Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Uşaq və din

Recommended Posts

Bu her bir ailenin oz sechimidir, her kes ovladini oz dunyagorushune uygun shekilde yetishdirir. Amma chox qisa bir misal chekmek isterdim.

Qerbde insanlarin acliq ve safalet ichinde yashadigi, iqtisadiyyatin ve sehiyyenin chox zeif oldugu, dini inanclarin hokmranliq etdiyi vaxtlari indi "dark ages (qara/zulmet dolu vaxtlar)" deye xatirlayirlar. Maraqlidir ki hemin dovrde muselman olkelerinde chox vacib keshfler olurdu.

Amma sonradan (texminen oten minilliyin ortalarindan) her shey eksine getmeye bashladi, sherq dine daha yaxinlashdi, qerb ise dini yavash yavash gundelik heyatlarindan yigishdirib kilselere sixishdirmaga bashladi.

Sonradan hadiselerin nece cereyan etdiyini ve hazirki veziyyeti sherh etmeye ehtiyac gormurem, her shey goz qarshisindadir. Dinin bize neler getirdiyini gormek/anlamaq uchun xususi bir iti zeka sahibi olmaq shert deyil. Ona gore de gelecek nesillere dini teblig etmek yox, dinlerin nece yayildigini, dinin dominant oldugu olkelerin nece yashadigi barede melumat verib, sechimi oz ohdelerine buraxmaq lazimdir.

Edited by Blackkk
Link to comment
Share on other sites

30 minutes ago, Blackkk said:

Sonradan hadiselerin nece cereyan etdiyini ve hazirki veziyyeti sherh etmeye ehtiyac gormurem, her shey goz qarshisindadir. Dinin bize neler getirdiyini gormek/anlamaq uchun xususi bir iti zeka sahibi olmaq shert deyil. Ona gore de gelecek nesillere dini teblig etmek yox, dinlerin nece yayildigini, dinin dominant oldugu olkelerin nece yashadigi barede melumat verib, sechimi oz ohdelerine buraxmaq lazimdir.

Əlbətdə müsəlman ölkələrin vəziyyəti yaxşı deyil amma sizin təklifiniz ədalətli deyil. Gələcək nəsillər dünyəvi elmlərlə birgə dini elmləridə öyrənsələr yaxşı olar. Ondan sonra seçim etsələr daha yaxşıdı. 

Edited by aqilyunus
Link to comment
Share on other sites

Dini tərbiyəni yaxşı halda, məktəb verməlidir. bununla yanaşı, fəlsəfənin əsaslarını da öyrətməlidir. düşünürəm, din bir tədris fənni kimi , həftədə 1 saat olmaqla keçirilərsə, pis olmaz.

musiqi, texnologiya, idman fənnləri əgər ziyanlı deyilsə, din tədris fənninin nə kimi ziyanı ola bilər ? dindən  bir mistika kimi qorxmağın mənası yoxdur. şagirdə sadəcə, fənni davamlı təqdim etmək lazımdır ki, onda dünyagörüş genişlənsin, dinə münasibət formalaşsın. bunlar olmadan, o necə və nə zaman seçim edə biləcək ( ? )

  • Upvote 1
Link to comment
Share on other sites

ümumiyyətlə, idealda ) dövlətçilik öz sabitliyini təmin etmək üçün, ideloji dayağa istinad edir. cəmiyyət öz üzvülərini sığortalamalıdır ki, gözlənilməz nəticələrlə üzləşməsin.

başqa sözlə, məsələn ailə dayaqları zəif olanda, fərd hansısa digər kollektivə sığınır. ailə uğursuz olarsa, uşaq ya məktəbə, ya hansısa yoldaşlıq qrupuna sığınır. ailə də, qrup da qüsurlu ola bilər, yanlış istiqamətdə ola bilər. amma dövlətçilik marağı prisipial olur (olmalıdır). dövlət öz təhsil sistemi vasitəsilə vətəndaşını mühafizə edə bilər (etməlidir). belə bir vasitə də zamanında, rəsmi səviyyədə təqdim olunan, izah olunun tərdisdir, təlim-tərbiyədir.

(yaxşı əllərdə zəhər də faydalı ola bilər)

  • Upvote 1
Link to comment
Share on other sites

13 часа назад, NOIR сказал:

Dini tərbiyəni yaxşı halda, məktəb verməlidir. bununla yanaşı, fəlsəfənin əsaslarını da öyrətməlidir. düşünürəm, din bir tədris fənni kimi , həftədə 1 saat olmaqla keçirilərsə, pis olmaz.

musiqi, texnologiya, idman fənnləri əgər ziyanlı deyilsə, din tədris fənninin nə kimi ziyanı ola bilər ? dindən  bir mistika kimi qorxmağın mənası yoxdur. şagirdə sadəcə, fənni davamlı təqdim etmək lazımdır ki, onda dünyagörüş genişlənsin, dinə münasibət formalaşsın. bunlar olmadan, o necə və nə zaman seçim edə biləcək ( ? )

Yaxşı fikirdir, din tədris fənni kimi məktəbdə çagirdlərə keçirilsə aydınlıq üçün çox kömək olar. Hal hazırda ibtidai siniflərdə 3-4 cümlə ilə dinlər haqqında ibtidai sinifdə məlumatlar verilir uşaqlara. Bundansa daha yuxarı siniflərdə təsdiq olunmuş fənn kitabı ilə şagirdlər məlumatlansalar daha ağıllı şəkildə istiqamətlənərlər. 

Ümumiyyətlə yetkin yaşa çatmamış uşaqları dinə sövq etmək düzgün yol sayıla bilməz.

Link to comment
Share on other sites

Bu mövzu mənim üçün bir az qeyri müəyyən oldu...

Uşaqları  dinlə tanış etmək.

Üşaqlara dini dərslər keçmək.

Uşaqlara dini tərbiyə vermək.

Bunlar hamısı ayrı-ayrı şeylərdir...

Dində mücərrəd anlayışlar çoxdur. Uşaq şüuru bunu qavraya bilməz. Dini dərslər keçmək yox dinlə tanışlıq yaratmaq olar.Və bu zaman dərs keçənin özü elm cəbhəsində dayanmalı saglam düşüncəli olmalıdır.Dini tərbiyə verməyə gəldikdə isə bunu belə başa düşürəm. Uşaqlarda mənəviyyatın formalaşması və inkişafı. Əgər uşaq hər yerdə dürüstlüyü, düzgünlüyü müşahidə eliyərsə bu elə dini tərbiyədir.

Link to comment
Share on other sites

Belke muzey, teatr, tarixi abideler, mutefekkirlerimiz, dunya edebiyyati ??? Belke evvelce bunlarla tanis edek usaqlarimizi? 6 yasli usaga Mehemmedin 55 dene arvad almagini nece izah edek? Yaxud Allahin oz yaratdigini oz cehenneminde yandirmagini??? 

Link to comment
Share on other sites

11 hours ago, Vuqar Rehimov said:

Əgər uşaq hər yerdə dürüstlüyü, düzgünlüyü müşahidə eliyərsə bu elə dini tərbiyədir.

Durustluk ve duzgunluk kimi anlayishlar ibrahimi dinler yaranmazdan chox-chox eweller movcud olub, bu xususiyyetleri birbasha dinle baglamaq duzgun olmazdi.

Her hansi dinde dogru-durustluyun vacib sayilmagi butun dindarlarin durust olmasi ve ya dindar olmayanlarin butun bunlardan uzaq olmasi anlamina gelmemelidir.

Link to comment
Share on other sites

12 часа назад, Vuqar Rehimov сказал:

Bu mövzu mənim üçün bir az qeyri müəyyən oldu...

Ola bilsin fikrimi tam ifadə edə bilməmişəm.

Ailədə uşağı dinlə neçə yaşında tanış etmək lazımdır.Allah kimdir ,Din nədir və s. uşağa necə və neçə yaşında öyrədilir.

Bəzi uşaqlar 7-8 yaşında böyük insandan çox məlumatlı olur.Bəziləri 10-12 yaşında allahın varlığından xəbərsizdir.

Ən düzgünü hansıdır ? və ya hansı orta yolu seçməliyik.

Məktəblərdə dini tədris başqa mövzudur.yaxın zamanda o da olacaq.

Link to comment
Share on other sites

Uşaqların ibadəti (dini formada desək) dərslərini yaxşı oxuyub öyrənmək və böyüklərin sözünə qulaq asıb əməl etməkdir.Böyüklər isə bu işdə məsuliyyət daşıyır.

Dində abstrak düşüncələri (ruh, mələk, şeytan, cənnət, cəhənnəm və s) uşaq şüuru anlaya bilməz.Ona görədə mənası yoxdur

uşaga dindən danışmagın...

  • Upvote 2
Link to comment
Share on other sites

Blackkk dindəki dürüstlüknən, düzgünlüknən dindən kənarda olan dürüstlükdə fərq var...Dində olan düzgünlük nisbi yox mütləq sayılır...Bunlar ehkamlardır...Dəyişilə bilməz...

Mənim fikrimcə mənəviyyatın təməlində bu dürüstlük ehkamlarının olması heç bir ziyan etməz...Uşaqlara əgər dinlə tanış etmək istəyiriksə bu dürüstlüyüdə nümayiş etdirməliyik...

  • Upvote 1
Link to comment
Share on other sites

Uşağa din tərbiyəsini ilk növbədə ailəsi verməlidir. Ata və anasının əxlaq səviyyəsi uşağa mütləq təsir edəcək. Uşaq üçün dinlə tanışlığın ilk mərhələsidə budur. Bundan sonra atası və anası ibadət edirlərsə, uşaqda böyüdükcə maraqlanacaq və öyrənəcək. Mərifətin ən aşağı dərəcəsi Allahı tanımaqdır. 

Link to comment
Share on other sites

bütün postları oxudum. hər birində həqiqət var. amma ailə səviyyəli təlim-tərbiyə verə bilməzsə necə olsun ?

ölkəmizdə yüz minlərlə ailələr var ki, ehtiyac və cəhalət içində ömür sürür. mənzil təminatsız, sosial təminatsız... çox vaxt, bu kimi ailədən olan uşaqların cəmiyyətlə yeganə faydalı təmas yeri məktəb olur.

daha sonra, uşaqlar özləri də çox müxtəlifdir. qavrama qabiliyyəti, yaddaşı, təxəyyülü, maraq dairəsi müxtəlif və bir-birindən fərqlidir. uşaq inadkar, tələbkar ya əksinə laqeyd və tənbəl ola bilər. bununla belə, təhsil sistemi icbari qaydada, onları məktəbə cəlb edir. çünki təhsil sisteminin mövqeyi prinsipialdır. ailə isə ədət-ənəyə uyğun tələb edir.bəlkə ifrata yol verə bilər, ya diqqətsizlik edə bilər.

ailənin dini tərbiyə vermək imkanı realdır. amma dövlətin mövqeyi prinsipialdır. mən "məktəb" tərəfdarıyam, bir sözlə

  • Upvote 1
Link to comment
Share on other sites

Hardasa Noir xanımın fikri ilə razıyam.Dinlə uşağı tanış edəcəksə bu məktəb,dövlət səviyyəsində olmalıdır.Müxtəlif valideynlər var.Hamısa da yaxşı demək olmaz.

Keçən tədris ilində oğlum ikinci sinifə gedirdi.Parta yoldaşı karandaşlarından istifadə edirdi.Yoldaşı tez-tez karandaşlarını alıb qaytarmırdı,qaytaranda da ortadan bölürdü.Dərs ilinin sonuna qalmış karandaşları korlandığına görə yenisini aldıq.Bu dəfə oğlum yeni karandaşlarını parta yoldaşı ilə bölüşmək istəməyib.Qız çox istəyib,oğlum verməyib.Deyib :sındıracaqsan.Onda qız başlayıb oğlumun üstünə qışqırmağa- Allah gözünü çıxaracaq,Allah belini sındıracaq.Cəhənnəmdə yanacaqsan ..

Oğlum çox təəccüb və tədirgin evə gəldi.Olanları mənə danışdı.Evdə ,ailədə belə sözlər eşitməyib.Heç bu cür sözlərin anlamını bilmir.Cəhənnəm,şeytan ilk dəfə idi eşidirdi.Neçə gün məndən soruşdu ,karandaş vermədiyimə görə Allah gözlərimi çıxara bilərmi ? 

Başa saldım.Belə bir şey yoxdur.Evdə artıq karandaşımız vardı.Dedim,apar yoldaşına bağışla.Bəlkə imkanı yoxdur karandaş ala bilmir.Səndə öz yeni karandaşlarını bölüşmürsən.Çox israr etdim.aparmadı.Dedi,o qızın oz karandaşları var.İstifadə etmir.Sinifdə hamının karandaşını alır vermir,qaytaranda da sındırır.Vermək istəməyənlərə isə həmin sözləri deyib,qarğıyır.bu qızın adətidir.

Bu il üçüncü sinifə gedəndə həmin qızla oturmayacağını dedi.Arxa partaya keçməyə razı oldu,həmin qızla oturmadı.

Hər uşaq ailənin güzgüsüdür.Onun tərənnüm edir.Ailə daxili olanlar,valideynlər istəsə-istəməsə belə uşaq özünə süngər kimi çəkir.Biz yanlarında olmadıqda şəraitdən asılı davranırlar.Dində cahil əlinə düşərsə qorxulu silaha çevrilər.Buna görə evdə uşağı müxtəlif istiqamətlərə yönəltməkdənsə ,ya dinlə tanışlıq dövlət səviyyəsində olsun ,ya da özü böyüyüb seçim edənə qədər sərbəst buraxılsın..

Link to comment
Share on other sites

В ‎26‎.‎09‎.‎2016 в 00:02, gapgara сказал:

Yaxşı fikirdir, din tədris fənni kimi məktəbdə çagirdlərə keçirilsə aydınlıq üçün çox kömək olar. Hal hazırda ibtidai siniflərdə 3-4 cümlə ilə dinlər haqqında ibtidai sinifdə məlumatlar verilir uşaqlara. Bundansa daha yuxarı siniflərdə təsdiq olunmuş fənn kitabı ilə şagirdlər məlumatlansalar daha ağıllı şəkildə istiqamətlənərlər. 

Ümumiyyətlə yetkin yaşa çatmamış uşaqları dinə sövq etmək düzgün yol sayıla bilməz.

doğru qeyd edibsiz.

yuxarı siniflərdə, fəlsəfə ilə yanaşı tədris olunması yaxşı olardı, faydalı olardı. din və fəlsəfə qədim dünyanın elmi, konstitusiyası olub bir zamanlar. gərəksiz, yorucu fənn saatlarını din_fəlsəfə ilə əvəz etsələr, uşaqların günyagörüşü genişlənərdi.

  • Upvote 1
Link to comment
Share on other sites

  Uşaqlara -lap körpəlikdən,hətta ana bətnindən - əxlaqi keyfiyyətlər,mənəvi dəyərlər doğru bir şəkildə aşılansa, ixiyarlarına buraxılmış seçim qarşısında verəcəkləri ən düzgün qərar da elə onların öz fərdi və əqli nəticələrinin məhsulu olacaqdır,kənar məcburiyyət və ya müdaxilə deyil.Valideynin bu məsələdə rolu,əxlaqi-mənəvi mədəniyyətin formalaşmasıda övlada istiqamətləndirici mövqedın çıxış etməkdir,övlad əvəzindən seçim etmək deyil.

  • Like 1
  • Upvote 4
Link to comment
Share on other sites

  • 1 year later...

Öz uşaqlığımı xatırlayası olsam,deyerem ki,menim 5 yaşım var idi,bacı ve qardaşım ise menden 6-8 yaş böyük idiler.Anam duaları bize öyredirdi,daha doğrusu böyüklerime.Niyese onların çox hevesi olmadı,öyrenmediler,amma men o yaşımda öyrendim.Maraqlıdır ki,o yaşımda öyrendiyim dualar heç yadımdan çıxmadı.

Özüm ise telesmirem öyretmeye uşağa.

Öyretdiyim,başa saldığım şeyler exlaqi mövzulardı.Dinle ise yaxından tanış olmanın da zamanı gelecek.

Link to comment
Share on other sites

  • 1 month later...
On 9/25/2016 at 10:02 AM, NOIR said:

Dini tərbiyəni yaxşı halda, məktəb verməlidir. bununla yanaşı, fəlsəfənin əsaslarını da öyrətməlidir.

Fəlsəfə din paralel anlayışlardır. Fəlsəfə haqqında onu deyə bilərəm ki, fəlsəfədəki anlayışları dərk edərək öyrənmək üçün tələbəlik yaşıda cox azdır. Uşaqlar bu materialları başa düşmədən əzbərləyir qısa müddətdə yaddan cıxır gedir.

Din anlayışlar da fəlsəfənin məhsuludur, bunu qavramada eyni şəkildə başa düşmədən primitiv şəkildə hər şeyə əməl olunur, daxili aşılama qorxu, ətraf mühitin təsiri nəticəsində daxillərində inam məcburi şəkildə formalaşdırılır. Sonra bu inam necə qəbul olunubsa o şəkildədə əməl olunur. 

Coxluq sadəcə olaraq öz inamlarını hətta nisbi olaraq dərk edə bilmir.  Baxmayaraq ki, ibrahimi dinlərin  fəlsəfi fundamental anlayışları başlanğıcını özündən əvvəlki dinlərdən götürüb, müassir dini möizələr insanın kosmik rolunu. təbiətlə olan harmoniyanı izzah edə bilmir. 

İbrahimi dinlərdən əvvəl olan induizm və daosizm fəlsəfəsində insanın rolu daha aydın və məntiqli izzah edir.  

Dxarma, Karma anlayışları - İnsanın Moksha və Nirvana vəziyyəti məntiqlə izzah olunur. 

İbrahimi dinlərdə də insan eyni ilə material zövqlərdən üstün olmaqa yönləndirilir.  Ancaq bu bir növ məcburiyyət şəklində, başa düşmədən şablon kimi əməl olunması müşahidə olunur. Daha böyük problem isə bunu kütləvi hala salıb siyasiləşdirmək, sosial şəkildə təbliğat, özləri dərk etmədən dini şifahi şəkildə otürmək, təfsirlərin rəngarəngliyi, hədislərin vəziyyətlərə görə nizamlanması və uydurulması.

Bütün bunlar insanların dinə etiqada əməl etməklə daxili inkişafa yox, əsasən deqradant insanların dinə alüdə olmasına və son nəticədə dinin siyasiləşərək, yenə də dinin cəmiyyət idarə etmə alətinə cevrilməsinə aparır. 

  • Like 2
Link to comment
Share on other sites

11 час назад, plotophyte сказал:

bizim cəmiyyətdə məşğulluq problemi var. böyük bir insan kütləsi boş-bekar, necə deyərlər faydasız fəaliyyətdədir. belə kütləni müəyyən bir ideologiya ətrafında birləşdirib, güclü həm təhlükəli vasitəyə (alətə) çevirmək olar. ekstremizm və radikalizm təhlükəli amildir. dini fanatizm milli maraqlara ziddir, bu səbəbdən dövlət səviyyəsində məhdudlaşdırılır.

11 час назад, plotophyte сказал:

İbrahimi dinlərdə də insan eyni ilə material zövqlərdən üstün olmaqa yönləndirilir.  Ancaq bu bir növ məcburiyyət şəklində, başa düşmədən şablon kimi əməl olunması müşahidə olunur. Daha böyük problem isə bunu kütləvi hala salıb siyasiləşdirmək, sosial şəkildə təbliğat, özləri dərk etmədən dini şifahi şəkildə otürmək, təfsirlərin rəngarəngliyi, hədislərin vəziyyətlərə görə nizamlanması və uydurulması.

sıravi inanclı insan dini ritualları din xadimi səviyyəsində icra edə bilməyəcək. qaydaya uyğun, vəziyyətə uyğun, bəzən imitasiya edərək icra edəcək. bəziləri səthi yanaşacaq ya ötürəcək. elə insanlar da olur ki, inancda "ilişirlər". digər etiqadda olan insana ya qrupa qarşı dözümsüzlük, bəzən aqressiya göstərirlər. yaxud öz geyimi, davranışı ilə ətrafa ismarıc ötürürlər ki, bəs mən beləyəm, sizi də qınıyıram. bu sosial arzuolunmaz haldır, əlbəttə.

11 час назад, plotophyte сказал:

Coxluq sadəcə olaraq öz inamlarını hətta nisbi olaraq dərk edə bilmir.  Baxmayaraq ki, ibrahimi dinlərin  fəlsəfi fundamental anlayışları başlanğıcını özündən əvvəlki dinlərdən götürüb, müassir dini möizələr insanın kosmik rolunu. təbiətlə olan harmoniyanı izzah edə bilmir. 

inam ruhun halıdır. mümkündür ki, mahiyyəti tam dərk olunmasın. ümumiyyətlə müasir yaşam tərzi sürətlidir, elə ki, bəzi proseslər dərk olunmadan, sadəcə qəbul edilir, hətta faciələr adiləşir. araşdırmağa, düşünməyə vaxt yoxdur, həyatın ritmi sürətlidir. insanlara bir-birini və təbiəti dinləməyə zaman yetmir.

bu günki elmin inkişafı yüksəkliyindən təbiətlə harmoniyanı izah edə bilmirsə əgər, demək ki, din sosial mahiyyətini kəşf etməyib hələ. olsun ki, uzun əsrlər boyunca həmin mahiyyəti ya itirib, ya dəyişib. 

11 час назад, plotophyte сказал:

Din anlayışlar da fəlsəfənin məhsuludur, bunu qavramada eyni şəkildə başa düşmədən primitiv şəkildə hər şeyə əməl olunur, daxili aşılama qorxu, ətraf mühitin təsiri nəticəsində daxillərində inam məcburi şəkildə formalaşdırılır. Sonra bu inam necə qəbul olunubsa o şəkildədə əməl olunur. 

insanlar müxtəlifdir. bəzən hətta o qədər individual, təkrarolunmazdır ki, hamını bir sistemdə birləşdirmək, eyni çərçivəyə salmaq uzun zaman tələb edir. din isə öz qədimliyinə (bu əhəmiyyətli bir məvhumdur) əsaslanıb,  elan edir ki, bu qeyd-şərtsiz belədir, başqa cür ola bilməz. qəbul olunması dərhal və vacibdir. din ilə manipulyasiya etmək məhz bu cəhətdən asandır. din siyasətin əlində alətdir hazırda, təəssüf. əgər din, fəlsəfinin törəməsi olaraq əsrlərcə inkişaf etdirilmiş olsaydı, biz indi fərqli - yüksək keyfiyyətli, nüfuzlu bir ideologiyadan yararlanmış olardıq. ən azından, müharibə, aclıq, terrora qarşı çıxıb dayandırmağı bacarardı din.

  • Thanks 1
Link to comment
Share on other sites

11 час назад, plotophyte сказал:

Fəlsəfə din paralel anlayışlardır. Fəlsəfə haqqında onu deyə bilərəm ki, fəlsəfədəki anlayışları dərk edərək öyrənmək üçün tələbəlik yaşıda cox azdır. Uşaqlar bu materialları başa düşmədən əzbərləyir qısa müddətdə yaddan cıxır gedir.

fəlsəfə, din , hüquq, məntiq, etika, estetika - həyati əhəmiyyətli təlimlərdir, onlar gözəllik və məna gətirir. məsələn, həndəsə, tarix, ədəbiyyatdan hər gün yararlanmaq imkanımız olmaya bilər. amma faydalı təmas qurmaq üçün, siz dediyini kimi dərk etmək üçün yuxarıdakılar vacibdir. heç olmasa fəlsəfə və məntiqin əsasları... orada əzbərçilik heç nə yoxdur, xatırlağıdım qədərindən ) bundan əlavə, dövlət səviyyəsində təqdim olunması düzgündür, çünki dövlətin mövqeyi prinsipialdır. uşaq ailədə problem görəndə məktəbə sığınır. etibar edə biləcəyi bir mənaya bağlanmaq istəyir. həmin ehtiyacı müəyyən qədər fəlsəfə təmin edə bilər. çünki həyati təlimlərin başlanğıcı, bazasıdır.

Sizin postunuz düşündürdü. mən sizə minnətdaram bu posta görə, Ploto

  • Upvote 1
Link to comment
Share on other sites

On 5/22/2018 at 1:18 PM, NOIR said:

Sizin postunuz düşündürdü. mən sizə minnətdaram bu posta görə, Ploto

Sizdə sağolun NOİR, forumda ficus elastica və siz qadın forumçular arasında ən proqressiv iştirakçılarsınız. 

  • Thanks 1
Link to comment
Share on other sites

  • 1 month later...
  • 2 months later...
  • 1 month later...

Mən qızıma insanlığı öyrədirəm. Misal üçün əgər qızıma desəm ki heyvanı incitmək günahdır dinimizə görə gələcəkdə əgər o dindən çıxsa artıq heyvanı incitmək onun üçün günah olmayacaq və o bunu rahatlıqla edə biləcək. Lakin mən ona izah etsəm ki heyvan da bizim kimi ağrı hiss edir onu incitmək olmaz, hansı din və ya idealogiyada olsa da o heyvanları incitməyəcək.

  • Upvote 1
Link to comment
Share on other sites

18 часов назад, SafeDriver сказал:

Siz düşünürsüz ki, heç bir inanclı  insan  öz övladına başa salmır ki, heyvanda bizim kimi ağrı hiss edir?

Link to comment
Share on other sites

5 minutes ago, Slay said:

Siz düşünürsüz ki, heç bir inanclı  insan  öz övladına başa salmır ki, heyvanda bizim kimi ağrı hiss edir?

Əgər başa salırsa, nə gözəl. Amma gördüklərim əksər inanclı ailələr izahı adətən ağrıdan daha çox günah ilə bağlayırlar. 

Link to comment
Share on other sites

8 минут назад, SafeDriver сказал:

Əgər başa salırsa, nə gözəl. Amma gördüklərim əksər inanclı ailələr izahı adətən ağrıdan daha çox günah ilə bağlayırlar. 

Siz harda yaşayırsınz elə?

Mən istəyir inanclı istəyir inancsız  olsun hələ rast gəlməmişəmki  övladına başa salmasınki heyvanlarda bizim kimi ağrı hiss edir. Ən azından məktəbdə bunu öyrədirlərdə..

Link to comment
Share on other sites

On 9/19/2016 at 10:29 AM, Kenul2012 said:

Uşaqları dinlə neçə yaşından tanış etmək olar? Dini tərbiyəni necə verməliyik ? Yaxud seçimi özlərinə buraxmalıyıq,böyüyüb özü seçər.

Bu haqda müzakirə edərdik .

Dinden mumkun qeder uzaq tutmaq, beyin xarab elemekden basqa hec ne deyil. Dinsiz de cox terbiyeli usaq boyutmek olar. 

  • Upvote 1
Link to comment
Share on other sites

47 минут назад, ll IcE EyeZ ll сказал:

Dinden mumkun qeder uzaq tutmaq, beyin xarab elemekden basqa hec ne deyil. Dinsiz de cox terbiyeli usaq boyutmek olar. 

Uşaq beyni üçün dini dərk eləmək tezdir.Bununla razıyam.  Amma uşaq beynini xarab eləmək təkcə dinin monopolyasında deyil. 

Link to comment
Share on other sites

1 hour ago, Slay said:

Uşaq beyni üçün dini dərk eləmək tezdir.Bununla razıyam.  Amma uşaq beynini xarab eləmək təkcə dinin monopolyasında deyil. 

Umumiyyetle usagi dine qatmaq lazim deyil. Bas xarab elemeq ancaq dinde olmur raziyam, ama movzu dindendi. Ona gore dinsiz boyutmek lazimdi usagi. Onsuzda yaxsi insan dinsiz de yaxsi insandi. 

  • Upvote 1
Link to comment
Share on other sites

25 минут назад, ll IcE EyeZ ll сказал:

Umumiyyetle usagi dine qatmaq lazim deyil. Bas xarab elemeq ancaq dinde olmur raziyam, ama movzu dindendi. Ona gore dinsiz boyutmek lazimdi usagi. Onsuzda yaxsi insan dinsiz de yaxsi insandi. 

Yaxşı insan barəsində dediyinizlə razıyam. Amma yaxşı insanların içində uşaq vaxtı dini tərbiyə ilə böyümüşlərdə var. 

Link to comment
Share on other sites

1 hour ago, Slay said:

Yaxşı insan barəsində dediyinizlə razıyam. Amma yaxşı insanların içində uşaq vaxtı dini tərbiyə ilə böyümüşlərdə var. 

Terbiyeli usaqlar arasinda elbet dinle boyuyenler de var, danilmaz faktdi. Amma bezileri nedense terbiyeli insan teesurati bexs etmek isteyirsense dindar olmalisan kimi fikirlerle yasayir. O sebeb dedim ki cemiyyetdeki yeni nesil usaqlar daxil dinsiz boyudulse min defe yaxsi olar. Cunki dinin musbet cehetlerini kenara qoysaq (bu musbet cehetleri ana-ata dini qatmadan da asilaya biler usagina) din insani itaata surukleyir. 

Her kes tebii nece isteyirse boyutsun usaqlarini , sexsen adimdan soyleyirem ki men usaqlarima dinin a-sini bile oyretmeyeceyem, sadece butun dinler haqqinda  umumi melumat vereceyem. 

Link to comment
Share on other sites

11 минуту назад, ll IcE EyeZ ll сказал:

Yazdıqlarınızla razıyam.  Amma din üçün sürükləyir ifadəsini işlədirsinzsə  onda yəqinki bilməmiş olmazsınz insanı itaətə sürükləyən dindən kənar başqa amillərdə yetərincə qədərdir. 

Link to comment
Share on other sites

1 hour ago, Slay said:

Yazdıqlarınızla razıyam.  Amma din üçün sürükləyir ifadəsini işlədirsinzsə  onda yəqinki bilməmiş olmazsınz insanı itaətə sürükləyən dindən kənar başqa amillərdə yetərincə qədərdir. 

biz diger amilleri niye goz onune aliriq, movzu dinden ise, dinle elaqedar yaziram. Basqa movzu olsa, elbette diger amillerden yazacagam

Link to comment
Share on other sites

38 минут назад, ll IcE EyeZ ll сказал:

biz diger amilleri niye goz onune aliriq, movzu dinden ise, dinle elaqedar yaziram. Basqa movzu olsa, elbette diger amillerden yazacagam

Niyə görəni mən qeyd etmişdim.

Link to comment
Share on other sites

Söhbət yalnız heyvanlara əziyyətdən getmir. Bu bir misal idi. Demək istədiyim odur ki uşaqlara yaxşını pisi izah edəndə, tərbiyə edəndə qaydaları dinlə bağlamağı düzgün görmürəm. Qoy istəsə yetkin və müstəqil olanda özü hansı anlamı hara bağlayır bağlasın, amma uşaq vaxtı mühakimə bacarığı zəif olanda dinlə bağlantıya şəxsən yaxşı baxmıram. 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 56 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 275 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Sad
        • Confused
      • 279 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 185 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Sad
        • Confused
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Facepalm
        • Haha
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...