Jump to content
Disput.Az Forum

Slay

Amateurs
  • Content Count

    237
  • Joined

  • Last visited

  • Points

    42 [ Donate ]

Community Reputation

71 Neutral

About Slay

  • Rank
    Pro-Active

Profile Information

  • From
    Vvv

Recent Profile Visitors

1,359 profile views
  1. Məsələyə aqnostik prizmadan yanaşsaq əgər sizin fikrinzlə razıyam. Elə bu prizmadan bir-iki fikirdə mən söylüyüm. Zati olaraq yaradan bizim idrakımızın obyekti deyil. Yəni biz maddəni ,zaman və məkan biçimində olan varlıqları görə bildiyimiz ,duya bildimiz kimi Yaradanı duya bilmərik bilə bilmərik.(Əlimi uzadıb deyə bilmərəm ki, Yaradan bax budur )Yəni Yaradan yoxdur deyəndə əslində bu o deməkdir ki, Yaradan bizim idrakımızda konkret bir obyekt kimi yoxdur. Sual olunur ki, bəs onda biz yaradanın olduğu nəticəsini hardan çıxardırıq ? Ortalıqda maddə var və birdə maddənin mütləq olaraq bilmədiyimiz mahiyyəti. Yaradan ideyasına inananlar məhz ona inanır ki, maddənin mahiyyətinin arxasında Yaradıcı varlıq var. Bunu nə subut nədəki inkar etmək mümkün deyil. Hər iki versiyada şəxsi qənaətdi. Yenədə qeyd edirəm ki, bu fikirlərim fəlsəfi aqnostik yanaşma idi.
  2. Nə bilim .... mən inanmıram.NLO barədə məlumatlarıda ciddi hesab eləmirəm.Həmdə dediyim kimi bu versiya dinin əsas məzmununa uyğun gəlmir.
  3. Bəs onları kim yaradıb ? Onların həyatının mənası nədir? Əgər onların bizdən ağıllı olduqları halda Alahdan xəbərləri yoxdursa sən öz dini inancınla bunu necə interpretasiya edirsən ? Bizdə yer kürəsində dinə görə Allaha inanmayan insan nə qədər elmli olsa belə kafir sayılır.Çünki onun dindən xəbəri var amma inanmır inkar edir.Əgər yadplanetlidə bizim kimi varlıqdlrsa amma dinləri yoxdursa bundan hansı nəticələr çıxır ?
  4. Sən inanırsan ki, kainatda bizdəndə qat-qat ağıllı canlılar yaşayır və bu canlılar kosmik gəmiləri ilə istənilən qalaktikaya səyahət edə bilərlər? Təsəvvür et ki, bir gün onlar gəlib bura çıxırlar. Söhbət əsnasında məlum olur ki, onlar sənin mənim inandığım Allah haqqında heçnə bilmirlər. Bütün varlığı təkamül senarisi ilə izah edirlər. Belə olan halda sən dinə yenə inanacaqsan ?
  5. Bu mübahisəli məsələdir. Əgər mən dinə inanmasaydım yüz faiz inanardım ki, başqa qalaktikalardada həyat var. Amma bu versiya islama ziddir.Dediyim kimi islama görə qüdrət sahibi olan Allah quranda bildirib ki, yeri göyü bütün bu varlıq aləmini məhz insana görə yaradıb.
  6. Əslində bu sualı cavablandırmaq çox çətindir. Belə deyimdə nə qədər maraqlı olsada belə bir şeyə inanmıram. Amma inanıram ki, insanlar elmdə inkişaf edib kosmosu,kainatı fəth edəcəklər.Çünki insan Allahın şah əsəridir.
  7. Həddindən artıq maraqlı bir şeydir bu. Başqa qalaktikalardada həyat varsa və günlərin bir günü ordakı varlıqlar kosmik gəmiləri ilə gəlib bura çıxsınlar. Mən düşünürəm ki, naməlum uçan obyektlər haqqında olan şaiyələr həmin bu şiddətli maraqdan yaranıb.
  8. Enerji. Fizika elmındən bildiyimiz kimi "enerji " sistemin iş görmək qabiliyyəti kimi xarakterizə olunur. Enerji yox olmur və heç nədən yaranmır. Enerji bir şəkildən başqa şəkilə düşür. iş görülən zaman enerji ötürülməsi baş verir......Və s. Enerjini izah edən qanunlarla sosial münasibətləri,davranışları izah edən qanunlar eyniyyət təşkil edir. Misal üçün dar dəhlizi keçərkən əks tərfdən gələn adam rahat keçməsi üçün qəsdən çiyni ilə səni itələyir.O andan etibarən sən onunla sistem təşkil edirsən. Nə qədər ki, aranızda ədalətsizlik yaranmamışdı aranızda sistem mövcud deyildi. Amma indi isə sən rəqibə nəzərən enerji ilə yüklənmisən.Yəni potensial enerjiyə sahibsən. Bu sistem daxilində yaranmış enerji boşalmasının iki variantı var. Birinci variantda ona əhəmiyyət verməyib bağışlayırsan. Sənin enerjin onu bağışlamağa xərclənir. Yəni bu enerji beynində psixoloji əməliyyatlara sərf olunur. Misal üçün ürəyində hirslənirsən sonra nəticəyə gəlirsən əşi o eşşəkdi onsuzda ona baş qoşmağına dəyməz. Əgər azca vicdanı varsa mənin cavab verməməyimi anlayıb səhvindın utanacaq. Ikinci variantda yaranmış enerjini onun özünə boşaldırsan. Ə xiyar çaşmısan yoluvu adam kimi keçə bilmirsən ? Artıq sən onu enerji ilə yüklədin. Sitemdə artan silsilə ilə enerji yerdəyişməsi baş verir. Xiyar özünsən ə tutub səni cıraram. Enerji yenidən qayıtdı sənə.Yumruqlar işə düşür.Birin sən birin o , psixoloji enerji fiziki enerji formasına keçir. Sonda enerji tükənir yorulub sakitləşirsiniz.(hələ bu xoşbəxt sonluqdur)Sistemin işi sona çatdı. Bilirik ki, yer üzərində olan hər bir şeyə qravitasiya qüvvəsi ilə təsir edir. Bunun nəticəsində hər bir şey yer səthinin üzərində dayanır. Yer səthini şərti olaraq sıfır qəbul edək. Sıfır xətti enerjinin tarazlıq halıdır.Cisim yuxarı qalxdıqda tarazlıq pozulur cisim yerə nəzərən enerji ilə yüklənir. Sosial sahədə də belədir. Əxlaq vəya hüquqi qaydalar psixoloji enerjinin sıfır yəni tarazlıq vəziyyətidir. Öz enerjinizi əxlaqi və hüquqi tarazlığı pozmağa xərcləməyin.Bu əxlaqi olaraq günahdır hüquqi olaraq isə bumeranq effektidir.Yəni enerji cəza olaraq özünüzə tətbiq olunacaq. Öz enerjinizi müsbət planda xərcləyin. Yaradıcılıq,inkişaf və yaxşılığa xərcləyin.
  9. Tolstoy sayağı etiraf.....Elm bizim bütün suallarımıza cavab verə bilmir. Elm elə suallar üzərində düşünüb cavablar tapır ki, o suallara dəqiq cavablar vermək mümkündür. Bu cavablar vasitəsilə biz dünyanın,materiyanın necə işləməsini anlayıb həyatda öz yaşayışımızı asanlaşdırır, azadlıq səviyyəmizi genişləndiririk. Amma bizim suallarımız o qədər dərin və çoxdur ki, düşüncəmizi təkcə elmin sual və cavabları ilə məhdudlaşdırsaq dünya görüşümüz,mənəviyyatımız,bilmək tələbatımız və s. natamam qalır.Bu natamamlıq daxili aləmimizi, ruhumuzu doyurmur. Demək elmdən kənar sualları həll etmək istəyəndə qarşımıza iki variant çıxır.Ya bu suallara cavab tapmaq üçün öz düşüşüncəmizə güvənməliyik yada ki, bu suallarla məşğul olan ciddi bir mənbə tapmalıyıq. Öz düşüncəmizlə gəldiyimiz nəticənin verdiyi rahatlıq uzun sürmür. Başa düşürük ki, bizi daima öz cazibəsində saxlayan sarsılmaz bir ideya lazımdır. Çıxış yolunu ikinci variant olan ciddi mənbəni tapmaqda görürük. Axtarışlarımız bizi mövcud olan ciddi mənbənin özünündə iki hissədən ibarət olduğunu bildirir. Bunlardan biri ümumi fəlsəfə o biri isə dindir. Fəlsəfə ilə tanışlıqdan başa düşürük ki, fəlsəfənin mahiyyəti aqnostizimdir. Yəni fəlsəfə sualları təhlil edə-edə gətirib səni bilmirəm və henəyə əminliyim yoxdur halına salır. Amma fəlsəfə sənə bunun müqabilində çox qiymətli bir qabiliyyət bəxş edir. Əvvəllər heç vaxt qadir olmadığın məhsuldar düşünmək qabiliyyəti. Sarsılmaz ideyanın axtarışı bizi gətirib çıxardır dinlə tanışlığa. Əslində biz əvvəllərdə dinlə tanış idik.Amma bu tanışlığın çox hissəsi dinin bayağı dərki idi. Yetkin şüura sahibləndikdən sonra dinin əsas kontekstindən anlıyırıq ki, yəni Allaha və axirətə inandıqdan sonra həyatın mənasına varlığımızın mənasına dair olan suallara verilən cavablar artıq bizi öz cazibəsindən buraxmır. Imanın mənası budur. Allah imanımızı kamil etsin.Amin inşallah !
  10. Bu fikirləriniz bir qədər mücərəddir. Tam anlamaq üçün suallar yaranır.Amma düşünürəm ki, yormağa ehtiyac yoxdur sizi. Çünki Varlıq və Yoxluq özü ən ümumi mücərrəd kateqoriyadır.Yəni oxuyub tutan tutacaq fikirlərinizi. Mənə isə elə gəldi ki, bu barədə fikirləriniz daha çox mənəvi müstəvidədir.
  11. Razıyam fikirlərinizlə.Bir şeyidə əlavə edim. Sizin çəkdiyiniz misalda kütlə normal kütlədir. Yəni reaksiya normaldır.Birinci inanmırlar inkar edirlər,ikinci mərhələdə şübhəyə düşürlər, üçüncü mərhələdə isə həqiqəti aşkarlayırlar. Biridə var kütlə ehkamçı şüur tipinə sahibdir.Heç bir yeniliyi heç bir həqiqəti qəbul etmək istəmir. Məhz belə kütləni silkələyib qəflət yuxusundan ayıltmaq üçün qəhrəmanlar lazımdır. Adi sadə həqiqətləri tupoylara anlatmaq üçün heyif o canlarından keçən qəhrəmanlara. Anormallıq deyəndə bunu nəzərdə tuturdum. Situasiya anormaldırsa qəhrəmanlıq eləməyinə dəyər yoxsa yox ?(Düzdü ruhən qəhrəman doğulanlar məqamı çatanda nəticəni fikirləşmirlər spontan olaraq edirlər.)Bu sual özü türklər demişkən tartışılası felsefi mövzudur.
  12. Ümumi mənafenin bədii-fəlsəfi prizmadan izahı ləyaqətli vicdanlı olmaq ,qəhrəman olmaq və.s..Razıyam ki, bu ümumi abstraksiyadır. Əgər məsələyə konkret yanaşıb ümumi mənafeni ciddi təhlil mövzusu ediriksə vəziyyət qəlizləşir.Üstəlik əgər cəmiyyət anormaldırsa tək başına ümumi mənafe naminə atılan addımlar sənin özünü səfeh vəziyyətə salacaq.
  13. Bədii-fəlsəfi prizmadan yanaşsaq əgər mən belə düşünürəm. Həyatın ümumi dramasında hamı üçün əsas məna ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmaqdır. Bu yolda şərəf və ləyaqətlə addımlayanlar öz mənalı varlığını təsdiqləyir. Özlərini saf hislərdən məhrum edib şəxsi mənafe üçün yaşayanlar isə sizin misaldakı kimi yox kimi bir şeydilər.
  14. Yuxarıdakı postda "Əbədi varlıq odur" deyəndə siz nəyi nəzərdə tutmuşdu- nuz? Cümlələri elə qurmusunuz ki, mən düşündüm ki, zaman və məkanın əbədi olduğunu deyirsiniz.Əgər belədirsə hətta 15 əsr yaşı olan əbədi elmə görədə zaman və məkan yoxdan yaradılıb.Yəni zaman və məkan əbədi varlıq deyil.Əbədi olan Allahdır. Əgər sizdə Allahı nəzərdə tutmuşdunuzsa onda mən düz anlamamışam. O ki, qaldı müasir elmə bəli başqa variant yoxdur. Zaman və məkan daxilində inkişafın metodu belədir.Təzə köhnənin çatışmayan cəhətlərini inkar eliyib yenilənir.Ta ki, öz qüsurları meydana çıxana qədər qüvvədə qalır.
  15. Dialektikanın qanunları varlıq aləminə aiddir. Varlıq varlığa çevrilməmişdən əvvəl sinqulyar halda idi.Bu yoxluq vəya heçlik vəziyyətidir. Varlığın sinqulyar haldan çıxıb varlıq olması üçün təkan verici qüvvə lazımdır. Bu qüvvə isə əbədi bir varlıq olmalıdır. Metafizika bu qüvvəyə Allah(ali şüur) deyir. Elm isə buna super qüvvə deyir.(fizikadan bildiyimiz 4 universal qüvvənin birgəliyi) Elm super qüvvənin spontan olaraq işə düşdüyünü deyir. Metafizika (vəya din) isə işə salmanın mahiyyətində məqsədin olduğunu deyir.
×
×
  • Create New...
Наши цены на рекламу