Jump to content

Rufat_714

Members
  • Content Count

    4,507
  • Joined

  • Last visited

Community Reputation

3,139 Excellent

About Rufat_714

  • Rank
    714
  • Birthday 02/16/1985

Profile Information

  • Gender
    Male
  • From
    Six Feet Under

Recent Profile Visitors

18,501 profile views
  1. Əziz dostlar-)) bu yaşayış çox keçməkeçlidir. Olmaz qayda qanunsuz yaşamaq.Buna bəraət verən olmaz.Hamı harasa bağlanmaq istəyir.Həyatı da gərək nizam intizamla yaşayasan.Siz əksik birinə pərəstiş etdinizmi? Siz onun hər hansı hərəkətinə diqqət etdinizmi? Halbuki o da sizin kimi bir bədən və bir qəlb daşıyıcısıdır.Bu həyatda nə qədər fəqrli mövqelər və vəziyyətlər var imiş. Bu mövqelərin və fərqlərin ən son mənzili sadə insanın varlı olub olmaması ilə haqqı hesab edilər! Etiraf edirm ki varlılıq pul əskinazlıarı ilə ölçülmür.Danışmaq üçün dil verəydi bizə cənabi Haqq, hərəkət üçün hünər, gələcək üçün iki göz! Ayıqlıq verəydi bizə, gözü toxluq, rahatlıq. Bu gün nəyinsə peşinə düşən zavallı , sən 25 ildən sonra kim olacağın, bu illər üzünü sərf etdiyin əməyin ilə fəxr edə biləcəyin haqqında düşündünmü? Əslində insan üçün bəsit şeylər nəzərdə tutlumuşdur.Bu bəsit ləvazimat və vacibiyyatlar heç bir köməksiz hər daim insan vacibiyyatı üzrə öz ciddi nizamında mövcud olur.Qalan məsələlərdir, hansılar ki insan nəfsinə sayılıb hesablanmışdır. İnsanın bu nəfsi zəiflikləri əsasında xüsusi proqramlar və gəlir məmbələri təsis olunur.İçinə girib özünə lazım olanı həmən ünvanın ən sonunda tapırsan, amma o sona qədər nə qədər lazımsız məsrəfləri edirsən?! İnsan üçün ən üst hiss onun sağlam durumda keçirdikləridir.Sağlam ikən qurduğu toy mərasimi xoşbəxtliklə təltif olunar, sağlam ikən qucağına aldığı öz canından biri ilə fəxr edər, sağlam olmaq artıq bir nemətdir.Sağlam olmaq artıq bir nemətdir.
  2. Cəmiyyət dediyimiz bu qurum ki var , bir yuvadır hamı üçün, sığınacaqdır.Bəli zamanla acımasızdır, ikiüzlüdür , şərlə-böhtanla doludur.İtidir, sürətlidir, təkliklə təhdid olunandır, amma bunun şanlı şöhrətli məqamları yuxarıda sadaladığım o mövcud məqamlara taraz gəlir! Mən rastlaşdığım insanlara heç zaman barmaq arası baxmadım, onların bu və ya digər üstün xüsusiyyətlərini qulaq ardına vurmadım.Çünki bizlər bir birimizdən asılı olanlarıq.Allah bizləri bir birimizə düşmən edər, dost edər, gərgin münasibətlər çərçivəsində kömək, ideal dostluq müstəvisində yalanlar satar, başımızı daşdan daşa döyüb verdiyi ömrü çox düzgün səpələyər, əslində potensial olaraq mövcud hər dəyərli saniyələrə özü hökm oxuyar.Biz , bizlər axşam yuxuya gedənlərik, saatlarla özümüzdən bixəbər olanlarıq, bizlər övladımıza istədiyimiz gen xüsusiyyətlərini dəqiq sayıb ötürə bilmirik, uzun illər sonrası həyatda qoyduğumuz o yadigarın nəsildə kimə çəkdiyindən belə giley güzar edən zavallı biriləriyik.İnsan zəifdir! Çeşid çeşid köynək geyinib, qədəh-qədəh şərab dadıb, say-say insan gördükdən sonra eyni nəticəyə gəlmək yuxarıda yazdıqlarımdan daha ağırdır.Bunları oxuyub insan tərəfinə üstün nəsə axtaranlar.... Sizin bu həyatda bir üstünlüyünüz ola bilər, tamamlanmış gözü toxluğunuz, nəfsi istəkdən azadə durumunuz, sizə qarşı olan mənfi və ya müsbət hisslərdən kənar dayanmağınız, üzə gülüb arxada tənə etməməyiniz, bir də ... bir də göyə baxıb ONU axtarmağınız. Bir ağıllı dostum var, o mənə yaxşı bir söz demişdi: “уладь свои дела с Аллахом сперва” . Bu əslində iki dost arasında təsadüfi deyilsə də , ağıl sahibi üçün böyük bir arzdudur.Bu iki nəfərdən ibarət olsa belə kiçik cəmiyyətdir.Yuvadır.Bu bizlərin həqiqətən ehtiyyac duyduğu məqamlardır. Ən israrlı, ən hirsli vaxtında, ən arzulu, ən başlanğıcda nə qədər cəmiyyətdən qaçsanda, zamanla əldə edib darıxan, nail olub sakitləşən, əldə edib oturan və ehtiyyaclı biriyik biz.Nə qədər ehtiyyaclıyıq.Özümüzdən razı ehtiyyaclı, özümüzlə öyünən ehtiyyaclılar, arzulu kimlər sə, israrlı köməksizlər.Hamısı bizik.
  3. Gülən üzlər, susan dillər, ifadələr, düzən və tərtiblər, baxış və mənalar, hisslər, həssaslıq və iradə, özümüzdən bixəbər biriləriyik yəni, müqəddəs məmbənin əslində üzərimizə qoyduğu vəzifədən qafil olanlarıq, həyat yolumuzu nəzərdə tutulan sərhəddən kənar yaşayanlarıq, ancaq zamanla anlayıb ipə-sapa yatanlarıq, valideyn işini sonraya qoyan,rəisin alçaq oyununa şərik olanlarıq, şəkil dəyişənik, nə bilim nə zibilik biz!!! Addımladıqca qəbul etdiyim məlumat toplusundan başım şişir mənim.Əziz dostlar, biz yaşadıqca əsas məsələni itiririk.Onu yaxşı yaşasaqda, pis yaşasaqda.Hər şeyə qənaət etdiyimiz təqdirdə həyatımıza qənaət edə bilmirik axı! Əslində kasıb biri olmaq daha üstün mövqedir.Kasıblıq sənə qamət verər, sənə bir az hirs, bir az özünə dəyər, bir az düşüncə , bir az ehtiyyat yəni! Önündə səpələnmiş məqsədlər , arzular silsiləsi, sən varlandıqca kütləşirsən, dəyişən sənin həssaslığın və səni sən edən o hirsin azalır.Başlayırsan xətalar etməyə. Gün bə gün ipək süfrə tək əldən çıxan bizim süni əldə etdiklərimiz deyil, bizim əldən verdiyimiz əslində özümüzün də deyildir.Bizə qalsa qarışardı diyar, növbə pozulardı, maraqlar çərçivəsində yönələrdi hər şey, cizgi filmində olduğu kimi, hər növbəti ay Aprel olardı. Yeganə pənah yeridir gedişat ki , insan ona kurs ola bilmir.Ki bunun sayəsində istənilən çeşiddə mövcud hər şey öz yerindədir.
  4. Elə hisslər vardır ki , onları fikirlərə və uyğun ifadələrə çevirə bilmirsən.Bunu dəqiq hiss edirsən, amma istədiyin ölçü həddinə gətirə bilmirsən.Bu lalın hərəkət ifadələrinə bənzəyir.Kim bilir bəlkə Allah ona danışıq imkanı versəydi o bizdən daha mükəmməl danışardı. Ey insanlar, əslində hansı şəraitin sizə uyğun olub olmaması, sərf edib etməməsi məchuldur.Biz insanlar hər şeyi yerində bu dəqiqə bu yerdə istəyib də nəyin xeyir nəyin ziyan olmasını hisslərimiz kütləşəndən sonra anlayırıq.Ən yaxşı halda...insan deyilən məxluqun intellekt inqilabı onun bu həyatda bəzi məqamlardan başqa heç nəyə varis olmadığını anlamasıdır.Həqiqət hər daim quru , maraqsız və azlıq içərisində tapılıbdır.Bu yola qulluq edənlər də cəmiyyətin görünməzləri olubdur. Yalanlardır bizləri hoqqa çıxarmağa məcbur edən.Həqiqəti maraqsız görüb yalanla şənlənən zavallı. Əziz dostlar, dini və həyatı cərəyanın istiqamətindən asılı olmayaraq insan dəyərli nəyə sə bağlı olmalıdır.Bu ən ümdə onun özünə gərəkdir.Dostdan bezəndə həmin məmbəyə qaçsın ki, şərabdan bezəndə, əks çinsin günah doğuran cazibəsinə biganə qaldıqda, Allahdan qorxduqda pənah aparsın O məmbəyə.Bu insanın özü üçündür.Biz hər daim harasa aid olmalıyıq.
  5. Hər bəndə üçün özünü tənqid tərtibatı vardır.Bu tərtibat bir ölçü meyarı tək hər daim insanla yan-yana olurmuş.O sanki kargüzarlıqla məşğul olan yuxusuz birinə bənzəyir.İşi-peşəsi sənin davranışına öz xüsusi yanaşmasını tətbiq etməkdir.Ürəyini tərpədib, beyinini dəng etməkdir.Özünü tənqid tərtibatı sənin özünün özünlə qaldığın o həssas zaman kəsiyi imiş.Bəzən haqqında bəhs etdiyim bu səhnədə özümü suçlayıram! Deyirəm ay zalım, sən bu xasiyyətlə nə qədər gedəcəksən? Hara gedəcəksən? Bu qədər təkəbbürlə bir mənzilə çata bilməzsən.Bu fikirlərlə beyin hüceyrələrimdə alternativ tərzlər sadalanır, yollar axtarılır, baxıram ki bu eqo sadəcə uşaq kaprizi deyilmiş! Bu mövcud duruma qarşı təsadüfi labüdlükdür.Baxıram ki bu özündən asılı olan məsələ deyil də, sənin hərəkətlərinə ağıldan savayı çox güclü məmbələr təsir edir.Gen dediyin ata-baba nişanəsindən tutmuş bələyində sənə anılan dəyərlərə qədər.Ey bəni adəm səni yetişdirmək asan iş deyil.Sənə tərbiyyə verilir, səni tərbiyyə ocaqlarına verirlər, sənə vəsait yatırırlar, səni kimsə edirlər, buna illər sərf edirlər.Bu əməkdir, valideyn sevincidir, sənin boyuna buxununa görə, istirabıdır, sənin gələcək bəxtinə görə.Qayıdıb baxırsan ki, axtardığın digər yollar mövcud olsa da sənə aid deyil.Özünə aid olmayanı ən tez duyur insan.Onun hissiyat vasitələri bu yolda heç səhvə yol vermir!!! Dönüb, nə yaxşı özünə xəyanət etmədiyinə qürur duyanlara eşq olsun! Öz dəyərlərini bu və ya digər üsulla təsdiq edənlərə rəğbət olsun! Nə qədər də çətin olsa da , hər şeylərini itirənlərdən daha irəlidəsiz siz.Bunca çeşid içində birlə kifayətlənən , işıqlar içində itən, yollarda nizamı anlayan insan.Çeşid yalnız bir halda aktualdır, əgər sən öz istəyini bilərsənsə, əks halda bu həddini aşmaqdır!
×
×
  • Create New...
Рекламный отдел +99450 200-67-79