Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sələfilərin əsl siması


Recommended Posts

208933_175308182520128_173629506021329_469218_1035956_n.jpg

Vəhhabilər, tarix boyu müxtəlif cinayətlərə mürtəkib olduqları üçün, dünyada "vəhhabi" adına qarşı kəskin bir nifrət hissi oyanmışdır. Bu məsələdən agah olan vəhhabilər, xarici ölkələrə təbliğə getdikdə, orada, ifratçı əqidələrini təbliğ etmək naminə, adlarını dəyişməyə məcbur qaldılar. Elə bu səbəbdən də, özlərini sələfə mənsub etməklə, "sələfilik" adı altında vəhhabilik əqidəsini yaymağa başladılar.

Hal-hazırda belə bir sualla qarşılaşırıq ki, sələfilər və ondan sonrakı nəsillər, görəsən Məhəmməd Peyğəmbərin (s) bütün sünnələrinə (Peyğəmbərin (s) buyuruqları və rəftarları) itaət edirdilərmi? Yoxsa, Həzrət Əli (ə) və ya şiələrə olan düşmənçilikləri ucbatından (necə ki, özləri də bu məsələyə işarə etmişlər), bəzən də digərlərinə olan ifrat məhəbbətin nəticəsində Quran və sünnə ilə müxalifət etmişlər? Gəlin birlikdə sünni mənbələrinə əsasən gətirdiyimiz şahidləri dinləyək:

1. Bəzi müstəhəb əməlləri tərk etmək:

Vəhhabilərin, şəxsiyyətinə kor-koranə pərəstiş etdikləri İbn Teymiyyə adlı şəxs yazır: "Müftilərin bir qismi şiələrin xüsusi diqqət yetirdikləri bəzi müstəhəb əməlləri tərk etməyi lazım bilirlər. Doğrudur, bu tərk, vacib həddində deyil, lakin belə bir müstəhəb əməlləri yerinə yetirmək bir növ özünü şiələrə oxşatmaq deməkdir. Belə etməsələr, sünni şiədən seçilməyəcək. Şiələrdən seçilmək, uzaqlaşmaq və onlardan müxalif olmaq isə bu cür müstəhəb əməlləri yerinə yetirməkdən da-ha məsləhətə uyğundur" (Zərqani, "Şərhul-məvahib", 5/13).

2. Əmmamə dolamaq:

İraqi, əmmamə bükməyin forması haqda yazır: "Təbəranidən nəql olmuş zəif bir hədisdən başqa heç bir rəvayətdə görmədim ki, əmmaməni sağ tərəfdən bükmək lazımdır. Hətta bu hədisi səhih hədis kimi belə qəbul etsək, “Peyğəmbər (s) əmmaməni sağ tərəfdən büküb, sonra onu sol tərəfə dolayırdı”-desək də (necə ki, bəzi alimlər belə edirlər), lakin bü cür bükmək şiələrə məxsus olduğu üçün daha yaxşıdır ki, onlara oxşamayaq deyə, belə bükülməsin”.

3. Qəbrin (sinə daşının) saf (müsəttəh) olması

Qəzzalinin fiqh kitabı olan "Vəciz" və habelə bu kitabın şərhində ("Fəthul-əziz fil-fiqhil-Şafei”) yazılmışdır: "Qasim İbn Məhəmməd İbn Əbu Bəkr deyir:

“Peyğəmbərin (s) Əbu Bəkr və Ömərin qəbrinin müsəttəh (Sinə daşının dörd bucaq şəklində düzəlməsi və dörd barmaq qədərində yerdən ucalması və üstünün düz olması) olmasını gözümlə gördüm”.

İbn Əbi Hüreyrə (Zəhəbi yazır: İbni Əbu Hüreyrə Şafeilərin şeyxi və rəhbəridir) isə deyir: “Daha yaxşıdır ki, sinə daşını müsəttəh yox, yumru edək. Çünki, şiələr qəbirlərinin üstünü müsəttəh edirlər. Və bizim onlarla müxalifət etməyimiz daha məsləhətə uyğundur" ("Nəvəvi əl-Məcmu”, 5/229; "İrşadul-sari", 2/ 468).

4. Peyğəmbərdən (s) başqasına salavat göndərmək:

Zəməxşəri (təvəllüdü: 536 h.q.) yazır: "Əgər soruşsanız ki, Peyğəmbərdən (s) başqasına salavat göndərmək haqqında nə deyə bilərsiniz, deyərəm: Allah-taalanın buyurduğuna əsasən, hər bir möminə salavat göndərmək olar. Necə ki, Qurani-kərimdə buyurur: "Allah sizə salavat göndərir" ("Əhzab", 43). Başqa bir ayədə buyurur: "Ey Peyğəmbər (s) günahkarlara salavat göndər, çünki, sənin salavatın onların sakitliyinə səbəb olur" ("Tövbə", 103). Həmçinin, Peyğəmbər (s) buyurur: "İlahi, mənim atamın sülaləsinə həmişə salavat göndər". Lakin alimlərin nəzəri budur ki, salavatı yalnız Peyğəmbərə göndərmək olar. Peyğəmbərin Əhli-beytinə isə, Peyğəmbərin (s) kənarında salavat çəkmək olar: İlahi, salavat göndər Peyğəmbərə və onun ailəsinə.

Birinci nəzər düzgündür..."

Peyğəmbərin ailəsinə (Əhli-beytə) salavat göndərmək isə (məs: Əli əleyhissəlam demək) məkruhdur. Çünki, salavat Peyğəmbərə aid olunur. Bundan əlavə Əhli-beytə salavat göndərən, şiə adı ilə müttəhim olunur ("Təfsirul-kəşşaf", 3/541).

5. Peyğəmbərlərdən (s) başqasına salam söyləmək:

"İbn Həcər yazır: "Şəriətə əsasən insanlar diri olduqları halda bir-birlərinə salam söyləyə bilərlər. Bu məsələni bütün alimlər qəbul edirlər. Lakin alimlər Peyğəmbərlərdən (s) başqasına (dünyadan köçdükdən sonra) salam göndərməklə əlaqədar müxtəlif fikirlər söyləmişlər. Bəziləri, hər bir diri, yaxud dünyasını dəyişmiş insana salam (rəhmət) deməyi caiz bilir. Bir sıra alimlər və Peyğəmbərlərin (s) ardınca dünyadan köçənlərə salam söyləməyi caiz bilirlər. Lakin mərhum bir fərdə salam (rəhmət) göndərmək caiz deyil. Çünki, bu işi şiələr görür. Bu məsələni Nəvəvi, Şeyx Əbu Məhəmməd Cuveynidən nəql etmişdir" ("Fəthul-bari", 11/ 142).

6. Əmmamə bükməyin forması:

“Əmmaməni gərək Peyğəmbərin (s) bükdüyü kimi başımıza dolayaq. Və bu əsl sünnəyə əməl etməkdir. Amma bu gün Peyğəmbər (s) kimi əmmamə dolamaq şiənin böyük alimlərinə aid olduğu üçün onlara oxşamamaq naminə, biz bu işi görməməliyik" ("Şərhul-Məvahibul-lənunniyyə").

7. Səhabənin sözünün Peyğəmbər sünnəsinə üstünlüyü:

Bəqəvi yazır: "Müstəhəb namaz camaatla qılınmalıdır, yoxsa fərdi? İki cür cavab verilir. 1. Camaatla qılınsa daha fəzilətlidir. Çünki Ömər camaatı Ubəy İbn Kəbin arxasında müstəhəb namaz qılmaq üçün dəvət etdi. 2. Fərdi qılmaq daha fəzilətlidir. Çünki Peyğəmbər (s) qəməri aylardan birində gecə namazlarını məsciddə qılırdı. Sonra ayın qalanını məscidə getmədi və buyurdu: Öz evinizdə namaz qılın! Müstəhəb namazları evdə qılmaq daha fəzilətlidir...

Birinci nəzər düzgündür..." ("əl-Təhzib fi fiqhil-Şafei", 3. 232).

(Yəni, Səhabənin sözü Peyğəmbərin (s) sünnəsindən qabağa keçir!!!)

8. Peyğəmbərin (s) sünnəsi qarşısında Müaviyənin mövqeyi:

Sol ələ üzük taxmaq;

"İlk dəfə Peyğəmbərin (s) sünnəsinin əksinə olaraq sol ələ üzük taxmaq, Müaviyə tərəfindən baş verdi" ("Rəbiul-əbrar", 4/24).

“Təlbiyə”ni (“ləbbeyk” demək) tərk etmək;

Səid İbn Cubeyr nəql edir: "İbn Abbasın kənarında həcc əməlini yerinə yetirirdik. O məndən soruşdu: Ey Səid, təlbiyə səsi eşitmirəm. Dedim: Camaat Müaviyədən qorxur. Bu zaman o, öz çadırındın çıxıb təlbiyə deməyə başladı: “Ləbbeyk, Allahummə, ləkə ləbbeyk. Hətta Müaviyə istəməsə də, ləbbeyk, İlahi, Əliyə (ə) olan kinləri ucbatından Peyğəmbərin (s) sünnəsini tərk edən şəxslərə lənət et!”

Sindi yazır: “Əli (ə) həmişə Peyğəmbərin (s) bütün sünnəsinə əməl etdiyi üçün Müaviyə kimilər ona olan kin-küdurət üzündən Peyğəmbərin (s) sünnəsini tərk edirdilər" ("Sünənun-Nəsayi", 5/253; "Sünənul-Kubra", 7/244).

Peyğəmbər (s) hədislərinə etinasız yanaşmaq;

İbn Əsakir, Rəca İbn Heyvətdən nəql edir: "Müaviyənin həmişə hədis deməkdən acığı gəlir və bizə tapşırırdı ki, Peyğəmbərdən (s) hədis deməyin. Mən təkcə bir dəfə eşitdim ki, Müaviyə Peyğəmbərdən hədis desin" ("Tarixi Mədinəti Dəməşq", 59/167, İbni İdris deyir: "Eşitdiyinə görə Müaviyə Peyğəmbərdən (s) çox az hədis nəql etmişdir").

Peyğəmbərin (s) hökmü və Müaviyənin hökmü;

İbn Əbdurrəbih deyir: "Əbdur-Rəhman İbn Xalid İbn Vəlid və Nəsr İbn Həccac ilə Müaviyənin hüzurunda Xalid İbn Vəlidin nökəri Abdullah İbn Həccacın kimliyi barəsində mübahisə edirdilər. Mübahisə uzun çəkdiyindən Müaviyə öz katibinə göstəriş verdi ki, bu iki şəxsin işinin həlli üçün başqa bir vaxtda məhkəmə iclası təşkil etsin.

Məhkəmə başlandı. Müaviyə hakim xələtini əyninə geyinib öz kürsüsündə əyləşdi. Və bu iki şəxsə izin verdi.

Nəsr İbn Həccac dedi: (Abdullah) Mənim qardaşım və atamın oğludur... Atam mənə onun öz oğlu olduğunu bildirmişdir.

Əbdürrəhman dedi: (Abdullah) Mənim nökərim, atamın nökərinin və qulluqcusunun oğludur. O zinadan əmələ gəlmişdir.

Müaviyə dedi: Ey Məmur, al bu daşı Nəsr İbn Həccaca ver. Nəsr, bu hökm Peyğəmbərin (s) hökmüdür: "Zinadan olmuş övladı kişiyə verin. Zinakar qadına isə daş verin.

Nəsr dedi: "Ey Əmirəlmöminin, axı sən özün bu hökmü Ziyadın haqqında icra etmədin?"

Müaviyə dedi: "O, Müaviyənin hökmü idi, bu isə, Peyğəmbərin hökmü" ("əl-Əqdul-fərid", 6/133).

(Yəni, o zaman şəxsi mənafeyim tələb edirdi ki, Peyğəmbərin (s) hökmünün əksinə olaraq öz hökmümü icra edim. Lakin bu məsələdə heç bir mənfəət olmadığı üçün Peyğəmbərin (s) hökmünü icra etdim.-Müt.)

Şərab içmək;

Əhməd İbn Hənbəl yazır: "...Abdullah İbn Bureydə nəql edir: Mən və atam Müaviyənin yanına gedib xalçasının üstündə əyləşdik. Bizim üçün yemək gətirdilər və biz o yeməyi yedik. Sonra süfrəyə şərab gəldi. Müaviyə şərabdan içdi. Ondan sonra atam şərab içərək dedi: Peyğəmbər (s) şərabı haram etdiyi gündən bəri şərab içməmişdim... ("Müsnədu Əh-məd", 5/347).

9. Peyğəmbərdən (s) hədis nəql etməmək;

Şəbi deyir: "Düz bir il İbn Ömərlə oturub-durdum. Amma bir dəfə də olsun Peyğəmbərdən hədis nəql etdiyini eşitmədim" ("əl-Mühəddisul-Fazil", 551).

Deməliyik ki, sələf və səhabənin bəzisinin Peyğəmbərin (s) hədislərinə etinasız yanaşaraq onları camaata nəql etməməkdən, şərabın haram olduğunu bilərək onu içməkdən, Məhəmməd Peyğəmbərin (s) sünnəsinin qarşısında yeni hökm və sünnə gətirərək durmaqdan məqsədləri, yalnız şiələrin və ya Həzrət Əlinin (ə) o məsələlərə artıq əhəmiyyət verməsinə xatir olmuşdur. Necə ki, "təlbiyə" məsələsində oxudunuz. İndi özünüz deyin, bunlar (səhabələrin hamısı) Peyğəmbərin (s) sünnəsinə əməl edənlərdilərmi? Və bizə vacibdirmi ki, səhabələrə iqtida edək?

10. Peyğəmbəri (s) öldürmək üçün plan cızanlar;

“Sihah” və “Sünən”də yazılmış rəvayətlərə əsasən səhabələrdən bir qrupu Məhəmməd peyğəmbəri (s) öldürmək üçün plan cızdılar. Bu hadisə Təbuk döyüşündən qayıtdıqdan sonra baş verdi. Peyğəmbər (s) uca bir təpənin başına çıxdığı vaxt üzlərinə niqab bağlamış xam səhabələrdən bir neçəsi Peyğəmbərin (s) miniyini sürən Əmmarın üstünə hücum etdilər. Onlar bu işləri ilə istəyirdilər ki, Peyğəmbərin (s) miniyini hürküdərək onu təpənin başından uçuruma yıxsınlar. Sözsüz ki, yalnız Allah öz məqsədinə yetişir. İndi isə, bəzi rəvayətləri nəzərinizə çatdırırıq:

1. Əhməd “Müsnəd”ində yazır: "Mənə Abdullah rəvayət etdi ki, bu rəvayəti ona atası Yeziddən nəql etmiş, Yezid, Vəlid İbn Abdullah İbn Cumeydən və o da, Əbu Tufeyldən nəql edib:

“Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra carçıya əmr etdi ki, elan etsin: Peyğəmbər (s) təpənin başına çıxır, heç kim ona tərəf yaxınlaşmasın!

Əmmar Peyğəmbərin miniyini sürür, Hüzeyfə isə onlara yol göstərirdi. Bu zaman üzlərinə niqab bağlamış bir qrup öz miniklərini Əmmarın üstünə sürdülər. Əmmar onların miniyinin üzünə vurmağa başladı. Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: "Yolu göstərməyə davam et". Sonra Peyğəmbər (s) aşağı gəldi və Əmmara yaxınlaşıb buyurdu: Ey Əmmar, onları tanıdın?

–Miniklərin kimlərə məxsus olduğunu bilirəm. Lakin miniyin üzərində olanlar üzlərinə niqab bağlamışdılar.

–Peyğəmbər (s) buyurdu: Heç bilirsən onlar bu işlə nəyə nail olmaq istəyirdilər?

–Allah və Onun Rəsulu (s) daha yaxşı bilər.

Peyğəmbər (s) buyurdu:

–Onlar istəyirdilər ki, sənin miniyini hürküdərək Allahın Rəsulunu (s) təpədən yerə yıxsınlar.

Bu zaman Əmmar Peyğəmbərin səhabələrindən olan bir kişi ilə höcətləşməyə başladı və ona dedi: Səni Allaha and verirəm, de görüm, təpənin başına səhabələrdən neçə nəfər hücum etdi?

–On dörd nəfər.

–Əmmar dedi: Əgər səni də onlardan hesablasaq, on beş nəfər olurlar.

Peyğəmbər (s) on beş nəfərdən üç nəfərini günahsız saydı. Həmin üç səhabə deyirdilər: Allaha and olsun, biz nə Peyğəmbərin carçısının səsini eşitdik, nə də o biri səhabələrin məqsədini bilirdik.

Əmmar dedi: Mən şəhadət verirəm ki, qalan on iki səhabə Allah və onun Rəsulunun (s) dünyada və qiyamətdə düşmənləridir ("Müsnədu-Əhməd", 5/453).

2. Süyuti yazır: "Urvədən nəql olunmuş rəvayətdə deyilir ki, Peyğəmbər (s) Təbuk döyüşündən Mədinəyə qayıdarkən yolunu başqa bir səmtə saldı. Orada öz səhabələrindən bir neçəsi kələk işlədib Peyğəmbəri (s) yolun başında olan təpədən aşağı salmaq istədilər.

Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: "Ey Hüzeyfə, o qrupdan bir nəfəri də olsa, tanıdınmı?"

–Filan şəxsin və Filan şəxsin miniklərini tanıdım.

Peyğəmbər (s) buyurdu: “Gecənin yarısı, üzləri bağlı hücum etdilər. Heç bilirsənmi onlar kim idi və məqsədləri nə idi?"

–Yox, Allaha and olsun bilmirəm, ey Peyğəmbər!

–Onlar istəyirdilər ki, məni təpədən atsınlar.

Bu zaman Peyğəmbərin yaxınlığında olan səhabələr dedilər: Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onların boynunu vuraq?

Peyğəmbər (s) buyurdu: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürdü".

Sonra Peyğəmbər (s) onların adlarını Əmmar və Hüzeyfəyə söylədi və onlara tapşırdı ki, söylədiklərimi sirr saxlayın" ("əl-Dürrül –Mənsur", 3/259).

3. İbn Kəsir yazır: "Əmmar və Hüzeyfə soruşdular: Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onları öldürək?

Peyğəmbər (s) buyurdu: “İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürür" ("Təfsiru- İbni Kəsir", 2/322).

Əgər söylədiklərimizə diqqət etsəniz, görərsiniz ki, Peyğəmbəri (s) öldürmək istəyən və belə bir böyük günaha cəhd edən canilər, elə Peyğəmbəri-Əzəmin öz səhabləri olmuşdur. Hətta Peyğəmbərin (s) özü də onları səhabələri kimi tanıtdırmışdır. Həmçinin, İbn Kəsirdən nəql olunmuş rəvayətdə gəlmişdir: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürür".

Müslim öz "Səhih"-ində Hüzeyfənin rəvayətinə işarə edir ki, Peyğəmbərin (s) səhabələrinin arasında münafiqlər var idi. Sonra o, həmin hadisəni xatırladır.

4. “Səhih Müslim”də yazılmışdır: "Hüzeyfədən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mənim səhabələrimin arasında on iki nəfər münafiq var ki, onlardan səkkiz nəfəri dəvə iynənin deşiyindən keçməyənədək behiştə daxil olmayacaqlar" ("Səhuhi-Müslim", 8/122).

Ümumiyyətlə, bir çox müəlliflər öz kitablarında səhabələrin Peyğəmbəri (s) öldürməyə cəhd etdikləri kimi bir-birlərini öldürmək məqsədilə plan cızmaqlarını qeyd etmişlər. Baxmayaraq ki, bəzən çəkdikləri planı həyata keçirməmişlər. Necə ki, Həzrət Əlini (ə) öldürmək üçün çəkilmiş plana Səmani belə işarə edir: "...Şərif Ömər İbni İbrahim Heseynidən Kufə şəhərində soruşdum ki, Əbu Bəkrin "Xalid mə`mur olduğu işi yerinə yetirmədi" cümləsindən məqsədi nədir? O, belə cavab verdi: “Əbu Bəkr, Xalid İbni Vəlidi Məmur etdi ki, Əlini (ə) öldürsün. Sonra isə peşiman olub öz əmrini geri götürdü ("əl-Ənsab", 3. 95).

Sələfilər doğrudanmı sələfə iqtida etmişlər?

Sələfləriniz doğrudanmı Peyğəmbər (s) sünnəsini əsas alaraq yaşamışlar...?

Nəcmüddin Təbəsi

Tərcümə: Tofiq Əsədov

sonumid.com

http://az.313news.net/article/a-64.html

Link to comment
Share on other sites

  • 2 weeks later...

Sələfilərin cinayətləri

Müasir sələfilər Şeyx Əbdül-Əziz ibn Bazın şiə haqqında "Böyük şirk sahibləri" kimi verdiyi fətva üzrə hərəkət edirlər. Deməli sələfilərin şiələrlə aralarında olan problemlərin "Tovhid" nöqtəsində olduğunu deyə bilərik. Bu nöqtədə sələfilər qəbrləri ziyarət etməyi özlərinə görə şirk bilirlər.

. Bu konfransda "Sələfi qardaş qəbilələr" Imam (daha sonra kral təyin olunmuş) Əbdül-Əzizə qarşı birləşdilər.

Bir dəqiqƏ! Siz tarixi təhrif edirsiz?Amma məsələn vikipediya tamam başqa şeylər yazır..Qaldı digər məsələlər sələfilər Adulvahabdan öncə də yaşayıblar.Özü də Azərbaycanda yaşayıblar.Abdul vahhabın "tövhid" kitabını görmüsən?Oxumusan?Orda İslamda olmayan nə var?De gəlsin.

Gəldik şiəliyə bu ayrı mövzudu yazacam oxuyacaqsan.SƏ krallığı heç də ideal İslam dövləti deyil.İstənilən müsəlman deyər ki, hal-hazırda islam dövləti mövcud deyil.

Gəl qayıdaq coğrafiyaya şiələr həm də neftlə zəngin regionlarda yaşayır və həmin ərazilər kral ailəsinə məxsusdur və təbii ki, bu da şiələri qıcıqlandırır buna görə də hər il həcc vaxtı min cür hoqqadan çıxırlar.

Şiələrin ibadətləri müsəlman ibadətindən fərqlidir ki?Əlbəttə.Əgər belə olmasaydı sən bunu qeyd etməzdin.Amma SƏ hansı müsəlman ibadətinə qadağa var?

Gələk ildönümlərə.Bu bidətdir.Həm yalan danışma siz şiələr yalnız Əlinin və imamların ildönümlərini qeyd edirsiz.Hal-hazırda son zamanlar bəzi sünni təriqətlərin saldığı dəbə uyaraq Məhəmmədin(s.ə.s.) mövludunu da qeyd edirsiz.Cavab ver görüm Məhəmməd(s.ə.s.) kimin ad gününü qeyd edib?Əli®?Bəlkə onlar öz əzizlərinin məzarlarını bəzəyiblər?Yox.

De görək ay molla əmi bu nağılları hardan götürmüsən?))Öz beyninin məhsuluna oxşamır.

Əhli-Beytə dua hansı ayədə hansı sünnədir?Deyə bilərsən?

yeri gəlmişkən ixvanlarla qarışdırdın.

Ehh"Elə müsəlmanı müşrikdən tövhid ayırmırmı?

Qəbirləri ziyart deyil,onları ziyarətgaha çevirmək.Çünki Rəsulullah (s) buyurur: "Qəbirləri ziyarət etməyi sizə qadağan etmişdim. İndi onları ziyarət edin!" Bu hədisi Müslim rəvayət edib. Tirmizinin rəvayətində əlavə olaraq buyurulur: "Həqiqətən o, ölümü xatırladır".Amma bu o demək deyil ki, nə bilim harda dünyanın o biri başında bir qəbir var dur gedək onu ziyarət edək.Yox.Çünki Rəsulullah buyurur: "Üç məsciddən başqa yerlərə atlar yəhərlənməz. Məscidül-Həramı, mənim bu məscidimi və əl-Əqsa məscidini".Bundan məqsəd ölünü önəmsəmək, ibrət almaq ölülər üçün dua etmək olmalıdır. Əgər məqsəd qəbirlərə toxunmaq, onunla kömək diləmək, ölüdən ehtiyaclarını tələb etmək, bəlalardan qurtulmaq istəmək və bu kimi əməllərdirsə, bilmək lazımdır ki, şirklə və bidətlə dolu bir ziyarətdir.

Başqa məqam deyirsən ki, guya ixtilaflar var bəs şiələr şiə olmayan hər kəsə nasibi,kafir,azmış deməsini niyə qeyd etmirsən?

Maraqlıdır.Peyğəmbər(s.ə.s) və Əhli beytə hörmətsizlik deyəndə nəyi nəzərdə tutursuz?Məsələn sevgidən kənar nə edilir ?

Daha maraqlı məsələ budur ki, islamdan dəm vuran şiələr hər il SƏ krallığında həcc ziyarətini hansı ki,həmin ziyarət zamanı hərb filan olmaz(əlbəttə müsəlmanlar bunu bilir) amma şiələr buna məhəl qoymur.Sizcə bu adildir?

Link to comment
Share on other sites

1.vikipediyani qoy bir qiraga,vikipediya cox sey yaza biler esas olan haqqdir..haqq geldi batil getmelidir..

2.S E ..neft meselesi olub olmamagini bax bilmirsen )) savadin hele bileceriden qiraga cixmiyib,1987ci ilde sie zevvarlar hecc ziyaretine getdiler,livan,iran,beyrut,iraq ve s yerlerden zevvarlar hecc zamani AMERIKA ve Israil eleyhine seslerini qaldirdilar...bu zaman senin S E (vehabi rejimi,Israilin qullari) 400e yaxin zevvari silahlarla qetle yetirdiler....istesen arasdir,,amma bilirem ki buna da bir don geyindiressiz))

3.Sielerin ibadetine gelince...Her halda ehli sunne kimi 4 cure namaz qilmir ve bismillahda ixtilafi + etsek ne gozel)).hetta Resulullahi(s.a.v) adamlara teqlid edirsiz,halbuki sehih hedis yoxdur ki bu 4 qondarma alime teqlid edib ictihad qapisini da baglayin))ne gozel bidet))..Sielerin ibadeti Elhemdu lillah duzdur ,and olsun Allah(c.c.) haqq geldi batil getmeldir,en dogru yol Resulullah(s.a.v) Ehli Beyt(e) yoludur)

4.Gelek Resulullahin(sa.v) movlud gunune....Ay qardas Resulullah(s.a.v) devede gezirdi bes sen niye masinda gezirsen?? sehih hedis var ki masin suresen??? ve yaxud geyimin niye Resulullahin(s.a.v) geyimi kimi deyil? sehih hedis var ki oz tipinde geyinesen??!!)) esq basqa seydir....sizin ve sizlerin meqsediniz Islami parcalamaqdir..bu yaxinlarda bir qardas var 2il idi ki sizlerden idi..bilendeki sizde qardas baci ile ve s..evlenmek var dabanina tupurdu ve cixdi Elhemdu Lillah indi haqq yoldadir..ona gore gozel eqidenizde size ugurlar))

5.gelek qebirlere>>>>bax gozlerin nurlansin>>>

Maraqlıdır vikipediya da hərdən düzünü yaza bilir,amma səndə bu keyfiyyəti aramaq əsl israf olardı.

umoril: rus demiş vot rasmeşil!!Deməli belə.Məncə sələfilik və şiəliyə iran-saudi münasibətləri nöqtəsindən baxmaq doğru deyil bu bir.Amma bu heç bir tərəfi təmizə çıxarmır bu iki.Sələfilik heç vaxt hakimiyyətə can atmaq üçün,kreslo davası üçün bir vasitə olmayıb bu üç.

Dünyada böhtandan asan iş yoxdur.Əgər ittihamlarını siyasi deyil də İslami nöqteyi nəzərdən əsaslandıra bilsən sənə afərin deyərəm.Amma edə bilmirsən.Səni inanırsan ki, Buxari,Müslim,Tirmizi,İbn Teymiyyə və s. alimlər vəhabidir,sələfidir və s.Amma əsas sualı vermirsən.Niyə?

Siyasi mövzuya gələcəm.darıxma.

Düzü sənin 3 maddədə nə demək istədiyini başa düşmədim.Amma əhli-sünnədə olan ixtilaflardan dəm vurdun.Çox gözəl.Biz 4 alimin heç birini inkar etmirik.Hər birinin əlbəttə ki, elmdə xidmətləri var.

Sən isə şiə olmayanı kafir,nasibi,nə bilim nə adlandırırsan.Yalan deyil ki?Bu isə təkfir camaaatına bir başa biletdir.

Peyğəmbər(s.ə.s.) dəvədə gəzirdi,mən maşında gəzirəm,o məktub yazardı mən sms.Amma bizim namazımız da birdir,orucumuz da,həccimiz də.O da ad günü qeyd etməyib mən də etmirəm.Əsrlər keçib deyə,facebook,internet,nə bilim nə var deyə İslamı dəyişmək olmaz ki!Bu cür düşüncə kitab əhlində var.Onlar da guya "müasirləşmək" üçün kitablarının hökmlərini ləğv edirlər.Sən də o yoldasan.Allah hidayət versin.

Gələk bacı ilə qardaşınevliliinə.Sən harda görmüsən ki, kimsə bacısı ilə evlənsin?Bir nəfəri nümunə çək də?Bəhanə gəzmə məhz bu sualıma cavab verə bilməsən yalançısan.

Qaldı ki, qəbirlərə onları ucaldanlar da elə sənin kimilərdir,bidətçilər.Bu o demək deyil ki, həmin insanlar bunu əmr edib.Eləcə də siz imamların qəbirlərinə gedib şirk edirsiz,bidət edirsiz,torpaq yeyirsiz,ağlayan itlərin şəklini videosunu çəkirsiz reklam üçün bu da eynilə o demək deyil ki,Hüseyn® və yaxud bir başqası bunu sizə əmr edib.YOX.Bu sizin aldanışınız və bidətlərinizdir.

Link to comment
Share on other sites

Nə üçün Türkiyə və İrandan gələn cərəyanlar deyil də, məhz sələfilik son 15 ilin ən sürətlə yayılan cərəyanı oldu?

Pul gücü ilə yayılan missioner təbliğatının aqibəti gözümüzün önündə olduğundan, yenə eyni iddianı irəli sürmək savadsızlıq olardı? Yuxarıda bəhs etdiyimiz kimi, əgər sələfilik Azərbaycanın milli mentalitetinə, düşüncə tərzinə yad olsaydı, çətin ki, qısa zamanda bu qədər tərəfdar toplaya bilərdi?

Azərbaycanda sələfiliyin kökləri Məhəmməd ibn Abdulvahabdan neçə əsr əvvələ gedib çıxır

Apardığımız tarixi araşdırmalar zamanı məlum oldu ki, sələfiliyin Azərbaycanda sürətlə yayılmasının tarixi səbəbləri var və sələfilik heç də iddia olunduğu kimi 18-ci əsrdə yaşamış ərəb aliminin fikirləri deyil. Üstəlik, iddia edə bilərik ki, Azərbaycanda sələfiliyin önündə gedənlər nəinki Səudiyyə Ərəbistanında yaşamış Məhəmməd ibn Əbdülvahhabdan təsirləniblər, əksinə həmin şəxs və onun sələfləri Azərbaycandakı sələfi hərəkatından təsirləniblər. Və rəqiblərinin «vəhhabi» adlandırdığı sələfilik heç də Ərəbistandan Azərbaycana gəlməyib, tam əksinə olaraq, azərbaycanlı alimlər tərəfindən Orta Şərqə yayılıb! Özü də Məhəmməd ibn Əbdülvahhabdan tam 5 əsr öncə! Bunu biz deyil, tarixi mənbələr sübut edir. Və məhz Azərbaycanda öyrənilməmiş həmin mənbələri araşdırandan sonra sələfiliyin ölkəmizdə niyə bu qədər sürətlə yayılmasının əsl səbəbini öyrənə bildik. Çünki sələfilik Azərbaycanda geniş yayıldığı dövrdə nə sufilik, nə də digər cərəyanlar Qafqazda geniş yayılmışdılar. «Əxilər» adlanan hərəkatın gizli tərəflərini, dini görüşlərini üzə çıxaranda, xalqın nədən bu cərəyana üstünlük verdiyi üzə çıxdı.

Və aylardan bəri apardığımız araşdırmalar sübut etdi ki, məfhum olaraq yenilik olsa da “sələfilik” faktoru Azərbaycan üçün yenilik deyil. Sələfiliyin nə olduğu haqda oxucu kütləsinin məlumatsızlığının əsas səbəblərindən biri də ölkə mediasının sələfilik haqqında səhv təsəvvürün formalaşmasındakı rolu olmuşdur. Bu səhv bəzən məlumatsızlıq ucbatından baş verirsə də bunun səbəbi əsasən kor təəssübün doğurduğu qərəzli mövqedir. “Vəhhabilik” deyə fəryad qoparanların bir çoxu bunun ölkəmiz üçün qeyri-ənənəvi bir anlayış olduğu iddiasındadırlar. Lakin tarixi faktlar bunu göstərir ki, əslində kor təəssüb sahiblərinin təəssübünü çəkdikləri ideyaların özü ölkəmiz üçün yad, qeyri-ənənəvi, hətta zorla xalqımızın idrakına yeridilmişdir. Sələfiliyi “vəhhabilik” adlandıraraq bunun qeyri-ənənəvi cərəyan olduğu iddiasında olanlar bu iddialarını əsasən 1703-1791-ci illərdə ərəb yarımadasında yaşamış Məhəmməd ibn Əbdulvəhhabın başçılıq etdiyi hərəkat ilə dəstəkləyirlər. Məhəmməd ibn Əbdulvəhhabın başçılıq etdiyi bu hərəkatın sələfiliyin ərəb yarımadasında yayılması məqsədini güddüyü doğrudur. Fəqət sələfiliyin məhz bu tarixdən etibarən meydana çıxdığı iddiası tamamilə səhvdir.

Burada mövzudan kənara çıxaraq qısaca bir məsələyə də toxunmaq yerinə düşəcəkdir. Bu günlərdə ən çox gündəmə gətirilən məsələlərdən biri, guya Hampher adlı bir ingilis cəsusunun Məhəmməd ibn Əbdulvəhhabı bu iş üçün təşviq etməsi məsələsidir. Bununla bağlı, hətta bir kitab da yazıblar və bunu müxtəlif dillərə, o cümlədən ana dilimizə də tərcümə ediblər. Bizim hansısa ərəb alimini müdafiə etmək fikrimiz olmasa da, həqiqət ondan ibarətdir ki, tarixdə Hampher adlı bir ingilis cəsusu olmayıb və heç vaxt orta şərqdə fəaliyyət də göstərməyib. 1888-1935-ci illərdə yaşamış Tomas Edvard Lavrens adlı bir ingilis cəsusu həqiqətən orta şərqdə Osmanlı dövlətinin əleyhinə fəaliyyət göstərib və 1926-cı ildə “Müdrikliyin Yeddi Sütunu” adlı xatirələrini Londonda nəşr etdirib. Fəqət onun bu xatirlərində Məhəmməd ibn Əbdulvəhhab haqqında bir kəlimə belə yoxdur. Ağıl sahibi hər bir kəs dərk edə bilər ki, 1888-ci ildə anadan olan Tomas E. Lavrens 1791-ci ildə ölmüş Məhəmməd ibn Əbdulvəhhabla görüşə bilməzdi. Bu praktiki cəhətdən mümkün deyil. Mövzumuza qayıdaq.

Ən böyük azərbaycanlı sələfi alim: Şeyx Nəsrəddin Mahmud Xoyi

Sələfiyin tarixini araşdırarkən, XIII əsdə yaşamış və bu vaxta qədər oxucunun həqiqi kimliyi haqqında heç bir məlumatı olmayan böyük azərbaycanlı alim, mütəfəkkir və yaşadığı dövrdə sələfiliyin məşhur təmsilçisi olmuş Şeyx Nəsrəddin Mahmud Xoyinin həyatı və fəaliyyətlərini öyrənmək yerinə düşərdi. Əslən Cənubi Azərbaycandan olan Türkiyə Cumhuriyyəti Səlcuq Universiteti Tarix fakültəsinin sabiq dekanı professor, tarix elmləri doktoru Mikail Bayramın uzun illər boyu davam etmiş tədqiqatları nəticəsində Şeyx Nəsrəddin Mahmud Xoyinin həyatı və fəaliyyətləri haqqında məlumatları geniş oxucu kütləsinə çatdırılmışdır. Şeyx Mahmud Xoyi özündən əvvəl Azərbaycanda yaşamış məşhur sələfi Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvinin (ölümü 944) ideyalarına əsaslanaraq “Əxilik” adı ilə məşhurlaşmış hərəkatın əsasını qoymuş və bu hərəkat Azərbaycanın və Türkiyənin tarixində dərin izlər buraxmışdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yezdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyətləri ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami “Nəfaxat-ul-Üns”, Əlişir Nəvayi isə “Nəsayim-ul-Məhəbbə min Şəmayim-ul-Futuvvə” adlı əsərlərində geniş məlumat vermişdirlər. X əsrdə yaşamış İbn Yezdanyar öz dövründə yayılmış batil inam və xürafələrə, o cümlədən bunların əsas yayıcısı olan sufi cərəyanlarına qarşı ciddi mübarizə aparmışdır. Məlum olduğu kimi XIII əsdə yaşamış İbn Teymiyyə sufilik və digər bidətçi cərəyanlara qarşı öz əsərləri ilə ciddi mübarizə apardığı üçün istər öz dövründə, istərsə də bu gün tənqidlərə məruz qalmışdır.

İbn Teymiyyədən üç əsr öncə eyni fikirləri söyləyən azərbaycanlı sələfi alim: Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvi

Lakin tarixi faktlar onu göstərir ki, İbn Teymiyyədən üç əsr əvvəl bu kimi bidətçi cərəyanlara qarşı həmvətənimiz olan İbn Yezdanyar da ciddi mübarizə aparmış və buna görə də tənqid və təzyiqlərə məruz qalmışdır. Məsələn iraqlı sufi şeyxi Şibli öz yazılarında İbn Yezdanyarı tənqid etmiş və hər vasitə ilə ona təzyiq göstərməyə çalışmışdı. Lakin İbn Yezdanyar buna əhəmiyyət verməyərək deyirdi: “Siz mənim sufiyyə haqqında danışdığımı eşidirsiniz. Allaha and olsun ki, mən sadəcə onalar yazığım gəldiyi üçün danışıram. Ağlı başında olan bir qrup insan sözümün qiymətini dərk etdi. Əsl məqsədim də onları bu saxtakarların əlindən xilas edib haqq yolu göstərmək idi. Onlar (sufilər) bir yandan tövbə və istiğfar edirlər, bir yandan da günah işləməyə davam edirlər. Belə iş olmaz. Bunu edən şəxs tövbənin ləzzətindən məhrum olar”.

Bir səyahəti vaxtı Bağdadda olarkən sufilər istehza etmək məqsədiylə İbn Yezdanyara cümə günü xütbə oxumağı təklif edirlər. Onlar güman edirdilər ki, azərbaycanlı alim ərəb dilini mükəmməl bilməyəcək və xütbədə səhvlərə yol verəcək. “Bu gecə əcəm (qeyri-ərəB) kimi yatdım, səhər oyananda isə ərəb idim” deyib minbərə qalxan İbn Yezdanyar fəsahət və bəlağətlə ərəb dilində xütbə oxuyaraq, onunla istehza etmək istəyənləri utandırır. Peyğəmbərin (s.ə.v) sünnəsinə sıx bağlı olan və İslamı düzgün yaşamanın yeganə yolu olaraq səhih sünnəyə bağlılığı görən İbn Yezadanyar deyirdi: “Hədis alimləri Muhəmmədin (s.ə.v) sünnəsinin keşikçiləridir”. Öz saxta və batil etiqadlarını “fəna fiş-şeyx, fəna fil-həqiqət, fəna fil-illah” kimi bidətlərlə dəstəkləyən sufilərdən fərqli olaraq İbn Yezdanyar deyirdi: “mənhəcimiz (yolumuz, metodumuz) elm və əxlaqdır”. O, daima tələbələrini dini elmləri öyrənməklə yanaşı iffət, şücaət, ədalət, vəfa kimi əxlaqi keyfiyyətləri əxz etmək, qəzəb, təkəbbür, şəhvət kimi bəd xasiyyətləri tərk etməyə təşviq edirdi. İbn Yezdanyardan sonra onun ideyalarının ən məşhur təmsilçisi və “Əxi” təşkilatının ilk qurucusu azərbaycanlı alim Əxi Fərəc Zəncanidir (ölümü 1065).

Buna baxmayaraq nə İbn Yezdanyar, nə də Əxi Fərəc XIII əsdə yaşamış Əxi Əvrən ləqəbi ilə məşhur olmuş Şeyx Mahmud Xoyi (ölümü 1261) qədər geniş tərəfdar kütləsinə sahib ola bilməmiş və bu səbəbdən də tarixin səhifələrində gizli qalmışdılar. Şeyx Mahmud Xoyi haqqında ən geniş və ətraflı tədqiqat professor Mikail Bayram tərəfindən aparılmışdır. Möhtərəm professor əslən cənubi Azərbaycanın Xoy şəhərindən olan bu azərbaycanlı mütəfəkkirin 20-dən çox əsərin müəllifi olduğunu müəyyən etmidir. Araşdırmalar nəticəsində o da məlum olmuşdur ki, Şeyx Nəsrəddin Mahdum Xoyi ilə xalq arasında Molla Nəsrəddin adı ilə məşhur olan şəxs eyni adamdır. Şeyx Nəsrəddin Mahmud Xoyinin ən məşhur əsərləri “Lətaif-ul-Hikmə” və “Lətaif-ul-Qiyasiyyə” adlı əsərlərdir. “Lətaif-ul-Qiyasiyyə” adlı əsərlərini müəllif Anadolu Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrova (1237-1246) ithafən yazmış və dövlətin idarə olunmasına dair sultana müxtəlif məsləhətlərini bu əsərdə qeyd etmişdir. Sultan I Əlaəddin (1219-1237), sultan II Qiyasəddin (1237-1246) və sultan II İzzəddinin (1246-1256/1257-1261) hakimiyyəti dövründə yaşamış Şeyx Mahmud Xoyi eyni zamanda “Tuhfət-uş-Şəkur”, “Yəzdan Şinaxt”, “Mətail-ul-İman” kimi əsərlərin də müəllifidir. Bu əsərlərində o, müxtəlif sənət və peşə sahələri, İslam dininin əsasları, hətta insan anatomiyası kimi tibbi mövzulara da toxunmuşdur. Sultan I Əlaəddinin böyük hörmətini qazanmış şeyx sultan II İzzəddinin hakimiyyəti dövründə 1246-1248-ci illərdə baş vəzir vəzifəsinə təyin olunuşdu.

Link to comment
Share on other sites

Bu sələfin ibadət anlayışıdır.

Oxuyun və maariflənin,bidətlər və fitnələrdən,şirk və batildən uzaq durun.Sələf alimlərindən biri belə deyir: ?Allah azzə və cəllə qullarına nemətlər vermiş və onları gücləri çatınca şükr etməklə cavabdeh tutmuşdur. Az da olsa şükr etmək, hər hədiyyəyə qarşı çox da olsa yaxşılıq etmək lazımdır.

Möminin nəfsi heç durmaz və arzusu azalmaz. Nəfsi hər duruşunda ona yeni bir heyrət verir və ona belə deyir: ?Ey nəfis, müjdə! Çatacaq yer yaxınlaşdı və qovuşmağa az qaldı. Oraya çatmadan yarı yoldan qalma və səninlə sevdiklərinin olduğu yer arasına əngəl girməsin.?

Nəfi rəhiməhullah, İbni Ömər (r.a) etdiyindən soruşulunca belə deyər: ?Hər namaz üçün evində dəstəmaz alır və arasında Quran oxuyardı.? Həsən əl Bəsri rəhimahullah sələfin ibadət etməyə olan həvəsini anladarkən belə deyir : ?Elə insanlar gördüm və elə kimsələrlə birlikdə oldum ki, özlərinə gələn bir dünya nemətinə sevinməz və özlərindən gedən bir şeyə üzülməzlərdi. Onların gözündə bunlar basdıqları torpaqdan daha dəyərsiz idi. Rəbblərinin Kitabıyla və peyğəmbərlərinin sünnəti ilə əməl edərlərdi. Gecə olunca ayaqları üzərinə qalxar, üzlərini yerə sərərdilər. Göz yaşları yanaqlarından axardı. ?

İbn Ömər bir vaxt camaatla namazı qaçırırsa bir gün oruc tutar, gecəni oyaq qalar və bir qul azad edərdi. Əmirəl möminin Ömər b. Əbduləzizin xanımı Fatimə binti Əbdulməlik belə deyir : ?Ondan daha çox namaz qılan və oruc tutan görmədim. Ondan daha çox Allahdan qorxanını görmədim. İşa namazını qılar və gözlərini qapayıncaya qədər Allahı zikr etmək üçün otururdu. Sonra yenidən oyanardı. Bəzən yataqda ikən axirətlə əlaqəli bir şey xatırlardı və sərçənin sudan ürkdüyü kimi ürkərdi və oturub ağlardı. Üzərinə yorğanı örtərdim.? Vəkinin belə dediyi rəvayət edilir: ?Əməş yetmiş yaşına yaxınlaşmışdı və heç bir zaman imamla birlikdə iftitah təkbirini qaçırmamışdı. Altmış ildən çox yanına gedib gəldim, bir rükəti belə qəza etdiyini görmədim.? Süleyman ibn Həmzə əl-Məkdisi belə deyir : ?İki kərə xaric heç bir fərz namazımı tək qılmadım. Onları da sanki qılmamış kimiyəm.? Öldüyü zaman doxsan yaşına çatmışdı. Allah Təala onlara rəhmət eləsin.

Bunlar: ürəkləri Allah sevğisi ilə dolan və qəlbləri fərəhlənən, nəfsləri sükunətə çatan və əzaları mütməin olan insanlara aid ibrətli işarətlər və onların həyatından dəyərlənmiş misallardır. Sevgi düşüncəsi, üsyan düşüncəsinin yerini; Allaha yaxınlaşmaq istəyi, ona qarşı cıxmaq və üsyanın yerini; dilin və əzaların ibadət və hərəkəti, günah ilə hərəkətinin yerini almışdır.

Rəsulullah (s.ə.s) gəlincə; ibadət sevgisi onun qəlbinə yaxşı işləmişdi. İbadətin ən böyük göstəricisi, hər vəziyyətdə Allah əzzə və cəlləyə təslimiyyəti idi. Allah Təala belə buyurur: (İhsan ilə üzünü Allaha təslim edəndən din olaraq daha yaxşı kim vardır?) Hər an Allahdan qorxar, daima onu zikr edər və ondan bağışlanma dilərdi. Belə buyurdu : ?Allaha and olsun ki, hər gün Allaha yetmiş dəfədən çox tövbə edir və ondan bağışlanma diləyirəm.? Bu hədisi, Buxari rəvayət edər. Gecələri Allaha ibadət edər, bir gecədə on üç rükət namaz qılardı. Namazda, ayaqları şişənə qədər qiyamda dururdu. Ona, ?Ey Allahın Rəsulu! Kecmiş və gələcək bütün günahlrını Allah bağışladığı halda bunu niyə edirsiniz?? deyilincə: ?Şükr edən bir qul olmayımmı?? buyurdu. Bu hədisi Buxari və Müslüm rəvayət edir. Oruc tutar və sədəqə verərdi. İki dağ arasını dolduran bir sürünü belə verərdi.

Rəsulullahın (s.ə.s) ibadətinə heyrət! O, ən böyük ibadət mərtəbələri ilə ümmətin idarəsini birlikdə edərdi. Belə buyurur: ?Allaha and olsun ki, mən sizin Allahtan ən cox qorxan və ona qarşı ən cox təqvalı olanınızam. Fəqət mən, oruc tuturam və iftar edirəm. Namaz qılıram və yatıram. Qadınlarla evlənirəm. Kim mənim sünnətimdən üz cevirsə, məndən deyil.? Bunu Buxari rəvayət edir.

İbni Teymiyyə rahiməhullah belə deyərdi: ?Qəlb yalnız Allaha ibadətdən başqa bir şeylə islah olmaz və xilas olmaz. Sevinc və rahatlıq tapmaz, ləzzət və dad almaz. Sakin və mütmain olmaz. Yaradılmış bütün ləzzətləri əldə etsə belə razı qalmaz və sükunət tapmaz. Çünki fitrətində Rəbbinə xüsusi ehtiyacı vardır. O: onun ilahi, sevdiyi və istədiyidir.?

İbadət növlərinin ən böyüyü: Allahın fərz buyurduğunu yerinə yetirmək və Allah Təalanın haram etdiklərindən çəkinməkdir. Əbu Hureyrədən (r.a) rəvayət edilən bir hədisdə Rəsululah (s.ə.s) belə buyurur: ?Uca Allah buyurur ki: ...Qulum mənə, ona fərz buyurduğumdan daha sevimli bir şeylə yaxınlaşmaz..? Bunu, Buxari rəvayət edir.

Sələfin həyatının hamısı ibadət etmək olunca və etdikləri bir cox ibadət növü olunca: görəsən nə ilə başlayırdılar? Nəyi önə çıxarardılar? Rəbbani alim İbnu Qeyyim rahimehullah, bunu belə cavablandırır: ?Əməllərin ən fəzilətlisi, o vaxtda Allaha ən sevimli olanı və Uca Allahın razı olduğudur? Sonra bunu belə açıqlar: ?Qonaqların varlığında ən fəzilətli əməl: onların haqqını yerinə yetirmək, müstəhəb zikirlər yerinə onlar ilə məşğul olmaqdır. Həyat yoldaşının və ailənin haqqlarını yerinə yetirərkən də bu belədir. Səhər vaxtlarında ən fəzilətli əməl: namazla və Quranla, dua və zikirlə məşğul olmaqdır. Əzan vaxtlarında ən fəzilətli əməl, etdiyin zikri saxlayıb müəzzinin sözlərinə cavab verməkdir. Beş vaxt namaz vaxtlarında ən fəzilətli əməl: namazı ciddiyyət və səmimiyyətlə qılmaq dərhal namaza qaçmaqdır.

Ehtiyac sahibi kimsənin; məqamla, bədənlə və yaxud malla köməyə ehtiyacı olduğu vaxtlarda ən fəzilətli əməl: ona kömək etmək və sıxıntısını aradan götürməkdir. Bunu günlük zikirlərə tərcih etməlidir. Müsəlman bir qardaşının xəstəliyində və ölümündə ən yaxşı əməl onu ziyarət etmək, cənazə namazında və dəfn edilməsində iştirak etməkdir.

Sıxıntıya düşdüyün və insanların sənə əziyyət etdiyi anda, ən fəzilətli əməl, onlarla əlaqəndə səbr etmək və onlardan qacmamandır.?

Sonra belə deyər: ?Qul dayanmadan ibadət məqamları arasında gəzməkdədir. Alimləri gördükdə onu da onlarla bərabər görərsən. Abidləri gördüyündə, onu da onlarla birlikdə görərsən. Allahı zikr edənləri görürsən, onu da onlarla birlikdə görərsən. Sədəqə verənləri görürsən, onu da onlarla görərsən. Nəfsinin rahatı və ləzzəti başqa bir yerdə olsa belə o, Rəbbinin istədiyi yolda gedir.? İbnul Qeyyimin açıqlaması bu şəkildə sona catır. Allah ona rəhmət eləsin.

Allah Təala belə buyurur: (Cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım.) Ayənin mənası budur: Bizlər ancaq ibadət etmək üçün yaradıldıq. Allah, həyatımızı ibadət xaricində bir şeylə keçirməyimizi qəbul etməz. Namaz, oruc, zəkat, həcc ibadətdir. Doğru demək, əmanəti yerinə vermək, ana-ataya yaxşılıq, qohumları ziyarət etmək, verdiyin sözə sadiq qalmaq, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək: qonşuya, yetimə, kasıba, yolda qalana yaxşılıq etmək ibadətdir. Dua, zikir və oxuma ibadətdir. Allahı və rəsulunu sevmək, Allaha tövbə etmək ibadətdir. Allahın hökmünə səbr etmək, nemətlərinə şükr etmək, taleyə razılıq etmək, bağışlamasını ümid etmək və əzabından qorxmaq, bütün bunların hamısı ibadətdir.

Uzun tarixləri boyunca müsəlmanların başına gələnlər və bu gün bizim başımızda olan bir çox müsibət, sadəcə ibadət anlayışındakı azma səbəbindəndir. İbadətin iki şərtindən: Allah üçün islah və Rəsulullah (s.ə.s) sünnətinə uyğunluqdan azmanın nəticəsidir. İxlasın tərki tək Allaha edilməsi lazım olan ibadətin - peyğəmbərlər, mələklər və vəlilər (Allahın dostları) olsa belə - başqasına möhtac yaradılmışlara edilməsi nəticəsində meydana gəlmişdir. Allaha yaxınlaşmaq üçün saleh insanları vasitəçi edərlər.

Sünnətə uymaq nöqtəsindəki azma isə Allahın izin vermədiyi və Rasulullah (s.ə.s) ibadət olaraq bildirmədiyi müxtəlif ibadətlərin, dəyişik şəkillərdə edilən bidət zikirlərin və sözlərin ortaya çıxmasına yol açmışdır. Bidətlik edilişində və yaxud sayında, şəklində və yaxud yerinə yetirmə tərzində, zamanında və ya məkanında ola bilər. Bütün bunlar onu edən kimsədən qəbul edilməz, çünki bu, Allahın izin vermədiyi bir ibadət qoymadır.

Bəziləri, ibadət anlayışını məlum şəkillərə sahib ibadətlərlə sərhədli qəbul edər. İbadət edərkən əməli tərk edər. Başqa bir əməl anında da ibadəti tərk edər. Əsas ibadət anlayışı budur. Davranışları və sözləri ilə bu cahiliyyə sözünü dilə gətirirlər. ?Qadının örtüyündən və işləməsindən dinə nə?! Şəxsi həyatımıza din niyə qarışır?! Qadının geyimindən İslama nə?! Faizlə alış-verişə din niyə qarışır?!? İstənilən, dini həyatdan çıxarıb məscidin divarları arasına sıxışdırmaqdır. Bu səbəblə namaz qılan, oruc tutan və Quran oxuyan birinin saxtakarlıq etməkdən, faizlə alış-verişdən və zülm etməkdən çəkinmədiyini görürsən. Namaz qılan və oruc tutan bir qadının şəriətə zidd işlər etməkdən çəkinmədiyini, açılıb saçıldığını, kişilərlə birlikdə olduğunu və haram olan şeylərlə bəzəndiyini görürsən.

İslam qardaşlarım!

Nəfsin istədiyi və yaşamaq üçün lazımlı əməllər, saleh niyyətlə böyüyər və ibadət oluncaya qədər yüksələr. Eyni şəkildə mübahlar da əməl dəftərinə ibadət olaraq yazılır. Kəndli tarlasında, işçi fabrikində, tacir dükanında, məmur iş yerində və hər məslək sahibi öz məsləyində etdiyi işi ibadət halına gətirə bilər. İş ibadət olunca sahibi onu xainliklə kirlətməyəcək və saxtakarlıqla korlamayacaq. Saflığını yalan və hiylə ilə, insanların malını haqsız yerə yeməyəcəkdir.

Deməli bu ibadətin geniş mənasıdır. İtaəin tam şəkildə təsəvvürüdür. Müsəlmanı xeyir və rəhmət çağlayan, fayda və bərəkət fışkıran bir bulaq halına gətirir. Müsəlmanın əzmi qüvvətlənir və ibadət ümmətə kömək üçün əzmi artırar.

Kədərlənənin göz yaşını silər. Sıxıntıda olanın sıxıntısını yüngülləşdirir. Fəlakətə uğrayanın yarasını sarıyar. O, bu davranışında ibadət duyğusu hiss edər. Eyni şəkildə çarəsiz ac kimsəni doydurar. Zülmə uğrayana dayaq durar. Məğlub olanın xətasını bağışlayar. Ağır bir borc içində olanın borcunu ödəyər. Yolunu azana yol göstərər. Bilməyəni öyrədər. İnsanlardan bir pisliyi uzaqlaşdırar və yaxud yoldan əziyyət verici bir şeyi qaldırar.

Hər gün ümmətin binasına salih bir kərpic qoya bilərsən. İbadət və yaxşılıq evinə-sənin tərəfindən bəsit və tərəzidə yüngül görünsə də ? axirət tərəzisində ağırlığı və dəyəri olan əməllər əlavə edə bilərsən. Rəsulallahın (s.ə.s) bu sözünü dinlə : ?Sizə orucun, namazın və sədəqənin dərəcəsindən daha üstün bir əməl bildirimmi?? buyurur. ?Bəli ya Rəsulallah!? deyirlər. Belə buyurur : ?İki insanın arasını düzəltməkdir. İki insanın arasını vurmaq isə (dini) kökündən qazır.? Bu hədisi Əbu Davud rəvayət edər. Xəstə ziyarəti haqqında da belə buyurur : ?Kim bir xəstəni ziyarət edər, ya da Allah üçün bir qardaşını ziyarət edərse, bir nidaçı ona belə səslənir: Məqbul oldun və yerişin də məqbul oldu və Cənətdə bir yer hazırladın.? Bu hədisi Tirmizi rəvayət edər.

Muslim Səhihində Əbu Hureyrədən (r.a) bunu rəvayət edər : Rəsulullah (s.ə.s) belə buyurur : ?Bir adam yolda yeriyərkən, yolun üzərində tikanlı bir kol gördü və onu yoldan uzaqlaşdırdı. Allah, etdiyinə qarşılıq olaraq onu bağışladı.? Yenə Səhih Muslimdə Əbu Zərrdən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur : ?Ümmətiməin əməlləri, yaxşısı və pisi mənə göstərildi. Onların gözəl əməlləri arasında, yoldan əziyyət verici bir şeyi qaldırmağı tapdım.?

Saleh əməlləri bəlirli ibadətlərlə sərhədləmək, təkvalı yaşamaq istəyənlərin vaxtlarını, o əməlllərin təkrarı ilə keçirmələrinə yol açar. Onlar, başqa bir əməli, Allahın razılığını əldə etmək üçün bir vasitə olaraq görməzlər və yer üzünün islahını tərk edərlər.

İslam qardaşları! Allahdan haqqıyla qorxun. İbadəti pozan və savabını aparan şeylərdən çəkinin. Bunlardan biri də Allaha şirk etməkdir. Riya və göstərişdir. Allah Təala belə buyurur: (Əgər onlar Allaha şirk etsəydilər onların əməlləri boşa çıxardı.) Dində bidət ortaya çıxartmaq bunlardandır. Rəsulallah (s.ə.s) belə buyurur : ?Kim bizim əmrimiz olmayan bir əməl işlərsə o rədd edilmişdir.? Bu hədisi Muslim rəvayət edir. İnsanlara zülm etmək, canlarına, mallarına və namuslarına təcavüz etmək də bunlardandır. Rəulallah (s.ə.s) belə buyurur : ?Ümmətimdən iflas edən kimsə odur ki, Qiyamət günü namazla, orucla və zəkatla gəlir. Bunu söymüş, digərinə iftira etmişdir. Birinin haqqını yemiş, digərinin də qanını tökmüşdür. Bir digərini isə döymüşdür. Buna onun savabından verilir, digərinə də savabından verilir. Üzərindəki haqqlar alınmadan əvvəl savabı bitərsə onların günahlarından alınaraq ona yüklənir. Sonra da cəhənnəmə atılır.? Bu hədisi Muslim rəvayət edər.

İnsanın nəticəni düşünmədən söylədiyi bəzi çirkin sözlər də bunlardır : Əbu Hureyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edər : ?İnsan, heç bir lüzum görməyərək Allahı qəzəbləndirəcək bir söz söylər və o sözün səbəbiylə cəhənnəm atəşində yetmiş illik bir məsafəyə aşağıya enər.? Bunu, İbni Macə rəvayət edər. Rəsulullah (s.ə.s) belə buyurur : ?Bir adam belə deyər : ?Allah and olsun ki, Allah filankəsi bağışlamaz.? Allah Təala da belə buyurur : ?Filankəsi bağışlamayacağam deyə mənim adıma and içən kimdir?? Şübhəsiz mən filankəsi bağışladım və sənin əməlini boşa çıxardım.? Bu hədisi, Muslim rəvayət edər.

Səhih Muslimdə Əbu Hureyrədən (r.a) bu rəvayət edilir: Rəsulallah (s.ə.s) belə buyurur : ?Bir adam, yol üzərində uzanan bir ağac kötüyünün yanından keçərkən ?Allaha and olsun ki, bunu əziyyət verməməsi üçün müsəlmanlardan uzaqlaştıracağam? deyər və bu üzdən Cənnətə girdirilir.?

Allaha qulluq, bütün əzaların və hisslərin Allaha ibadətlə və Onun əmrini yerinə yetirməklə məşğul olmasını gərəktirir. Kafirlərin və dinsizlərin haram olan sözlərini dinləməyi tərk edərək Allaha ibadət edər.

Allahın haram etdiyi şeylərdən baxışlarını qoruyaraq Allaha ibadət edər. Baxışlarını Qurana və elmi əsərlərə baxmaq kimi vacib olan yerlərdə istifadə edər. Dili ilə Allaha saleh bir şəkildə ibadət edər. Onu daima Allahı zikrilə və Allahın sevdiyi gözəl sözlərlə məşğul edər. Boş sözlərdən dilini qoruyar. Yalançı şahidlikdən, başqalarını ayıblamaqdan və qeybətdən uzaq durar. Zikir, yaxşılığı əmr etmək və pislikdən çəkindirmək, insanların arasını düzəltmək kimi gözəl sözlərlə məşğul olar.

Allah Sübhanahu və Təalaya əllər və ayaqları ilə ibadət edər. Əlini ancaq Allah üçün, Allah yolunda və Allahın razılığına uyğun bir şəkildə istifadə edər. Ayaqlarının Allaha qulluğa bağlılığını gözləyir. Onlarla ancaq Allaha ibadət üçün və Onun razılığı istiqamətində yeriyir. Onlarla cümə və camaat namazlarını qılmağa, vacibi yerinə yetirərək savab qazanmağa qaçar.

Allah Təala belə buyurur : ?(De ki: Şübhəsiz mənim namazım, qurbanım, həyatım və ölümüm hamısı Aləmlərin Rəbbi Allah üçündür. Onun ortağı yoxdur. Mənə sadəcə bu əmr olundu və mən müsəlmanların ilkiyəm.)?

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bəzilərdə həyatın mənası sələfilərin "üzə çıxartmaq"dadır. Nə fayda? Bu "şok açıqlamalar" yalnız öz məqsədləşdirilmiş auditoriyada marağ oyadır.

Qoy yazsın, heç mübahisə belə etməyə dəyməz. Çunki söz deyəndə "sənin elmin yoxdur" deyərək söhbəti fırladır, daha gözləyərsən.

Link to comment
Share on other sites

Elmin kifayet deyil, seninle sohbeti gozel gunlerimde vaxt israfi hesab edirem..ona gore de inkisaf et...ozume soz vermisem ki ,elmi az olanla muzakire etmiyecem artiq....xudafiz)

Hörmətli forumçular şiəsayağı qaçış buna deyirlər diqqətlə baxın bu istifadəçi nə dəlil gətirir nə də suallara cavab verir,amma böhtanla dolu sarı mətbuatdan kopi peystlər gətirir və elm adı ilə aradan çıxır.İslamın əsl düşmənlərinə diqqətlə baxın real olan bunlardır qalan şeylər isə mifdir

Link to comment
Share on other sites

Sələfiyyə sözü bidət deyil

«Sələfiyyə» sözü Allah Rəsulu (s.ə.s) və səhabələrin (Allah onların hamısından razı olsun) dövrlərində istifadə olunmamışdır. O dövrdə müsəlmanlar Islamı doğru anladıqları üçün «Sələfiyyə» kimi bir sözə ehtiyacları yox idi. Ama fitnə dövrü başlandığında və firqələr çoxaldığında ümmətin alimləri haqqa tabe olanlarla həva və həvəslərinə tabe olub bidət və xətaya düşənləri ayırmaları lazım idi. Bu səbəbə görə «Əhli Hədis» və «Sələf» kimi sözlər istifadə olunmağa başlandı. Hicrətin 150-ci ilində vəfat edən Əbu Hənifə (rh) deyir ki: «Rəvayətlərə və sələfin yoluna sım-sıx bağlanın və yeni icad edilən şeylərdən qaçın, çünki bunların hamısı bidətdir» (Suyuti tərəfindən «Seun əl Muntək vəl Kəlam» adlı kitabı, səhifə 32)

Bunun üçün «Sələfiyyə» (Sələfilər) səhih rəvayətlərdən anlaşıldığı kimi Allah Rəsulu (s.ə.s) və səhabənin (Allah onların hamısından razı olsun) yolu olan həqiqi Islamı mənimsədiklərinə görə özlərini bütün Islam firqələrindən ayırırlar.

Bu məsələyə əlavə olaraq «sələf» sözü Allah Rəsulu Məhəmməd (s.ə.s) tərəfindən birbaşa istifadə olunmuşdur. (Sələf sözü lüğətdə qabaqda olan və ya əvvəlcədən keçib gedən mənalarına gəlir) Peyğəmbər (s.ə.s) qızı Fatimə (r.a)-ya belə buyurur: «Ni məs sələf ənə ləki» «Mən sənin üçün nə gözəl sələfəm» (Səhih Muslim, 2450)

Imam Muslim (rh) tərəfindən «Səhih» kitabının müqəddiməsində (16-cı səhifədə) Abdullah ibn Mubarak (rh)-ın bu sözü nəql edilir: «.... bütün insanların önündə belə deməsi adəti idi: «Amr ibn Sabitin (rəvayət etdiyi) hədislərə fikir verməyin, çünki o sələfi pis anardı»

Şeyx Saleh ibn Fouzan deyir ki: «Sadəcə sələfin məzhəbini təqib etməkdən başqa bir mənaya gəlməyən bu anlayış (yəni sələfilik, sələfiyyə) necə bidət ola bilər?» (Əl Bəyan, 156) Insanın özünü sələfə və ya sələfiliyə aid etmək bidət deyil. Əksinə hər bir müsəlman özünü (sünnə) minhəcinə və sələf əqidəsinə nisbət etmək məcburiyyətindədir. (yəni hər bir müsəlman özünü bidətçi və azğın firqələrdən uzaq tutması lazımdır) belə də deyilə bilər: «Əgər sələfilik sözü bir bidətdirsə, onda Əhli Sünnə vəl Cəmaə kəlməsi də bidətdir (Çünki bu kəlmə də Peyğəmbər (s.ə.s)-dən sonra istifadə olunmağa başlandı)» Amma hamı tərəfindən bilinir ki, bu belə deyil. Təəssüflər olsun ki, «Əhli Sünnə vəl Cəmaə» sözü haqqı (yəni insanların hansı qrupa aid olduğunu) tam bildirə bilmir. Çünki demək olar ki, bütün firqələr özlərini Əhli Sünnəyə nisbət edirlər.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Kaş bir-birinizin məzhəblərini, təriqətlərini aşağılamaqdan ötrü etdiyiniz görünməmiş fədakarlığı ateistlərə, materialistlərə qarşı da etsəydiniz bu forumda....

- "Ey iman gətirənlər! bir camaat digərini məsxərəyə qoymasin. Ola bilər ki, bunlar onlardan daha yaxşi olsunlar." Hucurat, 11

- "Ey iman gətirənlər! Allah qarşisinda sabitqədəm və ədalətli şahidlər olun. Hər hansi bir camaata qarşi olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxindir. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardir!" Maidə, 8.

- "Hamınız bir yerdə sülhə gəlin!" Bəqərə-208

- “..barışmaq daha xeyirlidir.” Nisa surəsi 128

Allah ayrılıq salanları, məzhəb çəkişməsi aparanları sevməz:

- “Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!". Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir.“ əl-Muminun surəsi, 52 və 53-cü ayə.

Barışın...

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 2 weeks later...

QARDASHLAR ALLAH RIZASI UCUN MUBAHISE ETMEYIN.MEN ISLAMI NUR QARDASHI HAMININ GOZU QARSHISINDA MUZAKIRE ETMEY UCUN CAGIRDIM VE CAVAB GOZLEYIREM.

EGER ISTEDIYIM CAVABI ALMASAM DEMEK BU YAZDIQLARININ HAMISI BOW-BOW YERINDEN SOZ ATMAQDIR.

BU SOZLERDEN SONRA ARTIQ BIR SOZ OLA BILMEZ...

Uca Allah buyurur:Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır.(7:178)

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 0 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 9 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
        • Upvote
        • Confused
      • 670 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...