Jump to content
Total Consulting

Dollar krediti olanlar üçün - Çıxış yolu

Recommended Posts

Məlumdur ki, ölkəmizdə 21 fevral 2015-ci il tarixində baş verən 1-ci devalvasiyaya qədər vətəndaşlar, xüsusilə ölkə xaricindən mal alan sahibkarlar, ABŞ dolları ilə kredit götürməyə üstünlük verirdilər. 
Lakin 1-ci və 2-ci kəskin devalvasiyadan sonra ABŞ dolları ilə kredit götürən şəxslərin öhdəliklərinin miqdarı 2-3 qat artdı. Kiçik və orta sahibkarların bəziləri müflis oldu, bəziləri isə əldə etməyə ümid etdiyi qazanclarının əhəmiyyətli hissəsindən məhrum oldular. 
Qeyd edilən problem 1-ci devalvasiyadan indiyə qədər vətəndaşları narahat edir: “Bir müddət ABŞ dolları ilə kredit götürən şəxslər ümid edirdilər ki, onlar öz borclarını kredit götürdükləri vaxtda olan məzənnə ilə ödəyəcəklər. Hətta bununla bağlı 2015-ci il may ayında Konstitusiya məhkəməsində müzakirələr də aparılmış və qərar qəbul edilmişdi. Konstitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında gəlinən nəticənin mahiyyətinə görə, xarici valyutada kredit götürən şəxslər ödəniş etdikləri gün üzrə olan məzənnə ilə ödəniş etməlidirlər. Təbii ki, bu Qərar insanlarda ümidsizlik yaratmışdır. Lakin vətəndaşlarımıza bildirmək istərdim ki, bu Qərarın qəbul edilməsi, Sizə hüquqlarınızı müdafiə etməyə və düşdüyünüz vəziyyətdən çıxmağa heç bir halda mane olmur. Çünki Konstitusiya Məhkəməsinin Qərarı, sadəcə xarici valyutada kredit öhdəliyi olan şəxslərə, ödənişi hansı məzənnə ilə etməli olduqlarını göstərir. 
Bildirmək istərdim ki, bazar iqtisadiyyatında baş verən bu cür gözlənilməz hallar zamanı, insanların maraqlarının hansı qaydada müdafiə edilməsi barədə Mülki Məcəlləmizdə konkret normalar mövcuddur. Bu cür normalardan biri olan Mülki Məcəllənin 422-ci maddəsində, belə hallar zamanı şəxslərin hansı qaydada davrana biləcəkləri dəqiq göstərilmişdir. Bu normanın tətbiqi üçün əsas şərt - borclunun xarici valyutada kredit götürərkən nəzərə aldığı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. MM-nin 422-ci maddəsinə görə, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutdulur. Sadə dildə izah edsək, 1-ci devalvasiyadan əvvəl insanlar ona görə ABŞ dollarında kredit götürməyə üstünlük verirdilər ki, ABŞ dollarının kursu manata nisbətdə aşağı idi və insanlara sərf edirdi. Həmçinin 1-ci devalvasiya ərəfəsində Mərkəzi Bank tərəfindən rəsmi şəkildə kəskin devalvasiyanın olmayacağı bəyan edilmişdir. Məhz bu səbəbdən qeyd edilən şəraiti nəzərə alaraq, ABŞ dolları ilə kreditlər götürülürdü. Lakin kəskin devalvasiyanın baş verməsi ilə şərait sözügedən şəxslər üçün gözlənilmədən və əhəmiyyətli dərəcədə dəyişmişdir. Hansı ki, belə bir halın baş verməsi bilinsə idi və ya proqnozlaşdırılsa idi, vətəndaşlar ABŞ dollarında kredit götürməzdilər. Çünki təbii olaraq, insanlar bu zaman borcların süni şəkildə artacağı riskini nəzərə alardılar və belə bir şəraitdə xarici valyutada müqavilə bağlanması da insanlar üçün maraqlı olmazdı”. 
 “Bu cür hallar olduqda, banklara müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edin. Məsələn kredit götürülən xarici valyutanın manatla əvəz edilməsi, faiz dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması, müddətin uzadılması və s. Əgər banklar razılaşmasa, o zaman müqavilənin şərtlərinin məcburi qaydada dəyişdirilməsini və hətta onun ləğvini məhkəmə qaydasında tələb edin. Bilin ki, bu hallarda qanunvericilik sizin tərəfinizdədir, sadəcə hüquq müstəvisində fəallığınızı artırmağınız lazımdır. Bir psixoloji amili də qeyd etmək istərdim ki, vətəndaşlarımız çox vaxt özlərini banklar qarşısında çarəsiz hiss edirlər. Bu əsla belə deyil! Bilin ki, qanunvericiliyimizdə Sizin hüquqlarınızı qoruya biləcək kifayət qədər normalar var, sadəcə bundan düzgün istifadə etmək lazımdı. Sosial şəbəkələrdə və digər yerlərdə şikayət etməyə və nümayişkəranə şəkildə kredit ödəməkdən imtina etməyiniz barədə fikirlərə itirdiyiniz vaxtı və enerjinizi qanunun sizə verdiyi imkanlardan istifadə etmək haqqında düşünməyə sərf etməyi daha faydalı hesab edirəm. Bu zaman sizin maraqlarınızı təmin edə biləcək məhkəmə praktikası yaranar və bu da gələcəkdə bankları daha məsuliyyətli olmağa məcbur edər”. 

Share this post

Link to post
Share on other sites

Bunlar kimin sözləridir, haradan götürmüsüz, nə işə yarayir???

Share this post

Link to post
Share on other sites

Bu Total Consulting tərəfindən hazırlanan hüquqi rəydir və bu Bizim hüquqşünaslar rəydə yazılanların hamısını həyata keçirir.

Share this post

Link to post
Share on other sites
Quote

  •  Bu güzel konuşma için teşekkür ederim
  • Quote

Share this post

Link to post
Share on other sites
В 12.11.2016 в 22:29, Total Consulting сказал:

Bu Total Consulting tərəfindən hazırlanan hüquqi rəydir və bu Bizim hüquqşünaslar rəydə yazılanların hamısını həyata keçirir.

İnan daş, dəmirə, bazalta, ümümiyyətlə parçalanması mümkün olmayan nə varsa ona dönsün.

Share this post

Link to post
Share on other sites
On 2/14/2019 at 11:04 PM, serano33 said:

Qeyd edilən problem 1-ci devalvasiyadan indiyə qədər vətəndaşları narahat edir: “Bir müddət ABŞ dolları ilə kredit götürən şəxslər ümid edirdilər ki, onlar öz borclarını kredit götürdükləri vaxtda olan məzənnə ilə ödəyəcəklər. Hətta bununla bağlı 2015-ci il may ayında Konstitusiya məhkəməsində müzakirələr də aparılmış və qərar qəbul edilmişdi. Konstitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında gəlinən nəticənin mahiyyətinə görə, xarici valyutada kredit götürən şəxslər ödəniş etdikləri gün üzrə olan məzənnə ilə ödəniş etməlidirlər. Təbii ki, bu Qərar insanlarda ümidsizlik yaratmışdır. Lakin vətəndaşlarımıza bildirmək istərdim ki, bu Qərarın qəbul edilməsi, Sizə hüquqlarınızı müdafiə etməyə və düşdüyünüz vəziyyətdən çıxmağa heç bir halda mane olmur. Çünki Konstitusiya Məhkəməsinin Qərarı, sadəcə xarici valyutada kredit öhdəliyi olan şəxslərə, ödənişi hansı məzənnə ilə etməli olduqlarını göstərir. 
 
Share this post

Link to post
Share on other sites
В 16.02.2019 в 00:16, serano33 сказал:

Qeyd edilən problem 1-ci devalvasiyadan indiyə qədər vətəndaşları narahat edir: “Bir müddət ABŞ dolları ilə kredit götürən şəxslər ümid edirdilər ki, onlar öz borclarını kredit götürdükləri vaxtda olan məzənnə ilə ödəyəcəklər. Hətta bununla bağlı 2015-ci il may ayında Konstitusiya məhkəməsində müzakirələr də aparılmış və 
 
Mən sizin postlara nəzarət edirəm.

Spam yaymayın və offtop etməyin - hələlik xəbərdarlıq edirəm. 

Edited by NOIR

Share this post

Link to post
Share on other sites

Ben finansciyim bu isin sirri, kredi oncesi dolar olarak karsiligini ayirmaktir, diger turlu her halukarda zarar edersiniz

Share this post

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...