Jump to content

Anar862

Members
  • Content Count

    3,921
  • Joined

Community Reputation

1,315 Excellent

About Anar862

  • Rank
    Guru

Profile Information

  • From
    Azerbaijan

Recent Profile Visitors

2,350 profile views
  1. Forumda yazmağa nə var ki? Reallıqda necə olur - aşağıdakı videoda göstərilib. Oxşar hadisə, amma sürücü ölməyib, inkassator maşınının qapısı açılıb pul çölə tökülüb.
  2. Oktyabrın 10-12-də Bakı Ekspo Mərkəzində Karyera sərgisi keçiriləcək. https://careerexpo.az/az-main/?utm_source=Rabota.az&utm_medium=Banner&utm_campaign=Career 2019&utm_content=exhibprom
  3. Bir ara banklarda 500 avroluq banknotu xırdalayanda aşağı kursla götürürdülər. O ənənə hələ də davam edir?
  4. Feys-də iş axtaran qruplarında konkret ağlaşmadır. Əgər reallığı daha aydın görmək istəyirsinizsə, o qrupların 1-2-nə üzv olun, görün nə söhbətlər gedir. Orda konkret nökər maaşları təklif olunur. Sahibkarlar tam simicləşib. Mən şəxsən 350 manata işləyəni başa düşürəm. Əlacsızlıqdan. Bunu o vəziyyətə düşməyən anlamaz. Əgər adam aylarla iş tapa bilmirsə, o məcburən aşağı maaşa gedəcək. Xüsusilə də əgər ailəsi varsa.
  5. Normal dövlətlərdə müəyyən peşələr sertifikatlaşdırılır. Ustalıq sahəsi də onlardan biri olmalıdır ki, hər yerindən duran usta olmasın. Hər şeyi ustanın üstünə yıxırıq. Usta gəldi, salam mən ustayam, filan villaları da mən təmir etmişəm. Bunu yoxlayan olurmu? Məsələn, ay usta, işlədiyin ev sahiblərinin nömrələrini ver, onlarla danışım. Usta ilə müqavilə bağlayırıqmı? Ustaya pul verəndə ondan qəbz istəyirikmi? Usta nəyisə düz etməyəndə onu məhkəməyə veririkmi? Qaldı ki, inkişaf etməyə, əgər tələbat yoxdursa, usta niyə də inkişaf etməlidir? O vaxt inkişaf edər ki, işsiz qalar.
  6. İndiki qrup vəziyyətində Xorvatiyanın işi o qədər də asan olmayacaq. Nəzəri cəhətdən hətta çıxmamaq şansı var. Ona görə də qrupun autsayderi ilə rahat qələbəni buraxıb sonra xeyli əziyyət çəkmək - nə var nə var o biri xorvat məşqçi işdən çıxmasın - bir qədər inandırıcı görünmür. Əgər bu həqiqət olsa belə, Xorvatiya komandasının bütünlüklə başı çatmır.
  7. Bir əsas fərqlə. İsveçdə təyyarəçi katapulta edib. Pilotun öldüyü hal bizdədir, məncə o da birinci və sonuncu olacaq.
  8. Mənə elə gəlir ki, qadın yolu keçmirdi. Uşaq qadının əlindən çıxımışdı, anası isə onun dalınca qaçırdı. Düzdü, bu ananın məsuliyyətini azaltmır.
  9. Nə qədər ki o işə məsuliyyətli məmurların əziz yaxını ölməyib, belə də davam edəcək. İndiki sistem polis-prokuror- hakim komandasına sərf edir. Onların da maşınları var, fikirləşirlər ki, onlara yol keçmək lazım olmayacaq. Keçid var, yoxdu fərq eləmir. Nə qədər ki, ordakı baryerləri aşmaq mümkün olacaq, insan onu aşacaq. Yolu keçənə nə deyirsiniz deyin. İkiayaqlı qoyun deyin, keçi deyin, ya dəvə deyin. Bu heç nəyi dəyişmir. Orda elə baryer olmalıdır ki, hətta ən düşüncəsiz insan belə onu keçə bilməsin. Reallıq da budur ki, o baryerləri heç kim qurmayacaq. Ona görə də belə yollardan keçən hər bir sürücü bunları nəzərə alıb çıxmalıdır.
  10. Dövlətimizin layiq gördüyü maaşlar xəbərdəki kimidirsə (ən yüksək maaş 906 manatdır), onda Məmmədəli LTD-dən bir şey gözləməyə dəyməz. https://yenisabah.az/azerbaycanda-onlarin-da-maaslarina-deyisiklik-edirdi-hokumetden-qerar
  11. Məncə sahibkarı maaşların ağardılmasında əsas narahat edən məqam vergi yox, sosial sığorta olmalıdır. Çünki vergi işçinin maaşından çıxılıb verilir, onun sahibkara ziyanı olmamalıdır. Əsas problem sosial sığorta xərcidir ki, onu sahibkar cibindən verir. Əgər bu sistem dəyişilsə, sığorta işçinin boynuna qoyulsa, onda sahibkarın üçün maaşı ağ göstərmək daha sərfəli olacaq, çünki onun xərcini çoxaldır və nəticədə sahibkar az vergi verir. Düzdü, bu məsələnin digər tərəfi var. Onda işçilər razı olmayacaq ki, onların maaşı ağ olsun. Ancaq indiki sistemlə, cərimə ilə, hədə ilə maaşların ağardılmasına inamım azdır.
  12. Uğurlar. Mən sadəcə öz acı təcrübəmi bölüşdüm. Mən sadəcə 1 il ara vermişdim. Bununla belə yaxın buraxan yoxdur. Bəlkə sizin tanışınızda alındı. Paralel olaraq "mühasib-kalkulyator" işlərinə də baxa bilər. https://az.jooble.org/desc/3495060241696944526?ckey=бухгалтер+калькулятор+технолог&rgn=11&pos=2&elckey=-6843256318701054728&sid=-8812616062577801660&age=1048&relb=100&brelb=100&bscr=4451,8906&scr=4451,8906&iid=3679888007177236929,. Bunun üçün Vergi məcəlləsi filan lazım deyil. Belə işlər azdı, bəzi restoranlarda olur, düzdür təcrübə də istəyirlər. Bundan əlavə olaraq facebook-da "Mühasibat uçotu və vergilər" https://www.facebook.com/groups/143203335774617/ qrupu var. Ora üzv olub ordan da kömək istəmək olar.
  13. Proqram: 1C. Kurslar çoxdu. Bundan başqa bilinməli əsas qanun-qaydalar: Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, sosial sığorta qanunvericiliyi. Bunları artıq özü çalışmalıdır. Yaxşı kitablar var, hamısı Azərbaycan dilindədir. BTP proqramı: Vergi Nazirliyinin saytından yükləyib praktika etməlidir. Bu sahə üzrə iki istiqamət var: 1. İşə düzəlmək. Ruhdan salmaq istəmirəm, amma çətin olacaq. Mən artıq bu sahədə iş axtarmağın başını buraxmışam. Azərbaycanda bu sahədə işləmək istəyən çoxdu, iş isə azdı. Üstəlik yaş diskriminasiyası var. 35-dən sonra adamın üzünə baxan yoxdu, qaldı ki, 40-dan sonra. Üstəlik 10 il praktikası olmayan adam. 2. İşi yaxşı öyrənib müstəqil iş götürmək. Firmaların işini aparmaq. Bu sahədə də rəqabət çoxdur. Amma bəlkə nə isə alına bilər. Test üçün hələ heç nə öyrənməyə başlamamış CV düzəldib göndərmək olar. Onsuz da ilkin olaraq əsas CV-yə cavab verilməsidir. Əgər CV bəyənilsə, firmalar standart olaraq imtahan götürürlər, sonra söhbət edirlər. Əgər səmimi məsləhət istəsəniz, başqa sahədə iş tapmaq şansı daha çoxdur. Məsələn ingilis dilini öyrənib İELTS sertifikatından filan alıb kursa işə düzəlmək.
×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79