Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Sevdiyinə görə özünə qəsd etməyə dəyərmi?


Kenul2012

Recommended Posts

Son zamanlar tez-tez nakam sevgidən əziyyət çəkən gənclərin intihara cəhd etdiyi xəbərlərini oxuyuruq.

 

Bu dəfəki mövzumuz intihardan yox sevgidən olsun.

Elçisinə yox cavabı alan oğlan özünə qəsd edir yaxud 

Sevgisinə qarşılıq almayan tərəf ,digərinə zor ( bıçaqlayıb,üzünə üzvü turşu töküb,qaçırtmaq vəs..)  tətbiq etməlidirmi ?

  • Upvote 1
Link to comment
Share on other sites

Sevgi dediyin duyğu qarşılıqlı olmalıdır.Eyer deyilse demek sen onu hele tapmamısan ya da o seni.) 

Qarşındakı seni sevmir deye onun heyatına her hansı bir şekilde müdaxile etmeye ne haqqın?! 

Link to comment
Share on other sites

Əlbəttə ki, bütün bunlar tamamilə yalnışdır. Ancaq nə qədər desən də, hər insanın öz təbiəti var. Adam var ki, iradəsi çox zəifdir və bunu çox gözəl dərk edir, amma özü ilə bacarmır. Beyində psixoloji bloklar ki var ha, onlar insanı çox şeydən məhrum edir. Kimisi öz imkanlarını aça bilmir(halbuki istedadlıdır), kimisi isə başının içindəki o məhdudiyyətlər ucbatından uçuruma sürüklənir. Hər insan bu həyata nə üçünsə gəlir, heç vaxt təsadüflərə bel bağlamamışam. Məncə, hər birimiz müəyyən bir missiyanı yerinə yetiririk və sonra bu vəfasız dünyanı tərk edirik. Əgər kimsə fanatik dərəcədə birinə bağlanırsa və bu məsələnin sonu sui-qəsdlə və ya qarşı tərəfə zor tətbiq etməklə başa çatırsa, demək bu belə də olmalı imiş. Bəzən görürsən ki, bir insan öz yaxın dostunu xilas etmək üçün əlindən gələni edir, ancaq yenə də həmin adam öz canına qıyır və dostunun bütün etdiklərinə rəğmən, bu hekayə bununla da bitir. Çünki elə şeylər var ki, onlar bizim əlimizdə deyil və biz nə etsək də, fatal sonluq özünü göstərir.

 

Ümumiyyətlə, intihar Allah tərəfindən günah kimi qarşılanırsa, cəmiyyət tərəfindən də acizlik kimi qarşılanır. Heç kəsə maraqlı deyil ki, sən nə cür insan olmusan.İnsanlar həmişə "bu günlə" yaşayır. Sənin dünən etdiklərin, elə dünəndə də qalır. Faktiki olaraq, sən bu gün özünü, tutalım ki, asmısansa, bu səhvin baha başa oturacaq.. Həm sənin üçün, həm sənin yaxınların üçün. Doğmalarına iki qat baha oturacaq. Və intiharı bir növü eqoistlik kimi də adlandırmaq olar. Guya elə hamı kef-damaqda yaşayır ki. O qədər fəhlə babalar var ki, həyatının mənasını çoxdan itirib, amma öz övladları, həyat yoldaşı üçün ömrünün sonuna qədər çaba göstərir. Amma bu gün elə mənasız yerə özünə intihar edən insanlara, əsasən də yeniyetmə və cavanlara rast gəlirsən ki, məəttəl qalırsan. Hansısa küçə pozğununa görə özünə qıyan cavan oğlanlar, sosial şəbəkədə nəsə bir "problem" yaşayıb damarını kəsənlər və s. Bir dəfə, heç yadımdan çıxmaz, sosial şəbəkələrdən birində 12 yaşlı uşağın nikinə rast gəldim: "Mənasız həyat". Ay balam, sən hələ nə çatdırıb gördün ki, həyat sənə bu qədər mənasız gəldi. Bir beş-on il yaşa, ondan sonra baxarıq də..

  • Upvote 2
Link to comment
Share on other sites

Indiki sheraitde Azerbaycanda yashamagin ozu depressiv bir sheydi, amma ozunu oldurmek derecesinde yox. Her ne olur olsun yadda saxlamaq lazimdir ki insan heyata bir defe gelir, ikinci shans olmur. Hem heyat yalniz sizin sevdiyiniz insandan ibaret deyil, yashadiqca yeni insanlar qarshiniza chixacaq

En azindan rastiniza chixan yashli insanlarin cavanliqlari haqqinda ne qeder hesrelte danishdigina fikir verin.

 

Tesevvur edin omurluk yaxud 15-20 illik hebs cezasi almish insanlar var ki ne vaxtsa cezasinin yungulleshdirileceyine, azad olunacagina inanir, o inamla da yasahayir. Amma bu terefde ise qizdan yox eshitdiyine gore oglan ozunu qatarin altina atmaga ya da ozune zerer yetirmeye qerar verir (indi burda qizla oglanin yeri deyishik de ola biler).

Saglamliq ve azadliq chox deyerlidi. Amma en deyerlisi heyatdi, chunki onu itirende qaytarmaq olmur.

  • Upvote 3
Link to comment
Share on other sites

Bu tip intiharlar gənclər arasında üstünlük təşkil edir. Bir qədər dünya görmüş insanlar belə intiharlara getmirlər. Çünki, insan yaşa doldüqca düşüncə tərzi, dünya görüşü və ağlı formalaşır. Gənc yaşlarda sevgi bir qədər fərqli olur, ağıl keçir arxa plana. İnsan özünü ağılla idarə etmirsə hər cür səhvə yol verə bilər. 

Link to comment
Share on other sites

В 24.10.2016 в 23:20, gapgara сказал:

Bu tip intiharlar gənclər arasında üstünlük təşkil edir. Bir qədər dünya görmüş insanlar belə intiharlara getmirlər. Çünki, insan yaşa doldüqca düşüncə tərzi, dünya görüşü və ağlı formalaşır. Gənc yaşlarda sevgi bir qədər fərqli olur, ağıl keçir arxa plana. İnsan özünü ağılla idarə etmirsə hər cür səhvə yol verə bilər. 

Məndə də bax o yoxdur də.. Ona görə də, vurulduğunu düşünən yaşıdlarımı maymaq gözündə görürdüm. Bilmirəm, bəlkə də vaxtından əvvəl böyümüşdüm və ya soyuqqanlı olduğumdandır. Onu bilirəm ki, bəzi qəlbləri sındırmışam. Amma bilərəkdən olmayıb,istəmədən alınıb. Düzü, bəzən sadəcə ümidləndirməmək üçün etmişəm. Həm də ki, mən daha çox ehtiras adamıyam, nəyinki romantikaya yaxın birisi. Bəlkə də ondandır.)

Link to comment
Share on other sites

İntihar haqqında iki-üç mövzuda danışmışam.Fikrim dəyişilməz olaraq qalıb.İradə zəifliyi,mübarizə etmədən təslim olmaq-əzmsizlik,iradəsizlik,xarakter zəifliyi və s.

Qarşılıqsız sevgiyə görə intihar etmək,ya sevdiyi şəxsdən qarşılıq almadıqda zor tətbiq edərək -hər iki tərəfin həyatını məhv etməyə haqqı varmı..

Bu suala cavab tapsaq,demək olar cavab aydın olar .)

İndiki zamanda uğruna ölünəcək sevgi varmı?

 

 

Edited by Kenul2012
Link to comment
Share on other sites

21 минуту назад, Kenul2012 сказал:

İntihar haqqında iki-üç mövzuda danışmışam.Fikrim dəyişilməz olaraq qalıb.İradə zəifliyi,mübarizə etmədən təslim olmaq-əzmsizlik,iradəsizlik,xarakter zəifliyi və s.

Qarşılıqsız sevgiyə görə intihar etmək,ya sevdiyi şəxsdən qarşılıq almadıqda zor tətbiq edərək -hər iki tərəfin həyatını məhv etməyə haqqı varmı..

Bu suala cavab tapsaq,demək olar cavab aydın olar .)

İndiki zamanda uğruna ölünəcək sevgi varmı?

 

 

Könül xanım, sevgi həmişə olub və olacaq (uğrunda ölünəcəkləri nəzərdə tuturam.). Sadəcə, sevginin nə olduğunu çoxları bilmir axı. O qədər elə insanlar tanımışam ki, sevgi ilə şəfqəti səhv salıb. Və ya simpatiya göstərdiyi birisini sevdiyini zənn edib. Yəni, bu biraz qəliz məsələdir. Şəxsən mən, sevginin nə olduğunu bilmirəm. Çünki heç vaxt vurulmamışam. Xoşuma gələn qızlar olub, yadda qalan münasibətlər də. Amma sevgi tam başqa bir şeydir. "Könlü sevən göyçək olar" məsələsi, sevgini müəyyən edən ən yaxşı nümunələrdən biridir məncə.Sevən insan sərhəd, zaman, məkan tanımır. Əsl sevən qarşılıq və çıxar gözləmir. Əks halda bu sevgi deyil, ayrı hissdir.

Edited by Deymon Salvatore
  • Upvote 1
Link to comment
Share on other sites

3 минуты назад, Deymon Salvatore сказал:

Könül xanım, sevgi həmişə olub və olacaq (uğrunda ölünəcəkləri nəzərdə tuturam.). Sadəcə, sevginin nə olduğunu çoxları bilmir axı. O qədər elə insanlar tanımışam ki, sevgi ilə şəfqəti səhv salıb. Və ya simpatiya göstərdiyi birisini sevdiyini zənn edib. Yəni, bu biraz qəliz məsələdir. Şəxsən mən, sevginin nə olduğunu bilmirəm. Çünki heç vaxt vurulmamışam. Xoşuma gələn qızlar olub, yadda qalan münasibətlər də. Amma sevgi tam başqa bir şeydir. "Könlü sevən göyçək olar" məsələsi, sevgini müəyyən edən ən yaxşı nümunələrdən biridir məncə.Sevən insan sərhəd, zaman, məkan tanımır. Əsl sevən qarşılıq və çıxar gözləmir. Əks halda bu sevgi deyil, ayrı hissdir.

 

 

Bu suala özünüz cavab vermisiniz.)

 

Mən sizi sevirəm.Mənə yox deyirsiniz-" ya mənim olmalısınız,ya qara torpağın " şüarı ilə gəlib sizi öldürürəm ?)

 

 Bu sevgidirmi ? Qəti şəkildə yox.Bu eqoistlikdir.Özünə vurğunluq,özündən razılıq -min cür ad vermək olar.Sevgi qorumaqdır,uzaqdanda sevmək olar-yetərki həmin insan xoşbəxt olsun.Mənim anlayışımda həqiqi sevgi budur.

İndiki gənclər bunu bacarmadığına görə həqiqi sevgi yoxdur..Eləcə də özünü öldürmək.Bu çıxış yolu deyil..Milyonlarla insan yenidən sevib,əvvəlkindən də xoşbəxt olub.

Link to comment
Share on other sites

18 минут назад, Kenul2012 сказал:

 

 

Bu suala özünüz cavab vermisiniz.)

 

Mən sizi sevirəm.Mənə yox deyirsiniz-" ya mənim olmalısınız,ya qara torpağın " şüarı ilə gəlib sizi öldürürəm ?)

 

 Bu sevgidirmi ? Qəti şəkildə yox.Bu eqoistlikdir.Özünə vurğunluq,özündən razılıq -min cür ad vermək olar.Sevgi qorumaqdır,uzaqdanda sevmək olar-yetərki həmin insan xoşbəxt olsun.Mənim anlayışımda həqiqi sevgi budur.

İndiki gənclər bunu bacarmadığına görə həqiqi sevgi yoxdur..Eləcə də özünü öldürmək.Bu çıxış yolu deyil..Milyonlarla insan yenidən sevib,əvvəlkindən də xoşbəxt olub.

Bu aspektdən, fikirlərimiz üst-üstə düşür. Mən də bu cür yanaşıram.

Link to comment
Share on other sites

  • 1 year later...
  • 6 months later...

Yadıma bir anekdot düşdü.

Təsəvvür et ki, Fərhad olub qayaları yara-yara gəlib Şirinə çatmısan.Şirində qayıdıb sənə deyir ki, mən səni yalnız bir dost kimi görürəm. 

Neyniyərsən?

Heçnə adamın krişası qaçar.

Link to comment
Share on other sites

21 час назад, Slay сказал:

Yadıma bir anekdot düşdü.

Təsəvvür et ki, Fərhad olub qayaları yara-yara gəlib Şirinə çatmısan

siz Xosrov və Şirini oxumamısız ) oxumamısız, dəqiq ))

 

21 час назад, Slay сказал:

Şirində qayıdıb sənə deyir ki, mən səni yalnız bir dost kimi görürəm. 

Neyniyərsən?

 )) Bisutun dağını yarmaq Fərhad üçün çətin deyil, amma gəl ki, Şirinlə dostluq çətindi...

Link to comment
Share on other sites

1 час назад, NOIR сказал:

siz Xosrov və Şirini oxumamısız ) oxumamısız, dəqiq ))

 

 )) Bisutun dağını yarmaq Fərhad üçün çətin deyil, amma gəl ki, Şirinlə dostluq çətindi...

Hə oxumamışam.)

Feysdə rast gəlmişdim.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 638 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Upvote
        • Sad
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...