Jump to content

Tural Najafquluzade

Newbies
  • Content Count

    0
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About Tural Najafquluzade

  • Rank
    Newbie

Profile Information

  • Gender
    Male
  • From
    Баку

Recent Profile Visitors

85 profile views
  1. Здравствуйте, Сабир. Здравствуйте, Сабир. Хотелось бы узнать о состоянии заказов.
  2. Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın gözəl güşələrindən biri olan Balakən rayonununda davam edib. Yaradıcılıq festivalı Heydər Əliyev parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçiləri, rəsmi qonaqları, və rayon rəhbərliyini Balakəndə yaşayan azsaylı xalqların (ukrayna, avar, ingiloy) rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb. Rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları isə festivala ikiqat bayram əhval-ruhiyyəsi bəxş edib. Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması, kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib. Ziyarətçilərin heyrətinə səbəb olan anlardan biri isə güc pəhləvanlarının maraqlı nömrələr nümayiş etdirməsi olub. Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlanıb. Qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər də səslənib. Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə də baxış keçirib. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, baş tutur.
  3. Ənənəvi mədəniyyət bayramı öz işini Şamaxı şəhərində davam edib. Festival Şamaxı şəhər, Heydər Əliyev Parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçilər və qonaqlar “Nağaraçalanlar”, “Piriqulu” instrumental ansamblın maraqlı ifaları ilə qarşılanıb. Festivalın zəngin yaradıcılıq proqramını xalq çalğı aləti orkestrı və xor kollektivinin maraqlı çıxışları, istedadlı şagirdlərin yaddaqalan təqdimatları maraqlı edib. Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin öznəməxsus çıxışları ilə davam edib. Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiyada hazırlayıblar. Şairin obrazı məktəblilərin ifasında canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib. Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.
  4. Ənənəvi mədəniyyət bayramı öz işini Şəmkir rayonununda davam edib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümü ərəfəsinə təsadüf edən festivalda vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib. Festivalı uşaq incəsənət musiqi məktəblərinin şagirdlərinin və Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışları rəngarəng edib. Mədəniyyət bayramında Şəmkirli rəssamlar Fərman Hüseynov və Tariyel Məmmədovun rəsm əsərləri xüsusi guşədə sərgilənib. Eyni zamanda Vüqar Alıyevin xüsusi taxta və oyma, Nigar Talıbovanın amiqurumi sənəti üzrə toxuma, heykəltəraş Əliyev Nicat və Kamran Qarayevin rəsm və taxta üzərində əl işləri diqqət mərkəzində olub. Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin obrazı canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib. Kitab guşəsində Cəfər Cabbarlı, Seyid Şuşinski, İsmayıl Şıxlı, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlərin əsərlərinə də yer verilib. Bundan başqa, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival may ayında yekunlaşacaq.
  5. Ənənəvi mədəniyyət bayramı öz işini Kürdəmir rayonununda davam etdirib. Festivalın proqramı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümünə həsr olunub. Yaradıcılıq festivalında Ümummilli Lider, Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümü münasibəti ilə “Xalq Heydər söyləyəcək”, “Azərbaycan” mahnıları kimi digər vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib. Bundan başqa, qiraət ustalarının təqdimatında “Sən elə bir zirvəsən” adlı kompozisiyada nümayiş olunub. Mədəniyyət bayramının zəngin proqramını aktyorların təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsimi obrazının canlandırılması, nağıl qərəmanlarının səhnələşdirilməsi maraqlı edib. Daha sonra festival Beyləqan Mədəniyyət Mərkəzinin “Yaylalar” folklor qrupunun biri-birindən maraqlı rəqs nümunələri ilə davam edib. Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Həmçinin, festivalda Beyləqan Rayon İdman Klubunun bir qrup idmançıları da öz məharətlərin nümayiş ediblər. Bundan başqa, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.
  6. Ənənəvi mədəniyyət bayramı öz işini Azərbaycanın ən səfalı və füsunkar guşələrindən biri olan respublikanın cənubundan - Masallı rayonunundan davam etdirir. Festival ulu öndər Heydər Əliyevin 96 - cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Yürüş Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürərək “ASAN” Xidmət Mərkəzinin qarşısında sona çatıb. Daha sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub. Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də öz sənətkarlıq nümunələrini nümayiş etdirib. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar və rayon rəhbrəliyi tərəfindən alqışlarla qarşılanıb. Festivalı “Halay” follklor kollektivinin biri-birindən maraqlı rəqs nümunələrini nümayiş etdirməsi yaddaqalan edib. Bundan başqa, qonaqlara cənub kulinariyasından olan təamlarda təqdim olunub. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Festivala Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi bir neçə ölkənin Azərbaycandakı səlahiyyətli nümayəndələri və yüzlərlə masallılar da qatılıblar. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.
  7. Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Azərbaycanın dilbər guşələrindən biri, dağlar diyarı, uzunömürlülər məskəni - Lerik rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub. Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçiriblər. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində çadırlar qurularaq metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. Ənənəvi festivalda xalq sənətkarları və rəssamları əl işlərini əyani şəkildə nümayiş etdirməsi izləyicilərin xüsusi marağına səbəb olub. Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar və rayon rəhbrəliyi tərəfindən alqışlarla qarşılanıb. Festivalda 12 nəfər Lerik rayonunundan olan uzunömürlülər də iştirak edib. Rayon rəhbərliyi Lerikin uzunömürlüləri ilə təbiət qoynunda, çay süfrəsi arxasında səmimi söhbət də edib. Bundan başqa, uzunömürlülərə hədiyyələr də təqdim olunub. Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib. Festival Rayon Mədəniyyət Mərkəzinin “Bahar” xalq çalğı alətləri ansamblı, Mondigah Kənd Folklor Evinin oğlanlardan ibarət “Lakto” folklor rəqs qrupu, Cəngəmiran kənd Diyarşünaslıq Evinin qızlardan ibarət “Bənövşə ” folklor kollektivinin biri-birindən maraqlı çıxışları ilə davam edib. Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Nəsimi obrazı canlandırılaraq qiraət ustalarının ifasında ədibin “Mərhaba” və “Olmuşam” qəzəlləri səsləndirilib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.
  8. Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Abşeron rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub. Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə şəhər sakini də iştirak ediblər. İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramından əlavə olaraq tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasından dekorativ-tətbiqi sənət ustası Ellada Həsənovanın “Muğam-trio” kompozisiyası və “Süjetli xalçanın’ nümayişi, dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında işlənmiş “Sumqayıt” kompozisiyası, taxta üzərində işlənmiş “İçərişəhər” kompozisiyası, keçədən əl işlərinin nümayişi tədbiri yaddaqalan edib. Festival balaca ziyarətçilər üçün də maraqlı olub. Belə ki, “Günəşim” və “Cırtdan” Kukla Teatrlarının hazıladıqları tamaşaları, Dostluq Mədəniyyət evinin klounada nömrələri və “Qurd adam”, “Şurun-burun”, “Maşa və Medved” personajları ilə uşaqların zövqünü oxşaya bilib. Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Festival Zəngilan nümayəndəliyinin Folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya Xalq Teatrı, bir neçə musiqi məktəblərinin sazçalanlar ansamblı və rəqs kollektivinin çıxışları ilə davam edib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.
  9. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ev sahibi Xaçmaz rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Parkında baş tutub. Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə xaçmazlı da iştirak ediblər. İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramını yadda qalan edən anlardan biri Qusar Dövlət Ləzgi Dram Teatrının “Dideyar” nənələr qrupunun və Niyazabad Folklor Kollektivin təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq kimi digər keçmiş dövrlərin məişət işlərinin canlandırılması oldu. . Mədəniyyət bayramını Xaçmaz Xalq Teatrının təqdimatında Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından bir epizodu səhnələşdirilməsi, dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması, şairin qəzəllərinin ifa edilməsi maraqlı edib. Daha sonra "Xınayaxdı" Xalq Folklor Kollektivinin ifasında incəsənət nümunələrinin nümayiş etdirilməsi də diqqət mərkəzində olub. Festival Xaçmaz və Quba Mədəniyyət Mərkəzlərinin pəhləvanlarının müxtəlif maraqlı nömrələri ilə davam edib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqət mərkəzində olub. Daha sonra respublikamızda yeganə çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin və dəmir üzərində döymə ustası olan Zeydulla Ağayevin əyani şəkildə hazırladığı sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olub. Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival may ayında yekunlaşacaq.
  10. Здравствуйте, Сабир. Плата за отправки по почте не превышают 1,2 маната (это за марки, в прошлый раз за книгу было 0,7 ман.). Я учитываю это обстоятельство, и хотелось бы рассчитаться после получения товара при следующем заказе.
×
×
  • Create New...