Jump to content

fikus elastica

Members
  • Posts

    3,025
  • Joined

  • Last visited

Posts posted by fikus elastica

  1. 1 hour ago, NOIR said:

    Məlumat üçün bildirirəm ki, DNOT bölməsində Amnistiya mövzusu açılıb və 1 yanvar 2019 il tarixədək aktiv olacaq.

    Cərimə ballarının silinməsi üçün həmin mövzuya müraciət edə bilərsiniz.

    Bizim forumda cərimə balı alan var ki?)) daha doğrusu yazan var ki, cərimə balı da olsun?(((

  2. Mövzu sentimental "Zaman" qəzetinin o vaxtlar yazdığı "sırr kapısı" tipli köşələrinə bənzəyir. Həqiqət də ola bilər . Kloun peşəsi mövcud olandan müxtəlif romantik hekayələrin, kliplerin ana xətti olub bu mövzu

     

    Mən başqa bir şeydən yazmaq istərdim.

    Ötən il  məktəb yeni ilinə gələn klounun şit, qurşaqdan aşağı zarafatları, bayağı musiqilər qoşmaqla uşaqları əyləndirməyi heç xoşuma gəlməmişdi. "Ay səni dovşan yesin" mahısı qoymuşdu, doğrusu birinci dəfə bu mahnını uşağın yeni il karnavalında eşitdim. Qırağa çəkib deyirəm, "Sizin diskdə başqa mahnılar yoxdu, bu nədi qoymusuz?

    cavabında "nəyi pisdi, gül kimi mahnıdı, bax uşaqlar da yaxşı oynayır"  dedi.

    dialoqu uzatmadan bitirdim,Klounun dünya görüşü, səviyyəsi ortada  idi(((

     

    O tək deyil, bizdəki  kolunların əksəriyyəti çox səviyyəsiz və düşükdü.  Onların belə formalaşmasında da cəmiyyətimizin rolu böyükdü, klounun  etdiyi şit-şit zarafatlara gülən tamaşaçı əslində öz zövqsüzlüyünü, səviyyəsini ortaya qoyur, Kloun da buna tələb olduğundan təklif paketini genişləndirir(((

     

    Kloun əslində bizim cəmiyyətdə ən aşağı təlxək kimi qiymətləndirirlir. Halbuki dunyada Klounluq bir sənət hesab olunur, klouna böyük hörmət var. Məşhur aktyor Yuriy Nikulin kloun idi, böyük kinoya klounluqdan gəlmişdi

    • Upvote 2
  3. On 10/17/2018 at 9:34 AM, fikus elastica said:

    haqlısınız hamı eyni deyil və hər kəs də fikrini dilə gətirməyə cəsarət etmir. Təhlil etmək qabiliyyətində olanlar belə anlayışlı şəkildə susmağa üstünlük verirlər. Qorxu əsas instinkdir, məncə. Bu saat əhalinin əksəri vəziyyəti çox düzgün anlayır və analiz də edə bilir sadəcə qorxu, təklənmə  hissi, inamsızlıq onları fikirlərini dilə gətirməyə imkan vermir.

    Xalqın gözü tərəzidir məsələsi)))

    Həm də bilirsiz, hazırda "azərbaycanlı" anlayışı yox olub, artıq "mikroazərbaycanlı" anlayışı var. Yəni, mənim ailəm, mənim evim, mənim yaxınlarım, başqaları məni maraqlandırmır. Hər kəsin öz mikro aləmi var və mikro aləmdə özlərinə uyğun şərait yaradaraq "yaşamağa"  davam edirlər.

    Ötənlərdə buna uyğun mövzuda post paylaşmışdım

    1 hour ago, roberto5 said:

    Ölkədə vəziyyət pisə doğru gedən kimi hakimiyyetin siyasəti bu durumdan yararlanmaq isteyen pis və yaxud yaxşı qüvvələrin hamısına nəzarəti gücləndirir. 

    Müharibənin də gündəmə gəlməsi hemişə həmin vaxtlara təsadüf edir((

    1 hour ago, roberto5 said:

    1) Müxalif partiyalara üzv olmaq və onların tərkibini , amalını öyrənmək. 

    2) Sosial şəbəkələrdə və real həyatımızda haqsızlığa susmamaq. İmkan verməməliyik ki məmur və onun uşaqları bu özbaşınalıqdan camaatın qorxusundan istifadə etsin. 

    3) Hakimiyyetin əhalinin , biznesin xeyrinə (məcburiyyətdən) kecirtdiyi tədbirlərdən , qəbul etdiyi qanunlardan max faydalanmaq. Yoxsa hökümət deyəcək ki (misal üçün) bu camaat yaxşi ilə pisi ayıra bilmir. Vergilərin , gömrüyün, kiçik sahibkarlara dəstək proqramlarının və s dəyişikliklərindən max faydalanmaq lazımdı. Yoxsa bu güzəştlər yenə məmur və məmur uşaqlarının inkişafına xidmət edəcək. 

    Bir sözlə aktiv insan olmaq lazımdi. 

    Aktiv olmaq üçün daxili təşəbüskarlıq vacibdir. Bizim toplumda təşəbbüskarlıq hec vaxt nəzərə çarpan şəkildə olmayıb.

     

    Getdin gördüm,DUM( dovlət dumasının azərbaycanlı üzvlərinə)

    Nə eləyirsən Şurum Burum

    Otur yerində, ağzını da bərk bərk yum

     

    Getdin gördun müsalmanlar bir-birini qırır,
    Nə eləyirsən soruşub: kim kimi vurur?
    Get yeginən bozbaşı, gör necə keyfin durur!

     

    Yuxarıdakıları Üzeyir Hacıbəyov  100 il əvvəl "Filankəs"ə məktublar şəklində Ordan-Burdan başlığı altında Molla Nəsrədində yazırdı(((

     

     

    • Upvote 2
  4. On 12/20/2018 at 10:41 PM, NOIR said:

     

    nə bilim, bəlkə də əksinə olacaq, mənə yaraşdırdacaqsız fincanı. bilmirəm

     

    O vaxt belə bir movzumuz da var idi: assoslar ,  orda paylaşın hamının stəkanlarını, movzu da dirilmiş olar

     

    • Upvote 1
  5. On 12/11/2018 at 7:29 PM, SAPAND said:

    .10 il əvvəl ümumiyyətlə forumda (dey.az) azərbaycan dilində yazanları heç aktivizasiya etmirdilər .Təəsüfki forumların arxivləri qalmayıb .İndi sinəsinə döyən bəzi tanınmışlar(əsasən tv və radio )  o vaxtlar öz dilimizdə yazanlara heç cavab belə vermirdilər ....

     

    yadımdadı o vaxt "ans" in də maraqlı forumu vardı. Siz orda da yazırdız. Profil fotonuz da eyni idi

     

    bir vaxtlar "Xəzər klub" da vardı, "kim" "harda" "nə vaxt" oyunları təşkil olunurdu ,onların forumu da çox maraqlı idi

    • Upvote 1
  6. ARXİMED VƏ MƏN
    Arximed deyir: “Gözlərimə boşluqda
    Bir nöqtə, bir istinadgah görülsə,
    Bir dəmirlə çevirərdim dünyanı...”
    Mən deyirəm: Bu gənclikdə, bu yaşlıqda

    Od gəmirən gənclik mana verilsə
    Bir vuruşda devirərdim dünyanı.
    1927, Bakı

     

    Ey Azəri türk... Ey vətəndaşım...
    Sənin qarət olunmus haqqından doğan daşqınlığına tərcüman olayım deyə ayqırdım... Nə yazıq ki, bu hayqırış sonunda qırıq-tökük çıxan hıçqırıqlarımdan ibarət boğuq bir səs oldu...
    Ah... Bu səsdə belə səni, həm sənin eşqini, həsrətini, qəribliyini azacıq da olsa yaşada bildimsə, nə mutlu mana!..


    Azərbaycanlı Almas Yıldırım, 1936.

     

    P.S. Nəvəsinin müsahibəsini oxudum, orda adı çəkilən şer maraqlı gəldi https://hafiztimes.com/babamin-məzarinin-tapilmamasinin-bir-tilsimi-var-almas-ildirimin-nəvəsi-musahibəvideo/

     

    • Like 3
    • Upvote 1
  7. On 11/25/2018 at 9:47 PM, Slay said:

    Dindən kənar əxlaqın əsası intelektual təhlildir. Hislərin dərin qatı yoxdur.(mənim fikrimcə)Bu ən çox eqoizmdir. Yaranan əxlaq isə kosmetik əxlaqdır.

    İntelektual təhlil daha dərindir nəinki hisslərin təhlili. Eqoizm isə erkən yaşdan uşağı özün inandığına inandırmaqdır.

     

    On 11/25/2018 at 8:58 PM, Museyib Elekber said:

    Problem ondadır ki, dini öyrədərkən mədəniyyət və əxlaqi məsələləri də hökmən buna bağlayırlar. Sanki dindən kənarda bu ola bilməz.

    Bəli, dindən uzaqsansa dindarın gpzündə  mütləq əxlaqsız, məqsədsiz birisən

     

    12 hours ago, aqilyunus said:

     

    həqiqətəndə əsl əxlaq və əsl mənəviyyat ancaq dindədir.

    hansı dində? nəzərə alsaq ki, dünyada yüzlərlə etiqad mövcuddur, hər birinin də öz əxlaq kodeksi var və hər biri də özünün mənsub olduğu dini etiqadı daha mükəmməl hesab edir.

    • Upvote 1
  8. 15 hours ago, NOIR said:

    @fikus elastica və @ceylin mən sizin Din-fəlsəfədəki postlarınıza lazımı diqqət ayıra bilmədim, üzürlü hesab edin, qızlar )

    rahat cavab yaza bilmədim və sözlərim içimdə qaldı

    balaca balaşkam soyuqlayıb bir az, onunla məşğulam, mənə ehtiyacı var. sizə sonra qoşularam, olarmı... incimiyin) 

    Nə inciməsi))) Əsas balacanızdı, ən böyük məşğuliyyət elə O olmalıdır.  Tez sağalın

    • Upvote 1
  9. 15 hours ago, NOIR said:

    düzgün istiqamətlənmiş tədris - əgər o həqiqətən də uşaqda dünyagörüş formalaşmasına yönəlmişsə, ziyansızdır.

    bu baxımdan, ilkin dini təsəvvürlərini uşaq valideyinin subyektiv münasibətindən deyil, tədrisin obyektiv mövqeyindən alması daha faydalı olar

    bu da mübahisəli məsələdir, obyektivlik hansı şkala ilə  ölçüləcək?

  10. Mərkəzdən uzaqlaşdıqca daha cox "dindarlara" rast gəlməyim bəzən məni çox qorxudur. Başı bağlı azyaşlı qız uşağı, əlində təsbeh oynadan, vaxtından əvvəl "böyüyən" oğlan uşağı görəndə çox pis oluram, bu mənzərələr həqiqətən məni çox təşvişə salır.  Bu cür uşaqların "tərbiyyə" olunduğu gələcəyin "zombilər ordusu" yetişdirəcəyi zamanın gəlməyi elə də uzaqda deyil(((

    • Like 1
  11. On 9/25/2016 at 10:02 AM, NOIR said:

    Dini tərbiyəni yaxşı halda, məktəb verməlidir. bununla yanaşı, fəlsəfənin əsaslarını da öyrətməlidir. düşünürəm, din bir tədris fənni kimi , həftədə 1 saat olmaqla keçirilərsə, pis olmaz.

    musiqi, texnologiya, idman fənnləri əgər ziyanlı deyilsə, din tədris fənninin nə kimi ziyanı ola bilər ? dindən  bir mistika kimi qorxmağın mənası yoxdur. şagirdə sadəcə, fənni davamlı təqdim etmək lazımdır ki, onda dünyagörüş genişlənsin, dinə münasibət formalaşsın. bunlar olmadan, o necə və nə zaman seçim edə biləcək ( ? )

    vay o gündən ki, dini tədris edən qatı dindar olsun, onda zombilər yetişdirəcək. Mən təhsildə dinin tədrisini düzgün hesab etmirəm. Din uşaqlardan nə qədər uzaq olsa o qədər yaxşıdı

  12. Metrolarda bu tip çağırışlara rast gəlmək olur. Hamı da razıdı. Amma alternativ təklif olunsun. Plastikdən imtina edək, onda gərək, bütün marketlər, dükanlar kuloklarin yerinə parça ya da kağız paketlər təklif etsinlə müştərilərinə. Bu da böyük vəsait tələb edir. Belə tezliklə plastiklərə hamılıqla yox demək alınmayacaq

  13. On 10/31/2018 at 10:12 PM, NOIR said:

    daha "geniş və miqyaslı" düşünün, Könül xanım ) bir də görəcəyik ki, insan və robot evlənir... xəbər başlıqlarında : "robot qız qaçırdıb" yaxud "humanoid ailəsində bir axşam" ))) 

    yadıma Robin Vilyamsın baş rolda oynadığı "Bicentennial Man" filmi düşdü. 

    Məncə bu elə də uzaq gələcəkdə baş verməyəcək, az qalıb

    • Upvote 1
  14. Azərbaycanda xarici bir Kardıoloq fəaliyyət göstərirdi. Deyirdi ki, sizin bəxtiniz işləyib, nar kimi unikal bir meyvəniz var. Yanıma xolestrol problemli ilə gələn xəstələrə dərman yazmıram deyirəm ki, gedin bol- bol nar yeyin. 

     

    Nar ən sevdiyim meyvələrdəndi, bircə təmizlənməsi əldə iz qoymasaydı)) Nar əzməsiz baliq yeməklərini heç təsəvvür etmirəm. Əladı,bəh-bəh

     

    Amma nar dənələrindən festivalda  mənasız fiqurlar düzəldəndə hədərə getdmiş nar dənələrinə heyfim gəlir. Bu dəfə nə əcəb düzəltməyiblər?, yuxarıda şəkillərdə görmədim

    • Like 1
×
×
  • Create New...