Jump to content

Deymon Salvatore

Members
  • Content Count

    1,298
  • Joined

  • Last visited

Community Reputation

325 Good

Profile Information

  • Gender
    Male
  • From
    Baku

Recent Profile Visitors

1,548 profile views
  1. Bax belə saxtakarlıqlarla məşğul olub, məmurlardan və sistemdən giley-güzar edənlər bir ayrı cürə "cızdığından" çıxarır adamı.Eləsinə deyən lazımdır ki,birinci özündən başla də,ay riyakar,ay qansız.Yoxsa özümə sərf edəndə olar,haqqıma girəndə yaxamı cırım, ədalətsizlikdən danışım filan. Qaldı ki düzəlməyinə, düzələn deyil.Çünki, həddən artıq eqoist və vicdansız insanlarımız var.Bunu yazan kimi də,deyəcəklər "hamıya şamil etmə".Hamıya şamil etmirəm,amma parazitlərimiz çoxdur də,səhv demirəm ki...
  2. Siz təsadüfən Kinopoisk resursunda qeydiyyatdan keçməmisiniz?Orada varsınızsa,sizi də dostluğuma əlavə edim.
  3. Axır ki).Təbriklər.Siz bu səfər hamıdan zirək çıxdınız.İndi deyin görüm,filmin özünə baxmısınız,yoxsa müəyyən məntiqi gedişlərlə tapdınız?)
  4. Xeyir.Siz yanlış anlamısınız.Bəs məndə üçüncü şəkil elə siz dediyiniz filmdəndi.Onda tapmacanın nə mənası olardı?)Bu şəkil yönəltmək üçündür.Yəni, Kolin Förtə qəti şəkildə köklənməyin.Mən nəzərdə tutduğum filmdə də çox məhşur və gözəl bir sənətkar çəkilib.Yeri gəlmişkən, bir neçə il qabaq rəhmətə getdi.
  5. Burada üzr istəməli nə var ki,Allah köməyiniz olsun. Original adı 12 hərfdir,rus dilində 9 hərf. Köməklik üçün açar sözlər;foto, bir ailə və tənha adam(kişi)
  6. Triller və drama.Görüm kim tez tapacaq.
  7. Məlum məsələdir ki, söhbət çoxluqdan gedir, Zaman.Mən də bu millətin nümayəndəsiyəm də, özümə şamil edirəm bütün sadaladıqlarımı bəyəm?Ancaq acınacaqlı da olsa, göz önündə olan faktlar var.Məncə, özünüz də bunu çox gözəl bilirsiniz.Sadəcə olaraq, bununla barışmaq çətindir.Mən də bir vaxtlar özüm-özümü aldadırdım.Gündəlik rast gəldiklərim isə, tam əksinin göstəricisi idi və mənim ümidlərimi puça çıxarırdı.
  8. Ümumiyyətlə, bizim millət, bir-birinin həyatını zəhərləməyi sevən millətdir.Mən deyirəm də, ölsəm, infarktdan öləcəm axırda.Çünki mən bu ölkədə heçkimə heçnəyi sübut edə bilmirəm.Axırda da hələ məlum olur ki, günahkar elə mən özüməm, pis kişi də mən özüməm.Bax bu bizim daima aktual olan bədbəxtçiliklərimizin üstündə o qədər mübahisə etmişəm ki yaxınlarımla da,tanışlarımla da.İnanırsınız, adama anormal kimi baxırlar ee, öz həyat tərzləri və xəstə təfəkkürləri bunlara normal bir şey imiş kim gəlir.Mən də ağ qarğa kimi, həmişə üsyançı baxışlarıma görə daşlanıram (o da ki, üsyançılıq bir şey də yoxdur ee əslində).Hərdən elə acıqlanıram ki, deyirəm elə "sizə nə olursa,haqq olur".O dərəcəyə çatdırırlar ki, az qalırsan özündən şübhələnəsən ki, bəlkə problem elə həqiqətən mənim özümdədir,bu "gözəl" insanların haqqına girib edirəm, xəbərim yoxdur.Nə bilim ee, hərdən elə sərt şəkildə küfür etməklə əsəblərimi soyuduram.Ömrü boyu ağzına söyüş almayan mən, Azərbaycana köçəndən söyüş söyüşün üstündədir.Bu da bizim cəmiyyətimiz.Bura elə bir ölkədir ki,bir balaca əsəblərin zəif oldu, son mənzilin ruhi dispanser olacaq.Çünki haqsızlıq,vicdansızlıq,şərəfsizlik,yalan,böhtan,cahillik və s. baş alıb gedir bu məmləkətdə.Və özlərindən olmayanları ya özlərinə çevirməlidilər, ya da həmin adam presslənib gedəcək təzyiqin altında.Yeganə çıxış yolu - baş götürüb qaçmaqdır.Erkən nigahlar,rüşvətxorluq,şorgözlük,inçest,acgözlük,görməmişlik və s.Hər şeyin ifratı. Ətir vuranda belə,bütün flakonu üstlərinə boşaldırlar ee..Və bu cür mənşəyi bilinməyən insanlar çıxıb orada-burada haqdan-nahaqdan, dindən-imandan danışırlar.
  9. Hər yeni dillə sənin içində ayrı bir şəxsiyyət doğulur, daxilən zənginləşirsən.Buna pis baxanlar, əksər hallarda, başqa dil bilməyən (pişik və ət məsələsi), orta məktəbdə belə yaxşı oxumamış insanlar və mühafizəkar olan individlərdir. Əgər fikir versəniz, ən çox elələri deyir ki, "əşi nəyimə lazımdı rus dili, əsas öz dilimdi".Amma əslində elə sümsük və görməmiş adamdır ki, rus dilini bilsə, hamını qırıb batırar ətrafda ki, "mən rus dilini bilirəm ee, sizin kimi derevenşina deyiləm".İnanın mənə..Eləcə də pul məsələsində eyni süjet xəttini izləyə bilərsiniz bu tip insanların həyatında.
  10. Mənə heç bildiriş də gəlməyib,özüm də ki gec-gec mövzulara fikir verirəm.Təşəkkür edirəm, İqolka xanım.Təbrik eləməkdən keçibdir,ancaq içimdə tutduğum,xalqıma arzuladığım bir şey var.Onu da ki dilə gətirməyə ehtiyac yoxdur, hərkəs biləcək söhbətin nədən getdiyini.Artıq gəlmiş ildə hamınıza bunu arzulayıram.
  11. Oğru dünyasına meyillənməkləri də elə savadsızlıqdan,qısıdlı dünya görüşündən və dayazlıqdan irəli gəlir.Əslində onlar bir şəxsiyyət kimi formalaşmamış mənəvi əlillərdir.Eləsinə hansı dillə sözü başa salırsan, təhqir və ya təhdid kimi qəbul edir, aqressiya ilə cavab verir.Babuindir axı.. Qaldı ki özünün "başqa millətə mənsub olduğunu ifadə edən insanlara", onlar həmin babuinlərdən çox da uzağa getməyən və siyasəti olmayanlardır.Əksinə,sən özünü azərbaycanlı olaraq təqdim etməlisən. Qoy görsünlər ki, bu millətin içində ağlı başında insanlar da var.Niyə bizi hər yerdə qorxaqlar,vicdansızlar,tamahkarlar,alçaqlar,mədəniyyətsizlər,vecsizlər təmsil etməlidir?Yaxşı sualdır, elə deyilmi?Nə vaxta qədər kölgədə qalacaqlar və "antireklama" göz yumacaqlar...
  12. Ən maraqlısı da budur ki, həmin insanların böyük əksəriyyəti məndən qat-qat savadlı və intellektlidirlər(Əslində mən özümü çox savadsız hesab edirəm).Bəyəm,mənim qədər ola bilmədilər.İndinin özündə belə,mən həm azərbaycan dili, həm rus dili biliklərimi təkmilləşdirməyə çalışıram.Təəssüf ki, dəhşət tənbələm və bu həmişə mənim bədbəxtçiliklərimdən biri olub.
  13. Mən də əvvəllər dilimizin kasıb,məhdud olduğunu düşünürdüm və bunun üçün mənim tutarlı səbəblərim də var idi.Mən uşaq vaxtından,ailəmlə birlikdə Rusiyaya köçüb getmişdim.Bir neçə il orada yaşamışam,uşaqlığımın çox hissəsi Orenburq vilayətində keçib.Azərbaycan dilini az-çox bilməyimin səbəbi, anamın daima bizimlə azərbaycanca,atamın isə rusca danışması idi.O üzdən də, loru/şifahi dildə ünsiyyət qurmağı bacarırdım (yazı və qrammatikadan xəbərim belə yox idi). Uzun sözün qısası - bunlar hamısı BƏHANƏDİR. Çünki bu tip insanlar özlərinə əziyyət verib,doğma dillərini öyrənmək istəmirlər.Axı bunun "prestiji" yoxdur.Kimə lazımdır azərbaycan dili,onunla kimin yanında qürrələnmək olar...Day fikirləşmir ki, bədbəxtin balası,birinci növbədə onun özünə lazımdır.Kökünü itirirsən..Bunun axırı isə çox pis qurtarır.Təsəvvürünüzə gətirin ki, mən Azərbaycana gələndə nə ilə və kimlərlə üzləşdim:dilini ala-yarımçıq bilən bir toplumla.Kənardan bunun necə görsəndiyini yalnız bitərəf və obyektiv şəkildə baxan insan deyə bilər.Və mən bunu gördüm...Təbii ki, zaman keçdi və bütün bunlara hürküdücü dərəcədə alışmağa başladım.Hətta deyərdim, cəmiyyətin tənəzzül yönümlü elementləri mənə də az ziyan vurmadı. Amma mənə, orta məktəbdə "Azərbaycan dili" fənnini normal şəkildə öyrənməyim belə yetdi.Necə yəni, həmin rus dillilər fransız dilinə, ispan dilinə vaxt ayırıb öyrənirlər, öz doğma dillərində olan boşluqları isə aradan qaldırmağa cəhd belə etmirlər.Bir şey olan kimi də,tez "mən rus sektorunda təhsil almışam" şablon cümləsini araya salırlar.
×
×
  • Create New...