Jump to content

Igolka

Members
  • Posts

    3,991
  • Joined

1 Follower

Profile Information

  • Gender
    Female
  • From
    Azerbaycan

Recent Profile Visitors

10,969 profile views

Igolka's Achievements

Grand Master

Grand Master (14/14)

  • Dedicated Rare
  • Week One Done
  • One Year In
  • One Month Later
  • First Post

Recent Badges

2.6k

Reputation

  1. "Elçini göndərirsən göndər yoxsa xalam oğluna verəcəklər məni"-bəhanəsi bitər qızların.)))
  2. Heç bir şirniyyat mağazasından almıram.İllərdir uzaq qohum olan xanım var,çox keyfiyyətli bişirir.Ondan alıram.Bilirəm ki,nələr qatır.Bir sini paxlavaya 40 azn verirəm.Təxmini 1.8-2 kq tutur
  3. Doğru zamanda doğru insana rast gələnə qədərdi.. Ondan sonra heç vaxt,heçvaxt demirsən.Fikirlər dəyişir,xəyallar dəyişir,reallığın dəyişir,istəklərin dəyişir,sən dəyişirsən. O da hər adama qismət olmur.Hamı birini tapır.Bir birini tapan isə təəssüf ki,çox azdır.
  4. Hər kəs təcrübəsinə dayanaraq danışır.Necə ki,biz sizinlə. Əyər siz içinizdə səmimiyyət tapa bilməmisinizsə bunu heçkimdə görə bilməyəcəksiniz.Nidalarla yavaş..
  5. Ailə quran gənclər ayrı yaşamalıdır fikrimcə.Belə olduğu halda hörmət də qorunub saxlanır.Çətinlikləri də valideynə yansıtmadan həll etməyə çalışmalıdılar.Valideynlər dəstək ola bilərlər,hətta olmalıdılar müəyyən məqamlarda. Lakin eyni evin içində olmaz.Sərbəstlik,səmimilik olmur.
  6. Bu dövrə gəlmişik bu məsələni həll edə bilməmişik.Dövlət tədbir görməli idi zamanında.Hər il bu məsələ qalxır.Hansısa uşaq xəsarət alır.Biraz müzakirə olunur və unudulur.Şəhərin hər tərfində toplu halda gəzən itlər var.Bəzən maşınlara hücum edir,onların tanı ilə hürə hürə qaçırlar,bəzən piyadalara hücum etməyə çalışırlar. Allah şəfa versin uşağa.
  7. İlk çərşənbəniz mübarək. Baharın gəlişi ilə qeyd olunan bu möhtəşəm bayram ola bilməz ki,kimsə tərəfindən sevilməsin. Bu qədər gözəl adətlərimiz,açılan süfrələrimiz,atılan papaqlarımız,qalanan tonqallarımız,hər evdən çıxan o bişintilərin qoxusu,gələn qonaqlarımız,keçəlimiz-kosamız üstəlik bahar qızımız,kəndirbazlarımız var.
  8. Bu problemi yaşayan birinci və sonuncu ailə deyillər.Sakit şəkildə həll etmək olardı. Öyrəndin ki,sən ola ola bir başqasını seçib ömür gün yoldaşın sandığın.Sakitcə get ver boşanmaya.Nəyə lazım səviyyəsiz,xaraktersiz,ləyaqətsiz bir ilə dalaşasan? Tay tayını tapar.
  9. 1.Hər diplomu olan sözün əsl mənasında ali savadlı deyil. 2.Savadı olub səriştəsi olmayanlar iş tapmaqda əziyyət çəkir.İndi səriştə daha vacibdir. 3.Bir çox işə tanışlıqla,pulla girmək lazımdır. 4.Ali savad hər zaman vacib deyil.Oxumayan insan heçnə bacarmır anlamına gəlmir.Bacarığı ilə ali savadlıdan qat qat çox qazanan var. 5.İş yerlərinin tələbləri reallıqla uzlaşmır. Gənc kadrlara yer və şans verilmir.
  10. Əvvəlki illərə nəzərən fitnes zala gedənlərin sayı artıb.Gəl ki,hamısının məqsədi idman deyil.Bəziləri saatlarca orda fırlanır,aynaların qarşısında şəkil çəkir,diqqət cəlb etməyə çalışır və s. Lakin ciddi gəlib gedənlərin də sayı artıb.Əsasən də xanımlar. Əzələlərin şişməyi üçün mütləq ağırlıla işləmək lazımdır.Öz bədən çəkimiz bizi sadəcə formada saxlaya bilər.Bunun üçün zala getməyə ehtiyac yoxdur.Evdə kompleks şəkildə həftədə 3 dəfə yetərlidir. Zalda isə müxtəlif ağırlıqlarla işləmək və zamanla artırmaq.Və ən əsası qidalanma. Hal hazırda bir çox səhifələr var ki,yaxşı məsləhətlər verirlər.
  11. İnsan biraz ağlını işlədər,biraz nəfsinə sahib çıxar,biraz məsuliyyət hiss edər. Bildiyin halda ki,çixuşaqlı ailələrə kömək yoxdur,öz vəziyyətin də bir neçə uşağı böyütməyə yetərli deyil,niyə əyləcə basmırsan??) Əlbəttə ki,uşaq çox böyük sevincdir,hər valideynin sahib olmaq istədiyi.Lakin bu vəziyyətdə bu qədər övladı dünyaya gətirib,yarıac,yarıçılpaq,təhsilsiz qoymaq səhvdir.Uşaq da dərk etməyənə kimi sakitçilik olur,dərk etdikdən sonra artıq özü də sual verir ki,niyə gətirirdiniz bizi dünyaya?
  12. Üz forması uzun,çənəsi ön planda olan,ağzı böyük xanım idi.Öz üz quruluşu özünə yaraşırdı.Sadaladıqlarıma müdaxilə edərək daha da qabartması yaxşı alınmayıb.Amma hərhalda öz işidir. Bundan öncə qarın bölgəsinə süni paxlavalar da etdirmişdi.) Gənc,arıq xanım biraz idmanla qaydaya sala bilərdi. Nəisə,öz işidi.Özünə xoş olsun.
×
×
  • Create New...