Jump to content

Slay

Amateurs
  • Posts

    245
  • Joined

  • Last visited

Posts posted by Slay

  1. Vicdan.

    Misal üzərində anlatmağa çalışacam.

    Tutaq ki, pula möhkəm ehtiyacın var.Elə bir şərait yaranıb ki, oğurluq edə bilərsən və bunun   səndən bilmə ehtimallarıda sıfırdır. Yəni hüqiqi cəhətdən məsuliyyətdən kənarda qalacaqsan . Nəfsin sənə deyir ki, oğurla vivdanın isə deyir ki, olmaz. Ağlın və iradən bu iki dilemma arasında tam azaddır. Çünki hər iki vatiantın nə ilə nəticələnəcəyini əvvəlcədən bilirsən. Birinci variantda pula sahiblənsəndə  vicdan əzabı ikinci varianda isə  pula sahiblənməsəndə təmiz vicdanla yaşamağa davam edirsən. Sözsüz ki, vicdana dəyər verənlər belə dilemalar qarşısında çoxda tərəddüd eləmirlər. Vicdanı korlanmış insanlarda isə seçim qarşısında daima nəfs dominantlıq edir.

    Məni bir məsələ ilk günah məsləsi düşündürür.Hər bir insanda vicdan aprioridir. Bunu açıqlayım .Tutaq ki, nəfs dominantlıq edib ağıla öz qərarını seçdirdi.Ağıl bunu iradəyə ötürür.Iradə bunu icra etməmişdən qabaq baş verəcək nəticəni təsəvvürdə canlandırır.Təsəvvürdə canlanan təssürat sənə vicdan əzabı duydurur. Bu mənfi duyğu təfəkkürüvə siqnal ötürür ki qərarı düzgün seç. Yəni səhv bir iş tutmaq istəyəndə vicdan sənə əvvəlcədən xəbərdar edir. Vicdan  apriori olduğu halda insanlar niyə ilk günahı eliyir ?(ilk günahdan sonra vicdanın korlanma ehtimalı islah olunma ehtimalından daha çoxdur məncə) Şərtlər hətta əllinin əlliyə olduğu halda  vicdansızlığı seçməkdə dominantlıq eliyən əlavə element nədir ? Maraqdırmı ?  Insan psixikası başdan ayağa məammadır )) 

    Allah günahlardan qorusun bizləri. Amin !

  2. 21 час назад, plotophyte сказал:

     

     

    Mövzu coxdan yazılıb amma fikirlərimi bildirmək istəyərdim. Mənim fikrimcə dünyada zaman yoxdur, zaman insanın uydurduğu ölçü vahididir. Necə ki, uydurulmuş rəqəmlər hesablama və.s kimi. Zaman anlayışı bir növ insanların yaratdığı süni təxəyyüldən irəli gələn başlanğıc və son anlayışınından irəli gəlir. Reallıqda isə onlar da yoxdur. Mütləq yoxluğu kim isə təsəvvür edə bilərmi ? əlbəttə ki, yox. Bu halda obyektiv gerçəklik nədir ? bizim gözümüzlə görüb şüurumuzla dərk etdiklərimiz ? bu bizim gerçəklikdir amma tam olaraq subyektivdir. Obyektiv gerçəklik olduğu kimi mövcuddur ancaq bizim təsəvvürümüzdəki kimi deyil. 

    Mən daha cox varlıq yoxluq kimi yox, bu fərziyyəni ancaq mövcudluq sözü ilə ifadə edərdim. 

     

     

     

       

     

     

     

     

     

     

     

     

    Sizin fikirlərinizi Kantın metodu ilə açmaq olar. Obyektiv gerçəklik noumen subyektiv gerçəklik isə fenomendir. 

    Noumen aləmində işimiz yoxdur.Çünki onu dərk edə bilmərik. Fenomen aləmində isə hər şeyi izah edə bilərik.Zamanıda məkanıda mütləq yoxluğuda və s.

     

  3. 4 часа назад, Kenul2012 сказал:

    Yaradıcı insanlar fərqli olduğundan onları ətrafı çox anlaya bilmir. Anlaya bilmədiyindən onlara aralarında ala-qarğa yanaşması ilə yanaşıb daima dimdikləyib ətini didir.Bizim cəmiyyət eyniyyəti sevir.Özü kimi olmayanı qəbul etmir.Mental düşüncə ilə böyüdülən insan bu münasibətə çox dözə bilmir.Iki seçimi olur.Ya hamı kimi olmaq,ya intihar.
    Ona görə bizim cəmiyyət daha dahi yetişdirmir.

    Könül xanım son 10 ildə bizim cəmiyyətdə intiharı seçən dahi kimdir ?

    Bu barədə konkret misalınız var yoxsa ümumiyyətlə yazmısınız ? Əgər ümumiyyətlə deyirsinizsə məncə intihar seçimi dahiliyə xas keyfiyyət deyil. Əlbətdə yəqin ki, istisnalar olada bilər.Doğrusunu Allah bilir.

    Dialektika təlimində deyilir ki, sistemin köhnə keyfiyyətdən yeni keyfiyyətə keçməsi sıçrayış adlanır. Sıçrayışın müddəti isə fərqlidir. Bu bir anda ola bilər, bir neçə il bir neçə əsrdə ola bilər və.s. Dahilər cəmiyyəti yeni keyfiyyətə aparanlardır. Bizim cəmiyyət nadürüstlük baxımından o qədər ətalətlidir ki, yeni keyfiyyətə keçmək üçün uzun illər lazımdır. 

    Dahi insanlarımız var. Nadürüstlüyümüz bizə imkan vermir ki, onları tanıyaq və etibar edək.

     

  4. 10 часов назад, monashka12 сказал:

    “İnsan danışdıqca rahatlaşar” – Freydin “psixoanalizə giriş” konfranslarından birində işlətdiyi gözəl bir cümlədir. 
    Psixoanalitik terapiya olsun və ya olmasın, fərq etməz, araşdırmalar göstərir ki, danışığa, söhbətə əsaslanan müalicə şəxsin duyğusal simptomlarını və narahatlıqlarını azaldır. 
    Dərman müalicəsi və qısa müddətli psixoterapiyalar birlikdə konsultant və pasiyent arasındakı münasibəti ən önəmli vasitə kimi istifadə edərək şəxsin müsbətə doğru dəyişməsinə şərait yaradır.
    İnsanın somatik (fiziki) xəstəlikləri olduğu kimi, psixoloji xəstəliklərinin də olması normal bir haldır. Necə ki, fiziki narahatlıqlarımız zamanı mütəxəssisə müraciət ediriksə, psixoloji narahatlıqlarımız zamanı da eyni qaydada işi bilən bir mütəxəssisə müraciət etməliyik. Adətən insan psixoloji cəhətdən özünü yaxşı hiss etmədiyi zaman onun ən yaxınında olan insanlar belə məsləhət verir: “Özün özünə kömək etməyi bacarmalısan, insan özü özünün psixoloqu olmalıdır, sən güclüsən, bunun üstəsindən gələ bilərsən”. Bu psixoloqun cəmiyyətimiz tərəfindən hələ də mütəxəssis kimi qəbul olunmamasından qaynaqlanır. Necə ki, başımız ağrıyan zaman, daxili orqanlarımızda problem olan zaman, gözlərimiz zəif görməyə başladığı zaman özümüz bunun üstəsindən gələ bilmiriksə, analoji olaraq psixoloji problemlərimiz zamanı da bunu işini bilən bir mütəxəssisə müraciət edərək həll etməliyik. 
    Çünki psixoloji sağlamlığımız da fiziki sağlamlığımız qədər önəmlidir. Hətta, deyərdim ki, ondan daha önəmlidir. Artıq dövrümüzdə “Sağlam bədəndə sağlam ruh olur”, düşüncəsi öz yerini “Sağlam ruhda sağlam bədən olur” düşüncəsinə vermişdir. Psixoloji xəstəliklər fiziki xəstəliklər kimi özünü tez biruzə verən, tez fərqinə varılan xəstəliklər olmasa da psixoloji sferada baş verən narahatlıqlar çox keçmir ki, şəxsin fiziki sağlamlığına da, şəxsiyyətlərarası münasibətlərinə də, gündəlik həyatına da təsir etməyə başlayır. 
    Psixoloqa müraciət etmək iki fərqli cəhətdən bizə faydalı ola bilər. Psixologiya üzrə təhsil almış və işini bilən bir mütəxəssis şəxsi terapiya prosesində sualları ilə istiqamətləndirir və şəxsin özünün belə fərqində olmadığı problemləri üzə çıxardır. Problemlər, narahatlıqlar tam aydınlaşdırıldıqdan sonra müalicə planı hazırlanır və tətbiq edilir. Digər tərəfdən, insanın heç tanımadığı birinə öz narahatlıqları və problemləri haqqında danışması onun problemə daha fərqli prizmadan baxmasına kömək edəcək. Psixoloq mütəxəssisdir və bizə ətrafımızda olan insanlar içərisində ən obyektiv şəkildə baxa bilən biridir. Bizim bilmədiyimiz problemləri aşkara çıxarda bilə, ya da görmək istəmədiklərimizi görməyimizə kömək edə bilər. Problemlərə kənardan baxan bir mütəxəssisin dəyərləndirməsi, düşüncəsi problemin içində olan insanlarınkından təmamilə fərqli olacaq.

    Psixoloqda gərək peşəkar mütəxəssiz olsun. Yoxsa Kəramətin hekayəsindəki kimi  sevdiyi Iradə adlı qızdan ayrılmış oğlana deməsin ki, sənin iradən yoxdur))

  5. 7 часов назад, Deymon Salvatore сказал:

    Sizin qüsurluluq adlandırdığınız şey iradə də ola bilər.Heç kim deməyib ki,Tanrı bir oyunçu deyil.Mən daha çox aqnostikəm,ancaq onun varlığını inkar edən(dəlillərlə) də bir şey yoxdur.Çünki kainatda birmənalı olan heçnə yoxdur.İstisnalar isə artıq heç yerə sığışmaycaq qədər çoxalıb və istisnalıqdan çıxır.

    Məsələyə aqnostik prizmadan yanaşsaq əgər sizin fikrinzlə razıyam.

    Elə bu prizmadan bir-iki fikirdə mən söylüyüm. Zati olaraq yaradan  bizim idrakımızın obyekti  deyil. Yəni biz maddəni ,zaman və məkan biçimində olan varlıqları görə bildiyimiz ,duya bildimiz kimi Yaradanı duya bilmərik  bilə bilmərik.(Əlimi uzadıb deyə bilmərəm ki, Yaradan bax budur )Yəni Yaradan  yoxdur deyəndə əslində bu o deməkdir ki, Yaradan  bizim idrakımızda konkret bir obyekt kimi yoxdur. Sual olunur ki, bəs onda biz yaradanın olduğu nəticəsini hardan çıxardırıq ? Ortalıqda maddə var və birdə maddənin mütləq olaraq bilmədiyimiz mahiyyəti. Yaradan ideyasına inananlar məhz ona inanır ki, maddənin mahiyyətinin arxasında Yaradıcı varlıq var. Bunu nə subut nədəki inkar etmək mümkün deyil. Hər iki versiyada şəxsi qənaətdi. Yenədə qeyd edirəm ki, bu fikirlərim fəlsəfi aqnostik yanaşma idi. 

    • Thanks 1
    • Upvote 1
  6. 32 минуты назад, aqilyunus сказал:

     

    Şübhəsiz ki, Allah yaradıb. Onların həyatının mənasını mən bilmirəm. Hər halda mənasız deyil çünki Allah yaradıb. Allahdan xəbərləri var. Yaxın təmaslardan gələn məlumatlara görə onlar ali Yaradıcının varlığına inanırlar. Amma dinləri var ya yox bilmirəm. Ümumiyyətlə onların Allah və ilahi qaydalar haqqında nə düşündüklərini bilməsəmdə onların varlığını inkar edə bilmərəm. UFO barədə olan araşdırmaları və alınan informasiyaları görməzdən gələ bilmərəm. 

    Nə bilim .... mən inanmıram.NLO barədə məlumatlarıda ciddi hesab eləmirəm.Həmdə dediyim kimi bu versiya dinin əsas məzmununa uyğun gəlmir.

  7. Bəs onları kim yaradıb ? Onların həyatının mənası nədir? Əgər onların  bizdən ağıllı olduqları halda Alahdan xəbərləri yoxdursa sən öz dini inancınla bunu necə interpretasiya edirsən ?

    Bizdə yer kürəsində dinə görə Allaha inanmayan insan nə qədər elmli olsa belə kafir sayılır.Çünki onun dindən xəbəri var amma inanmır inkar edir.Əgər yadplanetlidə bizim kimi varlıqdlrsa amma dinləri yoxdursa  bundan hansı nəticələr çıxır ?

     

     

  8. 43 минуты назад, aqilyunus сказал:

     

    Bütün varlıq aləminin insana görə yaradılmağı başqa ağıllı canlılar yoxdu demək deyil. Həmdə ki, hansı ayədi? 

    Sən inanırsan ki, kainatda bizdəndə qat-qat ağıllı canlılar yaşayır və bu canlılar kosmik gəmiləri ilə istənilən qalaktikaya səyahət edə bilərlər? Təsəvvür et ki, bir gün onlar gəlib bura çıxırlar.  Söhbət əsnasında məlum olur ki, onlar  sənin  mənim inandığım Allah haqqında heçnə bilmirlər. Bütün varlığı təkamül senarisi ilə izah edirlər.

    Belə olan halda sən dinə yenə inanacaqsan ?

     

     

  9. 12 минуты назад, aqilyunus сказал:

     

    Məncə inanmalısan. Çünki hər şeyə qadir bir varlığa inanmaq mümkündürsə, uzaq qalaktikalardan bizim planetə gələ biləcək ağıllı canlılarında olduğuna inanmaq daha asandır. Mən təəccüb edirəm Allah kimi bir varlığın olduğuna inananlar necə olur ki, başqa planetlərdə yaşayan çox inkişaf etmiş varlıqların olduğuna inana bilmir. Məncə cahillik çoxalıb, yəni insanlar düz başa düşə bilmir dərk edə bilmir.

    Bu mübahisəli məsələdir. Əgər mən dinə inanmasaydım yüz faiz inanardım ki, başqa qalaktikalardada həyat var.

    Amma bu versiya islama ziddir.Dediyim kimi islama görə  qüdrət sahibi olan Allah quranda  bildirib ki, yeri göyü bütün bu varlıq aləmini məhz insana görə yaradıb.

  10. 12 минуты назад, aqilyunus сказал:

     

    Slay, sən inanclı insan kimi konkret inanırsan ya yox?

    Əslində bu sualı cavablandırmaq çox çətindir. Belə deyimdə nə qədər maraqlı olsada belə bir şeyə inanmıram.

    Amma inanıram ki, insanlar elmdə inkişaf edib kosmosu,kainatı fəth edəcəklər.Çünki insan Allahın şah əsəridir.

     

     

  11. Enerji.
    Fizika elmındən bildiyimiz kimi "enerji " sistemin iş görmək qabiliyyəti kimi xarakterizə olunur. Enerji yox olmur və heç nədən yaranmır. Enerji bir şəkildən başqa şəkilə düşür. iş görülən zaman enerji ötürülməsi baş verir......Və s.
    Enerjini izah edən qanunlarla sosial münasibətləri,davranışları izah edən qanunlar eyniyyət təşkil edir. 
    Misal üçün dar dəhlizi keçərkən əks tərfdən gələn adam rahat keçməsi  üçün qəsdən  çiyni ilə səni itələyir.O andan etibarən sən onunla sistem təşkil edirsən. Nə qədər ki, aranızda ədalətsizlik yaranmamışdı  aranızda sistem mövcud deyildi. Amma indi isə sən rəqibə nəzərən  enerji ilə yüklənmisən.Yəni potensial enerjiyə sahibsən. Bu sistem daxilində  yaranmış  enerji boşalmasının iki variantı var.
    Birinci variantda ona əhəmiyyət verməyib bağışlayırsan. Sənin enerjin onu bağışlamağa xərclənir. Yəni bu enerji beynində psixoloji əməliyyatlara sərf olunur. Misal üçün ürəyində hirslənirsən sonra nəticəyə gəlirsən  əşi o eşşəkdi onsuzda ona baş qoşmağına dəyməz. Əgər azca vicdanı varsa mənin cavab verməməyimi anlayıb səhvindın utanacaq.
    Ikinci variantda yaranmış enerjini onun özünə boşaldırsan. Ə xiyar çaşmısan  yoluvu adam kimi keçə bilmirsən ? Artıq sən onu enerji ilə yüklədin. Sitemdə artan silsilə ilə enerji yerdəyişməsi baş verir. Xiyar özünsən ə tutub səni cıraram. Enerji yenidən qayıtdı sənə.Yumruqlar işə düşür.Birin sən birin o , psixoloji enerji fiziki enerji formasına keçir. Sonda enerji tükənir yorulub sakitləşirsiniz.(hələ bu xoşbəxt sonluqdur)Sistemin işi sona çatdı. 
     Bilirik ki, yer üzərində olan hər bir şeyə qravitasiya qüvvəsi ilə təsir edir. Bunun nəticəsində hər bir şey  yer səthinin üzərində dayanır. Yer səthini şərti olaraq sıfır qəbul edək. Sıfır xətti  enerjinin tarazlıq halıdır.Cisim yuxarı qalxdıqda tarazlıq pozulur cisim yerə nəzərən enerji  ilə yüklənir.
    Sosial sahədə də belədir. Əxlaq vəya hüquqi qaydalar psixoloji enerjinin  sıfır yəni tarazlıq vəziyyətidir. Öz enerjinizi əxlaqi və hüquqi tarazlığı pozmağa xərcləməyin.Bu əxlaqi olaraq günahdır hüquqi olaraq isə bumeranq effektidir.Yəni enerji cəza olaraq özünüzə tətbiq olunacaq.
    Öz enerjinizi müsbət planda xərcləyin. Yaradıcılıq,inkişaf və yaxşılığa xərcləyin.

  12. Tolstoy   sayağı etiraf.....Elm bizim bütün suallarımıza cavab verə bilmir. Elm elə suallar üzərində düşünüb cavablar tapır ki, o suallara dəqiq cavablar vermək mümkündür. Bu cavablar vasitəsilə biz dünyanın,materiyanın necə işləməsini anlayıb həyatda öz yaşayışımızı asanlaşdırır, azadlıq səviyyəmizi genişləndiririk.
    Amma bizim  suallarımız o qədər dərin və çoxdur ki, düşüncəmizi təkcə elmin sual və cavabları ilə məhdudlaşdırsaq  dünya görüşümüz,mənəviyyatımız,bilmək tələbatımız və s.  natamam qalır.Bu natamamlıq daxili aləmimizi, ruhumuzu doyurmur.
    Demək elmdən kənar sualları həll etmək istəyəndə  qarşımıza iki variant çıxır.Ya bu suallara cavab tapmaq üçün öz düşüşüncəmizə güvənməliyik yada ki, bu suallarla məşğul olan ciddi bir mənbə tapmalıyıq. Öz düşüncəmizlə gəldiyimiz nəticənin verdiyi rahatlıq uzun sürmür. Başa düşürük ki, bizi daima öz cazibəsində saxlayan  sarsılmaz bir ideya lazımdır. 
    Çıxış yolunu  ikinci variant olan ciddi mənbəni tapmaqda görürük. Axtarışlarımız bizi mövcud olan ciddi  mənbənin özünündə iki hissədən ibarət olduğunu bildirir. Bunlardan biri ümumi fəlsəfə o biri isə dindir.
    Fəlsəfə ilə tanışlıqdan  başa düşürük ki,  fəlsəfənin mahiyyəti aqnostizimdir. Yəni fəlsəfə sualları təhlil edə-edə gətirib səni bilmirəm və henəyə əminliyim yoxdur halına salır.  Amma fəlsəfə sənə bunun müqabilində  çox qiymətli bir qabiliyyət  bəxş edir. Əvvəllər heç vaxt qadir olmadığın məhsuldar düşünmək qabiliyyəti. 
    Sarsılmaz ideyanın axtarışı bizi gətirib çıxardır dinlə tanışlığa. Əslində biz əvvəllərdə dinlə tanış idik.Amma bu tanışlığın çox hissəsi dinin bayağı dərki idi. Yetkin şüura sahibləndikdən sonra dinin əsas kontekstindən anlıyırıq ki,  yəni Allaha və axirətə inandıqdan sonra həyatın mənasına  varlığımızın mənasına dair olan suallara verilən cavablar artıq bizi öz cazibəsindən buraxmır.  Imanın mənası budur. Allah imanımızı kamil etsin.Amin  inşallah !

  13. 13 часа назад, Fakhraddin Sultanov сказал:

    İxtisarla "varlıq" və "yoxluq" barədə də fikirlərimi bildirmək istəyərdim..
    Varlığa və yoxluğa hər nə tərif versək də, necə təsəvvür etsək də, bilməliyik ki,

    - varlıq, yoxluğa nisbətən dəfələrlə, bəlkə də milyon dəfələrlə azdır. Necə ki, eyni hadisə haqqında yüzlərlə, minlərlə müxtəlif şərh söylənilər, amma, həqiqət birdir;

    - varlıq - geniş, yoxluq isə dardır. Bir varlığı bütün cahan tanıyar, yoxluq isə özü-özünü tanımaz;

    - varlıq - güclü, yoxluq isə zəifdir. Varlıq yoxluğu varlıq edə bilər, yoxluq isə varlığı yoxluq edə bilməz.

    Bu fikirləriniz bir qədər mücərəddir. Tam anlamaq üçün suallar yaranır.Amma düşünürəm ki, yormağa ehtiyac yoxdur sizi. Çünki Varlıq və Yoxluq özü ən ümumi mücərrəd kateqoriyadır.Yəni oxuyub tutan tutacaq fikirlərinizi. Mənə isə elə gəldi ki, bu barədə fikirləriniz daha çox mənəvi müstəvidədir.

    • Like 1
  14. 13 часа назад, Fakhraddin Sultanov сказал:

    Ümumiyyətlə, cəmiyyət hər yerdə, bütün dövrlərdə, əsasən, 3 təbəqədən ibarət olub: ümumi kütlə, dəlilər və dahilər. Dəlilər də, dahilər də ümumi kütlədən çox fərqli olduqları üçün, bəzən onları bir-biri ilə səhv salıblar.
    Ümumi mənafe naminə dahilərin atdığı addımlar hər zaman kütlə tərəfindən ilk olaraq, səfeh, axmaq addım kimi qiymətləndirilib.
    Yəni, bu məqamda daha bir dahi alim Eynşteynin "nisbilik nəzəriyyəsi" işə düşür: ...hər bir yenilik ilk etapda kütlə tərəfindən inkar edilir, ikinci etapda şübhə və mübahisə doğurur, üçüncü etapda isə yekdilliklə qəbul edilir.

    Demək istəyirəm ki, balıq tutmaq istəyən, ayağını soyuq suya salmalıdır. Yəni, ümumi mənafə naminə mübarizə apararaq, ləyaqətli və şərafətli işlər görmək istəyən şəxs, nə qədər ümumi kütlə üçün absurd görünsə də, "səfeh" və "axmaq" damğası ilə bir müddət yaşayacağını göz altına almağı bacarmalıdır!...İlk qəhrəmanlıq da məhz buradan başlayır...

    Razıyam   fikirlərinizlə.Bir şeyidə əlavə edim. 
    Sizin çəkdiyiniz misalda kütlə normal kütlədir. Yəni reaksiya normaldır.Birinci inanmırlar inkar edirlər,ikinci mərhələdə şübhəyə düşürlər, üçüncü mərhələdə isə həqiqəti  aşkarlayırlar. 
    Biridə var kütlə ehkamçı şüur tipinə sahibdir.Heç bir yeniliyi heç bir həqiqəti qəbul etmək istəmir. Məhz belə   kütləni silkələyib qəflət yuxusundan  ayıltmaq  üçün qəhrəmanlar lazımdır.  Adi sadə həqiqətləri tupoylara anlatmaq üçün heyif o canlarından keçən qəhrəmanlara. Anormallıq deyəndə bunu nəzərdə tuturdum. Situasiya anormaldırsa qəhrəmanlıq eləməyinə dəyər yoxsa yox ?(Düzdü ruhən qəhrəman doğulanlar məqamı çatanda nəticəni fikirləşmirlər spontan olaraq edirlər.)Bu sual özü türklər demişkən tartışılası felsefi mövzudur.

  15. 2 часа назад, Fakhraddin Sultanov сказал:

    Bütün sualların açarı yəqin ki, elə "ümumi mənafe"nin nədən ibarət olmasını öyrənməyimizdədir...

    - "ümumi mənafe" - iqtisadi, mənəvi və ya dünyəvi dəyərlərdən hansı punktları özündə cəmləyir?

    -"ümumi mənafe" hansı punktları ilə "şəxsi mənafe"dən fərqlənir?

    -"ümumi mənafe" hansı punktları ilə "şəxsi mənafe" ilə eynidir?

    Bu sualları daha dəqiq cavablandırmaq üçün, düşünürəm, əvvəlcə ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmuş insanları sadalamaq, sonra isə onların mübarizəsində ümumi olan məqsədləri, təkanverici qüvvələrini nəzərdən keçirmək gərəkdir.
    Ya bəlkə də, biraz düşünsək, özümüz də "ümumi mənafe"nin nədə olduğunu tapa bilərik..

    Amma, razılaşaq ki, heç birimiz dərhal, əzbərdən bunu söyləyə bilmərik...heyif..

     

    Ümumi mənafenin bədii-fəlsəfi prizmadan izahı    ləyaqətli  vicdanlı olmaq ,qəhrəman olmaq və.s..Razıyam ki, bu ümumi abstraksiyadır.

    Əgər məsələyə konkret yanaşıb ümumi mənafeni ciddi təhlil mövzusu ediriksə vəziyyət qəlizləşir.Üstəlik əgər cəmiyyət anormaldırsa tək başına ümumi mənafe naminə atılan addımlar sənin özünü səfeh vəziyyətə salacaq.

     

     

     

    • Thanks 1
  16. 20 часов назад, Fakhraddin Sultanov сказал:

    Ümumiyyətlə, bədii - fəlsəfi baxımından yanaşsaq, və insanlar üzərində müşahidə aparsaq, görərik ki, elə insanlar var ki, onları görə bilsək də, daha çox həmin insanları "yoxluğa" aid etmək olar.. Bunun əksinə də rast gəlirik.
    Əli ibn Əbu Talib(ə): "Məqsədsiz insan (varlıq) - kölgə (yoxluq) kimidir".


     

    Bədii-fəlsəfi  prizmadan yanaşsaq əgər mən belə düşünürəm. Həyatın ümumi dramasında  hamı üçün əsas məna ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmaqdır. Bu yolda şərəf və ləyaqətlə addımlayanlar öz mənalı varlığını təsdiqləyir. Özlərini saf hislərdən məhrum edib şəxsi mənafe üçün yaşayanlar isə sizin misaldakı kimi yox kimi bir şeydilər.

    • Like 1
  17. 1 час назад, Fakhraddin Sultanov сказал:

    Əminəm ki, bu müasir elm ən uzağı 1 əsrdən sonra bu müasir elmi tam inkar edən daha bir müasir elmlə əvəz olunacaq.
    Odur ki, mən ən azı 15 əsr yaşı olan, daha dəqiq desək, əbədi elmin tərəfdarıyam.

    Yuxarıdakı postda "Əbədi varlıq odur" deyəndə siz nəyi nəzərdə tutmuşdu-

    nuz? Cümlələri elə qurmusunuz ki, mən düşündüm ki, zaman və məkanın əbədi olduğunu deyirsiniz.Əgər belədirsə hətta 15 əsr yaşı olan əbədi elmə görədə zaman və məkan yoxdan yaradılıb.Yəni zaman və məkan əbədi varlıq deyil.Əbədi olan Allahdır.

    Əgər sizdə Allahı nəzərdə tutmuşdunuzsa onda mən düz anlamamışam.

    O ki, qaldı müasir elmə bəli başqa variant yoxdur. Zaman və məkan daxilində inkişafın metodu belədir.Təzə köhnənin çatışmayan cəhətlərini inkar eliyib yenilənir.Ta ki, öz qüsurları meydana çıxana qədər qüvvədə qalır.

    • Like 1
  18. 6 часов назад, Gülekek сказал:

    Inkar inkar qanuna görə biz həqiqətə gəlirik!

    Onda yoxluq yoxluqa görə biz varlıqa gəlirik!)

    Dialektikanın qanunları varlıq aləminə aiddir. Varlıq varlığa çevrilməmişdən əvvəl sinqulyar halda idi.Bu yoxluq vəya heçlik vəziyyətidir. Varlığın sinqulyar haldan çıxıb varlıq olması üçün təkan verici qüvvə lazımdır. Bu qüvvə isə əbədi bir varlıq olmalıdır. Metafizika bu qüvvəyə Allah(ali şüur) deyir. Elm isə buna super qüvvə deyir.(fizikadan bildiyimiz 4 universal qüvvənin birgəliyi) Elm super qüvvənin spontan olaraq işə düşdüyünü deyir. Metafizika (vəya din) isə işə salmanın mahiyyətində məqsədin  olduğunu deyir. 

  19. 12 часа назад, Fakhraddin Sultanov сказал:

    Varlıq və yoxluq zaman və məkana görə nisbidir.
    Bir məkan və zamana görə var olan, digər zaman və məkanda yoxdur.

    Əbədi varlıq Odur!

    Amma müassir elm başqa cür deyir.

     Zaman və məkan hələ üstəlik enerji  binq bənq nəticəsində spontan olaraq yaranıb. Binq bənqdən əvvəl heçlik idi.Nə zaman var idi nə məkan nədəki enerji. 

     

  20. 15 часов назад, ya Hu! сказал:

    Bəli, əxlaq insaniyyətliyi müəyyən edən ən mühüm keyfiyyətlərdən biridir. Sufilər, eləcə də bütün ruhani yola düşüb özünütərbiyyə ilə məşğul olanlar gözəl əxlaq sahibi olurlar. Əslində heç pis adam yoxdu dünyada, sadəcə bəzilərinin əxlaqı pisdir ki, o da daimi deyil. Pis əxlaq xəstəlik kimi birgün keçib gedir. Demək olar ki, elə pis əxlaq özü də bir növ xəstəlikdir, mental xəstəlik. Əgər xəstəlik dərman atmaqla keçirsə pis əxlaq ancaq özünütərbiyyə yolu ilə yaxşılaşır. Soyuqdəymənin əlaməti qızdırma olduğu kimi pis əxlaq da pis həyat tərzinin əlamətidir. Məsələn biri yalançıdırsa o birdəfə qorxudan, bir dəfə nəfsin saxlaya bilmədiyindən və sair İnsanlığa xas olmayan hisslərin onun iradəsindən güclü olması səbəbindən yalan danışıbsa yalançılıq onda adətə çevrilib, onun həyat tərzinə dönüb və artıq onda pis bir əxlaq formalaşdırıb. Odur ki, insan gərək özündə “pis əxlaq” xəstəliyinin əlamətlərini anladığı an vaxt itirmədən “özünütərbiyyə” dərmanın qəbul etməyə başlaya. Bir sözlə insan gərək o filmdə deyildiyi kimi əqlin etirasına hakim edə bilə.

    Pis həyat tərzi insanda pis əxlaq formalaşdırır. Sonra bu pis əxlaq vərdişə çevrilir. Bu fikirlərinizlə razıyam.

    Məndə davam eliyim. Bilirik ki, vərdişlər bizim köməkçimizdir. Hərəkətlər vərdiş halına keçəndən sonra avtomatlaşır. Artıq hər dəfə həmin hərəkətləri icra etmək zamanı hər dəfə diqqətimizi  tamamamilə onlara fokuslamağa və məşğul etməyə ehtiyac qalmır. Hərəkətlər vərdiş olaraq avtomatik icra olunur. Əxlaqda isə vəziyyət dahada mürəkkəbdir. Çünki əxlaq formalaşdıqdan sonra xasiyyətə çevrilir.(xasiyyət isə şüuraltında möhkəmlənmiş vərdişlər toplusudur) Xasiyyət isə qərar vermə prosesində  çox vaxt ağıl  və iradədəndə güclü dominantlıq edir.

    Demək insan həyatda xeyir tapmaq və xoşbəxt yaşamaq  üçün öz əxlaqını  ümumbəşəri birgəyaşayış normalarına uyğun formalaşdırmalıdır.Sizinlə razıyam ki, özünü tərbiyyəni qarşısına məqsəd qoyan çox çətində olsa pis əxlanı düzəldə bilər. Bu prosesdə xasiyyət dəyişilir.Neçə illərnən formalaşmış vərdişlər dağılır, yeni struktur qurulur.  Bu şəxsiyyətin mənəvi transformasiyasıdır.  Dində tövbə etmək məhz budur.Çoxları elə bilir günahlarıvı etiraf edib tövbə deyirsən qurtardı getdi. Tövbə etmək dəyişilmək deməkdir. Nəfslə cihad yəni müasir psixoloji dildə desək şüuraltını pisliklərdən təmizləyib saf vərdişlərlə möhkəmlətməkdir.

    hələlik bu qədər.

     

     

    • Like 1
×
×
  • Create New...