Jump to content
Disput.Az Forum

rovshans

Newbies
  • Content Count

    15
  • Joined

  • Last visited

Community Reputation

39 Neutral

About rovshans

  • Rank
    Newbie

Contact Methods

  • Website URL
    https://www.youtube.com/channel/UCWcjqUCK9KaxmBhGDuRlaAw

Profile Information

  • Gender
    Male
  • From
    Ganja

Recent Profile Visitors

518 profile views
  1. rovshans

    Nostalji

    https://youtu.be/trm3TrXsCNQ
  2. Mirzə Babayev – Çay (sözləri\lyrics) Çayçı piyan olanda Hər il Maştağada, orta məktəb direktoru, vahidşünas Məmməd Nuruoğlunun təşəbbüsü ilə Əliağa Vahidin xatirə günü keçirilirdi. Bu indi adi görünür, o vaxt isə böyük cəsarət tələb edirdi. Məktəbin akt zalında rəsmi hissə keçirildikdən sonra, böyük ziyafət də verilirdi. Növbəti belə gecələrdən birində Salam Qədirzadə, Seyfəddin Dağlı, Qabil ənənəvi qonaqlar sırasında olublar. Təsəvvür edin, qışın oğlan çağı, istilik sistemi yox, rəyasət heyətində isə yel oynayır. Qonşu otaqdan isə cız-bızın cızıltısı gəlir, arağın da dəmi. İclas da uzanır. Stolun üstündə isə soyuq çay. Məmməd Nuruoğlunun yanında oturan Seyfəddin Dağlı ilə Qabil sədarəti dümsüklüyürlər ki, “Ay Məmməd, soyuqdur, axı?” Yəni iclası qurtar, gedək yemək-içməyə. O da təmkinlə “Hər şey hazırdır, iclası qurtaraq, başlayaq” cavabını verir. Salam Qədirzadə də çıxışını davam etdirir. Atam Qabillə, Seyfəddin Dağlı Məmməd müəllimi o qədər boğaza yığırlar ki, axırda dilə gəlir ki, “Neynəyim, arağı bura gətirim?”. Seyfəddin Dağlı isə “Araq niyə? Bu çayın yerinə, çaynikdə konyak gətizdir. İkisi də bir rəngdədir də, kim biləcək?” deyir. Bu cavabın qarşısında naəlac qalan Məmməd müəllim qonaqların arzusunu yerinə yetirir. Onlar da içib bir az qızışırlar. Salam Qədirzadə çıxışını başa çatdırıb, yerinə oturduqdan sonra Məmməd müəllimdən soruşur ki, “Ay Məmməd, o armudu stakandakılar nə idi? ” Məmməd müəllim “Necə yəni nə idi? Çay”. Salam Qədirzadə isə “Başa düşdüm e… çay idi. Amma biz görmüşük ki, birinci qəndi ağıza qoyarlar, sonra çayı qurtum-qurtum içərlər. Qabillə, Seyfəddin stəkandakını birnəfəsə başlarına çəkdilər, sonra isə qənddən dişlədilər. Sonradan lətifəyə dönən bu əhvalatı Seyfəddin Dağlı özünəməxsus nəzmə çəkmişdi.Görkəmli bəstəkarımız Cahangir Cahangirov da bu sözlərə gözəl bir mahnı bəstələmişdi. Mirzə Babayevin ifasında “Çayçı” mahnısı bugün də efirlərin bəzəyidir. © http://modern.az Sözləri: Seyfəddin Dağlı Musiqisi: Cahangir Cahangirov Qonaqlar hamısı gəldi Məclisimiz düzəldi Qonaqlar hamısı gəldi Məclisimiz düzəldi Yuxarı başa tez keçin Oturub yeyin için… Yuxarı başa tez keçin Oturub yeyin için… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… İçkini tərk etmişik Çün zərərin dərk etmişik İçkini tərk etmişik Çün zərərin dərk etmişik Çay olub indi bizə dost Şəninə söylərik tost… Çay olub indi bizə dost Şəninə söylərik tost… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… Pür rəngdir özü dəm verir Gör necə tanış təm verir Pür rəngdir özü dəm verir Gör necə tanış təm verir Tanış gəlir lap rəngidə Qədəhlərin ahəngidə… Tanış gəlir lap rəngidə Qədəhlərin ahəngidə… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… Ay aman bu necə işdir Əhvalımız çox dəyişdi Ay aman bu necə işdir Əhvalımız çox dəyişdi Çayçımız vurub baş ayağmış Çaynikdəki kanyak imiş… Çayçımız vurub baş ayağmış Çaynikdəki kanyak imiş… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün… Tez düzün qədəhləri tez düzün Çay süzün ay qədəhlərə çay süzün…
×
×
  • Create New...
Наши цены на рекламу