Jump to content
Disput.Az Forum

Heyat_Gozeldir

Members
  • Content Count

    728
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About Heyat_Gozeldir

  • Rank
    Almost Profi

Profile Information

  • Gender
    Male

Recent Profile Visitors

14,154 profile views
  1. Sözsüz yaxşı içki və siqardan imtina etmək o qədərdə asan iş deyil,məncə heç düzgündə deyil))İçki haqqında kifayət qədər mövzu açmışam və indidə növbə gəlib çatdı siqara.Gəlin burada siqar brendləri haqqında məsləhətləşək,haradan və necə yaxşı siqar əldə edə biləcəyimiz haqqında bir-birimizə məsləhətlər verək.Sözsüz bu məsələdə zövqlər fərqli ola bilər amma məsləhət olunan siqarın dadına baxmaqda pis iş deyil,ən azı kəşf olunmamış dadı kəşf edə bilərik))Elə isə başlayaq. Mənim seçimim Kuba siqarı Vegas Robainadır,non-kuba sıqarların hələ dadına baxmamışam və yaxın zamanlarda prob eləməyi mütləq düşünürəm.Birdəki dostumun məsləhət gördüyü H.Upmann siqarınıda sifariş etmişəm artıq,görək necədir))Sizdə buyurub dəyərli məsləhətlərinizi verə bilərsiniz.
  2. İlk öncə qeyd edim ki,bu mövzunu forumumuzun gözəl xanımlarına həsr edirəm Feminizm-qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır.Qadınların tarix boyu əzilməsi,hüquqlarının tapdalanması,cəmiyyətdə cinslər arasında hüquq bərabərsizlikləri bu hərəkatın başlanmasına səbəb olmuşdur.İlk öncə bu məlumatı verdikdən sonra,öz fikirlərimidə yazım. Cəmiyyətdə qadınların rolu sözsüz ki,çox böyükdür.Tarix boyu işə yaramaz,sadəcə yemək bişirməyi bacaran bir cins kimi cəmiyyətdə rol almağa məcbur edilmiş,neçə illər boyu səs vermə hüququ belə olmayan,cəmiyyətdə bir fərd kimi yox sadəcə mənsub olduğu kişinin bir parçası kimi yaşamağ məcburiyyətində buraxılan qadınlar,bu hərəkatın başladılması,cəmiyyətdə öz mövqelərini tutmasıyla hərkəsə cəmiyyətdə necə xüsusi rol oynadıqlarını,əslində biz kişilər qədər,lap yeri gəlsə bizdəndə yaxşı müvəffəqiyyətlər qazana biləcəklərini sübut etdilər.Feminizm hərəkatını dəstəkləyən qadınlar arasında inqilabçı sosyalist alman siyasətçisi Clara Zetkin,fransız yazıçı və filosof Simone de Beauvoir,fransız psixanalist,filosof Julia Kristeva,Nobel mükafatı luareatı çilili şair Gabriela Mistralda var.Qadınların kişilərlə bərabər hüquqlara sahib olduğu fikrini(gerçəkliyini) müdafiə edən,qadınların cəmiyyətdə əzilməsinə qarşı çıxan,həmçinin ailədə istər həyat yoldaşı,istərsədə valideynləri tərəfindən qadınların əzilməsinə qarşı çıxan feministlər tarixdə həm sosyal,həm cinsi,həmdə seksual inqilabın baş verməsində sözsüz ki,böyük rol oynamışlar.Mənimdə bu mövzunu açmağımda məqsəd qadınların hüquqlarının qorunması məsələlərinə insanların diqqətini cəlb etmək,yeri gəlsə bu yolda sözün əsl mənasında çiyin-çiyinə vuruşmağın vacibliyini ortaya qoymağdır.Gəlin qadınlarımıza lazımi dəyər verək və heçbir zaman unutmayaq ki,onlarda biz kişilərlə eyni hüquqlara sahibdirlər.
×
×
  • Create New...
Наши цены на рекламу