Jump to content
Kenul2012

Azərbaycanda körpələrə verilən əcnəbi adlar.

Recommended Posts

Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır.
 
Report bildirir ki, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.
Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.
 
Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.
 
Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib.

 

Bizimyol.info.

Share this post


Link to post
Share on other sites

Görün nə yaxşı səslənir - Diana, Selena, Rihanna, Janna, Luiza, İzabella. Nə deyə bilərik, adlarını yaşatsınlar )

Share this post


Link to post
Share on other sites

Qoyulacaq adın gözəl bir mənasının olması daha onemlidir..Amma bu shexsi bir fikirdir.Her kes oz zovqune uygun ad sechimi ede biler .Esas  budur ki,her kes adinin layiqli dashiyicisi olsun. 

Share this post


Link to post
Share on other sites

Son zamanlar diqqetimi çeken bir şey de var.

Uşaqlara ata ve ananın adlarının önünü birleşdirib ad qoyurlar.

Misal: Elnur+ Ruhiyye=Elruh.

Share this post


Link to post
Share on other sites

Heç bəyənmirəm ,atanın -ananın adının calağı..Oturub fikirləşib bir ad tapmaq olar ..Xarici adların əleyhinə deyiləm.Lakin qədərində..

 

 

Düzdür,öz milli adlarımızın içində elə qəribələrinə rast gəlmişəm ki,bu adlardansa ,xarici ad daha yaxşıdır..

Bunları köhnə mövzularda müzakirə etmişik.yadımda qalanı ən dəhşətlisi -Xiyarə ismi idi.

 

 

Nə ad qoyururuqsa qoyaq,fikirləşməliyik ki ,sabah övladımız cəmiyyət arasına çıxanda utanmasın.Ona görə əcaib-qəraib adları uşaqlara verməmişdən öncə düşünməliyik.

 

 

Öz adımı sevmişəm.) Mənə ürəyatan ad qoyduqlarına görə valideynlərimə minnətdarlıq hissi duyuram.) :heart1:

Share this post


Link to post
Share on other sites
32 минуты назад, Kenul2012 сказал:

Düzdür,öz milli adlarımızın içində elə qəribələrinə rast gəlmişəm ki,bu adlardansa ,xarici ad daha yaxşıdır..

Bunları köhnə mövzularda müzakirə etmişik.yadımda qalanı ən dəhşətlisi -Xiyarə ismi idi.

 

Kəndimizdə bir kişi var, adı Noyabrdır, amma hamı Niyar kimi çağırırdı kişini. 

Share this post


Link to post
Share on other sites
20 минут назад, gapgara сказал:

Kəndimizdə bir kişi var, adı Noyabrdır, amma hamı Niyar kimi çağırırdı kişini. 

 

Niyə noyabr ? N hərfi ilə o qədər gözəl oğlan adları var ? Nəsimi,Nizami,Nicat,Nüsrət ,Naib,Nahid,Nihad və s.

 

Niyaməddin :yox: 

 

Ad insana yaraşmalıdır.

Share this post


Link to post
Share on other sites
2 часа назад, Kenul2012 сказал:

 

Niyə noyabr ? N hərfi ilə o qədər gözəl oğlan adları var ? Nəsimi,Nizami,Nicat,Nüsrət ,Naib,Nahid,Nihad və s.

 

Niyaməddin :yox: 

 

Ad insana yaraşmalıdır.

Könül, Niyameddine allergiyan var?)

Share this post


Link to post
Share on other sites
8 часов назад, Elisabeth сказал:

Könül, Niyameddine allergiyan var?)

 

Xeyr,allergiyam qida məhsullarına və bəzi şirin ətirlərə qarşıdır.

 

İki Niyaməddin tanıyıram ( Niyaməddin Musayev,Niyaməddin Səlami )  ..Bu adı verib üçüncüsünü incəsənətə gətirmək böyük qəbahət olar.Azərbaycan xalqına ikisi bəs edir.) 

Başqa ad fikirləşsinlər bir az.

Share this post


Link to post
Share on other sites

Qarşı olduğum üçün deyil, ancaq mən milli adlara üstünlük verərdim.Əslində,belə götürəndə, bizdə tələbatda olan adların çoxusuna nəzər salsaq, əksəriyyəti elə fars mənşəlidir.Sırf milli mənsubiyyətimizi ifadə edən adlar az işlənir.Elə insan adları var ki, onlar tamamilə unudulub. Halbuki o adları körpələrimizə vermək daha məqsədə uyğun olardı, bu mənim subyektiv fikrimdir.Yoxsa "Sabrinalar" filan nə qədər qulağa yatan olsa da, mentallığı və speçifikliyi itirməyə meyilləndirir bizləri.Sonra da necə ki bu fars adları ilişib qalıb linqvistikamızda,həmin o "Svetalar" da qalacaq. Onsuz da tariximizi farşa çevirən o qədər hadisələr olub ki, indiyə kimi onu başımıza qağınc edirlər.Sonra da gəl bu el-aləmin ingilisinə başa sal ki, biz qədim bir xalqıq.Ermənilər öz yalanlarını "süni pratezlə" belə,məcburi şəkildə yeridirlər, biz isə olan tariximizi qoruyub saxlaya bilmirik.Ən çoxusu da bu xarici adları öz uşaqlarına qoyanlarla iki kəlmə kəsəndə anlayırsan ki,elə beləsindən bundan artığını gözləmək ağılsızlıq olardı.

 

 

Bir də "Grey Wolf"un fikiri ilə də razıyam ki, qarışıq nigahlardan da bu cür "yan fəsadlar" qalır.Yeri gəlmişkən, bir çox qəribə adlarla rastlaşmışam və onlardan ən məzəliləri "Dilənçi" və "Pesi"dir.Bilmirəm bu bədbəxtlərin adlarını qoyan valideyn hansı narkotik maddənin təsiri altında imiş)

Edited by Deymon Salvatore

Share this post


Link to post
Share on other sites

Bizim sayılan adlar əksər halda ərəb fars mənşəlidir. Əslində biz son əsrdə özümüzü millət adlandırmağa başlamışıq ona qədər isə sadəcə müsəlman və ya bədəvi mədəniyyətinin tipik daşıyıcısı idik.
Artıq azad dövrdür, özünü hər hansı dinə aid etməyənlər istədiyi beynəlxalq adı seçə bilərlər.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Keçən əsrdə rayonlarda əcnəbi, əsasən də alman adları çox qoyurdular. Oskar, Tomas və sairə.

Share this post


Link to post
Share on other sites

Dini seriallar numayish televiziyada etdirilende insanlar tesirlenib dini adlar qoyurdular. Bu da onun davamidir. Seriallardan gotururler adlari. Amachi zad qoymuyublar hele yaxshidir

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×