Jump to content
Disput.Az Forum

FMRI

Members
  • Content Count

    530
  • Joined

  • Last visited

  • Points

    23 [ Donate ]

Community Reputation

104 Good

About FMRI

Profile Information

  • Gender
    Male
  • From
    Azerbaijan

Recent Profile Visitors

770 profile views
  1. Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün - MÜRACİƏT QAYDALARI 18:33 6 İyul 2020 Əhali arasında koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi, bir sıra şəhər və rayonlarda isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. İcazələr Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir. Sahibkarlıq subyektləri tərəfindən icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq, bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv edilib. Bununla əlaqədar, fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər “icaze.e-gov.az” portalına daxil olmaqla işçi heyətinin qeydiyyatı ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməli olublar. İqtisadiyyat Nazirliyi bildirir ki, fəaliyyətinə icazə verilmiş sahələr barədə məlumat vergi ödəyicilərinin internet vergi idarəsindəki şəxsi elektron kabinetinə göndərilir. Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri aşağıdakı vasitələrlə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər: Yazılı şəkildə (kağız daşıyıcısında); Onlayn kargüzarlıq (e-taxes.gov.az saytındakı elektron kabinet vasitəsilə); “195-1” Çağrı Mərkəzi. Daxil olan müraciətlər Dövlət Vergi Xidmətinin vahid məlumat bazasına yönəldilir və yerli vergi orqanları tərəfindən təxirə salınmadan araşdırılır. Müraciətin araşdırılması zamanı vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə siyahısı təsdiq edilmiş fəaliyyətinə icazə verilən sahələrə aid olub-olmadığı yoxlanılır. Müraciət əsaslı olarsa, həmin vergi ödəyicisinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal “ASAN xidmət”ə göndərilir. Vergi ödəyicilərindən daxil olan müraciətlərin araşdırılması zamanı ən çox rast gəlinən hallardan biri də vergi ödəyicilərinin real fəaliyyət sahəsi təsnifat kodu üzrə əsas fəaliyyət sahəsinə uyğun gəlməməsi və ya vergi orqanlarına fəaliyyət sahələri üzrə təqdim olunan məlumatlarda uyğunsuzluqların müşahidə edilməsidir ki, bu da icazələrin aktivləşdirilməsində çətinliklər yaradır. Vergi sisteminin məlumat bazasında əvvəllər icazəsi olmuş, hazırda isə icazələrin verilməsi məhdudlaşdırılmış bu cür bir sıra hüquqi və fiziki şəxs vardır. Belə hallar zamanı hüquqi və fiziki şəxslərdən öz şəxsi məlumatlarına bir daha baxılması və fəaliyyət istiqamətlərini dəqiqləşdirməsi tövsiyə edilir. Hazırda həmin hüquqi və fiziki şəxslərlə bağlı məsələlər araşdırılır və fəaliyyəti zəruri olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə bərabər şəraitin yaradılması, sahibkarların maliyyə zərərlərinə məruz qalmaması üçün qısa müddətdə onların işçilərinin sayına uyğun olaraq məhdud sayda icazələrin aktivləşdirilməsi nəzərdə tutulur. Fəaliyyətinə icazə verilməyən, lakin fəaliyyətinin dayandırılması mümkün olmayan zəruri sahələrlə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti üzrə əlavə müraciət ediləcəkdir. Dövlət qurumları isə işçi heyətin sayına əlavə ehtiyaclar yaranacağı təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidirlər. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinın qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır. 6 iyul saat 14.00-a olan məlumata görə, artıq “icaze.e-gov.az” portalında 24.862 işəgötürən tərəfindən 552.616 işçiyə icazə alınıb. İqtisadi fəallığın saxlanmasında bilavasitə maraqlı olan İqtisadiyyat Nazirliyi sahibkarları ölkədə yaranmış sanitar-epidemioloji duruma həssaslıqla yanaşmağa çağırır. Hazırda nazirliyin bütün strukturları fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vergi ödəyicilərinin qarşılaşdığı çətinlikləri həll etmək üçün səfərbər olunub. İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodlarını təqdim edir. Hüquqi və fiziki şəxslər fəaliyyətinə icazə verilən sahələr, habelə işçi sayına tətbiq edilən məhdudiyyətlər barədə məlumatı aşağıdakı link vasitəsilə dəqiqləşdirə bilərlər: https://www.economy.gov.az/article/bildirish/31033
  2. Milli Məclis yenidən növbədənkənar sessiya çağırır Milli Məclis yenidən növbədənkənar sessiyası keçirəcək. Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin 42-dən çox deputatı növbədənkənar sessiyanın çağrılması təşəbbüsü ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Müraciətin əsas məqsədi 2020-ci ilin dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlıdır. Sessiyanın növbəti həftələrdə keçirilməsi nəzərdə tutulur.
  3. Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqəsi fəaliyyətə başlayıb. Marja-nın məlumatına görə, banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərlilər istədikləri məbləğdə ABŞ Dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər. Marja-nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində Dollar 1.70 manatdan alınır, 1.7060-1.7070 manatdan satılır. Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 -1.7025 manatdan satırlar. Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən valyutadəyişmə məntəqələri fəaliyyətlərini dayadırmışdılar. Əldə etdiyimiz məlumata görə, yenidən müəyyən tələblər çərçivəsində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək. “Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik”, - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs Marja-ya bildirdi. Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər. Bu limiti aşan şəxslərə dollar satılmır. https://marja.az/58629/bakida-ozel-valyutadeyisme-menteqeleri-fealiyyete-baslayib-alis-satis-qiymetleri
  4. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul etmişdir. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Marja-ya daxil olmuş məlumatda bildirilir. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Beləliklə, illik 12%-dək faiz dərəcələri ilə milli valyutada banklara yatırılan əmanətlər sığortalanacaqdır. Əmanətlər dekabr ayınadək tam sığortalanacaqdır. https://marja.az/56810/qorunan-emanetler-uzre-faizin-yuxari-heddi-qaldirildi?fbclid=IwAR2LLkGv73343b2-d2GTTiOQp7fR4EHHAN32kxUKKNPv4dgUPUB46fnIXCU
  5. Закупка продуктов в Браво на сумму 179,15 Ман BirKart CashBack - 2.69 Ман Umico Loyalty - 1.81 Ман Umico Зейтун Баглары 0,30 Ман EDV Geri Al - 2.38 Ман Бонус суммарно - 7,18 Ман
  6. В основнои это затронет магазинов електротехники и одежды. Также ресторанный бизнес. Там обороты большие.
  7. ƏDV-Nİ NECƏ GERİ QAYTARMALI ✅Yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayın. ✅Şəxsiyyətinizi təsdiq edən sənədin FİN kodunu və mobil nömrə daxil edərək qeydiyyatdan keçin (https://edvgerial.az/az) ✅Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni (nümunə çekdə göstərilib) daxil edin. ✅Çek yarandığı gündən 30 gün sonra elektron kabinetinizdə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i əks olunacaq.
  8. Səlahiyyəti əlindən alınan banklar kimə məxsusdur? Bu gün Mərkəzi Bank ölkədə kifayət qədər tanınan 4 bankın “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-nin səlahiyyətlərinin alınması ilə bağlı məlumat yaydı. Məlumata deyilir ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib. Yəni bank rəhbərlərinin səlahiyyətləri formal olaraq olaraq qalır. Qeyd edək ki, səlahiyyətləri alınan banklar kifayət qədər tanınmış şəxslərə məxsusdu. “Yeni Sabah” bildirir ki, “Atabank” keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olub. Ötən il sabiq nazir Fazil Məmmədov tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının – bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri iddia olunub. Bunula bağlı nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib. “AtaBank” maliyyə hesabatında göstərib ki, 22 min manat mənfəəti var. Amma “AtaBank”ın kredit portfelində göstərdiyi, amma əslində, kredit vermədiyi milyonlarla vəsait var. “AtaBank” guya hansısa hüququ şəxsə 22.5 milyon dollar kredit verib, girovu da yoxdur. Həmin şirkətin də kapitalı 10 manatdır. Əslində, bu kredit verilməyib və verilə də bilməz. Çünki həmin dövrdə “AtaBank”ın o qədər pulu olmayıb. “AtaBank” guya verdiyi krediti hesabatlarda aktiv kimi göstərir. Başqa bir şəxsə isə “AtaBank” guya 50 milyon dollar kredit verib. Halbuki o krediti verməyib. Onu da xatırladaq ki, “Atabank” ASC koronavirus pandemiyası ilə bağlı Koronavirus Fonduna 100 min manat ianə edib. “AGBank” ASC isə keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur. Belə ki, Çingiz Əsədulayev keçmiş MTN şefi Eldar Mahmudovun biznes ortağı olub. Ancaq 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra Çingiz Əsədullayev deputat seçilə bilməyib. Həmçinin Çingiz Əsədullayev Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dost olub. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxuyub. Belə ki, Çingiz Əsədullayevin Eldar Mahmudovun pullarının Azərbaycandan ofşor yollarla çıxarılmasında adı hallanırdı. “NBCBank” ASC isə Nurgün Qrup MMC-nin rəhbəri Nuru Əliyevə məxsusdur. 17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı "Ruzu" Bank. 2002-ci ildən adını dəyişərək "NBCBank" olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi. 2017-cı ildə N.Əliyev bankın kapitalındakı iştirak payını 57,51%-dən 69 faizə qədər artırıb və beləliklə bankın demək olar tam sahibinə çevrilib. Əslində Nuru Əliyev kimdir? Azərbaycan yeni müstəqillik qazanan illərdə Nuru Əliyevin aeroportda gömrük rəisi olub. Burada qısa müddətdə varlanan N.Əliyev indi ölkənin ən böyük holdinqlərdən birinə çevrilən “Nurgün” Holdinqin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin disribütorluğunu alaraq ölkəyə müxtəlif məhsullar keçirib qısa müddətdə fantastik dərəcədə varlanmağa şərait yaradıb. Onun ölkəyə gətirdiyi məhsulların spektri o qədər geniş olub ki, adam heyrətlənməyə bilmir. Çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər...Onu da qeyd edək ki, Nuru Əliyev bir zamanlar kifayət qədər imkanlara malik olan Hafiz Məmmədvla (Hafka) da quda olub. Qeyd edək ki, “NBCBank” hətt ötən il depozit yerləşdirənlər üçün faiz dərəcəsini illik olaraq ən yüksək - 12.5%-ə qaldırsada bu onun nüflis olmaqdan xilas etməyib. Maraqlı məqam burasındadır ki, bu qədər imkanlara malik bank müdiri koronavirusla bağlı yaradılan fonda “NBCBank” adından hər hansı bir ianə də etməyib. “AmrahBank” ASC-nin kimə məxsus olması isə Azərbaycanda demək olar ki, böyükdən kiçiyə hamıya məlumdu. Azərbaycanın bank rəhbərlərindən hesab olunan Yunis İldırımzadə, Bankın təsisçisi kimi, yarandığı gündən onun sürətli inkişafında müstəsna rol oynamışdır. Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. 10 il müxtəlif dövlət strukturlarında fəaliyyət göstərmişdir. Bu sahədə son olaraq Azərbaycan Dövlət Yanacaq Komitəsində rəhbər vəzifələrin birində çalışmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra fəal olaraq özəl bank sektoruna qoşulmuşdur. 1993-cü ildən “Amrahbank”ın Müşahidə Şurasının Sədridir. Yarandığı gündən yüksələn xətt üzrə inkişaf edən “Amrahbank” 2015-ci ildəki devalvasiyadan sonra özünə gələ bilmədi. Belə ki, 2018-ci ilin yekununda “Amrah Bank”ın öhdəlikləri aktivlərini üstələyib. Bu haqda məlumat isə bankın müvafiq dövrün hesabatında yer alıb. Auditor yoxlaması “Amrah Bank”ın müflis olduğunu üzə çıxarıb. Hesabata görə, 2018-ci ilin əvvəlinə Bank 199,864 milyon manatlıq cəmi aktivlərə, 210,919 milyon manatlıq cəmi öhdəliklərə malik olub. Son nəticədə kredit təşkilatının cəmi kapitalında 11,055 milyon manatlıq çatışmazlıq yaranıb (yəni kapitalı mənfiyə düşüb). Faktiki olaraq audit yoxlamasından sonra Bankın müflis olduğu üzə çıxıb. Amma “Amrah Bank” özünü rəsmi olaraq müflis elan etməyib. Qeyd edək ki, müflis durumda olmağına baxmayaraq “Amrah Bank” koronavirusla bağlı fonda digər banklardan fərqli olaraq 200 min manat pul köçürüb. Onu da qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Yunis İldırımzadə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə qardaşdır. Yusif İldırmzadə isə keçmiş Daxili İşlər naziri Ramil Usubovla qudadı. Həmçinin Yunis İldırımzadənin oğlu Əmrah İldırmzadənin adı “Günay Bank” işi kimi tanınan cinayət işində Emin Zeynalova faizə pul verənlər sırasında da hallanmışdı. Belə ki, o, Zeynalova 300 min ABŞ dollar pul vermişdi. https://yenisabah.az/selahiyyeti-elinden-alinan-banklar-kime-mexsusdur
  9. Уважаемые Господа что думаете? 2019 Budcə nəzərdə tutub - 60 Dollardan Bazar dəyəri Azeri Light - 66,8 Dollar Dollar kursu - 1.70 AZN ========================== 2020 Budcə nəzərdə tutub - 55 Dollardan Bazar dəyəri Azeri Light 01.04.2020 - 28.04.2020 - 20.9 Dollar kursu - 5.1 AZN ========================== 1 Barrel 60 Dollar oldugu halda 1.70 Manat 1 Barrel 20 Dollar olarsa 5.10 Manat
  10. По поводу юстиций реформы идут на базовом уровне. Создают платформу для прозрачного судопроизводства. Но оно требует чуть больше времени так как Кадры тоже имеют желание не реформироватся. Вспомните создание про Экономоических судей. Электронных судебных кабинетов для граждан (https://e-mehkeme.gov.az) и публикация Решений суда с анонимизацией персональных данных.
  11. Я надеюсь что не прав НО это Азербайджан. 1) Большинство тендерных проектов изначально осуществляется через знакомых компаний. С обговоренным бюджетом. Потом чтобы получить деньги из казначейства компании осуществляющий проект пишет сам требование для тендера с условиями которые он сам подходит максимально и дальше этот "ТЕНДЕР" регистрируют в портале.
  12. Да технически. Но в основном большинство заказов и услуг не попадают под требования для Тендера и работают не высвечиваясь.
×
×
  • Create New...
Наши цены на рекламу