Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Axirət yoxdursa, həyatın mənası nədir?

Recommended Posts

... sonra uşaq oldun. Böyüdün, həyatın ən ləzzətli vaxtına çatdın cavan oldun. Sonra qocaldın. Ölüm gəldi çatdı. Leş oldun. Yox oldun. Bütün bunlardan sonra yox olacaqsansa, nə mənası var yaşamağının?

Edited by aqilyunus
  • Upvote 1
Link to comment
Share on other sites

20 minutes ago, Farhad Musaev said:

Әgәr yaradan belә xırda mәsәlәlәrә baş qoşursa, o zaman dovşana, itә, pişitә tanıdığı şansın eynisini dә insana tanıyır.
Digәr canlılar da ölüb torpağa qarışır, insan da.
Burada fәlsәfi dәyәrlәr axtarmaq lüzumsuzdu mәncә.

Məsələyə belə yanaşmanız suala cavab deyil axı. İnsan həyatı xırda məsələdi? Yaradanın yaratdığına dəyər verməsi normal deyil ki? 

  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, aqilyunus сказал:

... sonra uşaq oldun. Böyüdün, həyatın ən ləzzətli vaxtına çatdın cavan oldun. Sonra qocaldın. Ölüm gəldi çatdı. Leş oldun. Yox oldun. Bütün bunlardan sonra yox olacaqsansa, nə mənası var yaşamağının?

Bu dünyada ümidsizliyə qapılan, hər şeydən əlini üzən insanlar bu sualı verərlər özlərinə. Heç kim öz istəyi ilə gəlmir dünyaya. Bir gün  bu dünyaya göz açan dövranını başa vurub bir gün də köçüb gedir. Təbiətin qanunudur.  

Link to comment
Share on other sites

Məsələyə belə yanaşmanız suala cavab deyil axı. İnsan həyatı xırda məsələdi? Yaradanın yaratdığına dəyər verməsi normal deyil ki? 

Aşağıdakı keçiddә olan videonu bir izlәyin, ondan sonra bir daha düşünәk — әgәr bir yaradan varsa vә bu boyda kainatı yaradıbsa, onun içәrisindә biz hardayıq, nәyik, bu kainatın içindә nә qәdәr önәmli varlıqlarıq vә yaradan bizim işlәrimizә qarışırmı, qarışmırmı, bunu analiz edәk.

Bakteriyalar nәyin ki insanlardan, bildiyimiz bütün canlılardan әn qocası vә әn vacibli varlıqlardırlar. Tәsәvvür edin, baktrialar bir anda hamısı birdәn mәhv olarsa cәmisi 1 il әrzindә dünyadakı bütün canlı alәm mәhv olar, hәr şey bitәr.

İndi sual doğur — insan daha vacib canlıdı, yoxsa bakteria?

Link to comment
Share on other sites

3 minutes ago, gapgara said:

Bu dünyada ümidsizliyə qapılan, hər şeydən əlini üzən insanlar bu sualı verərlər özlərinə.

Məntiqə uyğun olmayan heç bir əsası olmayan fikirdir. Vaxtınız olanda maraqlanın görün bu fikirdə olannar ümidsizliyə qapılıb?

9 minutes ago, gapgara said:

Heç kim öz istəyi ilə gəlmir dünyaya.  

Öz istəyilə gəlmirsə, valideynləri cavabdehdir. Göydən düşmür ki :)

  • Upvote 1
Link to comment
Share on other sites

10 minutes ago, Farhad Musaev said:

Aşağıdakı keçiddә olan videonu bir izlәyin, ondan sonra bir daha düşünәk — әgәr bir yaradan varsa vә bu boyda kainatı yaradıbsa, onun içәrisindә biz hardayıq, nәyik, bu kainatın içindә nә qәdәr önәmli varlıqlarıq vә yaradan bizim işlәrimizә qarışırmı, qarışmırmı, bunu analiz edәk.

Kainatın içində insanlardan başqa ağıllı varlıqlarda var. Bizim harda olmağımızdan asılı olmayaraq O bizə dəyər verir. Bizə xəbər verir ki, yalnız deyilsiz.

30 minutes ago, Farhad Musaev said:

Bakteriyalar nәyin ki insanlardan, bildiyimiz bütün canlılardan әn qocası vә әn vacibli varlıqlardırlar. Tәsәvvür edin, baktrialar bir anda hamısı birdәn mәhv olarsa cәmisi 1 il әrzindә dünyadakı bütün canlı alәm mәhv olar, hәr şey bitәr.

İndi sual doğur — insan daha vacib canlıdı, yoxsa bakteria?

Bakteriyalardan da vacib su var. Suda olmasa insan məhv olar. Nəyin ki su havada olmasa və s. amma bunun məsələyə nə dəxli var?

  • Upvote 1
Link to comment
Share on other sites

Bakteriyalardan da vacib su var. Suda olmasa insan məhv olar. Nəyin ki su havada olmasa və s. amma bunun məsələyə nə dəxli var?

Söhbәt o bakterialardan gedir ki, istәnilәn hava tәzyiqindә, istәnilәn temperaturda, istәnilәn şәraitdә yaşayır. Bәli, su olmasa belә, yaşayır. Kosmosa burax, yaşasın orda, fәrq etmir.
Bunun da mәsәlәyә o dәxli var ki, insan, düşündüyünüz qәdәr ali varlıq deyil. Sadәcә şüurumuz faiz nisbәtiylә digәr canlılardan daha çox inkişaf edib. Buna görә dә belә fәrziyәlәrlә yalnız özümüzü aldatmış hesab olunuruq, ölüm anının son nöqtә olmasından qorxub özümüçün illüziya yaradırıq ki, ölәndәn sonra ruhumuz harasa gedәcәk, әbәdiyyәtә qovuşacıq filan.
Elә "tanrı" qavramını da insan düşünüb vә yaradıb. Albert Einstein'in "әgәr tanrı varsa, o, dinlәrdәki tanrı deyil, o daha ali varlıqdı" söhbәtiylә birә-bir razıyam. Hәr halda heç birimiz ondan ağıllı deyilik.
Amma bu fikri mәhz Albert Einstein deyib deyә tәsdiqlәmirәm. Adam sadәcә oturub dәrindәn düşünәndә, dünyada baş verәn hadisәlәri incәlәyәndә hәqiqәti görә bilir, dinlәrin puç olduğunu yavaş-yavaş dәrk edә bilir.
Elm hәr zaman axtarışlardadır, sәhv edә-edә, sorğulaya-sorğulaya doğruları kәşf etmәkәdir. Dinlәr isә sorğulamağa qadağa qoyur, şübhәsiz inanmağa sövq edir.
Bunları isә biryönlü şәkildә inkar edirәm. Bunun axırı uçuruma gedir.
Dinlәrin yalnız bir yöndә tәrәfdarıyam ki, iradәsi zәif insanları içkidәn, avara hәyat tәrzindәn, pis әmәllәrdәn uzaqlaşdırıb doğru yönә sarı yönәltmәkdәdir. Adamın onsuz da iradәsi zәifdi. İradәsi zәif olaraqdan da axmaq, dәlәduz әmәllәrә, içkiyә, narkomaniyaya qurşanmaqdnsa iradәsi zәif olun dinә yaxın olsun. Vay o gündәn ki, dinә qurşana. Qiyamәt onda olur.
Mәnә görә dünyagörüşü geniş, tәrbiyәsi, ağlı, düşüncәsi qaydasında olan, insanlıq borcunu özündә mәsuliyyәt kimi hiss edәn adamlara din filan lazım deyil. Bu adamların dini — "insanlıq"dır.
Mәnim dә dinim insanlıqdır.
  • Upvote 2
Link to comment
Share on other sites

1 час назад, aqilyunus сказал:

Məntiqə uyğun olmayan heç bir əsası olmayan fikirdir. Vaxtınız olanda maraqlanın görün bu fikirdə olannar ümidsizliyə qapılıb?

Maraqlanmağa ehtiyac yoxdur, görə-gərə gəlirik.

1 час назад, aqilyunus сказал:

Öz istəyilə gəlmirsə, valideynləri cavabdehdir. Göydən düşmür ki :)

Burda sizin məntiqiniz hardadır? Valideynini məhkəməyə verən övlad görmüsüz?

Link to comment
Share on other sites

15 minutes ago, gapgara said:

Maraqlanmağa ehtiyac yoxdur, görə-gərə gəlirik.

Burda sizin məntiqiniz hardadır? Valideynini məhkəməyə verən övlad görmüsüz?

Demək istəyirəm ki, dünyaya gəlməsinə valideynləri səbəb olur. Valideyn günahkardı demirəm. Ümumiyyətlə bunun mövzuya aidiyyatı yoxdu.

  • Upvote 1
Link to comment
Share on other sites

1 минуту назад, aqilyunus сказал:

Demək istəyirəm ki, dünyaya gəlməsinə valideynləri səbəb olur. Valideyn günahkardı demirəm. Ümumiyyətlə bunun mövzuya aidiyyatı yoxdu.

Onda üzürlü sayın, oftop edirəm.

Link to comment
Share on other sites

17 часов назад, aqilyunus сказал:

... sonra uşaq oldun. Böyüdün, həyatın ən ləzzətli vaxtına çatdın cavan oldun. Sonra qocaldın. Ölüm gəldi çatdı. Leş oldun. Yox oldun. Bütün bunlardan sonra yox olacaqsansa, nə mənası var yaşamağının?

İnsan elə belə də yaşamalıdı. Heç bir varlıq, əbədi yaşaya bilməz. Çünki həyatın mənası itər) Əbədiliydə istənilən, canlı istənilən şeydən bezər və həyat mənasını kökünnən itirər. Biz hamımız 19?? neçənci ildəsə dünyaya gəlmiik və milyon illərnən olmamışıq və bizim olmamağımız heç bir şeyin mənasını itirməyib və mənaya gətirməyib. Bizdən əvvəl və bizdən sonra da belə olacaq. İstər məna olsun istər olmasın. Məna fərdi bir şeydi. Hər kəsin öz həyat mənası var. Ümumilikdə belə bir şey yoxdu. İstənilən bir mənanaya fikir ver və onu mənasız sayan 10 larnan misallar tapa bilərsən. Mənim üçün 19?? ci ilə qədər olmamaqım daha mənalıdı)) Dini inanclarnan getsəy, çox şahəlidi. Misal üçün Allah İnsanı yaratdı və yaratdığlarının ən kamili etdi və ucaltdı. Daha sonra İnsanı ən aşağı səviyyəyə endirdi, alçaltdı. Ən aşağı, alçalmış səviyyənin də, öz mənası var və yetərincədi. Ən pik və nol səviyyədə məna var.

Mövzunun adı elə açardı. Axırət yoxdursa, məna axtarmaqa dəymməz)) 

P,S Əgər axtarırsansa, deməli, axlrət yoxdursa belə, məna var!

  • Upvote 1
Link to comment
Share on other sites

18 hours ago, Farhad Musaev said:

İddialarınızın hamısına cavab vermək mümkündür amma mövzudan kənardı. Konkret dinsiz həyatın mahiyyəti nədi onu bilmək istəyirəm. Açıq-aydın suallar vermişəm. 

Edited by aqilyunus
  • Upvote 1
Link to comment
Share on other sites

İddialarınızın hamısına cavab vermək mümkündür amma mövzudan kənardı. Konkret dinsiz həyatın mahiyyəti nədi onu bilmək istəyirəm. Açıq-aydın suallar vermişəm. 

Mәnim heç bir iddiam yoxdu. Dediklәrimin hamısı modern elmin tәsdiqlәdiklәridi.

Amma dinin isә, iddialarının heç bir isbatı yoxdu. Әsassızdı.

Link to comment
Share on other sites

15 minutes ago, Farhad Musaev said:

Mәnim heç bir iddiam yoxdu. Dediklәrimin hamısı modern elmin tәsdiqlәdiklәridi.

Amma dinin isә, iddialarının heç bir isbatı yoxdu. Әsassızdı.

Təkcə bakteriyalardan yazdığınız modern elmə aiddir. Müasir elm ruhun yalan olduğunu necə təsdiqlədi? Tanrı anlayışının insanın düşünüb yaratdığını necə təsdiqlədi? Albertin tanrı barədə dediyi sözün təsdiqlənmiş hissəsi hansıdır? Çünki hər halda Tanrının varlığı təsdiqlənmiş olur :)

  • Upvote 1
Link to comment
Share on other sites

Təkcə bakteriyalardan yazdığınız modern elmə aiddir. Müasir elm ruhun yalan olduğunu necə təsdiqlədi? Tanrı anlayışının insanın düşünüb yaratdığını necə təsdiqlədi? Albertin tanrı barədə dediyi sözün təsdiqlənmiş hissəsi hansıdır? Çünki hər halda Tanrının varlığı təsdiqlənmiş olur :)

Ruhun var olması iddiası dinә vә dindәki tanrıya inananlar tәrәfindә durduqları yerdә ortaya atılan iddiadır. Heçnәdәn ortaya atılan iddianın isbatı yoxdursa hәmin iddia suya düşür, yoxa hesablanır.

Enisntein'i filanı boş verәk, düşünәk ki, bu adam olmayıb, olsa da belә bir söz demәyib. Ortaya atılan tanrı qavramının insan tәrәfindәn yaradılmadığının, tanrının bir başa özünün sübutu hanı? Ruh anlayışının doğru olduğunun isbatı hanı? Varmı bir şeylәr?

Link to comment
Share on other sites

Axirət yoxdursa həyat mənasızdır ?

Axirətə -inancı olan inanır.  qeyriləri mənasız yaşayır ? Həyatın mənasını axirət üçün yaşamaqda görmək özü mənasızlıqdır.

Kənardan  baxanda necə görsənir ? Bütün həyat və əməllərini axirətə görə tənzimləmək ,istiqamət vermək.Belə çıxır insan özünü axirətə görə proqramlaşdırır.

Link to comment
Share on other sites

On 28.11.2016 at 9:19 PM, Farhad Musaev said:

Yalnış fikirdir. Məlumat gəlmədən, xəbər almadan ruh barədə düşünmək mümkün deyil. Tanrının birbaşa özünün sübutu nə deməkdir? Tanrının ən birinci sübutu varlıq aləmidir. Niyə heçnə yerinə nəsə var? Nəyə görə düşünə bilən ağıllı canlılar var? Allahın varlığı ilk növbədə ağılla dərk olunur.

Ruh baradə buna baxın nə fikirləşdiyinizi yazarsız. Bu isbat deyil amma maraqlıdı.

  • Upvote 1
Link to comment
Share on other sites

2 hours ago, Kenul2012 said:

Axirət yoxdursa həyat mənasızdır ?

Axirətə -inancı olan inanır.  qeyriləri mənasız yaşayır ? Həyatın mənasını axirət üçün yaşamaqda görmək özü mənasızlıqdır.

Kənardan  baxanda necə görsənir ? Bütün həyat və əməllərini axirətə görə tənzimləmək ,istiqamət vermək.Belə çıxır insan özünü axirətə görə proqramlaşdırır.

Vallah mən hələ deməmişəm ki mənasızdır. Bu nə çətin sual oldu ki bir doğru-düzgün cavab verən olmadı. 

  • Upvote 1
Link to comment
Share on other sites

45 минут назад, aqilyunus сказал:

Vallah mən hələ deməmişəm ki mənasızdır. Bu nə çətin sual oldu ki bir doğru-düzgün cavab verən olmadı. 

Axirət yoxdursa, həyatın mənası nədir?

Sual düzgün qoyulsaydı, doğru düzgün cavab almaq olardı, Bizim kainatdan böyük və dərin sualı, dini səviyyədə aparmaq bu nəticəyə gətirib çıxaracaq. Sual ümumi insanlara, dininnə, irqinnən, dünyaya baxışınnan, Yaradanı tanıyıb, tanımamağınnan asılı olmayaraq, hamıya ünvanlansaydı, fərqli cavab almaq olardı. Hal hazırkı sual dini səviyyədədi.... Heç olmasa Axirət yox, ölümnən sonrakı həyat yoxdusa, bu həyatın mənası nədir soruşmaq olardı. İndi fikirləşə bilərsən axirət elə o biri həyatdıda. Axirət dini səviyyədə olan düşüncədi, ölümnən sonrakı həyat hakqında 1000 lərnə qeyri düşüncələr var)) Xalq arasında belə deyim var. Arxı hoppanmamış, hop dedi. Yəni bu həyatın mənasını dərk eləməmiş, o biri həyat hakqında bu həyatdan daha çox fikirləşməy MƏNASIZDI!

Əsas bu dünya deyil, əsas o dünyadı, deyimini hamı eşidib. Bu ən axmaq fikirdi. Biz hələ bu əsas olmayan dediyimiz dünyanı, adam kimi yaşaya bilmirik, mənasını itiririk, bezirik, bilmirik. Bunnan yaxşısını bizə kimdi verən?))) Biz olanın qədirini bilmirik. Bu boyda, heç boyunu da bilmək olmur, bu kainatın. Bu boyda kainat yaradıblar, milyardlarnan əlavə kainatlar, bəlkədə trilonlarnan, bəlkədə rəqəm yoxdu bu saysız heysabsız kainatı dərk etməyə. Kainatı yox, bu yer kürəsinin 10% bizə məlumdu, Heç yerdə yox, bu insan cisminin 5% idarə edə biliriy və bu halda və bu vəziyyətdə bizə HOP yox Hip Hop yaraşır. Hop yəni arx məsələsi. Yani biz bu kainatdan və ozümüz özümüzdən bixəbər ola ola, o biri aləmnən və aləmlərdən yəni axirətin mənasını aparmaq, MƏANSIZDI!

Link to comment
Share on other sites

Axirət yoxdursa əgər, həyatın mənası nədir ? O mənada ki, insan ölümsüzdürsə, o zaman həyatının mənası nə olacaqdı ?

Bəlkə belə ? Ruh üçün bədən bir alətdir. O fiziki bədəni vasitəsilə özünü biruzə verir , realizə edir. Əgər ruh bədənsiz qalarsa, onun məkanı məsələn, Axirət olarsa, Ruh həyatını necə "yaşayacaq" ? Onun məşğuliyyəti nə olacaq ? gəzib-dolaşıb diriləri qorxudacaq yoxsa ? )

Məncə, vaxtaşırı bu kimi suallar o səbəbə yaranır ki, insan özünü bədənsiz fəaliyyətdə təsəvvür edə bilmir. Qeyri-material aləmdə, olsun Axirətdə bədənlə təsəvvür edə bilir, onsuz yox.

  • Upvote 1
Link to comment
Share on other sites

21 hours ago, Simruq said:

Axirət yoxdursa, həyatın mənası nədir?

Sual düzgün qoyulsaydı, doğru düzgün cavab almaq olardı, Bizim kainatdan böyük və dərin sualı, dini səviyyədə aparmaq bu nəticəyə gətirib çıxaracaq. Sual ümumi insanlara, dininnə, irqinnən, dünyaya baxışınnan, Yaradanı tanıyıb, tanımamağınnan asılı olmayaraq, hamıya ünvanlansaydı, fərqli cavab almaq olardı. Hal hazırkı sual dini səviyyədədi.... Heç olmasa Axirət yox, ölümnən sonrakı həyat yoxdusa, bu həyatın mənası nədir soruşmaq olardı. İndi fikirləşə bilərsən axirət elə o biri həyatdıda. Axirət dini səviyyədə olan düşüncədi

Sualın düzgün qoyulmadığınıda siz kəşf elədiz təbrik edirəm. Ümumi ünvanlamadım çünki sonrakı həyata inanmayanların nə cavab verəcəyini gözləyirəm. Axirət elə ölümdən sonrakı həyat mənasındadırsa, bunun dini səviyyədə olmasının nə problemi var? Kim istəyir cavab yazsın. Məgər mütləq dini formada cavab verilməlidir ki?

On 28.11.2016 at 0:56 PM, Simruq said:

Mövzunun adı elə açardı. Axırət yoxdursa, məna axtarmaqa dəymməz)) 

P,S Əgər axtarırsansa, deməli, axlrət yoxdursa belə, məna var!

Bunuda izah edin mümkündürsə.

  • Upvote 1
Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

Axirət yoxdursa əgər, həyatın mənası nədir ? O mənada ki, insan ölümsüzdürsə, o zaman həyatının mənası nə olacaqdı ?

Demək istəyirəm ki, əgər ölüb yox olacayıqsa, onda yaşamaqda məna yoxdu. Nə qədər maraqlı yaşasanda axırı yox olmaqdırsa, əslində elə yaşamaq boş şey olur. Demirəm ki yaşamayaq e amma dəyəri olmur. Amma din deyir ki, sənin varlığın boş yerə deyil. Sən əbədiyyət üçün yaradılmısan. Dünyadakı əziyyətin boşa getməyəcək. Sən yox olmayacaqsan. Dünyada biz istəyimiz kimi yaşa sonra əbədi cənnətə gir. Buda həyatın mahiyyəti. Bu olur mənalı həyat. Görün nəcədə maraqlıdı.

Bunları əlbətdə sizdə bilirsiz Noir xanım. Mən sadəcə yazmaq istədim.

Edited by aqilyunus
  • Upvote 1
Link to comment
Share on other sites

9 минут назад, aqilyunus сказал:

din nə deyir, bu aydındır. Siz nə deyirsiz ? Tutaq ki, dini açıqlamadan xəbərsizsiz... maraqlı olanlar barədə heç bir şey bilmirsiz. cismində olarkən ruh mənasız ömür sürübsə, cismi tərk edəndən sonra o yeni məna tapacaq ? mənasız həyatdan sonra mənalı ölüm olur ? yaxud mənalı həyatdan sonra ruh mənasız qalacaq ? )) çaşdırmıram ki sizi ?

  • Upvote 1
Link to comment
Share on other sites

13 minutes ago, NOIR said:

Nəsə qəliz oldu elə bil. Burda məsələ mənasız həyatdan sonra mənalı həyat gəlir mənasında deyil. Mən bunu demirəm. Niyə belə dolaşıq suallar vermisiz? :) 

  • Upvote 1
Link to comment
Share on other sites

50 минут назад, aqilyunus сказал:

Sualın düzgün qoyulmadığınıda siz kəşf elədiz təbrik edirəm. Ümumi ünvanlamadım çünki sonrakı həyata inanmayanların nə cavab verəcəyini gözləyirəm. Axirət elə ölümdən sonrakı həyat mənasındadırsa, bunun dini səviyyədə olmasının nə problemi var? Kim istəyir cavab yazsın. Məgər mütləq dini formada cavab verilməlidir ki?

Bunuda izah edin mümkündürsə.

Primitiv insanlar, primitiv suallar, istehziniski ilə)) Sonrakı həyata inanmayanlardan, cavab gözləmək, elə əsl mənasızlıqdı. Axirət dinə itdi, sonrakı həyata inanmayanlar ateistlərə aitdi. Burda nə cavab gözləməy olar? Burda nə kəşf var???

P,S Əgər axtarırsansa, deməli, axlrət yoxdursa belə, məna var!

Deməli varlıq və yoxluq bərabərdi və bu bərabırliy sayəsində həyatı məna yaradır. İstənilən bir şey yoxdusa belə, Allah yoxdu sa, axirət yoxdusa belə, istənilən insanda, lap ən qatı ateistdə belə ümüd var. Nəyə ümüd var? Nəyəsə! Bu nəyəsələr də onlara məna verir. Gördüyün kimi istənilən halda məna var. Bu da bunun 2+2 olan izahı.

Link to comment
Share on other sites

42 минуты назад, aqilyunus сказал:

Demək istəyirəm ki, əgər ölüb yox olacayıqsa, onda yaşamaqda məna yoxdu. Nə qədər maraqlı yaşasanda axırı yox olmaqdırsa, əslində elə yaşamaq boş şey olur. Demirəm ki yaşamayaq e amma dəyəri olmur. Amma din deyir ki, sənin varlığın boş yerə deyil. Sən əbədiyyət üçün yaradılmısan. Dünyadakı əziyyətin boşa getməyəcək. Sən yox olmayacaqsan. Dünyada biz istəyimiz kimi yaşa sonra əbədi cənnətə gir. Buda həyatın mahiyyəti. Bu olur mənalı həyat. Görün nəcədə maraqlıdı.

Bunları əlbətdə sizdə bilirsiz Noir xanım. Mən sadəcə yazmaq istədim.

Bu fikiri bütün dinlər həm təsdiq həm də inkar edirlər. Bütün dini kitablar yazır ki ƏBƏDİ yalnız Yaradandı, sonra yazırlar ki cənnətdə əbədi olacaqsız)) Əgər insan əbədi olsa o Yaradannan eyni səviyyədə olacaq. Heç bir canlı onunla bir səviyyədə ola bilməz. Deməli insan elə cənnətdə də əbədi olmayacaq. Faktnan götürsəy, bütün canlılar səhf etməyə, çaşmaqa məhkumdurlar, belə olduqu halda, nəsə bir əmma tapılıb, insan, cənnətdən və istənilən məkannan qovulacaq. Məntiq bu idi. Ölüb dirilməlisən. reklamnı pauza kimi. Heç bir zamanda və məkanda, heç bir canlı əbədi ola bilməz!!! Zaman özü də əbədi deyil. Necə ki dinlər deyir, axır zaman gələcəy. Bir söznən yaradılan məhsullar, əbədi deyil. Yaranmısan deməli, sonun var. Çünki əvvəlin yox olub, ged yox ol da)) Yoxun əvvəlinə getsəy, hər şeyin sirri açılacaq.

Link to comment
Share on other sites

21 minutes ago, Simruq said:

Primitiv insanlar, primitiv suallar, istehziniski ilə)) Sonrakı həyata inanmayanlardan, cavab gözləmək, elə əsl mənasızlıqdı. Axirət dinə itdi, sonrakı həyata inanmayanlar ateistlərə aitdi. Burda nə cavab gözləməy olar? Burda nə kəşf var???

P,S Əgər axtarırsansa, deməli, axlrət yoxdursa belə, məna var!

Deməli varlıq və yoxluq bərabərdi və bu bərabırliy sayəsində həyatı məna yaradır. İstənilən bir şey yoxdusa belə, Allah yoxdu sa, axirət yoxdusa belə, istənilən insanda, lap ən qatı ateistdə belə ümüd var. Nəyə ümüd var? Nəyəsə! Bu nəyəsələr də onlara məna verir. Gördüyün kimi istənilən halda məna var. Bu da bunun 2+2 olan izahı.

Bu sualı başa düşməyəcək qədər, sualın mənasız olduğunu deyəcək qədər gerizəkalı olmamalısız :)

Allah yoxdursa, yenədə ümid var? Allah yoxdursa eləmi? :) Bəlkə Allaha inanmasada ümidi var deyək nə deyirsiz?

  • Upvote 1
Link to comment
Share on other sites

12 minutes ago, Simruq said:

Bu fikiri bütün dinlər həm təsdiq həm də inkar edirlər. Bütün dini kitablar yazır ki ƏBƏDİ yalnız Yaradandı, sonra yazırlar ki cənnətdə əbədi olacaqsız)) Əgər insan əbədi olsa o Yaradannan eyni səviyyədə olacaq. Heç bir canlı onunla bir səviyyədə ola bilməz. Deməli insan elə cənnətdə də əbədi olmayacaq.

Cənnətin əbədi olacağını Allah deyir. Əbədiliyi Allah bəxş edir. Allahın əzəli və əbədi olmasıyla insana Allah tərəfindən verilən əbədiliyi ayıra bilmirsiz? O insana əbədilik verirsə istədiyi vaxtda insanı yox edə bilər. 

  • Upvote 1
Link to comment
Share on other sites

Mən belə baxıram bizim millət, belə mövzularda, şəxsiyyətə keçmədən insan kimi yaza bilmir. Neçə ildi görürəm görürəm və görürəm)

Mən ayıra bilirəm ağı qaradan, xeyiri şərdən, varı yoxdan. Aç oxu dini kitabları. Bilirəm hamısını oxumusan))

Mən bütün suallara cavab verdim. İzah etdim. Bura qədər bəsdi. 

Link to comment
Share on other sites

24 minutes ago, Simruq said:

Bağışda Simruq qardaş. Səni əsəbləşdirmək istəmirdim. Çox sağol ki, iştirak etdin. 

Edited by aqilyunus
  • Upvote 1
Link to comment
Share on other sites

В 01.12.2016 в 00:02, aqilyunus сказал:

Nəsə qəliz oldu elə bil. Burda məsələ mənasız həyatdan sonra mənalı həyat gəlir mənasında deyil. Mən bunu demirəm. Niyə belə dolaşıq suallar vermisiz? :) 

Suallar nizamsızdır, haqlısız.

Bədənimiz ruhun müvəqqəti məkanıdır. bədən vasitəsilə ruh özünü zənginləşdirir. Axirət olsa da, olmasa da, insan buna inansa ya inanmasa da,  bədəndə olarkən ruhun başqa missiyası yoxdur. Ruh təcrübə yığıb zənginləşməlidir. Bu faydalı təcrübə olacaq, yoxsa ziyanlı... ? Qeyri-material məkanda ruh yenə də zənginləşməyi davam edəcək. amma insan, bədəndən kənarda, obrazlı görünüş olmadan ruhu bu prosesdə təsəvvür edə bilmir. 

Sizin dediyiniz, dini nöqteyi-nəzərdir, "maraqlıdır" dediyiniz fikirləri nəzərdə tuturam. din obrazlı formada, analogiya apararaq müəyyən informasıyanı çatdıra bilir. amma bu çox çox azdır.

  • Upvote 1
Link to comment
Share on other sites

1 hour ago, NOIR said:

Bədənimiz ruhun müvəqqəti məkanıdır. bədən vasitəsilə ruh özünü zənginləşdirir. Axirət olsa da, olmasa da, insan buna inansa ya inanmasa da,  bədəndə olarkən ruhun başqa missiyası yoxdur. Ruh təcrübə yığıb zənginləşməlidir. Bu faydalı təcrübə olacaq, yoxsa ziyanlı... ?

Əlbətdə faydalı. 

1 hour ago, NOIR said:

Qeyri-material məkanda ruh yenə də zənginləşməyi davam edəcək. amma insan, bədəndən kənarda, obrazlı görünüş olmadan ruhu bu prosesdə təsəvvür edə bilmir. 

Sizin dediyiniz, dini nöqteyi-nəzərdir, "maraqlıdır" dediyiniz fikirləri nəzərdə tuturam. din obrazlı formada, analogiya apararaq müəyyən informasıyanı çatdıra bilir. amma bu çox çox azdır.

Səndən ruh haqqında soruşarlar de ki: Bu Allahın bildiyi şeydir. Sizə ondan az məlumat verilib. (İsra 85)

  • Upvote 1
Link to comment
Share on other sites

13 часа назад, aqilyunus сказал:

Səndən ruh haqqında soruşarlar de ki: Bu Allahın bildiyi şeydir. Sizə ondan az məlumat verilib. (İsra 85)

Deməli, axtarış limiti məhdudlaşdırılıb. elə isə, niyə zidd gedib əlavə nəsə axtarırsız ? ... mövzunuz buna iddialıdır )

  • Upvote 1
Link to comment
Share on other sites

14 часа назад, aqilyunus сказал:

Əlbətdə faydalı. 

məsələn , cinayətkarın təcrübəsi faydalı ola bilər ?

yaxud, uşaq işgəncə ilə qətlə yetirilərsə... ruhun material məkanda təcrübə yığmaq üçün zaman imkanı yetmədiyi halda.... ruhun halı necə olacaq ?

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

В 01.12.2016 в 00:29, aqilyunus сказал:

Bu sualı başa düşməyəcək qədər, sualın mənasız olduğunu deyəcək qədər gerizəkalı olmamalısız :)

Allah yoxdursa, yenədə ümid var? Allah yoxdursa eləmi? :) Bəlkə Allaha inanmasada ümidi var deyək nə deyirsiz?

Şəxsiyyətə keçid .1 ball

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Like
      • 10 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Like
      • 48 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Like
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       
      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Like
      • 182 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 62 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Upvote
        • Red Heart
        • Like
      • 17 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...