Jump to content

monashka12

Members
  • Content Count

    1,644
  • Joined

  • Last visited

Community Reputation

130 Good

1 Follower

About monashka12

  • Rank
    Supreme
  • Birthday 10/24/1992

Profile Information

  • Gender
    Female
  • From
    Баку
  • Interests
    Удивительно, как быстро ты отгораживаешься от прошлого, когда тебе есть чем занять руки и голову. Пережить можно все, даже самую страшную боль. Только тебе нужно что-то, что будет тебя отвлекать.

Recent Profile Visitors

5,101 profile views
  1. Bu yazını oxumaq borc deyil Futbolda olan bəzi məqamlar var ki, qoldan-moldan daha çox ləzzət eləyir adama; tutalım, udan komandanın oyunçularının uduzanları təsəlli etməsi; yıxılanı əlindən tutub qaldırmaq, əzilənə görə topu auta vurmaq və sair və ilaxır. Bu xırda jestlər göstərir ki, qayəsi atıb-aldatmaq olan bir oyunda da insanlıq etmək olar və bu, çox yaxşıdır. Bir də hansısa insani kampaniyalara qoşulmalarını sevirəm futbolçuların. Təsəvvür edin, Kriştiano fanatlarını kitab oxumağa səsləsin, çıxıb desin, öldürməyin insanları! Yoxsa Balotelli demiş, qol vurmaqda nə var ki? Bir dəfə bu qara oğlandan soruşublar, niyə qol vuranda sevinmirsən? Deyib, bu mənim işimdir, niyə sevinim? Bəyəm, kuryer məktubu aparıb ünvana çatdıranda sevinir? Yess deyib, atılıb düşür? Düzü, məntiqli söhbətə oxşayır, amma sizin fikriniz məndə olsun. Üsul elmində belə bir bəhs keçir: Təsəvvür edin, ağa quluna deyir su gətir, qul gətirmir, ağanın onu cəzlandırmağa haqqı varmı, var! Bəs deməsə necə? Sussuzdur, amma demir su gətir. Qul da bilir ağanın susuz olduğunu, amma su gətirmir. Cəzalandırılmağa əsas varmı? Bəlkə də, yoxdur, amma gətirsə... mükafata haqqı var! Niyə? Çünki vəzifədən ziyadə, borcdan artıq bir iş görüb ağası üçün. Düşünürəm ki, kainat da, həyat da, hətta Tanrı da belədir: borcdan artıq edilənləri mükafatlandırır, əsasən. Namaz borcdur, oruc borcdur, ailəyə baxmaq borcdur. Sanmıram kimsə sırf bunlara görə mükafatlandırılacaq o gün. Borca görə nə mükafat? Hünər borcdan artıq nələrsə etməkdir. Tarix də məhz belələrini yadda saxlayır – vəzifədən ziyadə iş görənləri. Yəni Rəsulzadələri, Tağıyevləri, İmam Hüseynləri, Əbəlfəzləri, Mübarizləri... Fəzlin də, lütfün də mənası elə budur axı. Lütf edirsiz, yəni borcunuz deyil, borcdan artığını edirsiz. Ailə yalnız borclar əsasında idarə olunmağa başlayanda dağılır; Məsələn, qadının bəyinə süfrə hazırlaması borcdursa, corab toxuması lütfdür; kişinin evə çörək alması vəzifədirsə, gül alması lütfdür. Ağrıyla əzabın fərqi nədir, bilirsiz? Öz ağrınsa ağrıdır, əzizinin ağrısısa əzabdır. Ailənin dərdini çəkmək borcdursa, həqiqətin dərdini çəkmək lütfdür. Siz heç Allahın dərdini çəkənlər gördünüzmü?... Haqlısınız, etmədiklərə də aiddir bu lütfkarlıq. Edə bilərdi, etmədi. Bu qadını yoldan çıxara bilərdi, çıxarmadı, filankəsin haqqını yeyə bilərdi, yemədi, yaltaqlıq edə bilərdi etmədi... Elə bilirsiz yalatqlıq eləmək asandır? Və bunu hamı bacarır? Xeyr. Edə bilib etməməkdir lütf. Bir çoxları yaltaqlıq edə bilmir deyə etmir. Bir dəfə yazmışdım axı, nə çox insan gördüm ki, ölə bilmir deyə yaşayır. Allah üzümüzə baxmır? İşimiz yolunda getmir? Həyat bizlə xoş davranmır? Bəlkə, lütfümüz yoxdur deyə belədir? Bəlkə, həyatımız yalnız arvad-uşaqdan, qarşılıq güdən addımlardan, quru vəzifələrdən-borclardan ibarətdir deyə belədir? Bəlkə, tez tez “əşşi, nə işimə?” dediyimizdəndir? Lütfdə eşq var, eşq! Borcsa sadəcə borcdur... Xırda da olsa olsun, əzizim, kiçik də olsa olsun, qoy lütf olsun, qoy eşq olsun... bunlarsız Tanrı da darıxar... Şair nə demiş, Bu uzun kiprikləri, ilahi, nə qədər suvarmış göz yaşları...
  2. Никому не советую Beyaz Spa. Пожалейти свои дегьги,время и нервы. Записалась на джакузи и масаж сегодня в 3 ч. Оплату взяли заранее 40 азн джакуси 25 масаж 30 мин. Пол ч.застввили меня ждать. Потом выяснилось что горячей воды нету и будет через 40 мин. Я подошла посмотреть, вижу вода не чистая. Ресепшн девушка с наглым видом даже не умудрилась приносить извинения за потереннок время и за неорганизованность. Посидела еще пол ч.так как масаж должен был в 4. В 4 я. масажистка подходит и говорит что ну подожди еще 30 мин у меня клиентка. Хотя я записалась на день раньше. Спросила у ресепшн девушки если тут чай, на что она ответилв "2 маната". Короче вернули мне деньги, без каких либо извинений и обьеснений... Больше туда никогда!!!
  3. Здраствуйте. Цены можете написать? Я собираюсь туда. Что да как не знаю.
  4. откуда можно купить качественное хорошее нижнее белье с нормальными ценами?
  5. посоветуйте хороший спорт.зал с проф.тренером на 8м мкр. или 7ом. Для мужиков. Заранее спс
  6. Vəd olunmuş yazı Ta əyyami-qədimdən fikir adamlarını düşündürən bir sual var: əsər öz müəllifini anlaya bilərmi? Yəni rəsm rəssamını, heykəl memarını, şeir şairini... bəndə Allahını! Məsələn, əcəba, bu esse başa düşürmü niyə, necə və hansı məqsədlə yazıldığını? Və görəsən, o roman özü də duyurmu zəif, orta, ya şedevr olduğunu? Bir dəfə müəllimim danışmışdı mənə, zəifdir deyə cırıb atmaq istədyi mətn qəfil dilə gəlibmiş gecə yarısı: "etmə, bunu etmə!" Və yadımdadır, mən də onda Ruminin bu beytini xatırlamışdım gizlicə: Eşitdim ki, bizi buraxmağa əzm edirsən, etmə! Başqa bir yar, başqa bir dosta meyl edirsən, etmə! Bu səhərsə Nizaminin məşhur dastanını düşünmüşəm; kərpic kəsən usta öz işini görə-görə bir şairin şerini zümzümə edir, lakin... hecalar alt-üst, qafiyələr sınıq-sınıq, sözlər tərsəməzzəb... və bütün bunlar şairin düz gözünün qabağında baş verir. Şair əsəbiləşib çıxır adamın kəsdiyi kərpiclərin (oxu: zəhmətinin, oxu: əsərinin) üstünə, tapdaq-tapdaq eləyir hamısın, qırır, tökür, - demək istəyir ki, olmaz, qardaşım, əsəri bu hala salmaq olmaz! Əsər müəllifin namusudur, qeyrətidir, ağrısıdır, həssas yeridir. Əsərə hörmətsizlik ilk növbədə və ən çox onun müəllifinə hörmətsizlikdir. Rəsm, tutalım, cansızdır, anlamır, duymur, bilmir bunları, müəllif ki bilir...! Dəfələrlə şahidi olmuşam, əzizim, heykələ sillə vurursan, memarının üzü qızarır... rəsmə laqeydlik edirsən, rəssamın ürəyi qanayır, və özümdən bilirəm bunu: istənilən müəllif əsərinin qeyrətini çəkir: yazıçı da, rəssam da, memar da... elə Allah da! Və ən çox da Allah! İnsan Allahın şah əsəridir. Başqa izaha ehtiyac varmı? Yəni ona vurduğun zərbə, atdığın böhtan, etdiyin təhqir... birbaşa Müəllifinə istiqamətlənir. Həyat... (necə gəldi yaşadığımız bu həyatı deyirəm), Tanrının ən mürəkkəb, ən dərin poeziya əsəridir; oxumaq yetmir, onun estetikasını duymaq lazım, mövcud olmaq yetmir, onu dərindən yaşamaq lazım! Yəni heca-heca, misra-misra, məna-məna... Bu kağız, bu qələm, bu da dərya! İşlərimin qarışdığını görəndə düşünürəm, əcəba, bəlkə Tanrıdır bunu edən? Nizaminin şairi kimi mənə başa salmaq istəyir ki, olmaz, qardaşım, heç kimin əsəriylə belə etmək olmaz! Sən edərsən səninlə də edərlər, səninkiylə də edərlər. Sən edərsən, mən də edərəm! Qisas üçün yox, Tanrı qisascıl deyil, sənə eyni ağrını daddırmaq, həyata qaytarmaq üçün... Bəs necə? Başqa bütün müəlliflər kimi Tanrının da yalnız bir istəyi var: əsəri düzgün oxunsun, düzgün başa düşülsün, düzgün yaşansın. Bizsə həyat kitabını da üzdən və sürətlə oxuyuruq - quru statistika xətrinə! Biz həyatı nə hala salmışıq, ilahi!!! İndi bildiz məsələ nədir? İndi bildiz kələfin ucu hardadır? Min cür zəhmətlə ərsəyə gətirdiyim bir işim qəfil darmadağın olan zamanlarda, yadımdadır, hatifdən gələn belə bir kövrək səs də duymuşdum: bax gör necə incidir...
  7. Hamini dinleyin, amma her soze (her terife) inanmayin, hamini sevin, amma her kesden hediyye qebul etmeyin. Astari qoruya bilmeyeceksizse uz de vermeyin. Bir xeta min doqrunu silir - bu qanunu esla unutmayin!
  8. En gozel meshquliyyetlerimden biri de qayidib kechmish xetalarimi duzeltmekdir: sehven qirdiqim qelblere melhem qoymaq, incitdiklerimden uzr istemek, haqqina girdiklerimin haqqini qaytarmaq... zehmetli ve lezzetli ishdir. Inanin, her sheyi olmasa da chox sheyi yoluna qoymaq olur, yeter ki, isteyimizde semimi olaq. Bezen bu gun chekdiyimiz chileler kechmishde unutduqumuz xetalarimizin cezasidir, biz bilmirik. Odur, ustufca qayidib bash chekmek lazimdir oralara, herden...
  9. Əlçatmaz bir arzu haqqında Dənizin kənarında dayanıb uzaqlara baxdığımı görəndə ağac kimi bitmişdi böyrümdə: nə axtarırsan, oğul? Gözümü üfüqlərdən ayırıb həqiqəti axtardığımı bildirmişdim, qımışmışdı: o nədir ki elə, nə boydadı, nə rəngdədi, nə formadadı? Çiyinlərimi çəkmişdim laqeydcə: - Bilmirəm! - Bilmirsən?!... Növbəti cümləsini üzümə su kimi səpmişdi: - Tanımadığın şeyi tapa bilməzsən, oğlum! Biz ayrılmışdıq. Xatirimdədir, düz beş il sonra həyəcanla, qaça-qaça gəldim ayrıldığımız yerə: ustad, bax nə tapmışam! Aldı ovcumdakını, o üzünə baxdı, bu üzünə çevirdi, gözləri parladı: səncə nədir, dedi. Başımı buladım: bilmirəm ki! Həqiqətdir, dedi və dərhal götürüb var gücüylə atdı onu dənizin ta ortalarına. Gözlərim bərələ qaldı: ustad, neylədiniz, niyə belə elədiniz? Eynini belə pozmadan "mən sadəcə Tanrı kimi davrandım", dedi, sonra qayıtdı ki, üzülmə, onsuz da itirəcəkdin onu, nədən ki, axtarmadan (oxu: təsadüfən, oxu: zəhmət çəkmədən) tapdığı şeyin qədrini bilməz insan, bu onun zatı xisləti. Biz niyə bilmirik, məsələn, sağlamlığmızın qədrini? Çünki biz onu qazanmamışıq, o bir hədiyyədir, paydır, təsadüfən tapılmış cüzdandır. Məsələ bu! Ovcumuzda sağlamlıq kimi bir böyük xoşbəxtlik varkən yenə dəlicə xoşbəxtlik axtarışında olduğumuzu görüb alır əlimizdən onu Tanrı, atır çox uzaqlara, istəyir ki, zəhmətlə, əziyyətlə özümüz qazanaq sağlamlığı yenidən və bəlkə onda bilək qədrini. Uzun-uzadı müalicələrdən sonra sağalmış bir xəstəni düşünün, ölümün kandarından qayıtmış bir adam canlandırın təsəvvürünüzdə, hansınız daha xoşbəxtsiniz, hansımız daha xoşbəxtik? Pul daxil, hər şeyin qazanılmışı şirindir, əzizdir, qiymətlidir, məsələ bu! Bəlkə bir də bu məqsədlə dərhal alar əlimizdən Tanrı xoşbəxtliyi, atar onu uzaqlara: Xoşbəxtlik nədir, necədir, nə boyda, nə rəngdədir? Heç kim bilmir. Bilməməlidir! Görməməlidir! Nədən ki, xoşbəxtlik yalnız müəmma kimi, əlçatmaz arzu kimi gözəldir. Həyatı mənalandıran da elə bu gizlilikdir, sirdir. Allah eləməmiş, birdən insanlar arzuladıqları bütün xoşbəxtliklərə çatsalar... Koelhonun "Kimyagər"ində ömür boyu həcc arzusuyla yaşamış bir müsəlman obrazı var, bir gün pul-para nəsibi olur və nəhayət ki, eşqlə yollanır ən böyük arzusuna doğru. Fəqət yolu yarılamamış geri qayıdır. Niyə, a kişi, nə oldu, nə baş verdi, nədən qayıtdın? Diz üstdə oturub hönkür-hönkür ağlayır: qorxdum! Qorxdum ki, həyatdakı ən böyük arzuma çatıb elə onun boyda bir boşluğa düşərəm. Qorxdum, mən bərk qorxdum, getmədim. Qoy Həcc mənim həyatdakı ən əlçatmaz ay arzum olsun!
  10. Rəsulzadənin həzzi (dərdi) və xalqı haqda Maarifçilər niyə bu qədər yazıb-pozur, əlləşib-vuruşur, xaqlarını xoşbəxt görmək istəyirlər? Məsələn, elə sosial şəbəkələrdə aktiv olan ziyalılarımız, niyə havayı-kalan belə canfəşanlıq edirlər? Çünki onlar yaxşı başa düşürlər ki, xoşbəxt yaşamağın yolu xoşbəxt cəmiyyətdə yaşamaqdan keçir – tək xoşbəxt olmaq olmur. Bu, məsələnin bir tərəfidir, başqa bir tərəfi isə odur ki, gərək düzünü deyəsən, maarifçilik işi ləzzətlidir, qəşəngdir, mənalıdır. Xüsusi həzz olmasa kim girərdi belə məsuliyyətli işin altına? Özün üçün yaşamağın bir həzzi varsa, Çe Gevara, Rəsulzadə, Şəriəti... olmağın da başqa, daha anlamlı bir həzzi var. Var! Sən nə üçün hər gün səhər oyanıb gecə yatdığını, bu zəhmətli işi hər gün niyə təkrarladığını bilmirsənsə, onlar bilir, axı qarşılarında çox möhtəşəm bir amalları var: xalqı xilas etmək! Gözəldir e, əzizi-mən, adama qəfil "neyçün yaşayırsan?" sualı veriləndə konkret və aydın cavabının olması çox gözəldir. Bir də var deyəsən "nəəm, yaşıyırıq daa, görək noolur". Siz elə bilirsiz inqilabçılar, solçular, maarifçilər, ictimai xadimlər... məsələn, Çe Gevaralar, Gandilər, Rəsulzadələr, Zərdabilər... etdikləri işdən, tutduqları yoldan həzz almırdılar? Yanılırsız! Əksinə, onlar bu işlərdən heç birimizin heç nədən ala bilməyəcəyimiz xüsusi həzzlər alır, bəzən hətta mənəvi katarsiz yaşayırdılar. Min-bir əzab-əziyyət çəkirdilər, danmıram, fəqət axı bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir! Sitat: bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir! Bəlkə elə ona görə də onlar heç kəsi qınamır, uğrunda əlləşdikləri xalqa (indikilər kimi) minnət qoymur, əksinə, xalqı "uca millət" xitabıyla şərəfləndirirdilər. Bir yazıçı, bir aktyor, bir maarifçi, bir ziyalı, əgər səmimidirsə, “ömrümü bu xalqa həsr elədim, qədrimi bilmədilər” kimi pafoslu gileylər etməməlidir. Adama deyərlər, bəs o yaşadığın həzləri hara yazaq? Axı sən bu zəhmətlərinin qarşılığını alırdın! Şillə, təpik, təhqir, tənə cəzadırsa, mənalı, amallı həyat, xalq sevgisi, tərif, xoş sözlər də mükafatdır, əzizim. Hər şey bir yana, sən bu işlə xoşbxət olurdun, daha nə istəyirsən! Həyətimizdə rus nənələr var - qırmızı yanaq, canlı matruşkalar, hər gün öz xoşlarıyla gülləri sulayırlar, blokun qabağını süpürürlər, pişikləri yemləyirlər, qar yağdı yolların qarını təmizləyirlər... Soruşursan, niyə edirsiz bunları, nəyinizə lazımdır, nə marağınız var? Cavabları yekdildir: biz bu işlərdən həzz alırıq, vəssəlam! Etikada bu hala evdemonizm halı deyilir, yəni hamı həzz üçün yaşayır bu həyatda, əzizim, hamı! Sadəcə Rəsulzadələrin duyduğu həzz daha dərin və daha həqiqidir. Onların böyüklüyü də məhz bundadır! Onların ən böyük kəşfi də məhz bu həzzdir. Bu həzzi duydudunsa əbədiyyən dirilirsən, bu həzz yaşadır səni, darda, qarda, boranda, hər halda və hər vəziyyətdə! Necə ki, Rəsulzadəni yaşadırdı və yaşadır! Baxırsan ona, məəttəl qalırsan; çeşid-çeşid balığı dəryaya atıb, uf da deməyib, çünki o, Rəsulzadədir, Əmindir! Çünki o əmindir: xalq bilməsə də Xaliq bilir. Şair yazmışdı axı: "Bu qədər qəm nəyə lazım" demə, qəm çək yenə də. O qəmin qədrini qəm sahibi - qəmxaar bilir. Əsas da Xaliqdir, nədən ki, Xaliq bildisə, geci-tezi var, xalq da biləcək, necə ki, bilir: bu gün xalq Xaliqin sayəsində hər şeyi bilir. Bu gün xalq Rəsulzadəni bilir! Günün mübarək, böyük kişi, sən hər zaman ürəyimizdəsən!
  11. Unudarsam pıçılda! Adam bəzən nə olduğunu, kim olduğunu, harda, niyə olduğunu unudur. Bir xatırlasa... Mən bəzən qəfil xatırlayıram, işin, gücün, sıxıntının tən ortasında birdən yadıma (oxu: başıma) düşür ki, a bala, sən insansan e, Tanrının ən mürəkkəb yaradıcılığı, əşrəfi-məxluqat! Bu nədir, iki yumrusifət çətinliyin qabağında sarılığını udmusan? Odur ki, məncə, insan ola bilmənin ən çətin tərəfi insan olduğunu həmişə, hər dəqiqə, hər an xatırlaya bilməkdir. Adam unudur, vallah unudur, zirin-zibilin içində o qədər eşələnirsən ki, bilmirsən nəsən, kimsən? Səmalardan gələn bir hatif nidasına ehtiyac olur: heey, özünə gəl, sən ali varlıqsan! O səda da gəlir, amma uzağı bir gün, bir həftə, lap olsun bir ay, sonra yenə unudursan hər şeyi. Yoxdur, belə aktiv, onlayn yaddaşımız yoxdur. "Aləm Allahın göz qabağıdır". Böyük ariflərdən biri belə deyirmiş, əslində biz özümüz də bilirik axı, belə olduğunu, bilmirik? Sadəcə həmişə onlayn olmur bu bilgimiz. Gün ərzində uzağı 5-10 dəqiqə ola-olmaya! Yəni məsələ onlayn-oflayn məsələsidir; Pusquda dayanmış şeytan da ən çox bu vaxt yaxınlaşır bizə; günaha da onda qurşanırıq; quyular da onda gəlir dürtülür ayaqlarımızın altına - oflayn rejimdə. Rejim demişkən, kompyuterlərdə bir "спящий" rejim var, bir neçə dəqiqə toxunuş olmayanda monitor avtomatik olaraq bu rejimə keçir, elə bil, insan stolunda yayxanıb mürgüləyir, fəqət şair demiş, bircə zərif toxunuşa bənddir hər şey - o boyda kompyuter bütün funksiyaları ilə yenidən xoda düşəcək, yenidən traktor kimi işləməyə başlayacaq! Bəzən məhz belə bir zərif toxunuşa ehtiyacı olur yatmış həyatımızın - yağış damcısına, külək əsintinə, günəş təbəssümünə... Tələbəlik vaxtları, xatırlayıram, vardı belə qəribə adətimiz; tutalım, sükutu öyrənə bilməkçün otaq yoldaşımıza tapşırardıq ki, adam içində gördün çox danışıram, tez göz-qaş elə, dirsəklə, ya da ən yaxşısı, "ya Allah" de! Deyərdi, otaq yoldaşımız "ya Allah", deyərdi, özü də söhbətin ənn şirin yerində, qalardıq boğula-boğula, səsimizi xırp kəsərdik, özümüz tapşırmışıq axı! Bayaq da bir əziz insanıma deyirəm, deyirəm, gördün unutmuşam özümü, xəta edirəm, göz-qaş elə, üflə, çimdiklə, "ya Allah" de, keçir məni oflayndan onlayn rejimə; qəşəng bir türk filmində deyildiyi kimi: Unudarsam pıçılda!
  12. İncitməyin estetikası haqda Elə bir ətraf formalaşdırmalıyıq ki, heç kim razı olmadığı məqamı deməkdən çəkinməsin, irad bildirəndə amerika kəşf edibmiş kimi həyəcanlı olmasın, hamı rahatca desin sözünü, nədən ki, tənqidsiz fərd də, cəmiyyət də ömür boyu yalnız öz oxu ətrafında fırlanmaqa məhkumdur. Düzdür, mən tərifin də islah edici funksiyasına inanıram, bir dəfə yazmışdım, sevdiklərinizi öz təriflərinizlə islah (tərbiyə) edin; inanıram ki, mərdi qova-qova namərd etmək mümkün olduğu kimi, əksi də mümkündür; yəni birinə “sən yaxşı adamsan” deyə-deyə onun gerçəkdən də yaxşı olmasına zəmin yaratmaq olar. Fəqət təkcə tərif yetmir, tənqid də olmalıdır və hətta tənqid daha vacibdir. Bizim ağrımız fərqli fikir yox, onun ifadə tərzi olmalıdır; maarifçilər birbirilərini göz önündə tənqid etməklə oxucularına aqressiyasız, həyəcansız, tərbiyə və nəzakət çərçivəsində olan tənqid örnəkləri göstərməlidirlər. Ziyalılarımız tənqidə dözməli deyil, ona minnətdar olmalıdırlar. İki-üç il qabaq evdə belə bir layihəmiz vardı, uşaqlar bizə, danışdıqlarımızda razı olmadıqları məqamı rahatca bildirməliydilər: “ata, (ana) səni çox istəyirəm, amma məncə, bunu düz demirsən!” Qəsdən, tez-tez xətalar edirdik ki, onlarda haqqı demək ruhiyyəsi formalaşsın, formalaşıb da, həmd olsun. İndi mən bir ata olaraq danışdıqlarımda balalarımla hesablaşmalı oluram, nağıllarıma belə (ağıllarına batmayanda) müdaxilə edirlər, düzdür, həzm etməsi əvvəldə bir az çətin gəlir, amma sonra bu hər iki tərəf üçün adiləşir, hətta şirinləşir. Odur, bir daha təkid edirəm, təkcə biz övladlarımızı deyil, onlar da bizi böyüdür; təkcə yazıçı oxucusunu deyil, oxucu da yazıçısını öyrədir. Məsələn, mən az qala bir əsrdir, oxucum Gülməmməd kişini balın dərman olmasına inandıra bilmirəm, deyir, ay oğul, şirin şeydən dərman olmaz; dərman acı bibərdir, soğandır, sarımsaqdır, baldan nə dərman? Gülməmməd kişi demək istəyir ki, həqiqət (oxu: tənqid) həmişə acı olmalıdır, mənsə razılaşmıram: həqiqəti acı edən bəzən də onun deyilmə zamanı, məkanı, formasıdır! Tənqidçini aqressivləşdirənsə tənqidə açıq olmamağımız. Əsas odur, elə bir ətraf formalaşdırmalıyıq ki, heç kim razı olmadığı məqamı deməkdən çəkinməsin, irad bildirəndə amerika kəşf edibmiş kimi həyəcanlı olmasın, hamı rahatca desin sözünü, rahatca, lap rahatca, Gülməmməd kişi kimi, elə bil, çörək dilimini əlinin içinə uzadıb sinəsinə yağ çəkir, bal sürtür. Tənqid bir ictimai xadimdən (liderdən, yazıçıdan) nə əskildir, deyə bilərsiz? Amma mən “tənqid ona nə qatır” haqda saatlarla mühazirə oxuyaram. İnanın, yazıçı bəzən yüzlərlə güldürənlərindən çox, bircəcik ağladanı (oxu: incidəni) üçün darıxır, onu axtarır, onu soraqlayır. Sadəcə, incitməyin də öz estetikası olmalı, əzizim, mənə qalsa bu haqda yazılar yazılmalı, kurslar təşkil edilməli... hətta UNİ-lərdə belə bir əlahiddə ixtisas da yaradılsa yeri var: incitməyin estetikası! Bir də baxarsan, adam elə fərqli gedər ki, bütün qalanları unutdurar... Min-min güldən daha çox xoşbəxt edər onun tikanı... yəni bütün məsələ bu: iynəni hardan və necə batırmalı! Odur ki, rahat olun, razılaşmadığınız məqamları - fikirlərimizi, hətta şəxsimizi tənqid edin, bircə istəyim bu ki, tənqid edəndə günah edirmişsiz kimi həyəcanlanmayın, gərginləşməyin, coşmayın, nədən ki, bu ən çox özünüzə ziyandır.
  13. Qaydaları pozmağın savabı haqqında Gecəni səhərəcən ağrıdan qəşəng-qəşəng, ilan kimi qıvrılmışam desəm, çoxunuz inanmayacaqsız, deyəcəksiz ki, ay qadan alım, ağrımaq ağrımaqdır, bəs "qəşəng-qəşəng" nədir - manyaksan? Siz hələ yaxşısız, təcili yardım maşınında təşrif buyurmuş, bir suyundan da adını unutduğum mələklərdən birinə oxşayan yarı yuxulu həkimsə ağrılarım haqda gülə-gülə danşdığımı görüb köməkçi qıza eynən belə pıçıldadı: deyəsən, adamın başı pozulub! Bevaxtdı, çox dərinə getmədim, qısaca onu soruşdum ki, sizcə niyə xəstə öz ağrısından ağlaya-ağlaya (deyinə-deyinə) danışanda təbii, gülə-gülə danışanda anormal görsənir? Həkim dinmədi, mənsə naəlac, iki il qabaq ağrıdığı üçün ağlayan oğluma dediklərimi xatırladım: oğlum, əzizim, balam, de ataya, əgər ağlamaq ağrını azaldırsa ata da, ana da, hətta bacıların da sənə qoşulub ağlayaq ki, ağrın sakitləşsin. Azaldır? Azaltmır, axı. Bəs gülmək? Səninlə mərc gələrəm ki, gülmək ağrının azalmasına kömək edir! Ağrıyarkən ağlamaq, Freydin reqressiyasını əsas götürsək, bizdə uşaqlıq adətidir; dərdini deməyə dili-ağzı olmuyan uşaq başqa neyləsin? Ağlamaq körpənin halının yeganə tərcümanıdır, təbiidir, gözəldir: ağlayıram, yəni narahatam, bir çarə qılın! Bəs bu uzunluqda (və şirinlikdə) dili olan böyük niyə ağrıdığını bildirməkçün zarısın?! Bu, hər iki tərəfin qanını qaraldır axı... Çətinlikdən gileylənmək çətinliyi bir az da artırır, inanın mənə, "istidir, çox istidir, af, uf, boğuluram" deyərək öz əlimizlə odun üstünə benzin tökmüş oluruq; dərdlə qəşəngcə zarafatlaşmaq lazımdır, ona maraqlı, poetik, fəlsəfi don geyindirmək, və məsələn, demək ki, bu dəfəki ağrım yaman mənalı, qeyri-səlis ağrıdır, fərqlidir, yenidir, bir suyundan da qısqanclıq ağrısına bənzəyir... bir də görəcəksiz, xeyli yüngülləşmisiniz. Çətinliklərindən xəfif təbəssümlə, ən qəşəng formada danışa biləndə böyüyür adam; biri gələr dərd danışar, elə gözəl danışar ki, deyərsən heç bitməsin bu dərd, heç susmasın bu zəban; bir başqası isə ilk cümləsindəcə yorar bizi... nədən ki, zarımaq dərdin xurafatıdır... Deyirəm, qaqam, niyə yay ayaqqabısıyla gəzirsən, çöldə 20 dərəcə şaxta var e! Gülür: "xırda şeydi, abi, müvəqqəti çətinliklərdi, imkan olan kimi qış ayaqqabısı da alarıq, qəşəng palto da götürərik, onu da eləyərik, bunu da eləyərik, hələ üstəlik, abimə qəşəng bir qonaqlıq da verərik, dədə canı, özünü darıxdırma!" Baxıram ki, adamın dağ boyda ürəyi var, qış ayaqqabısı olmasa nolacaq! Hə, əzizim, bütün bunları sistem altında, həkimə danışıb əlavə elədim ki, mən də 37 il sonra ilk dəfə qaydanı pozmaq, ağrıyarkən gülmək istədim, pis elədim? Misqal-misqal danışan həkimlərdəndi zalımın qızı, vər-vəsailini yığa-yığa bircə bunu deyib getdi: Очень приятно!
  14. Bu yazı küsəyəndir Bəzən oğlum elə şeylər haqda danışır ki, tutub bağrıma basmaqdan başqa çarəm qalmır: - axx, İsi, - ürəyimdə deyirəm, - bu həyat çox incidəcək səni, qardaşım! Hələ bir də gördün, "qəlbim, yaman ağrıyırsan, necə sağaldım mən səni?" misrasını da oxudum dilimin altında, hələ bir də gördün, kövrəldim də, bir küncdə sükut kimi büzüşüb ağladım da... mənə nə var e! Olduqca həssas uşaqdır İsmayıl və dünya bizimçün zindandırsa, həssas adamlarçün zindan içində zindandır - karsdır. Az olmuyub, "ilahi, nolar, bu ifrat həssaslığı al canımdan" deyə dua etdiyim, və deyəsən, alıb da. Qabaqlar tez-tez vurulan, yıxılan, qırılan mən, indi güclə xatırlayıram son incidildiyimi: ya mən daşlaşmışam, ya ətrafım yumşalıb. Yoxsa, "mən qarışqanı belə incitmərəm" cümləsindəki "belə" sözü qarışqanı incidə bilər - deyən Füzuli kimi həssas adamlar necə yaşasın bu, böyük-kiçik bilməyən, ana-bacı tanımayan tərbiyəsiz həyatda? Tomas Giloviçsə "Sosial psixologiya" əsərində yazır ki, əslində, adamların əksəriyyəti elə İsmayıl kimidir, yəni həssasdır. Sitat: "Gəldiyimiz qənaətə görə, insanlar hər hansı bir problem yaşadıqda onun hamı tərəfindən görüldüyünü, bilindiyini düşünürlər". Bu qənaət bir neçə maraqlı eksperimentin nəticəsidir və o eksperimentlərdən biri də belədir: ləkəli köynək geyinmiş neçə nəfəri böyük auditoriyaya daxil edirlər, sonra auditoriyadan kimlərin köynəkdə ləkəni fərq etdiyini soruşurlar. Təcrübəni bir neçə dəfə təkrarlasalar da ləkəni fərq edənlərin sayı 20 faizdən o yana keçmir. Bəs ləkəli köynəyi geyinmiş insanların özləri necə? Hə, əsl söhbət bax, burdadı - onların qənaətinə görə isə səksən faizdən çox insan görüb ləkəni. Təsəvvür edirsiz? 20 faizə qarşı 80 faiz! Dəhşətdir! Bu təcrübəsinin adını “Spot işığı effekti” qoyur Tomas, 1998-ci ildə uğurla təsdiq də olunur. Maraqlı mesajlar var bu "effekt"də. Tutalım, sən nimdaş geyiminə, qüsurlu nitqinə, hər hansı rəftarına görə "adamlar nə deyəcək" düşünüb min cür kompleks keçirir, həyəcanlanır, əsirsən, halbuki onlar sənin fərqində belə deyillər, əzizim, inan, onlar sənin fərqində belə deyillər! Acınacaqlıdır, biz nə qədər deyəcəklərimizi o qorxuyla demirik, nə qədər yazdıqlarımızı eyni qorxuyla silib atırıq: guya camaat əlində mikroskop bizim davranışlarımızı izləyir, özümüzü sıxırıq, özümüzü incidirik, halbuki, əzizim, həyat başqalarının nə deyəcəyini düşünəcək qədər uzun deyil, üstəlik, hamının başı öz streslərinə qarışıb, heç kim görmür səni, heç kim izləmir, bu düşüncəni (oxu: düşməni) beynində yoxdan yaradan məhz sən özünsən! Odur ki, darıxma, sıxılma, boğulma, rahat ol... -deyir "Spot effekt"i. Qüsurun kimi, sənin dərdini də fərq edən yoxdur, bu "effekt"in bir də bu mesajı var: sən dərdini deməsən heç kim görən, bilən, çarə edən deyil, yəni ağlamayana pəpə yoxdur. Sən "axı sıxıntım var, niyə heç kim əl uzatmır" deyib didirsən özünü, halbuki onlar sənin sıxıntıda olub-olmadığını bilmir, bilmir, bilmir!!! İki-üç yazı qabaqdır, İsmayıl gecə qorxulu yuxu görüb və buna görə məndən küsüb: - Ay İsi, nolub? - Qucaqlayıram boynunu. Dodaqlarını sallayır: İtlər cummuşdu üstümə, mən səni çağırırdım, sənsə durub sakitce baxırdın... gülmə!!! Nolsun ki, yuxudu, sən atasan, sən orda da qorumalıydın oğlunu...
×
×
  • Create New...