yəni özlüyündə bu təhlükəli amil deyil, əksinə çox yaxşıdır ! bu baş ucalığıdır, fəxrdir ki, insanlar əcnəbi dil öyrənirlər. təki hər bir gənc vətəndaş rus dilini bilsin, ingilis dilini də bilsin, ya alman, ya fransız... çın, ərəb, farsı bilsin, latın dilini öyrənsinlər. dil biliyi almaq nə vaxtdan pis olub ki... amma, bununla belə ana dilinə, bəsləndiyi, uyuduğu laylanın dilinə xor baxmasın gərək. dil xaini, satqını olmasın, ana dilində müraciət ya söhbət eşidəndə ikrahla, utancla üz çevirməsin. ana dilinin daşıyıcılarına düşmən kəsilməsin. "tısbağa qınından çıxdı, baxdı qınını bəyənmədi" yoxsa ? bizdə, məsələn belələrinə "nacins" deyirlər. 

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

amma işıqfor yeni söz deyil, sovet dövründə var idi... yazıçı Zahid Xəlilin "Çıraq nənənin nağılları" uşaq hekayələr toplusu var, 1983-cü il nəşri, bax orada işıqfor var idi artıq. mən özüm işıqfor deyirəm.

Svetofor sözü latın mənşəlidir. Svet -işıq və Foros - çəkən, cəzb edən, daşıyan, səmt kimi mənaları var. məna etibarilə sözün qarşılığını düzgün ifadə biliblər,məncə. sadəcə işıqfor ümumişlək sözə çevrilməyib

Əsrlərlə müqayisədə çox təzədir ))

Hər şeydən əvvəl, elə sözlər var ki, o, harda formalaşıbsa, o formada da qalmağı məqsədəuyğundur. Zorla milliləşdirmək çox süni və yamaq kimi görünür. Onsuz da dilimizə başqa dillərdən keçmiş o qədər söz var ki. Bu sözləri dilin fonetik və qrammatik qaydalarına uyğunlaşdırıb işlətməkdə bir problem görmürəm mən. Əlimizdə olanı normal işlətsək, bəsimizdir. Yeni söz yaratmağa ehtiyac yoxdur. Yeni söz yaratmaq ancaq o vaxt olar ki, hansısa texniki yeniliklər meydana çıxaraq. Ki bu da çətin məsələdir.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

3 hours ago, NOIR said:

ipəzor paltarı ipdən asmaq üçün sancaqdır, eləmi ? mən bu sözü işlətmirəm ) dilçi alim də də işlətmir ! )

Müsahibədən bir parça : 

Son vaxtlar Nəsimi adına Dilçilik İnstitutu, xüsusən də institut tərəfindən hazırlanan lüğətlər Kütləvi İnformasiya Vasitələrində müzakirə mövzusudur. İnstitut tərəfindən hazırlanan lüğətlərin mənasız sözlərlə doldurulduğunu deyən də var, həmin lüğətlərə alternativ hazırlamaq istəyən də. Bu lüğətlərin hazırlanmasında ən çox rolu olan lüğətçilik şöbəsinin müdiri İsmayıl Məmmədli isə bu yaxınlarda 70 yaşını tamamlayacaq.

- Yeni sözlərin təklif edilmədiyindən şikayətlənirsiniz. Bu yaxınlarda “ipəzor”, “geyçim” kimi sözlər təklif edilmişdi. Amma Dilçilik İnstitutu tərəfindən onlara münasibət birmənalı olmadı.

- Şəxsən mən özüm də o sözləri qəbul etmədim. Onlar məişətdə istifadə olunan sözlərdir. Gərək sözü dilçilər müəyyən etsin, çünki lüğəti onlar yaradır. Sözləri quraşdırıb yazmaq olmaz axı. “Ofisiant” sözünün qarşılığı kimi süfrəçi təklif edilmişdi. Dilimizdə xörək paylayan sözü olduğu halda, nə üçün süfrəçi işlətməliyik? Xörək paylayan pisdir?

- Pis deyil, amma bir sözlə ifadə olunsa, daha yaxşı olmazmı?

- Mümkün olduğu halda ifadə edə bilərik. Olmursa, yalanda söz yaratmağın mənası yoxdur. Stüardessa - təyyarə bələdçisi, aeroport - əvəzinə təyyarə meydanı istifadə etmək daha yaxşıdır. Başqa dildə bir sözlə ifadə olunması qarşılığının da elə olması mütləq deyil. Alpinizm əvəzinə dağçılıq sözü istifadə edilir. Bu, çox yaxşı haldır. Sərnişin əvəzinə yolçu sözü daha yaxşıdır. Qərbi Azərbaycanda biz bir vaxtlar kəndi (özü), qutlu (mübarək) sözü işlədirdik. İndi də o sözləri geri qaytara bilərik

http://www.dilcilik.az/230.htm

Bu postu hələ indi görürəm. Əslində, bundan əvvəlki postum elə buna da aiddir. İndi guya "aeroport" sözünü milliləşdirib, eləmi? )). Nə "təyyarə", nə də "meydan" bizim öz sözümüz deyil axı ("bizim özümüz" də nəyi göstərir, o da ayrı bir mövzudur). Əgər desəniz ki, bunlar artıq dilimizə keçib, onda qoyun elə "aeroport" sözü də keçsin də. Bunun onlardan nəyi əksikdir?

Link to comment
Share on other sites

9 hours ago, ceylin said:

Zəngindir,niyə ki?) sadəcə söz ehtiyatımız kasaddır.)

Zənginləşmir , qısası zibillənir,  bu da dağıdıcı təzyiqlərin "müasirləşmə" adı altında tətbiq olunan nümunələrindən növbətisi.

İpəzor,işıqfor olmadan bu qədər vaxt necə yaşamışıq görəsən?)

Kor deyil, sadəcə gözləri görmür )). Sizin dediyiniz lap buna oxşadı )

Gül kimi svetofor, şpilka işlədirik də ) 

Link to comment
Share on other sites

17 часов назад, ceylin сказал:

Zəngindir,niyə ki?) sadəcə söz ehtiyatımız kasaddır.)

zənginlik təkcə söz ehtiyatı ilə ölçülmür, onu düz deyirsiz. amma say ən önəmli göstərici hesab olunur. razıyam, zəngindir, amma müqayisədə ) məsələn, rus dili zəngindir, amma ingilis dili ilə müqayisədə kasıbdır. ingilis dilinin söz ehtiyatı 250 mindir, rus dilinin isə150 mindir. ana dilimizdə son əlavələrlə birlikdə, yəni ipəzor və işıqfor daxil )) 105 min söz var. 

Edited by NOIR
Link to comment
Share on other sites

17 часов назад, ceylin сказал:

Təhlükə geniş miqyas alıb deyə artıq nəsə etməyə çalışırlar, amma nəyə və nə  dərəcədə nail olunacaq, bax bu sual isə şübhə doğurur.

əslində, biz miqyas dediyiniz həmin məqamları yalnız Disputda hiss edirik )

şəxsən mən gündəlik həyatımda elə bir ciddi toqquşma ya parçalanma ilə qarşılaşmıram. amma burada var... son zamanlar eksperiment (təcrübə) sınaqdan keçirməyə başlamışam artıq, elm naminə )) müşahidələrimin doğru olduğunun təsdiqini tapmaq məqsədilə ! 

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

3 hours ago, NOIR said:

)) əslində "Svetoforun" özü də yenidir, sözü də yenidir, əsrlərdən gəlmir. 

Ola bilər, amma mənim nəzərdə tutduğum odur ki, dilə hazır formada keçmiş bu tip sözləri sonradan süni şəkildə milliləşdirmək mənasızdır. Həm də ki, İşıqfor sözünün harası uğurludur? Oradakı "for" sözü niyə əvəz edilə bilməyib? Belə yarı-yarımçıq əvəzləmə olar? Elə ondansa, Svetofor qalsın, daha yaxşıdır. Burada da hər işimiz kimi yarımçıqlıq var.

Link to comment
Share on other sites

В 03.11.2018 в 21:19, NOIR сказал:

ipəzor paltarı ipdən asmaq üçün sancaqdır, eləmi ? mən bu sözü işlətmirəm ) dilçi alim də də işlətmir ! )

Müsahibədən bir parça : 

Bəli sancaq, el arasında şpilka deyilən söz.) Oxudum müsahibəni.

Bu kimi "yenilikləri" oxuyanda elə təəsürat yaranır ki, bəzi mütəxəssislər bekar qalmamaq xatirinəmi, aldıqları əmək haqqını doğrultmaq naminəmi anlaya bilmirəm, nəsə icadlar etmək niyyətilə iş görmək istəyirlər. Uzun illərdir qəbul olunmuş ümumişlək sözlərin yenidən dildə hansısa qarşılığını yaratmaq məcburiyyəti niyə yaransın ki, həm də bilərək ki, onlar heç onsuz da işlənməyəcək və qəbul olunmayacaq da? Dilçi alim bəlkə də heç öz dilində danışmır evdə, o ki qalsın ipəzoru işlətsin)

В 03.11.2018 в 21:28, NOIR сказал:

amma işıqfor yeni söz deyil, sovet dövründə var idi... yazıçı Zahid Xəlilin "Çıraq nənənin nağılları" uşaq hekayələr toplusu var, 1983-cü il nəşri, bax orada işıqfor var idi artıq. mən özüm işıqfor deyirəm.

Svetofor sözü latın mənşəlidir. Svet -işıq və Foros - çəkən, cəzb edən, daşıyan, səmt kimi mənaları var. məna etibarilə sözün qarşılığını düzgün ifadə biliblər,məncə. sadəcə işıqfor ümumişlək sözə çevrilməyib

Yadda qalan bu sözlər olub deyə Museyib misal gətirib,ümumilikdə  o silsilədən olan digər sözlər nəzərdə tutulub, işıqfor onlardan hələ ən məsumudur.) Hələ qorxaq ki, "sectorial", "different " kimi sölər də dilimizə yavaş-yavaş nüfuz etməyə başlasın, nazirimizin ifadəsiylə desək))

В 03.11.2018 в 22:45, NOIR сказал:

bir çox məqamlarda razıyam sizinlə. mən əslində belə bir qərarı gözləyirdim... çünki son zamanlar müşahidə edirəm ki, əhval-ruhiyyə vəziyyəti tamam başqa səmtə aparır. kim bilməsə də, sizlər bilirsiz ki, mən heç vaxt rus dilinin tədrisi məsələsinə qısqanclıqla yanaşmamışam, çünki bizim tərəfdə hamı rusdillidir, bir mən istisna )) 

ümumiləşdirsək əgər, bu meyl, həvəs ondan irəli gəlir ki, hər valideyn istəyər ki, övladı əcnəbi dili bilsin. yəni özlüyündə bu təhlükəli amil deyil, əksinə çox yaxşıdır ! bu baş ucalığıdır, fəxrdir ki, insanlar əcnəbi dil öyrənirlər. təki hər bir gənc vətəndaş rus dilini bilsin, ingilis dilini də bilsin, ya alman, ya fransız... çın, ərəb, farsı bilsin, latın dilini öyrənsinlər. dil biliyi almaq nə vaxtdan pis olub ki... amma, bununla belə ana dilinə, bəsləndiyi, uyuduğu laylanın dilinə xor baxmasın gərək. dil xaini, satqını olmasın, ana dilində müraciət ya söhbət eşidəndə ikrahla, utancla üz çevirməsin. ana dilinin daşıyıcılarına düşmən kəsilməsin. "tısbağa qınından çıxdı, baxdı qınını bəyənmədi" yoxsa ? bizdə, məsələn belələrinə "nacins" deyirlər. 

Əlbəttə ki bilirəm,siz bu barədə nümunəvi sayılacaq qədər yetərli həssasiyyəti gözstərirsiniz. Bəs mənə nə deməli?) ümumiyyətlə heç Azərbaycanda doğulmamışam, çox ölkələri gəzib sonunda vətəndə məskunlaşmışıq, buna baxmayaraq bu hal  bizə öz dilimizi öyrənib danışmamaqda bəhanə olmayıb.)

Tamamilə razıyam sizinlə, dil bilməyin çoxluğunun mənfi heç bir tərəfi ola bilməz.Valideynlərin tədris məsələsindəki seçim qarşısındakı imkanlarını da başa düşürəm, mənim də tərəddüd içində qaldığım məqamdır, məktəb əlavə dil öyrətmir, hazırki təhsil isə heç,bu əlavə olaraq yalnız valideynin şəxsi imkanları daxılındə mümkün ola bilir, bunun da öz çatışmamazlıqları var, ona görə də rus bölməsini seçirlər ki, ən az iki dil bilməsinə zəmanət var nə də olsa.Sizin də qeyd etdiyiniz kimi,söhbət hansısa dilin danışıq dili olmasından getmir, dərd öz dilini bəyənməməkdir, xor göməkdir,həm də kütləvi olaraq, bax bu süqutdur,dilin qismən də olsa süqutu.Özününkünü bəyənməmək, yuxarıdan aşağı baxmaq  elə özünü inkar etmək kimi bir şeydir.

Mənim isə diqqət çəkmək istədiyim isə bu aşağıda göstəriləndir:

В 01.11.2018 в 22:13, NOIR сказал:

Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir

Yeni nəslin istifadə ertdiyi yazı üslubu, yəqin ki fikir vermisiniz, kütləvi hal alır artıq, bu da başqa bir bəladır,"gəlirəm" deyən..

  • Upvote 1
Link to comment
Share on other sites

В 04.11.2018 в 00:57, Museyib Elekber сказал:

Kor deyil, sadəcə gözləri görmür )). Sizin dediyiniz lap buna oxşadı )

Gül kimi svetofor, şpilka işlədirik də ) 

В 04.11.2018 в 08:59, NOIR сказал:

zənginlik təkcə söz ehtiyatı ilə ölçülmür, onu düz deyirsiz. amma say ən önəmli göstərici hesab olunur. razıyam, zəngindir, amma müqayisədə ) məsələn, rus dili zəngindir, amma ingilis dili ilə müqayisədə kasıbdır. ingilis dilinin söz ehtiyatı 250 mindir, rus dilinin isə150 mindir. ana dilimizdə son əlavələrlə birlikdə, yəni ipəzor və işıqfor daxil )) 105 min söz var. 

Görürsünüz, məndə kasaddır deyə düzgün ifadə edə biməmişəm.) Mən hər kəsin gündəlik danışığında  istifadə etdiyi fərdi söz bazasını nəzərdə tutmuşdum, ümumilikdə dilin söz ehtiyatını yox.))

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Like
      • 34 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Like
      • 60 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Haha
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       
      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Haha
      • 196 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Thanks
        • Like
      • 63 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Like
      • 18 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...