Jump to content
Disput.Az Forum

Peche

Members
  • Content Count

    1,053
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About Peche

  • Rank
    Profi
  • Birthday 06/15/1982

Profile Information

  • Gender
    Female
  1. Ah, mən yenə də əmin oldum ki, bizim yol polislərimiz çox saf, təmiz ürəkli, haramdan uzaq insanlardır. Onların adını yol polisləri deyil, yol mələkləri qoymaq lazımdır. Həm də, Bakımızın meri Möhtəşəm Hacıbalanın - "Bakımız-mələklər diyarıdır" şərhinə tam uyğun gələr. İş orasındadır ki, bu günlərdə rəfiqəmlə məni Mərdəkan sahilində bir oteldə təşkil edilmiş son zəng qonaqlığına dəvət etmişdilər. Biz də bəzənib düzənib düşdük yola. Sən demə, hamı Mərdəkana gedirmiş, özü də qonaqlığa yox, dənizə. Yolumuzu yarılamışdıq ki, növbəti döngənin harada olmasını unutduq. Yol mələyindən kömək xahiş etdik. "Qardaş, bağışlayın, filan otele nece getmek olar?" Mələk qardaş o qədər utancaq idi ki, təpə dırnaq bizi süzəndən sonra "Mən elə yerlərə getmirəm" cavabını verdi. ürəyim ağrıdı, istədim deyəm, gəl qon maşınımızın üstünə, aparaq səni qonaqlığa. Yox, belə sadəlövhlük olmaz axı. Əlqərəz, yetişdik məkana. Mələk qardaş hardasa haqlıymış. çimərlikdə son zəng qəribə görünürdü. çimərlik qiyafəsində olan hər bir kəs bizim uzun donlarımıza və makyajın bolluğuna heyran qalmışdı. özümü pinqvinlərin sahilinə düşmüz ağ ayı kimi hiss elədim. Qərara gəldik tez qayıdaq. Yolda bir içkili sürücü hey manevrlər edirdi. Təhlükə o qədər böyük idi ki, yol mələyinin durduğu yerdə maşını dayandırıb yardım almaq istədik. Sonra onların nə qədər utancaq, abırlı, hayalı olduğunu yadımıza salıb vəziyyətdən özümüz çıxdıq. Bir az gözlədik, təhlükə sovuşanda yolumuza davam etdik. P.S. Pakistanın əyalətlərindən birində polislərə təcili arıqlamaq tapşırığı verilib. Bel çevrəsinin ölçüsü 95 sm-dən artıq olan hər bir polis işdən azad edilə bilər. Müraciət: Əziz, Standardlaşdırma və Patent idarəsinin işçiləri, xahiş edirik, bizim polislərlə bağlı "ölçülər" götürərkən onlara Pakistan rəsmilərindən daha "nazik" davranasız. Hörmətlə,Cəmiyyət Mrs.Aysel Frederick Wentworth's world
×
×
  • Create New...
Наши цены на рекламу