Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Mən demişdim axı...

Nesim

Recommended Posts

В 08.02.2018 в 07:36, NOIR сказал:

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

 Belkem xalx  biz ikimiz kimi forumcun darixib :biggrin:

В 07.02.2018 в 23:35, roberto5 сказал:

Bu forumu faydali bir foruma çevirmək lazımdı. Sunyata forumun dinamikliyini artırmışdı və onu zorla saxlayirdı. Sunyata yoxdu, həmin dinamiklik de onla çixib getdi. (Allah rəhmət eləsin). 

Vay Vay Sunyata deme . Her defe foruma baxanda onu axtariram , ele bilirem hardasa hacansa yazib .

Sunyatanin devrinnen yaziq rusdilli bolmedekiler herden ara sira burda yazirdi , iki kelme rusca nese yazan kimi hurreynen qovurduqki kecin oz bolmenize ne qeder isteyirsinizse sevimli dilinizde qirildayin . Kobudlugu goren deyirdiki bir daha gelmeyeceyik , ele bilib sizin kollektivinize qosulmuruq )))

  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, azda сказал:

Belkem xalx  biz ikimiz kimi forumcun darixib :biggrin:

darışxmışsa da, bunda forum idarəçilərinin bir xidməti yox. bizim bölməni aktual və faydalı etmək onların nəyinə gərək. bizlərin, istifadəçilərin isə  yazmaq kimi öhdəlik ya məsuliyyətimiz yox. olur ki, vaxt imkanımız yetmir, bəzən həvəs, maraq olmur. bu səbəbdən forumdan, ya bir kimsədən inciməyinə dəyməz )

)) şəxsən mən , darıxmışdım...  "Dünya mükəmməldir?" mövzusunda Müseyiblə diskussiya etdikcə, anladım ki, bu kimi söhbətlərə necə də ehtiyacım varmış )  sənin atmacaların, zarafatlarınçün də darıxmışdım, ay dəcəl qız )) şeirlər mövzusunu da təkrar-təkrar oxudum

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

On 2/8/2018 at 11:35 AM, roberto5 said:

Biz gərək cəmiyyətdə də faydalı olaq. 

Mən Delmon Salvatore ilə razıyam. Sosial durumun pis olmasindan əlavə, cəmiyyətimiz ictimai məsələlərdə cox passivdilər. Mən qətiyyən siyasi vəziyyəti nəzərdə tutmuram. Rus dilli forum birinciden tanidilib, orda da passivlik var. Ama orda nə qədər passivlik olsa da alqi satqida olmayacaq. 

Passivlikdən daha çox inertlik var cəmiyyətimizdə. Bunu illərlə bizdə formalaşdırıblar, nə isə, bu ayrı mövzudur.

Rusdilli bölmədə passivlikdən başqa, müzakirə olunan mövzuların səviyyəsi problemi var. Diqqət etsəniz oradakı mövzuların əksəriyyətini bakirəlik, kiminsə qeybəti və hava haqqında mövzular təşkil edir. Hansısa ciddi bir məsələnin müzakirəsi, bir qayda olaraq, 3-4 səhifəni aşmır.

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

On 2/8/2018 at 7:36 PM, NOIR said:

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

Sizin fikirlərinizə qatılıram. "Qonşuya bax və nəyin bahasına olur olsun, ondan geriyə qalma" kimi bizim evimizi yıxan həyat prinsipi burada da özünü göstərir. Rusdilli bölmə bizdən aktivdir, vəssalam, dəridən qabıqdan çıxmalıyıq ki, buranı da ən az ora qədər aktivləşdirək. Yenə də sünilik, yenə də görüntü xətrinə.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

В 09.02.2018 в 12:08, NOIR сказал:

darışxmışsa da, bunda forum idarəçilərinin bir xidməti yox. bizim bölməni aktual və faydalı etmək onların nəyinə gərək. bizlərin, istifadəçilərin isə  yazmaq kimi öhdəlik ya məsuliyyətimiz yox. olur ki, vaxt imkanımız yetmir, bəzən həvəs, maraq olmur. bu səbəbdən forumdan, ya bir kimsədən inciməyinə dəyməz )

)) şəxsən mən , darıxmışdım...  "Dünya mükəmməldir?" mövzusunda Müseyiblə diskussiya etdikcə, anladım ki, bu kimi söhbətlərə necə də ehtiyacım varmış )  sənin atmacaların, zarafatlarınçün də darıxmışdım, ay dəcəl qız )) şeirlər mövzusunu da təkrar-təkrar oxudum

Men bidene o bolmenin daimi uzvi olan xanim Sima Nagiyevadan basqasinin bu bolmeye kecmesini istemirem . Gelen kimi muqeddes mekanimizda dava dusur ))) Bir de Qreshnikimiz var idi rehmetli Sunyata ile mubahiselerinden sonra yoxa cixdi , belke de basqa nikde rus dilli bolmede firlanir , onsuz da publikasiyasi az idi melumduki esas niki sirr olaraq qalir . 😌

Men ozum de yazilarinizi oxumaqcun cox darixmisdim , siz hec getmeyin buralardan yazin ki men de oxuyam seve seve .😊

  • Like 1
Link to comment
Share on other sites

On 08.02.2018 at 7:36 PM, NOIR said:

üzr istəyirəm, bu kimə lazımdır ? )

istifadəçilərdən kimsənin bu kimi öhdəliyi var bəlkə ? həmsöhbəti maraqlandırmaq, foruma cəlb eləmək kimi vəzifəsi var yoxsa ?.. bura həvəskar ünsiyyət məkanıdır. ümumi maraqlar, unsiyyət ehtiyacı olmayanda söhbət, diskussiya baş tutmur. bir kimsəni zor gücünə bölməyə bağlamaq mümkün deyil 

Mən disput az saytini sıradan bir forum kimi qiymətləndirməmişəm. Bura daha ağıllı, dünyagörüşlü və yaxud konkret peşə ve ya sahənin adamlarının toplaşdığı bir məkan kimi təsəvvür etmişəm. Və həmişədə foruma girəndə öz maraqlarıma uyğun insanlar axtariram, azu edirem ki tez tez tapim, görüşlər edək, və s. 

Forumu faydalı etmək lazımdı. Bu insanlara fayda verməyin bir yolu ola biler. Variantlar da çoxdu. Lakin yuxarida da qeyd etiyimiz kimi, ölkənin sosial ve siyasi durumu pis vəziyyətdədi. Belə işləri görmək üçün yüksən əhval ruhiyyədə, inancda olasan gərək)).

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

7 часов назад, roberto5 сказал:

Lakin yuxarida da qeyd etiyimiz kimi, ölkənin sosial ve siyasi durumu pis vəziyyətdədi. Belə işləri görmək üçün yüksən əhval ruhiyyədə, inancda olasan gərək)).

Пользователей онлайн : 1434 ana səhifədəki göstərici.

Respublika əhalisi 10mln çatıb. bunlardan 1434 olmayıb, lap olsun14340 nəfəri- foruma seçib, çağırıb dəvət etməyiblər ki... )) hər kateqoriya user var burada. hörmətli Roberto, fludxana, DNOTda, əyləncəli mövzularda gecə səhərə kimi yazanlar kafi maddi durumun təsiri ilə yazır yoxsa ? gizli milyonçulardır bəlkə, yazıqlara dəbdəbəli həyat əziyyət verir, bezikiblər, bu səbədən də forum ekzotika kimi onları cəlb edir...

bekar, işsiz-gücsüz, avara (üzr istəyirəm) toplumdur. əhval-ruhiyyələri də normaldan yüksək !

7 часов назад, roberto5 сказал:

Forumu faydalı etmək lazımdı

foruma savadlı və günyagörüşlü insanlar fayda verə bilər, düz deyirsiz. onlar da azdır. "bir gül ilə bahar olmaz " məsəli var

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

7 часов назад, roberto5 сказал:

Mən disput az saytini sıradan bir forum kimi qiymətləndirməmişəm. Bura daha ağıllı, dünyagörüşlü və yaxud konkret peşə ve ya sahənin adamlarının toplaşdığı bir məkan kimi təsəvvür etmişəm. Və həmişədə foruma girəndə öz maraqlarıma uyğun insanlar axtariram, azu edirem ki tez tez tapim, görüşlər edək, və s.

bu barədə, bir söz deyə bilmərəm, çünki başqa bir forumla tanış deyiləm, müqayisə ya etiraz, ya təsdiq etmək imkanım yoxdur.

amma faydalılıq mənasına sizinlə həmrəyəm. sadəcə, siz də bilirsiz ki, çoxu bu foruma əylənmək üçün, ünisyyət üçün gəlir. öyrənmək üçün deyil. 

  • Upvote 1
Link to comment
Share on other sites

В 10.02.2018 в 21:16, azda сказал:

Men bidene o bolmenin daimi uzvi olan xanim Sima Nagiyevadan basqasinin bu bolmeye kecmesini istemirem . Gelen kimi muqeddes mekanimizda dava dusur ))) Bir de Qreshnikimiz var idi rehmetli Sunyata ile mubahiselerinden sonra yoxa cixdi , belke de basqa nikde rus dilli bolmede firlanir , onsuz da publikasiyasi az idi melumduki esas niki sirr olaraq qalir . 1f60c.png

Men ozum de yazilarinizi oxumaqcun cox darixmisdim , siz hec getmeyin buralardan yazin ki men de oxuyam seve seve .1f60a.png

yalnız Sima Nağıyeva gəlsin ?.. sərhəddə iri bir izdiham yığışıb. hamı bizim bölməyə keçib dava-dalaş salmaq istəyir. onlarla neyləyək bəs ? ))

bizim bölmənin qaydaları ağırdır. ana dilində ünsiyyət tələb edir. narahat olma, "başqaları" gəlməz

  • Upvote 1
Link to comment
Share on other sites

В 10.02.2018 в 10:33, Grey Wolf сказал:

Passivlikdən daha çox inertlik var cəmiyyətimizdə. Bunu illərlə bizdə formalaşdırıblar, nə isə, bu ayrı mövzudur.

Rusdilli bölmədə passivlikdən başqa, müzakirə olunan mövzuların səviyyəsi problemi var. Diqqət etsəniz oradakı mövzuların əksəriyyətini bakirəlik, kiminsə qeybəti və hava haqqında mövzular təşkil edir. Hansısa ciddi bir məsələnin müzakirəsi, bir qayda olaraq, 3-4 səhifəni aşmır.

bu fikirlərinizlə həmrəyəm. DNOTda passivlik, səviyyəsizlik və əlavə edərdim, mövqesizlik var. amma bu, forumun rusdilli olması səbəbindən deyil. sadəcə, müəyyən şərtlər daxilində savadsız, səviyyəsiz istifadəçilər toplumu forumu belə bir səviyyəyə gətirib salıb. Murenanın açdığı çirkli mövzular oxucularda ikrah hissi yaradır, bu barədə şikayətlənirlər. zorakılıq mövzuları, düz demisiz qeybət, hava haqqında mövzular üstünlük təşkil edir. bir dövr vardı, reytinqlər ləğv olunmuşdu.  forumda yazmaq üçün yaltaqların stimulu qalmamışdı, forum məhz o zaman çökdü )) düşündürücü məzmunda olan ciddi mövzular isə davamsız olur, düz deyirsiz.

  • Upvote 1
Link to comment
Share on other sites

В 10.02.2018 в 10:41, Grey Wolf сказал:

Sizin fikirlərinizə qatılıram. "Qonşuya bax və nəyin bahasına olur olsun, ondan geriyə qalma" kimi bizim evimizi yıxan həyat prinsipi burada da özünü göstərir. Rusdilli bölmə bizdən aktivdir, vəssalam, dəridən qabıqdan çıxmalıyıq ki, buranı da ən az ora qədər aktivləşdirək. Yenə də sünilik, yenə də görüntü xətrinə.

haqlısız. özümüzü qonşuya bənzətməyə dəyməz. sunilik onsuz da üzə çıxır, sezilir.

bizim bölmənin öz yeri, öz dəsti-xətti var. qruplaşma yoxdur, yaltaqlıq hiss etməmişəm, səmimilik var. sırtıqlıq, mədəniyyətsizliklə üzləşməmişəm. çirkabla oynayıb, bulaşmırıq. qeybət etmirik, hörmətsizlik etmirik. 

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

14 hours ago, NOIR said:

Murenanın açdığı çirkli mövzular oxucularda ikrah hissi yaradır, bu barədə şikayətlənirlər.

amma eyni zamanda da həmən mövzularda da yazmaqda davam edirlər həmən şikayətçilər. riyakarlıqdan başqa bir şey deyil.

ümumiyyətlə bir yuzer "kastası" var burada ki, hər bir mövzuda 2 söz belə olsa, yazmağı özlərinə borcmu bilirlər, ya and mı içiblər bilmirəm, amma mütləq bunu etməlidirlər. yəni, mövzu açılır-açılmaz, girib orada nəsə yazmalıdırlar, hətta onları bu mövzu maraqlandırmasa belə. onu da qeyd etməlidirlər "bu mövzu məni maraqlandırmır" :biggrin: vallah çox komik. və yaxud, "nə iyrənc mövzudur, nə mənasız mövzudur" və s. və ilaaxır. əzizim madam maraqsızdır, səviyyəsizdir, sənə görə deyil, niyə yanından düz ötmürsən? ))))) sənin boynuna vəzifəmi qoyuldu ki, mütləq girib nəsə yazasan? bunlar gerçək həyatda nələrisə tapa bilməyən, virtual həyata, sosial şəbəkələrə mübtəla olmuş insanlardır. nə isə, mövzudan kənara çıxdım, etiraf edirəm, bal almağa hazıram:smile:

Edited by Grey Wolf
  • Upvote 1
Link to comment
Share on other sites

14 hours ago, NOIR said:

haqlısız. özümüzü qonşuya bənzətməyə dəyməz. sunilik onsuz da üzə çıxır, sezilir.

məncə bu sırf zövq məsələsidir. mən fb-da da bəzi müzakirələri oxuyuram və gəldiyim qənaət budur ki, az.dilli insanlar arasında fb daha populyardır, halbu ki, rusdillilər və ya rusca nisbətən sərbəst bilənlər arasında disput daha populyardır. bunun da obyektiv səbəbi var, bu forum təməldən rusdilli olub. buranın artıq bir neçə nəsil rusdilli istifadəçiləri olub. az.bölməni isə "radi qaloçki" bir qol kimi açılıb.

14 hours ago, NOIR said:

bizim bölmənin öz yeri, öz dəsti-xətti var. qruplaşma yoxdur, yaltaqlıq hiss etməmişəm, səmimilik var. sırtıqlıq, mədəniyyətsizliklə üzləşməmişəm. çirkabla oynayıb, bulaşmırıq. qeybət etmirik, hörmətsizlik etmirik. 

ona görə ki, burada ordakı qədər adam yoxdur, virtual da olsa "bölüşdürüləcək" bir şey yoxdur, publika üçün oynamağa, özündən nəsə düzəltməyə və sairələrə ehtiyac yoxdur :smile:

  • Upvote 1
Link to comment
Share on other sites

В 07.02.2018 в 18:25, Deymon Salvatore сказал:

Öyrəndiyin dillərin sayı qədər şəxsiyyətlər yatacaq içində və "hər birinin" gələcəkdə sənə köməyi olacaq.Ancaq, öz dilini bilməyən birisi - itirilmişdir.Bunu qəbul etsə də, etməsə də..Milləti yaşadan - onun dilidir.Hər kəs öz dilindən imtina edib, başqa-başqa yerlərə atılsa, gör onda nələr baş verər.Sizin toxunduğunuz bu məsələ, əslində çox aktualdır.Dəfələrlə olub ki, şəhərə çıxmışam və rusdillilərin qaşını qaldırıb da, öz doğma dilində danışan birisinə yönəlik kinayəli baxışlarını izləmişəm.Onlar özlərini çox ağıllı və intelligent hesab edirlər, amma əslində bizim o kənd-kəsəklərdə yaşayan bəzi "hır-zırlar"-dan daha çox avamdırlar.Çünki baxış bucaqları yanlışdır və burunlarından qabağı görmürlər.Baxsınlar qazaxlara və ibrət götürsünlər.Dilini itirmiş bir xalqın kənardan necə görsəndiyinin bariz nümunəsi..

Azərbaycanlı üçün azərbaycan dili ana dilidir, baza dildir. rus dili regional dildir. ingilis dili beynəlmiləl dildir. düz vurğulayırsız, dil öyrənmək faydalıdır. əcnəbi dili bilməklə, öz xalqına baş ucalığı gətirmək, dövlətinə faydalı olmaq ümumiyyətlə şərəflidir. belə vətəndaşları ilə hər kəs qürur duymalıdır. onlar, digər xalqların elmini, mədəniyyətini bizə transfer edirlər, ötürürlər. bizim ədəbiyyatımızı, mədəniyyətimizi xaricdə tanıdırlar, əcnəbilərə çatdırırlar.

amma bir də var, region dilini bilməklə, özünü həmin sosial qrupa məxsus bilmək. ana dilinə mətbəx dili kimi münasibət göstərmək. tələffüzü bilərəkdən təhrif etmək, çalarları anlamamaq. nitqi təkmilləşdirməmək. istehza etmək, bəyənməmək, yaraşdırmamaq. aydın məsələdir ki, onların əvəzinə bir zamanlar valideynləri seçim ediblər. məhz valideyn rus dilindən təhsilə istiqamət verib, meyl yaradıb. hansı məntiqlə, hansı səbəbdən ?... əminəm ki, heç bir valideyn öz uşağına yalnış istiqamət verməzdi, valideyn yaxşı niyyətlə bunu edib. amma nəticədə, bəzən ana dilində ünsiyyətdən utanan, dilin koloritini, ahəngini xoşlamayan, axarını, ləhcəsini, şivəsi bəyənməyən vətəndaşlar yetişdirir - bizim təhsil sistemi.

dilini itirmiş xalqlardan biri də çox yaxşı misal çəkmisiz, qazaxlardır. qazaxlar öz milli qürurunu, dilini, deməli keçmişini itirmiş bir topluma çevrilib, itmək üzərədirdər. onlar region dilinə aludə olub, özünün ən vacib identifikasiya imkanını itirdilər. həmişəlik itirdilər. tanınmaz oldular. 

  • Upvote 2
Link to comment
Share on other sites

On 2/16/2018 at 11:56 PM, NOIR said:

hansı məntiqlə, hansı səbəbdən ?

Xatirinizdəsə, 92-ci ildə kütləvi rus məktəblərindən imtina dəbi düşmüşdü. Səbəbini bilirsinizmi?

On 2/16/2018 at 11:56 PM, NOIR said:

dilini itirmiş xalqlardan biri də çox yaxşı misal çəkmisiz, qazaxlardır. 

Bu bir zamanlar belə idi, o zamankı mərkəzin yürütdüyü siyasətin nəticəsi idi. Amma son illərdə Qazaxıstanda özünəqayıdış, milli şüurun oyanması, qazax dilinin dirçəlişi istiqamətində deyərdim titanik iş görülüb və nəticəsi də görsənir.

  • Upvote 1
Link to comment
Share on other sites

В 19.02.2018 в 11:48, Grey Wolf сказал:

Xatirinizdəsə, 92-ci ildə kütləvi rus məktəblərindən imtina dəbi düşmüşdü. Səbəbini bilirsinizmi?

92-ci bəylərin hakimiyyətə gəldiyi ildir. Xocalı faciəsinin baş verdiyi ildir. faşistlərin himayədarı olan imperiyanın dilinin nüfuzu və perspektivi yox imiş kimi görünürdü o zaman...

В 19.02.2018 в 11:48, Grey Wolf сказал:

Bu bir zamanlar belə idi, o zamankı mərkəzin yürütdüyü siyasətin nəticəsi idi. Amma son illərdə Qazaxıstanda özünəqayıdış, milli şüurun oyanması, qazax dilinin dirçəlişi istiqamətində deyərdim titanik iş görülüb və nəticəsi də görsənir.

gecdir artıq, "qatar gedib". onların "oyanması" özlərinə çox baha başa gələr. Qazaxstan çöllərini yüz Xocalı qədər qana bulaşdıracaqlar.

imperiya pəncəsini geri çəkən deyil. 

qazax dilinin dirçəlişi deyərkən, latın qrafikalı əlifbaya keçmələrini nəzərdə tutursuzsa əgər, bu sadəcə bir manevrdir. məqsəd azdırmaq, ləngitmək və geri salmaqdır. ümumiyyətlə, hər yeni əlifbaya keçid savadsızlığın səviyyəsini artırır. mütaliəyə meyli azaldır. 

  • Upvote 1
Link to comment
Share on other sites

13 hours ago, NOIR said:

92-ci bəylərin hakimiyyətə gəldiyi ildir. Xocalı faciəsinin baş verdiyi ildir. faşistlərin himayədarı olan imperiyanın dilinin nüfuzu və perspektivi yox imiş kimi görünürdü o zaman...

"faşistlərin himayədarı olan imperiyanın" - gəlin bunu kənara qoyaq, demək istədiyim odur ki, bu kütləvi rus dilindən imtina da o zamankı təbliğatın nəticəsi idi.

On 2/16/2018 at 11:56 PM, NOIR said:

...onların əvəzinə bir zamanlar valideynləri seçim ediblər. məhz valideyn rus dilindən təhsilə istiqamət verib, meyl yaradıb. hansı məntiqlə, hansı səbəbdən ?

Yəni valideynlərin seçimi də səbəbsiz deyil, hər şey təbliğata, cəmiyyətə yeridilən davranış tonuna, dəbə bağlıdır. Bəli, bugün rus məktəblərinə kütləvi axının əsas, bəlkə də yeganə səbəbi məhz dəbdir, bugünün dəbi belədir.

13 hours ago, NOIR said:

gecdir artıq, "qatar gedib".

Heç də. İnanın ki, bunu havadan demirəm.

13 hours ago, NOIR said:

qazax dilinin dirçəlişi deyərkən, latın qrafikalı əlifbaya keçmələrini nəzərdə tutursuzsa əgər

Xeyr, onu nəzərdə tutmuram. Dəqiq xatırlamıram, neçəncisə ildən artıq dövlət qurumlarına qəbul zamanı ana dilindən imtahan verirlər. 

  • Upvote 1
Link to comment
Share on other sites

В 27.02.2018 в 09:30, Grey Wolf сказал:

faşistlərin himayədarı olan imperiyanın" - gəlin bunu kənara qoyaq, demək istədiyim odur ki, bu kütləvi rus dilindən imtina da o zamankı təbliğatın nəticəsi idi.

"himayədarları" kənara qoysaq, "təbliğatı" da kənarlaşdırmaq gərək... təbliğat imkanımız olsaydı o zaman, daha nə dərdimiz vardı ki...

kəndlərimiz talanmış, insanlar evsiz- eşiksiz, ac çöllərdə. uşaqlar, qocalar, qadınlar zəlil, zillət içində. təbliğat nədi, xalqın harayını eşidən yox idi. rus dilindən imtina qorxu və nifrətdən irəli gəlirdi. 

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

В 27.02.2018 в 09:30, Grey Wolf сказал:

Yəni valideynlərin seçimi də səbəbsiz deyil, hər şey təbliğata, cəmiyyətə yeridilən davranış tonuna, dəbə bağlıdır. Bəli, bugün rus məktəblərinə kütləvi axının əsas, bəlkə də yeganə səbəbi məhz dəbdir, bugünün dəbi belədir.

indi deyəcəksiz ki, Noir hər sözümə ilişir )) amma, bu gün valideynin seçim səbəbi dəb deyil, zamanın tələbidir. Azərbaycan dünyaya açılır, inteqrasiya edir. turizm biznesinin inkişafı, yeni texnologiyaların mənimsənilməsi xarici dilin tətbiqini zəruri edir. dediyim kimi, rus dili region dilidir, ingilis dili isə beynəlmiləl. 

В 27.02.2018 в 09:30, Grey Wolf сказал:

Xeyr, onu nəzərdə tutmuram. Dəqiq xatırlamıram, neçəncisə ildən artıq dövlət qurumlarına qəbul zamanı ana dilindən imtahan verirlər. 

bu kimi imtahanın tətbiqi üçün uyğun mühit var imiş, deməli....testi keçdi, dövlət dilində anlaşması qənaətbəxşdir, vəssalam.

orada dil siyasəti rus dilinin təbliğ edir, baxmayaraq ki, rəsmi dövlət dili qazax dili hesab olunur. ana dilinə dövlət dili statusu vermək azdır. ana dilinin ən fəal təbliğatçıları ilk növbədə dövlət rəsmiləri olmalıdır. yüksək kürsülərdən ana dilində səlist, rəvan, əzəmətli danışmalıdırlar. dili fəxrlə, zövqlə, qürur hissi ilə təqdim etməlidirlər. 

yoxsa, imtahan nədi ?.. yararlılıq testi keçdin, bitdi. 

  • Upvote 1
Link to comment
Share on other sites

12 hours ago, NOIR said:

təbliğat imkanımız olsaydı

Deməzdim. Türkçülük, milli şüurun oyanışı və bu fonda rus dilindən imtina məhz təbliğatın nəticəsi idi. O dediyiniz nifrət də kor-təbii yaranmamışdı.

12 hours ago, NOIR said:

zamanın tələbidir.

Zamanın tələbi filan deyil. Bütün dünya məgər rusca danışır? Zamanın tələbi ingiliscədir. Dünyada bütün xalqların yuxarı-aşağı müəyyən qismi mütləq ingiliscəni bilirlər. Rusca bugün məhz dəbdir. Bugünün özündə də fransız dilli, alman dilli ölkələr, cəmiyyətlər var, halbuki, onları bu dilləri öyrənməyə, danışmağa vadar edən yoxdur, bu sadəcə keçmişdən bunlarda qalan bir adətdir və artıq bir dəb halını alıb. Eləcə də rus dili. Rusca, almanca, ispanca və sairləri rəsmi beynəlxalq dil statusuna malik olsalar da, heç biri ingiliscə qədər yayqın və tətbiq olunan deyil. 

12 hours ago, NOIR said:

Orada dil siyasəti rus dilinin təbliğ edir, baxmayaraq ki, rəsmi dövlət dili qazax dili hesab olunur.

Nazarbayev parlamentdə rus dilindən istifadəni yasaqladı. Tak şto mənimlə mübahisə etməyin :biggrin:

  • Upvote 1
Link to comment
Share on other sites

В 01.03.2018 в 08:39, Grey Wolf сказал:

Nazarbayev parlamentdə rus dilindən istifadəni yasaqladı. Tak şto mənimlə mübahisə etməyin :biggrin:

nə danışırsız, mübahisə etməsəm olmaz )) bunun üçünsə uyğun əhvala köklənməliyəm. amma bu gün yox )

dönəcəyəm bu posta, döyüşkən ruhda olanda ))

  • Upvote 1
Link to comment
Share on other sites

  • 4 months later...
  • 2 months later...

@Shimon Friedman 

Azəri forumun nədər belə zəif halda olduğunu soruşmuzduz 

@Verman Sizi cavablandırdı və o doğru deyib. özümdən əlavə edim, hazırki durum sabiq Adminin məqsədli idarəçiliyinin bəhrəsidir. təsəlli üçün belə deyirlər ki, bütün azəri dilli forumların aqibəti məhz bu cür olur. bəzən səbəb kimi fikirlər səslənir ki, bəs aktual mövzular açılmır... bölmədə kifayət qədər yeni mövzu var və elə eyni istifadəçilər tərəfindən müzakirə olunur. yaxud açılan mövzular bayağıdır. razı deyiləm yenə də...hər hansı bozbaş mövzu rus dilində müzakirə olursa aktualdır deməli, amma azərbaycanca müzakirə olunarsa bayağıdır. bu qərəzli fikirdir. 

məndən öncəki moderlər kifayət qədər iş görüblər. Sunyatanın zəhməti, bölməni qaldırmaq sayənsində fəaliyyəti çox məhsuldar oldu. bölmə səhmana düşdü, keyfiyyətli mövzular açıldı, müzkirələr getdi.. Könül xanım da öz növbəsində bu durumu bacardığı kimi saxlamağa çalışdı... amma hər şeyə ramən bölməyə yeni istifadəçi axını olmadı. problemin kökü ana dilinə olan ögey münasibətdədir. ortabab yazı bacarığı olan istər azəri dilli, istər rusdilli fikrini ala-yarımcıq, qrammatikası səhv, bərbad formada bildirməyi özünə yaraşdırır, amma təki azərbaycan dilində yazmasın. azərbaycan dilində olan postlarа etinasızlıq var, saymazyanalıq var. belə bir yanlış fikir formalaşıb ki, azəri dilində yazanlar maraqsız, səviyyəsiz deməli diqqətə layiq deyillər. rus dilində yazılanlar isə yüksək əyarlı fikirdir. 

  • Like 2
Link to comment
Share on other sites

Disput kimi başqa bir forumda var.Baku365.com.  Ordada Azərbaycan dili bölməsi  sıfır vəziyyətindədir. Niyə forumlarda öz dilimizdə müzakirə etməkdən,söhbət etməkdən çəkinirlər yada utanırlar sanki.Yutubdada öz dilimizdə maraqlı verilişlər tapmaq olmur.Rus vəya Türk dilində istənilən mövzuda (elmi-fəlsəfi) maraqlı, geniş verilişlər var. 

  • Upvote 1
Link to comment
Share on other sites

13 минуты назад, Slay сказал:

istər 365 olsun, istər 666 olsun, ya disput, ya debat olsun, fərq etməz )) insanları könüllü olaraq, azərbaycan dilinə olan maraq, ünsiyyət həvəsi gətirməlidir bura. məni yaxud sizi sevdikləri üçün gəlməyəcəklər ki )) məsəlçün dedim bunu, obrazlı dedim. yəni şəxsi avtoritetə ramən kollektivçilik ruhu olmalıdır. 

disput 10-15 il öncəki forum deyil daha. onu köhnə ideyalar, qədimi üsul idarəsi ilə idarə etmək olmaz. necə deyərlər arxadan atılan daş, topuğa dəyər.. 

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

11 hours ago, NOIR said:

@Shimon Friedman 

Azəri forumun nədər belə zəif halda olduğunu soruşmuzduz 

@Verman Sizi cavablandırdı və o doğru deyib. özümdən əlavə edim, hazırki durum sabiq Adminin məqsədli idarəçiliyinin bəhrəsidir. təsəlli üçün belə deyirlər ki, bütün azəri dilli forumların aqibəti məhz bu cür olur. bəzən səbəb kimi fikirlər səslənir ki, bəs aktual mövzular açılmır... bölmədə kifayət qədər yeni mövzu var və elə eyni istifadəçilər tərəfindən müzakirə olunur. yaxud açılan mövzular bayağıdır. razı deyiləm yenə də...hər hansı bozbaş mövzu rus dilində müzakirə olursa aktualdır deməli, amma azərbaycanca müzakirə olunarsa bayağıdır. bu qərəzli fikirdir. 

məndən öncəki moderlər kifayət qədər iş görüblər. Sunyatanın zəhməti, bölməni qaldırmaq sayənsində fəaliyyəti çox məhsuldar oldu. bölmə səhmana düşdü, keyfiyyətli mövzular açıldı, müzkirələr getdi.. Könül xanım da öz növbəsində bu durumu bacardığı kimi saxlamağa çalışdı... amma hər şeyə ramən bölməyə yeni istifadəçi axını olmadı. problemin kökü ana dilinə olan ögey münasibətdədir. ortabab yazı bacarığı olan istər azəri dilli, istər rusdilli fikrini ala-yarımcıq, qrammatikası səhv, bərbad formada bildirməyi özünə yaraşdırır, amma təki azərbaycan dilində yazmasın. azərbaycan dilində olan postlarа etinasızlıq var, saymazyanalıq var. belə bir yanlış fikir formalaşıb ki, azəri dilində yazanlar maraqsız, səviyyəsiz deməli diqqətə layiq deyillər. rus dilində yazılanlar isə yüksək əyarlı fikirdir. 

Təklif edirəm ki, Azərbaycan dilində forumda ən aktiv istifadəçiyə pul mükafatı verilməsi kimi kampaniya başladaq. İşi təşkil edən biri olsa sponsor mən özüm olmağa hazıram. 

  • Like 1
  • Downvote 2
Link to comment
Share on other sites

14 hours ago, NOIR said:

İcazə verin bir daha sizinlə razılaşmayım. Azərbaycan internet istifadəçilərinin böyük əksəriyyətinin disputdan xəbəri belə yoxdur, ona görə də forum onların çox kiçik hissəsini əhatə edir. Onların da əksəriyyətini sovet vaxtı rus dilində oxumuş orta yaşlı insanlar və ortaya yaxın yaşlı və yenə də əsasən rus dilində oxumuş şəxslər təşkil edir. Belə bir istifadəçi kontingenti ilə forumun azərbaycan dilli qoluna (diqqət! bu forum deyil, yalnızca forumun bir qoludur) maraq gözləmək düzgün deyil. Hə, yei gəlmişkən, istifadəçilərin böyük bir qismi də disputa yalnız alış-veriş üçün girir. O hissəni də çıxsaq, toplam forum kontingentinin sayı gülüş doğuracaq qədər kiçikdir. Ona görə də bu azdilli" forumun"(sizin tə`birinizcə) passivliyini bir problem olaraq görmürəm.

Edited by Grey Wolf
  • Upvote 1
Link to comment
Share on other sites

4 часа назад, Grey Wolf сказал:

İcazə verin bir daha sizinlə razılaşmayım. 

icazə verirəm, razılaşmayın )

4 часа назад, Grey Wolf сказал:

Azərbaycan internet istifadəçilərinin böyük əksəriyyətinin disputdan xəbəri belə yoxdur, ona görə də forum onların çox kiçik hissəsini əhatə edir. Onların da əksəriyyətini sovet vaxtı rus dilində oxumuş orta yaşlı insanlar və ortaya yaxın yaşlı və yenə də əsasən rus dilində oxumuş şəxslər təşkil edir.

bu barədə isə, izacə verməsəz belə )) sizinlə razıyam 

həqiqətən də, mənim ahatəmdə disputdan məlumatlı olan və burada yazan çox az nəfər var, 3-4 olar. bəzən elə hallar baş verir ki, "buranı elə tanımasalar yaxşıdı" ifadəsi uyğun gəlir.

bu yaxınlarda bir rəfiqəm diskussiya üçün maraqlı məkan barədə soruşurdu. mən də, açığı Azəri forumu nişan verməyə utandım... ))) xanım rus dillidir, mən onu disputla ümumi tanış etdim, qeydiyyata saldım, qaydalarla tanış olmağı məsləhət bildim və s. xanım filologiya və tarixşünaslıq üzrə təhsil alıb və pedaqoji fəaliyyətlə məşğuldur. onu da deyim ki gənc olmasına ramən çox savadlıdır,  prezident administrasiyası səviyyəsində iş təklifi alıb.  nə isə, mən rəfiqəmi disputla tanışdırdım və uğurlar dilədim. ötən həftə zəngləşmişdik, sözarası forum barədə rəyini soruşdum. cavabı təəssüf doğurdu, amma təəccübləndirmədi. savadsız, mənasız postlar, təhqir, həqarət, istehza, söyüşlü leksika. tərslikdən xanım disputa pis vaxtda gəmişdi... azərbaycan dilində aforizmlər məzmunlu bir mövzu onu lap acığına gəlibmiş. xanım milliyətcə ləzgi olsa da, heyrətlənirdi. yəni ki, mən ləzgi ola-ola belə mahiyyətli mövzunu  azərbaycan xalqının adına təhqir kimi qəbul edirəm. amma siz azərbaycanlı millətindən olanlar bu kimi mövzunu müzakirəyə çıxarırsız. əgər orada müzakirə olunası bir məqam olasaydı, özüm ilk olaraq ədəbiyyatçı mövqeyimdən çıxış edirb, cavablandırardım. amma belə səviyyəsizliyik mənə görə deyil. ümumiyyətlə çox keyfiyyətsiz bir məkandır, mənə uyğun deyil. 

(xanım hələ bilmir ki, mən moderəm )) 

Link to comment
Share on other sites

7 часов назад, Verman сказал:

Təklif edirəm ki, Azərbaycan dilində forumda ən aktiv istifadəçiyə pul mükafatı verilməsi kimi kampaniya başladaq. İşi təşkil edən biri olsa sponsor mən özüm olmağa hazıram. 

)) mən isə öz növbəmdə, DNOTdan gəlib Azəri bölməsində yazan bütün aktiv istifadəçilərə sponsorluq etməyə hazıram 

(belə şərtə gəlməyi xəyal edənlərə bir qara qəpik də vermərəm) 

dilin gözəlliyini sevən, nitq mədəniyyətini təbliğ və təqdim edən, ifadə gözəlliyi, məntiq, savad daşıyıcıları yaraşır bizim bölməyə !  

yoxsa ki, sən Allah orada 10 post yazanda, 11-ni də Azəri bölməsində yaz, bonus qazan ! yox bir...  yoldaş Qaramallının monoloqu yadıma düşdü : "Yoldaşlar ! bu gündən qarşımıza məqsəd qoyuruq. hər inəkdən 1 buzov 2 cücə almalıyıq. Biz maldarlığın sayəsində toyuqçuluğu da inkişaf etdirməlik !"

Edited by NOIR
  • Like 3
Link to comment
Share on other sites

5 часов назад, Grey Wolf сказал:

Belə bir istifadəçi kontingenti ilə forumun azərbaycan dilli qoluna (diqqət! bu forum deyil, yalnızca forumun bir qoludur) maraq gözləmək düzgün deyil.

5 часов назад, Grey Wolf сказал:

Ona görə də bu azdilli" forumun"(sizin tə`birinizcə) passivliyini bir problem olaraq görmürəm.

Altbölmənin adı "Azərbaycan dilində forumdur"

mənim təbirim deyil,  bəzi "təsəlli verənlərin" fikri, sözüdür. deyilənlərə görə, azərbaycan dilində yaradılan istənilən resurs uğuruzluğa düçar olacaq. Vanqa belə deyib )

sözün açığı, mən də özüm üçün heç bir problem görmürəm.

sadəcə, bu mövzu ilə vaxtaxşırı maraqlanan istifadəçilər olur. 

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

)) mən isə öz növbəmdə, DNOTdan gəlib Azəri bölməsində yazan bütün aktiv istifadəçilərə sponsorluq etməyə hazıram 

(belə şərtə gəlməyi xəyal edənlərə bir qara qəpik də vermərəm) 

dilin gözəlliyini sevən, nitq mədəniyyətini təbliğ və təqdim edən, ifadə gözəlliyi, məntiq, savad daşıyıcıları yaraşır bizim bölməyə !  

yoxsa ki, sən Allah orada 10 post yazanda, 11-ni də Azəri bölməsində yaz, bonus qazan ! yox bir...  yoldaş Qaramallının monoloqu yadıma düşdü : "Yoldaşlar ! bu gündən qarşımıza məqsəd qoyuruq. hər inəkdən 1 buzov 2 cücə almalıyıq. Biz maldarlığın sayəsində toyuqçuluğu da inkişaf etdirməlik !"

Elə mən də onu nəzərdə tuturdum, ancaq Azərbaycan bölümündə yazılan yazılara görə aktivliyə əsasən mükafatlandırmaq. Mənasız yazılardan, klonlardan söhbət getmir. Ona görə dedim, təşkilatçılıq işini də görən adam olsa yaxşı olar, belə məsələlərlə məşğul olar.  

  • Downvote 2
Link to comment
Share on other sites

Forumda passivlik problemini yalnız bir səbəbin üstünə atmağa cəhd edirik. O deyil, budur. Elə deyil, belədir... Deyilənlərin hamısı az və ya çox dərəcədə səbəbdir. Bunu bu qədər uzatmağa ehtiyac yoxdur.

Ya məcburən, ya xoşluqla, həvəsləndirməklə filan kimlərisə bura toplamaq da mənasız gəlir artıq mənə. Bir vaxt girişmiş olduğum şəbəkə marketinqi (network marketing) fəaliyyəti zamanı bu cür söhbətlərə qarşı elə iyrənmə hissi yarandı ki, o gündən bəri hara olur olsun, kimisə dəvət etmək cəhdindən qaçıram. Elə bilirəm, yenə oradakı kimi bir yerə çağırıram ) 

Link to comment
Share on other sites

В 01.10.2018 в 21:38, Verman сказал:

Elə mən də onu nəzərdə tuturdum, ancaq Azərbaycan bölümündə yazılan yazılara görə aktivliyə əsasən mükafatlandırmaq. Mənasız yazılardan, klonlardan söhbət getmir. Ona görə dedim, təşkilatçılıq işini də görən adam olsa yaxşı olar, belə məsələlərlə məşğul olar.  

elə bilirdim, zarafat edirsiz... açığı, mən bunun qəti əleyhinəyəm. pul mükafatı ilə aktivliyə həvəsləndirmək saxtakarlığa bərabərdir. 

Link to comment
Share on other sites

В 01.10.2018 в 22:09, Museyib Elekber сказал:

Forumda passivlik problemini yalnız bir səbəbin üstünə atmağa cəhd edirik. O deyil, budur. Elə deyil, belədir... Deyilənlərin hamısı az və ya çox dərəcədə səbəbdir. Bunu bu qədər uzatmağa ehtiyac yoxdur.

Ya məcburən, ya xoşluqla, həvəsləndirməklə filan kimlərisə bura toplamaq da mənasız gəlir artıq mənə. Bir vaxt girişmiş olduğum şəbəkə marketinqi (network marketing) fəaliyyəti zamanı bu cür söhbətlərə qarşı elə iyrənmə hissi yarandı ki, o gündən bəri hara olur olsun, kimisə dəvət etmək cəhdindən qaçıram. Elə bilirəm, yenə oradakı kimi bir yerə çağırıram ) 

bakılılar demişkən, ya zəlzələdən ya vəlvələdən... )) yəni ki səbəbindən asılı olmayaraq, nəticəsi belə oldu. 

.... başa düşürəm sizi, Müseyib. mənim mənfi təcrübəm olmayıb deyə, ziyanlı məkan deyildir deyə təklif eləmişdim. amma bu ilk və son dəfədir, yəqin ki. təmamilə kənar, yad insanlar azərbaycan dilinə olan münasibəti görür, anlayır, xoşlanmır və uzaqlaşır. bu bir günün, bir ayın işi deyil, illərin bəhrəsidir. 

Link to comment
Share on other sites

59 minutes ago, NOIR said:

Belə bir məsəl də var: süddən ağzı yanan qatığı üfürə üfürə yeyər ))

Son nəticədə belə demək olar ki, bu, forumdan qaynaqlanan bir problem deyil, ümumi cəmiyyət səviyyəsindədir. Əgər düzəlməsini istəyiriksə, daha geniş tədbirlər həyata keçirilməlidir. Yəni burada bir iki nəfərin cəhdi ilə həll oluna biləcək bir məsələ deyil.

Link to comment
Share on other sites

20 часов назад, Museyib Elekber сказал:

Belə bir məsəl də var: süddən ağzı yanan qatığı üfürə üfürə yeyər ))

Son nəticədə belə demək olar ki, bu, forumdan qaynaqlanan bir problem deyil, ümumi cəmiyyət səviyyəsindədir. Əgər düzəlməsini istəyiriksə, daha geniş tədbirlər həyata keçirilməlidir. Yəni burada bir iki nəfərin cəhdi ilə həll oluna biləcək bir məsələ deyil.

Azərbaycanın prezidenti yüksək kürsülərdən azərbaycan dilində müraciət edir. Bütün dövlət və hökumət strukturlarında sənədləşmə azərbaycan dilindədir. Beynəlxalq yazışmalarda, hüquq-muhafizə orqanlarında, orduda, məhkəmə sistemi və iş icraatında azərbaycan dili işlədilir. Dövlət dili yüksək səviyyədə təqdim olunur, yayılır və qorunur.

Bizim şirkətin işçi heyətində rus, tatar, kürd, ləzgi millətinin nümayəndələri var. Onlar dövlət dilini çox yaxşı bilir, sənədləşməni bu dildə aparır. Azərbaycan dilinə hörmət edirlər və bu dildə danışırlar. Şirkətimiz Avropa və Asiyanın bir çox dövlətləri ilə əməkdaşlıq edir. Gələn qonaqlarımız bizi azərbaycan dilində salamlayır, nəzakət əlaməti olaraq ) mənasını anlamasalar belə, ahəngini duyaraq etiraf edirlər ki, sizin diliniz çox melodikdir. 

Mən hər gün dövlət dilinin işlənməsi və qorunmasının şahidi oluram. Bu səbəbə, hörmətli Müseyib ) əminliklə deyə bilərəm ki, bu məhz forumdan qaynaqlanan bir problemdir, cəmiyyətin problemi deyil. 

Rus ya ingilis, ya çin dilinə qısqanclıqla yanaşmıram mən, qətiyyən... sadəcə, kiçik məkanda elə bir kiçik qrup məskunlaşıb ki, obrazlı desək, onlar üçün ana südündə bəslənmək təbiidir, amma ana dilində ünsiyyətə getmək anormallıqdır. Bu kiçik qrup ana dilində ünsiyyətdən çəkinir. rus dilində savadsız, ala-yarımçıq yazmağı özlərinə rəva bilirlər, amma ana dilində post yazmağı özlərinə yaraşdırmırlar, bəzi hallarda hətta müqavimət göstərirlər, istehza edirlər. Mahiyyət budur, vəssalam. 

Əslində isə, Azərbaycan dilinin nüfuzu həmin kiçik qrupun iradəsi ilə ölçülmür. Çünki bütün ölkə ərazisində ana dilimizin inkişafı dövlət səviyyəsində təmin olunur.

Prezident də daxil olmaqla azərbaycanca normal danışdığını düşündüyümüz o yüksək nüfuzlu insanların əksəriyyəti zorla, əzbərlənmiş cümlələri təkrarlayır. Heç birinin danışığı normal intonasiyada deyil. İpin ucunu biraz qaçırtsa, özü də bilmədən rusca danışmağa başlayacaq. Disputda xüsusi qrup formalaşmır, bura gələn ümumi cəmiyyətin içindən seçilib gəlir.

Başdan gəlim: forum deyə bir şeyin varlığından xəbəri olan insanlar daha çox araşdırma ruhlu xarakterli olur. İndiki dövrdə də bu tip insanlar daha yüksək faizlə məktəbi rus dilində oxumuş, ailəsində rusca danışığa üstünlük verən qruplardan çıxır. Çünki xarici dil (bizim durumumuzda rus dili) bilən insanların informasiya bazası, xarici mənbələrdən istifadə imkanları daha geniş olur. Ancaq ailəsində yalnız azərbaycan dilində danışılmış, məktəbi də ana dilində oxumuş insanlar orta statistik azərbaycanlı kimi böyüyür. Dünyagörüşü nisbətən zəif, əlavə şeylərə marağı olmayan, yalnız öz başının milçəyini qorumağa çalışan bir insan. İnterneti ancaq Facebook'dan ibarət zənn edir, paylaşımları da ya sulu qalyan, ya da bulaq başında kabab çəkmək. Nə işi var bu insanın forumda?

Bunların içində istisnalar da var, onlar da bizik.

  • Like 2
Link to comment
Share on other sites

18 часов назад, Museyib Elekber сказал:

öz ana dilindən əlavə xarici dili ya bir neçə dili bilən insanın dünyadörüşü müqayisədə yüksək olmalıdır əlbəttə. məsələ də elə ondadır ki, bizim disputun bütün iştirakçıları ən azından bu iki dili bilir. mən başqa şeydən danışıram... ana dilini bilsələr belə, bu dildə yazmaqdan çəkinirlər, ümumi əhval ruhiyyəyə uyub, azərbaycanca yazmırlar. azərbaycanca olan mövzu və postları cavablanıdırmırlar, dili işlətmirlər. ədəbazlıq edirlər, istehza edirlər. dilin yayılmasına qarşı çıxırlar. və buna da qruplaşma deyirlər, bunun daha başqa adı yoxdur ki.

18 часов назад, Museyib Elekber сказал:

Dünyagörüşü nisbətən zəif, əlavə şeylərə marağı olmayan, yalnız öz başının milçəyini qorumağa çalışan bir insan. İnterneti ancaq Facebook'dan ibarət zənn edir, paylaşımları da ya sulu qalyan, ya da bulaq başında kabab çəkmək. Nə işi var bu insanın forumda

digər kateqoriya insanlar da var həm rus dilli, həm azərbaycandilliərdə... savada, geniş dünyagörüşə, yüksək ixtisasa, təcürübəyə malik olsalar belə, heç bir forumlarda, şəbəkələrdə yazmırlar. onlar yenilikçi, araşdırma ruhlu olan insanlardı, iş adamlarıdı və onların da bu forumda işləri yoxdur ))

18 часов назад, Museyib Elekber сказал:

Prezident də daxil olmaqla azərbaycanca normal danışdığını düşündüyümüz o yüksək nüfuzlu insanların əksəriyyəti zorla, əzbərlənmiş cümlələri təkrarlayır. Heç birinin danışığı normal intonasiyada deyil. İpin ucunu biraz qaçırtsa, özü də bilmədən rusca danışmağa başlayacaq. Disputda xüsusi qrup formalaşmır, bura gələn ümumi cəmiyyətin içindən seçilib gəlir.

 fakt bundan ibarətdir ki, danışır... yüzə yaxın cümlədən ibarət, 1 saat çəkən nitqi necə də olsa "əzbərləyir" və minlərlə insanın qarşında natiqliq etməyi bacarır. disput iştiraçkıları heç bunu da eləmir ki )

ümumiyyətlə, mən azərbaycan dilinin cəmiyyətdə  yayılması və işlənməsi barədə ona görə yazdım ki, bu faktdır və bu belədir... qəbul etsələr də etməsələr də.

Edited by NOIR
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

öz ana dilindən əlavə xarici dili ya bir neçə dili bilən insanın dünyadörüşü müqayisədə yüksək olmalıdır əlbəttə. məsələ də elə ondadır ki, bizim disputun bütün iştirakçıları ən azından bu iki dili bilir. mən başqa şeydən danışıram... ana dilini bilsələr belə, bu dildə yazmaqdan çəkinirlər, ümumi əhval ruhiyyəyə uyub, azərbaycanca yazmırlar. azərbaycanca olan mövzu və postları cavablanıdırmırlar, dili işlətmirlər. ədəbazlıq edirlər, istehza edirlər. dilin yayılmasına qarşı çıxırlar. və buna da qruplaşma deyirlər, bunun daha başqa adı yoxdur ki.

digər kateqoriya insanlar da var həm rus dilli, həm azərbaycandilliərdə... savada, geniş dünyagörüşə, yüksək ixtisasa, təcürübəyə malik olsalar belə, heç bir forumlarda, şəbəkələrdə yazmırlar. onlar yenilikçi, araşdırma ruhlu olan insanlardı, iş adamlarıdı və onların da bu forumda işləri yoxdur ))

 fakt bundan ibarətdir ki, danışır... yüzə yaxın cümlədən ibarət, 1 saat çəkən nitqi necə də olsa "əzbərləyir" və minlərlə insanın qarşında natiqliq etməyi bacarır. disput iştiraçkıları heç bunu da eləmir ki )

ümumiyyətlə, mən azərbaycan dilinin cəmiyyətdə  yayılması və işlənməsi barədə ona görə yazdım ki, bu faktdır və bu belədir... qəbul etsələr də etməsələr də.

Düzü, inanmıram ki, öz dilini yaxşı bildiyi halda istehza edərək bu dildə yazmaq istəməsin kimsə. Əvvəlki postumda yazdığım səbəbə görə bu bölmənin iştirakçısı onsuz da az olur. Gələn də azlığı görüb yazmaq həvəsinə düşmür. O vaxt yazır ki, mövzu onun üçün çox maraqlı olsun. 

Orada yazmaq fikrimdən çıxdı. İki qrup istisna var, ikincisini də siz qeyd etdiniz )

Əzbər və ya məcburi danışmağı mən ana dilinin istifadəsi faktı kimi qəbul etmirəm. O şəxs hər cümləni beynində rusca fikirləşir yenə.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 33 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...